0 Ə-C.İ.Əhmədov N. T.Əliyev m e y V ə V ə t ə r ə V ə z I n ə M t ə Ə Ş Ü nasl I ğ I (Dərslik)



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix01.01.2017
ölçüsü3,77 Mb.
#4002
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

                                              

 

 

116



 

 3.5.3. Tropik meyvələr 

 

Bananın  (Mussa paradisiaca, Musaceae fəsiləsi) ölkəmizə 

Vyetnam, Hindistan, Qvineya, Meksika və başqa tropik ölkələrdən daxil 

olur. Bir saplaq üzərində 10-15 ədəd banan olur, bir neçə saplağı isə 

salxım  əmələ  gətirir. Bir salxım 150-200 banandan ibarətdir, çəkisi 50 

kq-a qədər olur. Tərkibi yetişmə dərəcəsindən asılıdır. Kal bananda 18% 

nişasta, 1,5% şəkər olur. Yetişmişlərdə isə nişasta 2%-ə  qədər azalır, 

şəkər isə 19%-ə çatır.    Orta hesabla tərkibində 7% su, 18-22% şəkər, 

0,8% sellüloza, 0,2% yağ, 0,3% alma turşusu, 348 mq% kalium və 42 

mq% maqnezium vardır. Vitaminlərdən 10-12 mq% C, 0,04 mq% B

1



0,06 mq% B

2

, 0,2 mq% 



β-karotin, həmçinin U (ulsuz) vitamini vardır.  

Banan xoşagələn ətirli və şirin dadlıdır. 100 qr banan 90 kkal və ya 

384 kCoul enerji verir. Keyfiyyəti QOST P 51603-2000 müəyyən 

olunur. 


400-dən çox sortu var. Təyinatına görə banan sortları üç qrupa 

bölünür. Aşxana (Kavendiş,Qro Mişel, Lakatan), desert (Alma banan, 

Ledis finqers, Qırmızı) və tərəvəz(Fransa planteyni, Buynuzlu planteyn, 

Abissin bananı) banan sortları. Tərəvəz bananı kulinariya emalından 

keçirildikdən sonra qidaya sərf olunur. 

Ananasın (Ananas comosus, Bromeliaceae fəsiləsi) vətəni Cənubi 

Amerikadır.  Əsasən Kubada, Braziliyada, Meksikada, Hindistanda, 

Çində, Seylon adasında becərilir. Bunun çəkisi orta hesabla 1,5-2 kq-dır. 

Bəzilərinin çəkisi isə 5 kq-a çatır. Meyvəsinin 66-67%-ni ətliyi, 23-



 

 

117



24%-ni qabığı, 4,5-5,0%-ni bərk özəyi, üzərindəki ləçəkləri (sultanalar) 

4-5%, zoğu 0,5-0,8% təşkil edir. 

Ananasın 100-dən çox sortu var. Ən çox yayılmış sortlarından 

Cayenne, Queen, Spanish, Abacaxi, Maipure və s. göstərilə bilər. 

Meyvəsinin bir ədədi 1-2,5 kq-dır. Ananasdan həm təzə, həm də emal 

edilmiş (şirə, kompot, mürəbbə) halda istifadə edilir. 

Tərkibində 11-20% karbohidrat (o cümlədən 8-18% saxaroza), 0,4-

0,5% zülal, 0,1-0,2% yağ, 0,3-0,4% minerallı maddə, 0,5-1,6% üzvi 

turşu, 19-21 mq% C, 0,06 mq% 

β-karotin, 0,08 mq% B

1

, 0,03 mq% B



2

 

vitamini vardır. Ananasın keyfiyyəti ISO 1838-75-ə görə müəyyən 



olunur. 

Iran xurması (Xurma palması, Phoenis dactylifera.) tropik meyvə 

olduğundan,  əsasən  şimali Afrikada, MƏR-də  və Iranda becərilir. 

Türkmənistanın cənub rayonlarında yetişdirilir. Bu meyvə yarımşirəli 

olmaqla uzunsov yumru formadadır.  Ətli hissəsinin daxilində sümük 

çəyirdək yerləşir. Pərakəndə ticarətə qurudulmuş halda daxil olur. 

Qurusunun tərkibində 17-28,7% su, 62% şəkər (invertli və saxaroza), 

1,9-3% azotlu maddə, 0,2-1% yağ, 3,6% sellüloza, 2,9-3,3% pentozanlar 

və 1,2-2% minerallı maddələr vardır. 



Manqo (Mangifera indica, Anacardiaceae  fəsiləsi). Vətəni Birma, 

Şərqi Hindistan və Himalay dağlarının  ətəkləridir. Dünyada hər il 16 

milyon ton manqo istehsal edilir ki, bunun da 65%-i Hindistanın payına 

düşür. Manqo çəyirdəkli meyvələr qrupuna aiddir. Hər meyvənin 

daxilində iri çəyirdəyi olur. Qabığı  sıx və hamardır. Meyvələrinin 

uzunluğu 8-24 sm, diametri 5-10 sm olmaqla bir ədədinin kütləsi 250-



 

 

118



400 qr, bəzi hallarda 2-3 kq olur. Forması yumru, yumurtavari və 

uzunsovdur. Qabığının rəngi yaşıl, yaşılımtıl-sarı, narıncı, çəhrayı, 

qırmızı  və qarışıq olur. Ətliyi sarı  və açıq narıncı  rəngdə,  şirəli, turşa-

şirin və sortundan asılı olaraq az və ya çox lifli olur. Dad və ətri o qədər 

yaxşıdır ki, ona «Bütün meyvələrin şahı» adı verilmişdir. Dünyada 1500 

manqo sortu vardır və bütün sortlar 4 qrupa bölünür. Florida sortlarına 

Haden, Tommy Atkins, Kent; Hindistan sortlarından Alphonso, 

Mulgoba, Bombay, Bangalora, Pairi, Him Sagar; Filippin sortlarından 

Carabao, Pico, Pathiri, Aroomanis; Cənubi Hindistan sortlarından Julie, 

Amelie, Peter göstərilə bilər. 

Manqonun tərkibində 80-83% su, 10-16% şəkər (o cümlədən 0,5-

1,5% qlükoza, 2-4% fruktoza, 7-11% saxaroza), 0,4-0,8% zülal, 0,2-

0,5% üzvi turşu, 0,3-0,5% minerallı maddə, 0,1-0,4% lipidlər, 20-50 

mq% C vitamini, 2-10 mq% karotin vardır. Manqo çox ətirli meyvədir. 

100 qr-ı 56 kkal və ya 236 kCoul enerji verir. Keyfiyyəti OOH/EEK 

FFV-45-ə görə müəyyən olunur. 



Avakado (Persea americana Mill. Lauraceae  fəsiləsindəndir). 

Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. 

Botaniki cəhətdən Avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq 

təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, 

oval formada, bəzən armudaoxşardır. Qabığı  sıx, dərivari hamar və ya 

çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi 

qabığından asan aralanır. Meyvənin daxilində  iri çəyirdəyi var. 

Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir. Son illər beynəlxalq 

bazarda çəyirdəksiz mini-avakado da olur. Bir meyvənin kütləsi 150 qr-


 

 

119



dan 1 kq-a qədərdir. Orta ölçüsü 10-15 sm diametrində, 400 qr  kütlədə 

olur. Sortlarından Fuerte, Hass, Fortuna, Nabal, Bacon, Tonnage, Lulla 

və s. Tərkibində 0,5-1,0% şəkər, 1,3-2,6% zülal, 0,9-1,6% minerallı 

maddə, 0,2-0,4% üzvi turşu, 5-10 mq% C vitamini, 0,1-0,4 mq% 

β-

karotin  vardır. Minerallı maddənin tərkibində 400-700 mq% kalium və 



0,5-1,5 mq%  dəmir vardır. 0,1-0,2 mq% B

2

, 0,2-0,4 mq% B



6

, 1,1-2,36 

mq% PP və E vitamini vardır. 

100 qr avakado 230 kkal və ya 962 kCoul enerji verir.Keyfiyyəti 

beynəlxalq standart olan OOH/EEK FFV-42-ə görə müəyyən edilir. 

Liçi (Litchi chinensis Sonn, Sapindaceae  fəsiləsindəndir).  Çin 

gavalısı və ya çin qozu adlanan Liçinin vətəni Cənubi Çindir və burada 

4000 ildir ki, becərilir. Meyvəsi yumurtavaridən yumru formaya 

qədərdir. Ölçüsü fındıqdan iri, gavalıdan xırdadır. Meyvəsinin 

quruluşuna görə Liçi qozmeyvəlilərə aiddir. Qabığı sıx olub, ətliyindən 

asan ayrılır. Qabığının rəngi çəhrayıdan qırmızıya qədər, bəzən sarımtıl-

qəhvəyi olur. Ətliyi ağ, jeleyəbənzər  şirəli, kifayət qədər sıx olub, 

çəyirdək nüvəsini  əhatə edir. Ətliyi 62-84%, nüvəsi 6-26%, qabığı 12-

20% arasındadır. Dadı  şirin, üzüm dadını xatırladır. Zərif qızılgül və 

muskat  ətirlidir. Meyvəsi təzə halda istifadə olunur, kompot, şərab 

hazırlanır və qurudulur. Dərildikdən sonra yetişə bilmədiyindən istehlak 

yetişkənliyində yığılır. 150-dən çox sortu məlumdur. Sortlarından Haak 

Jip, Kwai Mi, No Mai Tse(Çin), Bedana, Groff, Pat Po Hung 

(Hindistan), Mauritius, Brewster və s. 

Tərkibində 14,3-16,2% şəkər, o cümlədən 9-10% reduksiyaedici 

şəkərlər, 0,5-0,7% pektinli maddələr, 0,76-1,20% zülal, 0,25-0,50% üzvi 



 

 

120



turşu (əsasən alma turşusu), 0,42-0,60% minerallı maddələr, 39-45 mq% 

C vitamini, 0,4-0,6 mq% B

1

, 0,06-0,08 mq% B



2

 vitaminləri vardır. 

Minerallı maddələrdən 122-182 mq% K, 7-9 mq% Mn, 25-30 mq% P, 4-

6 mq% Ca, 0,5 mq% dəmir vardır. 100 qr meyvə 74 kkal və ya 311 

kCoul enerji verir. Standartı hələ işlənməyib. 

Papayya (Carica papaya, Caricaceae  fəsiləsindəndir). Sinonimi 

çoxdur,  əsasən qovun ağacının meyvəsi adlanır. Vətəni Mərkəzi 

Amerika, əsasən Meksikanın cənub hissəsi sayılır. Hazırda tropik iqlimə 

malik bütün ölkələrdə becərilir. Dünyada hər il 4 milyon ton papayya 

istehsal olunur. Meyvəsi giləmeyvədir. Forması uzunsov-oval, 

armudaoxşar və ya yumru-ovaldır. Daxilində çoxlu xırda qara acı dadlı 

toxumları var. Qabığı hamar, dərivari, yetişməmişlərdə yaşıl, yetişdikdə 

isə sarı  və ya narıncı  rəngdə olur. Ətliyi sortundan asılı olaraq ağ-

sarımtıl və ya narıncı  rəngdə, yumşaq, zərif,  şirəli, kifayət qədər  şirin 

olub, qovunu xatırladır. Bir ədədinin kütləsi 100 qr-dan 1000 qr-a qədər, 

bəzi hallarda 5-9 kq-a qədər olur. Sortlarından Solo, Sunrise Solo, 

Masumoto Solo, Betty, Amazon Red, Bahia, Hortus Gold, Red Panama 

və s. 

Tərkibində 86-90% su, 10-12% karbohidrat, o cümlədən 2-10% 



şəkər, 0,4-0,7% zülal, 0,6-0,7% pektinli maddə, 0,4-0,6% minerallı 

maddə, 0,04-0,15% üzvi turşu (alma və limon), 0,1% yağ vardır. 

Vitaminlərdən 50 mq% C və 

β-karotinlərdən 2 dəfə az A vitamini 

aktivliyində olan 48,2 mq% 

β-kriptoksantin vardır. 100 qr meyvəsi 12 

kkal və ya 52 kCoul enerji verir. 


 

 

121



Papayyanın tərkibində proteolitik ferment papain olduğu üçün 

qidanın həzminə kömək etdiyindən pəhrizi desert qida kimi məsləhət 

görülür. Saxlanılma müddəti 10-13

0

C-də və 90% nisbi rütubətdə 13-20 



gündür. 

Çörək ağacı  (Artocarpus communis və ya A. altilis, Moraceae 

fəsiləsindəndir).  Vətəni Malay arxipelaqıdır. Cənubi Asiyada daha çox 

becərilir və əhalinin qidasında mühüm əhəmiyyətə malikdir. 

Çörək ağacı diametri 15-30 sm olan darəvi formada mürəkkəb 

meyvə  əmələ  gətirir. Qabığı yaşıl, sarımtıl-yaşıl və ya qəhvəyi 

rəngdədir. Ətliyi xəmirəoxşar sarımtıl kütlədən ibarətdir. Daxilində 2-3 

ədəd  şabalıd boyda iri toxumu olur. Meyvəsinin iyi xoşagəlməyəndir. 

Meyvəsi kulinariyada tərəvəz kimi bişirilmiş halda istifadə olunur. 

Bəzən onu torpağa basdırıb pendir kimi fermentləşdirdikdən sonra 

yeyirlər. 

Tərkibində 16,8-17,9% karbohidrat, 1,3-1,5% zülal, 0,9% minerallı 

maddələr, 0,2-0,3% yağ, 22 mq% C, 0,2 mq% B

1

, 0,04 mq% B



2

, 0,02 


mq% 

β-karotin, 422 mq% kalium, 36 mq% fosfor vardır. 100 qr-ı 76 

kkal və ya 323 kCoul enerji verir. 13-14

0

C-də, 85-90% nisbi rütubətdə 



15-20 gün saxlamaq olar. 

 

 

 

122



 

 

123



 

 

124



 

 

125



 

 

126



 

 

 

 

IV FƏSIL. YABANI MEYVƏ VƏ GILƏMEYVƏLƏR 

 

Əhalinin yüksək keyfiyyətli meyvə-giləmeyvə  və onların emalı  məhsulları 



ilə  təmin edilməsində  həmin məhsulların istehsalının artırılması  əsas yerlərdən 

birini tutur. Məhz buna görə meyvə-giləmeyvə  və üzüm istehsalının artırılması, 

habelə yabanı meyvə, giləmeyvə, göbələk və  dərman bitkiləri tədarükünün 

genişləndirilməsi mühüm məsələlərdən biridir. 

Azərbaycan  ərazisi Böyük və Kiçik Qafqazın, Talış dağlarının meşələri və 

eləcə  də Kürqırağı tuqay meşələri ilə geniş sahələrdə  əhatə olunmuşdur. Həmin 

meşələrdə bir çox yabanı meyvə  və giləmeyvə yetişir ki, onlardan da müxtəlif 

yeyinti məhsulları istehsal etmək olar. Meşə alması, armud, əzgil, yemişan, alça, 

zoğal, albalı, meşə üzümü, itburnu, qarağat, çaytikanı, böyürtkən, moruq, meşə 

çiyələyi, yabanı fındıq, şabalıd, fıstıq, yunan qozu, yabanı nar, xırnik, iydə, innab, 

ağ və qara tut belə meyvələrə misal göstərilə bilər. Bu meyvələrin bir çox mədəni 

sortları da mövcuddur, lakin yabanı növlər bu vaxta qədər dəqiq və geniş surətdə 

öyrənilməmişdir. 

Azərbaycanın bir çox rayonlarında zoğal, yabanı alma, nar, böyürtkən, 

itburnu, çaytikanı, yabanı fındıq və başqa meyvə-giləmeyvələr tədarük edilir, lakin 

onların miqdarı ehtiyatından qat-qat azdır. Bir çox qiymətli meyvə-giləmeyvələr 

isə tamamilə  tədarük edilmir. Yerli əhali öz ehtiyaclarını ödəmək və kolxoz 

bazarlarında satmaq üçün az miqdarda yabanı meyvə-giləmeyvə toplayırlar, külli 

miqdarda meyvə-giləmeyvə isə meşələrdə çürüyüb xarab olur. 

Bu sahədə  əsas vəzifə respublika ərazisində yabanı meyvə  və giləmeyvə 

ehtiyatını öyrənmək və onları tədarük  edib, səmərəli istifadəsini təşkil etməkdən 

ibarətdir. 



 

 

127



Bir çox elmi-tədqiqat və  tədris institutları yabanı meyvə-giləmeyvələrdən 

səmərəli istifadə olunması  məsələsi ilə  əlaqədar tədqiqat işləri aparır. Yabanı 

meyvələr həm yeyinti sənayesi, həm də texniki-dərman məhsulları istehsalı üçün 

xammal kimi öyrənilir. Hazırda  əsas məsələ yabanı meyvələrin tədarükünü 

artırmaqdan və onlardan səmərəli istifadə yollarını aşkar etməkdən ibarətdir. 

Qeyd etmək lazımdır ki, Azərbaycan  ərazisində bitən yabanı meyvə  və 

giləmeyvələr haqqında məlumata pərakəndə  şəkildə, az da olsa, müxtəlif 

ədəbiyyatlarda, dövri mətbuatda və elmi-tədqiqat işlərində rast gəlinir. Bəzi yabanı 

meyvələr haqqında isə azərbaycan dilində heç bir məlumat yoxdur. 

Dərsliyin bu bölməsində Azərbaycan  ərazisində bitən yabanı meyvə-

giləmeyvələrin mənşəyi, yayılması, qısa botaniki və bioloji təsviri, kimyəvi tərkibi, 

tədarük müddəti və istifadə olunması haqqında məlumat verilir. 

 

4.1. Yabanı meyvələrin təsərrüfat əhəmiyyəti 

 

Meyvələr insan qidasında mühüm yer tutur. Buna görə də yabanı meyvələr 



qədim zamanlardan bəri insanlar tərəfindən qida məhsulu kimi istifadə edilir. 

Mədəni halda becərilən meyvələr kimi, yabanı meyvələrin də  tərkibində insan 

orqanizmi üçün zəruri olan qidalı maddələr – şəkərlər, azotlu maddələr, yağlar, 

üzvi turşular, fermentlər, vitaminlər,  ətirli, pektinli və mineral maddələr vardır. 

Əhalinin təzə və emal edilmiş meyvə-giləmeyvələrə olan tələbatının ödənilməsində 

yabanı meyvələrdən istifadə olunmasının böyük xalq təsərrüfat əhəmiyyəti vardır. 

Əvvəla, yabanı meyvələrdən istifadə olunması üçün qabaqcadan heç bir 

kapital qoyuluşu tələb olunmur. Yalnız həmin meyvələri tədarük edib müvafiq 

sənaye müəssisələrində emalını təşkil etmək lazımdır. Ikincisi, yabanı meyvələrin 

tədarükünə  sərf olunan xərc, yəni onun maya dəyəri mədəni meyvələrin 

becərilməsinə sərf edilən xərcdən ikiqat azdır. 


 

 

128



Yabanı meyvələr həm təzə halda, həm də emal olunduqdan sonra istifadə 

edilir. Bir çox yabanı meyvələrin müalicəvi xassələri də vardır, buna görə  də 

həmin meyvələr dərman bitkisi kimi də tədarük edilir. 

Yabanı meyvələr kimyəvi tərkiblərinə görə çox da yüksək kaloriliyə malik 

deyillər. Lakin onların tərkibində külli miqdarda bioloji aktiv maddələr – 

vitaminlər, minerallı maddələr, fitonsidlər və s. vardır. Buna görə  də yabanı 

meyvələr sağlam insanların qidasında, müalicəvi qidalanmada, uşaqların və 

yaşlıların qidasında və piylənməyə qarşı istifadə edilir. 

Son illərdə meyvələrin qidalılıq dəyəri haqqındakı mülahizələr genişlənmiş 

və müəyyən edilmişdir ki, başqa qida məhsulları ilə  qəbul olunan meyvə-

giləmeyvələr qidanın həzmini yaxşılaşdırır, zülalların, yağların və minerallı 

maddələrin mənimsənilməsinə kömək edir. 

Kimyəvi tərkibcə zəngin olan yabanı meyvə-giləmeyvələr yeyinti məhsulları 

istehsalı üçün hərtərəfli istifadə oluna bilər. Yabanı meyvə-giləmeyvələrdən 

meyvə-giləmeyvə  şirəsi, meyvəli içkilər, ekstraktlar, şərbətlər, meyvə-giləmeyvə 

şərabları, marmelad, pastila, mürəbbə, cem, jele, povidlo, karamel üçün içlik, 

meyvə-giləmeyvə konservləri, kompotlar, qurudulmuş meyvə, dondurulmuş 

meyvə-giləmeyvə, texniki və yeyinti yağları istehsal etmək mümkündür. 

Yeyinti məhsulları istehsalı üçün xammal olmaqla yanaşı, yabanı 

meyvələrdən itburnu, çaytikanı, moruq, çiyələk, qaragilə, heyva tumu və s. 

əczaçılıq sənayesində qiymətli xammal hesab edilir. 

Yabanı meyvə  ağacları  və kolları  həm də balverən bitki kimi də böyük 

əhəmiyyətə malikdir. Polifloralı balın müxtəlifliklərindən olan meşə  və bağ balı 

yüksək keyfiyyətli hesab edilən çiçək balı adı ilə satışa verilir. Həmin balı arılar 

yabanı meyvə-giləmeyvələrin çiçəklərinin nektarından hasil edirlər. 

Bir çox yabanı meyvə  ağaclarının oduncağı xarratçılıqda qiymətli material 

hesab edilir. Zoğal,  əzgil, armud, qoz, fındıq,  şabalıd və s. meyvə  ağaclarının 

oduncağından yüksək keyfiyyətli mebel, bəzəkli töhfələr, məişətdə  işlədilən 

müxtəlif məmulatlar (qaşıq, oxlov, tabaq, təknə  və s.) hazırlanır. Yabanı meyvə-


 

 

129



giləmeyvə  ağaclarının bir əhəmiyyəti də ondan ibarətdir ki, onlardan yüksək 

keyfiyyətli calaq materialı kimi istifadə edilir və müvafiq meyvə-giləmeyvələrin 

mədəni sortları artırılır. 

 

4.2. Yabanı meyvələrin təsnifatı 

 

Müxtəlif coğrafi  ərazidə yetişən yabanı meyvələrə  həsr olunmuş 



ədəbiyyatlarda meyvələr müəyyən ardıcıllıqla verilir. Bir çox müəlliflər yabanı 

meyvələri meyvənin adının baş  hərfi üzrə  əlifba sırası ilə izah edirlər. Digər 

müəlliflər isə nisbətən daha çox yayılmış meyvədən başlayaraq onların tutduqları 

sahəyə  və  tədarükünün miqdarına görə  şərh edirlər. Azərbaycan  ərazisində 

müxtəlif yabanı meyvə-giləmeyvə yetişir. Həmin meyvələrin öyrənilməsini 

asanlaşdırmaq məqsədilə biz onları  əmtəəşünaslıqda qəbul olunmuş  təsnifata 

uyğun olaraq aşağıdakı kimi qruplaşdırırıq. 

1.

 



Tumlu(tumlu) meyvələr. Bu qrupa yabanı meşə alması, adi və ya meşə 

armudu, uzunsov və ya adi heyva, yabanı və ya adi əzgil, yemişan, üvəz və 

b. aiddir. 

2.

 



Çəyirdəkli meyvələr. Bu qrupa adi ərik, adi albalı, yabanı gilas, həqiqi zoğal, 

yabanı alça, göyəm və ya tikanlı gavalı və b. aiddir. 

3.

 

Giləmeyvəlilər – 3 yarımqrupa bölünürlər: 



 

həqiqi giləmeyvələr – meşə  və Amur üzümü, adi zirinc, firəng üzümü, 

çaytikanı, qara və qırmızı qarağat, itburnu, qaragilə, sumaq və b. 

 

mürəkkəb giləmeyvələr – böyürtkən, adi və ya meşə moruğu və b. 



 

qeyri-həqiqi giləmeyvələr – meşə çiyələyi və b. 

4.

 

Qərzəkli meyvələr – 2 yarımqrupa bölünürlər: 



 

sümükqabıqlılar – yunan qozu, badam, həqiqi püstə, Şərq fıstığı, yeyilən şabalıd 

və b. 

 

həqiqi bərkqabıqlılar – adi meşə fındığı, pekan və b. 



 

 

130



5.

 

Subtropik meyvələr. Bu qrupa yabanı nar, əncir, xırnik (Qafqaz xurması), 



innab, daryarpaq iydə, ağ və qara tut və b. aiddir. 

Azərbaycanda daha çox yayılmış yabanı meyvə  və giləmeyvələr: adi ərik, 

uzunsov və ya adi heyva, alça, adi zirinc, qırmızı yemişan,  Şərq fıstığı, Amur 

üzümü, meşə üzümü, mahaleb albalısı, çöl albalısı, nar, adi və ya meşə armudu, 

böyürtkən, meşə çiyələyi, həqiqi  şabalıd, adi zoğal, firəng üzümü, meşə  fıstığı, 

daryarpaq iydə, adi moruq, yabanı badam, adi badam, adi əzgil, çaytikanı, Yunan 

qozu, pekan, qara qarağat, qırmızı qarağat, sumaq, göyəm, qara tut, ağ tut, innab, 

həqiqi püstə, xırnik, yabanı gilas, itburnu, dərgil, meşə alması. 

Yuxarıda adları qeyd edilənlərdən başqa Azərbaycanda nisbətən az yayılmış 

mərsin (brusnika), gəndəlaş (buzina), su qozu (vodyanoy orex), cır mərsin 

(qolubika), bigəvar və ya yabanı quşqonmaz (iqlitsa), şimal moruğu (kostyanika), 

Qafqaz qaragiləsi (kafkazskaya çernika),  qaragilə  və ya mərcanı (çernika), 

başınağacı (kalina), dağdağan (karkas), şanagüllə (lotos), dəfnəgilas (lavrovişnya), 

cökə (lipa), küsdüm (mimoza), qara quşüzümü (paslen çernıy), üvəz və ya 

quşarmudu (ryabina), qaraçöhrə (tiss) və s. bu kimi yabanı meyvə-giləmeyvələr də 

bitir. 


Yabanı meyvələri onların təyinatına, istifadəsinə, kimyəvi tərkibinə və başqa 

göstəricilərinə görə də qruplaşdırmaq olar. 

 

4.3. Azərbaycanda yetişən yabanı meyvələrin səciyyəsi 

4.3.1. T0xumlu(tumlu) meyvələr 

 

Yabanı meşə alması. Alma qızılgülçiçəklilər fəsiləsindən olub, 30-dan çox 

növü vardır. Yabanı formalardan meşə,  Şərq, Sibir, Çin və ya gavalıyarpaq alma 

növləri daha çox yayılmışdır. Azərbaycanda, əsasən Şərq alması bitir. 

Böyük və Kiçik Qafqaz sıra dağlarının, həmçinin Talış dağlarının 

meşələrində alma ağacları çoxdur. Bunlar meşə ağacları içərisində ya qarışıq və ya 



 

 

131



da xalis almalıqlar  şəklində bitir. El arasında «almalıq» adı ilə tanınmış bir neçə 

meşə sahələri vardır. 

Yabanı alma aprelin axırı, mayın  əvvəllərində çiçəkləyir. Eyni zamanda 

yarpaqlar da əmələ gəlir. Meyvəsi sentyabrın sonu, oktyabrın əvvəllərində yetişir. 

Ağacı 5-10 yaşından meyvə verir. Alma çarpaz tozlandığından yabanı almaların 

müxtəlif formaları vardır.  Əsasən yumru, yastı-yumru, yumurtavari və başqa 

formalarda olur. Yabanı almanın diametrə görə ölçüsü orta hesabla 2 sm-dir (1-dən 

2,5 sm-ə qədər). Iri ağaclar orta hesabla 30-50, bəzən isə 100 kq-a qədər məhsul 

verir. Meyvələri yaşıl, ağ-sarımtıl, qırmızı  və ya qarışıq rəngdədir. Lakin, əsasən 

yaşıl-sarı rəngdə olur. Əsas rəngdən başqa, üzərlərində qırmızı yanaq və ya xətlər 

olur. Qabığının altında müxtəlif rəngli xallar, nöqtələr ola bilər. Dad və ətrinə görə 

müxtəlif formalar bir-birindən fərqlənirlər. Dadı turşa-şirin,  ətirlidir.  Ətliyi bərk, 

tam yetişdikdə isə yumşaq və pürevari olur. Meyvə yuvacığında bir neçə 

arakəsmələr var. Onların hərəsində bozumtul-qəhvəyi rəngli bir toxum yerləşir. 

Yabanı almanın tərkibində 7-14% şəkər (fruktoza, qlükoza, saxaroza), 2,4% 

üzvi turşu (alma, şərab, limon və s.), 3%-dən çox pektinli maddə, 30-80 mq% C, 

B

1

, B



2

 vitaminləri, karotin (provitamin A), aşılayıcı maddələr, dəmir, fosfor və 

kalsium duzları, toxumunda isə 23-33% yağ vardır. Üzvi turşuların çox olması 

yabanı almadan təzə halda istifadəni məhdudlaşdırır. Lakin uzun müddət 

saxladıqda biokimyəvi proseslərin nəticəsində dadı yaxşılaşır. 

Yabanı almadan şirə, kvas, şərbət, ekstrakt, mürəbbə, povidlo və  həmçinin 

meyvə-giləmeyvə  şərabları (məsələn, sidr) hazırlanır. Tərkibində pektinli 

maddənin çox olması onu marmelad, pastila və jele istehsalında qiymətli xammal 

edir.Yabanı alma qurusu çay və qəhvə içkiləri üçün də işlədilir. 

Yabanı  alma  xalq  təbabətində geniş  tətbiq olunur. Ondan mədə-bağırsaq 

xəstəliklərinə, qan azlığına və başqa xəstəliklərə qarşıi sifadə edilir. Bişirilmiş 

alma və ya onun çayı soyuqdəyməyə  və öskürəyə qarşı effektli dərmandır. 



 

 

132



Almanın oduncağının rəngi və forması gözəl olduğundan böyük təsərrüfat 

əhəmiyyəti vardır. Alma, həmçinin bahar fəslində bol nektar verən bal bitkisi də 

hesab edilir. 

Meşə armudu. Armud qızılgülçiçəklilər fəsiləsindəndir, 30-dan çox növü 

vardır. Bu armudun ən çox yayılmış növlərindən Rus, Qafqaz, Ussuriya, Çin, 

söyüdyarpaqlı və kirkan armudunu göstərmək olar. Azərbaycanda ən çox Qafqaz 

meşə armudu, bəzi rayonlarda isə söyüdyarpaqlı armud (Dəvəçi,  Şirvan, Cənubi 

Qarabağ meşələrində) və Kirkan armudu (məsələn, Talışda) yetişir. Qafqaz armudu 

Böyük və Kiçik Qafqaz dağlarının meşələrində böyük sahələri tutur. 

Yabanı armud aprelin axırlarında çiçəkləyir. Çiçəkləri ağdır. Yarpaqları ilə 

birlikdə əmələ gəlir. Meyvələri payızda yetişir. 6-10 yaşından baş verir. Hər ağacı 

10-40 kq və daha çox meyvəsi olur. Tumları ilə çoxalır. Yabanı armud ağacının 

50-80 il, bəzən 150-300 il ömrü olur.Meyvələri armudu, yumru və konusvari olur. 

Rəngləri yaşıl, sarı, bəzən qırmızımtıl yanaqlı  və yaxud pas ləkəlidir. Saplağı 

armudun özündən uzundur. Ətliyində çoxlu daşlaşmış toxumalar vardır. Dadı şirin, 

turş  və ya meyxoşdur. Yabanı armud meyvəsinin formasına, rənginə, dadına və 

başqa xassələrinə görə müxtəlif formalar yaradır. Beş hissədən ibarət meyvə 

yuvasının hər birində 1-2 ədəd boz və ya parlaq qara rəngli toxumu olur. Meyvələr 

dərildikdən sonra yetkinləşir, xüsusi dad və ətir kəsb edir. 

Yabanı armudun tərkibində 6-13% şəkər (əsasən qlükoza və fruktoza), 0,12-

0,19% (bəzən 1,3%-ə  qədər) üzvi turşu (alma və limon) , azotlu, aşılayıcı  və 

rəngləyici, pektinli və mineral maddələr, karotin, vitamin C və  B

1

 vardır. 



Toxumunda 12-21% yağ olur. 

Yabanı armud kompot, meyvə içkiləri üçün cövhər, kvas, meyvə  şərabı, 

sirkə və s. məhsulların istehsalında istifadə edilir. Yabanı armudun tərkibində 4%-ə 

qədər pektinli maddə olduğundan, ondan povidlo, sukat, marmelad, pastila, 

karamel üçün içlik və eləcə  də mürəbbə hazırlamaq mümkündür. Qovrulmuş 

tumları qəhvənin, qurudulmuş meyvəsi isə çayın əvəzedicisi kimi işlədilir. 



 

 

133



Xalq təbabətində armuddan ishal əleyhinə  və sidikqovucu kimi böyrək 

xəstəliklərində istifadə olunur. Armudun tərkibində fitonsidlər də tapılmışdır. 

Armudun oduncağı  ağır, elastiki, qırmızı-qonur rəngli olub, yaxşı 

parlaqlaşdırıla bilir. Ondan keyfiyyətli mebel, musiqi alətləri və bir çox məmulat 

hazırlanır. Armudun oduncağı yaxşı qatlanır və çatlamır. 

Armud, həmçinin balverən bitki kimi də  məşhurdur. Çiçəklərinin pis ətri 

olmasına baxmayaraq, bahar fəslində arılar üçün yaxşı nektar və çiçək tozcuğu 

mənbəyi hesab edilir. Armudun ağac qabığından qəhvəyi, yarpaqlarından isə sarı 

rəngli boyaq (parça üçün) alınır. 

Adi heyva.  Qızılgülçiçəklilər fəsiləsindəndir. Meyvə bitkisi kimi 4000 ildir 

ki, məlumdur. Yabanı halda ən çox şərq yarımkürəsində daha çox bitir. Böyük 

Qafqazın şərq hissəsində, Mərkəzi Zaqafqaziyada və Talışda yetişir. Mədəni halda 

dünyanın bir çox ölkələrində becərilir. 

Azərbaycanda heyvanın yabanı formaları çoxdur. Lakin bunlar az 

öyrənilmişdir. Heyvanın az öyrənilməsi onun meyvəsinin az qiymətləndirilməsidir. 

Lakin heyvanın təsərrüfat əhəmiyyəti böyükdür. 

Heyva may ayında çiçəkləyir. Çiçəkləri iri ağ  və  çəhrayı olur. Ətirlidir. 

Meyvəsi sentyabr-oktyabrda yetişir. Heyvanın yabanı formaları  xırda olmaqla, 

uzun müddət saxlandıqda  ətri yaxşılaşır. Meyvələri yumru, uzunsov və armud 

şəklində, rəngi yaşıl, açıq və ya tutqun sarı olur. Meyvənin üstü boz, tünd sarı və 

ya tünd qəhvəyi rəngli pənbə ilə örtülüdür. Ətliyi ağ və ya sarımtıl, əvvəlcə bərk, 

lakin qalıb yetişdikcə yumşalır.  Ətliyində daşlaşmış  bərk toxumalar vardır. Dadı 

şirin, turşa-şirin və gər (büzüşdürücü) olur. 

Toxum yuvası beşdir. Içərisində boz və ya qara-darçını  rəngli toxumlar 

yerləşir. Toxumlar lığablıdır (yağlı-horralıdır). 

Heyvanın tərkibində 5-12,2% şəkər, o cümlədən 2,14% qlükoza, 6,27% 

fruktoza və 0,64% saxaroza, 0,85-1,22% üzvi turşu (alma, limon), 0,35-1,25% 

aşılayıcı maddə, 0,27-0,45% pektinli maddə, 0,51-0,85% minerallı maddə, o 

cümlədən 30 mq/kq dəmir, 1,4 mq/kq mis, 20 mq% vitamin C, karotin vardır. 



 

 

134



Heyvanın, əsasən qabıq hissəsində toplanmış enant-etil və pelarqon-etil efiri onun 

ətrini əmələ gətirir. 

Heyvadan bişirilmiş halda(bəzən külləmə formasında) istifadə edirlər. 

Heyvanın meyvəsi marmelad, jele, povidlo, sukat, mürəbbə, kompot, cem 

hazırlamaq üçün qiymətli xammaldır. Heyvanın ətri daha kəskin olduğundan, alma 

və armuddan hazırlanan məhsullara xoş dad və ətir vermək üçün ondan bir qədər 

qatılır. 

Azərbaycanda heyvadan bir çox xörəklərin hazırlanmasında istifadə edilir (ət 

və quş xörəklərinə qarnir kimi, qiymələnmiş heyvanın hazırlanmasında, kələm 

dolmasının yanında və s.). 

Heyvanın tərkibində  dəmir çox olduğundan onun ekstraktı qan azlığında 

istifadə olunur. Dərman məqsədi ilə heyvanın tumları mədə-bağırsaq, ürək-damar 

xəstəliklərində, tənəffüs yollarının iltihabında yumşaldıcı  və  bəlğəmgətirici 

öskürək dərmanı kimi tətbiq edilir. Heyvanın yarpaqlarından dəmlənmiş çaydan 

bronxial astma xəstəliyində  və ürək ağrılarına qarşı, oduncağının qabığından 

hazırlanmış çaydan isə mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edirlər. 

Heyva balverən bitki kimi də qiymətləndirilir. Hər gülü orta hesabla 3,5-5,5 

mq nektar verir. Nektarı şirin, şəffaf, yüngül və ətirli olduğundan arılar tərəfindən 

yaxşı toplanır. Lakin heyvanın çiçəkləri az olduğundan hər hektardan 15-18 kq bal 

hasil edilə bilər. 

Heyvanın oduncağı  ağ  rəngdədir. Bəzi xarratlıq məmulatının 

hazırlanmasında istifadə edilir. 



Yabanı  əzgil.  Qızılgülçiçəklilər fəsiləsindəndir. Yabanı halda Qafqazda, 

Kiçik Asiyada, Krımda, Türkmənistanda, Balkan yarımadasında,  Şimali Iranda 

bitir. Yabanı  əzgil Azərbaycanın  şimal və  cənub rayonlarının dağlıq meşələrində 

yayılmışdır. Mədəni halda Azərbaycanda, Avropanın bir çox ölkələrində və ABŞ-

da becərilir. Azərbaycanda yabanı formaların və  mədəni sortların bir çox növ 

müxtəliflikləri vardır. 



 

 

135



Yabanı  əzgil aprel ayında yarpaqlayır və mayın  əvvəllərində çiçəkləyir. 

