FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   7   8   9   10   11   12   13   14   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

dinləyiciləri gerçəkliyin dərindən dərk edilməsi və 

213 


öyrənilməsinə  istiqamətləndirməlidir.  Mühazirənin  inandırıcı 

olması üçün kifayət qədər faktlara istinad olunmalıdır. Mühazirədə 

qoyulan  məsələlərin  şüurlu  olaraq  mənimsənilməsi  və  dərk 

edilməsi  üçün  qısa,  aydın  əlaqəli  şərh  təmin  olunmalı,  «əzbər- 

çiliyə»  «doqmatizm»ə  (ehkamçıhq,  hər  şeyi  ehkam  kimi  qəbul 

etmək, 


qeyri-məntiqi 

düşüncə 


tərzi), 

sxematizmə 

yol 

verilməməlidir.  Mühazirə  təcrübələrlə,  təlim  tədqiqatları  ilə 



müşayiət olunmalıdır. Mühazirə kursu tələbəni müstəqil tədqiqatçı 

lığa istiqamətləndinnəlidir, 

XIX əsrdə  bir  sıra  məşhur  «söz  ustalan»mn  yetişməsi 

mühazirəyə ali məktəbdə təlimin əsas metodu statusu qazandırdı. 

XX  ə.srin  əvvəllərində  mühazirə  fonnasına  münasibət 

dəyişdi.  Belə  bir  fikir  söylənirdi  ki,  guya,  mühazirə  tələbələri 

«keyləşdirir»,  onlar  başqalarının  mülahizələrini  passiv  surətdə 

dinləyir,  informasiyalara  tənqidi  münasibət  bəsləmir,  biliklərin 

müstəqil  olaraq  əldə  edilməsinə,  qavranılmasına  meyil 

göstərmirlər.  Biliklərin,  şəxsi  tənqidi  münasibət  və  yoxlama 

olmadan,  ancaq  hafizə  əsasında  qavranılması  səmərə  vermir. 

Universitetdə  elmlərin  öyrənilməsinin  əsasını  şəxsi  təcrübə, 

müşahidə, araşdırma, tənqidi təhlil təşkil etməlidir. Tələbədə təlim 

məşğələlərinə  daxili  tələbat  və  ehtiyac  formalaşdırılmalıdır. 

Tələbələrə  təkcə  nəzəri  biliklər  deyil,  həm  də  praktik  bacarıqlar 

aşılanmalıdır.  Universitetdə  aparılan  təlim  işi  mühazirələrə  deyil, 

tələbələrin  müstəqil işləri,  ilk növbədə tədris  və  elmi  ədəbiyyatın 

müstəqil öyrənilməsinə əsaslanmalıdır. Mühazirə isə təlimin təşkili 

tərzlərindən biri kimi tətbiq edilməlidir. 

Mühazirəni  mühazirə-söhbətlər  və  müxtəlif  praktik 

məşğələlərlə  əvəz  etməyi  təklif  edən  pedaqoqlar,  əslində,  ali 

məktəbi fəal təlim metodlarından imtina etməyə yönəldirdilər. 

Mühazirə  metodunun  tərəfdarları  isə  ali  məktəbdə 

mühazirənin  rolunu  və  əhəmiyyətini  əsaslandırmağa  çalışaraq 

göstərirdilər  ki,  mühazirə  ali  məktəbdə,  xüsusən  də  universitetdə 

təlimin əsas, hətta yeganə təşkili fonnasıdır. Mühazirənin elmi-pe- 

daqoji mahiyyətini əsaslandıran və onu ali məktəbdə təlimin əsas 

təşkili  fonnası  kimi  irəli  sürən  pedaqoqlar  praktik  məşğələlərin 

əleyhinə  çıxır  və  göstərirdilər  ki,  guya  praktik  məşğələlər 

sisteminin ali məktəbdə tətbiqi təhsilin elmi səviyyəsinin 

214 


aşağı  düşməsinə  səbəb  ola  bilər.  Guya  praktik  məşğələlər  orta 

məktəb üçün xarakterikdir. ..Mühazirə tərəfdarları göstərirdilər ki. 

mühazirə  tələbəni  pässivləşdimıir.  Əksinə,  mühazirə  -  tələbənin 

enerjisini  və  iş  qabiliyyətini  inkişaf  etdirir  və  möhkəmləndirir, 

dinləyicilərin-  iradəsini  mətinləşdirir,  xarakterini  fonnalaşdırır, 

yaradıcı  və  tənqidi  təfəkkürünü  inkişaf  etdirir.  Mühazirə  hisslərə, 

emosiyalara,  əhvallara  qüvvətli  sirayətedici  təsir  göstəmnəklə, 

tələbələri  elmi  axtarışlara,  «emosional  elmi  düşüncələrə»  təhrik 

edir.  Buna  görə  də  «elm  məbədi»  olan  universitetlərdə  mühazirə 

ləlimin  əsas  təşkilat  forması  olmalı,  mühazirəçi  oxuduğu 

mühazirələri  ilə  tələbələrə  elmə  hönnət  və  məhəbbət  aşılamalı, 

onlarda  «elmi  ruh,  elmi  hisslər  və  elmi  ilham»  oyatmalıdır, 

tələbələrin  təfəkkürünü  «məşq»  etdirməlidir.  Mühazirədən  imtina 

etmək, onu tələbələrin praktik və müstəqil işləri ilə heç vəchlə əvəz 

etmək  olmaz.  Mühazirə  -  ali  məktəbdə  «təlimin  universal  təşkili 

forması»  olmalıdır.  Mühazirə  dinləyiciləri  «improvizə  etməyə» 

yox. təkidli elmi axtarışlara sövq etməlidir. 

XIX  əsrin  sonu-XX  əsrin  əvvəllərində  təlimin  mühazirə 

forması ətrafında gedən diskussiya ali məktəbdə islahat aparılması 

tələbini irəli sürdü. Belə bir islahatı aparmaq məqsədilə komissiya 

yaradıldı.  İslahat  komissiyası  ali  məktəbdə  mühazirələrlə  yanaşı, 

praktik  məşğələlərin  də  geniş  tətbiq  olunmasını  məqsədəuyğun 

hesab etdi. 

Rusiyada 

oktyabr 

çevrilişindən 

sonra 

ali 


təhsil 

müəssisələrində mütəxəssis hazırlığını təmin edən bütün mütərəqqi 

təlim formaları vəhdətdə istifadə olunmağa başlandı. Mühazirələrin 

ideya-siyasi istiqamətinə diqqət artdı. 

Sovet hakimiyyətinin ilk on ilində ali məktəbdə mühazirələr 

təlim  prosesinin  təşkilinin  aparıcı  forması  idi.  Otuzuncu  illərin 

əvvəllərində  təlimin  «briqada-laborator»  forması  mühazirəni 

«sıxışdınnağa» 

başladı. 

Mühazirələrin 

yerini 

darixtisaslı 



mütəxəssislərin rəhbərliyi ilə tələbələrin  «briqada-laborator» işləri 

tutdu. Lakin bu yenilik uzun sünnədi. Dövlətin və hökumətin qərarı 

ilə  bu  metod  ləğv  edildi,  mühazirə  yenidən  ali  təhsil  sistemində 

«özünəlayiq» yer tutdu. 

215 


Mühazirə  -  məntiqi  ardıcıllıqla,  əlaqəli,  sistemli  və  aydın 

şəkildə  bu  və  ya  digər  elmi  məsələnin  əyani  vasitələrin  və 

təcrübələr  göstərilməsi  ilə  vəhdətdə  izah  forması  kimi  istifadə 

olunmağa başlandı. 

Mühazirələr  tələbələri  konkret  elmin  metodoloji  əsası, 

aparıcı nəzəri-elmi müddəaları ilə tanış edir, onları (tələbələri) elmi 

axtarışlara, müstəqil işlərə və özünütəhsilə istiqamətləndirir. 

Yaxşı  qurulmuş  mühazirə  tələbəni  düşündürür,  mühazirə 

müddətində  meydana  çıxan  suallara  cavab  tapmağa,  diqqəti  cəlb 

edən  maraqlı  və  əhəmiyyətli  müddəaları  müəyyənləşdinnəyə  və 

yəqinləşdirməyə təhrik edir. 

Mühazirəçi  yüksək  elmi  erudisiyaya,  nitq  mədəniyyətinə, 

zövqlü  görünüşə,  zəngin  mənəviyyata  malikdirsə,  tələbələrlə 

münasibətlə pedaqoji taktı gözləyərək, tələbələrin real səviyyəsinb 

enməyi bacanrsa, inam və nüfuza malikdirsə. onun mühazirəsi daha 

qüvvətli sirayətedici təsirə malik olur. 

Ali  məktəb  mühazirələri  qarşısında  aşağıdakı  didaktik 

vəzifələr durur: 

• təlimin məqsəd və vəzifələrini müəyyənləşdirmək və 

əsaslandırmaq, mövzuya tələbat yaratmaq; yeni 

məlumatların, informasiyaların verilməsi və 

mənimsənilməsinin təmin etmək; obyektiv hadisələri 

aşkarlamaq, nümayiş etdirmək, imkan daxilində 

eksperimental yolla öyrətmək; obyektiv hadisələr 

arasındakı kəmiyyət və keyfiyyət asdıqları 

müəyyənləşdirmək; əsas hipotezləri müəyyənləşdirmək; 

öyrənilən elm sahəsinin aparıcı nəzəri problemlərini 

aşkarlamaq; 

intellektual bacarıq və vərdişlər aşılamaq; təlim 

motivlərini inkişaf etdirmək; elmi nəzəriyyənin müşahidə 

olunan gerçəkliklə və praktika ilə müqayisəsini vermək; 

tədris olunan elmin digər elmlərlə inteqrasiyasını təmin 

etmək. 

216 


 

•  Məntiqinə gön),-

 

ardıcıl. qcyri-nıəıUiqi; 



•  Təchizatına görə:

 

tcxnikr cəlıətdən təchiz edilmiş; 



•  Dinləyiciləri əhatə etməsinə görə:

 

böyük və kiçik 



auditoriya üçün; 

•  Emosional təsirinə görə:

 

darıxdırıcı, zövqlü, maraqlı; 



•  Mənimsəmə səviyyəsinə görə:

 

asan yazılan, çətin 



təsvir edilən. 

Hansı prinsip əsasında təsnif olunmasından asılı olmayaraq 

bütün mühazirələr üçün ümumi olan didaktik elementlər 

aşağıdakılardır: 

 

Söz  yox  ki,  mühazirənin  nə  cür  qurulması  mühazirəçidən 



onun  fərdi,  psixi  xüsusiyyətlərindən,  imkan  və  bacarıqlarından, 

pedaqoji ustalığından və məharətindən çox asılıdır. Lakin bununla 

belə  mühazirəyə  hazırlığın  və  onun  təqdim  edilməsinin  sınaqdan 

çıxmış  və  «həyat  vəsiqəsi»  almış  prinsip  və  qaydaları  var.  Bu 

prinsip  və  qaydalar  universal  xarakter  daşımasa  da,  hər  halda, 

pedaqoji fəaliyyətə  yeni  başlayan hər bir müəllimə müvafiq  təlim 

texnologiyalarını  daha  tez  mənimsəməyə  və  öz  fəaliyyətini 

səmərəli qurmağa imkan verir. 

21S 


Mühazirənin  xarakterik  xüsusiyyəti,

 

onun  binar.  ba:jL|a 



sözlə,  fəa!  ikitərəjlf  proses

 

olmasıdır.  Mühazirə  müəllimin  \  o 



tələbələrin  fəaliyyətlərinin  sadəcə  mexaniki  birliyi  deyiL  onların 

qarşılıqlı dialektik əlaqəsi prosesidir. 

Mühazirənin  digər  mühüm  kritcriyası  onun  fəal  xarakter 

(Uufimasıdfr.

 

Bu,  müəllimin  öz  mühazirəsini  əsaslandırmasında, 



tələbələrlə  pedaqoji  ünsiyyətinin  daim  dəyişkən  olmasında  və 

tələbələrin müstəqilliyində təzahür edir. 

Təlimin  mühazirə  formasında  təşkili  təkcə  müəllimin 

mühazirəyə  hansı  səviyydə  hazırlaşmasından  və  onu  necə 

aparmasından deyil, həm də tələbələrin hazırlığından asılıdır. Bunu 

nəzərə  alaraq,  ali  təhsil  müəssisəsinin  professor-müəllim  heyəti 

tələbələri  mühazirəni  dinləmək  və  qeydlər  götünnək  qaydaları, 

təlim-idrak 

fəaliyyətini 

səmərəli 

təşkil 

etmək 


yolları, 

özünüidarəetmə.  özünənəzarət,  özünüqiyməiləndinnə  və  s.  kimi 

mürəkkəb psixoloji proseslərə hazırlamalıdır. 

Deməli,  mühazirə  müəllimlə  tələbə  arasında  işgüzar 

pedaqoji-psixoloji əlaqələri - didaktik ünsiyyəti təmin edir. 

Didaktik ünsiyyət - konkret təlim fəaliyyətində təzahür edən 

və  formalaşan  rəngarəng  işgüzar  pedaqoji  əlaqələrdir, 

şəxsiyyətlərarası  psixoloji  münasibətlərdir.  Didaktik  ünsiyyətin 

formaları mühazirənin məqsədi, məzmunu, metodu və vasitələri ilə 

müəyyənləşir. Başqa sözlə, müəllim və tələbələr arasındakı didaktik 

əlaqələr  mühazirənin  didaktik,  məntiqi-psixoloji  və  pedaqoji 

metodik yarımstrukturlan ilə müəyyən olunur, formalaşır və inkişaf 

edir. 

Mühazirənin  gedişi  və  effektivliyi  ali  məktəb  müəlliminin 



şəxsiyyətindən  çox  asılıdır.  Belə  ki,  ali  məktəb  müəllimi  böyük 

hərflərlə  yazılacaq  insan  olmaqla  yanaşı,  həm  də  alim.  Illosof- 

psixoloq,  əsil  pedaqoq,  tədqiqatçı,  tərbiyəçi,  aktyor,  rcji.s.sor 

olmalıdır. 

Deyilənlərə  istinadən  çıxış  edərək  ali  məktəb  müəlliminin 

peşə  fəaliyyətinin  əsas  istiqamətlərini  aşağıdakı  kimi  müəyyrm- 

İəşdinnək olar: 

•  Ali  məktəb  müəllimi  daim  öz  üzərində  işləməli, 



özünütəhsillə məşğul olmalı, elm, mədəniyyət rə texnikanın 

219 


yeniliktərindən  xəbərdar  olmalij  miihazirələ'rini  innovasiyahırkı, 

ən yeni texnologiycda'rla zənginləşdirməlidir. 

•  Ali  məktəb  müəllimi  pedaqoji  ustalığım  və  pedaqoji 

məharətini daim təkmilləşdirmək qayğısına qalmalıdır. 

•  Ali məktəb müəllimi geniş elmi dünyagörüşü ilə .seçilməli, 

təbii-elmi,  humanitar,  .sosial-iqtisadi,  ümumi  və  xüsusi  i.sfisas 

fənlərindən  xəbərdar  olmalı,  mühazirələrində  sistemdaxili 

(fəndaxili)  və  sistemxarici  (Jənlərarası)  əlaqələri  təmin  etməyi 

bacarmalıdır. 

•  Ali məktəb müəllimi elmi-tədqiqatçılıq fəaliyyəti ilə məşğul 

olmalıdır. Çünki elmi və pedaqoji fəaliyyətin vəhdəti ləlim prosesini 

yüksək  elmi-metodik  .səviyyədə  qurmağa  imkan  verir.  Yalnız  bu 

halda  mühazirəçi-müəllm  öz  tələbələrində  elmi  təfəkkürü  inkişaf 

etdirməyə, fakt və hadisələrə elmi yanaşma tərzi formalaşdırmağa, 

elmi  məqsədlər  qoymaq  və  onların  reallaşdırılmasının  yol  və 

vasitələrini  miiəyyənlə.^dirmək  bacarıqları  inkişaf  etdirməyə  nail 

olur.  Yalnız  əsil  alim  -  mühazirəçi  yetirmələrinə  tədqiqatçılıq 

qabiliyyətləri  aşılaya  bilər.  Tədris  etdiyi  elmi  dərindən  sevən, 

mühazirələrini  emosional  və  cəlbedici  qura  bilən,  daim  elmi 

həqiqətlər  a.Ktarışında  olan  müəllim  tələbələrində  elmə  və 

tədqiqatçılıq işlərinə ehtiras yarada bilər, tələbələrinə yaradıcılıq 

göstərməyi,  yeni  problemləri  görə  bilməyi,  onların  həllinin  yeni 

yollarını tapmağı öyrədə bilər. • 

Təhsil sisteminin yenidən qurulması, qloballaşma hadisələri 

müəllimdən yeni təlim formaları və metodları müəyyənləşdirməyi 

tələb edir. Hər bir ali məktəb müəllimi ənənəvi mühazirə formaları 

ilə yanaşı fəal və inkişafetdirici mühazirə formalarından da istifadə 

etməli  və  bu  yolla  tələbə  auditoriyasının  yaıadıcı  potensialını 

artırmalıdır. Bu məqsədlə mühazirə və praktik işlərin icrası zamanı 

problemli  təlimdən,  proqram-  la.şdırma  və  aiqoritmiəşdirmədən 

geniş istifadə olunmalıdır. 

Hazırda mühazirənin inkişafetdirici rolunu gücləndirmək və 

tələbələrin  fəallığını  yüksəltmək  məqsədilə  ali  məktəbdə 

mühazirənin aşağıdakı formalarından geniş istifadə olunur. 

220 


Problemli mühazirə. Bu halda müəllim öyrədiləcək məsələni 

tələbələrə  problem  şəklində  təqdim  edir.  Tələbələrin  vəzifəsi 

problemi  qəbul  etmək,  qavramaq  və  həllini  tapmaqdır.  Tələbələr 

fikir  mübadiləsi  edir,  öz  düşüncələrini  bildirir,  düzgün  olan 

mülahizələr  müəyyənləşdirilir  və  bu  yolla  yeni  biliklər 

mənimsənilir.  Gerçəkliyin  ziddiyyətlərini  nəzəri  konsep.siyalarda 

ifadə edən problem mühazirə tələbələrin müstəqilliyini artırır, idrak 

qabiliyyətlərini inkişaf etdirir. 

Mühazirənin  problem  xarakteri  bir  neçə  formada 

reallaşdırılır: 



•  mühazirə  müvafiq  tədris  proqramının  ən  aktual  və  daha 

mürəkkəb məsələlərinə həsr edilir; 

•  yeni informasiyalar tələbələrə problem .şəklində təqdim 

edilir. 

Vizual  mühazirələr.  Bu  halda  mühazirənin  əsas  məzmunu 

tələbələrə  obrazlı,  yəni  şəkillər,  qrafiklər,  sxem  və  s.  formasında 

təqdim  olunur.  Vizual  (gözlə  görünən)  vasitələr  tələbələrin 

təfəkkürünü  inkişaf  etdirir  və  infonnasiyaları  müxtəlif  işarələr 

sistemi ilə kodlaşdırmaq əsasında mənimsəmə aktı davam edir. 

İkilikdə  mühazirə.  Mühazirəni  iki  müəllim  biri-birilə  və 

tələbə  auditoriyası  ilə  əməkdaşlıq  şəraitində  oxuyur.  Mühazirənin 

məzmunu dialoji ünsiyyət prosesində problem şəklində şərh olunur. 

İkilikdə mühazirə - şəxsiyyətlərarası münasibətlərə əsaslanır. 

İkilikdə  mühazirə  eyni  mövzu  üzrə  mühazirə  oxuyan,  həm  öz 

aralarında,  həm  də  tələbə  auditoriyası  ilə  rabitələr  yaradan  iki 

müəllimin birgə əməkdaşlığıdır. Hər iki müəllim mövzu ilə əlaqədar 

öz aralarında müvafiq problem qoyur, yaradılacaq situasiyanı təhlil 

edir,  fərziyyə  irəli  sürür,  əsaslandırır,  ziddiyyətlərin  həllini 

müəyyənləşdirir.  Tədris  informasiyasının  təqdim  edilməsi, 

strukturu  konfliktlər  doğurur.  Mühazirənin  bu  şəkildə  təşkili 

intellektual  oyunlara  bənzəməklə  təlimin  effektiv  forması  kimi 

qəbul olunur. 

Hər  iki  müəllimin  təlim  prosesinə  effektli  qoşulması 

tələbələrdə idrak fəallığı doğurur. Mühazirəçilərin öz aralarında və 

habelə auditoriya ilə əlaqələri xarici və daxili dialoq formasında 

221 


cərəyan edir. Daxili dialoq tələbəni müstəqil təfəkkür əməliyyatına 

qoşur.  Xarici  dialoq,  başqa  sözlə,  canlı  nitq  ünsiyyəti  tələbələrdə 

polemikaya 

qoşulmaq 

bacarığı 

formalaşdırır. 

Beləliklə, 

mühazirəçidən  xüsusi  bilik  və  pedaqoji  takt  tələb  edən  ikilikdə 

mühazirə təlim-tərbiyə vəzifələrini reallaşdırmağa, hər bir tələbədə 

idrak  motivləri  inkişaf  etdinnəyə,  fəal  həyat  mövqeyi 

formalaşdırmağa imkan verir. 

İkilikdə  mühazirə  aşağıdakı  spesifik  xüsusiyyətləri  ilə 

fərqlənir: 

■  ziddiyyətli  və  nnirəkköb  olması,  yanaşma  tərzlərinin 



müxtəlifliyi ilə seçilən mövzunun müəyyənləşdirilməsi; 

•  təfəkkür  tərzinə  görə  bir-birinə  yaxın  iki  müəllimin 

seçilməsi; 

“ mühazirənin ssenarisinin hazırlanması 



(mühazirə 

bloklarının ardıcıllığı və onlara ayrılan vaxt), 

«İkilikdə  mühazirə»  mini-oyunu  «iki  aktyorun  ifa  səhnə- 

si»ni xatırladır, emosional fon yaradır və tələbələri maraqlandırır. 

Qavramanı fəallaşdırır, yaradıcı təfəkkürü formalaşdırır. 

2 müəllim 2 məlumat İnformasiyanın 

verilinəsi kanalı 

İııformasiyaıuı

ı 

qəbul 



edilməsi 

Təhsilalanliir 



İkilikdə mühazirə - pedaqoji kommunikasiya 

Pedaqoji kommunikasiyanın təqdim edilən sxemi göstərir ki, 

ikilikdə  mühazirə  tələbələrə  geniş  həcmdə  informasiya  verməyə, 

canlı  əks-əlaqə  yaratmağa,  qavrayışın  effektivliyini  təmin  etməyə 

şərait yaradır. 

İkilikdə  mühazirənin  ənənəvi  mühazirə  fonnasından 

üstünlükləri aşağıdakılardır: 

222 


■ mühazirənin həm məzmunu, həm do izahı qaydası problem 

xarakter da.pytr, bu isə tələbələri təfəkkür əməliyyatlarına alışdırır; 

•  ənənəvi  mühazirəyə  nisbətən  tələbələrə  daha  yeııiş 

həcmdə informasiyalar verilir, tələbələrin diqqət və ınaraqları- mn 

yüksək səviyyəsi təmin edilir; 

■ iştirakçılarda 



yüksək 

diskussiya 

mədəniyyəti 

formalaşdırır; 

■ təlimin müxtəlif mərhələlərində uğurla tətbiq olunur; 

■ tələbələr üçün utilitar əhəmiyyət kəsb edir. Belə ki, ikilikdə 

mühazirə 

tələbələrə 

şifahi 

kommunikativ 

tədbirlərdə 

(konfranslarda, simpoziumlarda) çıxış etmək üçün zəngin material 

verir. 

Mühazirə - press konfrans - tələbələrin sualları və iddiaları 

əsasında bir, yaxud bir neçə müəllim tərəfindən aparılır. 

Bu mühazirənin təşkili texnologiyası aşağıdakı kimidir: 

Müəllim mühazirənin mövzusunu elan edir və xahiş edir ki, 

2-3  dəqiqə  müddətində  hər  bir  tələbə  yazılı  surətdə  mövzu  ilə 

əlaqədar  onu  maraqlandıran  sualları  versin.  Sonra  müəllim  3-  5 

dəqiqə müddətində bu sualları məzmuımına görə sistemləşdirir və 

mühazirəni  oxumağa  başlayır.  Mühazirə  tələbələrin  suallarının 

cavablandırılması  üzərində  qurulur.  Lakin  mühazirənin  stnjkturu 

sual-cavab şəklində yox, tam, vəhdət halında qurulmalıdır. Əsas şərt 

budur ki, mühazirənin forması tələbələri təəccübləndirsin və onların 

diqqətini özünə cəlb etsin. 

Keçən  əsrin  70-ci  illərindən  meydana  gələn  «press- 

konfrans» mühazirənin iki forması geniş yayılmışdır: 

■ mühazirəni bir müəllim aparır; 

•  mühazirəni iki müəllim aparır. 

Hər  iki  mühazirə  fonııasının  əsasında  müəllimin  yaratdığı 

situasiyalar və onların həlli durur. Tələbələr «canlı situasiyalarım) 

iştirakçısı olur, onların təhlilində iştirak edir və suallarla müəllimə 

müraciət edirlər. 

«Press-konfrans»  iki  müəllim  tərəfindən  aparıldıqda  daha 

effektli  olur.  Bu  zaman  hər  iki  müəllim  arasında,  müəllimlə 

tələbələr  və  tələbələrin  pz  aralarında  polemikaya  ginnək  imkanı 

geniş olur. Beləliklə, auditoriyada polifonik (yunanca rolus - 

223 


çoxlu,  geniş,  çoxluq,  əhatəlililc,  müxtəliflik  bildirən  mürəkkəb 

sözlərin  tərkib  hissəsi,  phone  səs  deməkdir  -  çoxsəsli)  ünsiyyət 

yaranır.  Problemin  qoyuluşu,  müzakirəsi,  ümumi  həlli  yollarının 

tapılması dialoq prosesində reallaşdırılır. 

«Press-konfrans» demonstrasiya, nəzarət, tələbəlrin bilik və 

bacarıqlarının  yoxlanması,  tələbələrin  diqqətinin  və  fəallığının 

idarə olunması və stimullaşdırılması, əks-əlaqə və korrek- siya üçün 

müvafiq  şərait  yaradılması,  konfliktli  situasiyaların  həlli  kimi 

funksiyaları yerinə yetimıəyə imkan verir. 

 

Mühazirə-press konfransın funksiyası 



Mühazirə-situasiya.  Bu  mühazirə  formasının  qarşısında 

duran  əsas  məqsəd  -  tələbələrlə  bilgilərdən  yeni  situasiyaların 

(tələbə  üçün  yeni  olan  situasiyaların)  həllində  istifadə  etmək 

bacarığı fonnalaşdınnaqdır. Bu, mühazirənin ən yüksək formasıdır, 

çünki 

0

, təhsil alanları  yaradıcılıq fəaliyyətinə sövq edir. Ənənəvi 



mühazirəyə  alternativ  olan  bu  mühazirə  fonnası  tələbələrdə  idrak 

fəallığı,  təfəkkür  müstəqilliyi  inkişaf  etdirir,  onlarda  peşə-ixtisas 

bacarıqları formalaşdırır, emosionallıq ruh yüksəkliyi yaradır. 

Mühazirə  -  situasiyanın  təşkili  texnologiyası  aşağıdakı 

kimidir: 

224 


siyasi); 

nəzəri problemlərin qoyulması (mühazirəçinin informa- 

■ 

mühazirəçinin situasiyaya uyğun misallar göstərməsi; 



■ 

tələbələrin situasiyanı həll etməsi; 

■ 

prosesin yenidən təkrarı; 



Situasiya  fonnalı  mühazirənin  müvəffəqiyyəti  situasiyalar 

bankının  düzgün  tərtibindədir.  Bu  məqsədlə  situasiyalar  bankının 

tərtibi zamanı aşağıdakı tələblərə əməl olunmalıdır: 

■ 

situasiya  teksti  (mətni)  özümlə  minimum  əlamətləri  əks 



L'telirməliilir (bu, cavabın düzgünlüyünü təmin edir); 

■ 

situasiyalar  tələbənin  malik  olduğu  bilik  və  bacarıqlara 



müvafiq olmalıdır; 

■ 

situasiyada  istifadə  olunan  sənədlər  (məsələn,  tibbi 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin