• Bütün türkl
ərin tərcümanı
~
1
~
Abid Tahirli
BÜTÜN TÜRKLƏRİN
TƏRCÜMANI
(t
əkrar və təkmilləşdirilmiş nəşr)
İsmayıl bəy Qaspiralı
Bakı - 2012
• Abid Tahirli
~
2
~
Ön sözün (Sönm
əyən çıraq) müəllifi: Anar
Redaktor: akademik Nizami C
əfərov
R
əyçilər: professor Qəzənfər Paşayev
professor M
əhərrəm Qasımlı
Əsərdə həyat və fəaliyyəti ilə Azərbaycanla qırılmaz tellərlə
bağlı olan böyük ideoloq, naşir, redaktor, yazıçı-publisist, tənqidçi,
t
ərcüməçi, ideya və əməlləri ilə bütün dünya, xüsusi ilə Rusiya
müs
əlmanlarının taleyində, tərəqqisində misilsiz xidmətlər
göst
ərmiş, onların ictimai-siyasi, mədəni, mətbu həyatında yeni
m
ərhələ açmış, öz dildaşları və dindaşlarının təfəkkür tərzində
dönüş yaratmış İsmayıl Qaspiralının ömür və yaradıcılıq yolundan
b
əhs olunur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Abid H
əmid oğlu Tahirli
Bütün türkl
ərin tərcümanı. (təkrar və təkmilləşdirilmiş
n
əşr). Bakı, «Ozan» nəşriyyatı, 2012. 312 səh.
T - 2012
© «Ozan» n
əşriyyatı, 2012
4702060201-76
On - 047-12
• Bütün türkl
ərin tərcümanı
~
3
~
Anar
SÖNMƏYƏN ÇIRAQ
Əgər xalqımızın Firudin bəy Köçərli, Əlimərdan bəy
Topçubaşov, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə,
Ceyhun b
əy Hacıbəyli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu,
Əli bəy Hüseynzadə, Əliabbas Müznib, Məhəmməd Hadi, Soltan
M
əcid Qənizadə, Xəlil Xasməmmədov, Cəlil Məmmədquluzadə,
Əhməd Cavad… kimi yetişdirdiyi parlaq simaların, eləcə də digər
türk xalqlarının Ziya Göyalp, Mehmət Əmin Yurdaqul, Yusif
Akçuraoğlu, Çələbi Cahan, Cəfər Seydəhməd Krımər, Fuad
Körpülüzad
ə, Məhəmməd Fatih Kərimi, Ayaz bəy İshaqi, Abdullah
Battal kimi görk
əmli xadimlərinin, mücahidlərinin, qələm, kəlam
sahibl
ərinin dediklərinə istinad etsək, o zaman bu qənaətə gəlmək
olar ki, ideyalarının, əməllərinin təsir gücü, əhatə dairəsi və
yaşarlılığına görə türk xalqlarının çar Rusiyası sərhədləri daxilində
yetişdirdiyi ən qüdrətli nümayəndəsi İsmayıl Qaspiralıdır. Onun
«Dild
ə, fikirdə, işdə birlik» şüarı həmişəyaşarlılıq statusu almışdır.
Fikrimc
ə, türk xalqlarının birliyi reallaşdıqdan sonra da bir daha
parçalanmamaq, bölünm
əmək, pərən-pərən düşməmək, daha güclü
v
ə yenilməz olmaq üçün bu ideya öz gücünü, qüdrətini
itirm
əyəcəkdir.
Yeni t
əhsil üsulu, məktəb islahatı, ortaq dil uğrunda
mübariz
əsi, xeyriyyə cəmiyyətlərinin yaradılması, mətbuat və
n
əşriyyat sahəsindəki fədakar fəaliyyəti ilə türk-müsəlman həyat və
t
əfəkkür tərzində, ümumiyyətlə, türkçülük tarixində yeni mərhələ
açan naşir, redaktor, mühərrir, yazıçı-publisist, tərcüməçi, filosof-
• Abid Tahirli
~
4
~
dinşünas, politoloq, maarifçi-reformator İsmayıl Qaspiralı yara-
dıcılığı və şəxsi həyatı ilə Azərbaycanla sıx bağlı olmuşdur. Təəssüf
ki, XX
əsrin 30-cu illərində İ.Qaspiralı ideyalarından təşvişə düşən
sovet rejim v
ə ideologiyası onu «pantürkist», «panislamist»
damğaları ilə düşmən elan etmiş, məzarını da dağıtmışdı. Sovet
t
əbliğat maşını İ.Qaspiralı irsini gözdən salmaq üçün canfəşanlıq
ed
əndə, yuxarıda adlarını çəkdiyimiz XX əsrin əvvəllərindəki xalq
xadiml
ərindən fərqli olaraq, sovet dövrü bəzi Azərbaycan
ziyalılarının «söyən» ansamblda səsi daha gur gəlirdi. İ.Qaspiralını
«mürt
əce», «millətçi», «pantürkist», «panislamist» adı ilə insanların
hafiz
əsindən, tarixin səhifələrindən silib atmaq istəyirdilər. Lakin
Sovet imperiyasının süqutundan sonra İ.Qaspiralı ideyaları öz
gücünü, qüdr
ətini bir daha nümayiş etdirdi, ədalətsizliyin,
haqsızlığın üzərində qələbə çaldı və məğlubedilməzliyini, həmişə-
yaşarlığını bir daha təsdiq etdi.
Filologiya elml
əri doktoru Abid Tahirlinin qələmə aldığı və
siz
ə təqdim olunan bu kitab da elə bu təsdiqin bir təzahüratıdır.
Doğrudur, çox təəssüflə vurğulamalıyam ki, İ.Qaspiralı irsi və
şəxsiyyəti ilə bağlı bu günədək elə ciddi və sanballı əsərlərimiz
yoxdur. Halbuki, İ.Qaspiralı yuxarıda da qeyd etdiyimiz kimi,
h
əyatı, yaradıcılığı və ideyaları ilə Azərbaycana çox bağlı olmuşdur.
O, bütün varlığı ilə bizləri – Qafqaz türklərini çox sevir, onların
ədəbi, mədəni, mətbu sahələrdəki nailiyyətlərini yüksək
d
əyərləndirir, bizim uğurlarımızla qürur duyduğunu gizlətmirdi. Bu
il İsmayıl Qaspiralının anadan olmasının 160-cı ildönümü tamam
oldu. Əlbəttə, bu əlamətdar, tarixi hadisənin sükutla, sükunətlə,
s
əssiz-səmirsiz yox, Milli bayram səviyyəsində qeyd olunması
arzumuzdur. Ümid edir, inanıram ki, A.Tahirlinin İ.Qaspiralının
xatir
əsinin əbədiləşdirilməsi və onun irsindən lazımınca bəhrə-
• Bütün türkl
ərin tərcümanı
~
5
~
l
ənməsi məqsədi ilə kitabda qeyd etdiyi tədbirlərin reallaşacağı gün
uzaqda deyil.
Əsərdə bir çox məqamlar diqqətimi çəkdi. Bildiyimə görə,
Abid Tahirli İ.Qaspiralı ilə bağlı ötən əsrin 90-cı illərinin
əvvəllərindən məşğuldur. Mətbuatda A.Tahirlinin Ceyhun
Hacıbəylinin İ.Qaspiralı ilə bağlı yazısını da elə həmin dövrdə
oxuduğumu xatırlayıram. Bununla demək istəyirəm ki, A.Tahirli bu
müdd
ət ərzində İ.Qaspiralı ilə bağlı külli miqdarda mənbəyə,
m
əxəzə istinad etmiş, Krım, Kazan, Türkiyə, Rusiya, Azərbaycan
aliml
ərinin çox sayda araşdırmalarını tədqiqat müstəvisinə cəlb
etmiş, onları saf-çürük, təhlil, müqayisə etmiş, dəyərləndirmişdir,
mü
əyyən elmi-nəzəri qənaətlərə gəlmişdir. Diqqətimi müraciət
olunan m
ənbələrin çoxluğu, rəngarəngliyi çəkdi. Maraqlı və
t
əqdirəlayiqdir ki, A.Tahirli ilk dəfə İ.Qaspiralının irsini – onun
publisistikasını və bədii əsərlərini qruplaşdırmış, mövzu, ideya
baxımından təsnifatını aparmış, təhlil etmişdir. Əsərdə diqqətimi bir
m
əqam da çəkdi. A.Tahirli İ.Qaspiralının bütün irsindən inciləri,
k
əlamları seçmiş, toplamış, təqdim etmişdir. Tədqiqatçı İ.Qaspiralı
irsin
ə müraciət edən Azərbaycan və xarici ölkə tədqiqatçılarının
siyahısını tərtib etmiş, onların bir çoxunun İ.Qaspiralı ilə bağlı
əsərlərindən Ən dəyərli, təsirli sitatları da oxucuların diqqətinə
çatdırmışdır. Əlbəttə, bu əsərdən daha çox və daha əhatəli bəhs
etm
ək olardı. Buna lüzum görmürəm. Ən əsası odur ki, bu əsəri
oxuyan h
ər kəsin qəlbinə və hafizəsinə bir İ.Qaspiralı portreti həkk
olacaq, hakim k
əsiləcək və hər kəs İ.Qaspiralı arzularını gerçəkləş-
dirm
ək üçün böyük ideoloqun «əgər xidmət etmək istəyirsənsə,
bacardığın işlə başla» tövsiyəsinə riayət etməyə çalışacaq. Bu isə
«sözd
ə, fikirdə, işdə birliyə» aparan böyük yoldur.
• Abid Tahirli
~
6
~
….1914-cü ild
ə 63 yaşında ikən vəfat edən İsmayıl
Qaspiralının ölümünü Rusiya müsəlmanları, onların qabaqcıl
ziyalıları Milli matəm kimi qeyd etdilər. Xalq xadimlərinin bu
böyük itki il
ə əlaqədar qəzetlərdə dərc etdirdikləri yazıların
əksəriyyəti İ.Qaspiralının vəfatına işarə vuraraq «millətin çırağı
söndü» ifad
əsini işlədirdi. Şübhəsiz ki, qaspiralısevərlər bu zaman
onun yalnız cismən aralarından getdiyini nəzərdə tuturdular. Amma
əslində İ.Qaspiralı çırağının işığı onun ölümündən sonra da
azalmamış, əksinə, əbədi məşələ çevrilərək, böyük və qüdrətli bir
mill
ətin getməli olduğu yolu nura boyamışdır.
Xalqımızı Türk dünyasının böyük fikir və qələm adamlarıyla
daha yaxından tanış etmək vacib və şərəfli işdir. Bu baxımdan Abid
Tahirlinin uzun ill
ərin zəhməti, axtarışları və tapıntıları zəminində
araya-
ərsəyə gətirdiyi kitab İsmayıl Qaspiralı xatirəsinə dəyərli
töhf
ə olmaqla bərabər, Azərbaycan oxucularına ölümsüz mütəfək-
kirin h
əyatı və yaradıcılığını təqdim etməsilə də əhəmiyyətlidir.
Türk düşüncə tarixinə həsr olunmuş əsərlər sırasında bu kitabın da
layiqli yer tutacağına inanıram.
• Bütün türkl
ərin tərcümanı
~
7
~
İSMAYIL QASPİRALI DÜNYASI,
İSMAYIL QASPİRALI DÜHASI
İlk addımlar, ilk axtarışlar
XIX
əsrin ikinci yarısı Rusiya müsəlmanlarının mənəvi-
milli-ideoloji lideri, maarifçi-
publisist, naşir, redaktor İsmayıl bəy
Qaspiralı (1851-1914) öz qəzetinə «Tərcüman» adını verməklə
s
əpələnmiş, parçalanmış, hüquqları əlindən alınmış türkdilli
xalqları birləşdirmək, onların istəyini, iradəsini ifadə etmək kimi
tarixi missiyanı öz üzərinə götürmüş oldu və fəaliyyəti ilə türkdilli
xalqların gələcək taleyinin müəyyənləşməsinə, özünüdərkə və
özünüt
əsdiqə təkan verdi, onların həyat və təfəkkür tərzinin
d
əyişməsində, tərəqqisində misilsiz rol oynadı. «Tərcüman»
türkdilli xalqların tərcümanı İsmayıl Qaspiralının tribunasına
çevrildi. Bu n
əşrin tarixi xidməti həm də ondadır ki, türkdilli
xalqlar üçün h
əmişəyaşar və bütün dövrlər üçün keçərli, yararlı
ideya verdi: fikird
ə, dildə, əməldə birlik! XX əsrin əvvəllərində
formalaşmış türkçülük ideologiyasının təməlində də məhz bu
ideya durur…
M
əşhur Qaspiralılar nəslinin türk dünyasına bəxş etdiyi
İsmayıl düz 160 il bundan əvvəl mart ayının 8-də Krımın Avçı
k
əndində dünyaya göz açmışdır. Atası – keçmiş çar ordusunun
zabiti Mustafa b
əy və nüfuzlu mirzə ailəsindən olan anası Fatimə
Sultan İsmayılın təlim-tərbiyəsinə ciddi yanaşır, onun təhsilinə
qayğı göstərirdilər. Bir müddət müsəlman məktəbinə gedən İsmayılı
• Abid Tahirli
~
8
~
atası – Mustafa Qaspiralı xeyli çətinlikdən sonra Ağməsciddəki
(Simferopol) gimnaziyaya düz
əltməyə nail olur və 2 il orada təhsil
alır. Gimnaziya mühiti İsmayılın atası Mustafa kişini qane etmir.
Odur
ki, o, oğlunu Voronejdəki hərbi məktəbə qoyur. İsmayıl
burada bilir ki, ünvana düz g
əlməmişdir. Tezliklə İkinci Moskva
H
ərbi Gimnaziyasına düzəlir. Gənc İsmayıl Moskvadakı üç illik
(1864-1867) gimnaziya h
əyatı dövründə dərk edir ki, seçdiyi yol
onun ist
əklərinə, arzularına uyğun deyil: təhsilini yarımçıq qoyur,
gimnaziyanı tərk edir. Hərbi gimnaziyadakı tədris yox, oradakı
mövcud
əxlaqi, mənəvi mühit və İsmayılın dindaşlarına, dildaş-
larına alçaldıcı münasibət onu növbəti dəfə qərarını dəyişməyə
m
əcbur etmişdi. Gimnaziyada qeyri-ruslara, xüsusi ilə türk-tatarlara
t
əhqiramiz, şovinist münasibət İsmayılı daha dərindən düşünməyə
vadar edirdi. Əslində, elə bu vaxtdan onun gələcək fəaliyyətinin
konturları cızılırdı. Krit adasındakı yunanların Osmanlı dövlətinə
q
arşı üsyan xəbəri İsmayıldakı milli təəssübkeşlik hissini o dərəcədə
alovlandırmışdı ki, o, üsyanın yatırılması üçün türklərə kömək
etm
ək məqsədi ilə cəbhəyə getməyə cəhd göstərir, lakin sərhədi
keçm
əyə nail olmur. Doğma Krıma qayıdır, Yalta və Baxçasarayda
1870-ci ild
ən ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayır. O,
şagirdlərinə rus dilini öyrədir, özü isə rus ədəbiyyatını böyük
ehtirasla mütali
ə edirdi.
İ.Qaspiralı dövrü üçün çox xarakterik olan xalqçılıq,
maarifçilik h
ərəkatının, digər müxtəlif ideya və cərəyanların intişar
tapdığı, inkişaf etdiyi bir mühitdə formalaşırdı. O, bir tərəfdən
M.N.Katkovun (İ.Qaspiralının müəllimi, «Moskovskiye vedo-
mosti», «Russkiy vestik» q
əzetlərinin redaktoru) millətçi görüşləri
il
ə tanış olur, digər tərəfdən M.N.Katkovun vasitəsi ilə tanıdığı tatar
əsilli yazıçı İ.S.Turgenevin, eləcə də rus ictimai-ədəbi-mədəni
• Bütün türkl
ərin tərcümanı
~
9
~
mühitinin formalaşmasında əvəzsiz rol oynamış N.Tolstoyun,
B.Belinskinin, N.Çernışevskinin, N.Dobrolyubovun fikir və
ideyalarının əhatəsində yetişirdi. O, qabaqcıl rus ziyalılarına mehr-
m
əhəbbət saldığı qədər, şovinist, anti-türk xarakterli rus ziyalılarını
t
əmsil edən təbəqəyə qarşı barışmaz mövqedə dururdu. Bir sözlə,
obrazlı ifadə ilə desək, qaynayan rus mühiti İ.Qaspiralının gələcək
taleyini mü
əyyənləşdirirdi.
Pedaqoji f
əaliyyətlə iddialarını və ideyalarını gerçəkləşdirə
bilm
əyəcəyi qənaətinə gələn İsmayıl Qaspiralı əvvəlcə Avropaya,
sonra Şərq ölkələrinə üz tutur (1872). İstanbul, Vyana, Münhen,
Şturtqarddan keçərək Fransaya gələn İ.Qaspiralının təzadlar,
t
ərəddüdlərlə dolu dünyagörüşündə, həyatında yeni dövr başlayır.
H
ələ Moskvada təhsil aldığı illərdə əxz etdiyi, meyl saldığı
maarifçilik duyğuları Paris mühitində onda milli intibah ideyalarını
alovlandırır. Uzaqdan –Parisdən Rus imperiyasının əsarəti altında
inl
əyən əsir türk xalqlarının acı mənzərəsi, qaranlıq dünyası daha
aydın görünürdü. İ.Qaspiralının qəlbində bütün türk dünyasını
nurlandıracaq ideyalar cücərirdi.
İki il – 1874-cü ilədək Parisdə yaşayan və tanınmış rus
yazıçısı İvan Turgenevin yanında çalışan İ.Qaspiralının Osmanlı
zabiti olmaq arzusu onu İstanbula gətirir. Lakin 23 yaşlı gənc bu
arzusuna yetişmir: Rusiyanın Osmanlıdakı səfiri İqnatyev ona mane
olur v
ə İsmayıl yenidən Krıma qayıdır (1875).
İsmayıl bəy doğma diyarda fəaliyyət dairəsini genişləndirir
v
ə həmşəhərlilərinin etimadını qazanaraq, Baxçasaray bələdiy-
y
əsinin sədri seçilir (1875-1884). Lakin xəyallarındakıları gerçək-
l
əşdirmək üçün bu post kifayət etmirdi. O, bir qəzet çıxarmaq üçün
çar hökum
ətinə müraciət edir (1877), cavab müsbət olmur. Rədd
cavabı İ.Qaspiralını məyus etsə də, o, yolundan dönmür.
• Abid Tahirli
~
10
~
Simferopolda rus dilind
ə buraxılan «Tavrida» adlı qəzetlə sıx
əməkdaşlıq etməyə başlayır, Simferopolda «Tonğuç», Tiflisdə
Ünsizad
ə qardaşlarının mətbəəsində «Şəfəq və Lətaif», «Ay»,
«Ulduz» v
ə «Günəş» adlı kitabçalar nəşr etdirir. 1882-ci ildə
«Tavrida» q
əzetinin bir neçə nömrəsində dərc olunan məqalələrini
toplayaraq «Rusiya müs
əlmanları» adı ilə 54 səhifəlik kitab
şəklində türk dilində buraxır. Əsərdə müəllif özünü Rusiyanın
s
ədaqətli təbəəsi kimi təqdim etsə də, türk-tatar toplumunu açıq-
aşkar birliyə, Avropa mədəniyyətinə yiyələnməyə çağırırdı. Rus
hökum
ətinə xitabən yazılan bu əsərdə İ.Qaspiralı eyni zamanda
rusların da müsəlmanların maariflənməsinə əngəl olmamaları
fikrini, Rusiyanın həm də, bir müsəlman dövləti sayılması ideyasını
ir
əli sürürdü.
Mü
əllif həyəcanla bəyan edirdi ki, Krımdakı türklər də
daxil olmaqla, Rusiya müs
əlmanlarının milli kimliklərinin
itirilm
əsi təhlükəsi vardır. İ.Qaspiralıya görə, ən əvvəl, Rusiya
müs
əlmanları, türk dilində danışan toplumlar cəhalət və iqtisadi
t
ənəzzül bəlasından xilas edilməli, etno-dini əsaslara dayanaraq
bütöv v
ə müasir millət kimi formalaşmalıdırlar. Bu çətin, tarixi
v
əzifənin öhdəsindən yalnız bir yolla gəlmək olar:
maarifl
ənməklə. Türk təhsil sistemi bu dildə danışan xalqları
yaxınlaşdırmalı, nəticə etibarı ilə ortaq türk ədəbi dilinin
t
əşəkkülünə təkan verməli idi. Türk dilindəki mətbu orqan isə bu
v
əzifənin həyata keçirilməsində mühüm vasitə ola bilərdi. Bu
əsərlə bağlı bir qədər sonra daha ətraflı bəhs edəcəyimiz üçün
h
ələlik bunlarla kifayətlənirik.
• Bütün türkl
ərin tərcümanı
~
11
~
İ.Qaspiralının şah əsəri – «Tərcüman»
Doğma dildə qəzet nəşr etmək üçün ilk təşəbbüsünün
n
əticəsiz qaldığını görən İ.Qaspiralı qəzet buraxmadan ideyalarının
reallaşmayacağını aydın dərk edirdi. Odur ki, müəyyən hazır-
lıqlardan, o cümlədən gələcək qəzet üçün xeyli sayda abunəçilər
topladıqdan sonra qəzet buraxmaq üçün növbəti dəfə hökumətə
müraci
ət etdi.
İ.Qaspiralıya, nəhayət ki, ruscası ilə birlikdə buraxmaq şərti
il
ə «Tərcüman» qəzetinin nəşrinə icazə verildi. Beləliklə, 1883-cü il
aprel ayının 10-da Rusiya imperiyasında yaşayan 14 milyonluq türk
dilind
ə danışan xalqların tarixləri ərzində «Əkinçi» (1875-1877),
«Ziya» («Ziyayi-Qafqasiyy
ə» (1879-1884) və «Kəşkül»dən (1883-
1891) sonra sayca dördüncü q
əzet işıq üzü gördü.
İlk vaxtlardan ciddi maliyyə problemləri ilə üzləşməsinə
r
əğmən «Tərcüman»ın tirajı artır, səsi-sorağı sürətlə yayılırdı, onu
Rusiyadan uzaqlarda da –
Misir, Əlcəzair, Çin, İran, Hindistan,
Türkistan, Rumıniya, Bolqarıstan və s. kimi ölkələrdə alır,
oxuyurdular. İlk nömrəsi cəmi 320 nüsxə çıxan «Tərcüman»ın
sonrakı illərdə tirajı 20 minə qədər artmışdı. Nəşrə başlayandan
1905-ci il
ədək iki dildə buraxılan «Tərcüman» 1905-ci ildən
etibar
ən bağlananadək – 10 fevral 1918-ci ilə kimi yalnız türk
dilind
ə nəşr olunmuşdu. 1912-ci ildən qəzet «Dildə, fikirdə, işdə
birlik» şüarı ilə buraxılmışdır. 1906-cı ildən 1910-cu ilədək
«T
ərcüman»ın mətbəəsində İ.Qaspiralının qızı Şəfiqə xanım
(Az
ərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy
Yusifb
əylinin həyat yoldaşı) tərəfindən qadınlar üçün Rusiya
müs
əlmanlarının ilk jurnalı on beş gündən bir səkkiz səhifəlik,
• Abid Tahirli
~
12
~
illüstrasiyalı «Aləmi-nişvan» nəşr olunmuşdur. Yeri gəlmişkən
qeyd ed
ək ki, «Tərcüman»a qədər İsmayıl bəy 10-dək dövri nəşr
çap
etmişdir («Tonguç», «Şəfəq», «Kəmər», «Ay», «Ulduz»,
«Gün
əş», «Həqiqət», «Tərəqqi» və s.).
«T
ərcüman» İsmayıl Qaspiralının taleyi, tərcümeyi-halı, şah
əsəridir, başqa sözlə, «Tərcüman» İsmayıl Qaspiralı, İsmayıl
Qaspiralı «Tərcüman»dır.
Fikrimizc
ə, «Tərcüman» Rusiyada baş verən ictimai-siyasi
prosesl
ərə, islahatlara, islam aləmində baş verən dəyişikliklərə
uyğun olaraq 3 mərhələdə araşdırılmalıdır: 1883-1905-ci illər,
1905-1914-cü ill
ər və 1914-1918-ci illər. Həmin mərhələlər
İ.Qaspiralının dünyagörüşündə, mücadilə taktikasında baş verən
d
əyişiklikləri də parlaq əks etdirir.
C
əhalətə zərbə – yeni məktəb
Böyük xalq xadimi İ.Qaspiralının fəaliyyəti çoxşaxəli
olduğu qədər də faydalı və zəngin olmuşdur. Məktəbi millətin nicat
yolu kimi q
əbul edən Qaspiralı 1884-cü ilin yanvarında ənənəvi
m
əktəblərdən fərqlənən təhsil ocağı açdı. Yeni üsulla fəaliyyət
göst
ərən bu məktəbdə tətbiq olunan təcrübə özünü doğrultdu –
şagirdlər qısa müddət ərzində oxuma və yazmağa müvəffəq oldular.
İ.Qaspiralının təhsildəki islahatı tədricən sistem kimi formalaşdı və
«üsuli-c
ədid» - yəni «yeni üsul» adını aldı. Bu sistem Rusiya
müs
əlmanları arasında savadsızlığın hakim kəsildiyi bir cəmiyyət
üçün
ən səmərəli üsul sayılırdı. 2 illik məktəblərdə 9 aylıq tədris ili,
6 günlük t
ədris həftəsi olurdu. Bir dərs günündə 5 dərs, hər bir dərs
d
ə 45 dəqiqə keçirilirdi.
• Bütün türkl
ərin tərcümanı
~
13
~
İlk baxışda sadə və aydın görünən bu sistem və onun
g
ətirdiyi yeniliklər əslində cəmiyyətdə mədəni bir inqilaba bərabər
idi. Ən əvvəl, bu köhnənin alt-üst edilməsi, inkarı idi. Dövrünün
böyük t
əhsil islahatçısı bu qənaətdə idi ki, ilin 6 ayının, hər günün 3
saatının nəzarətsiz, imtahansız, nizam-intizamsız olan köhnə təhsil
sistemi 15-20 il ömür ist
əyir və nəticədə nə ərəb dili xeyir verir, nə
d
ə türk dili bir kamillik. Biliklərin imtahanlarda yoxlanılmaması,
t
əhsilə yiyələnmənin dərəcəsinin müəyyənləşdirilməməsi təhsilin
ərəb dilinin, islam qanunlarının öyrənilməsi ilə məhdudlaşdırılması,
t
ədris ilinin 6 aydan ibarət olması, şagirdlərin məişət problemləri ilə
ziyad
ə məşğulluğu, onların zəkat və sədəqəyə alışdırılması,
mü
əllimlərin maaşının azlığı «mədrəsə təhsilinin lazımi səviyyədə
olmaması»na dəlalət edir ki, bu da nəticə etibarı ilə «islam əhlinin
geril
əməsinə» səbəb olurdu. Maarif fədaisi İ.Qaspiralı «Bəs çarə
n
ədir?» - deyə sual edir və bu çətin, həlli müşkül məsələyə də özü
əlac tapırdı: islahatların keçirilməsi. Yuxarıda da gördüyümüz kimi,
o, n
əzərdə tutduğu islahatları dilə gətirməklə kifayətlənmir,
ideyalarını praktik olaraq həyata keçirirdi. Tarixə «cədizm» adı ilə
düşən təhsil islahatı, ictimai-siyasi hərəkat XIX əsrin sonlarında çox
populyarlıq qazanmış və Krımdan Volqaboyuna, Urala, Qafqaza
sür
ətlə yayılmış, Orta Asiyada, hətta Hindistanda özünə tərəfdarlar
tapmışdı. 1913-cü il 12 sentyabra qədər belə məktəblərin sayı təkcə
Rusiyada 700-
ə yaxın idi.
Dostları ilə paylaş: |