Саьламлыг  здоровье



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə18/29
tarix07.04.2017
ölçüsü5,03 Kb.
#13698
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

Р Е З Ю М Е 
 
ВОЗМОЖНОСТИ МРТ МЕТОДА В ДИАГНОСТИКЕ АНОКСИЧЕСКО-
ГИПОКСИЧЕСКОЙ ЭНЦЕФАЛОПАТИИ ПРИ ОТРАВЛЕНИЯХ ОКИСЬЮ  
УГЛЕРОДА 
 
Байрамов Р.Б., Наджафов С.Р., Исмайылзаде Х.И. 
 
Моноокси́д  углеро́да (уга́рный  газо́кись  углеро́да) —  бесцветный 
ядовитый  газ  без  вкуса  и  запаха,  легче  воздуха. 
Интоксикация  с  ним 
является серьезным заболеванием и  может привести к  смерти или  тяжелых 
неврологических  расстройств.    В  этих  случаях  при  компьютерной    и 
магнитно-резонансной томографии  наблюдаются гиперинтенсивные участки 
в  подкорковом    белом    веществе  головного  мозга,    особенно  в  базальных 
ганглиях.  
 
S U M M A R Y 
 
ROLE OF MRĠ DIAGNOSIS OF ANOCSIC-HYPOKCIC ENSEFALOPATHY AFTER 
CO INTOXICATION 
 
Bayramov R.B., Nacafov S.B., Ismayilzada X.I. 
 
Carbon  monoxide  (CO)  is  a  colorless,  odorless,  and  non-irritant  gas 
occurring  as  a  product  of  incomplete  combustion  and  it  is  lighter  than  air.  CO 
intoxication  is  a  serious  condition,  it  can  result  in  death  or  severe  neurological 
disorders.  In  this  syndrome,  a  variety  of  neurological  and/or  psychiatric 
symptoms  accompanied  by  hyperintense  lesions  in  the  subcortical  white  matter 
especially  in  the  basal  ganglia  in  typical  cranial  computed  tomography  and 
magnetic resonance imaging (MRI) are observed. 
 
 
Дахил олуб:  23.11.2015. 
 
UCAR RAYONUNDA UġAQLARDA KƏSKĠN BAĞIRSAQ 
ĠNFEKSĠYALARININ TƏDQĠQĠNƏ DAĠR 
 
Bayramli Z.S. 
 
Ucar Mərkəzi Rayon Xəstəxanası 
 
Kəskin  bağırsaq  infeksiayları  bütün  dünyada  səhiyyənin  aktual  problemi 
sayılır.  Bağırsaq  infeksiyalarının  əsas  törədiciləri  mikroorqanizmlərin  birgə  təsiri 
ilə  ĢərtlənmiĢ  assosiasiyalı  infeksiyalar  hesab  edilir.  Onlar  müxtəlif  növlərə 
aiddirlər və daha çox rotavirus infeksiyası ilə xəstələnmə halları rast gəlir (1, 3, 5). 
Kəskin  bağırsaq  infeksiyalarının  (KBĠ)  strukturunda  rotavirus  infeksiyası  (RVĠ) 
mühüm  yer  tutur,  halbuki  bakterial  mənĢəli  infeksiyalar  da  kifayət  qədər  çox 
aĢkar  edilir.  Naməlum  etiologiyalı  bağırsaq  infeksiyalarının    xüsusi  çəkisi  də 
yüksəkdir (8). 
Bir sıra müəlliflərin dərc olunmuĢ elmi iĢlərində göstərilir ki, 1 yaĢa qədər 
uĢaqların  kəskin  bağırsaq  infeksiyalarından  ölüm  göstəricilərinin  strukturunda 

 
qarıĢıq  infeksiyaların  payına  80%  düĢür  (1,3,7,8).  Digər  müəlliflərin  tədqiqat 
iĢlərində müəyyən edilmiĢdir ki, A antigen qrupundan olan rotaviruslar 1-3 yaĢlı 
uĢaqlarda  30-50%  kəskin  qastroenteritlər  törədir  və  yüksək  ölüm  halları  ilə 
fərqlənir  (5,7,8).  Azərbaycanda  rotavirus  infeksiyalarının  payına  uĢaqlarda 
laborator  təsdiqlənmiĢ    bütün  kəskin  bağırsaq  infeksiyalarının    38-75%-i  düĢür. 
Rotavirus  infeksiyası  erkən  yaĢlı  uĢaqların  hospitallaĢdırılmasının  əsas 
səbəblərindən  biri  sayılır  və    sulu  diareya  Ģəklində  təzahür  edə  bilir.  Rotavirus 
infeksiyası üçün sporadik xəstələnmə səciyyəvidir, onlar stasionarların mamalıq və 
uĢaq  Ģöbələrində,  uĢaq  kollektivlərində  dövr  edir  və  xəstəxanadaxili  bağırsaq 
infeksiyalarının  alovlanmalarını  törədə  bilirlər,  həmçinin  yüksək  kontagiozluğa 
malik  olduqları  üçün  uĢaqlara  qulluq  edən  böyüklərə  də  ötürülə  bilərlər  (1,7,8). 
Müəlliflər hesab edirlər ki, uzun müddət az nəzərə çarpan diareya ilə xəstə uĢaqlar 
törədiciləri təqribən 1,5 il ərzində ifraz edirlər ki, bunu da  reinfeksiya və rotavirus 
qastroenteriti  keçirmiĢ  uĢaqlarda  laktozanın  çatmamazlığı  ilə  əlaqələndirirlər. 
Rotavirus  infeksiyaları  ətraf  mühitdə  və  dezinfeksiyaedici  vasitələrə  qarĢı  çox 
davamlıdırlar,  asanlıqla  çirklənmiĢ  əllər,  oyuncaqlar,  tibb  alətləri  vasitəsilə  fekal-
oral yoluxma mexanizmi ilə  ötürülürlər. Tibb heyəti və hamilə qadınlar arasında 
virusgəzdirmə qeyd edilir (2, 6, 7). 
 ĠĢin  məqsədi:  Ucar  rayonunda  uĢaqlar  arasında  rotavirus  infeksiyasının 
klinik-epidemioloji xüsusiyyətlərinin öyrənilməsi. 
Tədqiqat iĢinin material və metodları. Biz Ucar rayonunda 0 yaĢdan 17 
yaĢa  qədər  uĢaqlar  arasında  rotavirus  infeksiyasının  klinik-epidemioloji 
xüsusiyyətlərini  qiymətləndirmiĢik.  Xəstəliyin  klinik  xüsusiyyətlərini  aĢkar  etmək 
üçün  768  xəstəlik  tarixlərinin  təhlili  aparılmıĢdır,  onlardan  419  (54,5%)    erkən 
yaĢlı uĢaqlardır. 1 yaĢa qədər 282 uĢaqda rotavirus infeksiyası 96 (34,4%) uĢaqda 
monoinfeksiya  və  186  (65,6)  uĢaqda  mikstinfeksiya  Ģəklində  təzahür  etmiĢdir. 
Klinik  diaqnoz  rotavirus  antigeni  ifraz  edilən  uĢaqların  hamısında  təsdiq  edil-
miĢdir. Müayinələr nəcisdə immunferment analiz və bakterioloji müayinə metodu 
ilə  bağırsaq  qrupu  mikroblarını,  həmçinin  seroloji  metodla  (qeyri-düz  hemoaq-
qlütinasiya)  antigen virusunun ifrazını təsdiq etməklə həyata keçirilir. Xəstələnmə 
göstəriciləri  xəstəlik  tarixlərinə  (562)  və  stasionardan  evə  yazılanların  statistik 
kartlarına  əsasən  təhlil  edilmiĢ,  10  il  ərzində  laborator  təhlilin  nəticələri 
qiymətləndirilmiĢdir.  Materialın  statistik  iĢlənməsi  MS  «EXCELL»  tətbiqi 
proqramından istifadə etməklə aparılmıĢdır. 
 Nəticələr və onların müzakirəsi. Aparılan retrospektiv təhlil göstərmiĢdir 
ki,  ümumilikdə  Ucar  rayonu  üzrə  2004-2006-cı  və  2007-2009-cu  illər  ərzində 
rotavirus  infeksiyasının  xəstələnmə  göstəriciləri  ümumi  respublika  səviyyəsindən 
2,5 dəfə yüksək olmuĢdur. 
RVĠ-nin  xəstələnmə  göstəriciləri  2011-2012-2013-cü  illər  üzrə  100  min 
ə
haliyə görə 0,5-11,6-13,9 hadisə təĢkil etmiĢdir ki, bu da laborator üsulla təsdiq 
edilmiĢdir.  Xəstələnmənin  yaĢ  strukturu  əsasən  17  yaĢa  qədər  uĢaqların 
yoluxması ilə səciyyələnir. YaĢ strukturunda RVĠ ilə ən yüksək xəstələnmə halları 
(38,6%) 1 yaĢa qədər uĢaqlar arasında nəzərə çarpır. 1 yaĢdan 4 yaĢa qədər olan 
uĢaqlar  daha  çox  xəstələnmiĢlər.  Eyni  vaxtda  naməlum  etiologiyalı  sporadik 
xəstəlik  halları  da  nəzərə  çarpmıĢdır  (2011-2013-cü  illər).  Kəskin  bağırsaq 
infeksiyaları,  o  cümlədən  RVĠ  ilə  xəstələnmənin  aylar  üzrə  dəyiĢməsi  dinamikası 
rayon  üzrə  aprel  ayından  oktyabr  ayına  qədər  (xəstələnmənin  zirvəsi  sentyabra 
təsadüf edir) kəskin yüksəldiyini göstərir. Rotavirus infeksiyasının ayrı-ayrı halları 
bütün il boyu qeydə alınmıĢdır. Ucar rayonunda kəskin bağırsaq infeksiyaları və 
kəskin  respirator  infeksiyalarla  xəstə  uĢaqlar  arasında  2011-ci  ildə  həyata 
keçirilən  laborator  müayinələr  onu  aĢkar  etməyə  imkan  vermiĢdir  ki,  KBĠ  ilə 
xəstələrdə yoluxma 42,5%, kəskin respirator virus infeksiyaları – 18,7% təĢkil edir. 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
124 
UĢaqlarda  rotavirus  infeksiyası  tez-tez  qeydə  alınır  (60,5%).  1  yaĢa  qədər 
uĢaqlarda  xəstələnmə  göstəricisi  100  min  əhaliyə  116  hadisə,  1-4  yaĢda  –  132 
hadisə  təĢkil  etmiĢdir  ki,  bu  da    4  yaĢdan  yuxarı  uĢaqlar  (228)  arasında 
xəstələnmə göstəricisindən  təqribən 2 dəfə yüksəkdir. 
UĢaqların  yaĢları  üzrə  xəstələnmənin  strukturunu  nəzərdən  keçirdikdə 
qeyd  etmək  lazımdır  ki,  çox  vaxt  respirator  virus  infeksiyaları  ilə  1-4  yaĢda  olan 
kiçik  yaĢlı  uĢaqlar  xəstələnirlər  (61,8%),  lakin  naməlum  etiologiyalı  sporadik 
xəstələnmə halları (2011-2013-cü illər) qeydə alınmıĢdır. 
Həyata  keçirilən  epidemioloji  təhlil  və  klinik  müayinə  onu  təsdiq  edir  ki, 
2011-2013-cü  illərdə  qeydə  alınan,  demək  olar  ki,  bütün  xəstəlik  hadisələri 
qısamüddətli  artım  meylinə  malik  olmuĢlar.  Erkən  yaĢlı  uĢaqlarda  rotavirus 
infeksiyası ilə xəstələnmə əyrisinin yüksəlməsindən əvvəl  5 yaĢdan yuxarı KBĠ ilə 
xəstələr qrupunda  RVĠ-nin xüsusi çəkisinin yüksək həddə – 47%-ə qədər artması 
təsadüf edilir. 
2013-cü  ildə  RVĠ  keçirmiĢ  360  uĢaq  arasında  3  yaĢa  qədər    uĢaqların 
üstünlük  təĢkil  etməsi  –  192  (53,3%)  müĢahidə  edilmiĢ,    1  yaĢa  qədər  105 
uĢaqdan  40  uĢaqda  (38,1%)  RVĠ  monoinfeksiya,  65  (61,3%)  hallarda  – 
mikstinfeksiya Ģəklində təzahür etmiĢdir. Bu uĢaqlarda 29,5% hallarda ağırlaĢmıĢ 
premorbid fon ( hipotrofiya, anemiya və s.) nəzərə çarpmıĢdır. Yuxarıda deyilənlərlə 
yanaĢı,  1  yaĢa  qədər  uĢaqların  əksəriyyətində  xəstəliyin  baĢ  verməsində 
endopatogen bağırsaq çöpü, salmonellalar, proteylər və s. mühüm rol oynayırlar. 
3  yaĢa  qədər  uĢaqlarda  122  RVĠ  hadisəsi  ilk  günlər  kəskin  gediĢə  malik  olmuĢ, 
qusma, bədən temperaturunun bir neçə dəfə 40
0
S-yə qədər yüksəlməsi ilə müĢayiət 
olunmuĢdur.  ĠĢtahanın  azalması,  tezləĢmiĢ  nəcis,  duru,  seliklə  bol  qarıĢmıĢdır. 
Göstərilən  yaĢlarda  olan  uĢaqlarda  qanın  müayinəsi  zamanı  leykositoz 
(9,3±2,6x10
9
/l),  limfositoz  (41,0±5,6%)  qeydə  alınmıĢ,  koproqrammada  yağ  və 
selik aĢkar edilmiĢdir. 
3  yaĢa  qədər  uĢaqlarda  192  (53,3%)  rotavirus  infeksiyasının  klinik 
ə
lamətləri  subyektiv  Ģikayətlərlə  təzahür  etmiĢdir:  qarında  kəskin  ağrılar  var, 
qusma yoxdur, diareya sindromu az nəzərə çarpır, nəcis sutkada 1-3 dəfə (3 gün 
ə
rzində)  baĢ  vermiĢ  və  38,5
0
S-yə  qədər  temperatur  reaksiyası  ilə  müĢayiət 
olunmuĢdur.  Qanın  mənzərəsində  leykopeniya  (3,9±2,4%  x10
9
/l)  və  limfositoz 
(31,7±4,1%)  üstünlük  təĢkil  etmiĢdir.  Eksikoz  əlamətləri,  demək  olar  ki,  nəzərə 
çarpmır. Ümumilikdə uĢaqların hamısında burun-udlağın mülayim hiperemiyası 
qeydə  alınır  və  diareya  sindromunun  inkiĢaf  etməsi  zamanı  yox  olmuĢdur.  Bəzi 
müəlliflərin  (3)  məlumatlarına  görə,  erkən  yaĢlı  uĢaqlarda  bağırsağın 
mikroflorasının  strukturunda  bakterial-virus  mənĢəli  mikst  infeksiyalar  çox 
böyük əhəmiyyət (20,42±2,62) kəsb edir.  
Beləliklə,  yuxarıda  göstərilən  materiallar  onu  təsdiq  edir  ki,  Ucar 
rayonunda  2005-2013-cü  illər  ərzində  uĢaqlar  arasında  rotavirus  infeksiyası  ilə 
xəstələnmə  səviyyəsi  xəstələnmənin  qeyri-bərabər  paylanması  ilə  səciyyələnir  və  o, 
yaz-payız  mövsümündə  yüksəlir,  lakin  il  ərzində  sporadik  hallar    da  istisna 
edilmir. 1 yaĢa qədər uĢaqlarda xəstələnmə göstəricisi  2011-ci ildə 100 min uĢaq 
ə
halisinə    0,5  hadisə,  1-4  yaĢlı  uĢaqlarda  132  (30,6%)  təĢkil  etmiĢ  və  4  yaĢdan 
yuxarı  uĢaqlarda  qeydə  alınan  göstəricilərdən  2  dəfə  yüksək  olmuĢdur.  Eyni 
vaxtda xəstə uĢaqlarda kəskin bağırsaq infeksiyaları ilə yoluxma ilə yanaĢı, kəskin 
respirator infeksiyaları da (18,7%) aĢkar edilmiĢdir.  
Rotavirus və kəskin bağırsaq xəstəlikləri problemi aktual sayılır və xəstəlik-
lərin  səviyyəsinin  getdikcə  azaldılması  məqsədilə  hazırkı  gündə  də  səhiyyə 
orqanlarından müalicə-profilaktika və sanitar-əksepidemik tədbirlərin tədqiqini və 
təĢkil olunmasını tələb edir. 
 

 
ЯДЯБИЙЙАТ - ЛИТЕРАТУРА – REFERENCES: 
 
1.Васильев Б.Я., Васильева Р.И., Лобзин Ю.В. Острые кишечные заболевания. Ротавирусы и ротавирусная инфекция // СНб, 
Лань, 2000, 272 с. 
2. Воротынцева Н.В., Мазанкова Л.Н. Острые кишечные инфекции у детей. М., Медицина, 2001, с.69-73. 
3. Касымова  Д.Я.,  Мехтиев  Х.Ш.,  Мурадова  Э.К.  и  др.  Особенности  микробного  пейзажа  кишечника  при  диарейном 
синдроме / Труды НИИ Медицинской профилактики им В.Ахундова. Баку, 2010, том 3, с.168-174. 
4.Крамарев С.А. Острые кишечные инфекции у детей, клиника, диагностика, лечение. Педиатрия, 2013, с.25-26. 
5. Новикова Н.А., Епифанова Н.В., Романова Т.В. и др.  Ротавирусный гастроэнтерит. Противоэпидемические мероприятия. 
Пособие для врачей. Н.Новгород, 1999, с.132-137. 
6. Покровский В.И., Пак С.Г., Брико Н.И. и др. Инфекционные болезни и эпидемиология. Учебник для Мед.Вузов, 2-ое изд., 
М., 2009, с.69-76. 
7. Фельдман  И.В.  Эпидемиологический  надзор  за  инфекционными  заболеваниями:  Теория  и  практика  //  Эпидемиология  и 
инфекционные  болезни, 2009, №3, с.46-47. 
8. Rotavirus  antigenemia  in  children  in  associated  with  viremia  //  Blutt  S.E.,  Matson  D.O.,  Grawford  S.E.  et  al.  /  Plos  Medicine, 
2007, No 4, p.12 
  
Р Е З Ю М Е 
 
К ИЗУЧЕНИЮ ОСТРЫХ КИШЕЧНЫХ ИНФЕКЦИЙ У ДЕТЕЙ УДЖАРСКОГО 
РАЙОНА 
 
Байрамлы З.С. 
Центральная больница Уджарскогого района 
 
Изучены  клинико-эпидемиологические  особенности  ротавирусной 
инфекции  у  детей  Уджарского  района.  Среди  больных  детей  острыми 
кишечными  инфекциями  и  острыми  респираторными  вирусными  инфекци-
ями определены ротавирусы 60,5% случаях. 
Группу риска при ротавирусной инфекции составляет дети 1-4 лет. 
Отличительными  особенностями  клинического  течения  ротавирусной 
инфекции  у  детей  является  возрастная  зависимость  от  характера 
инфекционного  процесса  с  преморбидным  фоном  и  развитием  диарейного 
синдрома. 
Показатели  заболеваемости  ротавирусной  инфекции  за  2011-2012-
2013-гг составили 0,5-11,6-13,9 случая на 100 тыс.населения. 
 
 
S U M M A R Y 
 
TO THE STUDY OF ACUTE INTESTIONAL INFECTIONS IN CHILDREN OF UJAR 
REGION. 
 
Bayramli Z.S. 
 
Clinical  and  epidemiological  features  of  rotavirus  infection  in  children  of 
Ujar region have been studied. 
In  60.5%  children  with  acute  intestinal  and  respiratery  viral  infections 
rotaviruses have been idendified.   
The children of 1-4 years old are at risk of rotavirus infection. Distinctive 
feature  of  the  clinical  course  of  rotavirus  infection  in  children  is  their  age 
dependance  on  the  nature  of  infection  with  the  premorbid  background  and  the 
defelopment of diarrheal syndrome. The incidence of rotavirus infection for 2011, 
2012,2013 years made 0.5-11.6-13.9 cases of disease per 100 thousand people. 
 
Дахил олуб: 26.02.2016. 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
126 
AZƏRBAYCANIN MÜXTƏLĠF FĠZĠKĠ-COĞRAFĠ VĠLAYƏTLƏRĠNDƏ 
2008-2015-ci ĠLLƏRDƏ UġAQLAR ARASINDA ANADANGƏLMƏ 
AORTAL QÜSURLARININ YAYILMA XÜSUSĠYYƏTLƏRĠ 
 
Hacıyeva N.A. 
 
I Uşaq xəstəlikləri kafedrası, ATU. Bakı. 
 
Açar  sözlər:  Anadangəlmə  ürək  qüsurları,  anadangəlmə  aortal  güsurlar,  
epidemiologiyası 
Key Words: Congenital heart diseases, congenital aortal defects, epidemiology 
 
Son  zamanlar  ürəyin  və  qan  damarlarının  anadangəlmə  inkiĢaf 
anomaliyaları ilə doğulan uĢaqların sayı artmıĢdır. Bu bir tərəfdən ekoloji təsirlərlə 
və    hamilə  qadınların  sağlamlıq  durumu  ilə  (1),  digər  tərəfdən  isə  müasir  dövrdə 
həssas elektron funksional diaqnostik cihazların, üsulların icad olunub gündəlik 
tibbi təcrübədə tətbiq olunaraq, diaqnozun dəqiqləĢdirilməsi ilə əlaqədardır. (2) 
Anadangəlmə  ürək  qüsurları  -  rast  gələn  bütün  inkiĢaf  anomaliyalarının 
16-40%-ni,  (1)  və  ya  1/3-ni  təĢkil  edir  (2)  və  yüksək  letallığı  ilə  seçilir.  Meeing 
Challenge  in  the  Developing  Word  (2003)  göstəricisinə  görə  perinatal  dövrdə  ölən 
uĢaqlarda 27-33%,  22 həftəliyə qədər ölü doğulmuĢ döllərdə 18,22 % ürək-damar 
sistemi  anomaliyalarına  təsadüf  edilir  (3,  4).  Səudiyyə  Ərəbistanın  mərkəzində 
ürək-damar  sistemində  anadangəlmə  qüsurları  rast  gələn  bütün  inkiĢaf 
anomaliyalarının 22,3% təĢkil edir (5, 6). 
Son illərin tədqiqatlarının nəticələrinə görə, ABġ-da hər il 30-35 min (3, 6, 
7),  Rusiyada  20-22  min  (2,  4)  körpə  ürəyin  və  qan  damarlarının  inkiĢaf 
anomaliyaları  ilə  doğulurlar.  Qeyd  etmək  lazımdır  ki,  aortanın  anadngəlmə 
qüsurları xüsusilə, - aorta koarktasiyası bütün anadangəlmə ürək qüsurlarının 6-
10  %-ni  (7)  və  ya  7,5-16  %-ni  (10),  izolə  olunmuĢ  aortal  stenoz  10%-ni  və  ya  2-
11%-ni  təĢkil edir (8, 9, 10). Aortanın anadangəlmə qüsurları olan uĢaqların 50-
dən  90%-ə  qədəri  bir  yaĢa  qədər  dövrdə  tələf  olur  (11).  Bu  qüsurlu  xəstələrdə 
ölümün  səbəbinin  əsasının  ürək  çatıĢmazlığı,  aortanın  partlaması,  insult  və 
bakterial  endokardit  olması  qeyd  olunur  (11).  Aorta  qüsurları  zamanı  70%  ürək 
çatıĢmamazlığı  inkiĢaf  edən  bir  yaĢa  qədər  uĢaqlarda  konservativ  müalicə  ilə 
korreksiya  effektsiz  olur  (10,  11)  və  cərrahi  müdaxilə  aparılmasını  tələb  edir  (10, 
11,  12).  Aorta  koarktasiyası  zamanı  50-70%  hallarda  diaqnozun  qoyulmasında 
səhvlərə  yol  verilir  və  differensial  diaqnostikanın  mədəciklərarası  çəpərin  defekti, 
veqetativ  damar  distoniyası,  hipertoniya,  ikincili  hipertoniya  və  revmatizm  ilə 
aparılması tösiyə olinir (10).   
Ə
dəbiyyat  xülasəsində  öz  əksini  tapan  tədqiqatlarına  görə  anadangəlmə 
ürək  qüsurlarının  rast  gəlmə  təsadüfləri  və  onların  anatomik  strukturunda 
uĢaqların  doğulduğu,  yaĢadığı  ərazinin  biogeokimyəvi  xüsusiyyətlərinin  müəyyən 
təsiri  vardır  (13).  Hər  bir  ölkədə  uĢaqlar  arasında  anadangəlmə  ürək  qüsurunun 
yayılmasını,  Avropa  registri  (EUROCAT)  üzrə  nozoloji  formalarının  dəqiqləĢdirib 
qeydiyyata  alınması  (6,  7),  rast  gəlmə  tezliyini,  müxtəlif  risk  amillərinin  təsirini 
öyrənməkdə,  proflaktik  tədbirlərin  həyata  keçirilməsində  epidemioloji  müayinələrə 
üstünlüklər  verilir  (13,14).  ĠnkiĢaf  etmiĢ  dünya  ölkələrində  mərkəzlər  yaradılır, 
anadangəlmə ürək qüsurlarının epidemiologiyası öyrənilir və populyasion skrininq 
tətbiq  olunur  (14).  Anadangəlmə  ürək  qüsurunun  yayılmasının  öyrənilməsinə  və 
hər bir ölkədə bu istiqamətdə elmi tədqiqat iĢləri aparılmasına böyük ehtiyac var. 
Azərbaycanın  bir  neçə  bölgəsində  anadangəlmə  inkiĢaf  qüsurlarının  rastgəlmə 
tezliyinə  aid  tədqiqat  iĢi  aparılsa  da,  əfsuslar  olsun  ki,  uĢaqlarda  anadangəlmə 

 
ürək  qüsurlarının  epidemiologiyası  hələ  də  öyrənilməmiĢ  qalır.  Göstərilən  vəziyyət 
bu istiqamətdə ilk dəfə tədqiqatın aparılmasının  aktuallığını Ģərtləndirir.  
Tədqiqatın  məqsədi:  Respublikanın  müxtəlif  fiziki-coğrafi  vilayətlərində 
2008-2015-ci  illərdə  uĢaqlar  arasında  anadangəlmə  aorta  qüsurlarının  yayılma 
xüsusiyyətlərini öyrənməkdən ibarətdir. 
Tədqiqatın  material  və  metodları.  Tədqiqatda  ilkin  material  kimi 
M.Ə.TopçubaĢov  adına  Elmi  Cərrahiyyə  Mərkəzindən  alınan  məlumatlara  əsasən 
2008-2015-ci  illərdə  Azərbaycanın  müxtəlif  rayonlarından  əməliyyat  aparılması 
məqsədilə göndərilən 430 nəfər anadangəlmə ürək qüsuru olan uĢaqların müvafiq 
tibbi sənədlərin təhlili və statistik analizi aparılmıĢdır. Fiziki-coğrafi rayonlaĢdırma 
xəritəsindən istifadə edərək respublikanın müxtəlif fiziki-coğrafi vilayətlərində uĢaq 
ə
halisi  arasında  aorta  qüsurlarının  yayılma  xüsusiyyətlərini  öyrənmiĢik.  UĢaqlar 
arasında hər 1 mln. nəfərə  xəstələnmənin ekstensivlik, intensivlik və standartlaĢ-
dırılmıĢ göstəriciləri hesablamıĢıq.  
Dəqiq  məlumat  məqsədlə  hər  bir  xəstə  üçün  anket  tətbiq  edilmiĢdir. 
Anketdə  risk  faktoru  kimi  qiymətləndirilən  amillər,  uĢağın  genetik  və  ananın 
ginekoloji  anamnezi,  hamiləlik  zamanı  keçirdiyi  xəstəliklər,  qəbul  etdiyi  dərman 
maddələri,  ananın  yaĢı,  reproduktiv  hormonal  vəziyyəti,  uĢaqların  fərdi  inkiĢaf 
kitabçalarının  məlumatları  daxil  edilmiĢdir.  Bu  məlumata  uĢağın  neçənci 
hamiləlikdən,  hansı  çəki,  boy  ölçüsü,  doğuĢun  ağırlıq  dərəcəsi  –Apqar  Ģkalası  ilə 
qiymətləndirilməsinə,  anadangəlmə  ürək  qüsurunun  hansı  nozoloji  formasının 
olması,  müĢtərək  qüsurların  olması,  ayaqda  və  qollarda  A/T  göstəricilərinin, 
ultrasəs  elektrokardioqram  və  exokardioqram    müayinələrinin  nəticələri  və  s. 
aiddir. 
Tədqiqatın  nəticələri  və  onların  müzakirəsi.  Tədqiqatda  cəmi  430  nəfər 
anadangəlmə ürək qüsuru olan uĢaqların sənədləri təhlil olunmuĢdur. 2008-2015-
ci  illərdə  bu  xəstələrin  içərisində  aorta  qüsurları  diaqnozu  ilə  27  hadisə  qeydə 
alınmıĢdır.  Qeyd  edək  ki,  2015-ci  ilin  ilk  6  aylarının  məlumatı  tədqiqatın 
materiallarına  daxil  edilmiĢdir.  Onlardan  19  nəfəri  (70,37%)  oğlan,  8  nəfəri 
(29,63%)  qız  olmuĢdur.  Göründüyü  kimi  anadangəlmə    aorta  qüsurları  ilə 
xəstələnmə  hadisələrinin  sayı  oğlanlar  arasında  qızlara  nisbətən  3  dəfə  çoxdur. 
UĢaqların  yaĢ  həddi  bir  aylıqdan  15  yaĢa  qədər  olmuĢdur.  UĢaqların  5  nəfəri 
birinci hamiləlikdən, 5 nəfəri II hamiləlikdən, 6 nəfəri III hamiləlikdə, 11 nəfəri IV və 
sonrakı  hamiləlikdən  doğulan  uĢaqlardır.  Aorta  koarktasiyası  izolyə  olunmuĢ 
qüsur  Ģəklində  və  əksər  hallarda  aortal  stenoz,  arterial  axacağın  açıq  qalması, 
ikitaylı aortal qapaq və mədəciklər arası çəpərin deffekti və digər disembriogenezin 
pozğunluqları  ilə  müĢtərək  rast  gəlinmiĢdir.  Müayinə  zamanı  böyük  qan 
dövranında qanın azalması ilə gedən anadangəlmə aortal stenoz olan uĢaqlarda II 
qaırğaarası  sahədə,  sağda,  kobud  sistolik  küy,  aortal  korktasiyası  zamanı  isə  II-
III, bəzən isə V qabırğaarası sahədə döĢ sümüyünün sol kənarında və kürəkarası 
sahədə  sistola-diastolik  küyün  eĢidilməsi  və  perkusiyada  ürək  hüdudlarının  sola 
böyüməsi aĢkar edilmiĢdir. Aorta koarktasiyası qüsurana aĢağı ətrafda nəbzin və 
A/T  olmaması  və  qolda  A/T-nın  (160-180  mm  Hg  st.)  yüksəlməsi,  taxikardiya, 
təngnəfəslik  və  s.  klinik  əlamətlərinə,  eyni  zamanda  ЭXOKQ,  anqioqrafiya, 
rentgenoqrafiya və EKQ müayinələrinə əsasən diaqnoz qoyulmuĢdur.  
Tədqiqatın  nəticələrinə  əsasən  xəstələnmənin  ən  yuxarı  tezliyi  5-9  yaĢ 
qrupunda  (8  xəstə-29,63  %),  ən  aĢağı  tezliyi  12  yaĢdan  yuxarı  (1  xəstə,  3,70  %) 
müĢahidə  edilmiĢdir.  2008-2015-ci  illərdə  Respublikanın  müxtəlif  fiziki-coğrafi 
vilayətlərində  uĢaqların  aorta  qüsurları  ilə  xəstələnməsinin  intensivlik  göstəricisi 
hər  1    mln.  uĢağa  görə  oğlanlarda  2,33  ±0,53,  qızlarda  1,07  ±0,38,  hər  iki  cins 
üzrə 1,72 ± 0,33-ə bərabər olmuĢdur. Xəstələnmə oğlanlarda qızlara nisbətən 2,18 
dəfə yüksək qeyd olunmuĢdur. Azərbaycanda 2008-2015-ci illərdə uĢaqlarda aorta 

 
  
САЬЛАМЛЫГ – 2016. № 3. 
128 
qüsurlarının standartlaĢdırılmıĢ təsadüf göstəriciləri hər 1 mln. uĢağa oğlanlarda 
2,29, qızlarda 1,08-ə bərabər olmuĢdur. StandartlaĢdırılmıĢ xəstələnmə göstəricisi 
0-4 yaĢ qrupunda , oğlanlarda 1,43, qızlarda 0,41, 5-9 yaĢ qrupunda –oğlanlarda 
0,61, qızlarda 0,53, 10-14 yaĢ  qrupunda – oğlanlarda 0,25, qızlarda 0,13 təĢkil 
etmiĢdir. Beləliklə, Azərbaycanın müxtəlif fiziki-coğrafi vilayətlərində 2008-2015-ci 
illərdə uĢaqların aorta qüsurları ilə xəstələnməsinin intensivlik və standartlaĢdırıl-
mıĢ  göstəriciləri  bu  nozoloji  forma  ilə  xəstələnmə  səviyyəsinin  aĢağı  olduğunu 
göstərmiĢdir.  
Böyük  Qafqazın  cənub-Ģərq  hissəsində  2008-2015-ci  illərdə  uĢaqlar 
arasında  aorta  qüsurları  ilə  19  hadisə    qeydə  alınmıĢdır.  Onların  13-ü  oğlan 
(68,42 %), 6-sı (31,58 % ) qız olmuĢdur. 
Böyük  Qafqazın  cənub-Ģərq  hissəsində  uĢaqların  hər  1  mln.  nəfərinə 
anadangəlmə  aorta  qüsurları  ilə  xəstələnmənin  intensivlik  göstəricisi  oğlanlarda 
3,76  ±  1,04,  qızlarda  1,89  ±0,77,  hər  iki  cins  üzrə  2,87  ±0,66-ya  bərabər 
olmuĢdur.  Xəstələnmə  səviyyəsi  oğlanlarda  qızlara  nisbətən  1,99  dəfə  yüksək 
olmuĢdur.  Müxtəlif  yaĢ  qrupları  üzrə  (hər  1  mln.  uĢağa  görə)  xəstələnmə 
göstəriciləri aĢağıdakı qaydada olmuĢdur. 0-4 yaĢ-oğlanlarda 10,79±3,41, qızlarda 
3,71±2,15,  hər  iki  cins  üzrə  7,50±2,08,  5-9  yaĢ  –oğlanlarda  1,75±1,24,  qızlarda 
2,85 ±1,65, hər iki cins üzrə 2,28±1,02,  10-14 yaĢ oğlanlarda 0,72±0,72, hər iki 
cins üzrə 0,37 ± 0,37 (qızlar arasında xəstələnmə qeydə alınmamıĢdır). Göründüyü 
kimi, Böyük  Qafqazın cənub-Ģərq hissəsində oğlanlar, qızlar və hər iki cins üzrə 
ə
n yüksək xəstələnmə göstəricisi 0-4 yaĢ qrupunda, ən aĢağı xəstələnmə göstəricisi 
isə  10-14  yaĢ  qrupunda  qeydə  alınmıĢ,  standartlaĢdırılmıĢ  xəstələnmə  göstəricisi 
hər  1  mln.  uĢağa  oğlanlarda  3,7,  qızlarda  1,91-ə  bərabər  olmuĢdur. 
StandartlaĢdırılmıĢ xəstələnmə 0-4 yaĢ qrupunda oğlanlarda 2,82, qızlarda 0,97, 
5-9  yaĢ  qrupunda  –oğlanlarda  0,58,  qızlarda  0,95,  10-14  yaĢ  qrupunda  – 
oğlanlarda  0,29  təĢkil  etmiĢdir.  10-14  yaĢ  qrupunda  qızlar  arasında  xəstələnmə 
hadisəsi qeydə alınmamıĢdır. 
MüĢahidə illərində Kiçik Qafqazda aorta koarktasiyası diaqnozu ilə cəmi 3 
uĢaq qeydə alınmıĢdır. Xəstələrin 2-si (66,67 %) oğlan, 1-i (33,33 %) qız olmuĢdur.  
Hər  1  mln.  uĢağa  aorta  qüsurları  ilə  xəstələnmənin  intensivlik  göstəricisi 
oğlanlarda  1,46  ±  1,03,  qızlarda  0,79  ±  0,79,  hər  iki  cins  üzrə  1,14  ±0,66-ya 
bərabər olmuĢdur. Bu fiziki-coğrafi bölgədə 0-4, 5-9 yaĢ qrupunda qızlar arasında 
və 10-14 yaĢ qrupunda oğlanlar arasında bu qüsur qeydə alınmamıĢdır. Ayrı-ayrı 
yaĢ  qrupları  üzrə  (hər  1  mln.  uĢaq  əhalisinə)  xəstələnmə  göstəriciləri  aĢağıdakı 
qaydada olmuĢdur: 0-4 yaĢ- oğlanlarda 2,71 ±2,71 (cəmi 1 nəfər), hər iki cins üzrə 
1,45± 1,45, 5-9 yaĢ oğlanlarda 2,2 ±2,2 (cəmi 1 hadisə), hər iki cins üzrə 1,15 ± 
1,15,  10-14  yaĢ  qızlarda  –  1,92  ±1,92  (cəmi  1  hadisəsi),  hər  iki  cins  üzrə  0,93 
±0,93 olmuĢdur. 
Kiçik  Qafqazda  uĢaqların  arasında  aorta  qüsurları  ilə  təsadüflərin 
standartlaĢdırılmıĢ göstəriciləri hər 1 mln. uĢağa oğlanlarda 1,44-ə, qızlarda 0,78-
ə
 bərabər olmuĢdur. 
Tədqiqat aparılan illərdə Kür-Dağarası çökəkliyində uĢaqlar arasında aorta 
qüsurları  ilə  cəmi  2  hadisə  1  oğlan  və  1  qız  qeydə  alınmıĢdır.  Bu  fiziki-coğrafi 
bölgədə  uĢaqların  hər  1  mln.  nəfərinə  aorta  qüsurları  ilə  doğulmanın  intensivlik 
göstəricisi  oğlanlarda  0,49  ±  0,49,  qızlarda  0,53  ±  0,53,  hər  iki  cins  üzrə 
0,51±0,36-a  bərabər  olmuĢdur.  0-4  yaĢ  qrupunda  uĢaqlar  arasında  aorta 
qüsurları hadisəsi qeydə alınmamıĢdır. Müxtəlif  yaĢ qrupları üzrə (uĢaqların hər 1 
mln.  nəfərinə)  xəstələnmə  göstəriciləri  aĢağıdakı  qaydada  olmuĢdur:  5-9  yaĢ 
qızlarda  –  1,6  ±1,6  (oğlanlar  arasında  hadisə  qeydə  alınmamıĢdır),  hər  iki  cins 
üzrə  0,77±0,77,  10-14  yaĢ  oğlanlarda  -1,22±1,22  (qızlar  arasında  hadisə  qeydə 
alınmamıĢdır),  hər  iki  cins  üzrə  0,63±0,63,  xəstələnmənin  standartlaĢdırılmıĢ 

 
göstəricisi  uĢaq  əhalisinin  hər  1  mln.  nəfərinə  oğlanlarda  0,5,  qızlarda  0,53-ə 
bərabər olmuĢdur. 
2008-2015-cı illərdə Lənkəran rayonunda uĢaqlar arasında aorta qüsurları 
ilə    2  uĢaq  qeydə  alınmıĢdır  (hər  2-si  oğlan  olmuĢdur).    UĢaqların  hər  1mln. 
nəfərinə  uĢaqlar  arasında  bu  qüsur  ilə  xəstələnmənin  intensivlik  göstəricisi 
oğlanlarda  2,43±2,43-ə  bərabər  olmuĢdur.  Burada  müĢahidə  müddətində  qızlar 
arasında aorta qüsurları ilə doğulma hadisəsi qeydə alınmamıĢdır. Xəstələnmənin 
standartlaĢdırılmıĢ  göstəricisi  hər  1  mln.  uĢağa  oğlanlarda  3,39-a  bərabər 
olmuĢdur. 
Tədqiqat  dövründə  Orta  Arazda  uĢaqlar  arasında  anadangəlmə  aorta 
qüsurları ilə cəmi 1 oğlan qeydə alınmıĢdır. (5-9 yaĢ qrupunda). Hər 1 mln. uĢağa 
xəstələnmənin intensivlik göstəricisi oğlanlar arasında 2,74±2,73, hər iki cins üzrə 
1,43±1,43-ə  bərabər  olmuĢdur.  Xəstələnmənin  standartlaĢdırılmıĢ  göstəricisi  
oğlanlarda 2,74-ə bərabər olmuĢdur. 
Beləliklə,  apardığımız  tədqiqat  nəticəsində  müəyyən  edilmiĢdir  ki, 
Respublikanın  müxtəlif  fiziki-coğrafi  vilayətlərində  üzrə  anadangəlmə  aorta 
qüsurları  ilə  doğulan  uĢaqlar  arasında  oğlanların  mütləq  sayı  qızlara  nisbətən 
2,38  dəfə  çox  olmuĢdur.    Respublikada  anadangəlmə  aorta  qüsurları  diaqnozu 
qoyulan  uĢaqların  əsas  hissəsini  (23  uĢaq  85,19  %)  9  yaĢa  qədər  olan  uĢaqlar 
təĢkil etmiĢdir. 
Respublikanın  müxtəlif  fiziki-coğrafi  vilayətlərində  uĢaqlar  arasında  aorta 
qüsurları ilə yüksək xəstələnmə göstəricisi oğlanlar, qızlar və hər iki cins üzrə 0-4 
yaĢ  qrupunda,  ən  aĢağı  təsadüf  göstəriciləri  isə  10-14  yaĢ  qrupunda  qeydə 
alınmıĢdır.  
Azərbaycanın  müxtəlif  fiziki-coğrafi  vilayətlərində  2008-2015-ci  illərdə 
uĢaqlar  arasında  aorta  qüsurları    ilə  nisbətən  daha  çox  hadisə  Böyük  Qafqazın 
cənub-Ģərq  hissəsində,  ən  az  hadisə  isə  Kür-Dağarası  çökəkliyində  qeydə 
alınmıĢdır. 
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin