Жядвял № 1.
Müayinə qruplarında olan qadınlarda somatik xəstələnmənin strukturu
Keçirilmiş somatik xəstəliklər
Birinci qrup
(n=100)
İkinci qrup
(n=60)
Kontrol
qrupu (n=30)
Müt.
%
Müt.
%
Müt.
%
Arterial hipertenziya
30
30,0±4,6###
16
26,7±5,7###
-
-
Miopiya (orta və yüksək dərəcəli)
22
22,0±4,1##
5
8,3±3,6*
1
3,3±3,3
Aşağı ətrafların venalarının varikoz
genişlənməsi
17
17,0±3,8#
8
13,3±4,4#
-
-
Anemiya
30
30,0±4,6###
21
35,0±6,2##
1
3,3±3,3
Sidik-ifrazı sisteminin orqanlarının
iltihabi xəstəlikləri
31
31,0±4,6###
19
31,7±6,0###
-
-
Piylənmə
14
14,0±3,5
4
6,7±3,2*
-
-
Asteniya
13
13,0±3,4
-
-
-
-
Qeyd:
1.statistik dürüstlük müqayisə qrupunun göstəricilərinə münasibətdədir: * - p<0,05
2.statistik dürüstlük kontrol qrupun göstəricilərinə münasibətdədir: # - p<0,05, ## - p<0,01,
### - p<0,001.
Bizim müayinələrdə aĢkar edilmiĢdir ki, hamiləlik vaxtı adəti erkən
düĢükləri olan xəstələrdə arterial təzyiqin yüksəlməsi meyli daha çoxdur. Arterial
hipertenziya birinci qrupda 30 (30,0±4,6%) xəstədə, ikinci qrupda 16 (26,7±5,7%)
xəstədə aĢkar edilmiĢ və kontrol qrupda olan qadınlarda heç bir halda rast
gəlməmiĢdir (p<0,001). Birinci qrupda anemiya 30 (30,0±4,6%) xəstədə, ikinci
qrupda - 21 (35,0±6,2%) xəstədə aĢkar edilmiĢdir ki, bu da kontrol qrupdakı
analoji göstəricidən xeyli yüksəkdir – 3,3±3,3% (n=1) (p<0,001). AĢağı ətrafların
damarlarının varikoz geniĢlənməsi birinci qrupda 17 (17,0±3,8%) xəstədə və ikinci
qrupda 8 (13,3±4,4%) xəstədə nəzərə çarpmıĢdır. Bir çox qadınlar bu problemi
yalnız estetik məsələ kimi qəbul etmiĢ və xarici dəyiĢiklikləri kənar etmək üçün
kosmetik müdaxilələrə əl atmıĢlar (xəstəliyin səbəbi aradan qaldırılmadan və
profilaktik tədbirlər həyata keçirilmədən). Hamiləlik vaxtı adəti düĢükləri olan
xəstələrdə yağ mübadiləsinin pozulması kontrol qrupla müqayisədə daha çox
aĢkar edilmiĢdir. Piylənmə birinci qrupda 14 (14,0±3,5%) qadında və ikinci
qrupda 4 (6,7±3,2%) xəstədə rast gəlmiĢdir ki, bu da statistik əhəmiyyətli fərqə
malik olmuĢdur (p<0,05). Astenik vəziyyət yalnız birinci qrupdakı xəstələrdə nəzərə
çarpmıĢdır, onun rastgəlmə tezliyi 13,0±3,4% təĢkil etmiĢdir.
Ə
ldə olunan nəticələrdən görünür ki, xəstələrin birinci və ikinci qrupları
arasında somatik xəstəliklərin spektrində əhəmiyyətli fərqlər olmamıĢdır, lakin orta
və yüksək dərəcəli miopiyanın tezliyi birinci qrupdakı qadınlarda 2,6 dəfə
yüksəkdir (müvafiq olaraq 22,0±4,1% və 8,3±3,6%, p<0,05).
