Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə16/24
tarix24.04.2017
ölçüsü4,58 Kb.
#15709
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

Tətbiqetmə.
Şərti mikrofon kimi seçilən hansısa əşya şagirdlərdən birinə verilir. Həmin
şagird, məsələn, “Mənə sinif yoldaşım K. yaxşılıq edib. O, ... (yaxşılığın nədən ibarət olduğu
haqda danışır)” deyərək mikrofonu digər şagirdə ötürür. Müəllim mikrofonun bir şagirddən
növbə ilə digərinə keçməsinə nəzarət edir. Sonda kimin adı daha çox çəkilirsə, müəllim
həmin şagirdi qarşıya çağırır və şagirdlər ona xorla: “Etdiyin hər yaxşılığa görə sağ ol”, –
deyirlər. 
Bu cür oyunların keçirilməsi şagirdləri əxlaqi dəyərlərə, xeyirxah işlər görməyə
həvəsləndirir.
İş dəftərinin 83-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Qayğıkeşlik ətrafdakılara qarşı diqqətli olmaq, təmənnasız yaxşılıq etmək,
köməyini əsirgəməmək deməkdir.
Yazı. “Başınıza gələn elə bir hadisə olubmu ki, sonda şeirdə işlənən nitq etiketini sizə də
söyləsinlər?” sualı əsasında şagirdlər həmin vəziyyətlə bağlı kiçik bir esse yazırlar. 
Ev tapşırığı:
– Yaxşılıqla bağlı atalar sözləri öyrənin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərslərin planlaşdırılması
V bölmə
134
Çap üçün deyil

Dərs 58. YALANÇI TÜLKÜ (2 saat)
Motivasiya.
Müəllim: – “Yalan ayaq tutar, amma yeriməz” atalar sözünü necə başa
düşürsünüz?
Cavablar dinlənilir.
– Heç yalanla rastlaşmısınız? (özünüz, yaxud başqası tərəfindən deyilən)
– Həmin yalanın üstü açılıbmı?
– Sizcə, nəyə görə insanlar yalan danışmalı olurlar?
Dərslikdən mətn oxunur. Əfi ilan və qənim olmaq ifadələrinin mənaları açıqlanır. 
Suallar: – “Əlindən qurtarmaq”, “başına yığışmaq”, “bir ağızdan qışqırmaq”, “izi-tozu qal-
mamaq”, “canını qurtarmaq” ifadələrini necə başa düşürsünüz?
– Mətnin adındakı “yalançı” sözünü hansı sözlə əvəz etmək olar? (lovğa)
Mətnin məzmununa aid  plan tutulur:
1. Tülkünün İlanı öldürmək üçün Kirpiyə yalvarmağı
2. Heyvanlar arasında Tülkünün lovğalanmağı
3. Üstü açılan yalan
Şagirdlər tərtib etdikləri plana görə nağılı danışırlar. 
Suallar: – Keçdiyimiz daha hansı mətndə əsərin qəhrəmanı yalan danışır? (“Yaşıl fincan”)
– “Yalançl Tülkü” və “Yaşıl fincan” mətnləri arasında ümumi və fərqli xüsusiyyətləri
aydınlaşdırın. Hər iki mətndə yalanı doğuran səbəbləri izah edin. 
Bu iki mətnə aid suallar cavablandıqdan sonra belə nəticəyə gəlinir: “Yalanın üstü gec-
tez açılır. Şirin yalandan acı həqiqət yaxşıdır”. 
Müəllim şagirdlərdən yalanla bağlı bildikləri atalar sözlərini də soruşa bilər. 
Yalan ayaq tutar, amma yeriməz.
Yalançı özünün düşmənidir.
Yalanın ömrü az olar.
Yalan danışan yanındakını qanmaz yerinə qoyar.
Yalan cücərər, amma bitməz.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir. 
Oxuduğu və eşitdiyi atalar sözlərini yerli-
yerində işlədir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını izah
edir.
Çoxmənalı sözün kontekstə görə mənasını
izah edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni ifadələrin mənasını
başa düşür və onları yaxınmənalı ifadələrlə
əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunundan çıxış edərək ona
çəkilmiş illüstrasiyanı şərh edir, uyğunsuzluğu
müəyyənləşdirir. 
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə
məzmununa aid sadə plan  tutur.
Mətnin məzmununa uyğun plan tutur.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi plana
uyğun  nəql edir.
Mətnin məzmununu tutulmuş plana uyğun
nəql edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
Mürəkkəb sözlərin defislə, yoxsa bitişik yazıl -
dığını lüğətin köməyi ilə müəyyənləşdirir.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
135
Çap üçün deyil

1-ci tapşırıq. Mətndəki çaldı sözünün 2-ci cümlədəki mənası ilə eyni olduğu bildirilir. 
2-ci tapşırıq yerinə yetirilir: 1 – D, 2 – A, 3 – Ç, 4 – B, 5 – C.
3-cü tapşırıq. Şəkildə Pələngin təsviri verilməyib. 
4-cü tapşırıq. Mətnin məzmununa uyğun gələn atalar sözü seçilir: “Lovğalığın sonu
xəcalətdir”. 
5-ci tapşırıq. Mətnin sonuncu abzasında işlənmiş izi-tozu sözü mürəkkəb sözdür.  
Dil qaydaları. İmla mətni:
Şagirdlərə mətndəki mürəkkəb sözləri (ağcaqayın, gözoxşayan, ağacdələn, iynəyarpaqlı,
meşəbəyi, Bayraməli) seçmək və onların yazılışını lüğətin köməyi ilə dəqiqləşdirmək tapşırılır.
Ev tapşırığı:
– Dərsliyin 118-ci səhifəsindəki 6-cı tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 59. ŞƏHİDLƏR XİYABANI (2 saat)
Motivasiya.
Müəllim yazı taxtasında “XİYABAN” sözünü yazır. Bu sözün mənasını
soruşur. (Hər iki tərəfində ağac əkilmiş yer, yol və s.)   
TALADA (29 söz)
Talada yaraşıqlı ağcaqayın bitmişdi. Onun gözoxşayan budaqları arasında ağacdələn
yuva qurmuşdu. İynəyarpaqlı ağaclarda isə dələlər budaqdan budağa tullanırdı.
Bir gün insanlar ağcaqayını kəsmək istədilər. Meşəbəyi Bayraməli dayı onları qovdu.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma hiy -
yətini aydınlaşdırır.
Mətnin məzmunu ilə bağlı əlavə məlumatlar
almaq məqsədilə suallar verir.
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikrə münasibətini bildirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və oxu -
duqları haqqında  danışır. 
Öyrəndiklərinə və müşahidə etdiklərinə əsas -
lanaraq fikrini ifadə edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu, ifa -
də li oxu yur.
Şeiri məzmununa uyğun intonasiya ilə ifadəli
 oxu yur və şərh edir.
3.1.3. Marağına uyğun seçdiyi nəzm nü mu -
nəsini əzbərdən yazır.
Şeirin seçilmiş hər hansı bir hissəsini əz bər -
dən yazır.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
ki çikhəcmli inşalar yazır. 
Müşahidələri əsasında inşa yazır.
4.1.2. Sözlərin böyük hərflə  yazılışına dair
qaydaları məqamına uyğun  istifadə edir.
İnsan adı bildirən sözlərin böyük hərflə
yazıldığını bilir və yazısında tətbiq edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək üçün
lüğətdən istifadə edir. 
Mürəkkəb sözlərin yazılış qaydalarına riayət
edir.
Dərslərin planlaşdırılması
V bölmə
136
Çap üçün deyil

– Hansı xiyabanların adını eşitmisiniz? (Fəxri xiyaban, Şəhidlər xiyabanı) 
– Fəxri xiyaban nə üçün salınıb? (Burada ulu öndər və xalqımızın görkəmli şəxsiyyətləri
dəfn olunub.)   
– Müqəddəs and yerimiz haradır? 
– Şəhidlər xiyabanı nə üçün salınıb?
– İnsanlar nəyə görə şəhid olurlar?
Şagirdlərin mülahizələri dinlənilir. Müəllim şagirdlərin məlumatlılığını öyrənib öz əlavələrini
də edir.   
ŞƏHİDLƏRİN RUHUNA ƏBƏDİ XATİRƏ  
Bakının Dağüstü parkında möhtəşəm bir yerdə əbədi məşəl yanır. Bu məşəl canını Vətən
yolunda qurban verərək Şəhidlər xiyabanında uyuyan şəhid qəhrəmanlarımızın ruhuna əbədi
xatirədir.
1990-cı ilin 20 yanvar gecəsi Azərbaycanın paytaxtı Bakı şəhəri dəhşətli anlar yaşadı. Evlər
gülləbaran edilir, küçələr dağıdılırdı. Şirin yuxuda olan məsum kör pələri atəş səsləri diksindirirdi.
Həmin gecə Bakı küçələrində xalqımızın neçə-neçə qəhrəman oğul və qızı şəhid oldu. Xalqımız
matəmə büründü. İnsanlar şəhid lərin tabutlarını çiyinlərinə alaraq Dağüstü parka doğru axışdılar.
Onların dəfn olun duğu yer Şəhidlər xiyabanı adlandı.
Şəhidlər Vətənimizin müstəqilliyi uğrunda canlarından keçdilər. Onların xati rəsi  heç vaxt
xalqımızın yaddaşından silinməyəcək.  
Hər il yanvarın 20-də Vətənimizin qeyrətli oğul və qızlarının uyuduğu Şəhidlər xiyabanı
qərənfil yağışına qərq olur. Bu yer bizim and yerimizdir. Xalqı mız heç vaxt vətən naminə
canını qurban vermiş şəhid övladlarını unutmayacaq, onları əbədi xatirə kimi qəlbində
yaşadacaqdır. 
Müəllim:  – Danışdıqlarım sizdə hansı hisləri oyatdı? Sizdə hansı suallar yarandı?
Şəhidlər Xiyabanı ilə bağlı daha nələri bilmək istərdiniz?
Fikir verilməlidir ki, şagirdlər öz mülahizələrində həm nifrət, həm də qürur hissini vur ğu -
lasınlar, suallar verməklə onlar üçün qaranlıq qalmış məqamları araşdırsınlar.
Aşağıdakı suallar səsləndirilə bilər:
– Şəhidlər harada dəfn olunmuşlar?
– Onların məzarları önündə yanan məşəl nəyə  işarədir?        
– 20 Yanvar gecəsi Bakıda hansı dəhşətlər törədildi?
– Şəhidlər nə uğrunda canlarından keçdilər?
Qruplarla iş. Dərslikdən şeirin hər bəndi bir qrupa verilir. Şagirdlər həmin bəndi düzgün,
intonasiya ilə oxuyur, məzmununu nəsrə çevirib danışırlar. 
Bir qrup digərinə suallar verməklə şeirin məzmununu necə başa düşdüyünü nümayiş etdirir.
Suallar:
– “Sinə gərmək”, “and yeri” ifadələrini necə başa düşürsünüz? 
– “Gül-çiçək yağışına qərq olubdur” ifadəsini necə başa düşürsünüz?
– Nə üçün Şəhidlər xiyabanı Məmməd Əmin amalı, Əhməd Cavad şeiri adlanır? (Çünki
burada uyuyanlar Məmməd Əminin arzuladığı müstəqillik uğrunda, müstəqil dövlətimizin
himninin sözlərini yazan Əhməd Cavadın şeirində yazılanları həyata keçirmək uğrunda
canlarından keçdilər.)
– Şəhidlər xiyabanı nə üçün əbədi and yeri adlanır?
– Şair nə üçün məzarları doğma, yaxın adlandırır?
– Şəhidlər xiyabanını şair  nə üçün “alın yazımdır mənim” adlandırır?
– Şəhidlər necə anılır? Nə üçün onların məzarı önünə qərənfillər düzülür?
Tapşırıq 2. Bu  tapşırıqla bağlı müəllim öz əlavələrini edir, şagirdlərə yeni məlumat əldə
etməyi tapşırır.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
137
Çap üçün deyil

Məmməd Əmin Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində anadan olmuşdur. 
O, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azər baycan milli
istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi
XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. 
Məmməd Əmin Rəsulzadə Türkiyədə vəfat etmiş və orada dəfn olunmuşdur. O, son
nəfəsində üç dəfə “Azərbaycan” deyərək gözlərini əbədi yummuşdur. Bu da onun
Azərbaycana, vətənə nə qədər bağlı bir insan olduğunun bariz nümu nəsidir.
Əhməd Cavad 1892-ci ildə Şəmkirin Seyfəli kəndində anadan olmuşdur. O, müəllim və
görkəmli şairidir. Onun bir çox şeirləri vardır. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt
görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz
qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur. Əhməd Cavad Azərbaycan Dövlət
Himninin sözlərinin müəllifidir.
Yazı. 20 Yanvarda və ya bu tarixə yaxın günlərin birində Şəhidlər xiyabanına ziyarət təşkil
olunur. Şagirdlər öz təəs sürat larını “Şəhidlər unudulmur” başlıqlı inşa yazmaqla təqdim
edirlər. Müəllim inşa üçün aşağıdakı planı təqdim edə bilər: 
– Şəhidlərin xatirəsini necə yad edirik?
– Nə üçün onların ruhu qarşısında and içirik?
– Şəhidlərin adını uca tutmaq üçün nə edəcəyəm?
Nəticə: Xalqımızın igid övladları 1990-cı il yanvarın 20-də Azərbaycanın toxunulmazlığı
uğrunda canlarından keçdilər. Buna görə də onları şəhid adlandırırıq. Vətənimizin azadlığı,
müstəqilliyi, bütövlüyü uğrunda şəhid olanların xatirəsi heç zaman unudulmayacaq. Həmişə
xalqımızın yaddaşında yaşayacaq.
İş dəftərinin 84-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Şeirin hər hansı bəndi əzbərdən dəftərə yazılır.
Dil qaydaları
1. Şeirdəki mürəkkəb sözlər seçilir və onların defislə yazıldığına diqqət yetirilir: gül-çiçək,
yan-yana. Müəllim bildirir ki, yaxınmənalı sözlərin birləşməsindən və sözlərin təkrarından
yaranan mürəkkəb sözlər defislə yazılır. Bu cür mürəkkəb sözlər yaratmaq üçün bir neçə
söz verilir: dost (dost-tanış), qayda (qayda-qanun), tez (tez-tez), baş (başdan-başa) və s. Bu
sözləri dəftərə yazmaq tapşırılır.
2. Şeirdə yerindən asılı olmayaraq həmişə böyük hərflə yazılan sözlər seçilir və dəftərə
yazılır. 
Sual: – Vətənin azadlığı uğrunda şəhid olanlardan kimlərin adını bilirsiniz? Həmin şəhid -
lərin adlarını dəftərinizə yazın.  
İş dəftərinin 84-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı: 
– 20 Yanvar hadisələri zamanı kiçikyaşlı məktəblilərdən də şəhid olanlar
var.  Onlar haqqında məlumat toplayın və danışın. 
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərslərin planlaşdırılması
V bölmə
138
Çap üçün deyil

Dərs 60. ZARAFAT (6 saat)
Motivasiya.
Müəllim bir hadisə danışır: “Tənəffüs zamanı İlqar Cəmilin qələmini gizlədir.
Dərs başlayanda Cəmil qələmini tapmayıb həyəcanlanır. İlqar isə özündən razı halda
gülümsəyir. Müəllim  Cəmilə acıqlananda İlqar qələmi qaytarıb deyir:
–  Mən zarafat edirdim”.
Köməkçi sual: – Sizcə, bu zarafat xoşa gələrmi?
Fərziyyələr dinlənilir.
Tədqiqat sualı:
– Zarafat necə olmalıdır?
Tədqiqatın aparılması.
Dərsliklə iş.
Mətnin 1-ci hissəsi (dərslik, səh.120-121) oxunub təhlil olunur. 
Sual: – Sizcə,  mətnin davamı necə olacaq? (3-cü tapşırıq)
Şagirdlərin versiyaları dinlənilir. II hissə oxunur, şagirdlərin versiyaları ilə müqayisə olunur.
Oxunan hissələrə başlıq verilir və plan tutulur:
Düşünülmüş  zarafat
1. Gəzməyə çıxmış dostlar
2. Ağacın altındakı süfrə
3. Cavan oğlanın zarafat etmək planı
Məzmun standartları 
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma 
-
hiyyətini aydınlaşdırır.
Müzakirə zamanı sual verməklə danışanın
fikrinə aydınlıq gətirir.
1.2.4. Nitq situasiyalarından asılı olaraq
danışıq prosesində müvafiq jest və mimika -
lar dan istifadə edir.
Rollu oyun zamanı nitq situasiyasına uyğun
jest və mimikalardan istifadə edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Öz təxəyyülünə əsaslanaraq hekayənin  da -
vamını təxmin edir.
2.2.3. Mətnin hissələrinə başlıqlar verməklə
məzmununa aid sadə plan  tutur.
Mətnin hissələrini məzmununa uyğun  baş -
lıq la adlandırır.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətnin qəhrəmanlarını xarakterizə edərək
əsas fikri açıqlayır və ona münasibətini
bildirir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi plana
uyğun  nəql edir.
Mətnin məzmununu ardıcıl nəql etmək üçün
plan tutur.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“L” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Çap hərfləri ilə verilmiş mətni üzündən kö -
çürür.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək üçün
lüğətdən istifadə edir. 
Mürəkkəb sözlərin bitişik, yoxsa defislə ya zıl -
dığını müəyyənləşdirmək üçün lüğətdən istifa -
də edir.
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
139
Çap üçün deyil

Kişinin sevinci
4. 
Dostun təklifi
5. Heyrətlənmiş kişi
6. Allaha şükür edən kəndli
7. Təsirləndirici səhnə
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Şagirdlər plan üzrə mətnin məzmununu nəql edirlər. Suallar:
– Mətndən əksmənalı sözləri tapın (varlı – yoxsul, altında – üstündə).
– “Zarafat dostluğun qayçısıdır” atalar sözünü necə başa düşürsünüz?
– Ədibin dostunun zarafatını dəyişməsini necə qiymətləndirirsiniz?
– “Yataq xəstəsi olmaq” nə deməkdir?
1-ci tapşırıq yerinə yetirilir. Mətndəki əsas fikir müəyyən olunur.
2-ci tapşırığa əsasən, mətnin planındakı çatışmayan cümlələr müəyyən olunur: 
3. Ədib dostuna dedi ki, yoxsulun başmaqlarının hər birinə bir manat qoysun.
5. Bu səhnənin təsirindən cavan oğlanın gözləri yaşardı.
Müzakirə. 4-cü tapşırıq yerinə yetirilir. “Kimlərlə zarafat etmək olar?”, “Zarafatı hər yerdə
etmək olarmı?” suallarını verməklə müzakirənin mövzu dairəsi genişləndirilir.
Rollu oyun keçirilir. Şagirdlərə aparıcı, varlı gənc, məşhur ədib, kasıb kəndli təsvir olu-
 nan və ya adları yazılan kartlar paylanılır. Bu oyun butun siniflə aparılır. Şagirdlər rollarına
uyğun hərə öz yerini alır. Şagirdlərə ifa zamanı müvafiq jest və mimikadan istifadə etmək
tapşırılır. 
Bundan sonra şagirdlər rollarını ifa etməyə başlayırlar. Qalan şagirdlərə isə tapşırılır ki,
müşahidə aparsınlar. Səhnəcik bitdikdən sonra onların fikirləri dinlənilir, aktyorların oyunu
tamaşaçılar tərəfindən şərh olunur və qiymətləndirilir.
Yazı (üzündən köçürmə). Mətnin ikinci hissəsində kişinin üzünü göyə tutaraq dediyi
sözləri dəftərə köçürün.  
Nəticə:
Zarafatı elə etmək lazımdır ki, heç kimin xətrinə dəyməsin. Ağıllı, xeyirxah məs -
lə hətlərə qulaq asmaq ancaq xeyir gətirər.
Tətbiqetmə.
Bu mərhələdə iş qruplarda davam etdirilir. Qruplardan ikisi elə hekayə
fikirləşib danışır ki, burada qəhrəmanlardan birinin etdiyi zarafatdan digər tərəf incimir. Digər
iki qrupun təqdim etdiyi hekayədə isə zarafat əks tərəfin xətrinə dəyir.
Nümunə 1:
Balaca bacısına dondurma almaq üçün anası Səmədə 50 qəpik verdi. Səməd həyə tə
düşəndə gördü ki, dostları futbol oynayır. Həvəslə uşaqlara qoşuldu. Oyunun qızğın vaxtında
anasının səsini eşitdi. 
– Səməd, harada qaldın?
– Gəlirəm, ana!
Tez mağazaya qaçdı. Əlini cibinə atanda pulu tapmadı. Onun narahatlığını görən qonşusu
Cavad soruşdu:
– Nə olub, Səməd?
– Bacıma dondurma almalıydım. Deyəsən, həyətdə futbol oynayanda pulu itirmişəm.
– Nə qədər idi? 
– 50 qəpik!
Cavad cibindəki öz 50 qəpiyini gizlincə yerə atdı. Üzünü çevirib dedi:
– Bax, yerdəki sənin pulun deyil?
Səməd sevinib pulu götürdü. Amma bilmədi ki, pul Cavadındır. 
Dərslərin planlaşdırılması
V bölmə
140
Çap üçün deyil

Nümunə 2:
Zəng vuruldu. Müəllim sinfə daxil oldu. Uşaqlar ayağa qalxdılar. Müəllim onlarla salamlaşdı:
– Salam, uşaqlar!
– Salam, müəllim!
– Əyləşin!
Birdən sinifdən bərk səs gəldi. Nuray yerə yıxılmışdı. Hamı təəccüblə Nuraya baxdı. O
ağlayırdı. Müəllim Nurayın parta yoldaşı Rəşaddan soruşdu:
– Rəşad, Nuraya nə oldu?
– Müəllim, zarafat edirdim.
Rəşad Nurayın stulunu çəkmişdi.
İş dəftərinin 86-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları.
5-ci tapşırıq: mətndə göy rənglə verilmiş sözlərdən “başmaq” sözü quruluş -
ca mürəkkəb deyil. 6-cı tapşırıq yerinə yetirilir: 1-ci sütunda verilmiş mürəkkəb sözlər defislə,
2-ci sütundakılar bitişik yazılır:
ana-bala
soyuqqanlı
adət-ənənə
tozsoran
taxta-şalban
əlçatmaz
Dərslikdən nəzəri hissə oxunur və izah olunur. 
Dərsliyin 122-ci səhifəsindəki 7-8-ci tapşırıqlar, eləcə də iş dəftərinin 84-cü səhifəsindəki
dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
“MÜRƏKKƏB SÖZLƏR” MÖVZUSU ÜZRƏ QİYMƏTLƏNDİRMƏ
1. Hansı mürəkkəb söz düzgün yazılmayıb?
A) pambıq-yığan
B) tez-tez
C) qatar-qatar
2. Mürəkkəb söz hansıdır?
A) kitabxana
B) tozsoran
C) xeyirxahlıq
3. Mürəkkəb sözlərdən ibarət cərgəni göstərin.
A) yataqxana, dəmirçi, səkkizinci
B) kəklikotu, dəmiryolçu, gecə-gündüz
C) döyüşçülər, sənətkar, böyürtkən
4. Nə zaman mürəkkəb söz bitişik yazılır?
A) Sözlər təkrar olunduqda
B) Əksmənalı sözlər birləşdikdə
C) Müxtəlif mənalı sözlər birləşdikdə
5. Düzgün yazılış hansıdır?
A) soyuq-qanlı
B) soyuqqanlı
C) soyuq qanlı
6. Hansı cərgədəki mürəkkəb sözlərin hamısı düzgün yazılmışdır?
A) qızılgül, qapı-baca, böyük-kiçik
B) ağac-dələn, çobanyastığı, bir-bir
C) açıq-ürəkli, günəbaxan, qohum-qardaş
Dərslərin planlaşdırılması
YAXŞI NƏDİR, PİS NƏDİR
141
Çap üçün deyil

Dil qaydaları. İmla mətni:
Yazı. Hüsnxət. “L” hərfi. İş dəftəri, səh. 85.
Ev tapşırığı:
– Dərsliyin 122-ci səhifəsindəki 3-cü tapşırığı yazılı şəkildə yerinə yetirin.
Mətnin qəhrə manlarına münasibət bildirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 61. XOCALI FACİƏSİ (2 saat)
Motivasiya.
Müəllim:
– “Faciə” sözünü necə izah edərsiniz?  
– Hansı hadisələri faciə adlandırmaq  olar?
– Faciə dedikdə ilk ağlınıza gələn söz hansıdır?
“Xocalı” cavabını alandan sonra bu hadisə haqqında şagirdlərin nə bildikləri soruşulur. 
Dərslikdən şeir oxunur və təhlil olunur. 
Suallar:
– Şeirin ilk 4 misrasını necə başa düşürsünüz? 
– Nə üçün Xocalı müsibəti “görünməz müsibət” adlanır? 
1-ci tapşırıq. Müəllimin yönəldici sualları ilə şagirdlər “Yerdə qalsa belə qan, Əl üzülər
dünyadan” misralarını izah edirlər: Xocalı faciəsini bütün dünya tanımalıdır. Əgər erməni
vəhşiliklərinə lazımi qiymət verilməsə, bu faciənin günahkarları cəzalanmasa, dünyada
ədalətə inam yox olar.
ÇOBANYASTIĞI (35 söz)
Çiçəklər çobanyastığı gülünə baxıb fikirləşirdi ki, nə üçün onun kirpikləri ağdır.
Bilmirdilər ki, günəş şüalarının sarı, qırmızı, narıncı, göy, çəhrayı rənglərinin içində
heç kəsin görmədiyi ağ rənglər də var. Çobanyastığı bu rəngi daha çox sevir.
Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin