Affektlər. Affektlər sürətlə yaranan, qüvvətli, nisbətən təz keçib gədən emosional hallardır. Affektlər insanı təz bürüyən, sürətlə ötüb keçən, iradi nəzarətin pozulması ilə səciyyələnən emosional prosesdir. Bu zaman insan keçirdiyi qorxu, hiddət, qəzəb və s. hisslərə güclü şəkildə qapılır.
Ehtiras – qüvvətli, uzun müddətli və dərin hissdir. Ehtiras insanın şüurunun, daxili qüvvələrinin cəmləşməsində, müəyyən vahid məqsədə yönəlməsində öz əksini tapır.
Təəccüb – qəfil dəyişiklik zamanı əsəb sisteminin indiki an üçün uyğun olmayan və adaptasiyaya mane ola biləcək aktivliyini saxlayır. Tomkinsin dediyi kimi: ” təəccüb kanalları təmizləyən emosiyadır.”
Stress – insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni işlər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısında qaldıqda keçirdiyi psixi vəziyyətdir.
Frustrasiya – insanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maneələrlə rastlaşması nəticəsində keçirdiyi emosional hal frustrasiya adlanır
26. Emosional halətlər Sual 25-nən eynidi 27. Qabiliyyət fərdi – psixi xassə kimi
İnsanın hər hansı bir və ya bir neçə fəaliyyət sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi psixi xassəyə qabiliyyət deyilir. Tərifdən göründüyü kimi, «qabiliyyət» anlayışı altında hər insanın hansı bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətlə icrası üçün şərt olan fərdi-psixi xassəsi başa düşülür. Bu cür yanaşma tərzi psixologiyada uzun müddətdən bəri qəbul olunmuşdur. Bununla belə bu cür yanaşma tərzi bir çox müəlliflər tərəfindən müxtəlif şəkildə şərh olunmuşdur. Bu sahədə özünü göstərən yanaşma tərzlərinin psixoloji ədəbiyyatda üç variantı qeyd olunur. Birinci halda qabiliyyət anlayışı altında mümkün olan bütün psixi proses və halların məzmununu başa düşürlər. Bu cür yanaşma tərzi «qabiliyyət» anlayışının ən geniş və qədim şərhindən ibarətdir. Hazırda bu cür yanaşma tərzindən demək olar ki, istifadə olunmur.
İkinci yanaşma tərzinə görə qabiliyyətlər insanın müxtəlif fəaliyyət növlərinin müvəffəqiyyətlə icrasını təmin edən ümumi və xüsusi bilik, bacarıq və vərdişlərin yüksək inkişaf səviyyəsindən ibarətdir. Bu cür yanaşma tərzi psixologiyada XVIII-XIX əsrlərdə meydana gəlmiş və müasir dövrdə də özünü göstərir.
Üçüncü yanaşma tərzinə gəldikdə, bu yanaşma tərzinə görə qabiliyyətləri bilik, bacarıq və vərdişlərlə eyniləşdirmək olmaz. O (qabiliyyətlər) həmin bilik, bacarıq və vərdişlərə surətlə yiyələnməyi, təcrübədə onlardan səmərəli istifadə etməyi təmin edir. Üçüncü yanaşma tərzi müasir psixologiyada ən çox yayılmış yanaşma tərzidir.
A.V.Petrovskinin və M.Q.Yaroşevskinin fikrincə qabiliyyətlər və bilik, qabiliyyətlər və bacarıq, qabiliyyətlər və vərdişlər eyniyyət təşkil etmir. Bilik, bacarıq və vərdişlərə nisbətdə qabiliyyətlər bir növ imkan kimi çıxış edir. Onların fikrincə psixologiya elmi qabiliyyətlər ilə fəaliyyətin mühüm komponentləri olan bilik, bacarıq və vərdişlərin eyni olmadıqlarını inkar etməklə yanaşı, onların vəhdətini də xüsusi olaraq göstərir. Qabiliyyətlər yalnızfəaliyyətdə, özü də həmin qabiliyyətlər olmadan icrası mümkün olmayan fəaliyyətdə aşkar olunur.
Bəs qabiliyyətlərin bilik, bacarıq və vərdişlərlə vəhdəti nədə ifadə olunur? Qabiliyyətlər bilavasitə bilik, bacarıq və vərdişlərdə deyil, onların qazanılma dinamikasında, yəni bütün başqa şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan bilik və bacarıqlara yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və möhkəm icra olunmasında təzahür edir.
Qeyd edilənlərdən aydın olur ki, qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub, hər hansı bir fəaliyyətin müvəffəqiyyətlə icrasına imkan yaradır və həmin fəaliyyət üçün zəruri sayılan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqləri meydana çıxarır.