Beləliklə, həm immun, həm də qeyri-immun səbəbdən adəti düĢükləri olan
xəstələrin oxĢar klinik-anamnestik xarakteristikası vardır. Əldə olunan
məlumatları təhlil edərək belə qənaətə gəlmək olar ki, hamiləlik vaxtı adəti erkən
düĢükləri olan xəstələr kontrol qrupdakı qadınlara nisbətən daha çox müxtəlif
ekstragenital patologiyaya məruz qalırlar ki, bu da reproduktiv anamnez
məlumatlarına təsir göstərmiĢdir. KeçirilmiĢ yoluxucu xəstəliklərlə belə yüksək
xəstələnmə də həmçinin qadınların orqanizmində infeksion proseslərə nəzarət edən
sistemlərdə gedən dəyiĢikliklərdən xəbər verir ki, bu da hamiləlik vaxtı baĢ verən
adəti düĢüklərin əsas risk amili sayılır.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1. Вовк И.Б., Трохимович О.В., Ревенько О.О. Патогенетические звенья ранних потерь беременности // Репродуктивное
здоровье. Восточная Европа. 2013. № 3 (27). С. 8-14.
2. Сидельникова В.М. Обследование и ведение супружеских пар с привычным невынашиванием беременности первого
триместра // Здравоохранение и медицинская техника – 2005. - № 9 – С. 47-49.
3. Сидельникова В.М. Привычное невынашивание беременности // Акушерство: национальное руководство. – М.:
ГЭОТАР-Медиа, 2007. - С. 348-364
4. Тетруашвили Н.К. Клинико – анамнестический анализ и структура причин привычных ранних потерь беременности //
Врач. – 2008. - №7. С. 12-15
5. Тетруашвили Н.К. Сидельникова В.М., Верясов В.Н., Сухих Г.Т. Антигены системы HLA и блокирующие факторы у
пациенток с привычным невынашиванием беременности первого триместра // Мать и дитя: материалы VI Рос. науч. форума.
– М., 2004. - С. 266.
6. Узлова Т.В., Лейхнер Е.К., Маркина О.В. Иммунологическое бесплодие: проблемы и возможности //Вестник Южно-
Уральского государственного университета. Серия: Образование, здравоохранение, физическая культура. 2011. № 26 (243).
С. 100-103
7. Tkach I.R., Sosnina K.O., Huleyuk N.L. Сontribution of chromosomal abnormalities and genes of the major histocompatibility
complex to early pregnancy losses // Biopolymers and Cell. 2015. V. 31. N 1. P. 38-45.
Р Е З Ю М Е
КЛИНИЧЕСКАЯ И АНАМНЕСТИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ЖЕНЩИН
С ПРИВЫЧНЫМИ РАННИМИ РЕПРОДУКТИВНЫМИ ПОТЕРЯМИ
Мамедли Г.Х., Сираджлы У.М.
Азербайджанский медицинский университет
В статье представлены результаты анализа анамнестических и
клинических показателей у 160 женщин с привычными ранними потерями
беременности. По результатам исследования на основании полученных
данных пациентки были разделены на две группы. Первую группу составили
100 женщин с различными не иммунными причинами раннего прерывания
беременности (анатомические, инфекционные, гормональные). Во вторую
группу вошли 60 женщин, основной причиной привычных ранних потерь
беременности у которых являлись аллоиммунные нарушения. Также были
обследованы 30 небеременных здоровых женщин репродуктивного возраста,
которые составили группу контроля. Для более полной характеристики групп
женщин с привычными ранними потерями беременности и контрольной
группы были проанализированы данные анамнеза о перенесенных общих
соматических и инфекционных заболеваниях.
Установлено, что пациентки как с иммунными, так и не иммунными
причинами привычного невынашивания в ряде случаев имели схожую
САЬЛАМЛЫГ – 2016. № 3.
