2.8. Paxlalı və dənli tərəvəzlər
Bu qrupa göy noxud, göy lobya, paxla və şəkərli qarğıdalı aiddir.Bu tərəvəzləri tam yetişməmiş
dərirlər.
Başqa tərəvəzlərdən fərqli olaraq bunların tərkibində zülalın və şəkərin miqdarı çox olur.
Vitaminlərdən K, B
1
, B
2
və 20-60 mq% C vitamini vardır. Təzə halda istifadə edilir və konserv istehsalına
verilir. Qəlyanaltı və salat hazırlamaq üçün istifadə edilir. Göy noxudda 6% nişasta və 6,5% azotlu maddə
olur. Bundan başqa 5,8% şəkər, 1% sellüloza, 0,4% mineral maddə var.
Tərəvəz noxudunun (Pisum Sativum) 1000-dən çox sortu vardır ki, bunlar da müxtəlif qruplara,
sortlara və tiplərə bölünürlər. Göy noxudun iri toxumlu sortlarından Tomas, xırdatoxumlu sortlardan
Qalib, tezyetişən konservlik göy noxud, Zümrüdü, Bores, Merqet və s. göstərilə bilər.
Dairəvi xırdatoxumlu göy noxud sortlarından May-13, tezyetişən yaşıl-33, konservlik, Rostov və
s.-dir.
Tərəvəz lobyasının (Phaslolus vulgaris L. Savi.) vətəni Amerikadır. Əsasən Zaqafqaziyada,
Moldaviyada, Şimali Qafqazda, Ukraynada və Rusiyanın Mərkəzi qaratorpaq zonasında və Uzaq Şərqdə
yayılmışdır.
Tərəvəz lobyasının tərkibində 90,0% su, 4,06% zülal, 4,3% karbohidrat, o cümlədən 1% şəkər,
0,2% yağ, 1,0% sellüloza, 0,7% mineral maddə vardır. Lobya zülalı əvəzedilməz aminturşuları ilə
zəngindir. Lobyada, həmçinin 0,3-0,4 mq% karotin, 23-28 mq% C, B
1
, B
2
, K vitaminləri vardır. Mineral
maddələrdən 44 mq% fosfor və 1,1 mq% dəmir var.
Geniş yayılmış sortlarındanTriumf, Qribov, Karlik, Moskva, Siyrımsız Saksa, Koma lobyası
(piyada lobya), yaşıl-qabıq və s. göstərilə bilər.
Paxla (Vicia Faba L.) əsasən sous, sup və konservləşdirmə üçün işlədilir. Tərkibində faizlə: su –
83, zülal – 6,0, şəkər – 2,0, nişasta – 6,5, sellüloza – 2,0, mineral maddə – 0,7 və 10 mq% C vitamini
(bəzən 23 mq%-ə çatır) vardır. Burada, həmçinin 0,1 mq% B
1
, 0,05 mq% B
2
, 0,006 mq% PP və 6,3 mq%
karotin vardır.
Əsas sortlarından ağ və yaşıl Vindzor, qara Rusiya və Belorusiya sortlarını göstərmək olar.
Şəkərli qarğıdalı (Zea mays L. var Saccharata) dənli tərəvəz adlanır. Əsasən bişmiş, qızardılmış
və konservləşdirilmiş halda işlədilir.
Şəkərli qarğıdalını elə yığmaq lazımdır ki, onun tərkibində nişastanın miqdarı 4-5%-dən çox
olmasın.
Şəkərli qarğıdalı dərilən kimi satışa verilməlidir. Çünki şəkərli qarğıdalı 1 sutka ərzində 0
0
C-də
8%, 20
0
C-də isə 25% şəkər itirir.
Tezyetişən sortlarından Şimal pioneri, orta tezyetişən sortlardan Qızılı tezyetişən-401, Kuban,
ortayetişən sortlardan Naqrada-97, Hibrid-406 və 418, Ağdənli-95 sortu isə gecyetişən sorta aiddir.
80
III FƏSIL. TƏZƏ MEYVƏLƏR
Təzə meyvələri quruluşlarına, bioloji xüsusiyyətlərinə və coğrafi yetişmə
zonalarına görə qruplaşdırmaq olar. Əmtəəşünaslıqda meyvələri aşağıdakı kimi
təsnif edirlər:
1.
Toxumlu (tumlu) meyvələr. Bu meyvələr şirəli ətli hissədən və içərisində
toxum yerləşən toxum kamerasından ibarətdir. Bu qrupa alma, armud,
heyva, əzgil, üvəz və yemişan aiddir.
2.
Çəyirdəkli meyvələr. Bu meyvələrin şirəli ətli hissəsinin daxilində çəyirdək
yerləşir. Bu qrupa gilas, albalı, ərik, şaftalı, gavalı, göyəm, cır gavalı, alça,
zoğal aiddir.
3.
Giləmeyvələr. Quruluşundan asılı olaraq 3 yarımqrupa bölünürlər.
Həqiqi, əsl giləmeyvələr. Bunların meyvəsi qabıqdan, sulu ətli hissədən və
daxildə yerləşən 1-7 ədəd toxumdan ibarətdir. Bu qrupa üzüm, qarağat, firəng
üzümü, quşüzümü, qaragilə, mərsin, cırmərsin, çaytikanı və zirinc aiddir.
Mürəkkəb giləmeyvələr. Bu meyvələr ümumi meyvə özəyi üzərində yerləşən və
hər birinin içərisində kiçik toxumu olan bir neçə xırda gilələrin birləşməsindən
əmələ gəlir. Bu qrupa moruq, böyürtkən, şimal moruğu və sarı böyürtkən aiddir.
Qeyri-həqiqi giləmeyvələr. Bu giləmeyvələrin qeyri-həqiqi toxumları onların
səthində yerləşir. Bu qrupa bağ çiyələyi və çiyələk aiddir.
4.
Qərzəkli meyvələr (qozmeyvəlilər). Bunların meyvələri birtoxumlu, üzəri
oduncaqlı və ya dərivari qabıqla örtülü olur. Iki yarımqrupa bölünürlər.
Bərkqabıqlılar. Bunların meyvələri yarpaqşəkilli qərzəklə örtülü olur. Bu qrupa
fındıq və yabanı fındıq(meşə fındığı) aiddir.
Sümükqabıqlılar. Bu meyvələrin üzəri qalın ətli (bəzən də tikanlı) qərzəklə
örtülü olur. Bu qrupa qoz, badam, püstə, şabalıd, yerfındığı (araxis), fıstıq və şərti
olaraq sidr qozu aiddir.
5.
Subtropik və tropik meyvələr. 3 yarımqrupa bölünürlər.
Sitrus meyvələrinə limon, portağal, narıngi və qreypfrut aiddir.
81
Subtropik meyvələrə nar, əncir, yapon xurması (və ya xırnik), zeytun, feyxoa,
innab, iydə və tut aiddir.
Tropik meyvələrə banan, ananas, manqo və Iran xurması (finik) aiddir.
Meyvələr iqlim şəraitindən asılı olaraq 4 zonaya bölünür: şimal və şimal-
şərq, orta, cənub və subtropik. Meyvələr mədəni və yabanı olur. Bioloji nöqteyi-
nəzərdən meyvələrdə pomoloji sortlar, üzümdə isə ampeloqrafik sortlar öyrənilir.
Müəyyən respublika, ölkə və vilayətdə becərilmək üçün tövsiyə olunmuş meyvə
sortuna rayonlaşdırılmış meyvə sortu adı verilir. Meyvələri təyinatına, kimyəvi
tərkibinə və başqa göstəricilərinə görə də qruplaşdırmaq olar.
3.1. Toxumlu(tumlu) meyvələr
Toxumlu (tumlu) meyvələr meyvə əkini sahəsinin 50%-dən çoxunu təşkil
edir. Bu meyvələrin tərkibində olan şəkər, üzvi turşular, vitamin və s. bioloji aktiv
maddələr onların dad və tam məziyyətlərini yüksəldir. Bu meyvələrin uzun müddət
saxlanılmağa və daşınmağa davamlılığı il boyu təzə meyvə ilə təchiz etməyə imkan
verir. Belə meyvələrdən müxtəlif məhsullar – şirə, povidlo, mürəbbə, pastila,
marmelad, şərab və s. hazırlanır.
Alma ən çox yayılmış meyvədir. Ölkəmizdəki meyvə bağlarının 70%-i,
toxumlu (tumlu) meyvələrin isə 80%-i almanın payına düşür. Alma bioloji
xüsusiyyətlərinə görə başqa meyvələrdən fərqlənir. Alma çox məhsuldar, az qulluq
tələb edən, yetişmə müddətinə görə çox uzun dövrü əhatə edən, saxlanılmağa
davamlı meyvədir.
Bütün alma növləri gülçiçəklilər fəsiləsindən (Rosaceae) alma
yarımfəsiləsinin (Romoideae) Malus cinsinə aiddir. Almanın 33 növü məlumdur və
bunlardan 6 növü Azərbaycan ərazisində yayılmışdır.
Meşə almalarından ən çox yayılmışları Sibir, Çin və meşə almalarıdır. Meşə
alması növlərinin meyvəsi yumru, xırda, günəşə olan tərəfi qırmızıdır. Dadı
turşməzədir. Sibr almaları isə, əsasən Şərqi Sibirdə və Uzaq Şərqdə yayılmışdır.
82
Bunlar qırmızı və sarımtıl olurlar. Bu növ almalar adından məlum olduğu kimi
soyuğa daha davamlıdır.
Çin almaları Avropanın şimal-şərqində geniş yayılmışdır. 1 almanın çəkisi
10-20 qram olur. Yumru və ya yumurtavari olur. Əsasən marmelad, mürəbbə,
şərab və şirə istehsalı üçün yaxşı xammaldır.
Xalq təsərrüfatı əhəmiyyəti olan alma, əsasən bağ almasıdır (Malus
domestica Borkh). Bu qrupa Sibir almasının bağda becərilən növü, Çin almalarının
mədəni növü, məxməri Çin almaları aiddir. Bəzi alma sortları isə Miçurinin adı ilə
bağlıdır. Miçurinin yetişdirdiyi Miçurin kitayka alması 90 qrama qədər çəkidə olur.
Alma qruluşuna görə başqa meyvələrdən fərqlənir. Almanın qabığı nazik və
qalın olur. Sıx və qalınqabıqlı alma saxlanmağa davamlıdır. Almanın qabığı bir
neçə qatdan ibarətdir. Almanın səthi hamar və ya çopur, parıldayan və ya tutqun,
quru və ya yağlı, müxtəlif qalınlıqda, elastiklikdə və bərklikdə olur. Əgər almanın
qabığı bərk qalın və sıx olarsa, belə alma daşınmağa və saxlanmağa davamlı olur.
Belə almalardan Qafqaz, Krım və Çin sortlarını göstərmək olar. Bəzi almalarda
qabığın altında rəngli nöqtələr olur və bəzən almanın bütün səthini örtür.
Almanın əsas göstəricilərindən biri də onun rəngidir. Onun rəngi
tərkibindəki xlorofil, karotin, antosian və flavon piqmentlərindən asılıdır. Alma,
əsasən yetişdiyi zaman yaşıl rəngdən sarımtıl-yaşıl, sarımtıl-qırmızı, çəhrayı, tünd
qırmızı və s. rəngə çevrilir. Bəzi almaların üzərində qırmızı rəngli xətlər,
bəzilərinin isə bir tərəfi qırmızı rəngdə, o biri tərəfi isə sarımtıl rəngdə (Qəndil
Sinan) olur. Lakin Simirenko reniti yetişdikdə belə öz yaşıl rəngini saxlayır.
Meyvənin saplaq hissəsində çökəklik olur. Saplağın rəngi, uzunluğu,
qalınlığı almanın sortundan asılı olaraq müxtəlifdir. Almanın saplağının qopması
onun saxlanma müddətini azaldır.
Saplağın əks tərəfində çiçək kasacığı və 5 ləçəkdən ibarət çiçək yerləşir.
Almanın sortundan asılı olaraq çiçək açıq, yarımaçıq və bağlı olur. Çiçəkdən
saplağa qədər boşluğu olan borucuq keçir ki, bunun da daxili hava ilə doludur.
Çiçəyi açıq olan alma sortları saxlanma zamanı daha çox zədələnir.
83
Almanın ətli hissəsinin daxilində özək yerləşir ki, bu da toxum yuvasından
ibarətdir. Toxum yuvası mərkəzdə yerləşməklə 5 kameradan ibarətdir.
Həmin kameraların divarı perqamentə oxşar hamar təbəqədən ibarətdir. Bu
təbəqə sellüloza və hemisellülozadan təşkil olunmuşdur. Almanın toxum yuvasının
həcminin və çəkisinin almanın ətli hissəsinə nisbəti, ətli hissənin çıxarına təsir edir.
Toxum yuvası iri və kobud olan almaların keyfiyyəti bir qədər aşağıdır.
Almanın yumşaq hissəsi dairəvi toxumalardan və toxumalararası boşluqdan
ibarətdir ki, həmin boşluqlarda hava və bir hissə protopektin vardır. Toxumaların
nazik təbəqələri bir neçə qatdan ibarətdir və tərkibində sellüloza, hemisellüloza və
protopektin vardır. Toxumalardakı şirənin tərkibində üzvi və mineral maddələr
vardır. Almanın ətli hissəsinin sıxlığı da eyni olmur. Bu cəhətdən alma sıx ətli,
dənəvər, yumşaq növlərinə ayrılır. Sıx ətli alma başqalarından fərqli olaraq
saxlanmağa daha çox davamlıdır. Keyfiyyətcə isə dənəvər və yumşaq almalar əsas
yer tutur.
Almanın forması onun sortundan asılı olaraq çox müxtəlifdir. Alma yumru,
yastıtəhər yumru, yastı-oval, yumru-oval, silindrvari, yumru konusvari, enli
silindrvari və s. formada olur.
Almanın kimyəvi tərkibinə onun sortu, becərildiyi şərait, yetişmə dərəcəsi,
saxlanma rejimi və müddəti təsir edir. Almanın kimyəvi tərkibindəki dəyişiklik
onda olan şəkərin miqdarında özünü göstərir. Şəkərlərdən ən çox fruktoza, qlükoza
və saxaroza, karbohidratlardan az miqdarda nişasta, sellüloza və hemisellüloza,
üzvi turşulardan alma və limon turşuları vardır. Becərildiyi rayondan asılı olaraq
şəkərin miqdarı dəyişir. Belə ki, cənub almasında 83-85% su, 9,8-14,2% şəkər
olduğu halda, orta zonanın almasında 84-88% su, 7,3-14,2%-ə qədər şəkər olur.
Almada olan şəkərlərin əsasını invertli şəkər təşkil edir. Bunun da miqdarı cənub
almasında 8,3-13,8% olduğu halda, orta zona almasında 6,4-13,8%-dir. Turşunun
miqdarına görə bu alma növlərindəki fərq azdır. Cənub almasında 0,2-0,6% olduğu
halda, orta zona almasında 0,2-0,8% arasında olur.
84
F.V.Serevitinova görə almanın tərkibində orta hesabla 6,5-11,8% fruktoza,
2,5-5,5% qlükoza, 1,5-5,3% saxaroza, 0,2-0,7% azotlu maddə, 1,05-1,49% pektin
maddəsi, 0,02-0,2% aşı maddəsi, 0,9% sellüloza, 0,5-1,0% pentozan, 0,2-0,4%
mineral maddə və 0,2-0,6% üzvi turşu vardır. Almanın tərkibində 20-40 mq% C
vitamini və az miqdarda B
1
, B
2
və PP vitaminləri olur.
Alma yetişmə müddətinə və istehlakına, həmçinin saxlanılmasına görə 6
qrupa – yay, tezyetişən payız, payız, tezyetişən qış, qış və gecyetişən qış
almalarına bölünür. Lakin belə qruplaşdırma şərtidir.
Məsələn, adi Anton alması Lipetski vilayətində qış, Krasnodar ölkəsində və
Kursk vilayətində isə payız sortuna aid edilir. Almalar ölçülərinə görə də müxtəlif
olurlar. Bu cəhətdən almalar 3 qrupa bölünür: xırda (75 qr-a qədər), orta iri (75-
125 qr), iri (125 qr-dan çox).
I.V.Miçurin adına elmi-tədqiqat institutu ölçüsünə görə almanı 7 qrupa
bölür: çox xırda (25 qr-a qədər), xırda (25-50 qr), ortadan aşağı (50-75 qr), orta
(75-100 qr), ortadan yuxarı (100-125 qr), iri (125-175 qr), daha iri (175 qr-dan
çox).
Almanın yay sortları iyun-avqustda yetişir. Tam yetişmiş halda dərilir. 10-30
gün müddətində saxlanıla bilir. Yay almalarının saxlanılmağa davamsız olmaları
onunla izah edilir ki, onlar fizioloji xəstəliklərə daha tez tutulur və tənəffüs prosesi
daha sürətlə gedir. Yay almalarından Ağ Naliv, Papirovka, Melba, Moskva
armudu, Çəhrayı Naliv, ağ və qırmızı Həştərxan, Yay şafranı və s. göstərilə bilər.
Tezyetişən yay sortlarından Stark, Tezyetişən Səmərqənd, Səmərqənd
birincisi və Armudvari tezyetişən almalarını qeyd etmək olar.
Azərbaycanda Papirovka, Borovinka, Qrafenşteyn və Fatimə yay alma
sortları yetişdirilir.
Yay almalarından fərqli olaraq payız almaları avqustun 2-ci yarısından
sentyabrın 1-ci yarısına kimi dərilir. Ancaq bu sort almalar dərilən vaxt istehlak
dəyərli olmur. Bu məqsədlə payız almaları dərildikdən sonra 15-25 gün müddətinə
saxlanılır. Bu dövrdə yetişmə davam etdiyindən o, istehlak dəyərinə malik olur.
85
Əgər dərilmə prosesi gecikdirilərsə, o zaman anaerob tənəffüs prosesi
almanın şəkərini azalda bilir.Yay almalarından fərqli olaraq, payız
almalarını 2-3 ay saxlamaq olur. Payız almalarından 600 qr-lıq Anton
almasını, Aport, Borovinka, Belfler-kitayka, Zolaqlı ənis, Titovka,
Zolaqlı qəhvəyi alma, Zolaqlı payız alması misal göstərilə bilər.
Azərbaycanda payız almalarından Landsberq reneti, Azərbaycan,
Sarı Belfler və Qızıl qış Parmeni yetişir. Qeyd etmək lazımdır ki, orta
zonada yetişən bəzi payız sortları cənubda yayda, qış sortları isə payızda
yetişir.
Yay və payız alma sortlarından fərqli olaraq qış almalarının bəzi
homoloji sortları yeni məhsula kimi saxlanıla bilir. Bu qrup almalar
sentyabrın 2-ci yarısından oktyabrın 1-ci yarısına kimi dərilir. Bunlar
dərildikdən 2-3 ay sonra istehlak dəyərinə malik olur. Dərilərkən
bunların tərkibində protopektin və 1,5%-ə qədər nişasta olur. Ümumi və
invertli şəkərin miqdarı da az olur. Odur ki, saxlandıqda yetişir və
tərkibində dəyişiklik gedir. Protopektin pektinə, nişasta şəkərə çevrilir.
Meyvənin dadı və quruluşu yaxşılaşır. Qış almaları saxlanmağa və
daşınmağa davamlı olduğundan daha əlverişli sayılır. Bunların bəzi
homoloji sortları iyul ayına kimi qala bilir. Bu qrupa cənub almalarından
Qış qızılı Parmen alması, Qəndil sinab, qış gecyetişənlərindən Şampan-
reneti, Simirenko reneti, Orlean reneti (buna qırmızı şafran da deyilir),
Sarı sinab, Qar qəndil, Bauman reneti, Qəndil kitayka, Sarıturş, Cırhacı,
Qızıləhmədi misal göstərilə bilər.
Adi Anton, Daş Anton, Litov pepini, Babuşkin, Miçurin
sortlarından Şafran pepini, Ənis, Slavyanka kimi almalar orta zonada
86
yetişirlər. Adi Anton şimal rayonunda qış, Ukrayna və Belorusiyada
payız, Krasnodar ölkəsində yay sortu hesab edilir. Rəngi sarımtıl-
yaşılaçalan, dadı isə çaxırı-turş olur.
Azərbaycanda qış almalarından Napoleon, London pepini, Şampan
reneti, Boyken, Ağ rozmarin, Quba reneti, Simirenko reneti, Cırhacı,
Sarıturş, Sarı sinap, Zaqatala şafranı, Quba şafranı, Qızıləhmədi sortları
becərilir.
Son illər Azərbaycanda palmet alma bağları salınmışdır. Bu
bağlarda Starkinq, Conatan və Qolden Delişes alma sortları yetişdirilir.
Gecyetişən və sentyabrın 1-dən sonra tədarük edilən almalar iki
pomoloji qrupa bölünürlər.
Standarta əsasən (QOST 21122-75) gecyetişən təzə almalar
keyfiyyətindən asılı olaraq 4 əmtəə sortuna: əla, birinci, ikinci və üçüncü
bölünürlər. Əla əmtəə sortuna yalnız birinci pomoloji qrup almaları aid
edilir.
Almanın keyfiyyəti onun formasına, rənginə, səthinə, ən böyük
diametrinə görə müəyyən edilir. Bütün əmtəə sortlarına aid almalar
təmiz, bütöv, forması və rəngi pomoloji sortuna müvafiq olmalıdır. Əla,
birinci və ikinci sorta aid almalar eyni pomoloji sortdan olmalıdır.
Üçüncü sortda isə qarışıq ola bilər. Əla sorta ən böyük en kəsiyinin
diametri yumru formalılarda 65 mm, uzunsov formalılarda 60 mm, 1-ci
sortda uyğun olaraq 60-50 mm, ikinci sortda 50-45 mm, üçüncü sortda
isə 40-35 mm olmalıdır. Almanın nöqsanları və icazə verilən normalar
mövcud standartlarda göstərilir. Məsələn, tədarük yerində əla sortda 1
sm
2
, birinci sortda 2 sm
2
, ikinci sortda 4 sm
2
və üçüncü sortda səthinin
87
1/4 hissəsində yüngül sıxılmış və dolu vurmuş hissə ola bilər. Satış
yerində isə bu göstəricilər uyğun olaraq 2 sm
2
, 4 sm
2
, 6 sm
2
və 1/4 hissə
qədər olur.
Tezyetişən almalar (QOST 16270-70) 1-ci və 2-ci əmtəə sortuna
bölünür. 1-ci sortda ən böyük en kəsiyi 50 mm, 2-ci sortda isə 35 mm-
dir.
Armud – toxumlu meyvələr içərisində öz zərifliyi və istisevən
olması ilə fərqlənir. Ümumi meyvə tədarükündə az yer (5%) tutur. Təzə
halda istifadə edilməklə yanaşı qurutmada, kompot, mürəbbə, cem və
şirələrin hazırlanmasında istifadə edilir. Krımda, Qafqazda, Orta
Asiyada, Moldaviyada və Belorusiyada becərilir.
Adi armud (Pyrus communis L.) gülçiçəklilər fəsilənsindəndir. 30-
dan çox növü məlumdur.
Soyuğadavamlı Ussuriya armudunun sortları Uzaq Şərqdə geniş
yayılmışdır. Quruluşuna görə almadan fərqlənir. Formasına görə
müxtəlif olur. Konsistensiyasına görə şirəli, az şirəli, quru, yağabənzər,
iridənəli, yumşaq və ya bərk, kobud və ya ağızda asan əriyən olur.
Dadına görə şirin, turşaşirin, çaxırı-turş, ətirli, ağızı büzən, ətirsiz olur.
Tərkibində orta hesabla 81-84% su, 6,2-18,7% şəkər, 0,1-0,5% turşu,
0,1-0,3% pektin maddəsi, 0,3-0,6% mineral maddələr, 0,02-0,17% aşı
maddəsi, 0,9% sellüloza, yabanı sortlarda 12-21 mq% və mədəni
sortlarda 3-17 mq% C vitamini vardır. Şəkərlərdən 6,9-9,7% fruktoza, 1-
3,7% qlükoza və 0,4-2,6% saxaroza vardır. Üzvi turşulardan limon və
alma turşusu rast gəlir.
88
Armudun ayrı-ayrı pomoloji sortlarının kimyəvi tərkibi onların
sortundan, torpaq-iqlim şəraitindən və yetişmə müddətindən asılı olaraq
dəyişir.
Yetişmə müddətinə və saxlanılmasına görə yay, payız və qış
sortlarına bölünür.
Armudun yay sortları iyul-avqustda yetişir, 10-20 gün qala bilir.
Orta zonada yetişən yay armud sortlarından Toxumsuz,
Naziksaplaq, Limonka, Ilinka, Cənub zonasında yetişənlərdən Yay
Vilyamsı, Düşes, Klappın sevimlisi, Panna, Bere Jiffar daxildir.
Azərbaycanda Abasbəyi, Yay Vilyamsı, Klappın sevimlisi,
Cırnadiri və Qurqulə yay armud sortları yeişdirilir.
Armudun payız sortları avqustun sonu və sentyabrın əvvəllərində
dərilir. Aşağı temperaturda 3 aya qədər qalır. Bere Bosk, Payız
berqamotu, Meşə gözəli geniş yayılmış sortlardandır.
Azərbaycanda Bere Bosk, Düşes de
”
Anqulem və Lətifə payız
armud sortları yetişdirilir.
Armudun qış sortları sentyabrın axırı və oktyabrda dərilir.
Dərilərkən istehlak dəyərinə malik olmurlar. Saxlanılıb yetişdirilir və bu
zaman dadı və ətri də yaxşılaşır. 4-6 ay saxlanıla bilər. Armudun qış
sortlarından Kyure, Bere Ardan-pon, Qış dikankası, Miçurin beresi,
Olivye de Serr, Sen Jermeni göstərmək olar.
Azərbaycanda Bere Ardanpon, gecyetişən Tuluza, Jozefina
Mixelskaya, Pass Krassan, Kyure, Nararmudu, Yaygörən qış armud
sortları yetişdirilir.
89
Armudun tezyetişən sortları və sentyabrın 1-dən sonra tədarük
edilən gecyetişən sortları 2 pomoloji qrupa bölünürlər.
Armudun keyfiyyəti Azərbaycan Respublika standartının (RST
289-76) tələblərinə cavab verməlidir. Keyfiyyətcə armud birinci və
ikinci əmtəə sortuna bölünür.
Birinci əmtəə sortuna aid armudun rəngi və forması öz pomoloji
sortuna müvafiq olmalıdır. Təmiz, saplağı ya bütöv, ya da sınıq, ən
böyük en kəsiyinin diametri azı 50 mm olmalıdır. Ikinci sort armudun
diametri azı 40 mm olmalıdır. Qalan göstəricilər standartda
normalaşdırılır.
Heyva (Cydonia ovlonga Mill) gülçiçəklilər fəsiləsindəndir. 4000
ildir ki, meyvə bitkisi kimi məlumdur. Yabanı halda ən çox Şərq
yarımkürəsində bitir. Böyük Qafqazın şərq hissəsində, Mərkəzi
Zaqafqaziyada və Talışda yetişir. Mədəni halda dünyanın bir çox
ölkələrində becərilir.
Heyvanın tərkibində 81-85% su, 5,3-12,2% şəkər, o cümlədən 5,6-
6,6% fruktoza, 2,0-2,4% qlükoza, 0,4-1,6% saxaroza, 0,85-1,1% üzvi
turşu (alma və limon turşusu), 0,9% pektin maddəsi, 0,9% sellüloza, 0,5-
0,7% mineral maddə, 0,42-0,66% aşı maddəsi və 10-30 mq% C vitamini
vardır. Bir meyvənin çəkisi 50 qr-dan 1,5 kq-a qədər olur. Meyvələri
yumru, uzunsov və armud şəklində, rəngi yaşıl, açıq və ya tutqun sarı
olur. Meyvəsinin üstü boz, tünd sarı və ya tünd qəhvəyi rəngli pənbə ilə
örtülüdür. Ətli hissəsi ağ və ya sarımtıl, əvvəlcə bərk, lakin qalıb
yetişdikdə yumşalır. Ətli hissəsində daşlaşmış bərk toxumalar vardır.
Dadı şirin, turşaşirin və gər (büzüşdürücü) olur. Heyvadan az miqdarda
90
təzə və bişirilmiş halda istifadə edilir. Heyva marmelad, povidlo, jele,
sukat, mürəbbə, kompot və cem hazırlamaq üçn qiymətli xammaldır.
Çoxlu heyva sortu məlumdur. Azərbaycanda yetişdirilən Çiləyi, Şirvani,
Karaman, Atbaşı, Cardalı, Sarı Rəcəbi, Şabrani, Zardobi, Fəhmi,
Ağvani, Qara heyva, iri Ağdaş və s. misal göstərilə bilər. Bundan başqa
həyətyanı sahələrdə daş heyva, əppək heyva, armudvari, almavari heyva
sortları da xalq seleksiyaçıları tərəfindən yetişdirilir.
Heyva keyfiyyətinə görə Azərbaycan Respublika standartının (RST
292-76) tələblərinə uyğun olmalıdır. Keyfiyyətinə görə təzə heyva
birinci və ikinci əmtəə sortlarına bölünür. Brinci sortun ən böyük en
kəsiyinin diametri 60 mm, ikinci sortda isə 40 mm-dən az olmamalıdır.
Əzgilin iki əsas növü vardır: 1. adi əzgil (Mespilus Germanica); 2.
subtropik və ya yapon əzgili (Eriobothrya japopica).
Adi əzgil yabanı halda Qafqazda, Krımda və Türkmənistanda bitir.
Adi əzgilin meyvəsi xırda olub, çəkisi 15-35 qr-dır. Təzə dərilmiş əzgil
bərk və ağızbüzüşdürücü olur. Sonralar yeişmə dövründə yumşalır, dadı
isə şirinləşir.
Yapon əzgili az miqdarda Qafqazın Qara dəniz sahilində, Krımın
cənub sahilində becərirlər. Əzgildən təzə halda, mürəbbə, pastila,
karamel içliyi, duzlamaq, sirkəyə qoymaq və ekstrakt hazırlamaq
(əzgilşərab) üçün istifadə edilir. Tam yetişmiş əzgilin yumşaq hissəsinin
tərkibində 5,2% su, 8,5% şəkər, 0,8% turşu, 1,4% pektin maddələri,
0,65% azotlu maddələr, 1,8-2,5% sellüloza, bir qədər alma turşusu var.
Yetişmə nəticəsində şəkər və alma turşusu azalır, az miqdarda spirt və
sirkə turşusu əmələ gəlir ki, bu da ona pis xoşagəlməyəntam verir.
91
Azərbaycanda Qabak-əzgil, Qəbələ-əzgil və Qaysı-əzgil sortları
becərilir. Subtropik əzgilin sortlarından Premyera, Tamana və Fali
sortlarını göstərmək olar. Bütün sortlarda toxum meyvənin ümumi
çəkisinin 15-18%-ni təşkil edir.
Dostları ilə paylaş: |