3.3.3. Qeyri-həqiqi giləmeyvələr
Bu qrupa bağ çiyələyi (Fragaria moschata Duch.) və meşə çiyələyi
(Fragaria vesga) aiddir. Bunlar bioloji xüsusiyyətlərinə görə biri digərinə çox
yaxındır. Bunların giləmeyvələr içərisində xüsusi çəkisi azdır. Meşə çiyələyi bağ
çiyələyinə nisbətən daha tez yetişir. Meşə çiyələyi yabanı halda yayılmış və soyuğa
davamlı olduğundan şimal və orta zona rayonlarında yayılmışdır. Bağ çiyələyinin
meyvəsi iri olmaqla diametri 3-5 sm və çəkisi 50 qr-a qədər olur.
Bağ çiyələyinin tərkibində 80-88% su və 10-12% quru maddə vardır.
Sortundan və yetişdiyi yerdən asılı olaraq çiyələyin tərkibində 6-11% şəkər, 1-2%
üzvi turşu vardır. 30-80 mq% C vitamini və az miqdarda B qrupu vitaminləri və
karotin, turşulardan ən çox limon və azacıq alma turşusu vardır. Şəkərlərdən 2,8%
qlükoza, 3,3% fruktoza və 0,4% saxaroza olur. Birinci yığımda çiyələyin
tərkibində şəkərin miqdarı 2-ci və 3-cü yığıma nisbətən 1% çox olur.
Bunlardan başqa çiyələkdə 0,6% aşı və boya maddəsi, 0,6% yağ, 1,5%
sellüloza, 1,3% pektin maddəsi, 0,5% mineral maddə vardır. Ən çox dəmir, fosfor
və kobalt duzları rast gəlir.
Yetişmə dövründən asılı olaraq tez, orta və gecyetişən növlərə ayrılır. Əsas
aşağıdakı sortlar yetişdirilir. Tezyetişənlərdən Mısovka, Komsomolçu, orta
yetişənlərdən Çəhrayı ananas, Iosif Maqomet, Muto, Koraska, Luiza və
gecyetişənlərdən Zaqorya gecyetişənini göstərmək olar. Azərbaycanda, əsasən
Madam Muto və Festival sortları yetişdirilir. Giləmeyvələri qablaşdırmaq üçün
tutum 3-8 kq olan səbət və səbətcikdən istifadə edilir.
Standarta əsasən, çiyələyin gilələri təzə, təmiz, saplaqlı, rəngi normal və
sağlam olmalıdır. Bunların içində 10%-ə qədər nisbətən xırda gilələrin, 5%-ə qədər
qeyri-pomoloji sortların, 3%-ə qədər nisbətən kal, lakin lazımi qədər inkişaf etmiş,
satış yerində 5%-ə qədər əzilmiş və yetişib ötmüş gilələrin olmasına icazə verilir.
104
3.4. Qərzəkli meyvələr
Qərzəkli meyvələr kimyəvi tərkiblərinə görə başqa meyvələrdən fərqlənir.
Qərzəkli meyvələrdə 30-70% yağ, 16,5-22% azotlu maddə vardır. Ümumiyyətlə,
qərzəkli meyvələrin qidalılıq dəyəri yüksək olur.
Qərzəkli meyvələrdən qənnadı sənayesində geniş miqyasda istifadə edilir.
Eyni zamanda sütül qozdan mürəbbə hazırlanır, badam yağından isə ətriyyat
sənayesində istifadə edilir.
Qoz (Juglans regia) ağacları əsas etibarilə Ukraynada və Krımda,
Moldaviyada və Zaqafqaziyadadır. Yabanı qoz meşələri Dağıstanda və Orta
Asiyada böyük sahələr tutur. Qozların keyfiyyəti onun böyüklüyündən və çəkisinin
ağırlığından asılıdır. Meyvənin üzərinin rəngi, qabığının qalınlığı, içinin çıxarı və
rəngi də keyfiyyətinə təsir edən amillərdəndir. Içi asanlıqla ayrılan yumşaq qabıqlı
sortlar ən qiymətli qoz sayılır. Qabığı bərk, xırda qozlara nisbətən aşağı keyfiyyətli
sayılır. Çünki təmizlədikdən sonra bunların ləpəsi az çıxır.
Qoz yüksək qidalılıq dəyərinə malikdir. Belə ki, qozun tərkibində 16% zülal,
58,5% yağ, 15% karbohidrat vardır. Quru qozun tərkibində 6-8% su vardır. Kal
qozda 3000 mq% C vitamini olur. Yetişmə dövründə onun tərkibində C
vitamininin miqdarı 80 mq%-ə qədər azalır. Qozun 100 qr-ı 2785 kCoul enerji
verir.
Iriliyinə görə qozlar iri, orta iri və xırda növlərinə ayrılır. Irilərinin diametri
38-42 mm, orta irilərin 37-31 mm və xırdalarının 24-30 mm olur. Çəkisinə görə isə
irilər 11-9,1 qr, orta irilər 9,0-6,5 qr, xırdalar isə 6,4-3,8 qr olurlar.
Qozun yayılmış sortları onun becərildiyi yerin adı ilə adlanır. Bunlardan
Qafqaz, Orta Asiya, Krım, Moldaviya və s. qozlarını göstərmək olar. Iri qozlardan
isə ən çox yayılanları Bomba, Amerquz və Fərqanə sortlarıdır.
Azərbaycanda Seyfi, Suğra, Araz, Disar, Vənənd, Car, Dindi və Qum qoz
sortları yetişir.
Qozları günəş altında və yaxud da istiliyi 60
0
C olan quruducu şkafda
tərkibində 6-8% su qalana qədər qurudurlar. Qozun qabığı ağ olsun deyə, süni
105
surətdə ağardırlar. Bu məqsədlə qozu natrium hipoxlorid (NaClO) və sulfat turşusu
(H
2
SO
4
) məhlulu qarışığına salırlar. Nəticədə hipoxlorid turşusu əmələ gəlir və
həmin turşu parçalandıqda alınan atamar oksigen qozun ağarmasına səbəb olur.
2NaCL + H
2
SO
4
→ Na
2
SO
4
+ 2 HCLO
^
2HCL + 2O
Qoz keyfiyyətcə əla, birinci və ikinci əmtəə sortuna ayrılır. Qozun keyfiyyəti
QOST 16832-71, qoz ləpəsinin keyfiyyəti isə QOST 16833-71 tələblərinə cavab
verməlidir. Sütül qozun(mürəbbə bişirmək üçün) keyfiyyəti isə Azərbaycan
Respublika standartının (RST 275-76) tələblərinə cavab verməlidir.
Badam (Amygdalus communis) yabanı halda Orta Asiyada, Dağıstanda,
Azərbaycanda bitir. Həmin rayonlarda şirin badam da becərilir. Dadına görə 2
qrupa bölünür: acı badam və şirin badam.
Acı badamın tərkibində 2-8% amiqdalin qlükozidi vardır. Acı badamın
tərkibində ətirli efir yağları olduğundan ətriyyat və kimya sənayesində istifadə
edilir.
Şirin badamın forması uzuntəhər və böyürləri yastı, özü iri və xırda, nazik və
qalın olur. Badamın tərkibində 21,4% zülal, 53,2% yağ, 13,2% karbohidrat
olduğundan yüksək qidalı hesab olunur. Badamın nəmliyi 6,3%-dir. 100 qr badam
2672 kCoul enerji verir.
Badamın əsas sortlarından Nek-plyus-ultra, Nonparel, Nikita-62, VIR,
Dreyk, Langedok, Mərdəkan-1, Nazikqabıq və s. göstərmək olar.
Badam keyfiyyətcə əla və birinci sorta (QOST 16830-71), badam ləpəsi isə
əla, birinci və ikinci əmtəə sortuna (QOST 16831-71) bölünür.
Püstə (Pistacia vera L.) Azərbaycan, Krım və Orta Asiyada becərilir.
Püstənin meyvəsi açıq-sarı, qabığı isə ikitaylı və çox bərk olur. Püstənin meyvəsi
oval-konus formasında, özü yaşılımtıl, yanları bənövşəyi rəngdə olur və xoş
şirintəhər tam verir. Onun tərkibində 8% su, 22,6% zülal, 45% yağ, 1,6%
karbohidrat, 3% sellüloza və 3,1% kül olur. 100 qr püstə 2477 kCoul enerji verir.
106
Satış üçün saxladıqda nəmliyi 10% və daha çox olur. Püstənin sortlarından Keşlə
(Mirzə Axundov 171 iri), Abşeron (167), Bül-bülü (188), Iran (186), Fərhad
Əlyarov əla sortunu göstərmək olar.
Püstə keyfiyyətindən asılı olaraq 1-ci və 2-ci əmtəə sortuna bölünür.
Şabalıd (Castanea Sativa Mill.) Qafqazda, Zaqafqaziyada, Ükraynanın
Zakarpatye vilayətində bitir. Şabalıd 2 növdə olur: yeməli şabalıd və yem şabalıdı.
Şabalıd ağacı 10 yaşından başlayaraq məhsul verir. Şabalıdı yığdıqdan sonra onun
tərkibində 14% su qalana kimi qurudulur. Şabalıdın tərkibində 20-28% nişasta,
5,3% azotlu maddə, 5% şəkər, 2% yağ, 1,4% kül və 1,6% sellüloza vardır.
Kulinariyada və qənnadı sənayesində istifadə olunur. Şabalıd xırdameyvəli və
irimeyvəli olur.
Şabalıdın keyfiyyəti dövlət standartının (QOST 16523-70) tələblərinə uyğun
olmalıdır.
Təzə şabalıdın nəmliyi 40-55% olduğundan saxlanılmağa davamsızdır.
Fındıq (Corylus avellana) yabanı halda Avropada, Qərbi Asiyada və Şimali
Amerikada bitir. Azərbaycanda Şəki-Zaqatala, Dağlıq Qarabağ və Quba-Xaçmaz
zonalarının meşələrində yetişir. Fındığın tərkibində 70% yağ, 18% zülal, 5,5% su,
8,5% karbohidrat, 3,2% sellüloza və 2,2% kül vardır. 100 qr fındıq ləpəsi 2932
kCoul enerji verir. Fındığın tərkibində olan yağ tərkib xüsusiyyətlərinə görə daha
keyfiyyətlidir. Onun tərkibində doymamış yağ turşularından olein C
17
H
33
COOH,
linol C
17
H
31
COOH və linolen C
17
H
29
COOH vardır ki, bunlar da fizioloji aktiv
maddə hesab edilir. Fındıq, əsasən qənnadı sənayesində istifadə edilir. Fındığın
yayılmış sortlarından badamaoxşar yumru və çox iri Krım fındığı, konusvari
formalı və nazik qabıqlı Abxaziya, Atababa misal göstərilə bilər. Fındıq
yığıldıqdan sonra tərkibində 14-15% su qalana kimi qurudulur. Yabanı fındıq
keyfiyyətcə 1-ci və 2-ci əmtəə sortuna (QOST 5531-70) bölünür.
Azərbaycanda becərilən fındın sortlarından Atababa, Nic fındığı, Əşrəfi
fındığı (KTN 30 B), Qalib (noqa fındığı), Zaqatala-9, Yağlı fındıq, Gəncə fındığı,
Saçaqlı, Qızılfındıq, Xaçmaz fındığı, Trabzon (qoz fındığı) və s. göstərmək olar.
107
Qərzəkli meyvələr quru, 75 kq-lıq cut, yaxud kətan-kənaf kisələrə
qablaşdırılır. Ləpəsi isə 25 kq-lıq yeşiklərə qablaşdırılır.
Saxlanılma zamanı acıma, qaxsıma, kiflənmə prosesi gedir. Ona görə də
qərzəkli meyvələrin 8-12
0
S temperaturda və 70-75% nisbi rütubətdə təmiz, quru
və sərin binalarda saxlamaq lazımdır.
3.5. Subtropik və tropik meyvələr
3.5.1. Sitrus meyvələri
MDB-də becərilən sitrus meyvələrinin 99%-i Gürcüstanın payına düşür.
Əsasən Abxaziya və Acariyada yetişdirilir. Azərbaycanda isə az miqdarda
Lənkəranda və Astarada becərilir. Sitrus meyvələrindən narıngi soyuğa daha çox
davamlı olduğundan ölkəmizdə çox yayılmışdır. Belə ki, limon -8
0
-də, portağal -
10
0
-də donursa, narıngi -12
0
-də donur. Ölkədə tədarük edilən sitrus meyvələrinin
80%-i narınginin payına düşür. Respublikaya, əsasən Mərakeş, MƏR, Yunanıstan,
Türkiyə, Italiya və Kubadan gətirilir.
Son illərdə Azərbaycanda, Krasnodarda və Orta Asiya respublikalarında
sitrus meyvələrinin əkin sahəsi genişləndirilir.
Narıngi (Citrus nobilis), portağal (Citrus sinensis Osb) və limon (Citrus
limon) Azərbaycanda becərilən əsas sitrus meyvələridir.
Sitrus meyvələri quruluşuna görə 2 hissədən: qabıqdan və ətli hissədən
ibarətdir.
Qabıq hissə 2 qatdan ibarətdir: üst rəngli qat – flavedo, daxili rəngsiz qat –
albedo.
Ətli hissə şirə kisəciklərindən təşkil olunmuş dilimlərdən (6-12) ibarətdir.
Sitrus meyvələrində qabığın qalınlığı onların saxlanılması cəhətdən
əlverişlidir. Eyni zamanda qabığın qalınlığı ətli hissənin azalmasına səbəb olur.
Sitrus meyvələrinin qabığının rəngi limonda açıq-sarı, portağalda və narıngidə isə
108
sarımtıl-narıncı olur. Ətli hissəsi xoş narıncı-sarı, zərif lifli və ətirli olur.
Karolyok sortlu portağalın ətli hissəsi qırmızı-yaqut rəngində olur.
Sitrus meyvələrinin tərkibində efir yağlarının faizlə miqdarı onların
ayrı-ayrı hissələrində müxtəlif olur. Unşiu sortlu narınginin qabıq
hissəsində 1,2%, ətli hissəsində 0,23%, yerli sort portağalın qabığında
2,4%, ətli hissəsində 0,24%, yerli sort yeni Gürcüstan limonunun qabıq
hissəsində 2%, ətli hissəsində 0,31% efir yağları olur. Sitrus
meyvələrinin tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri,
turşular, az miqdarda azotlu maddələr olur. Efir yağları kimi pektin
maddələri də, əsasən qabıq hissədə toplanmışdır.
Sitrus meyvələrinin tərkibində vitaminlərdən C, P, B
1
, B
2
, PP və
karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən daha çox
toplanır. Məsələn, C vitamini ətli hissədə 33-62mq% olduğu halda,
qabıq hissədə 121-175mq%-dir.
Portağalın qabığında 490 mq% P vitamini vardır.Azotlu
maddələrin miqdarı 1%-ə qədər təşkil edir.
Narınginin bir çox sortları vardır. Bunlardan toxumsuz Gürcüstan
(Unşiu), enliyarpaq Gürcüstan (ovari-unşiu), daryarpaq Gürcüstan və
Vase-Unşiu sortları misal göstərilə bilər. Gürcüstan sortu portağala
oxşar olmaqla dairəvi-yumru və ya armudvari formada olur.
Unşiu sortu nisbətən yaxşı saxlanılır. Belə ki, bu sort 4 ay
müddətinə saxlanıla bilər. Yastı dairəvi formada olanları 80-90 gün,
armudvari formada olanlar 60-70 gün, darəvi formada olanlar 120 gün
saxlanıla bilir. Saxlanma dövründə narıngi qabığının ətli hissədən
ayrılması onun saxlanılmasının son müddətini göstərir.
109
Portağalın geniş becərilən sortlarından Vaşinqton-navel, Qamlin,
əla Suxumi, Pervenes, yerli irimeyvəli və Korolyok göstərmək olar.
Yerli sort portağal öz məhsuldarlığına görə başqa sortlardan geri
qalmır.
Limonun becərilən sortlarından Yeni Gürcüstan, Mayer, Lisbon,
Villa-Franka və Udarnik göstərilə bilər.
Sitrus meyvələri noyabr-dekabr aylarında yetişir və yığılır.
Portağal ticarətə, əsasən dekabrdan fevrala kimi daxil olur. Bunları 6 aya
qədər saxlamaq mümkündür.
Sitrus meyvələrinin keyfiyyətinə dövlət standartında (portağal
QOST 4427-70, narıngi QOST 4428-70 və limon QOST 4429-70)
müəyyən tələblər verilir. Həmin standartlarda sitrus meyvələrinin xarici
görünüşü, ölçüsü, rəngi və icazə verilən sapmalar (kənarlaşmalar)
normalaşdırılır.
Qreypfurt (Citrus paradisi, Rutaceae fəsiləsi ). Tərkibində C
vitamini, P vitamini aktivliyində maddələr, antosianlar olmaqla bərabər
az kalorili olduğundan pəhriz qidası üçün hər gün yeyilməsi məsləhət
görülür. Əsasən qırmızı ətlikli qreypfurtlar çox xeyirlidir. Ona görə də
qreypfurtlar 2 qrupa bölünür: ətliyi açıq və qırmızı olan qreypfurt. Ətliyi
açıq rəngdə olanlardan Duncan, Marsh Seedllss, çəhrayı və qırmızı
ətliklilərdən Marsh Pink, Marsh Rose, Ruby Red, Red Blush, Star Ruby
və Rio Red göstərilə bilər. Qreypfurtun tərkibində 9,3% karbohidrat, o
cümlədən 7,5% şəkər, 0,6% zülal, 0,2% yağ, 1,7% üzvi turşu, 0,5%
minerallı maddə (o cümlədən 180 mq% kalium, 10 mq% maqnezium,
0,3 mq% dəmir), 44 mq% C vitamini, 0,2 mq% PP, 0,05 mq% B
1
, 0,02
110
mq% B
2
və 0,02 mq%
β-karotin vardır. 100 qr qreypfurt 41 kkal və ya
171 kCoul enerji verir.
Kymkvat (Fortunella marqaritae, Rutaceae fəsiləsi ). Vətəni
cənubi-şərqi Çin və Hindiçindir. Ölçüsünə görə sitrus meyvələrinin ən
xırdameyvəlisidir. Portağala oxşayır, lakin diametri 2-3 sm, uzunluğu isə
2,5-4 sm-dir. Bir meyvənin kütləsi 12-15 qr olur. Forması yumru və ya
ovaldır. Qabığı nazik, narıncı və ya qırmızı-narıncıdır. Ətirli, şirin və
xoşagələn dadlıdır. Dadına görə portağalı xatırladır. Ən çox yayılmış
sortlarından Nagami və Meiwa göstərilə bilər. Tərkibində 14,5%
karbohidrat, o cümlədən 10,8% şəkər, 0,7% zülal, 0,3% yağ, 2,7% üzvi
turşu, 0,6% minerallı maddə (o cümlədən 188 mq% kalium, 0,6 mq%
dəmir), 38 mq% C vitamini, 0,09 mq% B
1
, 0,08 mq% B
2
, 0,21 mq%
β-
karotin vardır. 100 qr-ı 65 kkal və ya 272 kCoul enerji verir.
Kivi (Actinidia chinensis, Actinidiaceae fəsiləsi ) sinonimi meymun
şaftalısı adlanır. Vətəni Çindir. Sortlarından Hayward, Bruno, Monty,
Abbott, Allison, Jones, Chico göstərilə bilər. Meyvəsinin diametri 5 sm,
kütləsi 75-100 qr-dır. Qabığı nazik, tüklü, yetişdikdə yaşıl və qəhvəyi
rəngdə olur. Şirəli ətliyində ağ həlqələr görünür. Daxilində xırda qara
toxumları var. Dadı xoşagələn zərif turşa-şirin və ətirlidir. Dadı
firəngüzümü, çiyələk və qovunu xatırladır. Ətliyi açıq yaşıldır. Təzə
halda yeyilir, sous və şirin xörəklərin, cem, marmelad, jele və içkilərin
hazırlanmasında istifadə edilir. Tərkibində 9,0-11,3% karbohidrat, o
cümlədən 8,5-10% şəkər, 0,3-0,7% pektinli maddə, 1,0-1,6% zülal, 0,3-
0,6% yağ, 1,2-1,5% minerallı maddə, 1,2-1,8% üzvi turşu, 70-100 mq%
C vitamini, 1,2 mq% E, 0,01-0,02 mq% B
1
, 0,05 mq% B
2
, 0,37-0,4 mq%
111
β-karotin, 0,04 mq% PP vitamini vardır. Minerallı maddələrdən 295-370
mq% K, 38-56 mq% Ca, 20-23 mq% Mn və 0,8-2,0 mq% Fe var. 100 qr
kivi 51 kkal və ya 231 kCoul enerji verir.
Kivi beynəlxalq ticarətdə standarta (OOH/EEK FFV-46) əsasən
əla, 1-ci və 2-ci əmtəə sortuna bölünür. Bir ədədin kütləsi əla sortda 95
qr-dan, 1-ci sortda 70 qr-dan, 2-ci sortda isə 65 qr-dan az olmamalıdır.