58
клинико-анамнестическую характеристику. Пациентки с привычными
ранними потерями беременности достоверно чаще женщин контрольной
группы оказались подвержены различной экстрагенитальной патологии, что
повлияло на репродуктивные анамнестические данные. Высокая частота
перенесенных инфекционных заболеваний также может свидетельствовать о
вероятных нарушениях в системах, контролирующих инфекционные
процессы в организме у женщин, что является значимым фактором риска
привычного невынашивания беременности.
Ключевые слова: беременность, ранние потери, анамнез
S U M M A R Y
CLINICAL AND ANAMNESTETIC FEATURES OF WOMEN WITH RECURRENT
EARLY REPRODUCTIVE LOSSES
Mammadli G.H., Siraclı Ü.M.
Azerbaijan Medical University
In the article,the results of the analysis of anamnestic and clinical
parameters in women with recurrent early reproductive losses are shown.
According to the information received, patients were divided into two groups. The
first group consisted of 100 women with different non-immune causes of early
pregnancy disorders (anatomical, infectious, hormonal). The second group
consisted of 60 women, in which the main reason of recurrent early pregnancy
losses were the alloimmune disorders. 30 non-pregnant healthy women in
reproductive age were also examined and made up the group of control. All the
examined women were in reproductive age from 17 to 42.
For a more complete characterization of the groups of women with
recurrent early reproductive losses and the control group, the anamnesis data of
the suffered common somatic and infectious diseases was analyzed.
It is stated that patients with both immune and non-immune causes of
the recurrent pregnancy disorders in some cases have a similar clinical and
anamnestetic features. Patients with recurrent early pregnancy disorders
significantly more than women from the control group were exposed to the
different extragenital pathology, that's affected the reproductive anamnestic
data.
The high incidence of infectious diseases may also indicate possible
irregularities in the systems controlling infectious processes in the female
organism, that's a significant risk factor of the recurrent pregnancy disorders.
Key words: pregnancy, early losses, anamnesis
Дахил олуб: 23.10.2015.
HƏZM TRAKTININ YUXARI HĠSSƏSĠNĠN YAD CĠSĠMLƏRĠNĠN
ENDOSKOPĠK DĠAQNOSTĠKASI VƏ ÇIXARILMASI
Xıdırova N.M., Zeynalov S.M., Əhmədov Ə.M.
ATU, I cərrahi xəstəliklər kafedrası
Yad cisimlər həzm traktının tez-tez rast gəlinən patologiyalarındandır.
Həzm traktının yad cismi dedikdə həzm orqanlarına kənardan daxil olan və ya
bilavasitə orqanizmin özündə əmələ gələn, tərkibcə normal Ģəraitdə qida kimi
istifadə edilə bilinməyən cisimlər baĢa düĢülür. Təcili endoskopik müayinəyə
ehtiyacı olan xəstələrin 20 %-dən çoxu həzm traktının yuxarı hissəsinin yad
cisminə Ģübhə olan insanlardır [1, 3]. Yad cisimlərin 80-90% həzm traktından
sərbəst keçir. AğırlaĢmaların tezliyi kifayət qədərdir, onlardan da ən təhlükəlisi
mediastinitdir (letallıq ~4.1-5.7%) [ 2,4].
Son illər endoskopik texnikanın təkmilləĢməsi udlaq, qida borusu və
mədədən yad cisimlərin endoskopik çıxarılması imkanlarını daha da artırmıĢdır
[4].
Tədqiqatın məqsədi həzm traktının yuxarı hissəsinin yad cisminə Ģübhə
olan xəstələrdə endoskopik müayinənin effektivliyinin qiymətləndirilməsidir.
Tədqiqatın material və metodları: 2008-2015-ci illər ərzində KTM-ə həzm
traktının yuxarı hissəsinin yad cismininə Ģübhə ilə 260 xəstə müraciət etmiĢdir.
Onların yalnız 143-də (55 %) yad cisim aĢkar edilmıĢdır. KiĢilər 82 nəfər, qadınlar
61 nəfər olmuĢlar. 117 xəstədə (45 %) yad cisim diaqnozu inkar edilmiĢdir. Yad
cisimlərdən 42-i udlaqda, 52-i qida borusunda, 46-ı mədədə, 3-ü onikibarmaq
bağırsaqda aĢkar edilmiĢdir. Onlar çox vaxt təsadüfən, bəzən isə qəsdən udulan
ə
Ģyalar olmuĢdur. 5 yaĢınadək uĢaqlar əsasən düymə, qəpik, metal və plasmass
kürələr, oyuncaq hissələri, meyvə çəyirdəkləri udurlar. Yetginlərdə isə yad cisimlər
ə
sasən yemək zamanı (diĢ protezləri və qida fraqmentləri, ət və balıq sümükləri, diĢ
çöpü və s.) udulur. Bəzən bu iĢləyərkən ağızda mismar, iynə, sancaq saxlamaq
kimi zərərli vərdiĢləri olan Ģəxslərdə müĢahidə olunur. Ahıl və qocalarda bu damaq
və udlağın həssaslığının azalmasıilə əlaqədardir. Müxtəlif yad cisimlər (qaĢıq,
çəngəl, mismar, məftil qırıqları, ülgüc, narkotik maddə paketləri və s.) çox vaxt iri
və təhlükəlidirlər, bilə-bilə ruhi xəstələr, müttəhimlər, hərbi qulluqçular,
narkokuryerlər tərəfindən udulurlar [5,6].
Udlağın və qida borusunun yuxarı hissəsinin yad cisminə Ģübhə olan
bütün xəstələr otolorinqoloqun müayinəsindən keçmıĢlər. Farinqoskopiyanın
mənfi nəticəsindən sonra boyun, döĢ qəfəsi və qarın boĢluğunun ümumi və
kontrast rentgenoloji müayinəsi aparılmıĢdır. Burada məqsəd rentgenokontrast
və zəif rentgenokontrast yad cisimlərin, qida borusu perforasiyasının
müəyyənləĢdirilməsidir. Bu zaman biz suda həll olan kontrast maddədən istifadə
etməyi məsləhət görürük. Çünki barium horrası həzm traktının divarlarına
çökərək endoskopik müayinəni çətinləĢdirir, bəzən isə mümkünsüz edir.
Rentgenoloji müayinənin nəticəsindən asılı olmayaraq bütün xəstələr endoskopik
müayinədən keçirilirlər. Endoskopik müayinə "Pentaks" firmasından olan
videoendoskopla aparılmıĢdır. Yad cismin çıxarılmasında müxtəlif modifikasiyalı
endoskopik tutuculardan istifadə edilmiĢdir. Yad cismin tapılması endoskopik
çıxarılmaya göstəriĢdir.
Yad cismin çıxarılmasına göstəriĢlər:
Qida borusu
- bütün yad cisimlər.
Mədə və 12 b.b
- iti və iti uclu cisimlər
- uzun cisimlər ( 6.0 sm uĢaqlarda, 10.0 sm böyüklərdə)
- kut cisimlər (mədədə 2 həftə, 12 b.b-da 1 həftə qaldıqdan sonra)
- batareyalar (mədədə 48 saat qaldıqdan sonra)
- plastik paketlər.
Endoskopik müayinə diaqnostik və müalicəvi məqsədlə aparılır. Diaqnostik
endoskopiyanın məqsədi diaqnozu təsdiqləmək, yad cismin xarakterini,
fiksasiyasının səbəbini, həmçinin onun çıxarılma imkanlarını müəyyənləĢ-
dirməkdir. Psixoloji sağlam xəstənin etirazı, qida borusunun perforasiyası və
mediastinitlə əlaqədar olaraq xəstənin ağır vəziyyəti diaqnostik endoskopiyaya əks
САЬЛАМЛЫГ – 2016. № 3.
60
göstəriĢdir [2,3]. Bu vəziyyətdə endoskopik müayinə nəinki məqsədəuyğun
sayılmır, o hətta xəstənin vəziyyətini pisləĢdirə bilər.
Narkoz altında yad cismin çıxarılması mümkün deyilsə, növbəti cəhdlər
orqanın zədələnmə riskini artırırsa, qanaxma müĢahidə olunursa, müalicə
endoskopiyası əks göstəriĢdir.
Yad cismin çıxarılmasında adekvat anesteziyanın mühüm əhəmiyyəti var.
Ə
gər yad cisim udlaq-qida borusu keçəcəyində və armudabənzər ciblərdə
yerləĢərsə, yerli anesteziyadan ( 10%-li lidocain) istifadə edilir. 14 yaĢınadək
uĢaqlarda, psixi xəstələrdə, iti və möhkəm fiksasiya olunmuĢ yad cisimlərdə,
ağırlaĢmalara Ģübhə olduqda, diğər klinikalarda yad cismi çıxartmağa cəhd
olunubsa ümumi anesteziya göstəriĢdir.
Yad cisimlər adətən qida borusunun fizioloji daralmaları, pilorik hissə,
12b.b-ğın soğanaqdan sonrakı hissəsində iliĢirlər. Biz həmçinin qida borusunun
strikturası olan xəstənin il ərzində 5 dəfə yad cismə (adətən ət tikəsi) görə müayinə
və müalicə etmiĢik.
Rentgenoloji müayinədə yad cismin boyun nahiyəsində görünməsi, yad
cismi udduqdan 2 gün sonra həkimə müraciət etməsi, yad cismin krikofarengial
daralma və ya qida borusunun yuxarı 1\3 hissəsində lokalizasiyası ağırlaĢma
riskini artırır.
Klinik mənzərə adətən yad cismin lokalizasiyasından, növündən,
ölçüsündən, formasından asılıdır. Qida borusunun yad cismində disfagiya,
odinofagiya, yad cisim hissiyyatı, döĢ qəfəsində ağrı, requrqitasiya, hipersali-
vasiya, orqanın perforasiyasında dərialtı emfizema və qanaxma qeyd olunur.
Nəticələr və müzakirə: Əgər çixarılması orqanın zədələnməsinə səbəb
olarsa ( çoxlu ĢüĢə qırıqları, ülgüc və s.) və ya artıq perforasiya varsa, yad cismin
endoskopik çıxarılması əksgöstəriĢdir. Belə xəstələr (4 nəfər- 2.8 %) əməliyyat
olunmuĢlar. Əməliyyat 25 yaĢlı xəstədə aparılmıĢdır. Psixi cəhətdən emosional
olan gənc oğlan ülgücü 2 yerə bölərək udmuĢdur. Klinikaya döĢ sümüyü
arxasında, epiqastral nahiyədə olan ağrıdan, halsızlıqdan Ģikayətlə daxil olub.
Endoskopik müayınə zamanı udlaq-qida borusu keçəcəyinin, kardiaezofageal
hissənin selikli qiĢanın boylama defektləri, mədənin böyük əyriliyində 2ədəd ülgüc
hissələri aĢkar edilmiĢdir. Yad cismi çıxardarkən kardiezofageal keçəcəyin və qida
borusunun zədələnmə təhlükəsi olduğu üçün xəstə əməliyyat edildi.
Mədədə çoxlu qida olduqda mədə yuyulmur, xəstə yalnız 6 saatdan sonra
təkrar müayinə olunur.
Yad cismin çıxarılması 97.2 % halda mümkün olmuĢdur və bu zaman qida
borusunun, mədənin perforasiyası kimi fəsadlar qeyd olunmamıĢdır.
Yad cisim çıxarıldıqdan sonra selikli qiĢanın vəziyyətini qiymətləndirmək
üçün təkrari endoskopik müayinə aparılır. Kiçik yad cisimlər çıxardıldıqdan
sonra və selikli qiĢanın zədələnməsi yoxdursa, xəstələr evə yazılır, Ģikayətlər
meydana çıxarsa, təkrar müayinə olunmaq tövsiyyə edilir. Ġri yad cisimlər
çıxardıldıqdan sonra və selikli qiĢanın zədələnməsi olan xəstələr isə 3-5 gün ərzində
stasionarda nəzarət altında saxlanılır və müalicə olunur. Belə xəstələr evə
yazılarkən mütləq endoskopik müayınədən keçməlidirlər.
Nəticələr:
1. Həzm traktının yuxarı hissəsinin yad cisminə Ģübhə olan xəstələr
stasionarda təcili qaydada müayinə və müalicə olunmalıdırlar. Yad cismin olması
təsdiqləndikdən sonra onu endoskopik yolla çıxartmaq lazımdır.
2. Yad cismin diaqnostikası və fiksasiyasının səbəbini müəyyənləĢdirmək
üçün rentgenoloji və endoskopik müayinələrdən istifadə olunmalıdır.
3. Həzm traktının yad cisimlərinin endoskopik çıxarılması zamanı ümumi
anesteziyanın tətbiqi əməliyyatın müddətini və boĢluqlu orqanın perforasiyası
riskini azaldır.
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES:
1. Бебуришвили А. Г., Мандриков В.В., Акунчиц А.Н.. Инородные тела желудочно-кишечного тракта. Волгоград, 2007.
с.215
2. Королев М.П., Антипова М.В. Эндоскопия в диагностике и удалении инородных тел пищевода и желудка. Москва 2010.
с.200
3. Чернеховская Н.Е., Андреев В.Г., Черепянцев Д.П., Поваляев Ф.В. Эндоскопическая диагностика заболеваний пищевода,
желудка и тонкой кишки. Москва, 2006
4. Mosca S., Endoskopic management of foreign bodies in the upper gastrointestinal tract. report on a series of adult patients //
Endoscopy 2001. Aug. 33 (8). 692-6
5. Gulati, S.P. , Wadhera, R., Gulia, I.S., Hooda, A. Tooth Brush in Stomach // The Internet Journal of Head and Neck Surgery,
2007. Vol.1. №2
Р Е З Ю М Е
ЭНДОСКОПИЧЕСКАЯ ДИАГНОСТИКА И ЛЕЧЕНИЕ ИНОРОДНОГО ТЕЛА
ВЕРХНЕЙ ЧАСТИ ПИЩЕВАРИТЕЛЬНОГО ТРАКТА
Хыдырова Н.М., Зейналов С.М., Ахмедов А.М.
АМУ, кафедра хирургических болезней I, Баку
Обследование и лечение больных с подозрением на инородное тело
верхних отделов пищеварительного тракта необходимо провести в
экстренном порядке в условиях стационара. При обнаружении инородного
тела необходимо его удалить эндоскопическим путем. Для уточнения
диагностики и выяснения причины фиксации, необходимо провести
рентгенологическое и эндоскопическое обследование. Использование общей
анестезии, при эндоскопическом извлечении инородных тел из верхних
отделов пищеварительного тракта сокращает время процедуры и риск
перфорации полостного органа.
S U M M A R Y
ENDOSCOPIC DIAQNOSTICS AND EXTRACTION FOREIGN PARTICLE OF
UPPER PART OF DIGESTIVE TRACT
Chidirova N.M., Zeynalov S.M., Ahmadov A.M.
Department of Surgical Diseases 1 of AMU
Patients being suspicious of a foreign particle of upper port of digestive
tract should be examined and treated urgently. After confirming that a foreign
particle ispresent, that should be extracted by on endoscopic way. Radiological
and endoscopic analyses should be utilized in order to identify reason for
diagnostics and fixation of a foreign particle. Adminstration of general anesthesia
reduces the duration of an operation and the risk of perforation of the organ with
cavity during endoscopic extraction of foreign particle of digestive tract.
Дахил олуб: 11.03.2016.
SÜMÜK ġĠġLƏRĠNĠN DĠAQNOSTĠKASINDA SÜMÜK METABOLĠZMĠ
MARKERLƏRĠNĠN ƏHƏMĠYYƏTĠ
САЬЛАМЛЫГ – 2016. № 3.
62
Ə
fəndiyev A.M., Xəlilova V.Z., Əhmədova G.A.
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası
Sümük ĢiĢlərinin diaqnostikası və differensial diaqnostikası müasir onkologiyanın vacib
problemlərindən biridir. Son zamanlar yeni texnologiyaların tətbiqi nəticəsində sümüyün müxtəlif
zədələnmələrinin diaqnostikasında müəyyən yaxĢılaĢmalar əldə edilsə də, problem öz aktuallığını
itirməmiĢdir. Sümüyün onkoloji zədələnmələri arasında birinci yeri metastatik sümük ĢiĢləri tutur.
Ikinci yerdə birincili sümük ĢiĢləridir ki, bunların da əsasən uĢaq və gənc yaĢlarında rast gəlinməsi
xəstləyin erkən və differensial diaqnostikasını ləngidir və xəstə onkoloji klinikaya müraciət edən
zaman artıq periferik orqanlarda metastazlar aĢkar edilir. Sümükdə onkoloji törəmənin vaxtında
aĢkar olunması və xarakterinin müəyyən edilməsi xəstəliyin müalicə taktikasının seçilməsində
müstəsna rol oynayır [1 ].
Sümük ĢiĢlərinin diaqnostikasında ən münasib və geniĢ yayılmıĢ müayinə üsulu
rentgenoskopiyadır. Lakin bəzən rentgenoloqların təcrübəsinin azlığı səhv diaqnozun qoyulması ilə
nəticələnir. Bundan baĢqa 15% hallarda sümükdə heç bir patoloji dəyiĢiklik aĢkar edilmir. Nəticədə
xəstənin onkoloji müəssisəyə müraciət etmə vaxtı uzanır. Kompyuter tomoqrafiyası, maqnit-
rezonans tomoqrafiyası, radionuklid diaqnostika və PET-CT metodları bu baxımadan daha
informativ olmaqla sümük ĢiĢlərinin erkən diaqnostikasında əhəmiyyətli rol oynayır[2,4]. Lakin
ə
ksər müalicə müəssisələrində bu müayinə vasitələrinin olmaması və ya bahalı olması həkimlərin
bu metodlardan istifadə etmək imkanlarını azaldır [ 3].
Yuxarıda sadalananlar sümük ĢiĢlərinin yeni diaqnostika üsullarının
tədqiqinin vacib olduğunu göstərir Bu baxımdan ĢiĢin bioloji xüsusiyyətlərini əks
etdirən yeni müayinə üsulları iĢlənib hazırlanmalıdır [5].
Məlumdur ki, skelet sisteminin bütün xəstəliklərində sümükdə remodel-
ləĢmə prosesi pozulur ki, bu zaman da sümük metabolizminin biokmyəvi
markerlərinin səviyyəsində dəyiĢilmələr baĢ verir. Sümük metabolizminin
biokimyəvi markerlərinin təyini sümüyün vəziyyətini qiymətləndirməyə, sümük
toxumasında mübadilə proseslərinin sürətini, sümük kütləsinin spontan azalma
ritmini müəyyən etməyə və sümüyün sınma riskini aydınlaĢdırmağa imkan verir.
Bu da anti-rezorbtiv preparatların qəbulunun davamiyyətini monitorinq etməyə
Ģərait yaradır. Hesab edirik ki, sümükdə hər hansı patoloji proses olan zaman qan
serumunda sümük metabolizminin biokimyəvi markerlərinin tədqiqi praktik
həkimə xəstəliyin dəqiq diaqnozunu qoymaqda əhəmiyyətli kömək göstərə bilər.
Dostları ilə paylaş: |