2.6. Bostan tərəvəzləri
Bostan tərəvəzlərinə qabaq fəsiləsindən olan birillik bitki meyvələri – xiyar,
qarpız, qovun və qabaq aiddir. Bu tərəvəzlərdən xiyar daha geniş yayılmışdır.
Xiyar (Cucurmis sativus L.) həm açıq torpaqda və həm də istixanalarda
yetişdirilir. Xiyarın kal meyvələri 8-12 günlüyündə dərilir. Ondan təzə halda,
turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində
onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar
daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50
mm-ə qədər) və iri (51-70 mm) kornişonlara, xırda (71-90 mm), orta iri (91-120
mm) və iri xiyarlara (121-140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və
sirkəyə qoymaq olmaz.
Xiyarın tərkibində 94-96% su, 1,8-2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5%
sellüloza, 0,2% üzvi turşular, 0,38-0,53% mineral maddələr, 4-10 mq% C vitamini,
az miqdarda B
1
, B
2
, PP, karotin, biotin və pantoten turşusu vardır. Mineral
maddələrdən K, Fe, P, J vardır. Xiyarın mineral maddələri qələvilik xassəsinə
60
malik olduğundan başqa məhsullarla orqanizmə daxil olmuş zərərli turşuların
neytrallaşmasına kömək edir. Xiyar toxumlarının tərkibində 30%-ə qədər zülali
maddələr və 31,5% yağ olur.
Xiyarın kimyəvi tərkibi onun sortundan, becərildiyi torpaq-iqlim şəraitindən,
yetişmə dərəcəsindən və saxlanılma müddətindən asılıdır. Xiyarın təsərrüfat-
botaniki sortları bir-birindən formasına, ölçüsünə, rənginə və səthinin vəziyyətinə
(hamar və ya qabırğalı) görə fərqlənir. Yetişmə müddətinə görə tezyetişən (44
günə), ortayetişən (45-50 gün) və gecyetişən (50-60 gün) qruplarına bölünür. Xiyar
sortları qara tikanlı və ağ tikanlı qruplarına bölünürlər.
Qara tikanlı xiyar sortlarından Vyaznikov, Murom-36, Uspex-290, Ukrayna
tezyetişəni, Urojay-86, gecyetişənlərdən Nejin-12, Don-171, Doljik, Ryabçik-
254/4 göstərmək olar. Bu sortlar, əsasən duza və sirkəyə qoyulmaq üçün istifadə
edilir.
Ağ tikanlı sortlar, əsasən təzə halda istifadə edilir. Bu xiyarların qabığı duz
məhlulunu pis keçirir, ona görə də duza və sirkəyə qoyulmaq üçün az yararlıdır.
Zəif qabırğalı sortlardan tezyetişən Altay, Izyaşnıy, iriqabırğalılardan Həştərxan-
136, Margilan-88, yerli Muxran və s. Istixanalarda yetişdirmək üçün Klin,
Daşkənt-86, Uspex-221 və s. əlverişlidir.
Azərbaycanda becərilən xiyarlardan Biryuçekutski-193, Siqnal-235, Yerli
Gəncə, Don-175, Nejin-12, Uspex-221, Kotyak, Rulan-95 və Yerli Klin sortunu
göstərmək olar.
Xiyar keyfiyyət əlamətlərinə görə təzə, sağlam, bütöv, əsasən yaşıl olmaqla,
müxtəlif çalarlı yaşıl rəngdə, forması düzgün, üstü təmiz, ətliyi bərk, toxumları
yetişməmiş və sulu olmalıdır. Xiyar saplaqsız və ya 1 sm uzunluqda saplaqlı ola
bilər.
Açıq torpaqda becərilən xiyarlarda 10%, istixanalarda becərilən xiyarlarda
isə 3% çirkli, azca sürtülmüş, azca batıq (lakin əzilməmiş), qabığı cızılmış, günəş
yandırmış və azacıq saralmış xiyarların olmasına icazə verilir. Tezyetişən yaşıl
xiyarların ölçüsü 9 sm-ə qədər, qalanlarda 12 sm-ə qədər olmalıdır. Istixanalarda
61
yetişdirilən və uzun meyvəli sortlar üçün xiyarın ölçüsü normalaşdırılmır. 5%
miqdarında başqa ölçülü xiyarların olmasına icazə verilir. Eybəcər formalı xiyarlar
satışa verilmir və tədarük rayonlarında qeyri-standart xiyarlar kim duza qoyulur.
Qarpız (Citrullus vilgaris Schard) qalınqabıqlı (0,5-3 sm), daxilində çoxlu
toxumu olan yumşaq ətlikli meyvəli tərəvəzdir.
Qarpızın vətəni Afrikadır. Azərbaycanda, əsasən Sabirabadda, Saatlıda,
Abşeronda və digər bölgələrdə becərilir. Qarpızdan təzə halda, duzlama üçün,
qarpız balı və qarpız şərabı, habelə sukat istehsalı üçün istifadə edilir. Qarpızın
tərkibində orta hesabla 88-92% su, 5,5-10,5% şəkər, 0,8% azotlu maddələr, 0,2%
turşu, 0,4% mineral maddələr, 0,6% yağ və 0,4% sellüloza, vitaminlərdən 8 mq%
C, B
1
, B
2
və A vitaminləri vardır. Qarpız toxumunda 30% yağ vardır. Şəkərlərdən
ən çox rast gələni fruktozadır ki, bu da onun şirinliyini artırır. Sukat hazırlamaq
üçün qalınqabıqlı qarpızlardan istifadə edilir. Sortları bir-birindən formasına, iri-
xırdalığına (ölçüsünə), üzərinin vəziyyətinə, qabığının qalınlığına, ətliyin
zərifliyinə görə fərqlənir. Iri-xırdalığına (ölçüsünə) görə iri, orta və xırda ölçülərə
ayrılır. Xırdaların diametri 15-20 sm, orta irilərdə 20-25 sm və irilərdə isə 25 sm-
dən çox olur. Ətli hissəsinin vəziyyətinə görə zərif, ağızda əriyən, xırda dənəli,
boş, lifli, sıx ətli, kobud dənəli, şirəli və ya quru olur. Yetişməsindən asılı olaraq
aşxana sortları tezyetişən, orta və gecyetişən olur. Təyinatına görə 3 qrupa ayrılır:
aşxana üçün, yem üçün, sukat hazırlamaq üçün.
Geniş yayılmış tezyetişən qarpız sortlarından Oqonyok, Don-39, Qalib-395,
Ağ çəyirdəkli, Pyatiqorsk xutorunun sevimlisi, Duman və s. göstərmək olar.
Medovka sortu xırda şar şəkillidir. Ölkəmizin əksər rayonlarında becərilir.
Orta yetişənlərdən Ajinov, Boqaev muraşkası, Bıkov-22, Melitopol-60, 142,
Özbək, gecyetişənlərdən Zolaqlı Həştərxan, Melitopol-143, Volqa-7, Biryuçekut-
775 çox yayılmışdır. Bunlardan başqa gecyetişənlərə Xant-kara (Özbəkistanda çox
yayılmışdır) və Çit sortları daxil edilir.
62
Qabığının qalınlığına görə nazik, orta qalın və qalın olur. Ümumiyyətlə,
qabığının qalınlığı 0,4-2,5 sm-ə qədər olur. Qalın qabıqlılar daşınma və saxlanma
üçün daha əlverişlidir.
Melitopol sortu iri şarşəkilli, ətli hissəsi çəhrayı-qırmızıdır. Üzəri cizgisizdir.
Bunlar sortlaşdırılarkən yetişmə əlaməti, iri-xırdalığı nəzərə alınır.
Azərbaycanda Melitopol-142, Biryuçekut-775, Sabirabad-53-88, Pyatiqorsk
xutorunun sevimlisi və s. qarpız sortları yetişdirilir.
Keyfiyyətcə standarta müvafiq qarpızlar təzə, təmiz, bütöv və sağlam, öz
təsərrüfat-botaniki sortuna xas olan rəngdə olmalı, eybəcər və xəstə olmamalıdır.
10% başqa sorta aid qarpızların olmasına icazə verilir. Ən iri ölçülü qarpızın
diametri 15 sm-dən, tezyetişən və xırdameyvəlilərdə isə 12 sm-dən az olmamalıdır.
Qarpızların içərisində 8%-ə qədər yüngül zədələnmiş, azacıq batıq və əyri formalı,
sürtük, o cümlədən 3% kal və yaxud yetişib ötmüş qarpızlar ola bilər. Əzik,
çatlamış və xəstəliklə zədələnmiş qarpızlar olmamalıdır.
Qovun (Cucumis melo L.) qarpıza nisbətən daha çox istisevən bitkidir və
quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum
kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya
respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C,
1,2 mq% A, 0,5 mq% B
1
, 0,3 mq% B
2
, 0,6 mq% PP vitaminləri vardır. Mineral
maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə
bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir.
Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə
və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və
rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Qovunun qabığı açıq yaşıl, narıncı, qəhvəyi, ətli hissəsi isə ağ, yaşıl, narıncı və
çəhrayı rəngdə olur. Ətli hissəsi konsistensiyasına görə lifli, yumşaq, xırda dənəli,
xırçıldayan və sıx ətli olurlar. Dadına görə çox şirin, şirin, az şirin dadsız, ətrinə
görə çox ətirli, orta və zəif ətirli və ətirsiz olur. Yetişmə müddətinə görə tezyetişən
63
(80 günə), ortayetişən (80-110 günə) və gecyetişən (110 gündən çox) qruplarına
bölünür.
Ölçüsünə görə iri, orta və xırda olur. Üzəri hamar, tor şəbəkəli və qabırğalı
formada olur. Tezyetişən sortları 20 günə, ortayetişənlər 1-2 aya qədər,
saxlanılmağa davamlı, gecyetişənlər isə 3 aydan çox saxlanırlar. Bunların
saxlanma müddəti yetişmə dövrlərindən asılıdır. Qovunlar bir neçə qrupa ayrılırlar.
1.
Tezyetişən Rusiya sortları;
2.
Tezyetişən Orta Asiya sortları;
3.
Yumşaq ətli Orta Asiya sortları;
4.
Xırçıldayan ətli Orta Asiya yay sortları;
5.
Cənub payız-qış sortları;
6.
Sıx ətli Rusiya sortları;
7.
Kantaluplar və ya Qərbi Avropa sortları.
Kantalupların ətli hissəsi sıx və dadı ətirli olur. Geniş yayılmış sortlarından
Komsomol-142 və Limonu-sarı misal göstərilə bilər.
Komsomol ortayetişən sort olmaqla, xırda meyvəli və şarşəkillidir. Ətli hissə
ağdır, zərif vanil ətri verir.
Limonu-sarı tezyetişən sortdur. Ətliyi ağ və sıx olur.
Sıx ətli Rusiya sortlarına Bronzovka, Kolxozçu, şəkərli Krım, Persidskaya,
Zimovka daxildir.
Zimovka orta yetişən olmaqla çəkisi 8 kq-a qədər gəlir. Yaxşı saxlanılır.
Tərkibində 10%-ə qədər şəkər vardır.
Kolxozçu ən çox yayılmış sortlardandır. Meyvəsi xırda, şarşəkilli, sarı-
narıncı yaşılı rəngdə olub, çox ətirli və dadlı, tərkibində 12%-ə qədər şəkər olur.
Orta yetişən sortdur, daşınmağa davamlı, saxlanmağa davamsızdır.
Payız-qış sortlarına Qulyabi kara, Qulyabi sarı, yaşıl Quliyabi, narıncı
Qulyabi daxildir. Yaşıl Qulyabi Cərco sortudur və çox gecyetişəndir. Çəkisi 4-8
kq-a qədər olur. Ətirli ətli hissəsinin tərkibində 10% şəkər vardır.
64
Narıncı Qulyabi gecyetişən sortdur, çəkisi 2,5-4 kq-a qədər olur.
Yumurtavaridir, yaxşı saxlanır. Orta Asiya yay sortlarına Ak-kaun, Arbakeşka,
Bargi-816, Içi-Kızıl, Kzıl-urup, Konça, Xokuzkalya, Qırmızı ətli və s. sortları
daxildir.
Azərbaycanda Kolxozçu-749/753, Balakən-281, Qusarçay-426 və yerli
qovun sortları becərilir.
Standarta müvafiq qovunlar təzə, təmiz və sağlam olmalıdır. Bunların rəngi
və forması öz təsərrüfat-botaniki sortuna müvafiq olmalıdır. En kəsiyinin diametri
ən çox 15 sm-dən, tezyetişən və silindrik formalılarda isə 10 sm-dən az
olmamalıdır. Satışa buraxılan qovunların içərisində azacıq əzik və batıq, həmçinin
ölçüdən uzaqlaşan qovunların miqdarı 5%-dən çox olmamalıdır. 10% eyni
müddətdə yetişən başqa qovun sortlarının olmasına icazə verilir.
Qabağın (Cucurbita Rero L.) 3 növü: adi, irimeyvəli və muskat qabaq
məlumdur. Aşxanada və yem üçün istifadə edilir. Qabağın aşxana sortlarından sup,
yağlı və südlü püre, marinad hazırlamaq və qızartmaq üçün istifadə edilir. Bundan,
həmçinin vitamin preparatları, şirniyyat sənayesində sukat və müxtəlif içliklər
hazırlanır. Vitamin preparatı üçün ətli hissəsi sarı olanlar daha əlverişlidir. Aşxana
sortlu qabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85%
su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq
hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş qabaqda şəkərin miqdarı
orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur.
Bunun toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni
yeməli hissə təşkil edir. Geniş yayılmış sortlarından boz rəngli Volqa sortu orta
gecyetişəndir. Iri, yumru-yastı formada və açıq boz rəngdədir. Saxlanılma və
daşınma üçün çox əlverişlidir. Sarı ətli hissəsi şirindir.
Mozoleyev sortu çox yayılmış sortlardandır. Orta gecyetişəndir. Yumurtavari
və ya uzunsov, rəngi sarıdır. Üzəri tünd yaşıl cizgilidir, orta irilikdədir. Ətli hissəsi
dadlı, solğun çəhrayı rəngdədir.
65
Ukrayna sortu çoxmeyvəli, zəif qabırğalıdır. Çəhrayı rəngdədir. Ətli hissəsi
xırçıldayan çəhrayı rəngdə olur. Perexvatka-69 muskat ətirli və gecyetişən sortdur.
Orta irilikdə və silindrik formada olub, ətli hissəsi dənəli, xırçıldayan və çəhrayı
rəngdədir. Tərkibində 12 mq% karotin və C vitamini vardır. Göstərilən sortlardan
başqa bir çox rayonlarda başqa sortlar da yetişdirilir ki, bunlardan Bıkov,
Biryuçekut, Başkir, Çərkəz, Altay sortlarını göstərmək olar.
Azərbaycanda Palov-Kadu-268,Perexvatka-69 və yerli qabaq sortları
yetişdirilir. Standart üzrə qabaq təmiz, təzə, yetişmə dərəcəsinə görə birnövlü,
sağlam, rəngi və forması təsərrüfat-botaniki sortuna müvafiq, bütöv saplaqlı
olmalıdır. Qabağın ən böyük en kəsiyinin diametri uzunsov formalılarda 12 sm-
dən, yastı və dairəvi formalılarda isə 15 sm-dən az olmamalıdır.
Patisson (Cucurbita var. patisson) birillik bitkidir, yastı-girdə formada,
kənarları diliklidir. Başqa sözlə, patissona boşqababənzər qabaq da deyilir. Rəngi
açıq yaşıldan ağımtıl yaşıla qədər olur. Yetişib ötmüşlər ağ süd rəngindədir.
Yeyilmək üçün 3-5 günlük patissonlardan istifadə edilir. Yetişib ötmüşlərkobud
ətlikli və iri toxumlu olduğundan qida üçün yararsızdır.
Patissonun tərkibində 4,3% şəkər, 2% azotlu maddə, o cümlədən 0,6% zülal,
1,3% sellüloza, 0,6% pektin maddəsi, 0,1% üzvi turşu, 0,7% mineral maddə, 23-40
mq% C vitamini, 0,25 mq% PP, 0,04 mq% B
2
, 0,03 mq% B
1
və karotin (A
provitamini) vardır.
Aşpazlıqda suxari və yağ ilə bişirilmiş, qızardılmış və qiymələnmiş
patissondan istifadə edirlər. Suda bişirilmiş patissonun dadı yaxşı olur. Həmçinin
patissonu ət qiyməsi ilə doldurub (özək hissəsini çıxarıb ət qiyməsini oraya
doldururlar) – patisson dolması - bişirirlər.
Patissonu konservləşdirir və sirkəyə qoyurlar. Konservləşdirilmiş və sirkəyə
qoyulmuş patisson uyğun formada hazırlanmış xiyarı əvəz edir.
Geniş yayılmış sortlarından ağ, tezyetişən ağ və sarı yastı patissonları
göstərmək olar.
66
Patissonun ən böyük diametrinin ölçüsü 10 sm-dən çox olmamalıdır.
Konservləşdirmək üçün isə diametri 6-8 sm, çəkisi isə 80-100 qr olan patissonlar
götürülməlidir. Patissonun meyvəsi zərif qabıqlı, şirəli və ətli hissəsi bərk,
toxumları kal olmalıdır.
Qabaqcıq (Cucurbita var. giraumontia) və ya göy qabaq qabağın kal formalı
növüdür. Ağımtıl-yaşıl rəngdə, nazik qabıqlı və silindr şəklində olan bu qabaq kal
(7-10 günlük) dərilir. Ondan qızardılmış, qiymələnmiş və həmçinin göy qabaq
kürüsü hazırlamaq üçün isifadə edilir.
Tərkibində 4,9% quru maddə, o cümlədən 2,55% şəkər, 0,55% zülal, 0,13%
yağ, 0,2% üzvi turşu, 0,8% sellüloza və 0,5% mineral maddə və 15 mq% C
vitamini vardır. Ən çox yayılmış sortlarından Yunan, Qribov-37, Odessa-52, Sote-
38 qabaqcıqlarıdır.
Standart üzrə göy qabaq kal, təzə, təmiz, bütöv, yaşıl rəngli və ya zolaqlı,
müxtəlif formalı, səthi hamar və ya azca qabırğalı, ətliyi bərk, dolu, uzunluğu 12-
20 sm, toxumları kal olmalıdır.
2.7. Tomat tərəvəzləri
Tomat və ya pomidor (Solanum Licopersicum L.) birillik ot bitkisidir. Bir
çox növ, yarımnövü və növmüxtəlifliyi vardır.
Üç növmüxtəlifliyi olan pomidor becərilir.
1.
Yüksək boyatan pomidorlar: kolu ştamsız, zoğları nazik olur, meyvə
verdikdə yerə yatır. Sortlarından Rıbka-52, Cənublu-1644 və s.
2.
Ştamlı pomidorlar: zoğları qalın və bərk olur, meyvə verdikdə yerə
yatmırlar. Sortlarından Karlik, Neva, Krasnodar, Volqoqrad və s.
3.
Determinat və ya zəif budaqlı karlik (cırtdan) pomidorlar. Sortlarından
Puşkin-1853, Pervenes, Kolxozçu-34 və s. göstərmək olar.
67
Pomidor isti sevən bitki olduğundan, əsasən orta və cənub rayonlarda
becərilir. Pomidorun vətəni Amerikanın tropik rayonlarıdır.
Pomidor nazik qabıqdan, ətli hissədən, toxum kameralarından və
toxumlardan ibarətdir. Daxili toxum kameraları çox olan tomatlar ən yaxşı
tomatlardır.
Pomidorun 600-ə qədər becərilən sortu məlumdur. Bunlar biri-digərindən
formasına, rənginə, üzərinin vəziyyətinə (qabırqalı), böyüklüyünə, toxum
kamerasının sayı və yerləşməsinə görə fərqlənirlər.
Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif çalarında ola bilər.
Pomidor oval, yastı yumru və konusvari, üstü isə hamar, ya da qabırqalı olur.
Yetişməsinə görə pomidor yaşıl, boz, çəhrayı və qırmızı rəngdə olur. Saxlanan və
daşınan zaman da yetişə bilir. Ölçüsünə görə iri, orta iri və xırda növlərinə ayrılır.
Irilərinin çəkisi 100 qr-dan çox, orta irilərinki 60-100 qr, xırdalarınkı isə 60 qr-a
qədər olur.
Kameraların sayından asılı olaraq azkameralı (2-5 kamera), ortakameralı (6-
9 kamera) və çoxkameralı (10-dan çox kamera) qruplarına bölünür.
Təsərrüfat əlamətlərinə görə pomidorlar aşxana və konservlik qruplardan
ibarətdir. Pomidorun aşxana sortları ən çox aşpazlıqda salatların, 1-ci və 2-ci
xörəklərin hazırlanmasında istifadə olunur. Bunlar şirəli və gözəl dadlıdırlar.
Pomidorun konservlik sortları tomat-pasta, tomat-püre, tomat şirəsi almaq üçün
işlədilir. Bu pomidorların tərkibində quru maddə çox olmalıdır. Sirkəyə və duza
qoyulası pomidorların ətli hissəsi bərk olmalıdır.
Pomidorun tərkibində orta hesabla 93-96% su, 0,61% mineral maddə, 4%-ə
qədər karbohidratlar, 0,19% yağ, 0,84% sellüloza vardır.
Pomidorun tərkibində 1,4 mq% dəmir, həmçinin K, Mg, Na, Ca, P, J və s.
elementlər vardır.
Pomidorda 30 mq% C vitamini, 1,4 mq% karotin (A vitamini), B
1
, B
2
, B
3
,
PP və P vitaminləri vardır. Pomidorda 0,4-0,6% üzvi turşu (alma, limon, az
miqdarda kəhrəba və turşəng), 0,1-0,2% pektin maddəsi, kal pomidorda isə 0,3%
68
nişasta vardır. Pomidorun acı dadı onun tərkibində olan solanin qlükozidinin
miqdarından asılıdır. Kal pomidorda 4 mq%, yarımkalda 5 və yetişmədə 8%
solanin qlükozidi vardır. Boya maddələrindən pomidorda karotin, likopin və
ksantofil vardır. Pomidorun sortlarından Mayak, Biryuçekut, Bazar əcayibi,
Qumbert və s. göstərmək olar. Mayak – tezyetişən, məhsuldar sortdur. Meyvəsi
orta ölçülü, forması yastı-dairəvi və ya dairəvi, səthi hamar, qırmızı rəngli, xoş
dadlıdır. Bu sorta yaxın pomidor sortlarından Vosxod, Donskiy, Birinci, Volqa
tezyetişəni, Zarya, Kolxozçu, tezyetişən Moldaviya və Tamenes göstərilə bilər.
Morfoloji və əmtəəlik göstəricilərinə görə məhsuldar Maykop sortuna aid
olan pomidorlar bir qrupda birləşdirilir. Buraya Brekodey, Opolçenes, Odessa,
Hədiyyə, Sovet, Cənublu və s. sortlar aiddir.
Orta zonada yetişdirilən pomidor sortlarından Planlı-904, Delikates, Erliana-
2, Axbutin-85, Tezyetişən, Talalixin-186, Belorusiya-225, Şatilov-35 və s.
göstərmək olar. Bu sortlar, əsasən Uralda, Başqırdıstanda,Tatarıstanda, Çuvaşiyada
və Aşağı Volqaboyunda rayonlaşdırılmışdır.
Şimal vilayətlərində yetişdirilən pomidorlardan Bizon-639, Qribov-1180,
Puşkin-1853, Tezyetişən-1165, Karlik-1185, Alpatyeva-905a və çoxmeyvəli Ural
sortlarını göstərmək olar.
Son illər ədəbiyyatlarda ən çox adı çəkilən pomidor sortlarından Krasnodar,
Volqoqrad-5/95, Donetski-3/2-1, Bizon-639, Qribov və s. xarakterizə edilir.
Bunlardan başqa Irimeyvəli, Ştamblı-152, Vosxod-119, Simferopol-765,
Xırdameyvəli, Malyutka, Rıbka, Kuban, Gavalıyaoxşar, Qonets və s. sortlar vardır.
Son illərdə yetişdirilib rayonlaşdırılmış xırdameyvəli sortlardan Pridnestrov
Yenisey, Maşınlı-1, Marinadlı və s. göstərilə bilər.
Bolqarıstandan gətirilən pomidor, əsasən adi pomidorlardan 2-3 həftə
tezyetişən № 10X BIZON sortudur.
Azərbaycanda, əsasən Mayak 12/20-4, Dnestrətrafı, Volqoqrad 5/95,
Sevimli, Şəfəq-49 və s. pomidor sortları yetişdirilir. Bunlardan əlavə Bizon-637,
69
Novoçerkassk-416, Krasnodarlı 87/23-9, Nubar-1, Peremoqa-165 və Savalan
sortları da becərilir.
Pomidorun keyfiyyətinə aşağıdakı tələblər verilir. Meyvəsi təzə, təmiz,
bütöv, sağlam, kənd təsərrüfatı zərərvericiləri ilə zədələnməmiş olmalı, forması
eybəcər olmamalı, saplaqlı və ya saplaqsız, ölçüsü ən böyük diametrində 4 sm-dən
az olmamalıdır. Gavalıyaoxşar və xırdameyvəli sortlarda meyvənin ölçüsü
normalaşdırılmır. Yetişmə müddətindən asılı olaraq satışa qırmızı, çəhrayı və sarı
(sarı meyvəli sortlar üçün) pomidor göndərilir. Daşımaq üçün çəhrayı, boz və süd
rəngli pomidorlar götürülməlidir. Satış yerinə çatdıqda partiyada 10% miqdarında
(çəkiyə görə) sütül yetişmiş və zəif əzilmiş pomidorlar ola bilər.
Üzərində çatları olan və ölçüsü 4 sm-dən az olan çəhrayı və qırmızı
pomidorlar yalnız tədarük və istehsal rayonunun ərazisində realizə olunmalıdır.
Səthində quru ləkə əmələ gəlmiş pomidorların miqdarı çəkiyə görə 15%-dən,
diametri 4 sm-dən az olan pomidorların miqdarı 5%-dən, müxtəlif yetişkənliyə
malik olanlar isə (tədarük rayonlarında) 5%-dən çox olmamalıdır.
Iyul-avqust aylarında, partiyada 10% miqdarında sütül yetişmiş
pomidorların, lakin tamamilə formalaşmış meyvələrin olmasına icazə verilir.
Payızda satışa bozumtul-qırmızı pomidorlar buraxıla bilər.
Tomat məhsulları hazırlamaq üçün pomidorlar tam yetişmiş, bütöv, təmiz və
zədəsiz olmalıdır. Emal üçün pomidorlar saplaqsız, gün vurmamış və ləkəsiz
olmalı, çatlamışların miqdarı 2%-dən çox olmamalıdır.
Sütül və yaşıl rəngli pomidorlar duza və sirkəyə qoymaq üçün tədarük
rayonlarında işlədilir.
Badımcan (Solanum melongena L.) istisevən birillik bitkidir. Əsasən
Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir.
Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində
qalın ətli hissəsi və çoxlu toxumu vardır.
Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5%
kül, 0,6% zülal, 0,5-0,7% pektin maddəsi, 0,0044-0,093%-ə qədər solanin
70
qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən
çoxdur. Kal badımcanın tərkibində 0,8-3,7% nişasta olur.
Badımcan ölçüsünə və formasına görə qruplaşdırılır. Xırdameyvəli
armudaoxşar badımcanların uzunluğu 8-10 sm, diametri 5-7 sm, irimeyvəli
armudaoxşar badımcanda isə uyğun olaraq 10-18 və 8-13 sm, silindrformalı orta və
iri ölçülü badımcanların uzunluğu 10-25 sm, diametri isə 5-8 sm-dir. Çəkisi 50 qr-
dan 100 qr-a qədər (bəzən 2000 qr-a qədər) olur. Lakin çox vaxt 100-300 qr
irilikdə dərilir.
Yetişməsinə görə tezyetişən (120 günə), ortayetişən (120-140 günə) və
gecyetişən (140 gündən çox) sortları olur. Açıq bənövşəyi və ya tünd bənövşəyi
rəngdə olur. Ətli hissəsi zərif və toxum hissəsi daha cavan olanlar yüksək
keyfiyyətli sayılır. Saxlanılacaq badımcan növlərini yetişməmiş dərirlər.
Həddindən artıq yetişmiş badımcanın lifləri kobudlaşdığından dadı pisləşir.
Geniş yayılmış sortlarından Universal-6, Simferopol-105, Uzun bənövşəyi-
239, Konservlik-10, Don-14, Delikates, tezyetişən, Pekin, Silindr formalı misal
göstərilə bilər. Bunlardan başqa Bolqar 0-14, Krım-714 və Şavqremani-9 sortları
da vardır.
Azərbaycanda becərilən badımcan sortlarından uzun bənövşəyi-239 və Yerli
Abşron sortunu göstərmək olar.
Badımcanın keyfiyyətinə aşağıdakı tələblər verilir. Meyvəsi tam yetişməmiş,
təmiz, təzə, sağlam, forması və rəngi botaniki sortuna müvafiq, forması eybəcər və
qabığı isə kobud olmamalıdır. Ətli hissəsi elastiki, toxum kamerası boşluqsuz və
natamam yetişmiş ağ toxumları olmalıdır. Meyvəsinin uzunluğu 10 sm-dən,
diametri 5 sm-dən az olmamalıdır.
Tam yetişmiş, içərisi boşluqlu və toxumu tam yetişmiş badımcanların
miqdarı 5%-dən, qabığı büzüşmüşlərin miqdarı 15%-dən, əzilmiş və çatlamışların
miqdarı 8%-dən çox olmamalıdır. Kənarlaşmanın ümumi miqdarı hər göstərici
üzrə norma daxilində 15%-dən çox olmamalıdır. Badımcanın rəngi bənövşəyi
rəngdə, müxtəlif çalarlı və saplaqlı olmalıdır.
71
Saplaqlı istiot (Capsicum annuum) istisevən bitki olduğundan cənub
rayonlarında daha çox becərilir.
Istiotun vətəni Meksika və Qvatemaladır. Rusiyanın və Ukraynanın cənub
rayonlarında, Moldaviya, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir.
Istiotun tərkibi onun sortundan, yaşıl və ya qırmızı olmasından, yetişmə
dərəcəsindən asılı olaraq dəyişir. Şirin istiotun tərkibində orta hesabla 4,8-9,5%
quru maddə, o cümlədən 1,0-1,3% zülali maddə, 4,7-7,3% ümumi karbohidratlar,
0,5-0,6% mineral maddə və 90-350 mq% C vitamini vardır.
Acı istiotda 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Istiotun
acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C
18
H
27
NO
3
) miqdarından (0,02-
1,0) asılıdır.
Istiot dad xüsusiyyətinə görə acı və şirin növlərinə ayrılır. Daxilində isə 2-4
kamera yerləşir. Adətən şirin sortlar acılardan iri olur. Şirin istiotlara bibər adı
verilmişdir. Şirinlərdən duza və sirkəyə qoyma, habelə salat və 2-ci xörəklərin
hazırlanmasında istifadə edilir. Acılar isə aşpazlıqda, duza və sirkəyə qoymaq və
qurutmaq üçün istifadə edilir.
Istiot yetişməsindən asılı olaraq tünd qırmızı, sarı-qırmızı, sarımtıl və yaşıl
rəngdə olur. Şirin istiot (bibər) kal dərilir və satışa buraxılır. Acı istiot döyülmüş
quru toz halında da satışa verilər bilər.
Bütün istiot növləri saplağı ilə birlikdə dərilir. Acı istiotun saplağının
uzunluğu 2 sm-dən, şirin bibərin saplağının uzunluğu isə 3 sm-dən artıq
olmamalıdır.
Istiotlar formasına görə silindrik, konusvari, yumurtavari, darəvi hamar,
əyilmiş, qabırğalı və çopur səthli olur.
Ölçüsünə görə iri – 45 qr-dan çox, orta – 25-45 qr və xırda – 25 qr-a qədər
olurlar. Ətli hissənin qalınlığından asılı olaraq nazik divarlı – 1-2 mm qalınlığında,
orta qalınlıqda – 3-4 mm və qalındivarlı – 4 mm-dən çox qalınlıqda olurlar.
Yetişmə müddətindən asılı olaraq tezyetişən (90-120 günə), ortayetişən (121-
140 günə) və gecyetişən (140 gündən çox) qruplarına bölünür.
72
Şirin bibərlərin ən çox yayılmış sortlarından ağ Krım, Bolqar-79,
Iri sarı, Maykop, Adıgey, Kalinkov, Novoçerkask-35, Qoqaşarı, Qırmızı
konservlik-211, Oş-Kom, Ağ Moldaviya, Ağ nikitskiy, Ratunda və
başqaları göstərilə bilər.
Acı istiotların ən çox yayılmış sortlarından Həştərxan A 160,
147/628, Kayen, Ukrayna, Kardinalskiy, Velikan, Margelan, Fil
xortumu-304 və başqaları göstərilə bilər.
Azərbaycanda şirin istiot sortlarından Maykop-470, acı istiotlardan
isə Fil xortumu-304 və Həştərxan-628 sortu becərilir.
Şirin istiotun meyvəsi təzə, təmiz, sağlam, forması və rəngi
botaniki sortuna müvafiq olmalıdır. Saplaqlı, yetişmə dərəcəsinə görə
eynicinsli, rəngləri tünd yaşıldan, yaşılımtıl-sarı, tam yetişmişlər isə
qırmızı və ya sarı rəngli olmalıdır. Uzunsov formalıların uzunluğu 6 sm-
dən, yumru formalıların diametri 4 sm-dən az olmamalıdır. Dadı şirin və
istiota xas olan zəif tündlüyə malik olmalıdır. Kiçik ölçülü meyvələrin
olmasına yol verilir. Uzunsov formalılarda 4 sm-dən 6 sm-ə qədər ölçülü
və yumru formalılarda 3 sm-dən 4 sm-ə qədər ölçülü olanların miqdarı
8%-dən çox olmamalıdır.
Bir qədər solmuş, lakin büzüşməmiş, sıxılmış və çatlamışların
miqdarı 15%-ə qədər ola bilər. Kənarlaşmanın ümumi miqdarı hər
göstərici üzrə norma daxilində 20%-dən çox olmamalıdır.
Acı istiot təzə, meyvəsi təmiz, sağlam, bütöv, müxtəlif formalı,
saplaqlı, yetişmiş, qırmızı rəngli, dadı acı və yandırıcı olmalıdır. Acı
istiot partiyasında 5% miqdarında əzilmiş və çatlamışların və 5%
miqdarında yaşıl rəngdə müxtəlif istiotların olmasına yol verilir.
|