0 Ə-C.İ.Əhmədov N. T.Əliyev m e y V ə V ə t ə r ə V ə z I n ə M t ə Ə Ş Ü nasl I ğ I (Dərslik)



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix01.01.2017
ölçüsü3,77 Mb.
#4002
1   2   3   4   5   6   7   8   9   10   ...   30

3.2. Çəyirdəkli meyvələr 

 

Çəyirdəkli meyvələr ağacların sayına və meyvə bağlarının sahəsinə 



görə almadan sonra 2-ci yeri tutur. Bütün meyvə bağlarının 40%-ə 

qədərini təşkil edir. Bu qrupa albalı, gilas, ərik,  şaftalı, gavalı, alça, 

göyəm, zoğal aiddir. 

Çəyirdəkli meyvələr Rusiyanın mərkəzi rayonlarında, Ukraynada, 

Belorusiyada, Moldaviyada, Şimali Qafqazda, Özbəkistanda becərilir. 

Gilasa nisbətən albalı soyuğa davamlıdır. Gilas, əsasən ölkənin cənub 

rayonlarında becərilir.  Ərik Orta Asiyada, Dağıstanda, Krımda və 

Zaqafqaziyada becərilir. Çəyirdəkli meyvələr çox sulu olduğundan uzun 

müddət saxlanıla bilmir. Onlardan

 təzə halda istifadə edilir və kompot,  



 

 

92



mürəbbə, cem, şirə, müxtəlif içkilər hazırlamaq və qurutmaq üçün istifadə 

edilir. 


Çəyirdəkli meyvələrin kimyəvi tərkibi 3.1 №-li cədvəldə verilmişdir. 

  

Cədvəl 3.1. Çəyirdəkli meyvələrin kimyəvi tərkibi, faizlə 



Meyvələrin 

adı 


Su  

Şəkər  


Turşu  

Pektin 


maddəsi 

Sellüloza  

C vitamini, 

mq%-lə 


Albalı  

77-87 


8,4-14,5 

0,9-2,3 


0,4-0,6 

0,18-0,25 

2-6 

Gilas  


74-85 

10-17,0 


0,5-1,0 

0,4-0,7 


0,2-0,3 

10,0 


Gavalı: 

Macar 


qrupu 

 

79-85 



 

8,7-15,6 

 

0,4-1,0 


 

0,7-0,8 


 

0,3-0,5 


 

5-10 


Renklod 

qrupu 


83-86 9-12,3 0,6-1,5 0,4-0,6 0,2-0,3  5-17 

Alça 


 

87-89 4,5-6,1 3-3,9 0,3-0,6 0,4-0,5  7-13 

Ərik  

83-87 


4,5-23,0 

0,2-2,5 


0,4-1,2 

0,4-1,0 


1-7 

Şaftalı  

85-88 

7,5-15,0 



0,5-1,0 

0,6-1,2 


0,4-0,5 

7-20 


Göyəm  

88-90 


7,0 

1,8 


1,30 

1,60 


12-17 

Zoğal 


  82-86 8,9  2,0 0,90 2,0  5 

 

Albalı (Cerasus vulgaris Mill.) gülçiçəklilər fəsiləsindəndir. Albalı cinsinin 

240 növü var. Albalı ətli hissəsinin quruluşundan və rəngindən asılı olaraq 2 qrupa 

bölünür: Moreli və Amoreli. 

Moreli qrupunun meyvələri və şirəsi qara rəngli olur. Əksər hallarda bunların 

meyvəsi tünd qırmızıya çalır. Dad-tam xüsusiyyətinə görə turşa-şirin və turş 

yarımqruplarına ayrılır. Moreli qrupuna aid edilən albalıların  ən çox 

yayılmışlarından Ukrayna, Moreli, Lyubskaya, Anadolu, Vladimir, Bəhrəli 

Miçurin və s. misal göstərilə bilər. 

Amoreli qrupundan olan albalı növlərinin meyvəsi və şirəsi açıq rəngdə olur. 

Həmçinin bunların dadı birinci qrupa nisbətən  şirindir. Bu qrupa aid olan albalı 

növlərindən Monmoransi, Çəhrayı  rəngli Amoreli, Kursk  şpankasını göstərmək 

olar. 


 

 

93



Yetişmə müddətinə görə albalı tezyetişən (Tezyetişən moreli, Kent, 

Gödəksaplaq), ortayetişən (Pioner, Vladimir, Ukrayna moreli) və gecyetişən (Ideal, 

Lyubskaya, Anadolu) qruplarına bölünürlər. 

Azərbaycanda Anadolu, Iri şpanka, Podbelski və Tezyetişən ingilis albalı 

sortları becərilir. Albalının keyfiyyəti Azərbaycan Respublika standartının (RST 

290-76) tələblərinə cavab verməlidir. Birinci və ikinci əmtəə sortuna bölünür. Ən 

böyük en kəsiyinin diametri irimeyvəlilərdə 20 mm-dən, xırdameyvəlilərdə isə 15 

mm-dən az olmamalıdır. Albalı təzə halda 20 gün saxlanıla bilər. 



Gilas (Cerasus avium Moench.) albalıya nisbətən istisevən olduğundan

əsasən ölkəmizin cənub rayonlarında becərilir.  Ətli hissəsinin quruluşuna görə 2 

qrupa bölünür: Biqaro və Kini. 

Biqaro qrupuna aid olanlar sıx və  xırçıldayan  ətli olmaqla, əsasən 

konservləşdirmədə istifadə edilir. Bu qrupa aid olanlardan sarı Draqona, sarı 

Denisyon, çəhrayı Napoleon, Fransis (Frans Iosif) və  Qızılı gilasları göstərmək 

olar. 

Kini qrupuna aid edilənlər biqaro qrupundan fərqli olaraq daha zərif  ətli 



hissəyə malikdir. Bunların  ətli hissəsi həm də boş  və çox sulu olur. Əsasən təzə 

halda süfrəyə vermək üçün istifadə edilir. Bu qrupa aid olan gilas sortlarından 

Tezyetişən, Qara nayta, Aprelka göstərilə bilər. 

 Azərbaycanda qədimdən bəri yerli gilas sortları: Isfahani, Həsənbal, Əbləğ, 

Şuduğ, Şirin qara, Qara gilas, Növrəstə və başqaları becərilir. 

Standart sortlardan Dimacio, Oliva Romanı, Sarı Draqon, Öküzürəyi, 

Çəhrayı Napoleon, Biqaro Qrol, Sarı Denisyon, Bianko gözəli, tezyetişən Kassini, 

gecyetişən Keftera və s. göstərilə bilər. 

Gilasın keyfiyyəti Azərbaycan Respublika standartının (RST 293-76) 

tələblərinə cavab verməlidir. Gilasın ən böyük en kəsiyinin diametri 20 mm-dən az 

olmamalıdır. Saplaqsız meyvələrin çəkiyə görə miqdarı 5%-dən çox olmamalıdır. 

Ikinci sort gilasın rənginin və ölçüsünün müxtəlif cinsli olmasına, meyvənin 5%-

dən 2 ədəd sağalmış dolu, yaxud meyvəqurdu zədələrinin olmasına icazə verilir. 


 

 

94



Gavalı,  əsasən Qafqazda və Krımda yabanı halda yetişir. Ukraynada, 

Moldaviyada, Şimali Qafqazda becərilir. 



Bağ gavalısı (Prunus domestica L.) bütün gavalı bağlarının 96%-ni təşkil 

edir. Bağ gavalısının  ən çox becərilən növləri renklod, macar və yumurtavari 

gavalıdır.  

Macar gavalısı qırmızımtıl-bənövşəyi rəngdə, üzəri ağ mum tozu ilə örtülü, 

uzunsov yumurta formasında,  ətli hissəsi yaşılımtıl sarı, bərk və  şirin olur. Bu 

gavalıdan,  əsasən qara gavalı qurusu istehsal edilir. Təzə halda bir aya kimi 

saxlanıla bilər. Macar gavalısının  ən çox yayılmış sortlarından Ev gavalısı, Adi 

gavalı, Italyan gavalısı, Ajanski gavalısı, Moskva gavalısıdır. 

Renklod gavalıları yumru formada, təsadüfi hallarda ovalşəkilli yaşıl, sarı, 

yaşılımtıl-sarı  rəngdə  şirin və sulu olur. Renklod gavalısının sortlarından yaşıl 

renklod, Altan renklodu, Ullens renklodu, kolxoz renklodu, Reforma gavalısıdır. 

 Yumurtavari  gavalılar çox iri, sarı və ya narıncı rəngdə, sıx, şirəli sarı ətli 

hissəyə  və turşa-şirin dada malikdir. Bu qrupa Sarı yumurtavari, Qızıl damcı, 

Şaftalı gavalıları aiddir. 

Bunlardan başqa bağ gavalısının növ müxtəlifliklərindən Anna Şpet

Viktoriya, Sarı Oçakov gavalı sortları da mövcuddur. 

Azərbaycanda Bondebri, Şaftalı gavalısı, Yaşıl renklod, Ullens renklodu, 

Xurma macar, Adi macar, Anna Şpet, Süqar, Sarı albuxara, Aleksandr Düma, 

Altan renklodu, Yerli Lakston gavalı sortları becərilir. Yerli sortlardan Xatını, 

Vəziri, Sarı albuxara və qara gavalıdır. 



Cır gavalı (Prunus insitita L.), əsasən yabanı halda bitir. Adi gavalıdan çox 

turş və büzüşdürücü olmasına görə fərqlənir. Sortlarından Mirabel, Nansi və Volqa 

cır gavalısını göstərmək olar. Əsasən mürəbbə, konservləşdirmə və qurutma üçün 

sərf edilir. 



Alça  (Prunus divaricata Ledev) yabanı halda yetişir. Bununla yanaşı, bəzi 

mədəni sortları da becərilir.  Ən çox Orta Asiyada, Qafqazda və Krımda 

yayılmışdır. 


 

 

95



Təzə halda və  həmçinin emal məqsədi ilə  də istifadə edilir. Alçadan 

marmelad, pastila, mürəbbə, habelə kompot hazırlanır. Yerli əhali isə ondan turşu 

və lavaşana düzəldirlər. Alçanın keyfiyyəti QOST 21405-75 üzrə müəyyən edilir. 

Azərbaycanda yetişən yerli sortlardan ən məhsuldar olanları Talobi, Qara 

alça, Göycə Soltanı, Payız mələsi (peyvənd alça), Rəcəbi,  Ərəşi və  Qəzvini 

sortlarıdır. 



Göyəm (Cornus mas L.), əsasən cənubda çox yayılmışdır. Xırda tünd yaşılı 

rəngdə  və üzərində mum tozu olur. Şaxta vurduqda onun dad-tam keyfiyyəti 

yaxşılaşır. Ən çox mürəbbə, cövhər və turşiyyat hazırlamaqda istifadə edilir. 

Zoğal  (Prunus spinosa L.),  əsasən Qafqazda, Krımda yabanı halda bitir və 

həmçinin az miqdarda mədəni halda becərilir. Zoğal xırda olub, uzunsov formada, 

tünd qırmızı rəngdə kəskin turş dadlıdır. Çəyirdəyi ümumi meyvənin 32%-ni təşkil 

edir. Əsasən avqustun axırları və sentyabrın əvvəllərində yetişir. Mürəbbə, pastila, 

marmelad, likör, nalivka, şirə hazırlanmasında və  təzə halda istifadə edilir. 

Sortlarından Gəncə, Sarı zoğal, Qara zoğal göstərilə bilər. 

Zoğalın keyfiyyəti QOST 16524-70 üzrə müəyyən edilir. 

Ərik (Prunus Armenika Mill) gülçiçəklilər fəsiləsindəndir. Ərik cinsinin 10 

müxtəlif yabanı forması məlumdur, bunun da 3 növü: adi, Sibir və Mancuriya əriyi 

daha çox yayılıb. Mədəni  ərik sortları,  əsasən Orta Asiyada, Zaqafqaziyada

Ukraynada, Şimali Qafqaz və Moldaviyada becərilir. Ərik təyinatına görə 2 qrupa 

ayrılır: qurutmaq üçün, konservlik və süfrə üçün. Ərik mənşəyinə  və botaniki 

xüsusiyyətlərinə görə K.F.Kostinovanın təklif etdiyi təsnifata  əsasən, 3 qrupa 

bölünür: 

1.

 



Orta Asiya qrupu ərikləri; 

2.

 



Iran-Qafqaz qrupu ərikləri; 

3.

 



Avropa ərikləri. 

Qurutmaq üçün istifadə olunan əriklər sıx ətli və çox şəkərlidir. Süfrə üçün 

və konserv üçün istifadə olunanlar isə birincilərdən fərqli olaraq boş ətliyə malik 

olur. 


 

 

96



Qurutma məqsədi ilə Orta Asiya sortu əriklərindən isifadə edilir. Bunların 

çəyirdəklərindəki ləpədən badam əvəzinə şirniyyat hazırlamaq üçün istifadə edilir. 

Tərkibində amiqdalin qlükozidi (4,4%-ə  qədər) olanlar isə bu məqsədlə istifadə 

edilmir.  Ətriyyat sənayesində xammal kimi işlədilir.  Əriyin çəyirdək ləpəsində 

55% yağ, 28% zülali maddə olur. 

Orta Asiya əriklərindən həm qurutmaq və həm də süfrə üçün istifadə edilir. 

Bu məqsədlə istifadə olunan sortlardan Arzami, Axrori və Ruhu cavan göstərilə 

bilər. 


Avropa sortları qurudulmur. Bunlardan konserv istehsalında və süfrə üçün 

istifadə edilir. Avropa sortlarına daxil olan əriklərdən Qırmızıyanaq, Ananas, 

Ambroziya, Nikitin və s. misal göstərilə bilər. Süfrə üçün istifadə olunanlar iri, xoş 

görünüşlü, yaxşı dadlı və ətirli olmalıdırlar. Süfrə üçün istifadə olunan Iran-Qafqaz 

qrupu ərikləri Komsomol, Naxçıvan, Şalax, Badam-ərik sortlarıdır. 

Qurutma üçün istifadə edilən Orta Asiya qrupu ərikləri Mirsəncəli, Isfarak, 

Qaysi, Xurmai, Kondak, Arzami, Xasaki, Uçma, Babai sortlarıdır. Bunların 

tərkibində turşu azdır. 

Tezyetişən süfrə ərikləri 2 həftə, gecyetişənlər isə 15-20 gün saxlanıla bilir. 

Azərbaycanda yerli sortlardan, əsasən Naxçıvanda Növrəstə, Haqverdi, 

Abutalibi, Göy badami, Alyanaq, Sarı badami, Sarı və Ağ Təbərzə, Xosrovşahi və 

Şalax sortları becərilir. 

Təzə ərik I və II pomoloji qrupa bölünür. Hər respublika üzrə sortların adı 

standartda göstərilir. Keyfiyyətindən asılı olaraq birinci və ikinci sorta ayrılır. 

Ölçüsünə görə iri (40 mm-dən çox), orta (30-40 mm) və  xırda (30 mm-ə  qədər) 

qruplarına ayrılır. Satış zamanı 8% standarta uyğun olmayan, lakin yararlı 

meyvələrin olmasına icazə verilir. 

Şaftalı (Persica Vulgaris Mill) istisevən olduğundan,  əsasən ölkəmizin 

cənub rayonlarında yayılmışdır. Sənaye  əhəmiyyətli  şaftalı Özbəkistanda, 

Türkmənistanda, Zaqafqaziya respublikalarında,  Şimali Qafqazda, Ukraynada və 


 

 

97



Moldaviyada becərilir. Şaftalıdan təzə halda itsifadə edilir, kompot, şirə, mürəbbə, 

sukat, marmelad hazırlanır və qurudulur. 

Şaftalı meyvələri yumru və oval formada olur. Təpələri düz, yumru və ya 

məməlidir. Meyvələri yaşıl, ağ, qırmızı, sarı və ya qarışıq rəngdə olur. Meyvənin 

üzəri çılpaq və ya tüklü (pənbəli) olur. Üzəri tüklü şaftalılar öz növbəsində həqiqi 

şaftalıdan (bunların çəyirdəyi  ətlikdən tamam ayrılır) və pavi şaftalısından 

(bunların  ətliyi çəyirdəkdən ayrılmır) ibarətdir. Üzəri çılpaq  şaftalıları uyğun 

olaraq nektarin və bryunyon (gərdi və ya güşdü) adlandırırlar. 

Ətli hissəsi çəyirdəyindən tam ayrılanlar daha zərif və şirəli olurlar. Bunlarda 

pektin maddələri az olur. Geniş yayılmış sortlarından Lola, Sarı nektarin, Nikitin, 

Çempion, Qızıl yubiley şaftalılarıdır. 

Ətli hissəsi çəyirdəyindən ayrılmayanlar xırçıldayan olur. Bunlarda pektin 

maddə nisbətən çoxdur. Sortları Ağ qoriyski, Brusski, Pauni, Zəfərani şaftalılarıdır. 

Azərbaycanda  şaftalının standart sortlarından Çempion, Qrinobero, Salami, 

Qızıl yubiley, Elberta, gecyetişən narıncı, gecyetişən zəfəranı, Nikita, Mayflever, 

Salvey, Fidan, Malik, Ağ nazlı yetişdirilir. Təzə  şaftalı  hər pomoloji sort üzrə 

keyfiyyətinə görə birinci və ikinci əmtəə sortuna bölünür. Ölçüsünə görə iri (50 

mm-dən çox), orta iri (35-50 mm) və xırda (35 mm-dən kiçik) qruplarına bölünür. 

Yeni perspektiv ağ ətli şaftalılardan Jemçujina, Flaminqo, Yubiley, Znamya, 

Krım, Tavriçeski+, sarı  ətli  şaftalılardan Mayak, Fakel, Krım kəhrəbası, Xəzinə 

sortlarını göstərmək olar. 

Şaftalının tezyetişən sortlarını soyuducuda (0-6

0

C-də) 6-10 gün, gecyetişən 



sortlarını isə 1-2 ay saxlamaq mümkündür. 

                                                

                                            

 

                                                     



 

 

98



 

 

3.3. Giləmeyvələr 

 

Giləmeyvələr çox yayılmış meyvə növləri qrupudur. Bu qrupa daxil olan 



meyvələrin bəziləri soyuğadavamlı olduqlarından  şimal rayonlarında da becərilir. 

Bəziləri isə (üzüm və qarağat) istisevən olduqlarından ancaq ölkəmizin cənub 

rayonlarında becərilir. Bu qrupa daxil olan meyvələrin  əksəriyyəti uzun müddət 

saxlanılmağa yaramadığından tez istifadə edilir. Lakin üzümün gecyetişən 

sortlarından saxlamaq üçün istifadə olunur. 

Giləmeyvələr öz tərkib xüsusiyyətlərinə görə orqanizm üçün qidalı yeyinti 

məhsullarıdır. Bu qrupa üzüm, qarağat, moruq, quşüzümü, çiyələk və s. daxildir. 

 

3.3.1. Həqiqi giləmeyvələr 

 

Üzüm (Vitis vinifera) üzüm fəsiləsinin üzüm cinsindəndir. Üzüm cinsinin 70 

növündən ikisi Azərbaycanda bitir. Bunlardan meşə  və Amur üzümü daha geniş 

yayılmışdır. Meşə üzümü üzümçülük rayonlarında yabanı halda bitir. Üzüm 

istisevən bitki olduğundan,  əsasən cənub rayonlarında becərilir.  Əsasən 

Zaqafqaziya respublikalarında,  Şimali Qafqazda, Ukraynanın cənubunda, 

Moldaviyada, Orta Asiyada becərilir. 1000-ə  qədər müxtəlif üzüm sortları 

yetişdirilir. Üzümün ayrı-ayrı sortları ilə  məşğul olan elm ampeloqrafiyadır. 

Üzümün keyfiyyəti onun kimyəvi tərkibindən, habelə salxımın sıx, orta sıx və 

seyrək olmasından asılıdır. Seyrək salxımlar az zədələndiyindən daşınma və 

saxlanmaya nisbətən davamlıdırlar. 

Hər bir üzüm giləsi qabıq, sulu ətli və toxum hissələrindən ibarətdir. 

Üzümün toxumsuz sortları da vardır. Üzümün qabığı sıx, qalın və nazik olur. Sıx 

və qalın qabıqlılar saxlanmağa davamlıdır. Müxtəlif üzümlərdə  ətli hissənin, 


 

 

99



toxumun və qabıq hissəsinin bir-birinə nisbəti faizlə müxtəlif olur. Ətli hissə 

müxtəlif üzümlərdə 85-90%, qabıq 2-9%, toxum isə 5%-ə qədər olur. 

Üzümün tərkibində orta hesabla 76-83% su, 16,1% şəkər, o cümlədən 0,7% 

saxaroza, 15,4% invertli şəkər, 0,6% turşu, 0,25% pektin maddəsi, 0,9% sellüloza, 

0,3-0,5% mineral maddə vardır. 

Üzümün tərkibində olan şəkər onun keyfiyyəti üçün əsas göstərici olmaqla, 

10%-dən 30%-ə  qədər olur. Üzüm şəkəri isə qlükoza və fruktozadan əmələ 

gəlmişdir. Üzümün dadı onun tərkibindəki turşuluğun miqdarı ilə əlaqədardır. Rast 

gələn turşular şərab və alma turşularıdır. Az miqdarda isə turşəng turşusu da vardır. 

Yetişməmişlərdə isə kəhrəba və qarışqa turşuları da rast gəlir. Turşuluq 0,4-1,4%-

dək olur. Üzümün tərkibində 1,44%-ə  qədər azotlu maddələr, P vitamini, 3-10 

mq% C vitamini və ətirli maddələr var. 

Təyinatına görə üzüm 3 qrupa ayrılır: süfrə üçün, şərabçılıq və qurutmaq 

üçün. 


Süfrə üçün olanlar irigiləli, xoşgörünüşlü və çox şirəli olurlar. Süfrə üçün 

olanların yayılmış sortlarından  Şabaş, Çauş, Ağ  şasla, Qara asma, Nimrəng, 

Hüseyni (gəlinbarmağı), Ağ Təbriz (Azərbaycanın yerli sortlarındandır), Ağadayı 

(Dağıstanın yerli sortudur), Hamburq muskatı, Iskəndəriyyə muskatı, Izabella və s. 

daxil edilir. 

Şərabçılıq sortlarından həm konyak, həmçinin müxtəlif növ şərabların 

istehsalı üçün istifadə olunur. Süfrə üzümlərindən fərqli olaraq üzümün şərabçılıq 

sortları şəkərliliyinin çox olması ilə fərqlənir. 

Bu qrupa aid olan sortlardan ağ, çəhrayı, qara və Hamburq muskatlarını, 

Tokay, Gilyar, Mədrəsə, Bayan misal göstərilə bilər. Adi şərablardan fərqli olaraq 

Şampan  şərablarının hazırlanmasında daha yüksək keyfiyyətli üzüm sortlarından 

istifadə edilir. Belə üzüm sortlarından Rislinq, Rkasiteli, Şardone, Pinofran və s. 

göstərmək olar. Tokay tipli şərabların hazırlanması üçün Furminq, Qare-levelyu 

sortları, süfrə şərabları üçün az şəkərli (turşuluğu bir az çox) sortlardan Kaberne, 

Saperavi, Aliqote, Rislinq, Traminer, Solikauri və s. işlədilir. 


 

 

100



Qurutmaq üçün olan üzüm sortları çox şəkərli və az turşuluğu ilə 

fərqlənirlər. Bunların  ətli hissəsi sıx, nazikqabıqlı olur. Qurutmaq məqsədi ilə 

toxumlu və toxumsuz üzümlərdən istifadə olunur. Üzümün Orta Asiya sortları 

qurutmaq məqsədi ilə daha əlverişli sayılır. Bu sortlardan tumsuz ağ  və qara 

kişmiş, Vassarqa, Kattakurqan, Bakı  şanısı misal göstərilə bilər. Adətən toxumlu 

üzümlərdən mövüc, toxumsuzdan kişmiş hazırlanır. 

Süfrə üzümünün keyfiyyəti Azərbaycan Respublika standartının (RST 199-

74) tələblərinə cavab verməlidir. 

Ticarət  şəbəkəsində satışa bir sortlu, bütöv və dağınıq, gilələri müxtəlif 

sıxlıqda, inkişaf etmiş, yetkin, təmiz, rəngi öz sortuna müvafiq, mexaniki zədəsiz 

və zərərverici yaxud xəstəlik dəyməmiş üzüm salxımları buraxılır. 

Partlamış, basılıb əzilmiş gilələrin miqdarı 0,5%-dən, qopub tökülmüş gilələr 

isə 5%-dən çox olmamalıdır. 

Qarağat üzüm kimi çoxillik meyvədir. Rənginə görə 3 növə ayrılır: qara 

qarağat (Ribes nigrum L.), qırmızı (Ribes rubrum L.) və ağ qarağat (Ribes aureim 



Purch)

Vitaminlərin miqdarına görə qara qarağat daha üstün sayılır. Bunun 

tərkibində 400 mq% C vitamini vardır. Odur ki, qara qarağat daha çox becərilir. 

Qara qarağat gilələrlə, ağ və qırmızı qarağat isə salxımlarla dərilir. Qara qarağat 2 

həftə müddətinə, ağ  və  qırmızı qarağat isə 5-7 gün müddətinə saxlanıla bilir. 

Bunların şehli olması saxlama müddətini daha da azaldır. 

Qara qarağatın tərkibində 7-10% şəkər, o cümlədən 5,7-7% qlükoza, 0,9-

1,6% fruktoza və 0,5-2% saxaroza, 1,9-3,7% turşu (limon və alma), 1,5% pektin 

maddəsi, 3,76% sellüloza, 0,33-0,42% aşı maddəsi, 0,5% mineral maddə, 0,53-

1,41% azotlu maddə vardır. Qara qarağatın yayılmış sortlarından Məhsuldar Liya, 

Boskop nəhəngi, Lakston, 8-ci Devison, Gent, Qoliaf, Sentyabr Danielyası, 

Neapolitanski və s.-dir. 



 

 

101



Qara qarağatın keyfiyyəti dövlət standartının (QOST 21450-75) tələblərinə 

cavab verməlidir. Keyfiyyətcə qara qarağatın gilələri təzə, təmiz, yetkin, bir 

pomoloji sorta mənsub, zədəsiz və sağlam olmalıdır. 

Bitkinin başqa hissələrinin miqdarı 1,0%-dən, kal meyvələr 5,0%, quruyub 

yanmış gilələr 3,0%, bir-birinə yapışmış gilələr isə 4%-dən çox olmamalıdır. 

Qırmızı  və  ağ qarağatın tərkibində orta hesabla 6,7-8,2% şəkər, 2,6-3,8% 

turşu, 20-45 mq% C vitamini, 0,19-0,26% pektin maddələri, 0,24-2,38% 

protopektin, 0,41% pentozan, 3,88% sellüloza, 0,11% aşı və boya maddəsi, 0,20-

0,91% azotlu maddələr vardır. 

Qırmızı qarağatın yayılmış sortlarından Qırmızı Versalski, Qırmızı 

Hollandiya, Krasnıy krest, Məhsuldar Feya, Zamok Xautona, Qırmızı çutovka və s. 

göstərmək olar. 

Ağ qarağatın sortlarından Ağ Bulonski, Ağ versalski, Ağ Hollandiya və 

Yuterborq misal göstərilə bilər. 

Həqiqi giləmeyvələrə aid olan firəngüzümü, quşüzümü, qaragilə  və  mərsin 

ən çox Rusiyanın  şimal və orta zonalarında yetişir. 

Azərbaycanda yetişən  yabanı giləmeyvələr haqqında IY fəsildə geniş 

məlumat verilir. 



  

3.3.2. Mürəkkəb giləmeyvələr 

 

Moruq (Rubus idaeus L.) ən çox şimal və orta zona rayonlarında yayılmışdır. 

Moruq çoxillik bitkidir. Moruq ikinci ilindən məhsul verməyə başlayır. Ən çox 3-

cü, 4-cü illərində meyvə verir. Bir hektardan 4-6 qr məhsul yığmaq olur. Yetişmiş 

moruq budaqdan asanlıqla qopur. Moruq təzə halda istifadə edilməklə yanaşı 

qurutma, dondurma, mürəbbə,  şirə,  şərbət, içkilər və s. hazırlamaq üçün istifadə 

edilir. Qurudulmuş moruqda salisil turşusu daha çox olduğundan, müalicəvi 

əhəmiyyətə malikdir. Təzə  və dondurulmuş moruq meyvəli dondurma 

hazırlanmasında işlədilir. 


 

 

102



Sortundan və yetişmə şəraitindən asılı olaraq tərkibində 3-11% şəkər, 1-2% 

üzvi turşu, 0,5-2,8% pektin maddələri, 6% sellüloza, 0,1-0,3% aşı maddələri, 0,8-

1,9% azotlu maddələr, 0,4-0,8% mineral maddələr vardır. Meşə moruğu dəmir və 

fosfor duzları ilə zəngindir. Moruqda 7-20 mq% C vitamini vardır. 

Moruqda saxaroza az, qlükozaya nisbətən fruktoza isə daha çoxdur. Moruq 

giləsinin forması konusvari, dairəvi və oval şəkilli, uzunsov və yarım şara oxşayır. 

Rənginə görə moruq qırmızı, ağ və qara rəngdə olur. Dadına görə turş, turşa-şirin, 

şirin-turş növlərinə bölünür. Moruğun geniş yayılmış sortlarından Voljanka, 

Kuzmin, Texas, Malboro, Usanka, Tərəqqi və s. misal göstərmək olar. 

Böyürtkən  (Rubus caucasicus Focke) qara rəngli giləmeyvədir. Hər bir 

gilənin daxilində toxumcuq yerləşir. Tərkibində 7% şəkər, 1-2% turşu olur. Ən çox 

rast gələn alma, limon və şərab turşusudur. Böyürtkən əsasən likör-araq və qənnadı 

sənayesində istifadə edilir. Böyürtkənin mədəni sortlarından Miçurinin yetişdirdiyi 

Izobiliya sortunu göstərmək olar. Krımda yabanı halda bitən böyürtkən «ojinoy» 

adlanır. 

Böyürtkənin keyfiyyəti Azərbaycan Respublika standartının (RST 277-76) 

tələblərinə cavab verməlidir. Böyürtkənin gilələri təzə, sıx ətli, mexaniki zədəsiz, 

kifsiz və çürüntüsüz olmalıdır. Rəngi tünd bənövşəyi, dadı özünəməxsus, tam 

yetişməmişlərin miqdarı 3%-dən çox olmamalıdır. 

 


 

 

103



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin