Nümunə. Vergi auditi məqsədləri üçün risklərin t-testlə qiymətləndirilməsi.
Vergidən yayınma hallarının qarşısının alınması ilk növbədə onu yaradan faktorların
öyrənilməsini və təhlilini tələb edir. Vergi inzibatçılığının gücləndirilməsi, habelə vergi auditi
təbii ki, vergidən yayınma hallarının qarşısının alınmasında mühüm vasitədir. Lakin vergi
auditinin səmərəliliyi xeyli dərəcədə audit məqsədləri üçün vergi ödəyicilərinin seçilməsindən
asılıdır. Belə ki, Azərbaycan Respublikasında hazırda 200 mindən artıq, o cümlədən ƏDV
məqsədləri üçün 10 minə yaxın qeydiyyatdan keçmiş vergi ödəyicisi vardır. Audit məqsədləri
üçün vergi ödəyicilərinin səmərəli şəkildə seçimi vaxtdan və insan resurslarından səmərəli
istifadə edilməsi ilə yanaşı inzibati xərcləri də aşağı salır.
Vergi ödəyicisinin müvafiq vergi bəyannaməsində əks etdirdikləri məlumatların, o
cümlədən faktiki hesablama və ödəmələri hansı səviyyədə həqiqətdən yayınmaya malikdir? Bu
suala t-testin tətbiqi ilə vergi ödəyicilərinin təqdim etdikləri bəyannamələrdəki bir sıra
göstəricilərinin qiymətlərinin həqiqi qiymətlərdən yayınma səviyyəsinə görə vergidən yayınma
risklərinin qiymətləndirilməsi ilə cavab tapaq.
Aydındır ki, vergidən yayınma risklərini idarə etmək, yəni azaltmaq üçün, hər vergi
ödəyicisinin vergidən yayınma riski qiymətləndirilməlidir. Ancaq hər konkret vergi ödəyicisinin
həqiqi öhdəliyini əvvəlcədən müəyyən etmək praktiki baxımından mümkün deyil. Belə
qiymətləndirməni aparmaq üçün vergi ödəyicilərinin eyni cinsli göstəriciləri haqqında
məlumatların orta kəmiyyəti hesablanır. Daha sonra bu orta kəmiyyətin dispersiyası hesablanır.
Qeyd edək ki, digər ölkələrin təcrübəsi də göstərmişdir ki, vergi ödəyicilərinin bəyannamə
məlumatları üzrə əsas risk faktorlarına daxil edilən göstəricilərinin orta kəmiyyəti normal
paylanmaya tabedir. Ona görə də risklərin qiymətləndirilməsində t-paylanmanın tətbiqi elmi və
praktiki əsasa malikdir. Lakin, bu fikri sadələşdirilmiş vergi ödəyiciləri haqqında söyləmək
86
çətindir. Birincisi, sadələşdirilmiş vergi ödəyicilərinin təqdim etdikləri bəyannamə məlumatları
vergidən yayınma risklərinin qiymətləndirilməsi baxımından xeyli azlıq təşkil edir. İkincisi,
sadələşdirilmiş vergi ödəyicilərinin fəaliyyəti kənar müdaxiləyə məruz qalınaraq tənzimlənir.
Məsələn, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsiniə əsasən əvvəlki
üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 22500 manat və ondan az olan hüquqi
şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər
sadələşdirilmiş vergi ödəyiciləri olmaq hüququna malikdirlər
18
(Maddə 218.1). Bu isə həmin
vergi ödəyicilərinin fəaliyyətini əks etdirən göstəricilərə təsadüfü kəmiyyət kimi baxılması üçün
onun tərkibinin sabit orta kəmiyyətə və təsadüfü hissəyə ayrılması problemini yaradır. Bu isə
həmin göstəriciləri normal paylanmaya malik olmamağı ehtimalını artırır. Ona görə də t-test ilə
risklərin qiymətləndirilməsi modeli əsasən ƏDV ödəyiciləri üçün nəzərdə tutulmuşdur.
Vergi bəyannamələrinin formatı elə qurulmalıdır ki, risk faktorları üzrə təhlil aparmaq
üçün kifayət qədər göstəricilər olsun və onlar hüquqi (fiziki) şəxsin mühasibat hesabatlarında öz
əksini tapsın. Qeyd edək ki, hazırda ölkədə tətbiq edilən vergi bəyannamələrinin formatı və
həmin bəyannamələrdə əks olunan məlumatlar risklərin qiymətləndirilməsinə imkan yaradır.
Bununla belə ƏDV bəyannaməsi və onun əlavəsində vergi ödəyicisinin digər vergi
ödəyicilərindən aldığı VHF barədə məlumat verməklə bərabər verdiyi VHF-lar haqqında
məlumatlar da öz əksini tapsaydı, bu istər ƏDV potensialının, istərsə də vergidən yayınma
riskinin qiymətləndirilməsi üçün əhəmiyyətli olardı. Belə ki, ölkə üzrə bütün vergi ödəyicilərinin
verdikləri VHF məbləği ilə vergini əvəzləşdirmələri üçün aldıqları bütün VHF-in məbləği
arasındakı fərq ƏDV-nin potensialını vermiş olar. Aydındır ki, təqdim edilən bütün mal və
xidmətlər aralıq istehlaka sərf olunmur (aralıq istehlaka sərf olunan məhsullar ona müvafiq
təqdim edilən (alınan) VHF vergi ödəyiciləri tərəfindən əvəzləşdirilir və əvəzləşdirilən vergi
məbləği ƏDV bəyannaməsində öz əksini tapır). Həmin məhsulların bir hissəsi son istehlaka sərf
olunduğu üçün əvəzləşdirilmir. Ona görə də cəm olaraq verilən hesab fakturaların məbləği
alınaraq əvəzləşdirilən vergi hesab fakuraların məbləğindən çox olmalıdır. Ayrıca götürülmüş
vergi ödəyicisi üçün bu fərq mənfi də ola bilər. Dolayı vergi kimi ƏDV istehlak vergisi olduğu
üçün son istehlak xərcləri ƏDV-nin vergitutma bazasıdır. Həmin bazaya müvafiq hesablanan
ƏDV isə ƏDV-nin potensialını vermiş olar. Digər tərəfdən vergi ödəyiciləri tərəfindən saxta
təqdim edilən VHF-na görə məsuliyyət və həmin VHF təqdim edən vergi ödəyicilərinin aşkar
olunmasında operativlik artmış olar. Həmçinin, vergi ödəyiciləri tərəfindən verilən və aldınan,
habelə onlar arasındakı fərq öz mahiyyəti etibarı ilə normal paylanmaya tabe olmalıdır. Bu
faktorların risk faktorlarına daxil edilməsi qiymətləndirmənin əhəmiyyətini xeyli artırmış olar.
18
Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Bakı, 2008-ci il, 274 səhifə.
87
Doğrudur belə bir təklif vergi ödəyiciləri və müvafiq beynəlxalq təşkilatlar tərəfindən heç də
müsmət qarşılanmaz.Çünki bir qayda olaraq vergi ödəyiciləri vergi bəyannamələrində daha az və
yığcam məlumat təqdim etmələrinə maraqlıdırlar Ancaq, bununla belə bir daha qeyd edim ki,
ƏDV ödəyicilərinin vergidən yayınma hallaının qarçısının alınması baxımından əhəmiyyətlidir.
Yuxarıda qeyd etdik ki, seçməyə daxil edilən risk faktorlarının göstəriciləri bircins olmalıdır.
Ona görə də seçmənin əsas prinsipi olaraq seçilmiş göstəricilərə əsasən vergi ödəyicilərinin
qruplarında onların arasında müqayisə aparmaqdır. Əsas tələb odur ki, bu müqayisə eyni
fəaliyyətlə məşğul olan vergi ödəyiciləri arasında aparılmalıdır. Bununla yanaşı müqayisənin
dəqiqliyini artırmaq məqsədilə seçilmiş fəaliyyət sahəsi üzrə müqayisə edilən müəssisələr
onların yerləşdiyi əraziyə, işləmə müddətlərinə, işçilərin sayına və s. üzrə qruplaşdırılmalıdırlar.
Biz belə qrupu əhatə qrupu (əhatə dairəsi) adlandıracağıq. Əhatə qrupu daxilində vergi
ödəyicilərinin bəyannamələrində göstərilmiş müvafiq vergi və digər maliyyə göstəricilərinə görə
müqayisəsi aparılır. Aşağıdakı yaxınlaşma bu müqayisənin alqoritmlərini izah edir.
Seçilmiş əhatə dairəsində risk faktorları iki qrupa ayrılır. 1-ci və 2-ci qrup: 1-ci qrup risk
faktorlarına vergi ödəyicilərinin vergi bəyannamələrində əks etdirdikləri əsas göstəricilər daxil
edilir. Məsələn, təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi
hasilatın həcmi; hesablanmış verginin məbləği; azaldılmış verginin məbləği; ödənilmiş vergilərin
məbləği və s. Bu tip göstəricilər əsasən normal paylanmaya malik olur və həmin faktorlara
risklərin qiymətləndirilməsi t-test vasitəsi ilə həyata keçirilir. 2-ci qrup risk faktorlarına spesfik
xarakterə, həmçinin mahiyyəti etibarı ilə normal paylanmaya malik olmayan göstəricilər daxili
edilir. Məsələn, vergi borcları; artıqödəmə və s.
1-ci qrup göstəricilərə görə risklərin hesablanması: Yuxarıda qeyd edildiyi kimi 1-ci qrup
faktorlarda risklər t-test ilə müəyyənləşdirilir. Bu zaman faktorların orta kəmiyyəti və
dispersiyası hesablanaraq orta kəmiyyətdən standart kənarlaşma müəyyən edilir.
k-cı göstəriciyə görə(risk faktoru) i-ci vergi ödəyiciləri üzrə orta qiymət (
k
g
) aşağıdakı
kimi müəyyən olunur:
n
k
m
g
g
m
i
ik
k
,...,
,
,
2
1
1
Burada m – əhatə qrupunda olan vergi ödəyicilərinin sayıdır, n- isə risk göstəricilərinin
(faktorlarının) sayıdır,
ik
g
- əhatə dairəsindəki
konkret seçilmiş i-ci vergi ödəyicisinin k-cı
göstəricinin qiymətdir.
88
ik
g
- göstəricisinin
dispersiyası (
))
var(
ik
g
aşağıdakı kimi hesablanır. Dispersiya hər bir
vergi ödəyicisinin seçilmiş göstəriciyə görə onun orta qiymətə nəzərən dağılmasını
(səpələnməsini) göstərir.
2
)
(
)
var(
k
ik
ik
g
g
g
j
ik
g
- göstəricisinin
standart kənarlaşma (səhv, meyli, sapma,) onun dispersiyasının kvadrat
kökü kimi hesablanır.
)
var(
)
.(
.
ik
ik
g
g
s
s
Styudentin t-paylanmasına (t-test) əsasən göstəricinin standart kənarlaşması göstəricinin öz
qiymətindən xeyli kiçik ədəddirsə (kobud qiymətləndirməyə görə 40%-indən də kiçik) olarsa
onda həmin göstəricinin qiyməti 95% əhəmiyyətlidir, başqa sözlə 95% risksiz göstəricidir.
Beləliklə, k-cı risk faktorunun (RF) qiyməti həmin faktora nəzərən t-statistika olacaqdır.
)
.(
.
ik
ik
ik
g
s
s
g
t
Hər bir göstəriciyə görə t-statistikanın faktiki qiymətinə (
ik
t ) əsasən risk faktorunun balı
(
ik
RFB )müəyyənləşdirilir.
Əhatə qrupu üzrə i-ci vergi ödəyicilərinin k-cı göstəriciyə görə risk faktorların (
ik
t
)
qiymətləri 5 interval üzrə bölünür və hər interval üzrə risk balı verilir:
İntervallar
Ballar
1-ci interval - ən böyük risk faktoru
(t-statistikanın 1-dən kiçik qiyməti),
5 (ən böyük risk)
2-ci interval - böyük risk faktoru
(t-statistikanın 1-1.5 arasında qiyməti),
4 (böyük risk)
3-cü interval - orta risk faktoru
(t-statistikanın 1.5-2.0 arasında qiyməti),
3 (orta risk)
4-cü interval - kiçik risk faktoru
(t-statistikanın 2.0-2.5 arasında qiyməti),
2 (kiçik risk)
5-ci interval - ən kiçik risk faktoru
(t-statistikanın 2.5-3.0 arasında qiyməti),
1 (ən kiçik risk)
89
6-ci interval - sıfır risk faktoru
(t-statistikanın 3.0-dən böyük qiyməti),
0 (risk yoxdur)
2-ci qrup göstəricilərə görə risklərin hesablanması: Qeyd edək ki, konkrent vergi ödəyicisinin
2-ci qrupa daxil olan borc və arıqödəmə risk fakprlarınin ancaq biri üzrə qiymətləndirmə aparılır.
Çünkü əyər vergi ödəyicisinin borcu varsa deməli artıqödəməsi yoxdur, yox əyər artıqödəməsi
varsa, deməli borcu yoxdur. Bu faktorlara gorə risk sıfır qiymətindən kənarlaşmaya görə
müəyyən edilir. Məsələn, borcun olmamağı (sıfıra bərabər olması) və ondan kənarlaşmaya
əsasən risk müəyyənləşdirilir.
Bu qrupa daxil olan borc və artıqödəmənin hər biri üçün risklərin hesablanmasını
göstərək.
Borc faktoruna görə riskin hesablanması: Tutaq ki, verilmiş əhatə dairəsi üzrə vergi
ödəyicilərinin borcun orta miqdarı x -kəmiyyətinə, vergi ödəyicisinin isə borcunun miqdarı x
kəmiyyətinə bərabərdir.
Əgər ( x - x )/ x kəmiyyəti (-1)-ə bərabərdirsə ( x - x )/ x =-1, yəni borc yoxdursa, onda
həmin göstəriciyə görə risk balı “0” verilir (risk yoxdur);
Əgər, -1< ( x - x )/ x
0, onda risk balı “1” verilir (ən kiçik risk);
Əgər, 0< ( x - x )/ x
1, onda risk balı “2” verilir (kiçik risk);
Əgər, 1< ( x - x )/ x
2, onda risk balı “3” verilir (orta risk);
Əgər, 2< ( x - x )/ x
3, onda risk balı “4” verilir (böyük risk);
Əgər, 3< ( x - x )/ x
4, onda risk balı “5” verilir (ən böyük risk).
Artıqödəmə faktoruna görə riskin hesablanması: Tutaq ki, verilmiş əhatə dairəsi üzrə vergi
ödəyicisinin artıqödəməsi vardır (x>0), onda Artıqödəmə faktoruna görə risk balı “0” verilir
(risk yoxdur).
Konkret vergi ödəyicisi üçün Vergi ödəyicilərinin ümumi risk balı (
i
VÖÜRB
)
m
i
RFB
VÖÜRB
ik
n
k
k
i
,...,
,2
1
1
kimi hesablanır. Burada
n
k
k
,...,
,
,
2
1
k-cı göstəricinin vergi ödəyicisinin risk faktorundakı
çəki əmsalıdır. Əgər bütün göstəricilərin ümumi riskdəki payı bərabər olarsa onda çəki əmsalının
qiyməti
n
k
n
k
,...,
,
,
2
1
1
olacaqdır.
90
Əgər faktoru (VÖÜRB) sıfır bal alarsa bu vergi ödəyicisi risksiz sayılır. Əgər konkret
vergi ödəyicisi üçün bal 5 olarsa, bu vergi ödəyicisi ən riskli sayılır və belə vergi ödəyicisi
birinci növbədə vergi yoxlamasının aparılması üçün seçilməlidir.
Qeyd edək ki, vergi ödəyicilərinin vergidən yayınma risklərin müəyyənləşdirilməsi üçün
təsvir edilən bu modelin müxtəlif modifikasiyaları (variantları) mümkündür. Qeyd edək ki, ƏDV
məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicisinin artıqödəmə göstəricisinin xüsusi təhlilinin
aparılmasına ehtiyac vardır. Belə ki, bu göstəricinin mövcud olması nəinki riski azaldan hətta
artıran faktora çevrilə bilər. Məsələn, əyər vergi ödəyicisinin artıqödəməsi idxal etdiyi məhsula
görə verginin əvəzləşdirilməsi hesabına yaranıbsa, deməli həmin məhsul son istehlaka deyil
məhsul istehsalı prosesində aralıq istehlaka sərf olunub. Bu isə o deməkdir ki, həmin məhsul
hesabına müəssisə əlavə dəyər yaradacaqdır və bu əlavə dəyərə görə yaranan vergi öhdəliyi
gömrükdə idxala görə ödənilən ƏDV-nin miqdarından çox olmalıdır. Məsələn, rəsmi statistik
məlumata görə 2007-ci ildə ölkədə ümumi buraxılışda əlavə dəyərin xüsusi çəkisi 66.3 faizə
bərabərdir. Bu isə o deməkdir ki, müəssisə orta hesabla istehsal etdiyi məhsulun dəyərinin yalnız
33.7 faizi sərf olunan (əvəzləşdirilən dövriyyə) məhsul, yəni aralıq istehlak təşkil edir. Məhsul
dəyərinin qalan 66.3 faizi isə müəssisə tərəfindən yeni yaradılan dəyərdir ki, bunun da təkcə
ƏDV-si nəticə etibarı ilə əvəzləşdirilən ƏDV-dən təxminən iki dəfə çox olmalıdır. Deməli eyni
bir müəssisə üçün verginin əvəzləşdirilməsi yolu ilə artıqödəmənin yaranması uzun sürə bilməz
və növbəti istehsal dövrlərində (bu proses istehsalın başlanması ilə başa çatması dövrün, yəni 3
aydan 3 ilə qədər, çox nadir hallarda uzun müddətli nəhəng tikililətin və ya zavodların işə
düşməsi dövrünə qədər, yəni, 5 ilə qədər uzana bilər) yox olaraq əlavə vergi ödənilməsinə
çevrilməlidir. Əyər bu proses baş vermirsə deməli, müəssisə istehsal etdiyi məhsulun xeyli
hissəsinin qeyri-rəsmi dövriyyəsini yaratmaqla vergidən yayınır. Uzun müddət istehsal olunmuş
məhsulun satılmayaraq anbarlarda qalması da məntiqə uyğun deyil, çünki bu zaman müəssisənin
nəinki artıq ödəməsi hətta istehsal xərclərinin ödəyə bilməməyi səbəbindən borc öhdəlikləri
yaranmalıdır. Qeyd edək ki, rəsmi statistik məlumatlara əsasən ölkədə 2007-ci ildə məhsul
istehsalında əlavə dəyərin xüsusi çəkisi müxtəlif məhsul növləri və istehsal sahələrində 12.5
faizdən (qida məhsulları, içki və tütün) 97 faizə (neft hasilatı - ƏBƏŞ) dəyişir.
Vergi borclarının əhəmiyyətli şəkildə risklərin qiymətləndirilməsinə daxil edilməsi də
müəyyən tədqiqat tələb edir. Belə ki, bu hal mahiyyət etibarı ilə vergidən yayınma riskini artıran
faktor kimi olmaya da bilər. Məsələn, istehsal prosesində istehlak olunan məhsul istehsalçısının
və ya satıcısının inhisarçı mövqeyə malik olması səbəbindən süni şəkildə artırılmış qiymətlərlə
aralıq istehlak xərclərinin artması və nəticə etibarı ilə vergi ödəyicisinin borclanmasını göstərə
bilərik. İstər artıqödəmə, istərsə də borc də borc amilinin modeldə nəzərə alınması üçün ən azı
müəssisənin 3 illik bəyannamə məlumatları lazım gəlir. Qeyd edək ki, yeni vergi bəyannamə
91
formalarının və AVİS-in 2006-cı ildən tətbiqini nəzərə alsaq, hazırda mükəmməl risk modelləri
üçün məlumat bazası formalaşmamışdır. Artıq növbəti illərdə bu tipli modellərin real olaraq
tətbiq edilməsi şəraiti yaranacaqdır.
Modelin digər bir variantı kimi, seçilmiş əhatə dairəsində vergi ödəyicilərini əvvəlcə risk
faktorları toplanılaraq orta qiyməti tapılır. Qeyd edək ki, bu zaman, risk faktorlarına daxil edən
bütün göstəricilərin normal paylanmaya malik olmaları, habelə sabit dispersiya və sınaqların
(müəssisə və göstəricilərin) sayının bərabər olması vacibdir.
,
m
g
g
n
k
ik
m
i
1
1
i
g
- göstəricisinin
dispersiyası (
))
var(
i
g
aşağıdakı kimi hesablanır. Dispersiya hər bir
vergi ödəyicisinin seçilmiş göstəriciyə görə onun orta qiymətə nəzərən dağılmasını
(səpələnməsini) göstərir.
2
)
(
)
var(
g
g
g
i
i
i
g
- göstəricisinin
standart kənarlaşma (səhv, meyli, sapma,) onun dispersiyasının kvadrat
kökü kimi hesablanır.
)
var(
)
.(
.
i
i
g
g
s
s
Styudentin t-paylanmasına (t-test) əsasən göstəricinin standart kənarlaşması göstəricinin öz
qiymətindən xeyli kiçik ədəddirsə (kobud qiymətləndirməyə görə 40%-indən də kiçik) olarsa
onda həmin göstəricinin qiyməti 95% əhəmiyyətlidir, başqa sözlə 95% risksiz göstəricidir.
Beləliklə, risk faktorunun (RF) qiyməti həmin faktora nəzərən t-statistika olacaqdır.
)
.(
.
i
i
i
g
s
s
g
t
Hər bir göstəriciyə görə t-statistikanın faktiki qiymətinə (
i
t
) əsasən risk faktorunun balı
(
i
RFB
) müəyyənləşdirilir.
Əhatə qrupu üzrə vergi ödəyicilərinin risk faktorların (
i
t ) qiymətləri 5 interval üzrə
bölünür və hər interval üzrə risk balı verilir:
92
İntervallar
Ballar
1-ci interval - ən böyük risk faktoru
(t-statistikanın 1-dən kiçik qiyməti),
5 (ən böyük risk)
2-ci interval - böyük risk faktoru
(t-statistikanın 1-1.5 arasında qiyməti),
4 (böyük risk)
3-cü interval - orta risk faktoru
(t-statistikanın 1.5-2.0 arasında qiyməti),
3 (orta risk)
4-cü interval - kiçik risk faktoru
(t-statistikanın 2.0-2.5 arasında qiyməti),
2 (kiçik risk)
5-ci interval - ən kiçik risk faktoru
(t-statistikanın 2.5-3.0 arasında qiyməti),
1 (ən kiçik risk)
6-ci interval - sıfır risk faktoru
(t-statistikanın 3.0-dən böyük qiyməti),
0 (risk yoxdur)
Əgər faktoru (VÖÜRB) sıfır bal alarsa bu vergi ödəyicisi risksiz sayılır. Əgər konkret
vergi ödəyicisi üçün bal 5 olarsa, bu vergi ödəyicisi ən riskli sayılır və belə vergi ödəyicisi
birinci növbədə vergi yoxlamasının aparılması üçün seçilməlidir.
93
I I F Ə S Ġ L . EKONOMETRĠKANIN BAġLANĞICI
2.1. Ekonome trik modellər . Korrelyasiya və reqress iya təhlilinin
əsas məsələləri
Ekonometriya elmi bir istiqamətdir. Onun predmeti iqtisadi təzahürlərin və
proseslərin kəmiyyət tərəfini riyazi və statistik üsullarla öyrənməkdən ibarətdir.
Bu, iqtisadiyyat elminin nisbətən yeni istiqamətidir. Ekonometrikanı riyazi
iqtisadiyyatdan fərqləndirən ən mühüm cəhət onun real iqtisadi prosesləri konkret
hesablama materialları əsasında tədqiq etməsidir. Ekonometrika iqtisadiyyatın
nəzəri təhlilinin nailiyyətlərini riyaziyyat və statistikanın nailiyyətləri ilə sintez
edir. Bu mənada ekonometrikanı üç elmin –iqtisadiyyat, riyaziyyat və statistikanın
kəsişməsi kimi də xarakterizə etmək olar.
Ekonometrika «ekonomiya» (iqtisadiyyat) və «metrika» (ölçmə) sözlərindən
düzəldilmişdir və məşhur Norveç alimi, Nobel mükafatı laureatı R.Friş tərəfindən
elmə daxil edilmişdir. Bu elm xarici ölkələrdə, xüsusilə Qərbdə geniş yayılmışdır.
Bazar münasibətlərinə malik inkişaf etmiş ölkələrdə ali məktəblərin iqtisadi və
sosial yönümlü ixtisaslarında geniş tədris olunur.
Ekonometrika elmi XX əsrin əvvəllərində xətti proqramlaşdırma məsələsinin,
sahələrarası balans modelinin yaranması və onların real iqtisadi proseslərə tətbiqi
ilə yanaşı yaranmışdır. Bəzi ədəbiyyatlarda ekonometrika termininin əvəzinə
"ekonometriya" termini də işlədilir.
Keçmiş sovet elmində ekonometrik modellərə iqtisadi-riyazi üsulların tərkib
hissəsi kimi baxılırdı. İqtisadi-riyazi üsullar terminini akademik V.S.Nemçinov 60-
cı illərin əvvəllərində elmə daxil etmişdir. İqtisadi-riyazi üsullar iqtisadiyyatın
öyrənilməsi üçün iqtisadiyyat və riyaziyyat elmlərinin birləşməsinin ümumiləşmiş
adıdır.
Ekonometrik modellər iqtisadiyyatın mikro və makro səviyyəsində uğurla
tətbiq edilir. Bu modellər vasitəsilə iqtisadiyyatın nəzəri məsələləri riyazi
statistikanın üsulları ilə faktiki və ya empirik materiallar əsasında yoxlanılır. Bu
94
baxımdan ekonometrik modellərin qurulması və adekvatlığın yoxlanması riyazi
statistikanın korrelyasiya və reqressiya təhlili ilə bilavasitə bağlıdır.
Korrelyasiya anlayışı XIX əsrin ortalarında ingilis statistikləri F.Qalton və
K.Pirsonun işlərində meydana çıxmışdır. “Korrelyasiya” termini latın “correlation“
sözündən yaranmışdır, mənası qarşılıqlı asılılıq, münasibət deməkdir. ”Reqressiya”
terminini də F.Qalton daxil etmişdir, latın “regression” sözündən yaranıb, mənası
geriyə hərəkət deməkdir. F.Qalton bu terminləri valideynlərin boy uzunluqları ilə
onların övladlarının boy uzunluqları arasındakı əlaqəni öyrənərkən elmə gətir-
mişdir. Bu zaman o, belə bir nəticə almışdır ki, uzun boya malik valideynlərin
övladlarının boylarının uzunluqları orta boya yaxınlaşır.
İqtisadiyyatda bir sıra iqtisadi göstəricilər vardır ki, onlar arasında sıx əlaqə
mövcuddur. Bu elə asılılıqdır ki, bir dəyişənin hər bir qiymətinə digər bir dəyişənin
hansısa müəyyən deyil, çoxlu sayda mümkün qiymətləri uyğun gəlir. Belə
asılılıqlar statistik, stoxastik və ya ehtimallı asılılıqlar adını almışdır. Statistik ası-
lılıqlara misal olaraq, ölkənin ümumi daxili məhsulunun kapital (əsas fondlardan)
və əmək qüvvəsindən, kənd təsərrüfatı bitkilərinin məhsuldarlıqlarının onların əkin
sahələrinə verilən gübrələrin miqdarından asılılıqlarını göstərmək olar. Dəyişənlər
arasındakı statistik asılılıqları korrelyasiya və reqressiya təhlilinin üsulları ilə
öyrənmək mümkündür. Bu üsulların köməyi ilə müxtəlif tir məsələlər həll edilir.
Reqressiya təhlilinin əsas məsələsi dəyişənlər arasında asılılığın şəklinin
müəyyən edilməsindən ibarətdir.
Korrelyasiya təhlilinin əsas məsələsi isə dəyişənlər arasındakı əlaqənin üzə
çıxarılması və onun əlaqə sıxlığının qiymətləndirilməsindən ibarətdir.
Dostları ilə paylaş: |