3.5.2. Subtropik meyvələr
Nar (Punica granatum) istisevən meyvədir, cənub rayonlarında becərilir.
Vətəni Azərbaycan, Orta Asiyanın isti rayonları və Gürcüstan hesab olunur. Narın
tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılamaq üçün və boya
maddəsi alınmasında istifadə edilir. Narın tərkibində 8-19% qlükoza və fruktoza,
1% saxaroza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş narlarda isə 3-
7% limon turşusu vardır. Bundan başqa nar şirəsində 0,53% mineral maddə, 0,50%
azotlu maddə, 7 mq% C vitamini, qabığında 11,85% aşı maddəsi, 9,07% sellüloza,
5,38% pektin maddələri, 14,1% reduksiyaedici şəkər, 1% turşu vardır.
Nardan təzə halda istifadə edilməklə yanaşı, narşərab, nar şirəsi, limon
turşusu istehsal edilir. Yetişməsindən asılı olaraq tezyetişən (oktyabrın
əvvəllərində), ortayetişən (oktyabrın ortaları və axırı) və gecyetişən (noyabrın
əvvəllərində) qruplara bölünür. Saxlanılma müddətləri də yetişməsindən asılıdır.
Belə ki, tezyetişən 3 aya qədər, ortayetişən 5 ay, gecyetişənlər 6 aya qədər 1-2
0
C
temperaturda saxlanılır.
Azərbaycanda Şəlli mələsi, Şahnar, Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi,
Qırmızıqabıq, Bala Mürsəl, Nazikqabıq, Qırmızı vələs və s. nar sortları yetişdirilir.
Təzə narın keyfiyyəti Azərbaycan Respublika standartının (RST 202-74)
tələblərinə cavab verməlidir.
112
Əncir (Ficus carica L.) öz tərkibinə görə qidalı meyvədir. Əsasən
Zaqafqaziya, Krımın cənub sahili, Qafqazın Qara dəniz sahilləri və Orta Asiyada
becərilir. Zaqafqaziyada yabanı halda bitən əncir də var.
Əncirin tərkibində 78,9% su, 15,5% şəkər, 0,2% turşu, 1,4% azotlu maddə,
0,6% mineral maddə, 1,4% sellüloza, 0,3% yağ vardır. Bəzi əncir sortlarında
şəkərin miqdarı 20%-ə çatır. Qurudulmuş əncirdə 42-62% şəkər olur. Şəkərlərdən,
əsasən qlükoza və fruktoza və az miqdarda saxaroza, turşulardan alma turşusu daha
çoxdur.
Əsasən təzə halda, qurutmaq, mürəbbə bişirmək və emal məqsədi üçün
istifadə edilir. Təzə əncir saxlanılarkən həddindən artıq yetişdiyindən qıcqırır. Ona
görə də əncirin saxlanılması və daşınması çətinlik törədir. Adi şəraitdə təzə halda
1-2 gündən artıq saxlamaq mümkün deyildir. 0
0
-də isə 5 sutka saxlamaq olar.
Ticarətə qurudulmuş əncir də daxil olur. Bunlar yüksək qidalılığa malikdirlər. Orta
hesabla bir əncirin çəkisi 30-60 qr təşkil edir. Bəzən biri 100 qr gəlir.
Əncirin 400-dən çox sortu vardır. Ən çox yayılmış sortlarından Xurma əncir,
Kalimirna, Dalmasiya ənciri, Buzovburnu, Bənövşəyi, Soçi, Lardero, Abşeron sarı
ənciri, Armudu əncir, Gəncə sarı ənciri, Kadota, Bionşet, Çapla, Ağ Fraqa və s.
göstərmək olar. Əncir qurusundan narın üyütdükdən sonra qəhvəyə qatmaq üçün
də istifadə edilir.
Təzə əncirin keyfiyyəti Azərbaycan Respublika standartının (RST 226-74)
tələblərinə cavab verməlidir. Keyfiyyətindən asılı olaraq 1-ci və 2-ci sorta bölünür.
Xurma (Diospyros iotus L.) Qafqazın Qara dəniz sahillərində daha çox
yayılmışdır. Qafqazda və Orta Asiyada becərilir. Bunun meyvəsi dairəvi, yumru
konusvari və silindrik formada olur. Rənginə görə sarı çəhrayı, tünd qırmızı,
bəziləri isə tam qara rəngdə olur. Xurmanın 3 növü daha çox yayılmışdır. Bunlar
Qafqaz (yabanı xırnik), Virgen və subtropik xurmalardan ibarətdir. Subtropik
xurma yapon xurması adlanır.
Yapon xurmasının tərkibində 79-82% su, 15,8% şəkər, 0,2% turşu, 0,25%
aşı maddəsi, 0,59% pektin maddəsi, 0,5% azotlu maddə, 0,5% mineral maddə,
113
0,51% sellüloza, vitamin C və karotin vardır. Başqa meyvələrdən fərqli olaraq
tərkibində saxaroza olmur. Tərkib xüsusiyyəti onun yetişmə dərəcəsindən asılıdır.
Bu isə onun dad-tamına təsir edir. Subtropik xurma Çində, Yaponiyada,
Amerikada və Avropada becərilir. Təzə halda, qurutmaq üçün, habelə qənnadı
məmulatı hazırlanmasında istifadə edilir. Iri-xırdalığından asılı olaraq xırda (100
qr-a qədər), orta iri (100-250 qr) və iri (250-500 qr) olur.
Hazırda ölkəmizdə 30-dan çox müxtəlif xurma sortu yetişdirilir. Lakin hər
yerdə yalnız 2 sort – Xiakume və Kostata sortu çox yayılmışdır. Bunlardan başqa,
Xaçia, Tanenaşi, Ciro, Sidlev, 20-ci əsr, Fuyyu, Tozlayıcı-8 və s. sortlar da yetişir.
Qara dəniz sahillərində Korolkami və Şokoladlı xurma sortları yetişir.
Tezyetişən sortlar oktyabrın 1-ci yarısında, gecyetişən sortlar isə noyabrın 2-
ci yarısı, dekabrın əvvəllərində yetişir.
Xurmanın keyfiyyəti Azərbaycan Respublika standartının (RST 225-74)
tələblərinə cavab verməlidir. 1-ci və 2-ci əmtəə sortuna bölünür.
Zeytun (Oleaceae Olea Europaea L.) əsasən Şimali qafqaz, Gürcüstanın
Qara dəniz sahili, Azərbaycanda, Türkmənistanda və Krımın cənub zonalarında
yetişdirilir. Tərkibində 55%-ə qədər yağ olduğundan yağ istehsalı üçün istifadə
edilir.
Meyvəsindən duzlanmış və sirkəyə qoyulmuş halda istifadə edilir. Zeytun
müalicəvi əhəmiyyətə malikdir. Xüsusən böyrək və mədə xorası xəstəliklərinə
qarşı istifadə olunur. Zeytunun tərkibində 6% zülali maddə, çəyirdəyində 12-13%
yağ, 6% mineral maddə və 23% su vardır. Tərkibində, həmçinin 9% şəkər, A, B
2
və C vitaminləri vardır.
Təsərrüfatda istifadə olunmasına görə 3 qrupa bölünür:
1.
konservlik sortlar (Askolano, Santa Katerina, Tolqomskaya, Armudu
zeytun).
2.
konservlik yağlı sortlar (Tolqomskaya, Aqostino, Irimeyvəli Nikita
zeytunu, Azərbaycan zeytunu, Şirin zeytun).
3.
yağlı sortlar (Della Madonna, Tiflis, Kore-ciolo, Nikita zeytunu).
114
Azərbaycanda, əsasən Azərbaycan zeytunu, Aqostino, Armudu zeytun, Santa
Katerina, Nikita zeytunu və Tiflis sortları becərilir.
Feyxoa (Acca Berg Sellowiana Burret.) əsasən Krımın cənubunda, Qafqazın
Qara dəniz sahillərində, Suxumidə, Astara rayonunda becərilir. Feyxoa təzə halda,
mürəbbə, kompot, marmelad, nalivka (meyvə arağı) və karamel içliyi
hazırlanmasında istifadə edilir. Feyxoa müalicəvi əhəmiyyətə malikdir. Aşağı
temperaturda 5 gündən 30 günə qədər saxlanılır. Tərkibində 80% su, 7% şəkər,
1,7% turşu (alma turşusu), şəkərlərdən 4% saxaroza, 2,5% qlükoza, fruktoza
vardır. Feyxoa C vitamini və yodla zəngindir. Yayılmış sortlardan Andre, Ətirli
Nikitin, tezyetişən Krım sortlarını göstərmək olar.
