BAKI - 2014
Bİlal Dədəyev | Ceyhun Mahmudlu | Şamxal Əbİlov
2
QARABAĞ
99 SUALDA
3
QARABAĞ
99 SUALDA
Bu kitab Azərbaycan tarixi
boyunca vətənimizin, millətimizin
və dövlətimizin bütövlüyü naminə
fədakarcasına çalışmış insanların əziz
xatirəsinə ithaf olunur…
4
QARABAĞ
99 SUALDA
Layihə rəhbəri
Ceyhun Osmanlı
Müəlliflər
Bilal Dədəyev
Ceyhun Mahmudlu
Şamxal Əbilov
Elmi redaktor
Dos. Tofiq Nəcəfli
Baş redaktor
İsmayıl İsayev
Dizayner
İntiqam Məhəmmədli
Bakı, 2014
© Qarabağ 99 Sualda
5
QARABAĞ
99 SUALDA
1. Qarabağ adının etimologiyası necədir? _____________________________________________00
2. Qarabağın qədim insan məskəni olmasını və tarixinin ibtidai icma
quruluşundan başlanmasını hansı tarixi faktlar sübut edir? _________________________00
3. Qarabağın tarixi-coğrafi ərazisi harada yerləşir? ____________________________________00
4. Azərbaycan albanları kimlərdir? _____________________________________________________00
5. Erkən orta əsrlər dövründə Qarabağda yaşayan əhalinin
etnik tərkibi necə idi? _______________________________________________________________00
6. Qarabağ məliklikləri necə yarandı və onlar erməni mənşəliydilər? _________________00
7. Səfəvilər dövründə Qarabağın statusu necə idi? ___________________________________00
8. Osmanlı hakimiyyəti dövründə Qarabağın inzibati-ərazi bölgüsü
və etnik tərkibi necə idi? ____________________________________________________________00
9. Qarabağ xanlığı necə yarandı? ______________________________________________________00
10. Qarabağ xanlığının inzibati ərazi bölgüsü necə idi? ________________________________00
11. Qarabağ xanlığında əhalinin etnik tərkibi necə idi? ________________________________00
12. Qarabağ xanlığının paytaxtı Pənahabad-Şuşa qalası necə salındı? _________________00
13. Çar Rusiyası Qafqazın işğalına başlayarkən ermənilərin
rolunu nəyə görə artırdı? ___________________________________________________________00
14. Qarabağ məlikliklərinin separatçı fəaliyyətlərinə səbəb nə
idi və bu fəaliyyətlər nə ilə başa çatdı? _____________________________________________00
15. Kürəkçay müqaviləsi nə zaman və hansı şərtlərlə bağlandı? _______________________00
16. Gülüstan müqaviləsi nə zaman və hansı şərtlərlə imzalandı? ______________________00
17. Türkmənçay müqaviləsi nə zaman imzalandı? Bu müqavilə
Qarabağın demoqrafik vəziyyətinə necə təsir göstərdi? ____________________________00
18. Ədirnə müqaviləsi nə zaman və hansı şərtlərlə imzalandı? Bağlanmış
müqavilə Qarabağın demoqrafik vəziyyətinə necə təsir göstərdi? __________________00
19. Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunduqdan sonra
Qarabağın inzibati ərazi bölgüsündə hansı dəyişikliklər baş verdi? _________________00
20. 1905-1906-cı illərdə Qarabağda ermənilərin azərbaycanlılara
qarşı kütləvi qırğınlarına səbəb nə idi? ______________________________________________00
21. 1918-ci ildə ermənilərin Azərbaycanın müxtəlif bölgələrində
törətdikləri soyqırımların nəticəsi necə oldu? _______________________________________00
22. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ilə
Ermənistan Respublikası arasında müharibəyə səbəb nə idi? _______________________00
23. 1918-ci ildə tarixi Azərbaycan şəhəri olan İrəvanın Ermənistana
paytaxt şəhəri kimi güzəştə gedilməsinə səbəb nə idi? _____________________________00
MÜNDƏRİCAT
6
QARABAĞ
99 SUALDA
24. Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarına görə Qarabağ Azərbaycana “veril-
miş” yoxsa onun tərkibində “saxlanılmışdır”? _______________________________________00
25. Dağlıq Qarabağ Muxtar Vilayəti nə zaman yaradıldı? _______________________________00
26. Sovet hakimiyyəti dövründә Dağlıq Qarabağ Muxtar Vilayәtinin
inzibati әrazi bölgüsü necә idi? _____________________________________________________00
27. Dağlıq Qarabağ Muxtar Vilayətinin paytaxtı Stepanakert
şəhərinin tarixi adı necədir və onun adı niyə dəyişdirildi? ___________________________00
28. 1936-cı il Sovet Konstitusiyasında Dağlıq Qarabağın statusu necə idi? _____________00
29. 1948-ci ildə Azərbaycanlılar Ermənistandan nə üçün sürgün olundular? ___________00
30. 1945 və 1965- ci ildə ermənilərin Dağlıq Qarabağla bağlı
iddiaları nə ilə nəticələndi? __________________________________________________________00
31. 1970-1980-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi
cəhdlərinin nəticəsi necə oldu? _____________________________________________________00
32. SSRİ-nin 1977-ci il Konstitusiyanın 78-ci maddəsinin
Dağlıq Qarabağa nə kimi aidiyyatı vardı? ___________________________________________00
33. Sovet dövründə Dağlıq Qarabağ əhalisinin etnik tərkibi necə idi? __________________00
34. Sovet dövründə DQMV-nin erməni əhalisi Azərbaycan
hökuməti tərəfindən ayrı-seçkiliyə məruz qalıbmı? _________________________________00
35. Dağlıq Qarabağ münaqişəsinin başlanmasına səbəb olan
hadisələr hansılar idi? _______________________________________________________________00
36. Dağlıq Qarabağ münaqişəsində Qorbaçovun “yenidənqurma”
(Perestroyka) və “aşkarlıq” (Glasnost) siyasətinin rolu nədən ibarət idi? _____________00
37. Sovet hökumətinin Dağlıq Qarabağ münaqişəsinə reaksiyası necə oldu? __________00
38. 1988-ci ildə Bakıda keçirilən kütləvi nümayişlərin səbəbi nə idi?____________________00
39. Dağlıq Qarabağ münaqişəsi ilə Sumqayıt hadisələri
arasında nə kimi əlaqə var? _________________________________________________________00
40. Birtərəfli olaraq “Dağlıq Qarabağ Respublikasının” elan edilməsi
və onun Azərbaycandan ayrılması 1990-cı il 3 aprel tarixli Sovet
Qanunun müddəalarına nə dərəcədə uyğundur? __________________________________00
41. “Qara Yanvar qətliamı” nə zaman və hansı məqsədlə həyata keçirildi? _____________00
42. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
ilə 1990-cı il “Qanlı yanvar” qətliamı arasında nə kimi əlaqə var idi? ________________00
43. 1991-ci ilin yayında Sovet rəhbərliyi Dağlıq Qarabağ
münaqişəsində Azərbaycanı niyə “dəstək”ləyirdi? __________________________________00
44. 1992-ci il mayında elan olunan Tehran Bəyannaməsi nəyi nəzərdə tuturdu ________00
7
QARABAĞ
99 SUALDA
45. Xocalı soyqırımı nə zaman baş verdi və Ermənilərin Xocalıya
silahlı hücumunun arxasında hər hansı bir plan dayanırdımı? ______________________00
46. 1992-ci il “Azadlığa Dəstək Aktının” 907-ci düzəlişi nəyi nəzərdə tuturdu? _________00
47. ATƏT-in Minsk Qrupu nə zaman və hansı məqsədlə yaradıldı? ____________________00
48. Nə üçün Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində
ATƏT-in Minsk Qrupunu qərəzli olmaqda günahlandırır? __________________________00
49. 1993-cü il aprelin 30-da qəbul edilmiş BMT Təhlükəsizlik
Şurasının 822 saylı Qətnaməsi nəyi nəzərdə tuturdu? ______________________________00
50. 1993-cü ildə Azərbaycan daxilindəki qarışıqlıq Dağlıq-Qarabağ
müharibəsinə necə təsir etdi? _______________________________________________________00
51. 1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurasının 853 saylı
Qətnaməsi nəyi nəzərdə tuturdu? __________________________________________________00
52. BMT Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il 874 saylı
qətnaməsi nəyi nəzərdə tutur? ______________________________________________________00
53. BMT-nin 1993 il 12 noyabr tarixli 884 saylı qətnaməsi nəyi nəzərdə tuturdu? ______00
54. 1994-cü il mayın 8-də qəbul edilmiş Bişkek protokolu nəyi nəzərdə tuturdu? _____00
55. Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi nə zaman imzalanıb? ______00
56. 1994-cü ilin may ayında atəşkəslə bağlı Rusiyanın vasitəçiliyi nə üçün
uğurla nəticələndi? __________________________________________________________________00
57. Atəşkəs Sazişinin Ermənistana verdiyi üstünlüklər nə idi? ___________________________00
58. Atəşkəs Sazişinin Azərbaycana verdiyi üstünlüklər nə idi? __________________________00
59. Dağlıq Qarabağ münaqişəsi nəticəsində nə qədər azərbaycanlı öz
tarixi torpaqlarından köçürülmüşdür? _______________________________________________00
60. Dağlıq Qarabağ müharibəsi dövründə Azərbaycanın nə qədər
ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub? ________________________00
61. 1988-1994-ci illər ərzində Dağlıq Qarabağ münaqişəsində
Azərbaycana dəyən ümumi itki və ziyan nə qədərdir? ______________________________00
62. 1994-cü il 4-5 dekabr tarixlərində keçirilən ATƏM-in Budapeşt
Sammiti Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı hansı qərarı qəbul etdi? ____________00
63. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1996-cı il 3 dekabr tarixli Lissabon prinsiplərində
nələr nəzərdə tutulurdu? ___________________________________________________________00
64. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin
həlli üçün 1997-ci il 18 iyul tarixli “Paket Həlli Variantı” nəyi nəzərdə tutur? ________00
65. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı 1997-ci il 2 dekabr tarixli “Mərhələli Həll Variantı” nəyi nəzərdə tutur? _______00
8
QARABAĞ
99 SUALDA
66. ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
1998-ci il 7 noyabr tarixli “Ümumi Dövlət Variantı” nəyi nəzərdə tutur? ____________00
67. 1999-cu ildə Heydər Əliyev və Robert Koçaryan arasındakı keçirilmiş
görüşlərin nəticəsi nə oldu? _________________________________________________________00
68. 2001-ci ilin aprel ayında Azərbaycan və Ermənistan prezidentləri
arasında baş tutmuş Key Vest görüşünün nəticəsi nə oldu? ________________________00
69. Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
prosesində rolu nə idi? ______________________________________________________________00
70. Praqa prosesi nədir? ________________________________________________________________00
71. Avropa Şurası Parlament Assambleyasının 2005-ci il yanvar tarixli
1416 saylı Qətnaməsi nəyi nəzərdə tuturdu? _______________________________________00
72. Madrid prinsipləri nədir? ____________________________________________________________00
73. Yenilənmiş Madrid prinsipləri nədir? ________________________________________________00
74. 2008-ci il 2 noyabr tarixli Moskva Bəyannaməsi nədir? _____________________________00
75. Moskva Bəyannaməsinin münaqişə tərəflərinə nə kimi təsiri oldu? ________________00
76. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 62/243 saylı Qətnaməsi nədir? ___00
77. 2010-cu il 20 may tarixli Avropa Parlamenti Qətnaməsi nədir? _____________________00
78. Dağlıq Qarabağ münaqişəsinin həllində İlham Əliyevin mövqeyi və rolu necədir? _00
79. Dağlıq Qarabağ münaqişəsi “dövlətlərarası” yaxud “dövlətdaxili” münaqişədir? ___00
80. Dağlıq Qarabağ münaqişəsi “etnik” yaxud “ərazi” münaqişəsidir? __________________00
81. Dağlıq Qarabağ münaqişəsi “dondurulmuş” yaxud “həlli çətin” olan münaqişədir? ____00
82. Münaqişə ərazisinin sərhədləri hansılardır? _________________________________________00
83. Qondarma “Dağlıq Qarabağ Respublikasının” de-fakto statusu necədir? __________00
84. Münaqişənin tərəfləri kimlərdir? ____________________________________________________00
85. Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi necədir? __________00
86. Dağlıq Qarabağın Azərbaycan İcması nədir? ________________________________________00
87. Azərbaycanın təklif etdiyi Dağlıq Qarabağın yüksək muxtariyyət
statusu nəyi nəzərdə tutur? _________________________________________________________00
88. Münaqişənin həllində Ermənistanın mövqeyi necədir? _____________________________00
89. Ermənistan nə üçün Qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır? ________00
90. Münaqişənin həllində Qondarma “Dağlıq Qarabağ Respublikası”nın
mövqeyi necədir? ___________________________________________________________________00
91. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində
erməni diasporasının rolu nədir? ____________________________________________________00
9
QARABAĞ
99 SUALDA
92. Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ varmı? _____00
93. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində
Rusiyanın mövqeyi necədir ? ________________________________________________________00
94. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində
ABŞ-ın mövqeyi necədir ? ___________________________________________________________00
95. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində
Türkiyənin mövqeyi necədir ? _______________________________________________________00
96. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində
İranın mövqeyi necədir ? ____________________________________________________________00
97. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həllində Avropa Birliyinın mövqeyi necədir? ________________________________________00
98. Cənubi Osetiya, Abxaziya və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişələri arasında hər hansı bənzərlik varmı? __________________________________00
99. Kosovo Dağlıq Qarabağ üçün presedent ola bilərmi? ______________________________00
10
QARABAĞ
99 SUALDA
Ön söz
Dəyərli oxucularımız!
Yəqin ki, Sizlərə hər bir yeni yazılan kitablar kimi, bu kitabın da hansı
zərurətdən ortaya çıxması maraqlıdır. Bəlkə də kitabın yaradıcı heyətinin
onlarla ölkədə, yüzlərlə konfransda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi mövzusunda təqdimatlar etmək təcrübəsi olmasaydı, bu kitab da
ortaya çıxmayacaqdı. Məhz beynəlxalq konfranslarda biz ermənilərin və on-
ların təəssübkeşlərinin qaldırdığı onlarla qərəzli iddialar və bu iddialarla bağlı
irəli sürdükləri arqumentlərin şahidi olduqdan sonra belə bir kitabı ərsəyə
gətirmək qərarına gəldik.
Məqsədimiz Qarabağ probleminin keçmişinə və bu gününə dair əsas tari-
xi faktların cəmlənərək toplu halında cəmiyyətimizə təqdim edilməsidir. Etiraf
edək ki, hər bir azərbaycanlı və Azərbaycanın mövqeyini dünyada işıqlandırmaq
istəyən insanlar Qarabağ mövuzusu ilə bağlı hərtərəfli məlumata malik deyil.
Xüsusən də bəzi gənclərimiz Azərbaycan tarixi ilə bağlı məlumata malik olsa da,
ermənilərin hansı hiyləgər mövqedən çıxış edəcəyini öncədən bilmədiklərinə
görə müzakirələr zamanı yetərli elmi mövqe ortaya qoya bilmirlər. Ona görə
də bu mövzu ətrafında illərlə iştirak etdiyimiz müzakirələrdə toxunulan 99 sual
müəyyən etdik və Siz-dəyərli oxucularımızla ünsiyyətimizi sual-cavab əsasında,
interaktiv şəkildə qurmaq qərarına gəldik.
Qarşıdan 2015-ci il gəlir. Bu ili ermənilər qondarma erməni soyqırımı-
nın 100-cü il dönümü elan etmişlər. Şübhəsiz ki, bu il ərzində ermənilər bu
mövzu ətrafında dünyada yüzlərlə tədbirlər həyata keçirəcək və bir o qədər də
yeni kitablar nəşr edəcəklər. Təcrübəyə dayanaraq indidən demək olar ki, bu
tipli tədbirlərdə ermənilər və erməni təəssübkeşləri Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı qərəzli və əsassız iddialarla çıxış
edəcəklər. Ona görə də biz xüsusilə ayıq-sayıq olmalı və ermənilərin qərəzli
məlumatlarına qarşı elmi biliklərlə özümüzü zənginləşdirməliyik.
Ulu Öndərimiz Heydər Əliyevin tövsiyyələrini və Azərbaycan Respubli-
kasının Prezidenti Cənab İlham Əliyevin Azərbaycanının haqlı mövqeyinin
11
QARABAĞ
99 SUALDA
dünyada təbliği ilə bağlı çoxşaxəli siyasətini rəhbər tutaraq, Qarabağla bağlı
tarixdən bu günə qədər olan dövrü əhatə edən və konkret suallar ətrafında
yazılmış lakonik mənbə ərsəyə gətirməyi məqsədə uyğun hesab etdik. Bu ki-
tab Azərbaycan həqiqətlərinin yayılması ilə bağlı dəryada bir damla olsa da,
bu araşdırmaya vaxt ayırmağı və bunu tamamlamağı Azərbaycan vətəndaşı
olaraq öz mənəvi borcumuz hesab etdik.
Təqdim edilən materialların hər biri elmi cəhətdən əsaslandırılmış,
mənbəşünaslıq yönündən kifayət qədər ətraflı işlənmişdir. Bu kitabda ta-
rixi faktlar, fikir və mülahizələr hər biri müvafiq elmi istinadlarla oxucunun
nəzərinə çatdırılır. Toplanmış materialları öz xarakterinə görə əsas tarixi,
mədəni və hüquqi-siyasi olaraq üç qismə ayırmaq olar.
Kitabın gələcəkdə xarici dillərə tərcüməsini, eyni zamanda topladığımız
məlumatlara əsasən veb səhifənin yaranmasını və mobil tətbiqini planlaşdırı-
rıq. Ona görə də indidən kitabla bağlı olacaq hər bir təklifə və qeydə görə Sizə
minnətdarıq.
Yekunda “Qarabağ 99 Sualda” kitabının hazırlanmasında dəstək göstərmiş
bütün şəxslərə və qurumlara dərin minnətdarlığımızı bildiririk.
Sözsüz ki, bu kitabın genişləndirilmiş versiyasını yazmaq arzusundayıq.
Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad ediləcək
torpaqlarımızdan bəhs edən fəsilləri özündə əks etdirəcək yeni bir kitab. Bü-
töv Azərbaycandan bəhs edən bir kitab. Təqdimatını Şuşada edəcəyimiz bir
kitab.
Qarabağı unutmamağımız və unutdurmamağımız diləyi ilə,
Ceyhun Osmanlı
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
“Qarabağ 99 Sualda” layihəsinin rəhbəri.
12
QARABAĞ
99 SUALDA
1. Qarabağ adının etimologiyası necədir?
Qarabağ bölgəsi qədim və erkən orta əsrlərdə fəaliyyət göstərmiş
Azərbaycan Albaniya dövlətinin (e.ə. IV əsrin sonları-705) tərkib
hissəsi olmuşdur. Strabon qeyd edir ki, Albaniyada müxtəlif dildə
danışan 26 tayfa məskunlaşmışdır. Qədim Albaniya əhalisinin etnik
və dil mənsubiyyəti ətrafında elmi araşdırmalar aparan bəzi alimlər
“alban” adının hələlik izahsız qaldığını iddia etsələr də, Azərbaycan,
türkmən, qazax və b. türk dillərində “alban”, “alpan” adlarının hələ
də istifadə edilməsi həmin adın türk mənşəli olduğunu sübut edir.
Kökləri qədim türk dilindəki alp, alb sözünə söykənən Albaniya
“igidlər, cəsurlar ölkəsi” mənasını verir.
1
Albaniya dövründə hal-hazırki Qarabağ torpaqları əsasən dörd in-
zibati vahid arasında bölünmüşdü. Bunlar Arsax-Xaçen, Uti, Sunik və
Kaspiana-Paytakaran əyalətləri idi. Ermənilər Arsax adının mənşəyini
sırf özləri ilə əlaqələndirməyə çalışsalar da, bu cəhdlər elmi tənqidə da-
vam gətirmir. Məsələyə dair absurd erməni iddialarını qiymətləndirən
akademik Ramiz Mehdiyev yazır: “...Arsax toponiminə gəldikdə isə,
onun erməni dilinə və Ermənistanın erkən tarixinə heç bir aidiyya-
tı yoxdur. Ermənistan prezidentinin Gorusda səsləndirdiyi (söhbət
Ermənistan prezidenti S.Sarkisyanın 2010- cu ildə Gorusda Qarabağ
tarixinə dair səsləndirdiyi uydurma iddialardan gedir) tezis savadsızlıq
dərəcəsinə görə adamı mat qoyur: Bu yerin erməni adı – Arsax milad-
dan əvvəl VIII əsrdə təsdiqlənmişdir və bunu Yerevanın təməlini qoy-
muş I Argiştinin oğlu II Sarduri təsdiq etmişdir”. Əvvələn, I Argişti və
II Sarduri hay çarları deyil, Urartu hökmdarları olmuşlar. Urartu və
hay xalqları müxtəlif xalqlar olmuş və müxtəlif dil ailələrinə aid olan
müxtəlif dillərdə danışmışlar. Görünür, Sarkisyan “yeri gəlmişkən”
təkcə albanların deyil, həm də urartuların mədəni-tarixi irsinə tamah
salmışdır. İkincisi, bu ad nə münasibətlə birdən-birə erməni adı oldu?
Urartu çarı yalnız Arsax adını təsdiqləmiş, lakin onun erməni toponimi
1 Гейбуллаев, Гиясаддин, К этногенезу Азербайджанцев (Баку, Элм, 1991), с. 74.
13
QARABAĞ
99 SUALDA
olduğunu təsdiqləməmişdir! O yalnız qeyd etmişdir ki, belə bir vilayət
var, vəssaslam. Belə çıxır ki, əgər Qafqazda Arsax adlı bir vilayət ol-
ması barədə Misir fironları və ya Çin imperatorları məlumat vermiş ol-
saydı, onda bu toponim həmin an Misir və ya Çin toponimi olacaqdı?
2
Yeri gəlmişkən, Arsax ifadəsinin mənşəyinə dair tarixçilər arasın-
da əsasən iki versiya geniş yayılmışdır. Tanınmış albanşünas Fəridə
Məmmədova başda olmaqla tarixçilərin bir qismi “Arsax” toponi-
minin etimologiyasını zərdüştlüyün müqəddəs kitabı “Avesta” ilə
əlaqələndirirlər. Onların fikrincə “Arsax” ifadəsi burada “küləklər
diyarı” mənasında işlədilmişdir.
3
Tarixçilərin əksəriyyəti isə bu toponimin sak, skif tayfalarının
adı ilə bağlı olduğuna əmindirlər. Hətta Azərbaycana münasibətdə
qərəzli mövqe tutan əcnəbi müəlliflər belə Arsax adının ermənilərdən
yox, məhz sak, skiflərdən törədiyi fikrini daha inandırıcı hesab
edirlər
4
. Tədqiqatlar Uti adının da, Arsax toponominin yaranması
kimi burada məskunlaşan müxtəlif türk tayfalarının adı ilə əlaqəli
olduğunu bildirirlər. Son illərdə aparılan araşdırmalar təsdiq edir ki,
hər iki sözün etmilogiyası məhz türkcə məna kəsb etməkdədir. Bun-
lardan Uti sözü “Qara insanlar” və yaxud “Qara adamların yaşadığı
yer”, Arsax adının isə qədim Qarabağda yaşayan türk tayfaları ilə
bağlı olaraq, türkçə ər +sak və yaxud art (dağlıq ərazi, yüksəklik)
+sak birləşməsindən meydana gəldiyi bildirilir.
5
Bölgənin bu Arsax
adı ərəblərin Azərbaycana yürüşünə qədər mövcud olmuşdur.
VII əsrin ortalarında Sasani dövlətini (226-651) süquta uğradan
ərəblər, tədricən Azərbaycanın şimal bölgələrini də hakimiyyətləri
altına aldılar (705-ci il). Ərəblərin hakimiyyəti dövründə Kür-Araz
arasındakı bölgə Arran adlanmağa başlandı. Arran, indiki Qarabağ
bölgəsi də daxil olmaqla, geniş bir ərazini əhatə edirdi. VII əsrin
sonu – VIII əsrin əvvəllərində Azərbaycanda və eləcə də Qarabağda
2 Mehdiyev, Ramiz, Gorus-2010: Absurd Teatrı Mövsümü ( Bakı, 2010), ss. 38-39.
3 Мамедова, Фарида, Кавказская Албания и албаны (Баку, 2005), с. 647.
4 Худадов, В.Н., Закавказье. Историко-экономический очерк (Москва-Ленинград, 1926), с. 32.
5 Məmmədov, Tofiq, Qafqaz Albaniyası ilk orta əsrlərdə (Təhsil nəşriyyatı, 2006), s. 49.
14
QARABAĞ
99 SUALDA
İslam dini surətlə yayılırdı. Sadəcə bəzi dağlıq və dağətəyi yerlərdə
İslam dininin yayılmadığı nəzərə çarpırdı. Bu da çöl şəraitində ya-
şayan ərəblərin dağlıq bölgəyə uyğunlaşa bilməmələrindən qaynaq-
lanırdı. Bu səbəbdən Qarabağın yuxarı-dağlıq hissəsində yaşayan
xristiyan albanlar, öz məskunlaşdıqları bölgəni “Ağvan ölkəsi” ad-
landıraraq, əvvəllər istifadə edilən Arsax adını Ağvan ölkəsi şəklində
dəyişmişdir.
6
Tarixi Qarabağ ərazisi qədim dövrdə və erkən ota əsrlərdə
Azərbaycanın qədim dövlətlərindən biri olan Albaniyanın tərkibində
Uti və Arsax vilayətlərini əhatə etmişdi. Ərəblərin Azərbaycanda
hakimiyyəti dövründə Uti-Arran, Arsax isə Ağvan kimi işlədilmişdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı isə Azərbaycan
dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ”
sözlərinin birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malik-
dir. Dünyanın hər yerində bu sözlərin birləşməsinin Azərbaycanın konkret
ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğ-
ma torpağının bir parçasına verdiyi “Qarabağ” adı ilk mənbələrdə hələ XIII
əsrdən işlənmişdir. Azərbaycan tarixində Qarabağ adını Elxanilər dövlətinin
baş vəziri Fəzlullah Rəşidəddin (ö. 1318) “Camiə’t-təvarix” adlı əsərində
1284-ci ildə baş verən hadisələrdən bəhs edərkən “Arran Qarabağı” şəklində
istifadə etmişdir.
7
Tədqiqatçılar bu dövrdə Qarabağ adına Azərbaycandan
kənarda da təsadüf edildiyi üçün, xüsusilə Türkmənistan və Əfqanıstan
sərhədində yerləşən “Baqdis Qarabağı” ilə onu qarışdırmamaqdan ötrü “Ar-
ran Qarabağı” adlandırıldığını qeyd edirlər.
8
Qarabağın tarixən bir-biri ilə sıx iqtisadi və mədəni əlaqədə olan dağ-
lıq və düzən əraziləri coğrafi baxımdan Arranın tərkib hissəsi idi. Qay-
naqlarda bəzən Qarabağ ilə Ar ran eyniləşdirilib vahid ərazi kimi təqdim
olunsada, Arran daha geniş əra zini əhatə edən in zi ba ti-coğrafi vahid olub,
Azərbaycanın bir hissəsi hesab olunmuş və Qarabağ, Azərbaycan ta rix-
6 Qeybullayev, Qiyasəddin, Qarabağ-etnik və siyasi tarixinə dair (Bakı, Elm, 1990), s. 136.
7 Raşiduddin, Fazlullah, Sbornik Letopisey, Tom. III, (Farsça’tan Rusça’ya tercümə edən: A.K. Arends;
hazırlayanlar: A.A. Romaskeviç, E.E. Bertels ve A.Y. Yakubovsk) (Moskva-Leningrad, 1946), s. 104.
8 Mahmudov Y.M., və Şükürov K.K. Qarabağ: real tarix, faktlar, sənədlər (Bakı, 2009), s. 11.
Həmçinin bax; Nəcəfli, Tofiq, “XV-XVII yüzilliklərdə Qarabağın ictimai-siyasi həyatı”, Yılmaz, Reha,
red., Qarabağ bildiklərimiz və bilmədiklərimiz (Qafqaz Universiteti, 2010), s. 65.
15
QARABAĞ
99 SUALDA
çi si Əbu Bəkr əl-Qütbi əl-Əhərinin təbiri
ilə desək, “Arranın paytaxtı”, daha doğrusu
onun mər kə zi hesab olunurdu.
9
“Qarabağ”
istilahı XIV yüzilliyin sonu - XV yüzilli-
yin əvvəllərində “Arran” ter mi ni ilə yanaşı
işlənmiş, bəzən onu əvəz etmiş və inzibati
əra zi baxımından isə Arranın mərkəzi sa-
hə lərini əhatə etmişdir. Qarabağ dağlıq və
dağətəyi yerləri birləşdirən vahid ərazidən
ibarət ol muş dur.
Orta əsrlərdə Azərbaycanın müxtəlif
bölgələrində Qarabağ adında müxtəlif şəhər və kəndlərə rast gəlmək
mümkün idi. XVII əsrin ortalarında Osmanlı səyyahı Övliya Çələbi
“Səyahatnamə”sində, tarixi Qarabağ vilayəti ilə yanaşı, Naxçıvanda Qa-
rabağlar kəndinin və Cənubi Azərbaycanın Arasbar bölgəsində əhalisi
təqribən 10 min nəfər olan Qarabağ şəhərinin mövcud olduğunu göstərir.
10
Qarabağ sözünün mənası ilə bağlı müxtəlif fikir və mülahizələr möv-
cuddur. Bu bölgənin münbit qara torpaqlarında
11
“qara üzüm” yetiştiril-
diyi və yaxud “qara yarpaqlı bağlar” daha çox mövcud olduğundan xalq
arasında Qarabağ adlandırılmışdır.
“Qarabağ”ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı
kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahı-
na imkan verir. Çünki türk dillərində qaranın rəngdən başqa “sıx”, “qalın”,
“böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan, “Qarabağ” ter-
mini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s.
mənaları kəsb edir.
12
Bəzi mütəxəssislərin fikrincə, “Qarabağ” adının Azərbaycanda yayıl-
ması indiki Qarabağın dağlıq hissəsində, V-X əsrlərdə “Arsax” kimi tanı-
nan ərazidə yaşamış peçeneqlərlə bağlı olmuş və bu ad sonralar ərazinin
9 əl-Əhəri, Əbu Bəkr əl-Qütbü Tarix-e Şeyx Uveys (Fars dilindən tərcümə və müqəddimə, şər h lər və qeydlər
M.D.Kazımov və V.Z.Piriyevindir) (Bakı, 1984), s. 57. Həmçinin bax; a.k.ə. Nəcəfli Tofiq (2010), s. 65.
10 Çelebi, Evliya , Seyahatname, C. II (İstanbul, 1314), ss. 235-242.
11 Sami, Şemsettin, Kamusu’l – A’lam, C. V (Ankara, Kaşgar neşriyat, 1996), s. 3621.
12 Piriyev V.Z. Azərbaycanın tarixi-siyasi coğrafiyası (Bakı, 2003), s. 98.
Azərbaycanın ayrılmaz
tərkib hissəsi olan
Qarabağın adı isə
Azərbaycan dilindəki
“qara” və “bağ” sözlərindən
əmələ gəlmişdir. “Qara” və
“bağ” sözlərinin birləşməsi
Azərbaycan xalqının özü
qədər qədim tarixə malikdir.
16
QARABAĞ
99 SUALDA
düzən yerlərinə şamil edilmişdir.
13
Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim za-
manlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və
ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan “Kitabi-Dədə
Qorqud” dastanı da sübut edir. Dədə Qorqud dastanları VI-VII əsrlərdə
Qarabağ da daxil olmaqla bütün Azərbaycan torpaqlarında, o cümlədən
Göyçə gölü hövzəsində yayılmışdır. Ağqoyunlu hökmdarı Uzun Həsənin
(1453-1478) göstərişi ilə yazılmış məşhur Oğuznamədə (Əbu Bəkr Teh-
raninin 1470-ci ildə yazdığı “Kitabi-Diyarbəkriyyə”sində) Göyçə dənizi
yaylaq larının və Qarabağın qədim oğuz türklərinə məxsus olduğu, oğuz
türklərinin soykökündə duran Oğuz Xaqanın Göyçə gölü ətrafında dəfn
olunduğu, Bayandur Xaqanın isə Qarabağda, Göyçə gölü yaylaqlarında
yaşadığı və orada da dəfn olunduğu göstərilir.
14
Dostları ilə paylaş: |