Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   31

 

İnamlı  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Atanı  oxumadığım 

günüm yoxdur. Hazırda Atanın “Özüllər Özülü” Bitiyini oxuyuram. 

Nurtəkinin sözüylə desək, düşünə-düşünə oxuyuram, qaça-qaça oxu-

muram. 


 

15 


Sabir  Yanardağın  “İstibdad  və  istila”  əsərini  oxuyandan  sonra 

kiçik  bir  yazı  yazmışdım.  Orda  ən  doğru  sözlər  özümə  aid  idi.  Biz 

çox  vaxt  söz  deyəndə  çətinlik  çəkirik,  əsasən  “Ailə  Günü”  tədbir-

lərində. Mən S.Yanardağın orda təhlil elədiyi əsərlərdən çox şey bəh-

rələndim.  Ancaq  orda  elə  ziddiyyətli  məqamlar  var  ki,  mən  özümü 

onun yerinə qoydum. İnsan ziddiyyətli olanda hadisələrə həqiqi qiy-

mət  verə  bilmir.  Ziddiyyətin  içindən  çıxa  bilmədiyinə  görə  ziddiy-

yətli qiymət verir. Mən düşünürəm ki, yazı yazmaqdır, söz deməkdir, 

bunun  hamısı  insan  özünü  qurandan  sonra  baş  verir.  Ömrümün 

yaranması vacibdir ki, səhvimə, elə adicə iş yerimdə olan haqsızlığa 

qiymət verə bilim. 

İş yerimdə yanlışlara yol verirəm, onlarla ünsiyyətdə məni ittiham 

edirlər.  Mən  qarşılıqlı  münasibət  bildirəndə  özümü  itirirəm,  onlara 

aqressiv cavab verdiyim üçün uduzuram. Deməli, özümü hələ yetir-

məmişəm. Yetirsəydim, həyatda qarşılaşdığım hadisələrdə səhvə yol 

verməzdim. Atanı oxuyuram, hər şey sadədir, başa düşdüm, keçirəm 

ikinci  səhifəyə,  birinci  səhifədəki  sözü  təkrarlayıb  cavabını  verə 

bilmirəm. Belə baxanda çox sadədir. Ata orda deyir ki, dünya özündə 

Mütləqə  çatmaq  imkanı  daşımır,  həyat  özündə  Mütləqə  çat-maq 

imkanı daşımır. Ancaq insan özündəki mənaya çatmaq imkanı daşı-

yır. Belə baxanda sadədir, gəl indi onu aç. 

 

 



 

Bir gün mən Soylu Atalıya sual verdim ki, Asif Atanın məişətiylə 

bağlı davranışlarını “Ata səcdəsində” kitabından oxuyub öyrənirəm. 

Dedi  ki,  “sən  ordan  öyrənmə.  Kiminsə  ömrünü  əzbərləməzlər.  Sən 



 

16 


Mütləqə yetəndən sonra Atanı da anlayacaqsan, özünü də. Mütləqin 

ölçüsü  birdir.  Bu  ölçüyə  yetəndə  biləcəksən  ki,  necə  davranmaq 

gərəkdir”. 

Həyatda  min  ölçü  var.  Hərənin  bir  ölçüsü,  baxışı  var.  Mütəqə 

yetəndən  sonra  insan  hadisəyə  münasibətini  bildirərkən  qırağa 

çıxmaları olmur. 

Xalqlaşma ilə bağlı yeni əməllərim yoxdur. 

Qonu ilə bağlı: İnsan doğulur, bağçaya gedir, oxula gedir. Ancaq 

özündən  qırağa  çıxmır.  İşdə  mənimlə  ünsiyyətdə  hər  təbəqənin 

adamları  olur.  Nazirlikdən  gələnlər  olur,  aydınlardan,  başqa  yönün 

adamlarından  qarşılaşdıqlarım  olur.  Hamısı  cəmiyyətdən  şikayət 

edir. Vaxt var idi, mən də elə idim. Mən də deyirdim ki, bu həyatdan, 

bu insandan heç nə çıxmaz. Özüm özümə sual vermirdim ki, özüm-

dən nə çıxar. Mən insanam axı. Özüm  İnsanlığın, Mütləqin tələblə-

rinə  cavab  verə  bilirəmmi?  Nə  qədər  xeyirliyəm,  ədalətliyəm,  vic-

danlıyam. Nə dərəcədə mən  cəmiyyətdən üstünəm?! 

Mən  də  bir  vaxtlar  elə  idim.  Hamı  elə  bilir  özü  düz  yaşayır, 

başqaları yanlış. Ata da deyir ki, zamandan asılı olmadığın dərəcədə 

azadsan.  Mühitdən  asılı  olmadığın  dərəcədə  azadsan.  İçindəki 

balacalıqdan azad olmalısan. 

Mən  demirəm  ki,  cəmiyyətdə  hamı  pisdir.  Tərbiyəli  insanlar  da 

var, ancaq təbiətdən gələn xarakterlə yaşamaq azdır. Çünkü istənilən 

halda, həmin insan yalan yaşamaq imkanı gəzdirir özündə. Cəmiyyət 

fərdi keyfiyyətlərini itirmiş insanların məcmuudur. Cəmiyyət adam-

lıq halını ifadə edir. İnsan olub cəmiyyət içində qalmaq çox çətindir. 

Bəzən  əsəbləşirəm  və  deyirəm  ki,  mən  də  həyatdan  biri  ola-

cam.  Çünkü bu gün cəmiyyətdən ayrılıb insan kimi yaşamaq sorun-

larla üzləşməkdir. Çünkü şər xeyiri öldürməyə yönəlib. Cəmiyyət də 

özündə  şəri  yaşadır.  Ona  görə  cəmiyyət  mütləq  ruhaniləşməlidir. 

Gedişat  sübut  edir  ki,  Ocaq  ideyalarından  qıraqda  insani  qurallar 

yaratmaq mümkün deyil. 

Atamız Var olsun! 



 

Nurtəkin Atalı: Bir neçə ay bundan qabaq, İnamlı ilə mən “Ailə 

Günü”ndə bir-birinə münasibətdə öz yanlışlarımızı boynumuza aldıq. 

O da özündən çıxmışdı, mən də. İkimiz də bunu öz yanlışımız kimi 

qiymətləndirdik.  Məsələ  burasındadır  ki,  boynuna  almada  dayanıb 

qalmamalıyıq, çıxmalıyıq. Atanı oxumaq bizi düşündürür, ağlımız nə 

dərəcədə  işıqlanır,  yetkinləşir,  bunu  ömrümüzə  çevirmək  gərəkdir. 



 

17 


Yəni  sən  deyirsən  ki,  dünyanın  dünyalıq  adlı  mənası  var,  insanın 

insanlıq adlı mənası var, bunu dərk eləmək çətindir. Bax, bilməyimiz 

gərəkən anlam odur ki, gərək halımızda özünü göstərən aqressiya ilə 

döyüşək, onda biz dünyalıq adlı mənaya, insanlıq adlı mənaya çata-

cağıq.  Hər  zaman  özünə  nəzarət  gərəkdir,  hər  zaman  özüylədöyüş 

gərəkdir. Hər zaman özünü görmək gərəkdir ki, ruhani halından en-

məyəsən. 

Mənim  işlədiyim  yerlərdə,  işimdə  səhv  ola  bilirdi,  ancaq  xarak-

terimdə, münasibətimdə qüsur yox idi. Təbii  ki, işdə hamımız səhv 

edə  bilərik,  ancaq  bizim  xarakterimizi  qurmaq  bizi  öz  mühitmizi 

yaratmağa gətirib çıxarır ki, başqa bir hal ora təsir eləməsin. 

Məsələ  ondadır  ki,  hər  bir  yanlışımızın  özü  də  bizim  üçün  bir 

təkandır.  Bəzən  çətinliyə  düşə  bilərik,  ancaq  yanlışın  aşkarlanması 

belə  önəmlidir.  Qoy  qıraqdakı  desin  ki,  səndə  kobudluq  var. 

Çatışmayan  cəhətlərin  aşkarlanması  belə  bizim  özümüzə  inamımızı 

azaltmamalıdır. 

Mənim tənqid daha yaxşı yadımda qalır, tərif yadımda qalmır. O 

da  hər  kəs  tərəfindən  yox.  Əsasən  Ocaq  Yükümlüsü  tərəfindən 

yanlışlarıma görə düzəldilməyim mənim indiyə qədər yadımda qalıb. 

Onunla  hər  bir  şeyi  bölüşürəm  ki,  o  mənə  desin  ki,  nədə  səhv 

etmişəm. Ola bilər mən onu görə bilmirəm. Buna mənim ehtiyacım 

olur ki, bu Soylu Atalı tərəfindən deyilsin.  

 “Evlad  Günü”   mərasimində  Soylu  Atalı  dedi  ki,  özüylədöyüş 

gündəliyi  yazılmalıdır,  təqdim  olunmalıdır.  Məsələn,  özüylədöyüş 

dəftərlərinə  mən  ayrı-ayrı  epizodlar  yazıram.  Təbii,  o,  özüylədöyüş 

deyil,  dəftərləri  təqdim  eləmək  gərəkdir  ki,  Ocaq  Yükümlüsü  bizi 

özümüzə  göstərə  bilsin.  Əgər  mən  o  cəhətdən  çıxmaq  istəyirəmsə, 

özümü  ifadə  eləməliyəm,  döyüşməliyəm,  bu  hər  zaman  mənim 

diqqətimdə  olmalıdır.  Əgər  mən  bunu  bir  daha  təkrarlamaq  istəmi-

rəmsə,  deməli,  mən  oxumalıyam,  düşünməliyəm,  yazmalıyam,  öz 

üzərimdə işləməliyəm və bunu da bölüşməkdən çəkinməməliyəm. 

 

Göylü  Atalı: Nurtəkin  deyir,  tənqid  daha  çox  yadımda  qalır. 

Tənqid  məsələsi  belədir,  bir  var  özünə  qarşı,  bir  də  var  başqasına 

qarşı.  Məsələn,  Mövlananın  belə  bir  sözü  var  ki,  qüsuru  görmək 

mənlik  deyil,  qüsuru  örtmək  mənlikdir.  Bu  da  baxır  nədə.  Özünün 

qüsuruna qarşı kobudluq, əlbəttə, bu doğru deyil, ancaq qüsuru üzünə 

deməklə  onu  daha  da  qırır.  Ona  görə  bu  məsələdə  maksimum 


 

18 


diqqətli olmaq. Harda kor olmaq, harda göstərmək və kimin göstər-

məyi. Hər iki tərəf buna haqq eləməlidir. 

 

Nurtəkin  Atalı: Aşağılamaq  yönündə  deyil,  böyütmək  yönündə 

gərəklidir tənqid. 



 

Göylü  Atalı: Ümumiyyətlə,  gözəl  şeyləri  qabartmaq  insana  daha 

yaxşı  təsir  edir,  nəinki  pis  tərəfini  qabartmaq.  Bunu  mən  səndən 

öyrəndim ki, ilk qarşılaşdığın adamda gördüyün, birinci ağlına gələn 

yaxşı  şeydirmi,  pis  şeydirmi?  Onu  mən  özümdə  qüsur  görürəm  ki, 

fərdə  məhz  tənqid  gözüylə  baxıram.  Birinci  yaxşı  keyfiyyətlərini 

görüb üzə çıxarmaq yaxşı olar. 

 

Güntay  Atalı Ataya  səcdə  ilə  sözünə  başladı:  Mənim  elə  dolğun 

çıxışım yoxdu. Atanı hər gün oxuyuram, halıma çatan, ancaq ağlıma 

çatmayan  məqamlar  olur.  Müəyyən  mərhələlərlə  özümə  aydınlaş-

dırmağa çalışıram. Ancaq bir dəfə oxumaqla içimə çevrilmir. 

Kamilləşməmdə  mənə  elə  gəlir  ki,  hansısa  uğurlara  yetməkdə-

yəm. 


 

 

 



Hər  insan  özü  özünü  daha  yaxşı  tanıyır.  Mən  ömrümü  tutuş-

dururam,  nələrisə  qazandığımı  görürəm.  O  sarıdan  deyirəm  ki, 

mənim kamilləşmə yönündə müəyyən uğurlarım var. 

Xalqlaşma işim. Ayrıca məqsədli olaraq xalq içinə çıxmamışam. 

Evdə,  iş  yerimdə,  ailə  mühitimizdə  söhbətlərim  olub.  Amalımızla 


 

19 


bağlı söz deyə bilirəm. Bu gün tədbirimizə iş yoldaşım Ceyhun bəy 

də qatılıb. Onunla tez-tez söhbətlərimiz olur. 

Ata  tələb  qoyub  qarşımızda,  özünü  yaratmalısan.  Mən  buna 

çalışıram. Özümü yaratmaq yönündə inamda bərkiməyi düşünürəm. 

Atamız Var olsun! 

 

Nurtəkin  Atalı: Güntay dediklərini həyata keçirir. Ocağımıza bu 

gün  çap  qurğusu  hədiyyə  edib.  Son  zamanlar  Güntayla  fikir  bölüş-

mələrim  olur.  Onun  halı  artır.  Onun  içindəki  həsrəti  mən  görürəm. 

Söhbətlərimizdə ikimiz üçün də doğma mühit yaradır. 

 

Ağşın  Ağkəmərli: Mən  sizin  Oğuz  bayramınızı  təbrik  edirəm, 

Xalqımız üçün xeyirli olsun. 

Mən  Tehranda  olanda  eşitdim  ki,  Ulusəs  xanımın  bacısı  vəfat 

edibdir. Ona da başsağlığı verirəm. 

Üstünün sözündən bir şey götürmək istəyirəm. Deyir ki, Asif Ata 

Evladlarına deyir ki, səfər insanlara iki şey verir, həm döyüş, həm də  

 

 



 

imtahan. Eyni zamanda mən görürəm ki, Ocaqçılarda bir şey var ki, 

özlərindən  razı  deyillər.  Gördüyü  işləri,  aldığı  düşüncələri,  aldığı 

fikirləri az  sayırlar.  Mən fikirləşirəm  ki,  bu,  təbiidir. Bunun  özü  də 

gözəldir.  Eyni  halda  bunun  bir  səbəbi  vardır,  yenə  Üstünün  sözünə 

gəlirəm  ki,  biz  hələ  təlatümlü  həyat  sürmürük.  Məsələn,  səfərə 

çıxanda o insana çox şey verir. Üstünün sözlərinin içində böyük bir 

həqiqət var. Soylu bəyin səfərləri çox olur. Səfər insanda bir təlatüm 



 

20 


yaradır. O hərəkətin nəticəsində sən öyrəndiklərinlə yaşayırsan, için-

də onu böyüdürsən. O istər-istəməz bir döyüş meydanına çevrilir. 

Nəsiminin bir sözü var, “gövdədən yar ayrılır”. Mən burda olma-

yanda həqiqətən o hissi yaşayıram. Ocağın mənə verdiyi çox şeylər 

vardır. Ocağın gördüyü iş çox önəmlidir, bənzəri yoxdur. Bu fikirlər 

dörd divar arasında qalmır, öz təsirini göstərir. 

Tehranda  olanda  çoxdan  görüşmədiyim  bir  dostum  mənə  zəng 

elədi ki, görüşək.  Mən çox maraqlanmırdım onu görüm. Onun başı 

ticarətə-zada  qarışıb  deyə,  maraqlanmırdım  görüşə.  Axır  ki,  onun 

israrı ilə görüşdük. Gördüm  ki, saytlardan Ocağın işləri ilə tanışlığı 

var. Söhbətdən hiss etdim  ki, bu həqiqətən bir şeylər almaq istəyir. 

Ocaqdan  azdan-çoxdan  bilgisi  var.  Mən  də  sevindim.  O  yoldaşla 

görüşmək məndə xas bir sevinc oyatdı. O sevincin nəticəsində məndə 

də bir təsir buraxdı, bir daha anladım ki, buraya biz nə qədər bağlı-

yıq. Bu gün o məni Ocağa görə tanıyırdı. Bu meyara görə tanıyırdı 

və bu fikirlərlə maraqlanırdı. 

  

 

 



Orda “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabı vardı, söhbət-

lərdən  disklər  vardı,  ona  verdim.  Apardı,  iki  gün  sonra  yenə 

görüşdük.  Demək  istəyirəm  ki,  burda  böyük  bir  hərəkət  gedir.  Bu 

görüşlərin, ideyanın Güneydə əks-sədası genişlənir. İstər-istəməz biz 

buna  inanırıq  ki,  həqiqət  gec-tez  öz  yolunu  tapacaq.  Çünkü  burda 

gerçəklik var. 



 

21 


Tənqid  haqqında  söhbət  getdi.  Tənqid  gözəl  şeydir.  Qüsuru 

demək  yönətim  məsələsinə  aiddir.  Ancaq  tənqidi  kim  deyir,  bunun 

da təsiri çoxdur. 

Mən  boşluğa  gedəndə  Ocağa  söykənirəm.  Düşüncəm  də,  fikir-

lərim də bu yolla gedir. Bizim düşüncəmiz xalqımızdan, millətimiz-

dən ayrı məsələ deyil. Biz bu xoşbəxtliyə mənəvi mənada çatmışıqsa, 

bunu hamıyla paylaşmaq istəyirəm. 

Bu günlər tədbirlərdə yeni üzlər görürəm, eyni halda köhnə üzləri 

də görürəm. Bu Ocağın artırmaq, böyütmək gücünü göstərməkdədir, 

çox gözəldir. 



 

Nurtəkin Atalı: Ata bizim içimizdəki imkanları aşkarladı. Həyat-

da o imkanlar heç vaxt aşkarlanmayacaqdı. Fitrət var, ancaq Ocaqda 

insan daha da kamilləşir, yetkinləşir. 

 

Ağşın  Ağkəmərli: Tamamilə  razıyam.  Ocaq  insanların  içindəki 

potensialı üzə çıxarır. Bunun çox böyük önəmi vardır. 

Quzeydən ayrılanda özümdə həsrəti və buraya bağlılığı daha artıq 

hiss  edirəm.  Ayrılıqdan  sonrakı  vüsal  və  həsrət,  birlik  daha  gözəl 

duyğular yaşadır. 

Güneydə  olarkən  bir  dostumun  yas  məclisində  oldum.  Xeyir-şər 

cəmiyyəti odasında kəndin camaatı yığılmışdı. Orda Ocağın quralları 

yönündən  söhbət  elədim.  Sonradan  bəlli  oldu  ki,  çoxlarının  ürəyin-

dən  imiş  dediyim  sözlər.  Bu  gün  məni  Ocağa  bağlayan,  Asif  Atanı 

peyğəmbər  kimi  tanıdan  Ocağın,  Ocaq  ideyalarının  dolğunluğudur. 

Bu, bizim sözümüzdür, bizim tariximizin varlığıdır. Bizim gələcəyi-

mizlə  bağlıdır.  Bu  gün  burda  gedən  söhbətlərimiz  bir  çoxlarının 

istəyidir, ürəyindən keçəndir. Bu gün Ocağı təqdim edəndə qarşıdakı 

özünü  sənin  dediklərində  tapırsa,  uğurdur.  Yas  məclisində  çıxışım-

dan  sonra  çoxları  məni  yenidən  söhbətlərə  dəvət  etdi.  Bura  söykə-

nəndə, buranın sözünü onlara deyəndə onlara xoş gəlirdi. 

Bu  yaşımda,  çox  fəaliyyətlərdən  sonra  gəldiyim  qənaət  odur  ki, 

şəxsi  mənafelərdən  və  şəxsi  istəklərdən  uzaq,  təmiz,  milətini  və 

insanlığı  ifadə  edən,  təsdiq  edən  hadisə  Ocaqdır.  Buna  inanıram, 

sizlərlə  olduğuma  görə  də  tək-tək  fəxr  edirəm.  Ocaqla  bağlı  oldu-

ğuma görə qürur duyuram. 



Səbuhi: Bu gün mən vaxtından tez gəlmişdim. Soylu bəylə yarım 

saata qədər söhbət etdim. Razılaşdığım və razılaşmadığım məqamlar 

var, bu normaldır. 


 

22 


Atanı  kitablardan  oxuyuram.  Ocaqçılar  çıxışlarında  Amallaşma, 

Kamilləşmədən hesabat verdilər. Mənə elə gəlir ki, Amallaşma kiçik 

bir  vərəqə  sığan  hesabat  deyil.  Vaxt  məhdudiyyətidir,  ya  nədir,  az 

gəldi mənə. 

Bizim Dədə Qorqudumuz var, Koroğlumuz var, bunu hamı bilir. 

Biz tarixə-dastanlara ilişib qalmamalıyıq. Bunlarla normal cəmiyyət 

qura  bimərik.  Doğulacaq  körpəyə  dastanlar  deyil,  öz  beyninin 

məhsulu olan fikirlər deyilməlidir. Sonra da cəmiyyətə ötürməlidir. 

Biz ilk tanış olduğumuz insanda dini məqamlar axtarırıq, insanlıq 

axtarmırıq.  İnsana  insan  kimi  yanaşmaq  yoxdur.  İdeoloji  baxımdan 

yanaşırıq. Dastanlardakı, nağıllardakı insanları axtarırıq. Çünkü biz o 

dastanlara ilişib qalmışıq. Adət-ənənələri unutmaq, onların üzərindən 

xətt çəkmək də doğru deyil.  

 

 



 

 

Bu, mənim subyektiv fikrimdir, ancaq yalnız adət-ənənəsinə bağlı 



olan millət heç vaxt inkişaf eləmir. 

 

Ceyhun  bəy: Bu  millət  köhnə  adətlərin  üstündə  millətçiliyinə 

qayıtdı. Bu xalqı birləşdirmək istəyirənsə, gərək kökündən yapışasan. 

Bu millət dağılıb, güneyli, quzeyli. Onları birləşdirmək üçün kökünə 

qayıtmalıdır.  Yoxsa  bu  millət  birləşməyəcək.  Bu  millətin  yaralı 

yerləri var. Vaxtilə öz dilində danışmağa qadağa qoymuşdular. Mil-

lətin  keçmişi  elə  bir  şeydir  ki,  onsuz  bu  xalqı  bir  yerə  yığa  bilmə-



 

23 


yəcəksən. Sönmüş ocaqdır, yandıran oğul olsa, çox tez alışar. Ocaq 

bu işi görür. 

 

Soylu  Atalı: Mən  birinci  sözümü  İnamlı  ilə  başlamaq  istəyirəm. 

Böyük yolun başlanğıcına üz tutub. Özünü görmə və özünü yaratma 

böyük  bir  başlanğıcdır.  İnsan  adətən  uzun  bir  yol  keçir  içində.  Bu 

baxımdan  mən  qutlayıram  İnamlını,  axtarışlarında  elə  bir  aşamaya 

gəlib çatıb. Rahatsızlığı da doğrudur. Bununla bağlı da bir məqama 

toxunum. Bir dəfə bizim keçmiş amaldaşlarımızdan biri Ataya dedi 

ki, mən iş yerimdə çox ciddi sorunlar yaşayıram, mən nə edim? Bən-

zəri  şeylər  dedi.  Ata  dedi  ki,  oğul,  sən  balaca  gölməçələrdə  böyük 

dalğalar yaratmaq istəyirsən. Gərək deyil. Hər birimiz işləyirik. Əgər 

biz Ocağı yalnız iş yerimizdə ifadə eləyib vermək istəsək, onda biz 

uğurlar əldə edə bilməyəcəyik. 

 

 



 

İş  yerindən  qırağa  çıxmaq  zorundayıq.  İş  yerində  yeri  gələr  ki, 

çox dərinə getmək gərək olmaz. Çox da balaca qüsurlarla öcəşməyin, 

gərək  deyil.  İşinizi  işləyin,  ayaqda  saxlasın  sizi.  Siz  də  uzaq  hə-

dəflərə  vura  biləsiniz.  Məqamı  gələrsə,  tini  düşərsə,  böyük  mənada 

haqsızlıq görərsənsə, ona öcəşmədən etiraz edə bilərsən. Ancaq öcəş-

mək  gərək  deyil.  Öcəşmək  insanların  gözündə  demaqogiya  yaradır. 

Gərək  deyil.  Əsəb  xərcləyirsiniz,  uğur  əldə  eləmirsiniz.  Özünüzü 

böyük  məsələlərə  hazırlayın.  Böyük  mübarizələrə  böyütmək,  ha-

zırlamaq  gərəkdir  özünü,  xalqın  içində.  Mən  iş  yerimdə  heç  kimlə 



 

24 


cırmaqlaşmırdım,  ancaq  kim  əlimə  keçirdi  söhbət  eləməyə  çalışır-

dım.  Zaman  keçdikcə  gördüm  ki,  hamı  mənim  istəklərimə  cavab 

vermir, istəmir. Görürdüm ki, mən sallaşıram. Aşama-aşama mən o 

səviyyədən çıxdım qırağa. Xalqın içində görüşlərim başladıqca gör-

düm ki, mənim iş yerim balaca gölməçələrdir. 

Bundan başqa, konkret İnamlının sözünə qayıdıram. İnamlı iş ye-

riylə  məhdudlaşmır. Bu da onun üstün cəhətidir. O, görüşlərə, səfər-

lərə çıxır. Son iki ildə İnamlının təşkil elədiyi görüşlərdən Ocaq çox 

böyük uğurla yararlanıbdır və topluma ciddi Ocaq sözü deyilib. 

Qüsur  məsələsinə  gəlincə,  tənqid  məsələsinə  vurğu  elədiniz, 

tənqidi  biz  doğru  saymırıq.  Tənqid  əvəzinə  yönəltmək  olar.  Ağşın 

bəyin dediyi kimi, bəzi qüsurların üzərinə gedib onu çimdikləməmək 

gərəkdir.  Məsələn,  mən  qüsurlara  iradı  nə  vaxt  bildirirəm?  Şəxsi 

duyğunu  sənin  öz  ixtiyarına  buraxıram,  sənin  özün  bilərsən.  Ancaq 

Ocaqla bağlı atdığın yanlış addıma irad tuturam. Sənin atdığın addım 

Ocağa zərər gətirirsə, onda mən irad tuturam, haqq vermirəm. Ocaq 

sənin,  mənim  deyil,  xalqındır.  Ona  görə  orada  qüsura  yol  vermək 

olmaz.  Sən  Ocaq  olaraq  davranışınla,  sözünlə,  yerişinlə,  geyiminlə, 

hər  şeyinlə bəllisən, hər şeyinlə  örnəksən,  öyrədirsən.  Öyrətmənsən 

sən. Ruhani öyrətmən. 

Biz  Ocaq  olaraq  Azərbaycanda  peyğəmbərlik  hadisəsi  yaradırıq. 

O  peyğəmbərlik  hadisəsi  ki,  İnsanlaşma-Millətləşmə-Bəşərləşmə 

dünyabaxışına  əsaslanır.  Belə  bir  hadisə  təqdim  edirik.  Bu  xalqın 

min  ildir  özünü  qoruma  sistemi  sıradan  çıxıb.  Asif  Ata  bu  xalqa 

özünü qoruma sistemi yaradıb. Min ilə bərabər özünü qoruma siste-

mi.  Özünü  qoruma  sistemi  nəylə  sıradan  çıxıb?  Xalqı  xalq  kimi 

ayaqda  tutan  dildir,  mədəniyyətdir,  yazı  və  tarix  sistemidir.  Tarix 

nəyin əsasında oluşur, nəyin əsasında yaranır, hansı tarixdən söhbət 

edirik – Mədəniyyətimizin tarixi; ikinci, dövlətin tarixi; üçüncü, milli 

inkişafın  tarixi.  Bunlar  çökdürülüb.  Sənin  danışdığın  ana  dilində 

içinə sırınan ərəb dünyabaxışını ifadə edirsən. Sənin bir millət olaraq 

özünü qoruma sistemin onda dağıldı. Babəkin edamıyla dağıldı sənin 

özünü  qoruma  sistemin.  Asif  Ata  xalqa  ruhani  immunitet  yaradıb. 

Bəzən bizə toplumda deyirlər, Asif Ataya o cür münasibət bəsləyir-

siniz, bu, şəxsiyyətə pərəstişdir. O insanlar mənimlə üz-üzə oturmur, 

deyəm ki, sən şəxsiyyətə pərəstiş məsələsini dərk eləməmisən. Pərəs-

tiş, yəni şəxsiyyət sevər. Şəxsiyyət böyük söhbətdir. Şəxsiyyəti sev-

mək  gərəkdir.  Şəxsiyyətə  sevgiylə  ağaya  münasibəti  qarışdırmaq 

olmaz.  Asif  Ata  ağa  deyil,  peyğəmbərdir.  Peyğəmbərə  münasibət 


 

25 


necə  olmalıdır?  Mən  soruşuram  toplumdan,  peyğəmbərə  münasibət 

necə olmalıdır? Sənin Məhəmmədə münasibətin nədir? Səni əyə-əyə 

sən  onun  ətəyində  namaz  qılırsan,  sənin  milli  kimliyini  sıradan 

çıxarıb,  özünü  qoruma  sistemini  dağıdıb,  sən  onun  ətəyində  namaz 

qılırsan. Ancaq Asif Ata sənin özünü qoruma sistemini yaradıb min-

illik.  Sən  deyirsən,  ona  səcdəli  münasibət  gərək  deyil.  Bilirsinizmi, 

nədir  səcdə?  25  ildir  mən  ömrümü  bu  yola  verirəm.  Mənim  Asif 

Ataya heyrət eləmədiyim gün yoxdur. Niyə heyrət eləyirəm? Heyrət 

mütilik  deyil.  Heyrəti  kim  eləyir?  Bir  anda  həqiqət  ağlına  çatan, 

halına çatan insan heyrətə düşür. Eqoist heyrət eləyə bilmir. Xudbi-

nin  içində  heyrət  imkanı  yoxdur.  Heyrət  həqiqət  istəyənin  içində 

yaranır. Ədalət istəyənin içində yaranır. Vicdanla yaşamaq istəyənin 

içində  yaranır.  Bir  məqamda  o  heyrət  sənə,  heyrətə  salanın  əlini 

öpdürür. Səcdə qılırsan. Gözünü açır, şüurunu açır. Min ildir mənim 

şüurum  qapanıb.  Şüurumun  alt  yapısına  Mütləqə  İnam  yerləşdirir. 

Mütləqə İnamla səni özgürlüyə çıxarmaq istəyir. Sən isə Asif Atanın 

Mütləqə İnamına inanmaq istəmirsən. Ancaq Məhəmmədin “göydən 

Allah yeri idarə edir” fikrinə inanırsan. 

Asif  Ata  deyir  ki,  yalnız  Mütləq  olan  həqiqidir.  Nisbi  olan 

yoxluqdur. Hər kəs yüyürür ki, necə Mütləq olmaq olar ey, hər şey 

nisbidir.  Həyatda  Mütləq  olan  şey  yoxdur.  Ancaq  sadə  bir  adam 

həyatında,  məişətində  elə  mütləq  istəyir  ki,  qalırsan  məəttəl.  Gedir 

bazara,  5  kilo  kartof  alır,  seçir,  bir  çürük  kartof  qoymur  çantasına. 

Hər şeyin yaxşısını istəyirsən. Hər şeyin yetkinini, sağlamını istəyir-

sən. Ev tikirsən, tikəndə hər şeyi yaxşı eləmək istəyirsən. Bir balaca 

qüsur saxlamaq istəmirsən. Bəs niyə mənəviyyatında, ruhunda bütöv 

olmaq istəmirsən? Mütləq sənin ruhunu, mənəviyyatını bütövləşdirir. 

Doğrudur, Mütləq olmaq çətindir, asan deyil. Mütləq olmaq Allah 

olmaqdır. Hürufilər deyir ki, insan Allahdır. Ancaq o demir ki, sürü 

Allahdır.  Allahlıq  tək-tək  insanlarda  olan  bir  şeydir.  Gör  nə  qədər 

sənin içində yenilməzlik, qüdrət olmalıdır. Asif Ata deyir ki, olmalı-

san. Kimsə içindəki Mütləqə çata bilər, ya çata bilməz. Çata bilməsə 

də,  hər  kəs  ona  can  atmalıdır.  İdeala  can  atmalısan.  Yoxsa  həyat 

əyilib gedir. İdeala can atmırsansa, onda ağaya can atırsan. Asif Ata 

da deyir ki, Mütləqə can at. Mütləqə qovuş, çünkü içində o var. Mən 

onu  sənə  qıraqdan aşılamıram  ki.  Sənin  içindəkini  sənə  qaytarıram. 

Sənin içindəkini sənin ağlının gözünə göstərirəm. 

Asif  Ata  xalqın  Mütləqə  İnam  adlı  özünü  qoruma  sistemini 

yaradır. Böyük  məsələdir. Sənin milli kimliyin sıradan çıxıb. Özünü 


 

26 


qəlibin içindən çıxara bilmirsən. Asif Ata sənin əlindən tutur, qırağa 

çıxardır, deyir ki, burdan bax. Ordan baxanda görürsən ki, bu xalqın 

özünü  qoruma  sistemini  bərpa  eləməlisən,  özü  də  sən  eləməlisən. 

Başqası eləməli deyil. Nəyə dayanıb eləməlisən? Zəmin gərəkdir. O 

zəmin  sənin  xalqının  yaratdığı,  örnək  verdiyi  Babəkdir,  Dədə  Qor-

quddur, Zərdüştdür… Zərdüştü türkün saymırlar, farsın sayırlar. Far-

sa sayanlara üzümü tutub deyirəm, gəl gedək Borçalıya. Günəşə and 

içirlər,  “axar  su  haqqı”  deyirlər.  Axar  su,  günəş,  od  nədir,  –  Tan-

rıçılıqdır.  Türkün  tanrıçılığıdır,  ordan  gəlib.  Alt  qatda  o  yaşayır. 

Ondan  doğubdur  oda  münasibət,  Zərdüşt.  Zərdüşt  Tanrıçılıqdan  yol 

keçib. Ulu keçmişində həqiqətinin Ocağını qalayıblar, işığını yandı-

rıblar, ona dayanmalısan. Quru yurdda dayana bilməzsən. Erməninin 

heç bir çöpü yoxdur. Özünü gözə soxur ki, qədim xalq kimi görün-

sün.  Ona  görə  də  oğurluq  edir,  sənin  musiqini,  məişətini  oğurlayır. 

Sənin bu boyda qədimliyin var, sən ona arxa çevirirsən, o qədimliyə 

dayanıb qabağa gedə bilərsən. Sən təməlinin üzərində böyüyüb ucala 

bilərsən. Sən kökün üzərində inkişaf edib çiçəklənə bilərsən, məhsul 

verə bilərsən. 

Asif  Atanın  sistemində  hər  şey  yerindədir,  hesablanıbdır.  Mən 

dostlarımızdan, elə Səbuhi dostumuzdan da Ocağın tədbirinə tez-tez 

gəlməsini  istəyirəm.  Ocaqdan  çox  şey  öyrənmək  olar,  Ocağı  öyrət-

mək  olmaz.  Ocağı  öyrətmək  asan  deyil.  Ocaq  Asif  Atanın  ruhunu 

daşıyır.  Asif  Atanın  ruhunun  dünyada  bənzəri  yoxdur.  Yenə  vurğu 

edirəm, 25 ildir mən bunu öyrənirəm, 25 il öncə, ya da ondan da 25 il 

öncə,  bir  kimsə  sübut  edə  bilməz  ki,  Asif  Atanın  dediyinin  bənzəri 

var.  Keçən  yüzildə,  ya  ondan  öncəki  yüzillərdə.  Sübut  edə  bilməz. 

Çünkü keçmişi mən bilirəm. Keçmişi öyrəndim, ona görə çox böyük 

qürurla, vüqarla dayanmışam Atanın yolunda. 

Asif  Ataya  münasibət  məsələsi  Xomeyniyə,  Stalinə  münasibətin 

eyni  deyil.  Stalin  ağa  idi,  o  biri  də  ağadır.  Asif  Ata  kimdir  bəs?  – 

Peyğəmbər. Peyğəmbərə səcdə qılarlar. Xilas yaradır, özgürlük yara-

dır. Nəyin hesabına yaradır? Sizlə mən top dalınca qaçıb futbol oyna-

yanda,  stadionlarda  futbola  tamaşa  edəndə,  kafelərdə  pivə  içəndə 

Asif  Ata  əzabın  içinə  girib  bu  xalqın  özgürlüyünü  hazırlayır-dı. 

Deyin,  ona  münasibət  necə  olmalıdır?  Ömrünü  sənə  fəda  eləyən 

insana münasibət necə olmalıdır? Deyirik ata qutsaldır, ana qutsaldır, 

niyə  qutsaldır?  Ata,  ana  övladı  üçün  əzab  çəkib.  Ana  yatmır  gecə, 

əsəbləri də korlanır, acığı da tutur. Ancaq yenə durur övladının çığır-

tısına  hay  verir.  Onu  bələyir,  təmizləyir,  rahatlayır,  laylasını  çalır. 


 

27 


Oynayır  onunla,  ona  görə  də  qutsaldır.  Anaya  münasibət  necə 

olmalıdır?  Mən  deyirəm  ki,  ana  mühakimə  olunmazdır,  ata  da 

mühakimə  olunmazdır.  Çünkü  onlar  sənə  əzab  çəkib,  əmək  çəkib, 

sənə gələcək verib. Sənin atan, anan sənə zəhmət çəkib, səni o hala 

çatdırıb, sənə görə qutsaldır. Sən də xalqın bir nümayəndəsisən. Bir 

də  var  ömrünü  bütünlüklə  xalqa  verəsən.  Xalqın  əzabını  çəkəsən, 

nazınla oynayasan. Peyğəmbər odur. Xalqı mütiləşdirən deyil, sənin 

xalqının  başında  duranlar  kimi.  Başında  duranlar  insanları  simasız-

laşdırır,  istedadları  da  bəzəyib  ortaya  çıxarırlar.  Ortaya  çıxartdığı 

istedadlar araçılığıyla (vasitəsilə) sənə, mənə ağalıq edir.  

 

 

 



O gözəl mahnı oxuyur, muğam oxuyur, gözəl idman göstərir, mən 

də ona pərəstiş edirəm. Nə gözəl oxuyur, nə gözəl idmançıdır bu.  

Onun  əliylə mənə basqı göstərir, deyir, görürsənmi sənin pərəstiş 

elədiyini mən göylərə qaldırıram. Halbuki həqiqi istedadların çoxunu 

heç  ortaya  da  çıxartmırlar.  Xalqı  simasızlaşdıranla  xalqın  simasını 

yaradanı fərqləndirə bilmirsənsə, sən nə xalqsan?! Sənin başına ayaq 

qoyanla, çiyninə dayaq verənin fərqini bilmirsən. Deyirlər şəxsiyətə 

pərəstişdir. Asan deyirlər. Heç bilmirlər şəxsiyyət nə deməkdir. Şəx-

siyyəti sevməyən adamın içində mənəviyyat yoxdur, mənəmlik var, 

eqoizm var. 

Ocağın öyrətdikləri var. Ocaqda insan bütün arılığı, duruluğuyla 

tanınır, dərk olunur. Ocaqda xalq bütün varlığıyla, keçmişiylə, gələ-

cəyiylə  arılır,  durulur,  ortaya  çıxır,  var  olur.  Ocaqda  bəşər  bütün 

arılığı, duruluğu ilə tanınır, var olur. Xalqlar var orda. Ona görə de-



 

28 


yrik  ki,  İnsanlaşma-Millətləşmə-Bəşərləşmə  yoludur  Ocaq.  Belə  bir 

dünyabaxış  ortaya  çıxaran  xalq  qürur  duymalıdır.  Asif  Ata  göydən 

zənbillə  sallanmayıb,  yerin  deşiyindən  çıxmayıb.  Xalqın  doğduğu-

dur, Babəkin davamıdır, Nəsiminin davamıdır, Nəiminin, Qorqudun, 

Zərdüştün  davamıdır.  Şəxsiyyətlərinin  davamıdır.  Xalq  odur.  Bağ 

odur. O bağla gəlib bu günə çıxıb, özünü yenidən ortaya çıxarıb. 

Dostumuz  Xaliq  Bahadır  deyir,  çox  maraqlıdır  ki,  bizim  xalqı-

mızda yüksəliş var və qəfil enmə var. Bunun səbəbi nədir görəsən? 

Xalqımız  çox  passionar  xalqdır.  İçində  gözəllik,  böyüklük  daşıyan 

xalqdır.  Ancaq  xalqın  yüksəliş  mərhələsi  ki,  başlayır,  məsələn, 

Babəki verir. Babəkin dalınca yeni Babək verə bilmir, üstündən yüz 

il  keçəndən  sonra  kimisə  verir.  Davamlı  olaraq  verə  və  qoruya 

bilmir. Niyə qoruya bilmir? Xalqın şüuru sındırılıb. Xalqın özünüqo-

ruma  sistemi  dağıdılıb.  Şəxsiyyət  yaranır.  O  şəxsiyyət  gedəndən 

sonra toplum deyir, Allah özü bilər. Yenidən mütiliyə qayıdır. İçimiz 

enir,  ruhumuz  enir.  Mədəniyyətimizdə,  dövlətimizdə  enişlər  bizim 

içimizlə bağlıdır. 

İndi biz, bir qom adam, çaba göstəririk, yalvarırıq, adamları çağı-

rırıq,  gəlin,  olun,  eləyin.  Asif  Atadan  həqiqət  öyrənin.  Azadlığın 

yolunu öyrənin. Çağırırıq ki, gəl millət ol, xalq ol. Asif Atanın ünva-

nında sənin xalq olmaq olanağın (imkanın) yaşayır. Gəl sahib ol, gəl 

aşkarla onu. Gələ bilmirsən, həqiqəti görə bilmirsən, orada sən gələ-

cəyi görə bilmirsən. Bəs harda görürsən, küçədə. Biznesdə görürsən, 

mitinqdə  görürsən,  daha  nələrdə  görürsən.  Ola  bilmirsən,  sonra  da 

başlayırsan  danışıb  xalqı  qınamağa.  Hər  kəs  danışır,  hər  kəs  xalqı 

qınayır.  Söyür  elədən-elə,  belədən-belə.  Ancaq  heç  kəs  xalq  olmaq 

istəmir. Xalq  olmaq  istəməyən,  xalq  olmağa  çalışmayan,  xalqı xalq 

eləməyən adam, sənin  nə haqqın var, xalq haqqında danışırsan, xalqı 

tənqid  edirsən.  Sən  ola  bilmirsən,  olmaq  istəmirsən.  Haqq  görür-

sənmi  özündə?  Sən  mənimlə  mübahisə  edə  bilərsən,  söz  güləşdirə 

bilərsən. Ancaq sən öz vicdanın qarşısında hesabat ver, gör sən buna 

haqq edirsənmi, layiqsənmi? 

Xalq  məsələsi,  şəxsiyyət  məsələsi  ciddi  məsələdir.  Söz  ciddi 

məsələdir. Mən sözlə bağlı düşünəndə qorxuram, sorumluluq daşıyı-

ram.  Söz,  bax  o  körpə  uşaqları  yönəldəndir (Arazı,  Erolu  göstərir  – 

N.A.) Mən onun sorumluluğunu daşımalıyam, onu hara yönəldirəm. 

Dediyim  söz  onun  beynində  nə  yaradacaq?  Hara  yönəldəcək  onun 

içini? Nə verəcək? Verimlilik məsələsi var. Xalqın adını tutursansa, 

verimli olmalısan. Verimli olmaq üçün götürümlü olmalısan. Götürə 


 

29 


bilməyən verə bilmir. Olmayanı verə bilməzsən. Xalqa verə bildikcə 

onda  görəcəksən  ki,  xalq  sənin  üçün  nə  dərəcədə  sevimli  və  qutsal 

bir hadisəymiş. 

Ulusəs  bacımızın  evinə  mənim  bir  yerlim  xanım  gəlib-gedir. 

Aşağıda söhbət elədiyimiz yerdə qayıtdı ki, bu millət nə bilim nədir. 

Mənə çox pis təsir elədi. Səsimi qaldırdım. Dedim sən nə danışırsan? 

Mən bütün şüurlu ömrümü bu xalqa vermişəm. Həyatımı verdiyimə 

sən  söyürsən.  Nə  haqq  edirsən?  Nə  vaxt  bu  xalqla  bağlı  10  dəqiqə 

oturub  düşünmüsən  ki,  sən  onu  söyürsən?!  Nə  vaxt  bu  xalqa  bircə 

yarpaq  uzadıb  vermisən?  Göstər  onu  mənə.  Bu  olmasın,  başqası 

olsun.  Ömründən  bircə  yarpaq  vermisənmi  bu  xalqa?  Beşcə  dəqiqə 

zəhmət  çəkmisənmi,  başını  ağrıtmısanmı?  Ayağını  yormusanmı? 

Qıraqdan  durub  nə  haqqın  var  ki,  söyürsən.  Sən  çoxmu  ağıllısan, 

çoxmu  mənəviyyatlısan?  Sən  xalqın  bir  ünsürü  deyilsənmi?  Hamı 

xalqı söyür, onda sən kimsən, nəsən? Xalq sənsən də elə. Adam özü-

özünü söyməz. Adam özü özünü yaradar, özünün qarşısında sorumlu 

olar, şəxsiyyətə çevrilər. Onda görəcəksiniz. 

Mən  öz  toplumumuzu,  xalqımızı  çox  sevirəm.  Xalqın  hər  bir 

fərdinə  münasibətim  ayrıdır.  Demirəm  ki,  xalqın  hər  bir  fərdini 

sevirəm. Hər bir fərd sevgiyə layiq olmalıdır. Mən bütövlükdə xalqı 

sevirəm, anlamına, mənasına görə sevirəm. Ən azı mənim kimi oğlu 

olduğuna  görə  sevirəm.  Məni  mən  elədiyi  üçün  sevirəm.  Bu  xalqın 

mahiyyətindən  gəlmişəm,  doğmuşam  mən.  Onun  qədrini  bilirəm 

mən. 


Ona  görə  də  xalq  məsələsiylə  bağlı,  şəxsiyyət  məsləsiylə  bağlı, 

dəyər  məsələsiylə  bağlı,  bəşər  məsələsiylə  bağlı  asan  danışmaq 

olmaz. Çətin danışmaq gərəkdir, məsuliyyətlə danışmaq gərəkdir. 

Bir  məqamı  da  qeyd  edim.  Ocaqda  kimsə  gələr,  görər  ki,  burda 

ayrı-ayrı  insanlar  özüylə  bağlı  narazılıq  ifadə  edir.  Özünü  qınayır, 

danlayır  və  b.k.  Bu,  “Ailə  Günü”nün  tələbidir.  Cavan  dostumuz 

Ocaqdan  aşırı  hesabatlar  istəyir.  Mən  də  istəyərdim  Amallaşma, 

Xalqlaşma,  Kamilləşmə  yönündə  dolğun  hesabatlar  olsun.  Ancaq 

Ailə Gününün öz tələbi var. Ailə Günündə Ocağı 1 saatın içində öy-

rənə bilmərik.  1-2 saat keçirilən tədbirdə Ocağı öyrənmək  mümkün 

deyil.  Ailə  Günündə  olanlar  kitablarda  olanların  hamısını  qapsaya 

bilməz. Burada özüylədöyüş, özünüqınama deyir Asif Ata. Bu boyda 

hünərlər  göstərirlər,  yenə  də  özlərini  döyürlər.  Özünü  döyməkdən 

böyük ləyaqət yoxdur. Ocaqdan qıraqda başqasını döyürlər, başqası 

da qayıdıb onu döyür. Bu onu söyür, o da qayıdır bunu söyür. Ancaq 


 

30 


Ocaqda özümü döyməklə soraq, mesaj verirəm, məni döyməyə ehti-

yac  yoxdur.  Get  özünü  döy.  Mən  özümü  görən  və  döyən  adamam. 

Sən  niyə  məni  döyürsən?  Sən  məni  məndən  yaxşı  döyə  bilməzsən 

axı.  Mən  öz  qüsurlarımı  daha  gözəl  görürəm.  Öz  içimi  daha  gözəl 

tanıyıram. Mən sənə görə döymürəm özümü, özümə görə döyürəm. 

Mən şəxsiyyət olmaq istəyirəm. Mən Asif Atanın tələblərinə uyğun 

yaşamaq  istəyirəm.  Ona  görə  özümü  döyürəm.  Ailə  Günü  özüylə-

döyüş hesabatıdır həm də. Yaşayırsan, qüsurlarını döyüb bircə-bircə 

hesabat verirsən. Çəkinmədən, utanmadan, qorxmadan, özünü gizlə-

mədən  mərasimə  təqdim  edirsən.  Çəkinmək  gərək  deyil.  Qorxmaq 

gərək deyil. Boynuma alıram (etiraf edirəm), adını çəkirəm, deyirəm 

ki, sən mənim içimdə gizlənmisən. Onu üzə çıxardıram ki, içimdən 

rədd  olub  getsin.  Mən  amaldaşlarım  qarşısında  hər  hansı  bir  qüsu-

rumu  dilə  gətirirəmsə,  gələn  dəfə  ona  qayıtmalı  deyiləm.  Mən 

məsuliyyət  daşıyıram,  axı  mən  bunu  açıb  göstərdim  içimdə.  Mən 

yenidən o qüsurla yaşasam, ayıb olar ki, yenə o qüsurla yaşayıram. 

Ancaq elə şeylər var, bir dəfə deməklə sənin içindən çıxmır. Gərək 

davamlı  və  səmimi  olasan.  Ona  görə  özüylə  döyüşün  çox  böyük 

hikməti  var.  Bu,  Asif  Atanın  yaratdığı  hikmətdir.  Bəşər  tarixində 

özüylə döyüşən çox az şəxsiyyətlər olub. Özüylə döyüşüblər, tarixin 

yönünü  dəyişiblər.  Bütövlükdə  bəşəriyyətin  gedişini  dəyişiblər. 

Özünü  döyməyən  adamlar  onu  eləyə  bilməz  axı!  İçində  qüsur 

daşıyan adam tarixə yön verə bilməz. Ona görə də özüylədöyüşdən 

çəkinmək olmaz. Özüylədöyüş hesabatı gözəl hikmətdir. O hikmətlə 

Ocaq  yaşayır,  yaşamalıdır.  Mən  özüylədöyüşüb  bir  yerə  gəlib  çata 

bilərəm.  Biz  deyirik  ki,  özüylədöyüş  həmişəlik  prosesdir.  Əgər 

böyük  məsələlərdə  mən  bəlli  yetkin  səviyyəyə  gəlib  çıxmışamsa, 

mənim geriyə yolum yoxdur. Ancaq mən fiziki bir şəxsəm, bədənəm. 

Bədənin  tələbləri  var,  sinirin  gücü  var.  Mən  qüsur  işlədə  bilərəm, 

səhv edə bilərəm. Ona görə özüylədöyüş ayaqdadır ki, mənim özümə 

nəzarətim  itməsin.  Mən  insanları  bura,  Asif  Atanın  hüzuruna  çağı-

rıram.  Niyə  çağırıram?  Ona  nə  göstərməyə  çağırıram?  Mən  özünü 

döyə  bilmək  ləyaqəti  göstərirəm.  İfadə  eləmək  ləyaqəti  göstərirəm. 

Yaratmaq, qurmaq ləyaqəti göstərirəm. Burda olan yaxın dostlarımız 

bilirlər.  Biz  bir  yerdə  oturub  dincələn  adamlar  deyilik.  Azərbaycanı 

qarış-qarış gəzirik. İnamlı son iki ildə 50-dən çox görüş təşkil eləyib. 

O  görüşlərdə  mən  çoxsaylı  gənclərə  söz  demişəm.  Onun  ağlında 

Azərbaycan  obrazı  yaratmışam,  onun  ağlını  Azərbaycana  yönəlt-

mişəm.  Qədimliyə,  gələcəyə  yönəltmişəm.  Haray  çəkmişəm.  Nəyin 


 

31 


hesabına eləmişəm? Özüylədöyüşün. Özümü döyə bilməsəm, toplu-

mun  qarşısına  gedə  bilmərəm.  Ora  gedəndə  heç  adımı  da  demirəm. 

Atanın  sözünü  demişəm.  Mənim  hədəfim  onların  qarşısına  dikilib 

özümə  şöhrət  dağarcağı  yaratmaq  deyil.  Mənim  hədəfim  onların 

ağlında  Azərbaycan  yaratmaqdır.  Mən  Azərbaycanı  sevirəm.  Azər-

baycanın  gələcəyini  düşünürəm.  Asif  Atanın  ünvanı  Azərbaycanın 

gələcəyidir.  

 

 



 

Hər kəs Asif Atanın ünvanından çox şeylər öyrənə bilər. Qardaşı-

mız  kimi  gedib  Tehranda  sevə-sevə,  qürur  duya-duya  ondan  soraq 

verə bilər. Mən gedərəm Borçalıda soraq verərəm, bir başqası gedib 

başqa yerdə soraq verər və i.a. Uğurlar diləyirəm. Atamız Var olsun! 

 

“Ailə  Günü”  toplantısında  qonaqlara  ruhani  hədiyyələr  –  Göylünün 



hazırladığı  “Uluyurd  Aqibəti”  filminin  diskləri,  Ata  kitabları,  Nurtəkin  və 

Günev  Atalıların  kitabları,  Günsıra  vizitləri  hədiyyə  edildi.  Ağşın  Ağkə-

mərliyə  “Üçlük”  söhbətlərindən  hazırlanan  və  Türkel  Araşdırma  Quru-

munun kitabları verildi. 

 

“Ailə Günü” “Ata Ruhunu ürəyimizdə aparırıq!” səcdəsilə sona yetdi. 

Çay süfrəsi ətrafında doğmalaşmalar, sorulara cavablar oldu. 

  

Günəş Ayı, 37-ci il. Atakənd. 



(mart, 2015. Bakı).  

Kataloq: wp-content -> uploads -> 2011
2011 -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
2011 -> Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında
2011 -> Curriculum de pregătire în specialitatea
2011 -> Jan Pol Sartr Ürək bulantısı Roman
2011 -> Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb
2011 -> Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən təqdim edilən təlim modulları
2011 -> Frankfurt məktəbi
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2011 -> Cartea de uraniu
2011 -> F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1

Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə