Fəaliyyət analizi və qiymətləndirmə meyarlarının formula
edilməsi. Bu mərhələ çərçivəsində qiymətləndirmənin məzmunlu
ə
sasının təməli qoyulur. Qiymət verilənlərin fəaliyyət spesifikasından
və bununla əlaqədar qiymət meyarlarından asılı olaraq nəticədə konkret
metodlar, metodikalar və prosedurlar seçiləcək. Cədvəl 15.2-də
məqsədldərinə görə müxtəlif olan QM proqramlar hazırlanarkən bu
mərhələ çərçivəsində tapşırığın təsviri və işin tutumu təqdim olunub.
Cədvəl 15.2
Məqsədə görə QM tipləri
ş
in məqsəd və tutumu
1. Yeni əməkdaşların yığımı
2.Əməkdaşların potensialının qiymət-
ləndirilməsi
3. Təlim üçün qiymətləndirmə
Fəaliyyətin analizinə görə
Ə
məkdaşların yerinə yetirdiyi professional
vəzifələrin konkretləşdirilməsi.
Məqsəd-fəaliyyətin təsvirinin namizədə əsas
vəzifələrin, şərtlərin, formal tələblərin sa-
dalanması ilə formalaşdırılmasıdır.
Müəyyənləşdirmə baxımından fəaliyyətin ana-
lizi:
1)fəaliyyətin həyata keçirilən növlərinin
müvəffəqiyyət indikatoru ;
2) fəaliyyət şərtlərinin dəyişmə perspektivi ;
3)yeni fəaliyyət növlərinin müvəffəqiyyət
indikatorları;
4) qrupun sosial-psixolci «portreti»;
xtisaslaşmanın minimal nəzərə alaraq təş-
kilatın spesifikasının nəzərə alınması ilə idarə
etmə fəaliyyətinin analizi.
Məqsəd-tipik vəzifələr dairəsinin formalaş-
dırılmasıdır (vəzifə dərəcəsinə uyğun olaraq).
299
QM texnologiyası fəaliyyət analizinə aşağıdakı əsas tələblər irəli
sürülür:
• Təşkilatın mədəniyyət spesifikası və təşkilatda şəxslərarası və
qruplararası qarşılıqlı əlaqələrin xüsusiyyətləri kimi dəyişən məqam-
ların mütləq nəzərə alınması;
• Fəaliyyət və onun strukturlarının formalaşdırlma dərəcəsinin
nəzərə alınması;
• Öyrənilən fəaliyyətin və onun təşkilinin hərtərəfli analizi;
• craçının həll etdiyi bütün tapşırıqlar dairəsinin mütləq nəzərə
alınması.
Qiymətləndirmə proseduru. Məqsəd, vəzifə, iştirakçılarının sayı,
müddət və QM-nin aparılması şərtlə-
rinə uyğun olaraq təşkilati plan tərtib olunur. Mövcud texnologiya ele-
mentləri əsasında yığımının qiymət meyarları ilə əlaqəsi olan qiymət pro-
sedurlarının aparılması proqramı hazırlanır. Layihələndirmənin mahiyyəti
təşkilat üçün lazım olan bütün şərtlərin və yekun qiymətlərin çıxarılması
üçün lazımi və yetərli həcmdə informasiyanın alınmasını təmin edən
qiymət prosedurlarının optimal miqdarının tətbiq edilməsinin nəzərə
alınmasından ibarətdir.
QM-nin konkret proqramları yaradılarkən əhəmiyyətli məqamlar
bunlardır:
1.
Qiymətləndirilənlərin sayı;
2.
ş üçün cəlb olunan müxtəlif profilli mütəxəssislərin sayı;
3.
Qiymətləndirmənin aparılmasının müddəti;
4.
Maddi-texniki təminat.
1.
Proqramın kadr təminatı. Qiymətləndirmə mərkəzinin hazır-
lanması və aparılması zamanı aşağıdakı əsas professional mövqeləri
ayırmaq olar:
• layihənin meneceri;
• layihələndirici;
• nəzarətçi;
• psixodiaqnost;
• qrup işinin təşkilatçısı;
• intervü alan;
• müşahidəçi-ekspert;
• məlumatların ilkin işlənməsi üzrə operator.
Qısaca olaraq onların məzmununa və verilmiş mövqedə işə yö-
nəlmiş mütəxəssislərin malik olmalı olduğu şəxs-iş xarakteristikasına
300
baxaq (cədvəl 15.3).
Cə dvə l 15.3
Fə aliyyə tin mə zmunu
Şə
xs-iş xarakteristikası və tələbələr
Layihə meneceri
Sifarişçi ilə işin təşkili (qiymətləndirmənin
məqsədləri barədə informasiyanın toplanması,
layihənin şərtlərinin razılaşdırılması)
Layihənin maliyyə və kadr menecmenti
Planlaşdırmaq və layihələndirmək bacarığı
nformasiyanı operativ işləmək bacarığı
Təşkilatçılıq qabiliyyəti
Danışıqları aparmaq bacarığı
Təşəbbüskarlıq
Layihə lə ndirici
Layihənin menecerinin təqdim etdiyi şərtlərə
uyğun olaraq qiymətləndirmə aparılması pro-
qramının hazırlanması: həcm müddət, qiymət-
ləndirmə nəticələrin təqdim olurması üsulları,
texniki təminat, ekspertlərin sayı və tərkibi
Planlaşdırmaq və layihələndirmək bacarığı;
Analitik qabiliyyət;
Qeyri-standartlıq, yaradıcılıq;
Nəticənin əldə olunmasına istiqamətlənmə ;
QM mütəxəssisi qismində iş təcrübəsi
Qrup tədbirləri və qruplararası qarşılıqlı fəa-
liyyətin təşkili təcrübəsi
Nə zarə tçi
QM aparılmasına rəhbərlik, cəlb olunmuş işçi
personalın qiymətləndirilməsi və hazırlığı,
diaqnostik informasiya keyfiyyətinin təmin
olunması
Lider potensialı ;
Qrupun işini təşkil etmək bacarığı;
Nəzarət üsullarına yiyələnmə;
Kommunikativ bacarıq;
QM mütəxəssisi qismində iş təcrübəsi, QM-nin
ə
sas
professional rolları üzrə nəzəri və praktiki
hazırlıq.
Psixodiaqnost
Test informasiyasının toplanması (test pro-
sedurlarının aparılması) alınmış nəticələrin təf-
siri, meyarlara görə ilkin test
informasiyalarının təsvirinə (qiymətləndirilmə-
sinə) keçirilməsi.
Lider potensialı
Qrupun işini təşkil etmək bacarığı
Nəzarət üsullarına yiyələnmə
Kommunikativ bacarıq
QM mütəxəssis iş təcrübəsi. QM-ın əsas pro-
fessional rolları və praktiki hazırlıq
ş
in təş kilçisi
Qiymətləndirmənin təşkilati-texniki təminatı.
Mütəxəssislərin işinin təşkili.
Elmi-tətbiqi işlənmə sahəsində menecer işi
təcrübəsi
ntervü alan
Fərdi diaqnostik informasiya toplanması
məqsədi ilə fokuslaşdırılmış intervüyə hazırlıq
və onun aparılması, meyarlara görə ilkin
informasiyalarının
təsvirinə
(qiymətləndirilməsinə) keçirilməsi
Kommunikabellik
Ə
laqəyə meyllilik
Təmsilçilik keyfiyyəti
Müşahidəçilik
Fərasətlilik
Verilmiş qaydalar üzrə işləmək bacarığı
Müş ahidə çi-ekspert
Sınaqdan keçənlərin testdə, qrup işində, in-
tervüdə, iştirak prosesində davranış informa-
siyalarının toplanması, meyarlara görə ilkin
davranış informasiyalarının təsvirinə (qiymət-
ləndirilməsinə) keçirilməsi
Diqqət;
Çalışqanlıq
Müşahidəçilik;
Detallara ayırmaq bacarığı;
Təlimə olan bacarıq ;
Partnyorun anlaşılmasına yönəlmə.
301
Nə zarə tçi
Sınaqdan keçənlərin testdə, qrup işində,
intervüdə, iştirak prosesində davranış informa-
siyalarının toplanması, meyarlara görə ilkin
davranış informasiyalarının təsvirinə (qiymət-
ləndirilməsinə) keçirilməsi
Kommunikabellik
Ə
laqəyə meyllilik
Təmsilçilik keyfiyyəti
Müşahidəçilik
Fərasətlilik
Verilmiş qaydalar üzrə işləmək bacarığı
Mə lumatların ilkin iş lə nmə si üzrə operator
Test prosedurları məlumatlarının kompüterə
daxil edilməsi, məlumatların ilkin işlənməsinin
təşkili, informasiyaların məlumatlar bazasına
daxil edilməsi
Dəqiqlik
Diqqət
Yüksək iş tempi
Şə
xsi kompyuterlə işləmə
QM-nin hazırlanmasında və keçirilməsində iştirak edən mütəxəssislərin
ə
sas hissəsi menecer tərəfindən cəlb olunur və onlar işi personalın
qiymətləndirilməsinin aparıldığı təşkilatın əməkdaşları olmurlar.
Xüsusi yeri layihənin meneceri tuta bilər o, işçi personalın
qiymətləndirilməsi və seçilib ayrılması məsələlərinə məsuliyyət daşıyan
müəssisənin kadr xidmətinin əməkdaşı ola bilər. Təcrübənin göstərdiyi
kimi iri müəssisələr işçi personalın müxtəlif kateqoriyasının qiymətlən-
dirilməsini aparan özlərinin daimi fəaliyyət göstərən xidmətini ya-
ratmağa meyllidirlər. Bu halda layihənin meneceri qiymətləndirmənin
məqsədini formula etməyi, fəaliyyət analizini aparan və qiymətlən-
dirmə meyarlarının siyahısını formalaşdıran mütəxəssislər cəlb etməyi,
layihələndiriciyə və digər bütün mütəxəssislərə tapşırıq qoymağı
bacarmalıdır.
2. Ekspertlərin (müşahidəçi-qiymətləndiricilərin) təlimi.
Müşahidəçi-ekspertin xüsusi mövqeyinə baxaq-bu mütləq təşkilatın
özünün əməkdaşı olmaldır. Qeyd olunduğu kimi, QM təşkilatın mə-
dəniyyət və fəlsəfəsinin bütün xüsusiyyətləri nəzərə alınmaqla işçi per-
sonalın qiymətləndirilməsini aparmağa imkan verir. Məhz müşahidəçi-
ekspertin qiymətləndirmədə iştirakı belə bir imkan verir. Müşahidəçi-
ekspert qismində çalışmağa çox vaxt hazırda qiymətləndirilənlərin
işlədiyi yerdə çalışmış mütəxəssislər dəvət olunur. Çox vaxt ekspert
olaraq sınaqdan keçirilənlərdən vəzifəsinə görə bir pillə yuxarı olan
onların rəhbərləri çıxış edir. Bu ekspertin malik olduğu fəaliyyətin
məqsəd və məzmunu barədə təcrübə və biliyin tamamını istifadə et-
məyə imkan verir. Ekspertlər qismində təşkilatın kadr xidməti əmək-
daşlarının cəlb olunması məqsədəuyğundur.
QM ekspertlərin daxil edilməsindən əvvəl işə olan namizəd-
lərin müşahidəçi-ekspert qismində seçim və təlimnin xüsusi proqramı
302
aparılır. Proqramın aparılması zamanı namizədlərin şəxsi-iş keyfiyyət-
lərinin qiymətləndirilməsi (gələcək ekspertlərin prosesin özünə daxil edil-
məsi, onların təcrübə əldə etməsi məqsədi ilə), onların siyahı və qiymət-
ləndirmə meyarlarının təsviri, tətbiq edilən prosedurlarla, qiymətlən-
dirmənin aparılması proqramı ilə tanışlığı həyata keçirilir. Müşahidə və
qiymətləndirmə treninqinə xüsusi diqqət ayrılır.
15.2.Qiymətləndirmə mərkəzi proqramının
reallaşdırılması
Hər kəsin qarşısında vurma cədvəli asılıb və əlinin altında isə silinə
bilən lövhəcik: ustanın hər etdiyi – cədvələ baxır və başa düşərək
müqayisə edir, sonra lövhəcikdə bir şey yazır, başqasını silir və də-
qiqləşdirmə aparır, rəqəmlərdə yazılanlar işdə də özünü göstərir.
N.A.Leskov. Solaxay
Qiymətləndirmə proseduruna giriş. QM proqramı iş proseduruna
girişlə başlanır. Bu mərhələnin
məqsədi sınaqdan keçrilənlərlə əlaqəyə girmək, onların işinin məqsəd
və prinsipləri ilə, işçi personalının, gün reqlamenti ilə, gözlənilən
nəticələrlə tanışlığıdır. Mütəxəssislər qrupu və sınaqdan keçirilənlər
qrupu arasında əlaqə yaratmaq, ekspert hallarında qaçılmaz olaraq
ə
mələ gələn gərginliyin aradan götürülməsi çox vacibdir.
Buna aşağıdakı örnəklərlə nail olunur:
1)
hər bir qiymətləndirilənlə qarşılıqlı əlaqə maksimal dərəcədə
şə
xsləndirilmiş olmalıdır (sınaqdan keçrilən kimi, mütəxəssisin də, yəni
QM-nin hər bir iştirakçısının soyadının, adının və atasının adının
göstərildiyi kiçik cədvəli olmalıdır);
2)
qiymətləndirilənlərin onlarla kimin işlədiyinə dair dəqiq tə-
səvvürü olmalıdır (təşkilatı, qiymətləndirməni aparanları, bütün mütə-
xəssisləri, seminarın təşkilatçılarını təqdim etmək, gələcəkdə təşki-
latçılarla əlaqənin saxlanılması mümkün olduğu koordinatlar qoymaq
lazımdır);
3)
bütün gözlənilməzlikləri minimuma endirmək lazımdır (işə
başlamazdan əvvəl hər bir qiymətləndiriləninin hansı çalışma üçün
hansı qrupda, hansı auditoriyada, hansı vaxtda olmalı olduğunu dəqiq
bilməsi arzu ediləndir);
303
4)
qiymətləndirilən hər hansı əlavə gərginliyə məruz qalma-
malıdır (iş yeri rahat şəkildə təşkil olunmalıdır, işdə fasilələrə
ə
vvəlcədən baxmaq lazımdır, iş gününün adi rejimi maksimal dərəcədə
adi gündəkinə yaxın olmalıdır).
Prosedura giriş zamanı QM texnologiyasının özünü, tətbiqin əsas
sahələrini, alına bilən nəticələri təqdim etmək məqsədəuyğundur. Qiymət-
ləndirilənənləri ümumi formada qiymət meyarları ilə tanış etmək, mövcud
konkret proqramın artıq harada tətbiq edilməsi, qiymətləndirmədən nə
qədər insanın keçməsi, alınmış nəticələrin nə dərəcədə etibarlı olması, əldə
edilmiş informasiyaların necə təqdim olunması və onun necə istifadə oluna
biləcəyi haqda danışmaq lazımdır. nformasiyanın məxfiliyinə, onun
qorunmasının gizliliyinə xüsusi diqqət ayrılmalıdır. Giriş prosedurunu iş
proqramının hər bir qrup üçün qruplar üzrə bölmək və konkretləşdirməklə
yekunlaşdırmaq məqsədəuyğundur.
Qiymətləndirmə prosedurunun
reallaşdırılması. Qiymətləndirmə mərkəzində aşağıdakı
əsas metodlar istifadə olunur.
1.Xüsusi çalışmalar. Keçirmənin məqsədi- qiymətləndirmə
fəaliyyəti üçün xarakterik olan tipik iş hallarını modelləşdirməkdir, onlar
ilk növbədə QM iştirakçılarının professionallıq səviyyəsini, eləcə də
təfəkkür və təşkilatçılıq qabiliyyətini qiymətləndirmək imkanı verirlər.
2.Müsahibə. Aparılmasının məqsədi- yekun qiymətləndirmənin
maksimal obyektivliyinə nail olmadan üçün qiymətləndirilənin özündən
professional məqsədlər və dəyərlər, təşkilatçılıq qabiliyyəti, kommu-
nikativlik və şəxsi keyfiyyətləri barədə informasiya almaqdır. Müsa-
hibədə aydınlaşdırmaq mümkündür: iştirakçının qarşısına qoyduğu
məqsədlərin reallıq və professional istiqamətini, xüsusi nailiyyət və
uğursuzluqlarının səviyyəsini qiymətləndirmə, xidmət üzrə professional
inkişaf və irəli çəkilmə, ümumi maraqların dairəsi.
3.Qrup çalışması. Kollektiv fəaliyyət hallarının modelləşdiril-
məsi və onlarda insan davranışının tipik üsulları vasitələri, eləcə də
insanlar üçün ümumi olan məsələlərin həlli zamanı onların qrupda qar-
ş
ılıqlı əlaqələrinin xüsusiyyətləri haqda informasiyanın alınması
məqsədi ilə istifadə olunur. ştirakçıların qarşılıqlı əlaqələrinin müşahi-
dəsi zamanı məlumatlar xüsusi blanklarda qeyd olunur, bəzən texniki
lentə yazma vasitələri-audio və videoaparatlar tətbiq olunur.
Müşahidənin nəticələrinə görə iştirakçıların kommunikativliyi
və təşkilati davranışları, öz baxışlarını arqumentlərlə əsaslandırmaq
304
qabiliyyyəti, sistemlilik, təfəkkürün dinamikliyi və çevikliyi, yaradıcılıq
qiymətləndirilir. Qrup müzakirəsində hər bir iştirakçının mövqeyi-
diskussiyanın təşkilatçısı, professional dəyərlərin müdafiəçisi, mənəvi
dəyərlərin müdafiəçisi, tənqidçi, ideyalar generatoru müəyyənləşdirilir.
Ə
gər çalışma real olaraq bir yerdə işləyən insanların kollektivində
aparılırsa, həmin qrupda qarşılıqlı əlaqənin tipik sxemlərinin effektiv-
liyini görmək və qiymətləndirmək olar.
4. Psixoloji testlər. Onların məqsədi-təşkilatda insan davra-
nışına əhəmiyyətli təsir göstərən və onun professional effektivliyini
təyin edən keyfiyyətlər barədə informasiya almaqdır. Yaxşı sınaqdan
keçmiş psixodiaqnostik vasitələrin tətbiqi müxtəlif namizədlərin öz
aralarında nəticələrini, eləcə də ümumi və qrup normalarını müqayisə
etməyə imkan verir. Testlərin tətbiqi təkcə digər metodikalar
çərçivəsində alınmış informasiyaları dəqiqləşdirməyə yox, həm də daha
qısa müddətə əldə edilmiş informasiyaları əlavə etməyə imkan verir.
5. Təşkilati-idarəçilik oyunları. Bu QM çərçivəsində diaqnos-
tika prosedurlarının xüsusi növüdür. Oyunda təşkilatın və onun müxtəlif
bölmələrinin inkişaf strategiyası üzrə həll yollarının hazırlanması
məqsədi ilə idarə etmə hallarının modelləşdirilməsi baş verir. Digər
metodlardan fərqli olaraq oyun konkret təşkilatın verilmiş anda müzaki-
rəsi vacib olan real problemlərinin materiallarına əsaslanır və namizəd-
lərin təfəkkür və idarəçilik qabiliyyətlərini, eləcə də onların təklif etdiyi
konkret fəaliyyət proqramlarını qiymətləndirmək imkanı verir.
Məqsəddən və qiymət prosudurlarının tərkibinin qiymətlən-
dirmə meyarlarının konkret yığımından asılı olaraq, onların keçirilməsi
qaydası konkret təlimat və tapşırıq əhəmiyyətli dərəcədə dəyişə bilər.
Qiymətləndirmə prosedurlarının
aparılması qaydaları. Konsultasiya halından fərqli olaraq
qiymətləndirmə sınaqdan keçirilənlərdə
böyük gərginlik yaradır. Bu şərtlər daxilində bir tərəfdən alınan nəti-
cələrə təhrifedici təsir göstərən emosional vəziyyəti minimuma endir-
mək, digər tərəfdən diaqnostik cəhətdən vacib olan informasiyanı itir-
məmək lazımdır. Məsələn, əgər insanın emosional inadkarlıq dərəcəsi,
ekstremal hallarda əmək qabiliyyətinin səviyyəsi maraq dairəsindədirsə,
qiymətləndirmənin aparılması proqramının özü elə qurula bilər ki, şəxsi
informasiya həm nisbi komfort vəziyyətində, həm də yüksək gərginlik
şə
raitində toplansın. Gərginliyin verilmiş dərəcəsinin müxtəlif şəkil-
lərini prosedurların aparılması qaydası ilə təsvir etmək olar. Məsələn,
305
antiböhran idarəçiliyi üzrə mütəxəssislərin qiymətləndirilməsi üçün
proqramlardan birində günün əvvəlində və sonunda işin effektivliyi
barədə məlumatların tutuşdurulması ilə qiymətləndirilən, eləcə də
zamanla qeyd olunan iki mürəkkəb test prosedurunun ardıcıl keçrilməsi
yolu ilə verilən gərginlik vəziyyətində
«Pik və uzunmüddətli stress, fiziki gərginliyə davam gətirmək
qabiliyyəti» meyarından istifadə olunub.
1.Qiymətləndirmə
prosedurlarının
aparılmasının
ümumi
qaydaları:
1) QM çərçivəsində aparılan istənilən prosedurlar konsultasiya
və ya təlim məqsədi ilə istifadə olunan metodlardan fərqli olaraq
maksimal dərəcədə geniş diaqnostik informasiyaların toplanmasına yö-
nəlməlidir. Qiymətləndirmənin aparılması zamanı ekspertin bütün
fəaliyyəti təlimə, konsultasiyaya və ya terapiyaya yox, sınaqdan keçiri-
lənin aktual imkanları haqda informasiyanın toplanmasına yönəlməlidir.
Ə
lbəttə, sınaqdan keçrilənin qiymətləndirmə proqramında
özünün iştirakı ona təşkilatın yeni qaydaları ilə tanış olmağa, öz hazır-
lığının və müəyyən keyfiyyətlərinin inkişaf səviyyəsini qiymətlən-
dirməyə imkan verir, lakin bu daha çox əlavə nəticədir.
2) Qiymətləndirmə prosesində bütün sınaqdan keçirilənlərin iş
şə
raiti bərabər olmalıdır, nəticələrə təsir göstərə bilən bütün kənar
faktorların təsirini maksimal dərəcədə minimuma endirmək lazımdır.
Qiymətləndirmə apararkən sınaqdan keçrilənlərin bir proqram
çərçivəsində göstərdikləri təzahürlərdə bütün fərqlərin müxtəlif iş
şə
raiti ilə yox, qiymətləndirilən kefiyyətlərin ifadəsinin müxtəlif
dərəcələri ilə əlaqədar olmasına əmin olmaq lazımdır.
3) Qiymətləndirmə prosesində adi hallarda sınaqdan keçiri-
lənlərin davranışı haqqında mötəbər informasiyanın alınması çox
mühümdür. Bu səbəbdən qiymətləndirmə prosedurlarının aparılması
zamanı qiymətləndirilən özünü reallıqda olduğu kimi yox, ekspertin
gözləntilərinə uyğun olaraq aparanda «ekspertiza effektini» aşağı
endirməyə cəhd etmək vacibdir.
QM proqramlarında tətbiq olunan testlər ilk növbədə effektiv
professional fəaliyyət üçün mövcud olan şəxs-iş keyfiyyətlərinin inkişaf
səviyyəsi, psixoloci özəlliklər barədə ilkin informasiyaların (hipo-
tezanın qurulması) toplanmasına yönəlib. Bu informasiya xüsusi
çalışmaların aparlması, qrup şəklində qarşılıqlı əlaqələr, müsahibə, rol
oyunları və s. zamanı dəqiqləşdirilə bilər.
306
2. Testlərin və xüsusi çalışmaların keçirilməsinə olan ümumi
tövsiyələrə aşağıdakıları aid etmək lazımdır:
1) hər bir test və ya çalışmadan əvvəl aşağıdakıları ehtiva edən
çox dəqiq və ciddi təlimat verilməlidir:
• iş qaydasının təsviri (çalışma mərhələləri, nəticənin qeydiyyat
qaydaları, çalışmanın sonunda verilməli olan materialların tərkibi və s.);
• çalışma yerinə yetrilən zaman davranış qaydaları (müvəqqəti
reqlament, istifadə oluna bilən vasitələrin siyahısı, sualları nə vaxt və
necə vermək, işi dayandırmaq olarmı və s.);
2) sınaqdan keçirilənlərin işini dayandırmaq və onlardan hər
hansı başqa prosedurların yerinə yetirilməsinə ayrılmasını xahiş etmək
tövsiyə olunmur (əgər qiymətləndirilən keyfiyyətlər arasında xüsusi
parametr yoxdursa);
3) testin doldurulması prosesində iştirakçının necə işlədiyinin
müşahidəsini aparmaq məqsədəuyğundur-bu psixoloji və iş key-
fiyyətləri barədə əlavə informasiya toplamaq imkanı verir.
QM proqramlarında qrup çalışmaları insanın adi əmək hallarına
yaxın olan vəziyyətlərdə real davranışının ifadə olunduğu informasiya
toplamaq imkanı verir. Test prosedurları və yazılı çalışmaların məlu-
matlarının tutuşdurulmasında alınan informasiya fərdi xüsusiyyətlər
barədə hipotezanı dəqiqləşdirməyə və davranış vasitələrinin repertuarını
konkretləşdirməyə imkan verir.
3. Qrup çalışmalarının keçirilməsinin ümumi qaydalarına
aşağıdakıları aid etmək lazımdır:
1) qrup işinin aparıcısı (fasilitator)-qrupun işini elə qurmalıdır
ki, iştirakçıların özlərinin maksimal dərəcədə aşkar olunmasına imkan
versin. Fasilitatorun işini görünməyən, lakin onsuz heç bir düşünülmüş
tryukun alınmadığı fokusçunun köməkçisinin işi ilə müqayisə etmək
yerinə düşərdi. O, həmişə qrupun işini hər bir iştirakçıya qabil oldu-
ğ
unu göstərmək imkanı verən istiqamətə yönəltməyə hazır olmalıdır.
Öz rolunu uğurla ifa etmək üçün fasilitatora lazımdır: qrupun və hər bir
iştirakçının avtoritetinə çevrilmək, qrupdan özünəməxsus «etimad rəyi»
almaq, əks təqdirdə onun fəaliyyəti qrup işinin çevik aparılmasını bir
kənara qoyaraq bloklana bilər;
2) qrup çalışmalarının müşahidəçilərinin minimal dərəcədə
qrup işinə daxil olması və əlavə stimullaşdırma əhəmiyyətli dərəcədə
davranış mənzərəsini təhrif edə bildiyindən müstəqil olaraq konkret
iştirakçının və ya bütövlükdə qrupun davranışına təsir göstərməyə
307
çalışmaması arzu ediləndir.
QM-nin bütün iş tirakçılarının iş ini ümumi görüş lə yekun-
laş dırmaq mə qə sə də uyğ undur.
Belə görüşün məqsədi günün yekununu
vurmaq, işin simvolik başa çatması, gərginliyin aradan qaldırılması və
ə
laqədən çıxmaqdır. Bir qayda olaraq QM-nin bütün iştirakçıları (həm
sınaqdan keçənlər, həm də ekspertlər) bütöv intensiv iş günündən sonra
psixi yorğunluq kimi, fiziki yorğunluq da hiss edirlər. Bir neçə prosedurdan
sonra iştirakçılarda məmuniyyətsizlik hissi əmələ gələ bilər. Gərginliyi
aradan qaldırmaqdan ötəri bütün meydana çıxan suallara cavab vermək,
ə
gər soruşulursa, əlavə informasiyalar təqdim etmək lazımdır. Mövcud
konkret proqramın artıq harada tətbiq olunması, onda nə qədər insanın
iştirak etməsi barədə danışmaq, alınmış informasiyanın ciddi məxfiliyi
haqda bir daha xatırlatmaq faydalıdır. Əgər «əks əlaqə» proseduru-fərdi
nəticələrin təqdim olunmasını keçirməyə imkan varsa, onun keçirilməsi
günü, vaxtı və yeri barədə razılığa gəlmək lazımdır.
Dostları ilə paylaş: |