0 Ə-C.İ.Əhmədov N. T.Əliyev m e y V ə V ə t ə r ə V ə z I n ə M t ə Ə Ş Ü nasl I ğ I (Dərslik)


Meyvə və tərəvəzin qablaşdırılması



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix01.01.2017
ölçüsü3,77 Mb.
#4002
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

 

5.6. Meyvə və tərəvəzin qablaşdırılması 

 

Başqa yeyinti məhsulları kimi, meyvə-tərəvəzin də keyfiyyətli halda 



istehlakçıya çatdırılmasında tara və qablaşdırma materialları xüsusi əhəmiyyətə 

malikdir. Ayrı-ayrı meyvə növləri üçün tara və qablaşdırıcı materialların növləri 

meyvələrin bioloji xüsusiyyətlərindən asılıdır. Meyvələri qablaşdırmaq üçün 

yeşiklərdən, yeşik-qəfəslərdən, səbətlərdən, tabaqlardan, habelə kisə  və 

çəlləklərdən istifadə olunur. Ayrı-ayrı tara növləri keyfiyyətcə standartın tələbinə 

cavab verməlidir. Tara hazırlanan taxta təmiz və  nəmliyi 20

±2% olmalıdır. 

Taxtanın çox quru olması məhsulun keyfiyyətinə mənfi təsir göstərir. 

Burada qablaşdırma materialı kimi ağac yonqarından, kağızdan, kartondan, 

torfdan, çəltik və darı  kəpəyindən istifadə olunur. Qablaşdırma materialları da 

meyvələrin zəriflik və kobudluğundan asılı olaraq dəyişir. Armud və  zərif alma 

növləri üçün daha yumşaq materialdan istifadə olunur. 

Almanı qablaşdırmaq üçün 2-3 gözlü taxta yeşikdən istifadə edilir. 

Ikigözlüləri 25-30 kq, üçgözlüləri isə 30 kq tutumlu olur. 

Yay almalarını qablaşdırmaq üçün tutumu 15 kq olan üçgözlü 

yarımyeşiklərdən istifadə edilir. 

Almanı qablaşdırmadan qabaq onu ölçüsünə, sonra isə keyfiyyətinə görə 

çeşidləyirlər. Bunun üçün xüsusi maşınlardan istifadə edilir. Maşın diametri 40-dan 

90 mm-ə  qədər olan almaları 10 nömrədə sortlara ayırır, hər sort özündən 

əvvəlkindən 5 mm artıq diametrlə seçilir. Ölçüyə görə sortlara ayırdıqdan sonra 

onu əlavə olaraq keyfiyyətinə və saxlanmağa davamlılığına görə də çeşidləyirlər. 

Hazırda almanı qablaşdırmaq üçün, əsasən daxili ölçülərindən uzunu 71,1-

55,7 sm, eni 40 sm və hündürlüyü 27,8 sm olan yeşiklərdən istifadə olunur. Yeşik 

hazırlamaq üçün, əsasən qalınlığı 19 mm olan şam və küknar taxtalarından və 

qalınlığı 6-9 mm olan nazik ensiz taxtalardan və fanerdən istifadə olunur. 


 

 

185



Qablaşdırmadan  əvvəl yeşiyin içi bükücü kağızla örtülür və oraya birqat 

qablaşdırma materialı döşənir. Sonra meyvə cərgə ilə yeşiyə yığılır. 

Toxumlu meyvələrdən alma və armudun qablaşdırılmasında 3 üsuldan 

istifadə edilir: 

1.

 

düz cərgə ilə qablaşdırma; 



2.

 

diaqonal üzrə qablaşdırma; 



3.

 

şahmat qaydası ilə qablaşdırma. 



Almanın zərif sortları  şahmat üsulu ilə, kobudlar isə düz cərgə ilə 

qablaşdırılır. Bu sistemlərdən ən əhəmiyyətlisi dioqanal formalı qablaşdırmadır.  

Şahmat üsulunda yeşiyin bütün tutumundan tam istifadə etmək olmur. 

Dioqanal üzrə qablaşdırmada hər bir meyvə ayrıca kağıza bükülür. Bu cür 

qablaşdırmada ağac yonqarından və kəpəyindən istifadə edilir. 

Diaqonal üzrə qablaşdırma,  əsasən ondan ibarətdir ki, birinci təbəqədə 

almalar yeşiyin eni boyunca tam yığılır, ikinci təbəqədə isə almaların hər biri 

birinci təbəqədəki almaların arasındakı boşluğa yerləşdirilir. Belə yerləşdirmədə 

hər bir alma dametrinin təxminən dörddə biri özündən  əvvəlki təbəqədəki 

almaların arasına keçməlidir. Hər bir meyvə diaqonal şəkilli qablaşdırmada 12 

başqa meyvəyə toxunur. 

Son zamanlar toxumlu meyvələrin qablaşdırılmasında torf tozundan da 

istifadə edilir. Bunun üçün yeşiyin dibinə kağız sərib üzərinə 2-3 sm qalınlığında 

torf tozu tökürlər. Sonra bir təbəqə kağıza bükülmüş almaları  yığdıqdan sonra 

üzərinə yenidən torf tozu tökülür. Ikinci təbəqəni yığıb üzərinə yenə torf tökür, 

beləliklə, axırıncı  təbəqəyə torf tökdükdən sonra kağızla örtüb yeşiyi bağlayırlar. 

16 kq-lıq yarımyeşiyi qablaşdırmaq üçün 2 kq torf tozu lazımdır. 

Meyvələr torf tozu ilə qablaşdırıldıqda mikroorqanizmlərdən daha yaxşı 

qorunur. Torf tozu ilə qablaşdırma meyvənin istehlak yetişmə dərəcəsinə çatmasını 

yubandırır və beləliklə  də saxlanma müddətini artırır. Tənəffüs prosesi çox zəif 

getdiyindən tərkibindəki  şəkərin itkisi az olur. Torf tozunun nəmliyi 30-32%, 

otağın temperaturu 0

0

C-yə yaxın, nisbi rütubət isə 80-85% olmalıdır. Torf tozu ilə 



 

 

186



qablaşdırma başqalarına nisbətən 3 dəfə ucuz başa gəlir və meyvə keyfiyyətini 

itirmir. 

Armudları,  əsasən 12-15 kq-lıq yarımyeşiklərə  və 24 kq-lıq üçgözlü 

yeşiklərə, yay və payız sortlarını 7-9 kq-lıq tabaqlara qablaşdırırlar. Payız və  qış 

sortlarını yeşiklərə 2-3 təbəqədə dioqanal və ya şahmat formasında yığırlar. Yay və 

tezyetişən payız sortları mexaniki zədələnməyə  həssas olduqlarından onların 

qablaşdırılması üçün konsentrik dairə şəkilli tabaqlar ayrılır. 

Alma və armudu qablaşdırdıqda,  əsasən onların yetişmə vaxtını  nəzərə 

alırlar. Əgər alma və armud qış sortudursa və yetişmə dövründən əvvəl yığılıbsa, 

saxlanılma vaxtı tam yetkinliyə malik olmalıdır. 

Çəyirdəkli meyvələri qablaşdırarkən yeşiklərdən, tabaqlardan və səbətlərdən 

istifadə olunur. Burada qablaşdırma meyvənin müxtəlifliyindən asılı olaraq səpmə 

və qarışıq cərgə halında aparılır. Çəyirdəkli meyvələrdən  əriyin,  şaftalının, 

gavalının və zoğalın qablaşdırılması üçün 6 kq tutumlu tabaqlardan və yeşiklərdən 

istifadə olunur. Alça üçün 8-12 kq-lıq, gavalı üçün 8 kq-lıq yeşiklərdən istifadə 

olunur. 


Üzümün qablaşdırılması üçün 10 kq tutumlu yeşiklərdən və 7 kq tutumlu 

reşotkalardan istifadə edilir. Uzun müddət saxlanılmalı olan məhsul, içərisinə kağız 

və torf tozu səpilmiş 10 kq tutumlu yeşiklərə doldurulur. 

Giləmeyvəliləri qablaşdırmaq üçün az tutumlu səbətlərdən, reşotkalardan və 

açıq yeşik lotkalardan istifadə edilir. Moruq və bağ çiyələyi üçün səbətin tutumu 3 

kq, böyürtkən üçün isə 8 kq, qara və qırmızı qarağat üçün 6 kq olur. Qablaşdırılmış 

səbətin üstünü kağız ilə örtmək lazımdır. 

Mərsin və quşüzümünün qablaşdırılmasında 200 litr tutumlu çəlləklərdən və 

30-60 kq tutumlu səbətlərdən istifadə olunur. 

Qərzəkli meyvələrin qablaşdırılmasında quru cut, yaxud kətan-kənaf 

kisələrdən istifadə edilir. Bu kisələrin tutumu 75 kq-dan çox olmamalıdır. Qoz 

ləpəsi isə yeşiklərə qablaşdırılır. Iri qoz ləpəsi hər yeşiyə 25 kq-a qədər yığılır. Bu 

yeşiklərə perqament kağızı, yaxud parafinli kağız salınır, yeşiyin dibinə və qapağın 


 

 

187



altına (qozun ləpəsi  əzilməsin deyə) 

qöfrələnmiş karton sərilir. Fındıq da 

kisələrə qablaşdırılır. Yabanı fındıq ləpəsi 75 kq-lıq kisələrə tökülür. 

Banan və ananası qablaşdırarkən 20 kq tutumlu üçgözlü 

yeşiklərdən istifadə edilir. Belə yeşiklərin altı, üstü və yanları fanerdən 

düzəldilir. Ananas 16-18 kq-lıq yeşiklərə yığılır. 

Satış üçün buraxılan sitrus meyvələrini ikigözlü və 20 kq-lıq quru, 

təmiz və möhkəm yeşiklərə qablaşdırırlar. Qabaqca yeşiklərin içinə 

kağız salınır və sonra ölçüsünə, pomoloji sortuna və yetkinliyinə görə 

yalnız bir qrupa aid olan meyvə yığılır. Xırda ölçüdə narıngidən başqa 

bütün sitrus meyvələri yeşiyə yığılmazdan bir-bir nazik kağıza bükülür. 

Kağıza bükülmüş meyvələri sortdan və yetişmə dərəcəsindən asılı olaraq 

düz sıra ilə, şahmat və ya diaqonal şəkilli formada qablaşdırırlar. 

Italiya portağalları 17 kq tutumlu üçgözlü yarımyeşiklərə, narıngi 

isə 18-19 kq tutumlu üçgözlü yarımyeşiklərə yığılır. 

Tərəvəzlərin qablaşdırılmasında müxtəlif taralardan istifadə olunur. 

Taralarda daşınma və saxlanma zamanı itki azalır və məhsul yaxşı qalır. 

Bu məqsədlə müxtəlif yeşiklərdən, səbətlərdən, kisələrdən, habelə 

konteynerlərdən istifadə edilir. Qovun, kələm, soğan, göy qabaq, 

tezyetişən kartof, yerkökü üçün 10-15 kq tutumlu bölməli yeşiklərdən 

istifadə olunur. 

Ağbaş kələm dəmir və su yolu nəqliyyatı ilə daşınmaq üçün 50 kq-

lıq yeşiklərə qablaşdırılır. Avtomaşınlarda daşıdıqda kisələrdən istifadə 

edilir. Göyərtinin daşınması üçün 10-12 kq-lıq səbət və yeşiklər daha 

yararlıdır. 


 

 

188



Pomidorun qablaşdırılması üçün 8-12 kq-lıq, qalan növ tomat 

tərəvəzləri üçün 20 kq-lıq yeşiklərdən istifadə edilir. Hazırda kartof, 

əsasən ölçüləri 90x90x90 sm, çəkisi 60-65 kq olan konteynerlərdə 

daşınır. Belə konteynerlərə 450 kq-a qədər kartof, 300 kq-a qədər başqa 

növ tərəvəz qablaşdırmaq mümkündür. Tərəvəzin konteynerlərə 

qablaşdırılması onların nəqliyyata yüklənib-boşaldılmasının 

mexanikləşdirilməsinə və beləliklə də itkinin azaldılmasına imkan verir. 

Həmin məhsul anbarda konteynerlərdə saxlanılır. Meyvə  və  tərəvəz 

qablaşdırılmış yeşiklərə etiket yapışdırılır, yəni markalanır. Burada 

meyvəçilik təsərrüfatının və ya tədarük idarəsinin adı, meyvənin 

pomoloji, tərəvəzin təsərrüfat-botaniki sortu, əmtəə sortu, netto və brutto 

çəkiləri, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunur. 

 

5.7. Meyvə və tərəvəzin daşınması 

 

Meyvə-tərəvəzin istehlakçıya keyfiyyətli halda çatdırılması  işində 



daşınmanın  əhəmiyyəti böyükdür. Meyvə-tərəvəz respublikanın iri 

sənaye  şəhərlərinə  əsas istehsal bölgələrindən aparılır. Bununla yanaşı, 

daşınma müddəti də  nəzərə alınan göstəricidir. Çünki təzə meyvənin 

çoxu saxlandıqda tez xarab olur. 

Tərəvəzin qablaşdırılmasına xüsusi diqqət yetirmək lazımdır. 

Tərəvəzin daşınmasında tətbiq edilən tara növləri məhsulun 

quruluşundan asılı olaraq müxtəlifdir. Bu məhsul,  əsasən 3 qaydada – 

taralarda, tarasız və konteynerlərdə daşınır. 



 

 

189



Meyvə-tərəvəz dəmir yolu, su, avtomobil və habelə hava 

nəqliyyatında daşınır,  ən çoxu isə  dəmir yolundan istifadə edilir. Bu 

məqsəd üçün adi örtüklü vaqonlar, germetik vaqonlar, həm də vaqon-

eşelonlar yararlıdır. Adi örtüklü vaqonlarda içəriyə temperatur verilmir. 

Buranın temperaturu bayır havanın temperaturundan asılıdır. Məhsul 

belə vaqonlarda yaxın məsafəyə daşınır. Bu vaqonlardan, əsasən yay 

aylarında istifadə edilir. Payız aylarında tərəvəz daşınmasında -2

0

C-yə 



qədər şaxta olduqda ventilyasiyadan istifadə edilir. Xarici mühitdə şaxta 

5

0



C-dən az olduqda meyvə-tərəvəzin üstünü örtürlər. Örtük kimi pambıq 

odeyallardan, qalın kağızdan və samandan istifadə edilir. 

Adi vaqonlar iki və dördoxlu olur. Ikioxluların yükgötürmə 

qabiliyyəti 18-20 ton, dördoxlularda isə 40-50 tondur. 

Vaqon-buzxanalar meyvə-tərəvəzin keyfiyyətli daşınmasını  təmin 

edir və vaqonun daxilində müntəzəm olaraq aşağı temperaturu saxlayır. 

Bu vaqonların içərisinə buz-duz qarışığı və ya ayrıca buz qoyulur. 

Germetik vaqonlar meyvə-tərəvəzin keyfiyyətli daşınmasını daha 

yaxşı təmin edir. Şaxta 15

0

C-dən aşağı olduqda vaqon isidilir. Bu zaman 



ventilyator vasitəsilə hava cərəyanı nizamlanır. Bayırda +30-dan -45

0

C-



yə  qədər temperatur olduqda belə vaqonlarda +6

0

C-yə  qədər soyuqluq 



yaratmaq mümkündür. Əgər vaqon meyvə-tərəvəzin yığılmasından 

əvvəl soyudulmuşdursa, tərəvəz daha yaxşı keyfiyyətdə qalır. Meyvə-

tərəvəz növündən asılı olaraq yeşiklərə, yeşik-qəfəsələrə, səbətlərə, 

reşotkalara, konteynerlərə qablaşdırılaraq daşınmaq üçün hazırlanır. 

Belə qablaşdırılmış  məhsul vaqonlarda ştabel qaydasında yığılır və 

vaqonun giriş yerindən içəriyə doğru 60 sm enində  hərəkət üçün yer 



 

 

190



saxlanılır. Vaqonun tavanı ilə üst yeşik cərgəsinin arası 40-50 sm 

olmalıdır. Daşınma zamanı temperatur 4-5

0

C-dən yuxarı, 0



0

C-dən aşağı 

olmamalıdır. 

Qarpız və qabağı quru saman üzərində üst-üstə yığmaq olar. Bunun 

üçün gecyetişən sortları 1,5 m, tezyetişənləri isə 1,2 m hündürlüyündə 

yığmaq lazımdır. 

Dəmir yolunda daşınmaya nisbətən su nəqliyyatında daşınma ucuz 

başa gəlir. Burada barjlardan, gəmilərdən, motorlu qayıqlardan və 

refrijeratorlu gəmilərdən istifadə edilir. Refrijeratorlu gəmilər xüsusi 

soyuducu qurğu ilə  təmin olunduqları üçün daha səmərəli sayılır. 

Barjlarda kartof, gecyetişən kələm, qarpız, qabaq, aşxana çuğunduru və 

s. daşınır. Bunun üçün barjların daxilində reşotkalı döşəmə  və anbar 

düzəldilir. Barjlarda hava axınını nizamlamaq üçün ventilyasiya boruları 

qurulur. Içinə meyvə-tərəvəz yığılmış taraları  ştabel qaydasında 

divardan 20-25 sm aralı  yığırlar. Ventilyasiya olmadıqda və  yığılmağa 

nəzarət edilməməsi nəticəsində içəridə istilik həddindən artıq qalxa 

bilər. Bu isə  həm mikroorqanizmlərin inkişafına, həm də  tərəvəzin 

keyfiyyətinin aşağı düşməsinə səbəb olur. 

Meyvə-tərəvəzin daşınmasında avtomobil nəqliyyatından daha çox 

istifadə edilir. Avtomobillə daşınma yerli əhəmiyyətə malikdir. 

Avtomobil nəqliyyatı ilə daşınan tezyetişən kartof 30 kq həcmi olan 

qəfəsəbənzər yeşiklərə, səbətlərə  və kağız torbalara qablaşdırılmalıdır. 

Gecyetişən kartof, kələm, badımcan, xiyar və  s.  bu  kimi  məhsullar 

tarasız daşına bilər. Meyvə-tərəvəzin keyfiyyətinin aşağı düşməməsi 

üçün məhsul yayda gecə vaxtı daşınmalıdır. Daşınan məhsulun üstü isə 


 

 

191



mütləq örtülməlidir.  Şəhər kənarından yerli təchizat üçün avtomobil 

nəqliyyatı ilə gətirilən pomidor səbətlərə, yaxud qəfəsələrə qablaşdırılır. 

Meyvə-tərəvəzin daşınmasında avtorefrijeratorlardan istifadə 

edilməsi itkinin miqdarını azaldır və meyvə-tərəvəzi qısa müddətdə 

istehsal yerindən birbaşa istehlak yerinə çatdırmağa imkan verir. 

Son illərdə meyvə-tərəvəzin daşınmasında hava nəqliyyatından da 

istifadə edilir. 

 

5.8. Meyvə və tərəvəzin xəstəlikləri, zərərvericiləri və zədələnməsi 

 

Standartlarda meyvə-tərəvəzin keyfiyyəti üzrə müəyyən kənarlaşmalar 



nəzərdə tutulur. Ona görə də hər meyvə və tərəvəz növü üçün müəyyən kənarlaşma 

norması vardır. 

Yol verilən normalar üzrə  zədələnmə  və  xəstəliklər standart hesab edilir. 

Bunlara bəzi mexaniki zədələr, kənd təsərrüfatı  zərərvericilərinin vurduğu zədə, 

bəzi tərəvəz növlərinin cücərməsi və s. aiddir. Yol verilməyən kənarlaşmalara bir 

çox göbələk və bakterial xəstəliklər, bürüşmə, içiboşluq (pük), yaş yanma, 

anaerobioz, qozda diri zərərvericilərin olması və s. aiddir. 

Mexaniki zədələnməyə meyvə-tərəvəzin sıxılması, kəsilməsi, deşilməsi, bir 

tərəfinin qopması aid edilir. Mexaniki zədələnmə  yığım dövründə, çeşidləmə  və 

qablaşdırma zamanı baş verir. Mexaniki zədələnmiş meyvələr mikroorqanizmlərin 

inkişafı üçün yaxşı şərait hesab edilir. Ona görə də mexaniki zədələnmiş meyvələr 

xəstəliklərə daha tez tutulur və keyfiyyətini itirir. Eyni zamanda mexaniki 

zədələnmiş meyvə-tərəvəzdə  tənəffüs intensivliyi artır və meyvə suyun bir 

hissəsini itirir. Standarta əsasən, zədələnmiş yerin səthi normalaşdırılır və bunun 

miqdarı artdıqca meyvənin əmtəə sortu aşağı düşür. Məsələn, almanın səthində 5 

mm

2



 səthdə yüngül sıxılmış yer olarsa, o II əmtəə sortuna aid edilir. Meyvələrdə 

 

 

192



mexaniki zədələr meteoroloji səbəblərdən – dolu zədəsi, gün yandırması və s.-də 

ola bilər. 

Kənd təsərrüfatı  zərərvericiləri meyvəçiliyə  və  tərəvəzçiliyə  məhsuldarlığı 

azaltmaq və onların keyfiyyətini aşağı salmaqla böyük zərər vurur. Bunlara kələm 

sovkası, kələm kəpəyi, kələm güvəsi, soğan milçəyi, spiralvari qurd, yerkökü 

milçəyi, soğan gənəsi, alma qurdu, taxıl bitləri (kazarka, bukarka, alma 

çiçəkyeyəni), çanaqlı yastıca, armud qurdu və s. zərərvericiləri misal göstərmək 

olar. 


Kələm kəpənəyi.  Kələmin yarpaqlarını çox yeyir (damarlara isə  dəymir). 

Yarpağın alt hissəsində 15-200 ədəd topa ilə yumurta qoyur. Zədələnmiş yarpaqlar 

mütləq kəsilib atılmalıdır. Dərin zədələnmiş  kələm çıxdaş edilir. Zərərverici 

yarpaqlarla qidalanıb orada uzunsov yumru deşik  əmələ  gətirir. Kələmin başında 

tırtılın yolu olur. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında çox yayılmışdır. 

Kələm güvəsi. Yarpaqları kiçik pəncərəciklər  şəklində  zədələyir. Kələm 

güvəsinin tırtılları yarpağın içində yollar açıb orada qidalanır. 



Turp kəpənəyi. Kələm kəpənəyinə oxşayır, ancaq ondan bir qədər xırdadır. 

Yarpaqları çox zədələyir, yalnız qaba damarlar və yarpağın bəzi hissələri salamat 

qalır. Tırtıllar bəzi hallarda içərisinə iri deşiklər açırlar. 

Soğan milçəyi    ilə  zədələnən bitkilərin yarpaqları saralır, soluxur, soğanlar 

isə çürüyür. Soğanı yaxşı qurutduqda bu zərərverici məhv olur. Bəzi hallarda 

sarımsağa da zərər vurur. 

Gövdə nematodu ağımtıl, çox xırda, uzunsov adi qurd şəklində olur. Bitkinin 

şirəsi ilə qidalanır. Soğan gövdə nematodunun zədələdiyi soğan anbarda saxlanılan 

zaman tamamilə quruyur. Kartof gövdə nematodu kartof yumrusunu və pomidoru 

da zədələyir. Gövdə nematodu ilə zədələnmiş tərəvəzin miqdarına mal partiyasında 

standart üzrə yol verilir. Standart üzrə soğanda kənd təsərrüfatı  zərərvericiləri 

tərəfindən zədələnmiş 5%-dək məhsulun olmasına yol verilir. Sarımsaq 

partiyasında gövdə nematodu və soğan gənəsi ilə zədələnmişlərin miqdarı 10%-dən 


 

 

193



çox olduqda məhsul uzun müddət saxlanılmağa və uzaq məsafəyə daşınmağa 

yaramır. 



Alma qurdu  ən geniş yayılmış  zərərvericidir. Alma qurdunun zədələdiyi 

meyvənin  əmtəəlik dəyəri aşağı düşür. Bu zərərverici dünyanın hər yerində  həm 

becərilən, həm də yabanı halda bitən tumlu meyvələrə çox ziyan vurur. 

Azərbaycanda alma qurdu meyvəçilik rayonlarında məhsuldarlığı çox aşağı salır. 

Bu zərərvericinin zədələdiyi meyvələr adətən yerə tökülür. Alma qurdu ilə 

zədələnmiş meyvələr tənəffüsə 2-3 dəfə çox şəkər sərf edir, çürüyür. 

Respublikamızın şəraitində alma qurdunun iki nəsli inkişaf edir. 

Standart üzrə 2-ci sort almanın iki yerində, armudun isə bir yerində alma 

qurdu ilə zədələnmiş yerin olmasına yol verilir. 

Taxıl biti qrupununa aid olan alma çiçəkyeyəni, kazarka, bukarka, əsasən 

toxumlu və  çəyirdəkli meyvələri zədələyirlər. Onlar məhsuldarlığa ziyan vurur, 

meyvənin səthində deşiklər açır və beləliklə meyvənin xarici görünüşünü 

korlayırlar. Kütləvi surətdə çoxaldıqda ağacların yarpaqları tökülür, ağac zəif 

böyüyür. Bunlardan başqa, meyvə  zərərvericilərinə çanaqlı yastıca, qonur meyvə 

gənəsi, alma mişarçısı, qoxulu ağacovan, tumurcuq qurdu, alma güvəsi, yemişan 

kəpənəyi və albalı milçəyi aiddir. Tərəvəz zərərvericilərinə paxla və noxud 

mənənəsi, yerkökü milçəyi, çətir güvəsi, qovun milçəyi və s. aiddir. 



Xəstəliklər. Meyvə  və  tərəvəz məhsulları yetişmə, daşınma və saxlanılma 

zamanı müxtəlif xəstəliklərə tutulurlar. Xəstəliklər fitopatogen və fizioloji olur. 

Fitopatogen xəstəlikləri müxtəlif mikroorqanizmlər – bakteriyalar və 

göbələklər törədir. Fizioloji xəstəliklər isə meyvə-tərəvəzdə normal fizioloji 

proseslərin – maddələr mübadiləsinin, tənəffüsün pozulmasından irəli gəlir. 

Meyvələrin xəstələnməsi onların saxlanılması zamanı itkini artırır. 

 


 

 

194



 

5.8.1. Fitopatogen xəstəliklər 

 

Meyvələrin xəstəlikləri. Meyvələrdə  dəmgil, unlu şeh xəstəliyi, meyvə 

çürüməsi, deşikli ləkəlilik, qara və yaşıl kif, sitrus meyvələrində antraknoz, 

üzümdə boz çürümə, oidium və s. xəstəliklər müşahidə olunur. 



Dəmgil xəstəliyi tumlu meyvə bitkilərinə ən çox zərər verən və Azərbaycan 

şəraitində çox yayılan göbələk xəstəliklərindən biridir. Onu Fusicladium cinsinə 

aid göbələklər törədir. Bu xəstəlik zamanı meyvənmin səthində girdə, tutqun boz 

rəngli ləkələr  əmələ  gəlir. Meyvələrin erkən müddətlərdə  zədələnməsi daha 

qorxuludur, çünki dəmgil ləkələrinin altında mantarlaşmış qoruyucu toxuma əmələ 

gəlir və meyvənin belə yerləri inkişaf etmir. Meyvə birtərəfli böyüyür, onun 

zədələnmiş yerlərinin toxuması çatlayır. Belə meyvələr  əmtəəlik dəyərini, tamını 

itirir və uzun müddət saxlanıla bilmir. Yetişməsinə az qalmış zədələnən meyvələrin 

forması  dəyişilmir. Bu meyvələr çatlamır, lakin 2-ci sorta aid edilir. Xəstəlik 

saxlanılma zamanı artmır və sağlam meyvələrə keçmir. Dəmgil meyvənin xarici 

görünüşünü korlayır, tənəffüsü sürətləndirdiyindən  şəkərin və C vitamininin 

miqdarı azalır. Standarta görə meyvələrin azacıq dəmgil xəstəliyinə tutulmasına 

yol verilir. 

Meyvə çürüməsi bütün meyvə bitkilərinə  zərər verən, geniş yayılmış 

xəstəlikdir. Ona monilia yanığı da deyilir. Xəstəliyi  Monilia fructigena Pers 

göbələyi törədir. Xəstəlik meyvələrin yetişdiyi dövrdə inkişaf edir. Xəstəliyə 

tutulmuş meyvələrin  əti qonur rəng alır, yumşaq olur, ətrini və dadını itirir. 

Meyvələrin səthində bozumtul rəngli göbələk yastıcaları  əmələ  gəlir. Göbələk 

telləri meyvənin  ətli hissəsinin hər yerinə  işləyir, meyvə  bərkiyir, qaralır, başqa 

sözlə desək, onda mumifikasiya gedir. Saxlanılma zamanı meyvə çürüyür, xəstəlik 

sağlam meyvələrə  də keçir. Bu, mexaniki zədələnmiş meyvələrdə daha çox baş 

verir. 


 

 

195



Qara göbələk  xəstəliyinə alma, armud və sitrus meyvələri tutulur. Onu 

Gloedes pomigende göbələyi törədir. Bu zaman meyvələrin səthi onun xarici 

görünüşünü korlayan qara nöqtəvari ləkələrlə örtülür. Ətli hissə isə zədələnmir və 

meyvə normal şəraitdə saxlanıla bilir. Göbələk xəstəliyi başqa meyvələrə keçmir. 

Standarta  əsasən, 1-ci sorta aid edilən meyvələrdə göbələk xəstəliyinin olmasına 

yol verilmir. Ikinci sorta aid olan alma səthinin dörddə birində seyrək göbələk 

xəstəliyi ola bilər. 



Deşikli ləkəlilik, yaxud klasterosporoz, əsasən çəyirdəkli meyvələrin 

xəstəliyidir. Onu Clasteroprorium Carpophilum Aderh göbələyi törədir. Bu 

göbələklər meyvəni hələ yumurtalıq  əmələ  gələn vaxtdan zədələyir. Meyvələrin 

səthində  əvvəlcə  xırda qırmızı  ləkələr  əmələ  gəlir, sonra bu ləkələr yavaş-yavaş 

böyüyür, boz qartmaq şəkli alır. Meyvələr yeyilməyə yaramır, çox vaxt çürüyür. 

Klasterosporoz ərik və badam meyvələrinə xüsusilə çox zərər verir. Meyvə eybəcər 

formada olur. Az zədələnmiş meyvələr tədarük edilir və satışa verilir. 

Sitrus meyvələri  ən çox kif xəstəliklərinə tutulur. Göy kif xəstəliyini 



P.italicum, yaşıl kif xəstəliyini isə  P.digitatum göbələyi törədir. Göy kif ən çox 

limon, portağal və narıngini xəstələndirir. Yaşıl kif meyvənin üzərində yaşıl ləkələr 

əmələ  gətirir və az vaxtdan sonra onu çürüdür. Mexaniki zədələnmişlər kif 

xəstəliklərinə daha tez tutulurlar. 

Sitrus meyvələrinin antraknoz xəstəliyi  Colletotrichum citrus göbələyi 

tərəfindən törədilir. Meyvənin qabıq hissəsində quru və batıq ləkələr əmələ gəlir. 

Havada rütubət çox olduqda antraknoz xəstəliyi çox yayılır. Meyvənin dadı acı-

turş, iyi xoşagəlməz olur. 

Boz çürümə  xəstəliyinə  ən çox üzümçülükdə  təsadüf olunur. Onu Botrytis 

cinerea Pers bakteriyası əmələ gətirir. Xəstəliyə, həmçinin alma, armud, çiyələk və 

qarağat da tutulur. Göbələklər proteoletik fermentləri və sellülozu parçalayan 

fermentlər vasitəsilə meyvə hüceyrələrini parçalayır. Nəticədə bakteriyalar zəhərli 

maddələr  əmələ  gətirirlər. Nisbi rütubət yüksək olduqda xəstəlik artır. Meyvənin 

ətliyi yumşalaraq tez çürüyür. 


 

 

196



Gərzəngi üzümdə rast gəlinən və  Uncinula spiralis göbələyi tərəfindən 

törədilən xəstəlikdir. Bu xəstəliyə  həm yetişməmiş, həm də kal gilələr tutulur. 

Xəstə gilələrin üzəri tədricən ağ ləkələrlə örtülür və sonra quruyur. Gilələrin qabığı 

çatlayır, tumlar görünür və beləliklə  məhsuldarlığa böyük ziyan dəyir. Xəstəlik 

tezliklə sağlam gilələrə keçir. 

 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin