Elmи мяъмуяси



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix05.05.2017
ölçüsü3,55 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

 

haqlı olaraq qeyd edir ki, “pedaqoji texnologiyaları  əzbərləmək olmaz. 

Onların yalnız tətbiqinin mümkün istiqamətlərini göstərmək olar. Müəllimin 

yaradıcı potensialı ona axtarış sahəsini göstərər, səriştəliyi isə maraqlı 

tapıntılara və nəticələrə təkan verər.” 

Bununla da İnternet şəbəkəsinin məlumat mənbələrindən istifadə edərək

onları tədris prosesinə yönəldib dərsdə bir sıra didaktik məsələləri səmərəli 

şəkildə  həll etmək mümkündür. Həmçinim, müxtəlif çətinlik səviyyəsində 

olan  şəbəkə materiallarından bilavasitə istifadə edərək oxu vərdişlərini və 

bacarıqlarını formalaşdırmaq olar. İnternet şəbəkəsindən və bilavasitə müəl-

lim tərəfindən hazırlanmış autentik səsli mətnlərin  əsasında eşitmə qabiliy-

yətini təkmilləşdirərək, müəllim və ya tələbələr tərəfindən təqdim olunmuş 

şəbəkə materiallarının problemli müzakirəsi  əsasında monoloq və dialoq 

danışıq bacarığını inkişaf etdirmək olar. Tərəfdaşlara fərdi və ya yazılı 

şəkildə cavab hazırlamaqla, referatların, inşaların tərtib olunmasında iştirak 

etməklə yazılı nitq qabiliyyətini təkmilləşdirmək mümkündür. Özünün həm 

aktiv, həm də passiv lüğət ehtiyatını millətin mədəni inkişafının müəyyən 

mərhələsini, cəmiyyətin sosial və siyasi quruluşunu əks etdirən müasir xarici 

dilin leksikası ilə dolduraraq tərkibinə nitq etiketi, xüsusilə  də, müxtəlif 

xalqların ünsiyyət  şəraitində nitq davranışları, mədəniyyət xüsusiyyətləri, 

dili öyrənilən ölkənin  ənənələri daxil olan ölkəşünaslıq bilikləri ilə tanış 

olmaq olar. 

Layihə üzərində  işləyərkən  İnternet materiallarından istifadə etmək 

xüsusilə maraqlıdır. Müəllim həmin mərhələ üçün müzakirə  və  tədqiq 

olunan problemin şəbəkədə müxtəlif, bəzən təzadlı informasiyasını axtara 

bilər. Kiçik qruplarda tələbələrə bu cür materialları təqdim edərkən müəllim 

qarşıya müzakirə edilən problem üçün münasib məlumatı seçmək, onunla 

razılaşmaq, layihə üzərində işləyərkən onu inkar etmək və əlbəttə ki, bunun 

üçün faktların , məlumatın lazımlığını  qəbul etmək kimi bir məsələni qoya 

bilər. Öz problemi üzərində çalışan hər bir qrupa müzakirə probleminə 

uyğun müvafiq materialı təklif etmək olar. Bunu müəllim bir neçə tələbənin 

köməyi ilə seçə bilər. Analoji işi eşitmə məqsədilə də aparmaq olar. 


Xarici dilin tədrisində internetin rolu 

127 


İnternet şəbəkəsində məlumatın əhəmiyyəti ondadır ki, əgər vacib olarsa 

hər zaman ən yeni informasiyadan istifadə etmək və ya müəyyən problem 

üzrə  məlumat seçmək olar. Çat xidmətlərindən, telekonfranslardan və 

elektron poçtlarından istifadə edərək dil daşıyıcılarının dili öyrənilən ölkənin 

vətəndaşlarının bu və ya digər problemlər: məsələn, ölkə prezidentinin 

seçkiləri, dünyanın müxtəlif yerlərində baş verən hadisələr, oxunulmuş kitab 

haqda fikirlər, müxtəlif ölkələrdə  təhsilin xüsusiyyətləri, eyni bayramların 

müxtəlif ölkələrdə keçirilmə ənənələri haqda fikrini almaq olar. 

Bununla yanaşı, lazımi və maraqlı illyustrasiyaları da seçmək olar. Belə 

ki, həm məktəbdaxili, həm də beynəlxalq layihələrin əksəriyyəti dərs zamanı 

başlayır və bitir. Halbuki, dərsdənkənar fəaliyyət, əlbəttə, əgər söhbət qrupun 

bütün tələbələrinin iştirak etdiyi qrup layihələrindən gedirsə daha çox zaman 

tələb edir. Praktiki olaraq, bu cür layihələr  İnternetdən alınmış materiallar-

dan iş prosesində istifadə olunarsa, daha rəngarəng olar. Təbii ki, tələbələrin 

xarici dil sahəsində dərsdənkənar fəaliyyətinin təşkili üçün İnternet şəbəkə-

sinin didaktik imkanları daha genişdir. Hər şeydən öncə İnternet bizə xarici 

dildə  həm yazılı, həm də  şifahi formada ünsiyyət ehtiyaclarının yaranma-

sında vacibdir. Şəbəkədən səmərəli istifadənin ən geniş yayılmış növlərindən 

biri dil daşıyıcıları ilə birgə teleünsiyyət layihələrinin təşkilidir. Beynəlxalq 

teleünsiyyət layihələri tələbələr üçün o cəhətdən unikaldır ki, onlar real dil 

mühitinin yaradılması imkanını təmin edir.

7

 Buna qədər digər metodların və 



texniki vasitələrin heç biri tələbələrə belə şərait imkanı yaratmamışdır. Məhz 

bu səbəbdən, tələbələr dərslərdə  şərti-nitq çalışmaları ilə  məhdudlaşmağa 

məcbur olurdu, çünki tamamilə aydın idi ki, həm müəllim, həm də  tələbə 

üçün dərs zamanı  hər bir situasiya və  hər bir rol oyunu şərtidir. Onların 

köməyi ilə xarici dildə danışıqlar üçün motivasiya yaradılsa da həqiqi 

ünsiyyəti, həqiqi tələbatı təşkil etmək olmur.  

İnternet  şəbəkəsində müxtəlif ölkələrdən olan tərəfdaşlar üçün həlli və 

tədqiqatı eyni şəkildə maraqlı və əhəmiyyətli olan ümumi layihənin əsasında 

beynəlxalq layihələr təşkil edilir. 

Layihə  iştirakçıları düşüncələr, tədqiqat, lazımi informasiyanın axtarışı, 

toplanılması  və onun tərəfdaşları arasında müzakirəsi ilə  məşğuldurlar.  Ən 

əsası da odur ki, burada dil birbaşa öz vəzifəsindən – fikirlərin formalaşma 

və ifadə vasitəsindən çıxış edir. Bu da öz növbəsində  həqiqi təlim mühiti 

yaradaraq, yalnız tədqiqat probleminə deyil, xarici dil fəaliyyətinə, digər 



 Mətanət MƏMMƏDOVA 

128 


mədəniyyətə daxil olmaq imkanıdır. Yeri gəlmişkən, birgə  tədqiq edilən 

problem istənilən, yəni, ekoloji, siyasi, dini, bədii, tarixi, ölkəşünaslıq, linq-

vistik və s. mövzuda ola bilər. Əsası odur ki, o layihə iştirakçıları tərəfindən 

tədqiq, müzakirə olunur və iştirakçıların ünsiyyəti üçün qəbul olunmuş xarici 

dildə həll olunur.  

Bu imkanları konkretləşdirmək və metodika çərçivəsinə salmaq üçün 

tədris planında xarici dilin öyrənilməsinə ayrılan müxtəlif saatların və 

yiyələnmə səviyyəsini də nəzərə almaq vacibdir. 

Bizim ölkəmizdə və dünyanın müxtəlif ölkələrində bütün növ öyrəncilər 

üçün xarici dil dərslərinin və  təlim kurslarının materiallarını tapmaq müm-

kündür. Burada xüsusi olaraq bu məqsədlər üçün müxtəlif nitq fəaliyyəti 

növlərini, dil aspektlərini nəzərdə tutan materialların və onların istifadəsinin 

dərs üçün təklif olunan metodikasının işlənilməsi, müəllimin konkret öyrənci 

qrupu üçün ixtisaslaşdırılmış  təlim məsələsinə dair materialların sərbəst 

seçimi kimi iki üsuluna dəstək olaraq, bilavasitə  dərsdə pedaqoji təcrübə 

zamanı  sınaqdan keçirilmiş  İnternet  şəbəkəsindən praktiki istifadənin iki 

variantını da təklif etmək olar.

8

 

 

Bütün bu məsələlərin həll edilməsi üçün müəllim öncədən tələbələrin 



sonradan vaxt sərfinə  qənaət etməsi üçün lazımi məlumatların  İnternetdən 

tapılmasını təmin etməlidir. Lakin, təəssüf ki, tələbələrin birbaşa dərs zamanı 

İnternet  şəbəkəsinin mənbələrindən istifadəsi çətinləşir. Buna görə  də, bu 

vəziyyətdən  ən yaxşı  çıxış yolu dərsdə  ənənəvi dərsliklərin təklif edə 

bilmədiyi və İnternet şəbəkəsindən öncədən tapılmış və hazırlanmış autentik 

materialların istifadə olunmasıdır. 

  


Xarici dilin tədrisində internetin rolu 

129 


 

ƏDƏBİYYAT 

 

1.

 



MARCOS, Kathleen, Internet for language teachers, ERIC Clearing 

house on Languages and Linguistics, December, 1994, p.5 

2.

 

EARP, Samantha, More than just the Internet : Technology for 



Language Teaching, ERIC L&L. Digest, December, 1997, p.6 

3.

 



Euro Education 1998, Proceedings of the Second Euro Education 

Conference , Denmark, 27-29 May 1998, p.132 

4.

 

G.MARTINEZ, Alejandro, Computer Games & Reading, Instituto 



Anglo-Mexicano de Cultura, English Teaching Forum, July, 1993, p.41 

5.

 



Полат,  Е.С.,  Интернет  на  уроках  иностранного  языка, 

Иностранные языки в школе, № 2, 3, Москва, 2001, стр. 5-9 

6.

 

АНДРЕЕВ,  А.А.,  Средства  новых  информационных  технологий 



в  образовании:  систематизация  и  тенденции  развития.  В  сб.  Основы 

применения  информационных  технологий  в  учебном  процессе  Вузов.- 

М.: ВУ, 1995г. С.43-48 

7.

 



HIGGINS, C., Computer-Assisted Language Learning, Current 

Programs and Projects,  Washington, DC : ERIC Clearing house on 

Languages and Linguistics, 1993, p.47 

8.

 



NƏBİYEVA , S., Kompyuter texnologiyalarından istifadə şagirdlərin 

fəallaşdırılması vasitəsi kimi, Bakı, 2005, avtoreferat materiallarından. 

 


 Mətanət MƏMMƏDOVA 

130 


 

РЕЗЮМЕ 

 

В  данной  статье  обсуждены  проблемы  применения  Интернета  в 



обучении  иностранных  языков.  Указаны  оптимальные  варианты 

использования  сети  Интернет  в  обучении  и  практики . В  статье  автор 

пытался указать самые распространенные виды применения Интернета, 

положительные качества и практические советы учителям иностранных 

языков.  С  педагогической  точки  зрения  статья  может  иметь  прек-

расную методическую ссылку в применении сети Интернет в обучении 

иностранным языкам. 

 

 



RESUME 

 

The problems of Internet usage in the foreign languages’ teaching is 



discussed in the given article. The optimum versions of using the Internet 

network in teaching and practising are shown. In the article the author tried 

to recommend the widest kinds, the positive qualities and practical advice of 

Internet usage to the foreign language teachers. From the pedagogical point 

of view the article should have the excellent methodical exile in using the 

Internet network in foreign language teaching.  



 

Ərəb dilçiliyində və Azərbaycan ərəbşünaslığında bağlayıcıların müqayisəli tədqiqinə dair 

131 


 

 

ƏRƏB DİLÇİLİYİNDƏ VƏ AZƏRBAYCAN ƏRƏBŞÜNASLIĞINDA 

BAĞLAYICILARIN MÜQAYİSƏLİ TƏDQİQİNƏ DAİR 

 

f.e.n. Hüseynova S.N. 

 

 



Bağlayıcılar köməkçi nitq hissələrindən biri kimi morfologiyaya aiddir. 

Lakin onların bir sıra sintaktik vəzifə daşıdıqları da danılmazdır. Bağla-

yıcılar qrammatik, semantika, sintaktik vəzifəsinə və quruluşuna görə təsnif 

edilir. Sintaktik vəzifəsinə görə bağlayıcıları iki qismə ayırırlar: 1) tabesizlik 

bağlayıcıları 2) tabelilik bağlayıcıları. 

Qeyd edək ki, Azərbaycan dilçiliyində bu bağlayıcılar tabeli və tabesiz 

bağlayıcılar adlandırlır (4, 434). Bizcə, I bənddə qeyd edilən bağlayıcılar 

tabesizlik, II bənddəkilər tabelilik əlaqəsini ifadə etdiyinə görə onları məhz 

biz deyən kimi adlandırmaq daha məqsədə uyğun olardı. 

Tabesizlik və tabelilik bağlayıcılarını məna qruplarına bölməzdən əvvəl 

onu qeyd etmək lazımdır ki, burada qrammatik məna ilə leksik mənanın 

sərhəddini müəyyənləşdırmək məsələsi ortaya çıxır. Bağlayıcıların mənaya 

görə bölgüsünə  şərti yanaşmaq lazımıdır. Köməkçi nitq hissələri kimi 

bağlayıcıların da nominativ leksik mənası olmadığı üçün, söhbət onların öz 

məna bölgüsündən yox, söz birləşməsi və cümlələri, xüsusilə tabeli 

mürəkkəb cümlələri birləşdirdikdən sonra meydana çıxan məna 

çalarlıqlarının bölgüsündən getməlidir (6, 272) 

Ərəb qrammatikləri başqa köməkçi nitq hissələri kimi, bağlayıcıları da 

ayrıca tədqiq etməyərək onları, adətən,  فورحtermini ilə adlandırmışlar;  فرح

  فطعلا,  ريسفتلا  افرح  və s. (9, 246). Ümumiyyətlə,  ərəbşünaslıqda başqa 

köməkçi nitq hissələri, məsələn, ön qoşmaları, ədatlar nisbətən geniş tədqiq 

edilib öyrənilsə də, bağlayıcılara məhəl qoyulmamışdır. Ə.C. Məmmədovun 

“Ərəb dili” dərsliyindəki qısa məlumatı (3, 439-440) istisna etməklə, 

ərəbşünaslığımızda bu barədə kiçik bir məqaləyə belə rast gəlmədik. 

Azərbaycan, türk və rus qrammatiklərinin bölgüsü və yuxarıda 

bağlayıcılar haqqında deyilənlərə  əsasən  ərəb dilində bağlayıcıların 

təsnifatını verməyə çalışacağıq. 


 f.e.n. Hüseynova S.N. 

132 


Əvvəlcə tabesizlik bağlayıcılarından başlayaq. 

Bu bağlayıcıların bağladıqları hissələr bərabər hüquqlu cümlə üzvü və 

bərabər hüquqlu cümlə olaraq qalır. Mənaya görə tabesizlik bağlayıcılarını 

aşağıdakı qruplara bölmək olar: 

1.

 

birləşdirmə və ya bitişdirmə bağlayıcıları: فطعلا فورح  



 ىتح ، ف ،و 

2.

 



bölüşdürmə və alternativlik bağlayıcıları: 

 وا ،ما ،امإ 

Şeyx Mustafa əl-Ğələyininin bölgüsündə bu iki qrupdakı bağlayıcılar bir 

qrupda birləşdirilir. Bura bir neçə başqa bağlayıcı da daxil edilir. Ümumiy-

yətlə, əl-Ğələyini onların sayının doqquz olduğunu söyləyir (9, 243). 

3.

 



qarşılaşdırma bağlayıcıları: 

 اما ، نكل ،لب

 نكل ،

 

4.



 

aydınlaşdırma bağlayıcısı: ريسفتلا فرح 

  يا 

Qeyd edək ki, ərəb qrammatikləri bu bölgüyə  نا bağlayıcısını da daxil 



edib onları  ريسفتلا افرحadlandırırlar (9, 258). 

5.

 



ardıcıllıq bağlayıcısı:  

 ف  


İndi isə həmin bağlayıcıları daha dərindən təhlil edək 

I.

 



1) a) و bağlayıcısı birləşdirmə - bitişdirmə bağlayıcısı olub 

cümlənin həmcins üzvləri arasında birqəlik əlaqəsini yaradır. 

 (1

 نسح و يلع ءاج 



 

 Əli və Həsən gəldi. 

(2

 ةنيفسلا باحصا و هانيجن اف 



)

،توبكنعلا ةروس

15

 ( 


 

Biz onu və gəmi xalqını xilas etdik. 

b) Xəbər  şəklində olan feldən  əvvəl gələrək müəyyən bir hərəkətin 

ifadəsinə kömək edir.  "

و

"  - dan əvvəl gələn fel əmr, arzu, inkar və ya sual 



bildirir.  

كروزأ و ينرز

 

Mənə baş çək ki, mən də sənə baş çəkim.  



c) Xəbər  şəklində olan fel və  təsirlik halda olan isim arasında işlənən 

birləşdirmə mənası verir. Bu bağlayıcıya birgəlik vav-ı 

)

ةيعملاواو



 (

- deyilir. 

هاخا و ترفاس

 

Onun qardaşı ilə səfər etdim. 



Ərəb dilçiliyində və Azərbaycan ərəbşünaslığında bağlayıcıların müqayisəli tədqiqinə dair 

133 


هتاملك و قفتي لا كلذ

 

Bu onun sözlərinə uyğun gəlmir. 



d)  

"

  و



"

 söz və cümlələr arasında tabesizlik bağlayıcısı kimi işlədilərək 

“və” mənasını verir, sadalanmada vergülü də əvəz edir. Ondan habelə zərflik 

budaq cümləsi )

ةيفرظ ةلمج

(

 düzəltmək üçün istifadə olunur. Həmin vəzifəsinə 



görə ona  لاحلا واوdeyilir. 

كاب وھ و دلولا ءاج

 

Uşaq ağlaya – ağlaya gəldi. 



رھنلا و ترس

 

Çay boyunca getdik. 



 

2)

 



 ف bağlayıcısı  həm birləşdirmə, həm də ardıcıllıq bildirən 

bağlayıcıdır. 

a)

 

Ayrı-ayrı fellərlə ifadə edilmiş  hərəkətin və ya iki cümlənin 



ardıcıllığını bildirir. 

هيلا تعرساف هلفط ءاكب ملاا تعمس

 

Ana uşağının ağlamağını eşitdi və onun yanına tələsdi. 



b) Təkrar olunan iki ad arasında işlənir 

Günlərlə; illərlə  ةنسف ةنس ،امويف اموي 

c)

 

İki fel birlikdə işləndikdə və bu fellərdən biri, daha doğrusu, ikincisi  



əvvəlki feldəki hərəkətin nəticəsini bildirisə, bu bağlayıcı işlənir. 

Onu qovdu, o da ağladı 

 هدرط

ىكبف


 

d)

 



Şərt cümləsində işlənərək nəticə bildirir. 

 



Bu nəticə əmr, qadağan və ya arzu ifadə edir: 

ةنسلا رخآ حجنتف دھتجا

 

Çalış ki, ilin sonunda uğur qazanasan. 



 

Felin əvvəlində  دق ،س ،فوس ،نل ،امədatları ilə işlənir: 



مدنت فوسف كلذ تلعف نا

 

Onu (o işi) etsən, peşiman olarsan. 



 

Cümlənin  şərt və  nəticə hissəsində  işlənən fel bu bağlayıcı ilə 



işlənərək keçmiş zaman ifadə edir: 

Nəyə can atırdısa, onu əldə etdi.  هلانف بلط امھم 

e) Bu bağlayıcı həm də iki cümlə arasında əlaqə yaratmaq üçün işlədilir. 

Bu cümlələrdə mübtədalar canlı bir predmeti ifadə edir, ikinci cümlədə 

mübtəda dəyişə də bilər, yəni başqa şəxsi ifadə edə bilər.  


 f.e.n. Hüseynova S.N. 

134 


Mən ayağa durdum, o isə qalxmadı  مقي ملف تمق 

ə) Cümlənin  əvvəlində  hər hansı bir cümlə üzvü  اما(amma, gəlincə) 

bağlayıcısı ilə vurğulansa, bu bağlayıcı həmin sözdən sonra gəlir. 

 Sən isə ayaqdasan (ayaq üstəsən).  ميقمف تنا امأ 

  ىتح- bu köməkci nitq hissəsi müştərəkdir, yəni bağlayıcı,  ədat və ön 

qoşma kimi işlədilir. 

Bağlayıcı olaraq onu həm tabesizlik, həm də tabelilik bağlayıcısı kimi 

təsnif etmək olar. 

ىتح bağlayıcısı yeni cümlənin  əvvəlində  gələrkən felin şəklini 

dəyişdirmir. Bu iki cümlə bir-biri ilə tabesizlik əlaqəsindədir. Bu zaman 

“ىتح”  ءادتبلاا فرح ، ف انئتس لاا فرحadlanır.  

 سمشلا تعلط ىتح انثدحت 

Günəş doğana kimi danışdıq (hərfən: Danışdıq (o qədər ki), günəş 

doğdu). 


 ةنيدملا ىلا اولص و ىتح اوشم 

Şəhərə çatana gədər getdilər (hərfən: Getdilər, (o vaxtı gədər ki) şəhərə 

çatdılar). 

Bu bağlayıcı  məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrdə 

işləndikdə, felin arzu formasında olmasını  tələb edir, bu zaman “ىتح” 

tabelilik bağlayıcısıdır. 

II. Bölüşdürmə və ya alternativlik bağlayıcılarına  وا ، ما ، اماdaxildir. 1) 

“Ya”, “və ya” mənasını verən bu bağlayıcılardan  وأbağlayıcısı bütün 

cümlələrdə (təsdiq, inkar, sual və s.) işlədilir, hər sözün əvvəlində  təkrar 

edilmir. Aşağıdakı mənaları vardır. 

a)  كشلا وا- şəkk-şübhə bildirən bu bağlıyıcı cümlələrdə təkrar edilən hər 

bir söz digərini istisna edir. 

Bir və ya iki dəfə -  نيترم وأ ةرم 

b)  İmkan, icazə bildirən )

ةحابلاا  وأ

  (


  وا

bağlayıcısı ilə bağlanan cümlə 

üzvləri bir-birini istisna etmir. 

Alimlər və (ya) zahidlər oturmuşdular.  داھزلا وا ءاملعلا سلاج 

c) Bu bağlayıcının “nə vaxta qədər ki, ... deyil, yox” “ona qədər ki”, 

 “və ya” mənası da vardır 

.يقح ينيطعت وأ كنمزل لا 

Bu cümləni iki variantda tərcümə etmək olar. 

Ya haqqınmı verəcəksən, ya da səndən əl çəkməyəcəyəm. 


Ərəb dilçiliyində və Azərbaycan ərəbşünaslığında bağlayıcıların müqayisəli tədqiqinə dair 

135 


Haqqımı verənə kimi, səndən əl çəkməyəcəyəm. 

2)  مأ- ya, yaxud, və ya mənasını verən bağlayıcının iki növü vardır:  

 

 ةلصتملا(birləşdirici) və  ةعطقنملا(ayrıcı) 



a) bu bağlayıcı cümlənin əvvəlində gələn sual ədatlarından biri ilə işlədi-

lir və nə özündən əvvəl, nə də sonra gələn predmeti və hərəkəti istisna etmir. 

Evdə Əlidir, ya Xalid?  ؟دلاخ مأ رادلا يف ىلع أ 

(yəni - evdə ya Əlidir, ya Xalid kimi başa düşülür). 

ما مھترذنأ أ مھيلع ءاوس

 مھرذنت مل 

)

 ،ةرقبلا ةروص



2

 

(



 

Onları qorxutsan da, qorxutmasan da onlar üçün birdir.  

b)  ةعطقنملا  ما- bu bağlayıcının vəzifəsi  əvvəlcə danışılanı ayırıb, kəsib, 

ondan sonrakını  bərpa etmək və  əvvəlki fikrə düzəliş verməkdir (9, 247 -

248). 

 يمعلاا يوتسي لھ



 رونلا و تاملظلا ىوتست لھ ما ريصبلا و

)

 ،دعرلا ةروس



12

 

(



 

Korla görən və ya zülmətlə işiq bir olurmu? 

Göründüyü kimi bu bağlayıcı ya əvvəldə deyilən fikri istisna edir, ya da 

onunla həmfikirlik ifadə edir. 

 ءاكرشلا   اولعج مأ

)

 ،دعرلا ةروس



16

(

 



Yoxsa Allaha şərik qoşdular. 

Sonuncunu لب (əksinə, lakin, amma, isə) ilə də əvəz etmək olar (9, 249). 

ءاكرش   اولعج لب 

(Lakin onlar (isə) Allaha şərik qoşdular. 

 ملاظ تنا ما

ملاظ لجر تنا لب 



 

Yoxsa sən zalim adamsan? 

Belə olduqda bu bağlayıcı inkarlı sual mənasını da verir: yoxsa sən zalim 

adam deyilsən? 

 نونبلا مكل و تانبلا هل ما

)

 ،روطلا ةروس



39

(

 



Yoxsa qızlar onun, oğullar da sizinmi? 

3)  امإ(ya, və ya, yaxud, həm) mənasını verən bu bölüşdürücü bağlayıcı 

alternativ olan hər bir cümlə üzvünün qarşısında durur. Yerinə görə “həm” 

və “ya”, və ya kimi tərcümə edilir: 

 رمع امإ ،ديز امإ رضحي 

a) Həm Zeyd, həm də Ömər iştirak edəcək. 

 روميت دومحم صصق امأ ،ناديز يجرجل ةياور اما ارقأس 

Ya Cürci Zeydanın bir romanını, ya da Mahmud Teymurun hekayələrini 

oxuyacağam. 


 f.e.n. Hüseynova S.N. 

136 


تنأ امإ ،بذاك وھ امإ

 

 



b) ya o yalan deyir, ya da sən  

III. Qarşılaşdırma bağlayıcıları 

Bu bağlayıcılara  لب ،نكل ،نكل ،امنا نأريغ ،ناديب ،نأ لاا ،نا ىلعdaxildir. 

1) لب bağlayıcısının aşağıdakı mənaları vardır: 

a) lakin, əksinə, lakin əksinə mənasını verir. Bu bağlayıcı xəbər şəklində 

olan təsdiq bildirən feldən sonra və  əmr  şəklindəki feldən sonra gələrsə, 

özündən əvvəlki hökmü inkar edir. 

Səlim yox, Xalid qalxdı دلاخ لب ،ميلس ماق 

Əli yox, Səid qalxsınديعس لب ،ىلع مقيل  

b) bu bağlayıcı  كاردتسلاا فرح- düzəliş bağlayıcısı kimi işləndikdə əvvəlki 

hökmü bir qədər də qüvvətləndirir. 

اھيف ةنيدم لمجا و ربكا لب ناجيابرذآ ةمصاع وكاب نا 

Bakı  nəinki Azərbaycanın paytaxtıdır, həm də, onun ən böyük və  ən 

gözəl şəhəridir. 

2)  نكل ،نكل ،نا ىلع ،نا لاا ،نا ديب ،ناريغ

ّ

-lakin, ancaq, amma, ancaq mənasını 



verən bu bağlayıcılar qarşılaşdırma bildirən bağlayıcılardır. 

نييبنلا متاخ و ﷲ لوسر نكل ،مكلاجر نم دحا ابأ دمحم ناك ام 

Məhəmməd təkcə sizlərdən birinizin atası deyil, Allahın rəsulu və 

peyğəmbərlərin sonuncusu idi. 

3)  امنا- yalnız, ancaq, təkcə  mənasını verən bu bağlayıcı da qarşılıq 

bildirir. 

كلذ زاج امنا Ancaq buna icazə verilir 

IV. Aydınlaşdırma bağlayıcısı ىأ - yəni deməkdir. 

Ərəb qrammatikləri bu bağlayıcıların iki olduğunu deyərək نأ bağlayısını 

da bura daxil edib, onları  ريسفتلا افرحadlandırır (9, 258). 

ا دسا ىأ اثيل تيأر 



Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə