FİKRƏt cahangirov


Shall modal felinin işlənməsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix06.12.2016
ölçüsü2,8 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   16
Shall modal felinin işlənməsi. 
Müasir ingilis dilində  shall  əsasən gələcək zaman 
formalarını  əmələ  gətirən köməkçi fel kimi işlənir. Həmin 
formalarda müəyyən modal məna çaları da qalır.  Shall  feli 
aşağıdakı modal mənaları ifadə edir: 
1. İkinci və üçüncü şəxslərdə işlənən shall feli vəd, hədə-
qorxu və xəbərdarlıq mənasını ifadə edir. 
You  shall have my answer tomorrow “Sən mənim 
cavabımı sabah alacaqsan (vəd)”. 

 
176
He  shall do as I say “Necə  mən deyirəm, o da elə 
eləməlidir (eləyəcək)” (O mən dediyim kimi eləyəcək) (hədə-
qorxu). 
2. Birinci və üçüncü şəxslərlə  əlaqədar  shall  sual 
cümlələrində danışanın müraciət etdiyi şəxsdən göstəriş, 
buyruq gözlədiyini ifadə edir. 
Who  shall meet the delegation? “Nümayəndələri kim 
qarşılayacaq / qarşılamalıdır?”. 
İngilis dilində  shall  feli I şəxs üçün olan İ  və  we 
əvəzliklərinə aid olan sadə  gələcək zamanı ifadə edir. 
Məsələn: Shall we meet by the river? “Biz çayın sahilində / 
yanında görüşəcəyik?” 
II-III  şəxslər üçün will  feli işlənir.  Will  felinin I şəxs üçün 
işlənməsi danışanın iştirakının müəyyənləşdirilməsini ifadə 
edir: We will finish this procect by tonight. “Biz bu işi 
(tikintini) bu (gün) axşam qurtaracağıq”. 
Shall felinin II-III şəxslər üçün istifadə olunması mübtəda 
barəsində müəyyən bir vəd bildirir: This shall be revealed to 
you in good time. “Bu, münasib bir vaxtda sizə göstəriləcək”.  
Shall  və  Will felləri arasındakı  fərq  ‘ll  ixtisar forması 
sayəsində silinir. Həmin forma hər iki modal fel üçün eynidir. 
Azərbaycan dili ilə müqayisədə götürdükdə biz shall 
felinin aşağıdakı xüsusiyyətlərini qeyd edə bilərik. 
Shall  felinə Azərbaycan dilində felin qəti gələcək zaman 
forması müvafiq gəlir. Məsələn: I shall go to the village this 
summer. “Bu yay mən (yaxud: Mən bü yay) kəndə 
gedəcəyəm”. 
Əlbəttə, modallığın növlərindən birini inam, yəqinlik, 
əminlik mənasını hesab ediriksə, demək lazım gəlir ki, məhz 
belə bir məna sadə (yaxud Indefinite)  gələcək zaman 
formasına tamamilə xas olan bir keyfiyyətdir. 
Shall  modal felinin sual məqamında işlənməsi 
ikimənalıdır. O, birincisi, cavab almaq məqsədi güdən sual 
mənası bildirir. Məsələn: Shall I see you tomorrow? “Mən 
sabah səni (yaxud səni sabah) görəcəyəm(mi)?” 
Aydın məsələdir ki, müraciət edilən şəxsin rəyindən asılı 
olaraq bu suala həm “hə”, həm də “yox” cavabı vermək olar. 

 
177
Sual məqamında işlənən shall felinin başqa bir mənası 
zərurət, vaciblik bildirməkdir: Shall I come and fetch you 
(Maugham W.S.) “Mən gəlib sizi tapmalıyam?” 
Shall Abas give himself up Tun? (Maugham W.S., Rain). 
“Abas Tuna güzəştə getməlidir?”. Y.A.Zvereva göstərir ki, 
shall felinin bu cür işlənməsi bədii üslubla məhdudlaşır; elmi 
üslubda o özünü göstərmir [104, s.34]. F.R.Palmer belə 
hesab edir ki, shall  felinin məcburilik (vaciblik) mənasında 
işlənilməsinin formal əlaməti onun will  feli ilə  əsəz oluna 
bilməsi və  shall felinin şərt buraq cümlələrində  işlənməsi 
imkanıdır [104, s.34].  
Shall  felinin inkarda işlənməsi də Azərbaycan dili ilə 
müqayisədə bir sıra özünəməxsusluqlar nümayiş etdirir. 
Həmin mənalardan birincisi əsas fellə ifadə olunan hərəkətin 
icrasının inkar edilməsidir: We shall not work tomorrow “Biz 
sabah işləməyəcəyik”.  
Həmin məqamda müvafiq məzmun Azərbaycan dilində, 
misaldan da göründüyü kimi, qəti gələcək formasının inkarı 
ilə ifadə olunur. Ancaq bununla yanaşı, ingiliscə  gələcək 
zamanın həmin forması Azərbaycan dilində  sırf modallıq 
bildirən formalarla da verilə bilər: “Biz sabah işləyəsi/işləməli 
deyilik”. Həmin məzmunu hətta bu şəkildə  də ifadə etmək 
olar: …işləyəsi olmadıq
Azərbaycan dili materialları  həmin felə daha bir nöqteyi-
nəzərdən baxmağa imkan verir. Biz bilirikki, shall köməkçi 
felinin  should  keçmiş zaman forması da vardır. Belə bir 
forma yalnız bu felə xas deyildir: Will, may fellərinin də oxşar 
derivatları vardır.  
Bəs Azərbaycan dilində  vəziyyət necədir? Bu dildə  də 
maraqlı  məqamlara rast gəlirik.  İş burasındadır ki, 
Azərbaycan dilində  qəti gələcək zaman forması ilə yanaşı, 
qeyri-qəti gələcək zaman forması da işlənir. O, -ar/-ər/-r 
şəkilçisi ilə düzəlib, icrası mütləq xarakter daşımayan 
hərəkəti bildirir [10, s.198-200].  
Shall  felinin işlənməsi sahəsində Azərbaycan dilində 
ingilis dili ilə tipoloci oxşarlıq başqa bir cəhətdən də özünü 
göstərir: hər iki dildə “keçmişdə  gələcək” zaman forması 
işlənir. İngilis dilində həmin zaman shall felinin derivatı olan 
should modal feli ilə, Azərbaycan dilində isə  qəti və qeyri-

 
178
qəti gələcək zaman formalarının  idi  və  imiş bağlamaları 
ilə  işlənməsi  şəklində özünü göstərir. Bu isə artıq başqa 
mövzudur. 
Coe Patroni grinned: “If I don’t blast her out, maybe I’ll 
flow her apart (AHA, 325). “Cou Pətroni gülümsündü: “Əgər 
bunu buradan çıxara bilməsəm, heç olmasa tikə-tikə edə 
bilərəm ki?” (AHA. a, 298) [Cou Pətroni dişini qıcadı: -Əgər 
mən onu (qadını) buradan üfürüb-çıxarmasam, ola bilsin 
başqa yerdə (onun külünü göyə) sovurdum/sovuracağam]. 
“Nothing but a sky hook’ ll help her now” Inram said 
(AHA. 324) “İnqrəm dedi: -Yalnız göydən qarmaq salmaqla 
bunu qaldırmaq olar” (AHA. a, 291) [İndi ona “göy 
qarmağı”ndan başqa heç nə kömək edə bilməz]. 
İngiliscə mətndə diqqətəlayiq cəhətlərdən biri modal felin 
ümumi isimlə  əlaqəli  şəkildə  işlənməsidir (o, III şəxs 
əvəzliyinə müvafiq gəlir). Həmin incəliyi azərbaycanca 
tərcümələrdə vermək mümkün olmamışdır. 
Shall  felinə xas olan maraqlı xüsusiyyətlərdən biri onun 
təfəkkür felləri ilə  işlənməsidir. Baş cümlədə  işlənən həmin 
fellər shall felinin qoşulduğu əsas felin ifadə etdiyi hərəkətin 
icra olunması imkanını artırır. Məsələn: 
I  think I’ll cust  go  to the ladies room. I expect It’ll be all 
right (AHA. 234) “Deyirəm, bəlkə ayaqyoluna gedim. Məncə, 
orada  keçib-gedər” (AHA. a, 216). [Belə düşünürəm ki, tez 
qadın otağına (ayaqyoluna) gedim.  Zənn edirəm ki, yaxşı 
olacağam ]. 
She reassured him “I’ve had an attack like this before, I’m 
sure I’ll feel better soon ( AHA, 234) “Qarı özü agenti 
sakitləşdirdi: -Əvvəllər də, belə  ağrılarım olub. Əminəm  ki, 
tezliklə  ötüb-keçər” (AHA. a, 217) [O, (qarı) onu 
sakitləşdirdi: -Mənim buna oxşar tutmalarım  əvvəllər də 
olub.  Əminəm ki, (yəqinimdir ki), tezliklə özümü yaxşı  hiss 
edəcəyəm]. 
Shall  modal feli to have feli ilə  də  işlənir. Müvafiq 
konstruksiya ilə  zərurət (məcburiyyət) mənası ifadə olunur. 
Bu zaman budaq cümlədə  if  şərt bağlayıcısı  işlənir və hal-
hazırda mümkün olmayan şəraiti bildirir. Məsələn: “Look”, 
Ordway said, “If this is a bad time, I’ll tell these people they’ll 
have to come back some other day” (ANA, 286) “Ordvey 

 
179
dedi: -Əgər münasib vaxt deyilsə,  mən bu adamlara 
deyim ki, başqa gün gəlsinlər” (AHA. a, 262) [Bax, -Ordvey 
dedi, -Əgər bu pis vaxtırsa, mən bu adamlara deyim ki, 
onlar bir də başqa gün gəlsinlər]. 
As he sensed the girl hesitate, “If I’ll have to, I’ll call your 
district manager and get authority” (AHA, 313) “Qızın 
tərəddüd etdiyini hiss edib əlavə elədi: -lazımdırsa,  Sizin 
müdiriyyətə zəng vurub, icazə ala bilərəm” (AHA. a, 287) [O, 
qızın tərəddüd etdiyini duyunca: -Əgər mən bunu 
eləməliyəmsə, Sizin sahə rəisinə zəng vurub, izacə alım]. 
Həmin misallarda shall  modal feli təkcə  to have feli ilə 
deyil, həm də  if  şərt bağlayıcısının işlənməsi ilə öz 
məzmununu reallaşdırır.  İf  bağlayıcısı ilə  işlənməyə dair 
daha bir sual: If  you like, I’ll explain it to you (AHA, 244) 
“Əgər istəyirsinizsə, bunun nə üçün edildiyini başa salaram” 
(AHA, 266) [İstəyirsiniz(sə), bunu Sizə izah edim]. 
Bu kontekstdə qeyri-qəti gələcək zaman formasından çox 
əmr forması  işə yarayır. Ona görə ki, ingiliscə cümlənin 
birinci tərkib hissəsində  məsləhətləşmə, ikinci tərkib 
hissəsində isə təklif vardır. Burada danışan gələcəkdə qeyri-
müəyyən  şəkildə olsa belə, nə edəcəyini yox, nə etməyə 
hazır olduğunu nəzərdə tutur:  
But if you’re waiting in your car, outside, I’ll come through 
the main doors in fifteen minutes (AHA. 172) “Ancaq küçədə 
maşınınızda gözləsəniz, mən on beş dəqidədən sonra əsas 
qapıdan çıxaram” (AHA. a, 172) [Ancaq əgər Siz küçədə 
maşında gözləyirsinizsə, mən on beş dəqiqədən sonra əsas 
qapıdan çıxıram]. 
But I’ll tell you we’re not here to get cosy (AHA. 287) 
“Ancaq Sizə  deməliyəm ki, biz bura rahat otaqda oturub, 
çənə döyməyə  gəlməmişik” (AHA. a, 262) [Ancaq Sizə 
deyim ki, biz həzz almaq üçün burda deyilik]. 
Müvafiq linqvistik şərait zaman zərflikləri ilə  də ifadə 
olunur:  tomorrow, then və s. Bu qəbildən olan cümlələrdə 
Azərbaycan dilində modal məna  -malı / -məli  şəkilçisinin 
köməyi ilə ifadə olunur. Misallara müraciət edək. 
Then we’ll have to disagree (AHA, 164) “Bizim də 
çoxumuz sizinlə razılaşmırıq” (AHA. a, 153). 

 
180
Bizə belə gəlir ki, həmin cümləni bu cür təqdim etmək 
mümkündür:  Onda  bizim fikrimiz bir-birini tutmayacaq 
(yaxud: …bizim sözümüz bir-birini tutmayacaq, düz 
gəlməyəcək)
Then I’ll come out there. You can expect me (AHA, 159) 
Onda mən özüm ora gəlirəm. Məni gözləyə bilərsən” (AHA. 
a, 147) [Onda  mən orada olasıyam(olmalıyam).  Sən məni 
gözləyə bilərsən]. 
Tomorrow I’ll have to waste time explaining how ignorant 
– in some areas – you really are (AHA, 227) “Sabah bir xeyli 
vaxt sərf edib sübut etməliyəm ki, bəzi məsələlərdə sən nə 
qədər cahilsən” (AHA. a, 210) [Sabah mən sənin həqiqətən 
avam olduğunu – bəzi sahələrdə – izah etməyə vaxt sərf 
etməliyəm (edəsiyəm)]. 
“No”, Mel said, “I think, in the end, they’ll have to move 
(AHA, 305) “-Xeyr! Məncə, əvvəl-axır onlar buradan köçməli 
olacaqlar” (AHA. a, 280) [-Yox, -Mel dedi, -mən belə 
düşünürəm ki, axırda onlar buradan tərpənməli (köçməli) 
olacaqlar]. 
Shall  modal felinin daha iki tətbiq üsulu nəzəri cəlb edir. 
Birincisi, onun need köməkçi feli ilə  işlənib,  əsas felə aid 
olması: 
I’ll need to make a couple of phone calls (AHA, 185). 
Qeyd etmək lazımdır ki, Azərbaycan dilində belə bir sadə 
fel yoxdur. Ona görə  də onun azərbaycanca verilməsi 
imkanları maraq doğurur. “Mən bir-iki yerə  zəng 
vurmalıyam” (AHA. a, 172). Burada vurmaq  felinin vacib 
şəklindən istifadə olunmuşdur. Amma Azərbaycan dilində 
lazım  sözü də vardır ki, o, isim, sifət, zərf məqamında 
işlənərək,  lazım gəlmək, lazım olmaq mürəkkəb fellərini 
əmələ  gətirir. Biz indi həmin fellərdən istifadə edərək 
yuxarıda verilmiş ingiliscə cümləni başqa cür tərcümə 
edəcəyik: “Mənə bir-iki yerə  zəng etmək  lazım gələcək 
(olacaq)”. 
Shall 
modal felinin işlənməsində maraqlı 
xüsusiyyətlərdən biri də onun modal sözlərlə birlikdə 
işlənməsidir: 
Of course, I’ll help (AHA, 235) “Əlbəttə, kömək edərəm” 
(AHA. a, 217). 

 
181
Of course modal sözü yəqinlik, qətiyyət bildirir. I’ll help 
feli silsilə icrası şübhəsiz olan, amma hələlik icra olunmamış 
hərəkəti bildirir. Yuxarıda verdiyimiz mətbu tərcümədə 
kömək etmək felinin qeyri-qəti gələcək zaman formasından 
istifadə olunmuşdur. Bu, səhv deyildir. Amma həmin 
kontekstdə felin qəti gələcək zaman formasından da istifadə 
etmək mümkündür: Əlbəttə (təbiidir ki), kömək edəcəyəm
Should modal felinin işlənməsi. 
Should  modal feli “shall” felinin keçmiş zaman forması 
olub,  əsas felin məsdər forması ilə birlikdə «keçmişə 
nəzərən gələcək» (The Future-in-the Past) zamanı ifadə 
etmək üçün işlədilir. O, (“Would” feli ilə  bərabər) felin şərt 
şəklini  əmələ  gətirərkən  şərt budaq cümlələrində  və baş 
cümlədə işlənir. Məsələn:  
If you think that was amazing? You should have seen it 
last night.  
Əgər siz bunu heyrətamiz hesab edirsinizsə,  gərək onu 
keçən gecə görmüş olaydınız. 
Müasir ingilis dilində, xüsusən onun Kanada və Amerikan 
variantlarında «Should” feli daha çox «Would” ilə  əvəz 
olunur. Britaniya ingiliscəsində  və  rəsmi Amerikan 
ingiliscəsində “Should” felinin modallıq bildirən aşağıdakı 
mənalarını müşahidə etmək olar:  
1. Məcburilik modal mənasının ifadəsi. Məsələn,  
You should speak to him right away.  
Sən elə indicə onunla danışmalısan.  
“Should” modal feli həmin semantik mənasında 
Azərbaycan dilinə felin vacib şəkli vasitəsilə  tərcümə 
olunmuşdur.  
2. Başqasının fikrini öyrənmə (sərəncam gözləmə) modal 
mənasının ifadəsi. Məsələn:  
Should I ask him about it? – Mən bu barədə ondan 
soruşmalıyam?  
3. Ritorik sualda «Should” emosional münasibət bildirir. 
Məsələn:  
Why should he do it? – O niyə bunu etsin ki / etməlidir ki?  
How should I know? – Mən hardan bilim?  

 
182
4.  “Should” modal feli öz inkişafı  nəticəsində,  “Shall” 
felindən fərqli olaraq, yeni məna – məsləhət bildirmək 
mənası qazanmışdır. Məsələn:  
You  should never look at one woman when you are 
talking to another (Braine).  
Siz bir qadınla söhbət edərkən gərək başqasına 
baxmayasınız.  
Bu situasiyada “should” modal feli “ought to” feli ilə 
demək olar ki, eyni mənanı bölüşür, sinonimlik əmələ gətirir.  
“You should consult a doctor” cümləsində “should” modal 
felini “out to” feli ilə əvəz etmək olar: You ought to consult a 
doctor. – «Siz gərək  həkimə müraciət  edəsiniz». Hər iki 
cümlə Azərbaycan dilinə eyni cür tərcümə olunur və  hər 
ikisində eyni məna ifadə olunur.  
Misallardan ca göründüyü kimi, əsas felin ifadə etdiyi 
hərəkət indiki və  gələcək zamanlara aid olanda sadə 
məsdərdən istifadə edilir; əsas felin ifadə etdiyi hərəkət 
keçmiş zamana aid olduqda isə bitmiş məsdərdən (“Perfect 
Infinitive”) istifadə olunur. Məsələn:  
It’s too late, sir; you should have thought of that before 
(Voynich). – Çox gecdir, cənab; Siz gərək bunu əvvəlcədən 
düşünəydiniz / düşünmüş olaydınız.  
“Should” modal eli də  “Ought to” feli kimi Azərbaycan 
dilinə «gərək» sözü vasitəsilə  tərcümə olunur. “Should” 
modal felindən sonra məsdər qeyri-müəyyən formada 
(“Indefinite Infinitive”) işləndikdə Azərbaycan dilində fel indiki 
zamanda, bitmiş formada (“Perfect Infinitive”) işləndikdə isə 
keçmiş zamanda olur.  
«Should» feli aşağıdakı məqamlarda işlənir: 
Birincisi, o, formal olaraq yarımçıq cümlənin xəbəri 
vəzifəsində  çıxış edir. Bu, danışıq dilinə, dialoci nitqə xas 
olan bir xüsusiyyətdir. Ancaq mətndən should felinin aid 
olduğu əsas feli bərpa etmək olar. 
Qeyd etmək lazımdır ki, həmin cümlənin azərbaycanca 
variantında  should felinin adekvat vəzifəsini saxlamaq 
olmur.  İş burasındadır ki, Azərbaycan dilində  should felinə 
müvafiq gələ biləcək köməkçi fel yoxdur. Onun müqabili 
olaraq Azərbaycan dilində  əsas felin müəyyən  şəkli işlənir: 
She interrupted: “Yes, you should. You’re entitled to ask 

 
183
(AHA, 117) “Qız onun sözünü kəsdi: –Əksinə, 
soruşmalısan. Sənin soruşmağa haqqın var” (AHA. a, 108) 
[O (qız) onun sözünü kəsdi: -Bəli, sən  soruşmalısan
Soruşmağa sənin haqqın var]. 
İkincisi,  should feli əsas fellə birbaşa  əlaqədə  işlənir. 
Məsələn: I should say you’re twenty – eight (AHA. 151) 
“Məncə, yaşınız iyirmi səkkizdən çox olmaz” (AHA. a, 104)  
Demək lazımdır ki, tərcümədə sərbəstliyə yol verilmişdir. 
Cümlə quruluşu və fel formalarını saxlamaqla onu belə 
vermək olar: Mən  deməliyəm ki, sizin iyirmi səkkiz yaşınız 
var (yaxud: …siz iyirmi səkkiz yaşında olarsınız). 
Eyni sintaktik məqamda (ancaq sual cümləsində) should 
feli müxtəlif cür başa düşülməyə imkan verir.  
Should he return to the radar room now? (AHA, 127) “İndi 
radar otağına qayıtsınmı?” (AHA. a, 113)  
Yalnız cümlə  çərçivəsində qalmaqla belə bir tərcümənin 
düzgün olub-olmaması barəsində heç nə demək mümkün 
deyildir. Sual daxili nitqə aiddirsə, onun yuxarıdakı  şəkildə 
verilməsi məqbuldur; sual cavab almaq məqsədi güdürsə 
həmin cümləni bu şəkildə  də vermək olar: “İndi o, radar 
otağına qayıtmalıdırmı?” 
Should felinin sual əvəzliyi ilə işlənməsi cümlədəki qeyri-
müəyyənliyi aradan qaldırır.  “Why should I sign anything?” 
Mrs. Harriet Du Barry Mossman demanded (AHA, 244) “-Nə 
münasibətlə  mən nəyisə  imzalamalıyam?!” (AHA. a, 226). 
Aydındır ki, burada sual feli xəbərə yox, ona aid olan zərfliyə 
(why sual əvəzliyinin müqabilinə) mənsubdur. 
Will və would modal fellərinin işlənməsi. 
İngilis dilində  will  və  would felləri həm tam predikasiya 
vasitələri, həm də modal fellər kimi işlənir.  Will feli bu 
məqamda  əsas (müntəzəm—“regular”) fel kimi işlənə bilir 
(wills, willed). O, bu məqamda “özünü biruzə vermək 
(göstərmək)”, “əmr etmək”, “məcbur etmək”, “təlqin etmək” 
mənasında işlənir. 
Will felinin modal feli kimi iki forması vardır:  will – indiki 
zaman;  would – keçmiş zaman. İ.P.Krılova və Y.M.Qordon 
yazırlar ki, would forması iki qaydada işlənir: a) keçmişdə 
baş vermiş aktual faktı ifadə etmək çün; b) indiki zamanda 

 
184
qeyri-reallığı ifadə etmək üçün yaxud will felinin daha 
yumşaq və nəzakətli forması kimi [191, s.61].  
Müəlliflər  will  və  would fellərini  shall  və  should felləri ilə 
müqayisə edərək, göstərirlər ki, müasir ingilis dilində  shall 
və should felləri iki müstəqil fel kimi təfsir edildiyi halda will 
və would felləri başlıca olaraq paralel şəkildə işlənir; onların 
ilkin mənası da iradi aktdır (istək). Bununla yanaşı,  will feli 
özünün bəzi mənalarında would felinə paralel olaraq işlənib, 
keçmişdə baş verən aktual hərəkəti bildirir. Will başqa 
mənalarında would felindən təcrid olunmuş mövqe tutur. Bu 
elə hallarda özünü göstərir ki, would hal-hazırda real 
olmayan hərəkəti bildirir, ya da will felinin daha yumşaq və 
nəzakətli forması kimi özünü göstərir [191, s.61].  
İ.Rəhimov və T.Hidayətzadə. “İngilis dilinin praktik 
qrammatikası”  əsərində  həmin fellərdən bir ad altında  (will) 
danışırlar və qeyd edirlər ki, will feli niyyət, xahiş, arzu və 
vəd ifadə etmək üçün işlədilir” [39, s.166]. 
Burada vəd mənasına misal olaraq belə bir cümlə verilir: I 
will help you to learn grammar. “Qrammatikanı öyrənməkdə 
sənə kömək edəcəyəm”. Azərbaycanca tərcümə oricinalın 
məzmununu ehtiva edir, amma burada sözlərin sintaktik 
əlaqələnmə üsulu nəzərə alınmamışdır (daha dəqiq desək, 
qismən nəzərə alınmışdır). Ona görə  də biz belə hesab 
edirik ki, həmin cümlənin daha adekvat tərcüməsini 
axtarmaq lazımdır: bizcə, bu belə olmalıdır: “Mən sənə 
kömək edərəm (edəcəyəm) ki, sən qrammatikanı 
öyrənəsən”. 
Arzu mənasına misal olaraq aşağıdakı cümlə verilir: Will 
you go there tomorrow? “Sabah oraya gedəcəksinizmi? – 
“Siz sabah oraya getmək arzusundasınızmı?”. Bizcə, həmin 
cümləni, felin modal mənasını saxlamaqla, belə  tərcümə 
etmək olar: “Siz sabah oraya getmək istəyirsinizmi?”. 
Bizim tərcümədə  istəmək feli özündən qabaq gələn 
getmək feli ilə  işlənir. Ancaq bu cür işlənmə üsulu istəmək 
felindən ötrü yeganə imkan deyildir. Azərbaycan dilində 
istəmək feli cümlənin mübtədası ilə birbaşa  əlaqəyə 
girməklə  də  işlənə bilir. Bu zaman o, köməkçi fel yox, tam 
predikasiya feli kimi özünü göstərir və onun əlaqəyə girdiyi 
fel özündən sonra gəlib,  əmr yaxud arzu şəklində  işlənir. 

 
185
Məsələn, yuxarıdakı cümləni həmin qayda üzrə belə  də 
vermək olar: “Siz istəyirsinizmi ki, sabah ora gedəsiniz?”. 
İ.Rəhimov və T.Hidayətzadə qeyd edirlər ki, nəzakətli 
danışıqda sual cümlələrində will və would fellərindən istifadə 
olunur: Will (would) you open the window? “Zəhmət olmasa, 
pəncərəni açın”. 
Azərbaycanca təcrümədəki 
zəhmət olmasa söz 
birləşməsi nəzakət mənasını kifayət qədər qənaətbəxş ifadə 
edir. Deməliyəm ki, cümlənin oricinalında ona müvafiq gələn 
söz birləşməsi yoxdur. Həmin məna  will felinin işlənmə 
məqamı  və ümumi kontekstdən hasil olur. Amma belə bir 
fakt nədənsə müəlliflərin nəzərindən qaçmışdır ki, 
azərbaycanca tərcümə sual yox, əmr cümləsi  şəklindədir. 
Bizcə, həmin cümləni Azərbaycan dilinə sual cümləsi kimi 
də  tərcümə etmək mümkündür: “Siz, zəhmət qəbul edib, 
pəncərəni açmazsınız (açmazdınız)?”. 
İndi isə  will  və  would fellərinin hər birinin ayrı-ayrılıqda 
işlənməsinə dair daha təfsilatı ilə danışmaq istərdik.  
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, will feli mənşə 
və  məzmunca  would feli ilə bağlı olsa da, işləkliyinə görə 
ondan çox geri qalır. 
Will modal felinin nitqdə işlənməsi məqamlarını nəzərdən 
keçirdikdə ilk növbədə gözə dəyən onun özündən qabaq və 
özündən sonrakı sözlərlə  əlaqələridir.  Əlimizdə olan 
materiallara görə deyə bilərik ki, will feli özündən qabaq 
ikinci və üçüncü şəxslərə aid əvəzliklərdən savayı,  that, 
there, one əvəzlikləri, isimlərlə  işlənir. Bu elə bir mühüm 
linqvistik əhəmiyyət kəsb etmir. 
Dillərarası tipoloci oxşarlıqlar baxımından  will modal 
felinin özündən sonrakı sözlərlə əlaqəsi diqqətəlayiqdir. Biz 
bunlardan tam predikasiyalı felləri,  be, have kimi köməkçi 
felləri qeyd edə bilərik. 
İndi isə will felinin işlənmə məqamlarını həmin ardıcıllıqla 
da nəzərdən keçirək. 
a) Will modal felinin əsas fellərlə işlənməsi: 
We’re taking off more weight, hoping that’ll help (AHA, 
43) “Yükü boşaldırıq ki, bəlkə köməyi dəydi” (AHA. a, 42) 
[Biz bunun kömək edəcəyi ümidilə daha çox yük boşaldırıq; 
yaxud: …bir köməyi olacağına ümid edərək…]. 

 
186
Həmin cümlənin azərbaycanca variantlarını diqqətlə 
öyrənməyə  dəyər. Mətbu tərcümədə budaq cümlə “bəlkə 
köməyi dəydi”  şəklində verilmişdir. Burada bəlkə modal 
sözü köməyi dəydi xəbəri ilə birlikdə icrası gələcəyə aid olan 
hərəkəti, hadisəni bildirir. Həmin xəbərin ifadə olunduğu 
mürəkkəb fel şühudi keçmiş zamandadır. Demək lazımdır 
ki, həmin ifadə  tərzi qrammatik cəhətdən  that’ll help budaq 
cümləsini ehtiva etməsə  də, semantik və üslubi cəhətdən 
onu tamamilə ehtiva edir. 
Bizim təklif etdiyimiz tərcümələrdə feli hissə  “əsas+feli 
sifət” formasındadır; onların ümid sözünün iştirakı ilə əmələ 
gətirdiyi tərkib bir-birinə  bərabər deyildir: bunun kömək 
edəcəyi ümidilə mürəkkəb təyini söz birləşməsi,  bunun bir 
köməyi olacağına ümid edərək feli bağlama tərkibidir. 
Sonuncu variant oricinala daha çox yaxındır. 
Will felinin əsas fellə  işlənməsinə dair daha bir neçə 
misal: 
I believe you’ll get it (AHA, 31) “İnanıram ki, o vəzifəni 
tutacaqsan” (AHA. a, 30) [Mən inanıram ki, sən  onu  əldə 
edəcəksən / ona nail olacaqsan]. 
Aralarındakı üslubi fərqlərə baxmayaraq, hər iki feli 
birləşmə qəti gələcək zaman formasındadır. 
b) Will modal felinin be feli ilə işlənməsi:  
“If anyone can get that airplane moved tonight, Mel 
conceded, it’ll be Coe” (AHA. 33) “Mel dedi: – hə,  əgər o 
təyyarəni yerindən tərpətsə, yalnız Cou tərpədəcək” (AHA. 
a, 32) [Əgər bir kəs bu axşam o təyyarəni yerindən tərpədə 
bilsə – deyə Mel zənn edirdi, – o, Cou olacaqdır (olasıdır)]. 
This advice will be a free sample, but like toothpaste – 
any  subsequent tubes will have to be paid for (AHA, 93) 
“Bu məsləhət reklam edilən ilk diş pastası kimi havayı 
olacaq, ancaq sonrakı  məsləhətdən ötrü pul vermək 
lazımdır” (AHA. a, 91) [Bu məsləhət müftə olacaq, amma – 
diş pastası kimi – hər bir sonrakı  pullu olacaqdır (hər bir 
sonrakına pul vermək lazım gələcəkdir)]. 
Azərbaycanca birinci və ikinci variantlar arasında fərq 
bundan ibarətdir ki, bunların birində haqqı ödəmək bir 
vaciblik kimi qeyd olunur, ikincisində isə  məcburiyyət, 

 
187
zərurət çaları ifadə olunur. Bu baxımdan o, oricinala daha 
yaxındır. 
c) Will modal felinin have feli ilə işlənməsi: 
Will felinin bu cür işlənməsi ilə biz indicə verdiyimiz 
misalda rastlaşdıq. Buna aid bir neçə misal. 
I  believe you will have no difficulty in proving it here 
(AHA, 91) “Ümid edirəm ki, bunu Sizə geniş izah etməyə 
ehtiyac yoxdur” (AHA. a, 89) [Mən inanıram ki, burada bunu 
sübut etməkdə Sizin heç bir çətinliyiniz olmayacaq]. 
Mel said grimly: “Meadowood will  have to suffer” (AHA. 
66) “Mel hiddətlə dedi: -Midouvud əziyyət çəkməlidir!” (AHA. 
a, 65) [Mel qeyzlə dedi: -Midouvud iztirab çəkəsi (çəkməli) 
olacaq!
Həmin bəhsə yekun olaraq qeyd etməliyik ki, ingilis 
dilində  be  və  have fellərinin Azərbaycan dilində müqabilləri 
vardır: bunlar var(dır) predikativi və olmaq felidir. Ancaq 
var/dır predikativi fellərlə yox, adlarla işlənir. Ona görə  də 
ingilis dilindəki  be  və  have fellərinin yuxarıda qeyd olunan 
məqamlarda işlənməsi Azərbaycan dilində ya fellərin sadə 
formaları ilə, ya da olmaq felinin analitik məqamda 
işlənməsində öz ifadəsini tapır. 
İndi isə  would modal feli barəsində.  Əlimizdə olan 
materiallar göstərir ki, bu fel ingilis dilində  will feli ilə 
müqayisədə daha artıq işləklik nümayiş etdirir. O, nitqdə 
həm təklikdə, həm əsas fellərlə birlikdə, həm modal sözlərin 
müşayəti ilə, həm də başqa modal fellərlə birlikdə  işlənə 
bilir. Bunların hər birinin müqabilinin Azərbaycan dilində 
axtarılıb-tapılması  həm nəzəri, həm də praktik əhəmiyyət 
kəsb edir. 
Would felinin tək işlənməsi: 
Everybody voted to get the hell out. I would, too (AHA, 8) 
“Hamı bir səslə bu cəhənnəmdən tezliklə aralanmağa 
tərəfdar çıxdı. Mənə qalsaydı, özüm də belə edərdim” (AHA. 
a, 8) [hər kəs (hamı) bu cəhənnəmi tərk etməyə tərəfdar idi. 
Mən də belə (ed)ərdim]. 
Mətndən gördüyümüz kimi, ingiliscə cümlədə  would 
felinin tək işlənməsi eliptik hadisənin nəticəsidir; o, məzmun 
etibarilə  əvvəlki cümlədəki  to get out əsas feli ilə 
əlaqədardır. Həmin felin (would) Azərbaycan dilindəki 

 
188
müqabilinin bu cür işlənməsi mümkün deyildir. Cümlənin 
azərbaycanca variantında o, edərdim forması ilə verilir. 
Ancaq nəzərə almaq lazımdır ki, modal məna  et- kökü ilə 
yox, onun konkret forması ilə ifadə olunur. O, məhz bu 
şəkildə “would + əsas fel” konstruksiyasına müvafiq gəlir.  
Modallığın bu yolla ifadəsi  would felinin işlənməsi 
sahəsində aparıcı rol oynayır.  Would feli əsas fellə ifadə 
olunan hərəkətin icrasını bir imkan kimi qarşıya qoyur. 
Konkret misallara müraciət edək. 
“What  would happen”, Mel wondered, “if he could reach 
out and touch Cindy now? Would the old magic work”. 
(AHA, 70) “Mel düşündü: “Əgər indicə  çıxıb özünü Sindiyə 
çatdırsaydı, görəsən,  nə olardı? Köhnə sehrli qüvvə  baş 
qaldırardımı?” (AHA. a, 68) [Mel bilmək istəyirdi ki, o indi 
əlini  uzadıb, Sindiyə toxundursaydı,  nə olardı? Köhnə 
möcüzə (sehr) yenə işə düşərdimi? (kara gələrdimi?)
Moreover, it was also agreed that aircraft taking off 
toward Meadowood would almost at once after becoming 
airborne – follow noise abatement procedures (AHA, 10) 
“Bu az imiş kimi, razılığa gəlmişdilər ki, Midouvud səmtə 
qalxan təyyarələr, yerdən aralanan kimi, səslərini azaltmaq 
qayğısına  qalmalıdırlar” (AHA. a, 10) [Bundan başqa 
(üstəlik), razılığa gəlmişdilər ki, Midouvud tərəfə uçan 
təyyarələr – yerdən aralanan kimi – səslərinin azalması 
qaydasına riayət edəcəklər
Only meatheads like us would work in this lousy weather 
(AHA, 45) “Yalnız bizim kimi səfehlər belə  zəhlətökən 
havada işləyər” (AHA. a, 44) [Ancaq bizim kimi kütbeyinlər 
(hərfən: ətbaşlar) belə bir pis havada işləyər (işləyə bilər)
Would modal feli əsas fellərlə inkarda da işlənir. Burada 
Azərbaycan dil təfəkkürü baxımından belə bir cəhət diqqəti 
cəlb edir. Not  ədatı  would modal felinə aiddir, amma 
bütövün mənası,  əsas fellə ifadə olunan hərəkətin icrası 
inkar edilir. Məsələn: 
He made sure the papers would not move around, but 
that the string could move freely under them (AHA, 102) 
“Kağızların çamadanda sürüşməməsi, onların altında ipin 
rahatca tərpənməsi üçün onlara da əl gəzdirdi” (AHA. a, 98) 
[O, arxayın idi ki, kağızlar  ətrafa  səpələnməyəcəklər 

 
189
(səpələnməzlər), amma onların altındakı  kəndir (ip) 
sərbəst surətdə oynaya (tərpənə) bilər]. 
Would modal feli eyni cümlədə təkcə bir yox, iki və daha 
artıq  əsas felə  də aid ola bilir. Bunun müqabilində 
Azərbaycan dilində  əsas fellərdən birincisi (arıxıncı 
olmayan) feli bağlama formasında işlənir. Məsələn, 
müqayisə edək: 
Demerest  would use the right seat – normally the first 
officer’s position – from where he would observe and report 
on Captain Harris’s performance (AHA, 50) “Demerest isə 
adətən birinci pilotun oturduğu sağ kresloda əyləşib
Hərrisin hərəkətlərinə göz qoyacaq, sonra isə uçuşun necə 
keçdiyi haqda raport yazacaqdı” (AHA. a, 49) [Demerest 
sağ oturacaqdan (kreslodan) – birinci pilotun yerindən – 
istifadə  edəcəkdi  (edə bilərdi) ki, oradan da müşahidə 
aparıb, kapitan Hərrisin hərəkətləri haqqında  məruzə  etsin 
(raport versin)]. 
Would + be… 
Be feli ingilis dilində  ən çox işlənən köməkçi fellərdən 
biridir. Onun köməyi ilə adlardan mürəkkəb fellər yaranır. 
Would modal feli bu qəbildən olan fellərlə işlənərkən həmin 
mürəkkəb fel əsas felin yerini tutur. Həmin tərkibdə 
hissələrin mövqeyi belədir: modal fel modallıq ifadə edir, be 
köməkçi feli özündən sonrakı birləşməyə prosessuallıq 
məzmunu verir, leksik-semantik dolğunluq isə müvafiq adın 
üzərinə düşür. Burada be felindən sonra gələn sözün 
qrammatik müəyyənlikdə isim, sifət, feli sifətlə ifadə 
olunması müəyyən rol oynayır. 
Ad hissəsi isimlə ifadə olunan tərkib: 
In this case, as Danny predicted, there would be a flood 
of protests when other airlines realized their food trucks 
were not getting through… (AHA, 8) “Dənni düz deyirdi, 
beləcə  hər  şey bir-birinə qarışanda  ərzağı vaxtında 
çatdırmayan digər şirkətlərin nümayəndələri də şikayəti dolu 
kimi yağdıracaqdılar” (AHA. a, 8) [Bu halda, Dənninin 
qabaqcadan dediyi kimi, öz ərzaq mallarını reallaşdıran 
başqa aviasiya xətləri onları almayanda şikayət sel (kimi) 
gələcəkdi]. 

 
190
Action  would be a theraphy (AHA, 8) [Əməl  terapiya 
ola bilərdi]. 
Ad hissəsinin sifətlə ifadəsi: 
He put the note on a table where Inez would be sure to 
see it (ANA, 99) [O, məktubu stolun üstünə qoydu: əmin 
olmaq olardı ki, İnez onu burada görəcəkdi (görərdi)]. 
Driving back toward the terminal, Mel radioed the Snow 
Desk confirming to Danny Farrow that runway one seven, 
left, would be usable shortly (AHA, 63) “Aeroportun binasına 
tərəf maşını sürərkən Mel ratsiya ilə qartəmizləmə 
məntəqəsinə Dənni Fərrouya dedi ki, soldakı bir-yeddi uçuş 
yolundan bir azdan istifadə etmək olar” (AHA. a, 62) [Maşını 
geri, terminala tərəf sürərkən Mel radio ilə Qartəmizləmə 
məntəqəsi ilə danışıb, Dənni Fərrouya xəbər verdi ki, 
soldakı bir-yeddi start xətlərindən bir azdan istifadə etmək 
olar (istifadə edilə( oluna) bilər)]. 
Ad hissəsinin sıra sayı ilə ifadəsi: 
After Captain Harris’s two flights, of which tonight’s would 
be the second, he would be given final check  by a senior 
supervisory captain before being accepted for international 
command (AHA, 50) “Kapitan Hərrisin iki uçuşundan sonra 
bu axşamkı uçuş  üçüncü ola bilərdi (olasıydı) o, 
internasional komandaya qəbul edilməzdən qabaq böyük 
təlimatçı eskadron komandirinin rəhbərliyi ilə axırıncı  “şah” 
verəcəkdi”
Həmin cümlədə saydan başqa, feli sifət də  (given) be 
kiməkçi feli ilə işlənmişdir. Sonuncuya aid daha bir misal: 
Flight insurance claims – in the absence of any evidence 
of sabotage - would be settled in full (AHA, 99) “Təxribatı 
sübut edən faktlar olmadığından, sığorta pulu tamamilə 
ödəniləcəkdi” (AHA. a, 96) [Təxribat aşkar edilmədiyi halda 
təsdiq olunmuş iddiaya görə uçuş  tam ödəniləcəkdi 
(ödənilməlidir)]. 
Eventually …the airport and the Federal Aviation 
Administration had conceded that cet takeoffs and landings 
directly over Meadowood would be made only when 
essential in special circumstances (AHA, 10) “Nəhayət… 
aeroport da, Federal Aviasiya idarəsi də güzəştə getməli və 
vəd etməli olmuşdular ki, təyyarələr yalnız müstəsna 

 
191
hallarda Midouvudun üstündən  qalxacaq və enəcəklər” 
(AHA. a, 10) [Nəhayət… aeroport və Federal Aviasiya 
idarəsi güzəştə getməli (etiraf etməli) olmuşdular ki, 
təyyarələrin birbaşa Midouvud üzərindən qalxıb-enməsi 
yalnız çox mühüm hallarda ola bilər (yerinə yetirilə bilər)]. 
Would modal felinin have köməkçi feli ilə işlənməsi 
Be köməkçi feli kimi, have köməkçi feli də  would feli ilə 
işlənməkdə  rəngarəng imkanlar nümayiş etdirir. Bunlardan 
bəzilərini Azərbaycan dili ilə müqayisədə nəzərdən keçirək: 
Have feli özündən sonra gələn məsdərə aid olur (bu 
zaman to ədatı da işlənir). Məsələn:He would probably have 
to borrow one exchange shirts with some other captain or 
first officer (AHA, 52) “Görünür, ya başqa komandirlə, ya da 
birinci pilotla dəyişməli olacaq” (AHA. a, 51) [Ehtimal ki, o ya 
başqa bir komandirlə, ya da birinci pilotla köynəklərini 
başabaş  dəyişməli olacaqdı; yaxud: dəyişmək  lazım 
gələcəkdi]. 
Have feli to ədatı olmadan da məsdərlə işlənə bilər: 
The mail he knew would have come off anyway (AHA. 
43) “Bilirdi ki, poçt ləngiməyəcək, yola salınacaqdı” (AHA. a, 
42) [Poçt, o bilirdi ki, hansı yollasa göndəriləsi olacaqdı]. 
Have felinin feli sifətlə işlənməsi: 
İngilis dilində  have felinin keçmiş zaman feli sifəti ilə 
işlənməsi geniş yayılmışdır. Məsələn: 
He  would have preferred a Scotch and soda, but, like 
most pilots, abstained from liquor for twenty four hours 
before a flight (AHA, 54) “O, əlbəttə, indi sodalı viski içməyi 
üstün tutardı, ancaq pilotların əksəri kimi, uçuşa iyirmi dörd 
saat qalmışdan dilinə spirtli içki vurmazdı” (AHA. a, 53) [O, 
şotland viskisi və sodanı üstün tutardı, ancaq təyyarəçilərin 
əksəri kimi, o da uçuşdan iyirmi dörd saat qabaq içkidən 
imtina edirdi]. 
A few years ago, in a storm like this, an airport would 
have closed completely (AHA, 59) “Bir-iki il qabaq belə bir 
çovğunlu havada aeroportu tamamilə bağlayacaqdılar” 
(AHA. a, 58) [Bir neçə il qabaq buna oxşar bir çovğunda 
(çovğunlu havada) bir aeroport tamam bağlanmalı olmuşdu 
(bağlanmışdı)]. 
Can modal feli. 

 
192
Can modal feli fiziki və  əqli cəhətdən hansı  hərəkətə 
isə qabilolma, onu bacarma, icra edəbilmə  mənaları ifadə 
edir. 
Can modal felinin bir leksik vahid kimi Azərbaycan dilində 
qarşılığı vardır:  bacarmaq. Lakin bacarmaq felinin 
qrammatik modallığın ifadə vasitəsi kimi Azərbaycan dilində 
elə bir rolu yoxdur. O az və başqa məqamlarda işlənir.  
Can  modal feli zaman etibarilə indiki və  gələcək 
zamanlara aid olan hərəkətləri ifadə edir. 
Can feli aşağıdakı modal mənaları bildirir:  
1. O, əsas fellərlə ifadə olunan hərəkəti icra etməyə 
qabilolma mənasını bildirir. Məsələn: 
He can play the piano “O, pianino çala bilir” 
It’s the place where you can buy everything you want 
“Sən burada ürəyin istədiyini (istəyəni) ala bilərsən” 
can talk with you like a man. I can tell you things “Mən 
Sizinlə kişi kimi danışa bilərəm. Mən Sizə bəzi şeylər deyə 
bilərəm”. 
2.  Can feli əsas fellə ifadə olunan hərəkətə izn, icazə 
vermə mənası ifadə edir. Məsələn: 
You  can borrow my car “Siz mənim maşınımı  götürə 
bilərsiniz”
3. İnkarda birinci şəxs barəsində işlənən can imkansızlıq, 
mümkünsüzlük bildirir. 
cannot promise you any thing “Mən Sizə heç nə vəd edə 
bilmərəm”. 
4.  İnkarda ikinci şəxs barəsində  işlənən  can  qadağan 
mənası tfadə edir. 
You can’t speak to me like that “Mənimlə belə danışmağa 
sənin haqqın yoxdur” 
5. İnkarda işlənən can feli əsas fellə ifadə olunan hərəkəti 
imkan xaricində qoyur. 
It can’t be true! “Bu ola bilməz!” 
He  can’t have said it “Onun belə deməsi  mümkün olan 
şey deyil!” 
6. Sual cümlələrində  can  feli qeyri-mümkünlük və 
emosional çalar bildirir. 
Can it be true? “Bu, doğrudur?” 

 
193
What  can  he  mean? “O nəyi  nəzərdə tutur? O nə 
demək istəyir?” 
Could modal feli.  
Could modal feli can felinin keçmiş zaman formasıdır. O, 
əsas fellə ifadə olunan hərəkəti keçmiş zamana bağlayır. 
In its reflection Mel could see the mud beneath snow in 
which the aircraft’s wheels were deeply wired (AHA, 42) 
“Onun solğun şəfəqi altında Mel təyyarənin şassilərinin qarlı 
palçığa möhkəmcə batdığını seçə bildi” (AHA. a, 42) 
Eyni xüsusiyyət could felinin inkarına da xasdır. Məsələn:  
After what had happened I couldn’t trust him “Bütün olub-
keçənlərdən sonra mən ona inana bilmədim”. 
Həmin xüsusiyyət could felinin sual formasına da xasdır: 
Could  the boy read  before he went to school? “Uşaq 
məktəbə getməzdən qabaq oxuya bilirdi?”. 
Belə bir xüsusiyyət could felinin təkcə sadə məsdərlə yox, 
məsdərin mürəkkəbləşmiş formaları ilə  işləndiyi hallara da 
aid özünü göstir. Məsələn: 
You  could not have done it (Golsworthy) “Siz bunu edə 
bizməzsiniz / etmiş olmazsınız!” 
My wife couldn’t have sent such a letter “Mümkün olan 
şey deyil ki, mənim arvadım belə bir məktubu 
göndərsin/göndərmiş olsun!” və ya “Mənim arvadım belə bir 
məktubu göndərə bilməz!”. 
Where could he have gone? “O hara getmiş olar?” 
May modal feli. 
May  modal feli icazə, güman, mümkün olub-olmama 
modal mənalarını bildirir. 
1. İzn, icazə modal mənasının ifadəsi. Bu məna daha çox 
sual cümlələrində özünü göstərir. Məsələn:  
May I come in? “Gəlmək (içəri keçmək)  olarmı ? [=Mən 
içəri gələ bilərəmmi?]. 
May I speak to Zibbi? (AHA, 159) “Zibbiylə  danışa 
bilərəm? (AHA. a, 147) [Zibbiylə danışmaq olar?]. 
Pardon me, madam. May I see your ticket? (AHA, 350) 
“Bağışlayın, madam. Sizin biletinizə baxmaq olar? (AHA. a, 
320). 
İcazə istəmək üçün verilən sualın cavabı  həm 
icazəvermə, həm qadağan ola bilər: 

 
194
-May smoke here? “Mənə burda papiros çəkmək 
olarmı?/ “Mən burada papiros çəkə bilərəmmi?” 
-You  may not smoke here! “Burada papiros çəkmək 
olmaz” (Qadağan). 
İcazə mənası sualsız da meydana qoyula bilər:  
You  may continue slow descent (AHA, 354) “Yavaş-
yavaş  enə bilərsiniz”  [AHA. a, 324] [Yavaş-yavaş enməyə 
davam edə bilərsiniz”]. 
Mr.Warren is alone now. You may see him “Mister Uerren 
indi təkdir. Siz onun yanına gedə bilərsinrz”. 
2. Güman (zənn) modal mənasının ifadəsi. 
He may not be at home “O, evdə ola (olmaya) bilər” / O, 
ola bilsin ki, evdədir/evdə deyil”. 
We  may be glad of it (AHA, 211) “Biz ondan şad ola 
bilərik” 
3. Şəraitin yaratdığı imkan mənasının ifadəsi.  
You  may order a taxi by telephone “Sən telefonla taksi 
çağıra bilərsən”. 
Then you may go, madam (AHA, 245) “Sonra çıxıb-
gedəcəksiniz, madam” (AHA. a, 227). 
“Some day you may regret this”, Vernon Demerest said 
(AHA, 175). “Demerest davam etdi: -Günün birində bu 
çıxışına təəssüf edəcəksən” (AHA. a, 162). 
Might modal feli.  
Might  forması keçmişə aid olan hərəkəti bildirir. O, may 
feli ilə müqayisədə daha artıq inamsızlıq ifadə edir. 
He might come soon “O, bəlkə (də) tezliklə gəldi”. 
Sual cümləsində might xahişi daha nəzakəili edir: 
Might I come, too? “Mən də gələ bilərəm/bilərdim?”. 
Bəzi məqamlarda might feli baş tutmamış hərəkətə görə 
tənə ifadə edir: 
You  might go and  help  him “Sən  gedib  ona  kömək edə 
bilərdin” (Amma etməmisən). 
You might come a bit early (Braine) “Sən bir az tez gələ 
bilərdin” (Amma gəlməmisən). 
Might  təkcə sadə  məsdərlə yox, mürəkkəb məsdərlə  də 
işlənir: 
You  might have told me about it before “Sən bu barədə 
mənə bir qədər əvvəl də deyə (danışa) bilərdin”. 

 
195
Must modal feli. 
Must  modal feli indiki və  gələcək zamana aid olan 
hərəkəti bildirir. O, məcburilik, vaciblik, əmr, məsləhət 
(tövsiyə) kimi modal mənalar ifadə edir. 
1. Borc, zərurət mənasının ifadəsi. 
You  must warn him “Sən onu xəbərdar etməlisən” (Onu 
xəbərdar etmək sənin borcundur). 
2. İnama əsaslanan güman (zənn) mənasının ifadəsi. 
He looks so pale. He must be ill. “O, solğun görünür 
(Onun rəngi qaçıb). O, xəstə olmalıdır  (O,  yəqin ki, 
xəstədir)”. 
3. Qadağan modal mənasının ifadəsi. 
She must not do so much work about the house “O, evdə 
çox işləməli deyil / Ona evdə çox işləmək olmaz”
4. Tövsiyə (öyüd) mənasının ifadəsi. 
You  must not be impatient, my son “Sən  hövsələsiz 
olmalı deyilsən (olmamalısan),  oğlum / Sən  hövsələli 
olmalısan, oğlum”. 
5. Emosional etiraz modal mənasının ifadəsi. 
How many times must  I  tell  you? (AHA, 245) “Eyni şeyi 
Sizə neçə  dəfə  təkrar etməliyəm?” (AHA. a, 226) 
[...deməliyəm?]. 
6. Zərurət modal mənasının ifadəsi 
He must go back soon to the radar room (AHA, 126) “O 
artıq radar otağına qayıtmalıdır”. 
Obviously, it must be adequate to destroy the airplane, 
but equally important – it must occur at the right time (AHA, 
99) “Aydındır ki, o [partlayış] təyyarəni dağıtmağa  kifayət 
etməlidir, amma eynilə vacibdir ki, o, vaxtında baş versin”. 
Ought to modal feli. 
Ought  modal felinin yalnız bir forması vardır. O, indiki 
zaman kontekstində işlənir. 
Ought feli aşağıdakı modal mənaları ifadə edir: 
1. Gərəklik, lazımlılıq modal mənasını. 
You ought to be thankful. I think we ought to be starting 
(Galsworthy). - Siz gərək minnətdar olasınız. Məncə, biz 
gərək yola düşək.  
2. Güman (zənn) modal mənası. 

 
196
She  ought to be very happy “O (qadın) gərək ki, çox 
xoşbəxt olsun”
3. Arzu, tövsiyə (öyüd) modal mənasını. 
There’s another thing you ought to know (AHA, 258), “Bir 
şeyi də bilməyiniz məsləhətdir” (AHA. a, 237). 
At your age you ought to help your mother about the 
house “Bu yaşda sən gərək anana ev işində  kömək 
edəsən”. 
Your brother ought not to be so credulous “Sənin 
qardaşın bu qədər sadəlövh olmamalıdır” / ...gərək bu qədər 
sadəlövh olmasın”. 
4. Peşmançılıq modal mənasını. 
I am sorry. I ought not to have said it “Bağışla. Mən bunu 
deməli deyildim (deməməli idim)... gərək deməyəydim”. 
Son söz olaraq demək istədim ki, Azərbaycan dilində 
həm leksik mənasına, həm də (yönlük halla) işlənməsinə 
görə ingiliscə ought felinin müqabili ola biləcək sözlər vardır: 
borc, borclu olmaq. Ancaq yuxarıdakı  məqamların heç 
birisinin ifadəsində bunlar işə yaramır. 
Need modal feli.  
Need modal feli həm qüsurlu (defective), həm də düzgün 
(regular) fel kimi işlənə bilir.  
1)  Need  qüsurlu fel kimi yalnız indiki zaman formasında 
işlənir və ondan sonra məsdər “to” hissəciyi olmadan gəlir.  
Need feli lazımlılıq, ehtiyac bildirir. Hərəkətin indiki və 
gələcək zamana aid edildiyi inkar və sual cümlələrində need 
felindən sonra sadə  məsdər  (Simple infinitive)  işlədilir. Bu 
məqamda o, hərəkətin icrasına zərurət, ehtiyac olmaması, 
lazımsızlıq, lüzumsuzluq modal mənasını ifadə edir. 
Məsələn:  
You  needn’t come – Sənin  gəlməyinə ehtiyac (lüzum) 
yoxdur; və ya Sən gələsi deyilsən.  
Need tell you everything in detail? – Mənim hər şeyi sizə 
təfərrüatı ilə  deməyimə ehtiyac vardırmı? /...deməyim 
lazımdırmı?”. 
Müasir ingilis dilində inkar cümlələrində  need feli inkar 
formasında olmur. İnkarlıq cümlənin digər hissələrində  də 
ola bilər. Məsələn:  

 
197
I don’t think we need continue the conversation. – 
Düşünmürəm ki, söhbəti davam etdirməyimizə ehtiyac 
olsun.  
I  need hardly show it to you. – Mən çətin ki, bunu sənə 
göstərə bilim.  
Need  felindən sonra bitmiş  məsdər  (Perfect Infinitive) 
işləndikdə  hərəkətin artıq yerinə yetirilmiş olması ifadə 
olunur. Buna baxmayaraq həmin hərəkətin icrasına zərurət, 
ehtiyac yoxdur. Məsələn:  
You  needn’t have come. (We managed to do it without 
your help) – Sizin gəlməyinizə ehtiyac yox idi. (Sizin 
köməyiniz olmadan da biz onun öhdəsindən gəldik).  
2) Need düzgün (regular) fel kimi işlənərkən məsdər “to” 
ədatı ilə gəlir. Həmin məqamda need əsasən inkarda, bəzən 
də sual cümlələrində  işlənərək zərurət, lazımlılıq bildirir və 
mənaca “to have to” modal felinə yaxın olur. Məsələn:  
I  do not need to explain anything – Mən heç nəyi  izah 
etməli (edəsi) deyiləm
Did you need to read all those books? – Sənə bütün bu 
kitabları oxumaq lazımdırmı? və ya Sənin bütün bu kitabları 
oxumağına ehtiyac (lüzum) vardımı? 
Qeyd etmək yerinə düşərdi ki, need felinin bu cür 
işlənməsi onun qüsurlu (defective) variantına nisbətən az 
yayılmışdır.  
Düzgün (regular) need felindən sonra isim də işlənə bilir. 
Bu məqamda  “to need” artıq modal fel olmaq keyfiyyətini 
itirir. Məsələn:  
He needs a dictionary.  
Dose he need a dictionary?  
He does not need a dictionary.  
To have to modal feli.  
To have to feli modal mənada bütün növ-zaman 
formalarında, o cümlədən bitmiş  və davamedici formalarda 
işlənir. Məsələn: 
I’ll have to work alone “Mən təklikdə işləməli olacağam” / 
“...işləməyə məcburam””. 
1)  To have to daha çox şəraitlə bağlı olan məcburilik, 
zərurət bildirir: 

 
198
Did  you  have to wait for long him? “Sən onu uzun 
müddət (çox) gözləməli oldun? / Sənə onu çox gözləmək 
lazım gəldi?”. 
2) İnkar cümlələrində to have to lazımsızlıq, lüzumsuzluq 
modal mənasını ifadə edir. Məsələn:  
You  don’t have to go there. – Sən oraya getməməlisən 
(Sənin oraya getməyinə lüzum yoxdur).  
Qeyd etmək lazımdır ki, must modal feli inkar formasında 
qadağan modal mənasını bildirir. Məsələn:  
You  mustn’t go there. – Sən oraya getməməlisən (Sənə 
oraya getmək olmaz).  
İngilis danışıq dilində  zərurət, öhdəçilik modal mənası 
have (has) got to birləşməsi ilə  də verilə bilər.  To have to 
modal feli kimi o da sadə  məsdərlə (Simple Infinitive) 
birləşib bütün növ cümlələrdə  işlənmək keyfiyyətinə 
malikdir. Məsələn:  
He has got to go there.  
Has he got to go there?  
He hasn’t got to go there.  
To be to modal feli 
To be to modal fel kimi iki formada işlənir: indiki zamanın 
qeyri-müəyyən və keçmiş zamanın qeyri-müəyyən 
formalarında. Məsələn: 
We  are (were) to start off at dawn “Sübh tezdən (səhər 
erkən) biz yola düşürük (düşəcəyik)) ...düşməli idik”. 
To be to aşağıdakı modal mənaları ifadə edə bilir: 
1.  İrəlicədən olan sazişə  (şərtləşməyə)  əsaslanan borc 
(öhdəçilik, vəzifə) mənasını. 
He  is to arrive tomorrow “O sabah gəlir (gələcəkdir / 
gəlməlidir) gələsidir” (Bu cür şərtləşmişlər). 
The information was that stewardesses were issued 
almost no change, sometimes non, and where a stewardess 
conuld not make change, her instructions were to give the 
passenger his or her drinks free (AHA, 190), “Məsələ 
burasındadır ki, əgər stüardessalar sərnişin pulunun qalığını 
qaytara bilmirdilərsə, qaydaya görə, içkini pulsuz 
verməliydilər”) (AHA. a, 176). 
Who is to arrange the meeting “İclası kim təşkil eləyəcək? 
eləməlidir? 

 
199
2. Əmretmə, sərəncamvermə (çox vaxt rəsmi şəkildə) 
mənasını. 
The students are to hand in their course papers by the 1
st
 
of May “Tələbələr öz kurs işlərini mayın 1-dək  təhvil 
verməlidirlər”
3. Qaçılmaz fakt mənasını. 
He knew at the time that he was  never  to see his son 
again “O vaxt o bilirdi ki, öz oğlunu bir də görmək ona nəsib 
(qismət) olmayacaq”. 
4. Şəraitlə bağlı olan imkan mənasını. 
Where  is he to be found “Onu harda tapmaq olar / 
mümkündür?” 
Dare modal feli.  
Dare feli də  həm  qüsurlu (defective), həm də  düzgün 
(regular) fel kimi işlənə bilir.  
1) Qüsurlu Dare feli indiki və keçmiş zaman formalarında 
“bir işi görməyə  cəsarət etmək” mənasını bildirir. Onun 
işlənmə dairəsi çox məhduddur. Müasir ingilis dilində  dare 
modal feli how sözü ilə başlanan sual və inkar cümlələrdə 
işlənir. Məsələn:  
How dare you talk to me like that? – Sən mənimlə bu cür 
danışmağa necə cəsarət (cürət) edirsən?  
He  dared not look at her. – O (kişi) ona (qadına) 
baxmağa cürət eləmədi. 
Dare feli təsdiq cümlələrdə  də, xüsusən birinci şəxsin 
təkində tez-tez işlədilir. Bu məqamda o, güman modal 
mənasını ifadə edir və Azərbaycan dilinə  şəxs  əvəzliyi və 
əsas fellə birlikdə  “Güman edirəm”  şəklində  tərcümə edilir. 
Məsələn:  
“I dare say you are dull at home”, he said (C.Galsworthy). 
– “Güman edirəm ki, sən evdə kütsən”, o dedi.  
2) Dare düzgün (regular) fel kimi işlənərkən şəxslər üzrə 
dəyişir, keçmiş zamanın qeyri-müəyyən forması -ed şəkilçisi 
ilə düzəlir (dared), məsdər formasında to ədatına malik olur 
(to dare), indiki zaman feli sifəti  -ing  şəkilçisi ilə düzəldilir 
(daring), felin mürəkkəb zaman formalarında işlənə bilir, 
sual və inkar formaları  to do köməkçi feli vasitəsi ilə 
düzəldilir. Məsələn:  

 
200
How does she dare to return home so late. Why didn’t 
you dare it before? (C.London)  
O, evə belə gec qayıtmağa necə  cəsarət edir. Sən 
əvvəllər buna niyə cürət etmirdin.  
Misallardan da göründüyü kimi, Dare feli Azərbaycan 
dilinə  əsasən  “cəsarət etmək”, “cürət etmək” felləri ilə 
tərcümə olunur.  
Beləliklə, biz görürük ki, Azərbaycan dilində Avropa 
qrammatik  ənənəsində başa düşülən mənada modal fellər 
olmasa da, müvafiq modal mənaların ifadə vasitələri 
istənilən qədərdir. Hətta bir modal mənanı bir neçə  şəkildə 
ifadə etmək imkanı vardır. 
 
2.4.  İngilis və Azərbaycan dillərində modallığın 
sintaktik ifadə vasitələri. 
Modallığın sintaktik ifadə vasitələrindən danışmaq 
olduqca ümumi və şərti xarakter daşıyır. İş burasındadır ki, 
modallığın xüsusi olaraq sintaktik ifadə vasitələri vardır. 
Burada yenə leksika və morfologiyanın bir sıra xarakterik 
ünsürləri iştirak edir. O biri tərəfdən, bunu da nəzərdən 
qaçırmaq olmaz ki, həmin ünsürlər məhz müəyyən sintaktik 
kontekstdə modallığın ifadə vasitələri kimi özünü göstərir. 
Belə bir sintaktik fon olmadan onların modallığın ifadə 
vasitələri funksiyasından danışmaq mümkün deyildir. 
Bununla yanaşı, modallığın leksik və morfoloci vasitələri 
konkret cümlə tipləri ilə bağlıdır. Ona görə  də bunların 
nəzərdən keçirilməsi müəyyən seçmə əməliyyatı tələb edir. 
Məsələn,  ədatların və ara sözlərin (modal sözlərin) ifadə 
etdiyi modallıq istər məzmun, istərsə  də ifadə baxımından 
fərqli cəhətlər nümayiş etdirir. Odur ki, modallığın ifadə 
vasitələrinə görə  nəzərdən keçirilməsi heç də lüzumsuz bir 
məşğələ deyildir və özünü doğruldur. 
Bundan başqa, belə bir cəhəti də qeyd etmək vacibdir. 
Biz bu tədqiqatın  əvvəlki hissələrində  də gördük ki, 
Azərbaycan və ingilis dillərinin materialları müəyyən 
modallıq kateqoriyaları  çərçivəsində heç də  bərabər yer 
tutmur. Eyni vəziyyəti modallığın sintaktik ifadə vasitələri 
sahəsində də müşahidə edirik. Modallığın ədat və nidalarla 
ifadə üsullarını dillərarası birbəbir müqayisə üsulu ilə 

 
201
araşdırmaq mümkün deyildir. Burada olsa-olsa yalnız 
ümumi kateqorial miqyasda müqayisədən söhbət gedə bilər. 
Deyilənlərə bunu da əlavə etmək istərdik ki, ədat və nidalar 
sahəsində Azərbaycan və ingilis dilləri üzrə bizim materiallar 
kəmiyyət etibarilə  də  bərabər deyildir: birincilər çox, 
ikincilərsə azdır. Belə bir vəziyyət bizim ümumi 
qənaətlərimizə də təsir edir. 
 
2.4.1. Azərbaycan dilində modallığın sintaktik ifadə 
vasitələri.  
Modallığın sintaktik ifadə vasitələrindən bəhs edərkən biz 
aşağıdakı ardıcıllığa riayət etmək fikrindəyik: 
1. Modallığın nidalarla ifadəsi. 
2. Modallığın ədatlarla ifadəsi. 
3. Modallığın ara sözlər, ara cümlələr,  əlavə sözlər və 
əlavə cümlələrlə ifadəsi. 
Həmin ardıcıllıq müvafiq ifadə vasitələrinin modallıq 
kateqoriyasını ifadə etməkdə oynadığı rolla müəyyənləşir. 
Belə ki, məsələn, nidalar modallığın birbaşa ifadəsində 
iştirak etməyib, müvafiq modal məna fonunda danışanın 
əhvali-ruhiyyəsini, cümlənin məzmununa emosional 
münasibətini bildirir. 
Ədatlar nidalara nisbətən cümlə, mətnlə daha üzvi 
surətdə bağlıdır. Onlar hansı isə cümlə üzvünə, ya da 
bütövlükdə cümləyə “bənd edilərək”, modal mənanın 
ifadəsində iştirak edirlər. 
O ki qaldı ara söz və cümlələr,  əlavə söz və cümlələrə, 
bunlar artıq cümlə  və  mətnin zəruri olmasa da, fakultativ 
tərkib hissələri kimi özünü göstərir. 
1. Modallığın nidalarla ifadəsi. 
Nidaların ifadə etdiyi “hiss və  həyəcan” tipləri 
rəngarəngdir. Bunlar içərisində emosional münasibət 
bildirən nidalardan aşağıdakıları qeyd edə bilərik.  
Təəccüb modal mənasının ifadəsi: 
Bıy, buy, boy, bay nidası. 
Həmin nida əsasən təəccüb, bəzən də sevinc mənası 
ifadə edir. Bıy, buy variantları çox, boy, bay variantları isə az 
işlənir. Bundan başqa, həmin nida tək, cüt və s. variantlarda 
da işlənir.  

 
202
Həmin mənanı variantlar üzrə nəzərdən keçirək. 
Bıy variantı. 
Bıy …  Qəzetdə  nə yazırsınız, siftəsini mən oxuyuram 
(S.Qədirzadə. Ülkər Aytəkin, 106) – təəccüb, etiraz. 
Bıy, boyuna qurban, gəlibsənmi? Bə niyə dinmirsən?! 
(İ.Şıxlı. Dəli Kür, 79) – təəccüb, sevinc. 
Bıy nidasının təkrarən işlənməsi daha artıq intensivliyə, 
emosional təsirə (həyəcana) işarə edir. Məsələn: 
Bıy, bıy, başıma xeyir, ay qız, deyəsən, bizi bəxtəvərliyə 
salacaqsan yatmaq nədi?! (İ.Şıxlı. Dəli Kür, 74). 
Buy variantı 
Həmin variantın işlənmə  məqamı eynən  bıy variantında 
olduğu kimidir. Məsələn: 
Buy,  şair, Sizsiniz?! Mənim bu kasıb komama xoş 
gəlmisiniz! (Ə.Babayeva. Səni axtarıram, 34). – təəccüb, 
sevinc. 
Buy, ay Həmid sənsənmi?! – dedi, - keç içəri 
(M.Süleymanlı. Yel Əhmədin bəyliyi, 250) – təəccüb, sevinc. 
Buy variantı təkrarən də işlənir: 
Buy! Buy! Sən nə danışırsan! (S.Qədirzadə. S.Ə, 120). 
-Buy! Buy! - deyə guya təəccüblənmiş  Kəklik Bayramı 
aralamaqdansa, lap kişinin çənəsinin altına girdi 
(M.Qocayev. Gecələrin mahnısı, 90). 
Bizə belə  gəlir ki, buy  və  boy variantlarının işlənməsi 
daha çox qadın nitqinə xasdır. Amma bu faktın tam 
qətiyyətlə qoyulmasının əlavə materiallara ehtiyacı vardır. 
Boy variantı 
Boy… Qız heç demədi ki, qara sap lazımdı, yoxsa ağ 
sap… (E.Əfəndiyev. Şuşaya duman gəlib, 116). 
Bay variantı 
-Bay  səni, - dedi və qar-boranın fironluq elədiyi bu 
məqamda doluxsundu (E.Əfəndiyev. Qış nağılı, 91). 
Buy variantının fonetik dəyişikliyi təkcə saitlərin 
əvəzlənməsi, müxtəlifliyi ilə  məhdudlaşmır.  Əlimizdə olan 
materiallar içərisində son samiti cütlənmiş (ikiləşmiş) 
variantla da qarşılaşırıq. Bu, modallığın fonetik ifadə 
vasitələrinin bir nümunəsi hesab edilə bilər: 
Buy-y! Kişidə üzə bax, ey! (N.Nağıyev. Həsrət, 134). 
Baho/paho nidası 

 
203
Həmin nida bıy nidası ilə müqayisədə təəccübün daha 
yüksək dərəcəsini (heyrəti) bildirir. Məsələn: 
Baho! Siz yenə mültəfit olmadınız! (C.Cabbarlı. Vəfalı 
Səriyyə, 35). 
Baho… Onda lap axşama düşəcəyik (S.Qədirzadə. Ülkər 
Aytəkin, 35). 
Bizə belə  gəlir ki, baho  və  paho variantlarının işlənmə 
məqamları arasında müəyyən qədər fərq vardır:  paho 
heyrətin daha artıq dərəcəsini ifadə edir. 
Paho!.. Xalacıq, bu çox bahadır, qarpıza beş şahı vermək 
student cibinə yaraşmaz (Y.V.Çəmənzəminli. Studentlər, 
40). 
Paho! – qaşqabağını salladı, - indi biz ona nə cavab 
verəcəyik?! (S.Qədirzadə. Ülkər Aytəkin, 214). 
-Paho! – deyə Gülyaz içini çəkdi, -nə gözəl qızdır, nə 
qəşəng qızdır, necə  də bic-bic gülür?! (M.Süleymanlı. 
Dağlar qoynunda fırtına, 17). 
Paho,  qəttəzə  dəsmalı zay elədin! (Ə.Babayeva. Səni 
axtarıram, 127). 
Paho nidası nadir hallarda cümlənin axırında da işlənir: 
-Yüz min, paho! (İ.Qasımov, H.Seyidbəyli. Uzaq 
sahillərdə, 7). 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə