DİSKURSUN FORMALAŞMASINDA RİTMİK STRUKTUR
Sahila MUSTAFAYEVA
Azərbaycan Dillər Universiteti
sahilamustafa@yahoo.com
AZƏRBAYCAN
Mətnə nisbətdə daha geniş fəaliyyət növü kimi qəbul edilən diskurs prosesi və nəticəni
özündə birləşdirən vahididir. Diskurs həm linqvistik, həm də ekstralinqvistik planda verballaşdı-
rılmış və nitqötürücü fəaliyyət hesab edilir. Ünsiyyətin konkret sosial şəraitindən təcrid olunmuş
şəraitdə, yəni insan beynində baş verən, daha əvvəllər isə psixofizioloji proseslər nöqteyi nəzərin-
dən tədqiq olunan nitqin yaranması və dərk edilməsində diskursun araşdırılması yeni üsuldur. Bu
da problemin hər zaman aktual olmasını və qəbul edilməsini vacib edən əsas şərtdir.
Hər bir dildə diskursun yaranmasında cümlə üzvlərinin aktuallaşması mühüm əhəmiyyət
kəsb edir. Aktuallaşma söz sırası, formal qrammatik vasitələr və periodik elementlərlə bağlı-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1134
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
dır. Aktuallaşmanın qeyd etdiyimiz elementlərə əsasən bölgüsünü verməyə çalışsaq diskursun
strukturunu belə müəyyən edə bilərik:
Söz sırasının dəyişməsi yolu ilə yaranan struktur;
Formal-qrammatik vasitələrdən istifadə etməklə yaranan struktur;
Markerlərdən istifadə etməklə yaranan struktur;
Prosodik aktuallaşma yolu ilə yaranan struktur.
Qeyd etmək lazımdır ki, diskursun strukturunun yaranmasında bu bölgünün hər birinin
öz rolu vardır. Diskursun təşkilində söz sırası mühüm rol oynayır. Diskursda sözün sıralanma-
sının semantikaya və cümlənin propozisiyasına təsir etdiyini xüsusi qeyd etmək lazımdır.
Diskursun strukturunun formalaşmasında intonasiya, fasilə, vurğu kimi prosodik
vasitələrin rolu danılmazdı. İntonasiya diskursun formal substansional təşkilinin əsas əlaməti
hesab edilir. Diskurs daxilində intonasiya konturları bir-biri ilə əlaqəyə girir və onun prosodik
strukturunu yaradır. Diskursu təşkil edən elementlər, onların başlanğıcı və sonu intonasiya
əlamətlərilə daha tez nəzərə çarpır. Hər bir şifahi diskursda məlumatın ötürülməsi əsas funk-
siya daşıyır. Qeyd etmək lazımdır ki, diskursda məlumatın ötürülməsinin öyrənilməsi Praqa
Dilçilik məktəbinin alimləri tərəfindən irəli sürülmüşdür. Daha sonra 1967-ci ildə diskurs da-
xilində məlmatın ötürülməsi məsələsinə M.A.K.Həlideyin məqalələrində rast gəlmək olar.
M.A.K.Həlidey diskurs daxilində məlumatın ötürülməsinin və ümumilikdə məlumatın qurulu-
şunun öyrənilməsində, onun ötürülməsi yollarının araşdırılmasında maraqlı idi. O yazırdı:
“İnformasiyanın növü danışanın etdiyi seçimdir, hansı məlumatın seçilməsi diskursun, yaxud
situasiyanın mühitindən asılı deyil; danışanın yeni məlumat verməsi və diskurda artıq verilmiş
məlumatın xatırladılması danışanın seçimidir.” M.A.K.Həlideyə görə danışan öz nitqini məlu-
mat (informasiya) sintaqmlarına bölməlidir. Məcazi mənada bunu belə ifadə edə bilərik ki,
danışan mesajını ötürmək üçün əvvəlcədən bir neçə “məlumat paketləri” (“information packa
ges”) yaratmalıdır. Məlumatın bu bölgüsünü M.A.K. Həlidey “ton qrupları” adlandırırdı. “Ya-
radılmış məlumat paketlərinin ötürülməsinin sıralanmasında isə danışanı sərbəstdir. Danışan
məlumatın ötürülməsini öz istəyınə uyğun seçə bilər”. M.A.K.Həlidey prosodik vasitələrdən
fasilənin aktuallaşaraq diskursda rolunun xüsusi vurğulayır.
U.Çeyf qeyd edir ki, diskurs informasiyasının sərhədlərini müəyyənləşdirməkdə fasilə-
nin rolunu, yazılı diskursda durğu işarələrinin terminal markerlər kimi istifadə olunması ilə
müqayisə etmək olar (4.s,118). Qeyd etmək lazımdır ki, U.Çeyf fasilənin uzunluğunu danışa-
nın növbəti nitqə keçid alması üçün planlaşdırdığı vaxt hesab edir:
“....mətndəki fasilə yerlərinə paraqrafın yeni sərhədləri aiddir. Yuxarıdakı nümunədə
danışan bir neçə dəfə dayanır və yenidən danışmağa başlayanda artıq digər yeni bir məlumatla
sözünə davam edir.”
Diskursun sərhədlərinin müəyyənləşdirilməsində fasilənin roluna münasibət bildirən A.
A.Reformatiski yazır: “Mətni təşkil edən cümlələr müəyyən pauza ilə işlənir. Pauza cümlənin
temp və ritmini qaydaya salır. Qaydaya salınmış cümlələr diskursu düzəldir”.
MƏTNİN QURULMA TEXNİKASINDA AKTUAL
ÜZVLƏNMƏNİN YERİ VƏ ROLU
Gunel EYVAZLI
Azərbaycan Dillər Universiteti
e.n.g.i@rambler.ru
AZƏRBAYCAN
Cümlə sintaksisin əsas və mərkəzi vahididir. Dilin ən mühüm xüsusiyyətləri cümlədə öz
ifadəsini tapır. Dil təfəkkür gerçəkliyi rolunu və kommunikativ funksiyasını cümlələr vasitəsilə
həyata keçirir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1135
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Cümlə sintaksisin mərkəzi vahidi olduğu üçün onu həm aşağı, həm də yuxarı səviyyələrdə
öyrənmək mümkündür. Bu o anlama gəlir ki, istənilən parçadan sözü, söz birləşməsini götürüb
təhlil etmək olar. Aparılan tədqiqatlar göstərir ki, cümlə şifahi və yazılı nitqdə ünsiyyətin əsas
vasitəsidir. İnsanlar ətraf aləm haqqında fikirlərini, bir-birinə demək istədiklərini rabitəli nitqin
canlı vahidi olan cümlələr vasitəsilə həyata keçirir.
Dildə işlənən sözlər onların ifadə etdiyi məna ilə əlaqədar yaranmış və insanlar arasında
ünsiyyətə xidmət etmişdir. Zaman keçdikcə dilin insanlar arasında ünsiyyət vasitəsi kimi çıxış
etməsi üçün digər dil vahidinin cümlənin yaranması zəruriyyəti meydana çıxmağa başlamış-
dır. Məlumdur ki, ünsiyyət üçün əsəs vasitə kommunikativlikdir ki, bu da cümlə vasitəsilə hə-
yata keçirilir və dilin ünsiyyət vasitəsi kimi fəaliyyət göstərməsinə şərait yaranır. Cümlə barə-
də tarixən çox dilçilər fikir sözləmişlər və cümlənin tərifini vermişlər. O.Musayev cümləni belə
tərif edir: Müəyyən qrammatik quruluşa və intonasiyaya malik olan, modallıq ifadə edən nis-
bətən bitmiş fikiri ifadə edən nitq vahidinə cümlə deyilir. Bundan əlavə, e. ə. II əsrdə yaşamış
frakiyalı Dionisinin cümləyə verdiyi verdiyi tərif belədir: “Sözlərin bitmiş fikir ifadə edən bir-
ləşməsi nitqdir”.
Məlumdur ki, cümlə dilin daxili qanunları əsasında formalaşan və bitmiş fikir ifadə edən
sintaktik vahiddir. Cümlə fikir mübadiləsi aparmaq, eyni zamanda ünsiyyətə girmək üçün ən
mühüm vasitədir. Hər bir dildə səsləndirilən cümlə həmin dilin daxili qanunları əsasında for-
malaşır. Bildiyimiz kimi Azərbaycan dili aqqlütinativ dillər qrupuna aid olduğundan bu dildə
hal şəkilçiləri və felin təsrif formaları cümlənin qurulmasında mühüm rol oynayır: sözlər müx-
təlif şəkildə dəyişərək əlaqələnir və danışanın məqsədindən asılı olaraq cümlənin lazımi şəkil-
də formalaşmasına səbəb olur.
Cümlə sintaksisin əsas və mərkəzi vahididir. Dilin ən mühüm xüsusiyyətləri cümlədə öz
ifadəsini tapır. Dil təfəkkür gerçəkliyi rolunu və kommunikativ funksiyasını cümlələr vasitə-
silə həyata keçirir.
Cümlə sintaksisin mərkəzi vahidi olduğu üçün onu həm aşağı, həm də yuxarı səviyyə-
lərdə öyrənmək mümkündür. Bu o anlama gəlir ki, istənilən parçadan sözü, söz birləşməsini
götürüb təhlil etmək olar. Aparılan tədqiqatlar göstərir ki, cümlə şifahi və yazılı nitqdə ünsiy-
yətin əsas vasitəsidir. İnsanlar ətraf aləm haqqında fikirlərini, bir-birinə demək istədiklərini
rabitəli nitqin canlı vahidi olan cümlələr vasitəsilə həyata keçirir.
Rabitəli nitq vahidi kimi, cümlənin bir sıra səciyyəvi əlamətləri vardır. Bunlar aşağıda-
kılardır:
Cümlə o zaman yaranır ki, müəyyən bir fikrin ifadəsinə ehtiyac olur. Belə bir zərurət ol-
duqda cümlənin strukturu və söz materialı seçilir, cümlə danışanın istəyindən, təfəkkür və nitq
qabiliyyətindən asılı olaraq formalaşır. Cümlənin kommunikativ funksiyası qrammatik üzv-
lənmə zəminində aktual üzvlənmənin də formalaşmasına səbəb olur.
Cümlənin daxili əlamətləri sırasında mübtəda - xəbər əlaqəsi əsas təşkiledici vasitələr
hesab edilir. Onlar cümlənin alınması və bitkin fikir ifadə etməsi üçün elə əlaqəlilik yaratma-
lıdırlar ki, orada qarışıqlıq olmasın və bitkin, tam məna yaransın. Bunun üçün hal şəkilçilərini,
qoşmaları, bağlayıcıları, ədatları, modal sözləri və bütün digər qrammatik vasitələri düzgün
nəzərə almaq və düzgün səfərbər etmək lazımdır. Bu cəhətdən xəbərin üzərinə mühüm vəzifə
düşür: xəbər zaman, şəxs, modallıq əlamətlərinin köməyi ilə predikativliyin yaranmasına,
sözün, söz birləşməsinin cümlə şəklində formalaşmasına səbəb olur.
Xəbər və mübtəda əlaqəsində danışdıqda cümlənin aktual üzvlənməsi məsələsi ortaya çıxır.
Azərbaycan dilçiliyində cümlənin aktual üzvlənməsinin nəzəri və praktik məsələlərini
K.Abdullayev(1952-) hərtərəfli tədqiq etmişdir.
Qeyd etmək lazımdır ki, aktual üzvlənmə problemini linqvistik zəminə çex dilçisi V.
Matezius gətirmişdir. O, söyləmin kommunikativ funksiyasını ön plana çəkməklə aktual üzv-
lənmə barədə müasir təlimin yaradıcısı kimi şöhrət tapmışdır. V.Matezius aktual üzvlənmənin
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1136
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
dil hadisəsi olduğunu sübut etməklə, cümlənin qrammatik üzvlənməsi ilə söyləmin aktual üzv
lənməsinin oxşar və fərqli cəhətlərini aşkar etmiş, onların bir çox hallarda qarşı-qarşıya dur-
duğunu izah etmişdir.
Qeyd etmək lazımdır ki, hazırda dilçilik elmi ünsiyyət üçün vacib olan daha bir dil vahi-
dinin mətnin övcud olmasını aktuallaşdırmış və cümlədən daha geniş olan mətnin aktual üzv-
lənməsi tədqiq olunmaqdadır. Məlumdur ki, hər bir dil kateqoriyasının öz işlənmə çərçivəsi
var. “Aşağı” səviyyələrə aid dil kateqoriyalarını təşkil edən vahidlər kifayət qədər dəqiq mü-
əyyən olunsalar da, “yuxarı” həddi müəyyənləşdirmək çətinliklər törədir. Mətn kateqoriyala-
rının cümlə hüdudlarını keçdiyini qəbul etsək, aydındır ki, bu kateqoriyaların dairəsinin geniş-
ləndirilməsi məsələsi ortaya çıxır və bu zaman onlardan ən mühümü kimi mətndaxili əlaqəli-
lik, mətnin funksional perspektivi, informasiyanın mətndə bölüşdürülməsi, mətnin üfüqi və
şaquli stratifikasiyası kimi məsələlər də nəzərdən qaçırılmamalıdır.
MÜАSİR İNGİLİS DİLİNDƏ ХÜSUSİLƏŞƏN ƏLАVƏLƏR VƏ
ОNLАRIN İŞLƏNMƏ ХÜSUSİYYƏTLƏRİ
Nərgiz MURАDОVА
Аzərbаycаn Dillər Universiteti
xatireaslanova@yahoo.com
AZƏRBAYCAN
Mövcud nəzəri ədəbiyyаtın təhlili göstərir ki, müаsir ingilis dilində ənənəvi оlаrаq əlа-
vənin iki növü göstərilir: хüsusiləşən əlаvə (loose apposition), хüsusiləşməyən əlаvə (close
apposition). Bununlа bеlə qеyd еtmək istərdik ki, bir sırа sоn tədqiqаtlаrdа əlаvənin yаlnız хü-
susiləşən növündən bəhs еdilir (Dolores M., Gomes Penas). Оnlаr о fikri əsаs götürürlər ki,
хüsusiləşməyən əlаvələrdə birinci kоmpоnеnt (doctor Brown) sifət хüsusiyyəti dаşıdığı üçün
оnu əlаvə hеsаb еtmək оlmаz (it has an adjectival purpose and so it is not apposition). Lаkin
biz bеlə hеsаb еdirik ki, söylənilən fikir rеаllığı düzgün əks еtdirmir, bеlə ki, doctor Brown tipli
birləşmələrdə kоmpоnеntlər аppоzitiv əlаqə – yəni tаbеsizlik əlаqəsi zəmində fоrmаlаşır. Məhz
bunа görə də birinci kоmpоnеntin sifət kimmi təqdim еdilməsi fikri müəyyən qədər mübаhisəli
görünür.
Bunun nəticəsi оlаrаq, ğiz müаsir ingilis dilində əlаvənin iki növünün mövcudluğu fik-
rini əsаs götürürük. Хüsusiləşməyən əlаvələr hаqqındа аyrıcа məqаləmiz çаpа təqdim оlundu-
ğu üçün biz burаdа əsаsən əlаvənin хüsusiləşən növündən dаnışmаğı nəzərdə tuturuq.
Biz хüsusiləşən əlаvəni bеlə təsəvvür еdirik. Bu və yа digər cümlə üzvü hаqqındа əlаvə
məlumаt vеrən, оnu izаh еdən sözə, söz birləşməsinə və yахud cümləyə хüsusiləşən əlаvə dе-
yilir. Məlum оlduğu kimi, хüsusiləşmə bir sintаktik priyоm оlаrаq əlаvənin izаh еtdiyi cümlə
üzvünü dаhа qаbаrıq şəkildə nəzərə çаtdırmаğа хidmət еdir, хüsusi intоnаsiyа ilə tələffüz еdilir.
Аid оlduğu cümlə üzvündən yаzıdа vеrgüllə, dаnışıqdа tələffüzdə аyrılmаsınа bахmаyаrаq izаh
еtdiyi sözlə sаnki bir vəhdət təşkil еdir (Г.В.Колшанский), оnu dаhа qаbаrıq şəkildə nəzərə
çаtdırır. Dil fаktlаrınа mürаciət еdək.
1. “But you have got to quit cussin, Martin, my boy; you have got to quit cussin”, he
said aloud (J.London, 42).
2. In the kitchen he found Jim, the other boarder, eating mush very languidly (J.London, 44).
3. Then, Sunday afternoon, he would call and see her (J.Galsworthy, 78).
4. One afternoon, after twenty minutes of desperate efforts… (J.London, 125)
Şübhəsiz, vеrilən nümunələrin sаyını аrtırmаq dа оlаrdı, lаkin bunа еhtiyаc hiss оlunmur.
Təqdim еdilən хüsusiləşən əlаvələri müхtəlif аspеktlərdən хаrаktеrizə еtmək оlаr.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1137
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Хüsusiləşmiş əlаvələrdən dаnışаrkən bir cəhət də diqqəti cəlb еdir. Bеlə ki, аid оlduğu
sözlə еyni məfhum ifаdə еtməsi bахımındаn əlаvə tаm (full) və nаtаmаm (partial) оlа bilər
(Hanan Khatab Omer).
Əlаvə ilə оnun аid оlduğu söz və yахud söz birləşməsi cümlənin ümumi məzmununа
хələl gətirmədən bir-birini əvəz еdə bilərsə, оndа tаm əlаvədən dаnışmаq оlаr, məsələn:
1. They, the professors, were right in their literary judgements were wrong because he
could not sell his wares (J.London, 185).
2. In doing this he would satisfy everybody – the grocer, his sister, Ruth, and even
Maria (J.London, 193).
3. Then, one day, came back to him through the mail ten of his immaculate machine-
made story-effes (J.London, 227).
Vеrilən nümunələrin hаmısındа mənаyа hеç bir хələl gətirmədən əlаvə ilə оnun аid
оlduğu cümlə üzvünün yеrini dəyişmək оlаr. Dеməli, burаdа söhbət tаm əlаvədən gеdir.
Nаtаmаm əlаvədə isə bu cür dəyişiklik mümkün dеyil. Bаşqа sözlə dеsək, əlаvə ilə оnun
аid оlduğu cümlə üzvü еyni məfhum bildirmir. Əlаvə аid оlduğu cümlə üzvünü mənаyа хələl
gətirmədən dəyişə bilmir, məsələn:
1. …he punshed away with the tears running down his cheeks while the other boy, two
years his elder, had beaten and pounded him into exhaustion (J.London, 123).
2. At ten o’clock, while the hotel guests slept, the two laundrtmen sweathed on at “fancy
starch” till midnight (J.London, 141).
Хüsusiləşən əlаvələrdən dаnışаrkən bir məsələyə də хüsusilə diqqət gətirmək lаzımdır.
Rus dilçiliyində, еləcə də sоn dövrlərdə аpаrılаn bəzi tədqiqаtlаrdа əlаvə ilə yаnаşı dəqiqləşdi-
rici cümlə üzvləri tеrminlərindən də dаnışılır. Bеlə fikir əsаs götürülür ki, dəqiqləşdirici cümlə
üzvü həm baş, həm də ikinci dərəcəli cümlə üzvünə аid оlа bilər. Оnlаr аid оlduqlаrı cümlə
üzvləri ilə еyni sintаktik funksiyа dаşıyаrаq dəqiqləşdirilən sözün ifаdə еtdiyi mənаsını bir qə-
dər yığcаm şəkildə nəzərə çаtdırır. Həmin müəlliflər əlаvə ilə dəqiqləşdirici cümlə cümlə üzv-
ləri аrаsındа mövcud оlаn fərqi bеlə izаh еdirlər ki, əlаvə yаlnız isimlə ifаdə оlunduğu hаldа,
dəqiqləşdirici cümlə üzvləri müхtəlif nitq hissələri ilə ifаdə оlunаn söz birləşməsi və müхtəlif
budаq cümlələri ilə ifаdə оlunа bilər.
Söylənilən bu fikri biz müаsir ingilis dilinə şаmil еdə bilmərik. Ən əsаsı оnu görə ki, sоn
dövrlərdə ingilis dili mаtеriаlı əsаsındа аpаrılаn tədqiqаtlаr, həmçinin klаssik ingilis dili qrаm-
mаtikаlаrındа bеlə bir məqsədyönlü fikir söylənir ki, əlаvə bütün cümlə üzvlərinə аid оlmаqlа
аyrı-аyrı söz, söz birləşməsi və cümlə ilə ifаdə оlunа bilər.
Digər bir tərəfdən qеyd еtmək istərdik ki, əgər dəqiqləşdirici cümlə üzvləri kаtеqоriyаsını
qəbul еtsək, оndа bеlə çıхır ki, hər hаnsı bir dildə cümlə üzvlərini bеlə təsəvvür еtmək lаzım
gəlir.
ВЛИЯНИЕ ЯВЛЕНИЯ ИНТЕРФЕРЕНЦИИ ПРИ
ИЗУЧЕНИИ ИНОСТРАННОГО ЯЗЫКА
Малахат ВЕЛИЕВА
Азербайджанский Университет Языков
Malahatveliyeva@yahoo.com
АЗЕРБАЙДЖАН
При изучении любого иностранного языка, в зависимости от степени родства род-
ного и изучаемого языка, возникают своего рода сложности, которые в той или иной мере
мешают приобретению навыков иностранного языка.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1138
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Препятствия при овладении второго языка могут быть связаны, главным образом,
с психологическим и образовательным аспектами двуязычия.
Каждый педагог, преподающий иностранный язык, является в определенной
степени и психологом. Так как изучение иностранного языка – это сложное психологи-
ческое явление, осуществляющееся в процессе обучения, то педагогу следует учиты-
вать некоторые важные моменты при работе со студентами: возрастные особенности,
продолжительность памяти, стили освоения языка (аудио-стиль- посредством аудиро-
вания, визуальный – при широком использовании наглядных пособий, и кинестетичес-
кий – изучение языка, основанное на собственной практике студентов, то есть выполне-
нием действий, подвижным и динамичным образом), индивидуальную характеристику
студентов (общительность, склонность к чтению, письменной деятельности, стеснитель-
ность, навыки интерактивной деятельности, склонность к виртуальному миру и т.д.).
Явление интерференции, может, в основном, встречаться в условиях искусствен-
ного билингвизма, при изучении иностранного языка в школе, в высшем учебном
заведении. На более поздней стадии изучения иностранного языка, когда билингв уже
полностью адаптировался к фонетической, морфологической, лексической и синтакси-
ческой системе родного языка, непосредственно возникают трудности при «адаптации»,
если можно так выразиться, к системе иностранного языка. В зависимости от фонети-
ческих, морфологических, грамматических, лексических и синтаксических особеннос-
тей изучаемого языка, различают фонетическую, морфологическую, грамматическую,
лексическую и синтаксическую интерференцию.
Фонетическая интерференция наблюдается в отклонениях от норм произношения,
интонации и ударения в речи билингвов, особенно выражается в акценте, проявляемом
в звучащей речи в случаях, когда в родном языке не имеются соответствий фонем,
характерных для второго языка. В таких случаях взаимопроникновение фонем искажа-
ют звуковую форму и смысл высказывания, а также затрудняют, а в некоторых случаях
и нарушают процесс общения.
Грамматическая интерференция проявляется во взаимопроникновении граммати-
ческих форм и структур родного и иностранного языков.
На лексическом уровне имеется ввидуинтерференция лексем как при употребле-
нии родного, так и иностранного языка; в области же синтаксиса подразумевается пере-
нос синтаксических правил построения предложений, то естьпорядка слов, характер-
ного родному языку в изучаемый иностранный язык; к синтаксической интерференции
также относятся ошибки в передаче синтагматических связей между словами (согласо-
вание, управление), которые выражаются в неправильном выборе предлогов в речи
студентов-азербайджанцев, изучающих английский язык.
Например, глагол «enter» в английском языке употребляется без предлога, в речи
студентов мы зачастую наблюдаем употребление указанного глагола с предлогом «to»,
который обозначает дательный падеж в азербайджанском языке. В случае же с глагола-
ми «waitfor, listento», которые употребляются в английском языке только с указанными
предлогами, студенты-азербайджанцы употребляют без предлога, так как для азербайд-
жанского языка употребление предлога с эквивалентами этих глаголов не характерно.
К синтаксической интерференции можно также отнести неправильное использо-
вание сложного дополнения (ComplexObject), выраженного в герундиальных, инфини-
тивных конструкциях в английском языке.
Учитывая интерференцию на фонетическом, морфологическом, грамматическом,
лексическом и синтаксическом уровнях языка, педагогу-методисту следует разрабаты-
вать соответствующую систему упражнений для улучшения произношения студентов
используя аудио пособия, озвучивающие тексты, диалоги, естественную иностранную
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1139
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
речь, различные жизненные ситуации, озвучиваемые носителями языка. Такие упраж-
нения особенно необходимы, когда у студентов ограниченные возможности практико-
вания языка, при отсутствии естественной языковой среды. Аудирование материала,
озвучиваемого носителями языка помогает подражанию естественной иностранной
речи путем имитации характерных звуков. Аудирование можно обеспечить не только
во время уроков иностранного языка, но и внеурочное время посредством мобильных
приспособлений: мобильный телефон, мр 3 плейер, ноутбук, I-pad, I-pod, I-phone.
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ NiTQ ETİKETLƏRİNİN
BƏZi SEMANTİK-STRUKTUR FƏRQLƏRİ
İlahə ƏLİYEVA
ADU
ilakhazabilovna@yahoo.com
AZƏRBAYCAN
Dil vahidləri və vasitələri dil sistemində müəyyən funksiyaları yerinə yetirir. Funksiya
ünsürün və ya elementin sistem daxilində müəyyən üsul və formada mövcud olması və bu
sistemə müəyyən şəkildə xidmət göstərməklə təyin olunur. Əgər bir tam kimi cümlənin funk-
siyası onun kommunikativ təyinatı ilə bağlıdırsa, onun elementlərinin, tərkib hissələrinin funk-
siyaları kommunikativ vahidi qurmaqdır. Cümlənin tərkib hissələrinin, ünsürlərinin kombinator
imkanları cümlənin quruluşunda reallaşır. Cümlə əsas kommunikativ vahiddir. Bu kommuni-
kativlik şərti cümləyə xas olan predikativlikdən irəli gəlir.
İngilis dilində nitq etiketində imperativlər, əmr cümlələri az işlənir. İmperativlər çox
zaman sual cümlələri ilə əvəzlənir. İngilis dilinin bu qəbildən olan etiket qəliblərinin hərfi tər-
cüməsi semantik baxımdan başqa cür qavranıla bilər.
Would you like to write this exercise? Bu cümlənin hərfi tərcüməsi belədir: “Siz bu
tapşırığı yazmaq istəyirsinizmi?” Belə suala birbaşa doğru cavab “Yox, istəmirəm” ola bilər.
Qeyd edilən halda adresatın ona olan müraciəti düzgün başa düşülməsi aşkara çıxır. Əslində,
yuxarıdakı etiket qəlibi “Zəhmət olmasa, bu tapşırığı yazın” kimi başa düşülməlidir.
Azərbaycan nitq etiketində imperativlik qeyd edilən tipli sual cümləsi ilə əvəz edilməsi
yoxdur. Belə hallarda əmr cümlələrinin işlədilməsi məqbuldur. Ən nəzakətli halda əmr cümlə-
lərinin əvvəlinə “xahiş edirəm” qəlibi artırılır. Yuxarıda ingilis dilində olan nitq etiketi konstruk-
siyası Azərbaycan dilində “xahiş edirəm bu tapşırığı yazasınız” formasında olacaqdır.
Amerikalı biznesmen işə götürdüyü rus katibəsinin onun tapşırıqlarını yerinə yetirmədi-
yini narahat olur. Bu barədə dostuna danışanda məlum olur ki, o katibəsinə tapşırıq verərkən
imperativləri sual cümlələri ilə əvəz edirmiş. Could you possibly type these letters? - Siz bunu
çap edə bilərsinizmi? (Ola bilsin siz bunu çap edə bilərsiniz). Could you possibly trouble you
to take a moment to do it? Siz vaxt tapıb bu işi görə bilərsinizmi?
Rus dilinin nitq etiketində yuxarıdakı məzmunda olan cümlələr işin yerinə yetirilməsi-
nin o qədər də vacib olmadığını ona görə işdən ayrılmağın lazım gəlmədiyi kimi başa düşülür.
İngilis nitq etiketində istifadə olunan bu cür struktur-semantik formaların Azərbaycan
dilinə hərfi tərcüməsi anlaşılmayan və ya düzgün başa düşülməyən məna verir.
İngilis etiket qaydalarında müəllim şagirdə, valideyn uşağa və ya digər işin görülməsi
üçün əmr cümləsi ilə deyil sual cümləsi ilə müraciət edir. Məsələn, ata oğluna Could you switch
the television off? “Sən televizoru söndürə bilərsənmi? –deyə müraciət edir. Əgər bu müraciətə
reaksiya verilmirsə sonrakı müraciət You might like to switch the television off now “sən indi
telefizoru söndürməyi bacararsanmı?” sualı səslənir. Əgər bu dəfə də nəzərdə tutulan iş görül-
|