Z.K.Həsənova (1972) görə ən perspektivli sortlar 26E №-li sort tipi, 10E №-
li, 2E №-li və 12E №-li sort tipidir. Feyxoanın keyfiyyəti Azərbaycan Respublika
standartının (RST 233-74) tələblərinə uyğun olmalıdır. 1-ci sorta aid meyvələrin ən
böyük en kəsiyi 30 mm-dən, 2-ci sorta aid olanlar isə 18 mm-dən az olmamalıdır.
1-ci sortda texniki zədələnmiş meyvələrin miqdarı 5%, 2-ci sortda 10%-dən
çox olmamalıdır.
Subtropik meyvələr qrupuna iydə, innab və tut da aiddir. Bu meyvələr
Azərbaycanda daha çox yetişir.
Innab (Ziziphus jujuba Mill.) Azərbaycanda qədimdən becərilir. Innab
Abşeron yarımadasında, Göyçayda, Ucar və Ağdaş rayonlarında becərilir.
Meyvəsi yumru, yumurtavari, uzunsov-girdədən armudabənzər formayadək
dəyişir. Meyvəsinin hamar-parlaq qəhvəyi və ya qırmızı-qonur rəngli qabığı
altında şirin, turşməzə və yumşaq, sarımtıl ətliyi vardır. Azərbaycanda yetişən
innablar qırmızıqabıqlıdır.
Innabın tərkibində 22-30% karbohidrat, 5% zülali maddə, 1,5% üzvi turşu
(alma və kəhrəba turşusu), 2,5% pektin maddəsi, 2% qətranlar, 1,2% aşı maddəsi,
880 mq% C vitamini vardır. Quru meyvəsinin tərkibində karbohidratlar 70%-ə
çatır. P vitaminin miqdarı limon qabığındakından çoxdur. Mineral maddələrdən
kalium, kalsium, fosfor, maqnezium və dəmir vardır.
115
Innabın 600-ə qədər sortu vardır. Azərbaycanda isə 30-dan çox yerli sortlar
var. Innabın Azərbaycan, Abşeron, Şirvan, Tacikistan, 1 №-li Çin, 2 №-li Çin, 3
№-li Çin sortları Azərbaycanda becərilir.
Innab təzə və qurudulmuş halda yeyilir. Ondan kompot və qənnadı məmulatı
hazırlanmasında istifadə edilir.
Iydə (Elaeagnus angustifolia L.) yabanı halda Şimali Qafqazın şərq
rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr
tutur. Bu bitkinin mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur.
Iydənin meyvəsi uzunsov oval şəklindədir, ətliyi şirin və azacıq turşumtuldur.
Meyvəsinin qabığı boz sarı, tünd darçını, qırmızı rəngdə olur.
Iydənin meyvəsi çox qidalı və uzun müddət saxlanılmağa davamlıdır. Ətliyi
meyvəsinin 52%-ni təşkil edir. Tərkibində 40% şəkər, o cümlədən 20% fruktoza,
10% azotlu maddə, kalium və fosfor duzları vardır. Sortlarından Xurmayı, Innabı
və Didivar qədimdən becərilir. Meyvəsi təzə halda yeyilir, ondan hazırlanmış unu
çörəyə və başqa yeməklərə qatırlar. Təzə meyvələrindən spirt alınır. 100 kq-dan 13
litr spirt almaq olar.
Tut rənginə görə Ağ tut (Morus alba L.) və Qara tut (Morus nigra L.)
qrupuna ayrılır. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada
keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Ağ tutun meyvəsi silindr
şəklində, rəngi ağ yaşılımtıl, ağ sarımtıl və ya ağ çəhrayı, dadı şirindir. Xartutun
meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və
ətirlidir.
Ağ tutun tərkibində 23%-ə qədər şəkər, üzvi turşular, zülal, pektin, yağ,
vitaminlər və dəmir vardır. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03%
zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Ağ tutdan
doşab, riçal, sirkə, tut arağı hazırlanır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır.
Azərbaycanda ağ tutun ən çox yayılmış sortlarından Şahtut, Bidanə və Xərci
tutlarıdır.
Dostları ilə paylaş: |