Meyvələri oktyabrın axırı  və noyabrın  əvvəllərində yetişir. Meyvəsi boz-darçını 

rəngdədir, üstü azacıq incə tüklərlə örtülür, diametri 2,5-5,0 sm-dir. Meyvələri 

yumru, yastı-yumru və ya armudşəkilli olur. Hər meyvənin birtoxumlu beş 

çəyirdəyi vardır. Meyvənin  ətliyi bərkdir, tərkibində  aşılayıcı maddə olduğundan 

ağız büzüşdürücüdür. Lakin dərilib saxlandıqdan sonra və ya meyvəni  şaxta 

vurduqda yumşalır və dadı  şirin olur. Yabanı  əzgilin tərkibində 8,2-9,4% şəkər, 

1,8-2,1% üzvi turşu, aşılayıcı, rəngləyici və pektinli maddələr vardır. Yetişib ötmüş 

əzgildə  şəkər və üzvi turşu nisbətən azdır. Yetişib ötdükdə sirkə turşusu və spirt 

əmələ gəlir ki, bunlar da meyvəyə spesifik iy verir. Əzgildə karotin (provitamin A) 

və C vitamini də vardır. 

Yabanı əzgili həm təzə halda yeyir və həm də emal edirlər. Əzgildən pastila, 

povidlo, kompot, konfet və karamel içliyi, sirkə, sidr, tamlı yeyinti ekstraktı və s. 

məhsullar hazırlanır.  Əzgil tumunda 25% yağ, aşılayıcı  və ekstraktlı maddələr 

olduğundan qəhvə əvəzedicilərində işlədilə bilər. 

Əzgildən müalicəvi məqsədlə qidanın yaxşı  həzmi və bağırsaqların 

fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə olunur. Kal meyvələri mədə-bağırsaq 

xəstəliklərində, xüsusən ishala qarşı  tətbiq edilir. Əzgilin yarpaqlarından 

dəmlənmiş çayla boğazı yaxalayırlar. 

Əzgilin yarpaqlarından və kökündən qəhvəyi və yaşıl boyaq alınır. 

Oduncağının qabığı və yarpaqları aşılayıcı maddələrlə zəngin olduğundan dərilərin 

aşılanmasında, oduncağı isə xarratlıqda xırda məmulatların hazırlanmasında 

istifadə edilir. 

Əzgil, həmçinin balverən bitkidir. Onun çiçəklərindən toplanan nektar ətrinə 

və şəffaflığına görə başqa nektarlardan geri qalmır. 

Yemişan.  Qızılgülçiçəklilər fəsiləsindəndir.  Şimali Amerikada 200-dən çox 

müxtəlif ağac və kol növləri yayılmışdır. Qafqazda 14, Azərbaycanın dağ-meşə 

rayonlarındai sə 9 növü yayılmışdır. Azərbaycanda cır yemişanların forma  


 

 

136



 

 

137



müxtəliflikləri çoxdur. Iri meyvəli yemişanlar isə dağlıq rayonlarda bağ 

meyvəsi kimi becərilir. 

Yemişan may-iyunda çiçəkləyir. Çiçəkləri  ətirli, ağ  və  çəhrayıdır. 

Meyvələri sentyabr-oktyabrda yetişir. Meyvələri qırmızı  və qaradır. 

Meyvələri yumru və bir qədər yastı olur. Ətliyi yumşaq və bir qədər 

kövrəkdir. 3-4 ədəd çəyirdəyi (bəzən 2 və ya 5 ədəd) vardır. 10-15 

yaşından meyvə verir və 200-300 il ömür sürür. 

Yemişanın meyvələri xoşa gələn dadlı, şirəli, şirin və meyxoşdur. 

Yemişanın tərkibində 3,78-7,97% şəkər (əsasən qlükoza və fruktoza, 

saxaroza azdır),  0,46-0,81% üzvi turşu (alma, limon, şərab və s.), 0,46% 

aşılayıcı  və  rəngləyici maddə, 1,5% pektinli maddə, 2,3% sellüloza, 

0,92% azotlu maddə, 1,26% pentozanlar vardır. Yemişanda, həmçinin 

fitosterinlər, flavonoidlər, saponinlər, qlükozidlər, karotin, xolin, vitamin 

C və b. maddələr vardır. Yemişanın toxumunda 30-37% yağ vardır. 

Çiçəklərində isə 1,5% efir yağı olur. 

Yemişan təzə halda yeyilir, ondan kompot və kisel, lavaşana 

hazırlanır, sirkə qoyulur və araq çəkilir. Meyvələrini qurudub 

üyütdükdən sonra, unla qarışdırıb çörək bişirirlər. Qovrulmuş 

meyvələrdən qəhvə əvəzedicisi, yarpaqlarından isə çay içkisi hazırlamaq 

olar. 


Yemişan meyvəsindən ürək ağrılarında vəya xroniki ürək 

xəstəliyində çay kimi dəmləyib içirlər. Müasir təbabətdə yemişanın 

tinkturasından və ekstraktından hipertoniyada geniş istifadə olunur. 

Yuxusuzluğa, ürək əsəblərinə qarşı tətbiq edilir. Son zamanlar müəyyən 

edilmişdir ki, yemişan ekstraktı qanda xolesterini azaldır. Ona görə  də 


 

 

138



yemişandan aterosklerozun müalicəsi və profilaktikasında da istifadə 

olunur. 


Yemişan qiymətli balverən bitki olub, hər çiçəyi 0,5 mq nektar 

verir. Nektarın tərkibində 64,4% şəkər olur. 

Yemişanın oduncağı  bərk və möhkəm olduğundan, xarrat 

məmulatının hazırlanmasında işlədilir. Yemişanın yarpaqlarından və 

oduncağının qabığından alınan boya maddəsi parçaları  qırmızı  və 

qəhvəyi çalarlı rəngləyir. 

 


 

 

139



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin