484
ELMİ ÜSLUB
Əvvəlki dövrün ədəbi dil normasındakı ikili dil təzahürü
XVII-XVIII əsrlərin elmi üslubunda da özünü göstərir. Yə‘ni
klassik-kitab dili və folklor-danışıq dili ənənələri özünəməxsus
şəkildə elmi üslubda da davam edir.
Elmin müxtəlif sahələrinə aid qiymətli nümunələrə rast
gəlirik. Filologiyaya, tarixə, iqtisadi-tarixi biliklərə dair əsərlər
yazılmışdır ki, bunların vasitəsilə həm dövr haqqında tarixi
məlumatlar alırıq, həm dövrün dil normasındakı təkamülü
görürük. Görünür ki, istər klassik dil, istərsə də danışıq dili
örnəklərinin dil təzahürləri bir əsr, əsr yarım əvvəlkinin eyni
deyil; həm lüğət tərkibində, həm də sintaksisində XVII-XVIII
əsrlərin norması özünü hiss etdirir.
Elmi üslubun klassik dil təzahürünə bir nümunə:
«…ol
binai-müstə‘səlül-əsasdin kütah edüb bu fəqiri-bisərü pa kim,
gu Ģeyi-x əmulda maliki-dinar olmaya, imkan t ə‘mirin ə ne çün
raһ bula və Ģəbistani-zülmət ki, beyzayi-aləm-tabdin ziya pəzir
olmaz, sənai-səһa sibəһa ol kiĢvərə neçün sayeyi-pənaһ sala.
F'əmma təklifi-imtəһani mourəsi-istilam ülüvvi-qeyrət və
baisi-iltizam qülüvvi-һimmət olduğidin bavücud ki, qiyməti-
nəvai-əĢ'ari-Ģiar çun qili-üĢĢaq Ģikəstə və izzəti-ənsar ovtari-
ü
midləri kimi güsəstə. Övraqi-əbyatları çün zülfi-Ģaһidi-
bipərva pəriĢan və əğlaqi-nükatları çün vücudi-ənqa
biniĢandur. Eһmalsız istiqbali-Ģaһidə iste'cal edüb yekrani-
xameyi-vasiti
nəjadi-müləccəmül-midadi
təkyerani-səһni-
muradda cövlana götirdüm» («Vərqa və Gülşa» poemasının
dibaçəsindən). Mətn lüğətinin ərəbcəliyi və səc'liliyinin sıxlığı
ilə səciyyələnir.
Üslubun xəlqi nitq təzaһürünə nümunə:
«Əmmə bə'd һər
insana elm һalını bilmək, müqtəzasınca əməl etmək lazımdır.
Və dəxi e'tiqadat babında və ibadət babında lisani-türki üzrə
bizə neçə risalə tə'lif olunmuĢdur. Xüsusən ki, Məһəmməd
Ə
fəndi rəһmətüllaһ cəm etdigi risaleyi-e'tiqadatı və ibadatı
cam'e olub, əvvam və xəvvas onun ilə müntəf olmuĢlardır...
Bir kimsə ticarət üzrə olub məsaili-Ģər'iyyə bilməsə, ol
kimsənə, əlbəttə, riyaya ğərq olur...
485
... On yeddinci budur ki, zal ımdan, yaxud sariqd ən, yaxud
mali-ğənimətdən xəyanəti olan kimsədən bir Ģeyi iĢtira
etməkdən saqına. On səkkizinci budur ki, tıĢradan gələn
nəstəyi qarĢulayub almaya. Zira bundan əһli-bələdin eһtiyacı
var ikən almaq əһli-bələdə zərər edər» (Ticarətə aid risalə,
Azərb. SSR Əİ inv.
M – 315, s. 1 a – 1 b, 13 b, XVIII əsr)
Risalənin dilində ticarətlə bağlı xeyli termin var ki, bunlar
mə'mulat adları, ölçü vahidləri, mübadilə anlayışları və
sairdən ibarətdir, һəm türkcə, һəm də ərəb-farsca sözlərdir:
ağca, dirhəm, ğuruĢ, ağırı (pərsəng, bir çəkinin qarşılığı),
ətmək
, ətm ək çi, bez, ar Ģun, mal, mali- ğənim ət, ğənim ət,
satlıq, alma, alduğı (əmtəə), Ģey (əmtəə) / nəsnə (əmtəə), kəsb,
fayda, zərər, nəf‘, borc//qərz, beh, sövdə, qəbz, müĢtəri, ədd
etmə (sayma, hesablama), tuluğ, batman/patman, tiçarət,
tacir,
müamilə, müamilat, miqdar, iĢtira (satın alma), əqd
(ba ğla Ģma, müqavilə), əqdi-fasid, əqdi-s əhih, bey (alma,
behləmə), baha, bahalı, sərf etmə (xərcləmə), baqqal və s.
Bu baxımdan, qədim ərəb-fars mənbələrindən iqtibas yolu
ilə
Məhəmməd
Ağdaşi
tərəfindən
yazılmış
«Dərbəndnamə»nin
dili xüsusilə diqqəti çəkir. Bu tarix əsəri
Krım xanının sifarişi ilə yazılıb
1
. Maraqlı cəhət odur ki, Krım
xanının sifarişi ilə yazılan əsər Azərbaycan dilindədir. Bunun
iki səbəbi olmalı idi: 1. O vaxt (əsər XVI əsrin son rübündə
sifariş verilib, XVI1 əsrin əvvəllərində işığa çıxıb) Azərbaycan
dili Qafqazda, Volqaboyunda, Ön Asiyada ümumi ünsiyyət
vasitəsi, ən azı, anlaşılan dil olmuşdur; 2. Bilindiyi kimi,
xəzərlər ərəblərə məğlub olduqdan sonra Volqaboyuna, daha
dürüstü – Həştərxan ətrafına çəkilmiş, sonra Krımda sakin
olmuşlar
2
. Sonralar aydınlaşdı ki, Krım türklərinin iki dialekti
var – biri oğuz, biri qıpçaq əsaslı. Bu, xəzərlərin
Azərbaycanda oğuzlarla, Volqaboyunda və Şimali Qafqazda
qıpçaqlarla ünsiyyətinin, dilcə yaxınlaşmalarının nəticəsidir
(Təsadüfi deyil ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində
Krımda çıxan «Tərcüman» qəzetini bütün Qafqaz, Volqa
1
Бах: М.Казембек. Избранные произведения. Баку, 1985, с. 226-227.
2
Рза Нур. Тцрк тарихи, 4-ъц ъилд. с. 226.
486
boyu, Orta Asiya türkləri anlaya-anlaya oxuyurdular).
Deməli, Krım türklərinin də dilcə Azərbaycan türkcəsinə
yaxınlığına görə, Krım xanı geniş türk dairəsində başa düşülməsi
üçün «Dərbəndnamə»nin Azərbaycan dilində yazılmasını məsləhət
görmüşdür. XVI əsrin sonu, XVII əsrin əvvəllərinin abidəsi olan
«Dərbəndnamə»nin dili azərbaycancanın elmi üslubunun o dövrdə
necə xəlqi və yetkin səviyyədə olduğunu bir daha təsdiqləyir:
«Məhəmməd ibn Cərir Rəhmətüllah Ģöylə rəvayət eylədi kim,
Ö
mər ibn əl-Xəttab Rəziyullah Nəim bin Məqrənə namə yazub
aydır: Səmak HərĢəməh ləĢgər qoĢub Azərbaycana. Həzrət Ömər
Rəziyullah Ənə Ģöylə buyurmuĢdur kim, Əsmə bin Fərqəd bir
yoldan vara və Bəkir bin Abdullah bir yoldan vara. Yolda bir yad
Ģ
ah var idi. Adına Ġsfəndiyar derlər idi. Dilədi kim, Bəkir ilə cəng
edə. Allah fürsət verdi, Bəkir anı tutdı. Çünki Ġsfəndiyar dutuldı,
Bəkirə ayıtdı: Bu Azərbaycan Ģəhərlərini sülhləmi almağa sürsün,
yoxsa cəngləmi? Bəkir ayıtdı: Sülhlə. Ġsfəndiyar ayıtdı: Ġmdi əgər bu
vilayətləri asanlıq ilə, sülhlə alım dersən, bəni öldürmə. Əlində əsir
olayın. Bu vilayətləri sana döndəri verəyin dedi. Ol tərəfdən Səmak
bin HərĢəməh kim ki gəldi, Ġsfəndiyarı əsir olmuĢ buldı, həzrət
Ö
mərə namə yazdı, Ġsfəndiyar əsir olduğunı bildirdi. Bu tərəf xalqı
sənüŋ dövlətiŋdə itaət etdilər. Buyurursan, Dərbəndi ötə keçəlüm,
dedi. Həzrət Ömər dəstur verdi: Ol tərəflərdə bir bəg var idi, adına
Bəhram bin Fərruxzadə derlərdi. Dilədi kim, anlarınla Ġsmətlə
Səmak arqa bir etdilər. Bəhramı sodılar. Çərisin dağıtdılar.
Ġ
sfəndiyar ayıtdı: ġimdidən sonra Azərbaycan vilayəti sizin oldı.
Ayrıq düĢmən qalmadı, dedi. Pəs Bəkir bin Abdullah Ġsməti dügəli
*
Az ərbaycana x əlif ə dikdi v ə S əmak ı ana yolda Ģ qod ı. Ġsf əndiyar,
ə
llərində əsir idi, anı dəxi anlara ismarladı. Kəndüsi ləĢgəriylə
Dərbənd yoluna getdi. Ömər Rəziyullah Ənə Bəkir Dərbənd
tərəfinə getdigin eĢidəcək ayıtdı: Bəkirə yardım gərəkdir»
1
.
Eyni vaxtda (XVII əsrin əvvəllərində – 1611) yazılmış (tərcümə
olunmuş) «Şeyx Səfi mənaqibi»nin dili ilə müqayisə edək:
«Sultan
*
Bütün
1
Дербенд-намещ (Казымбяйин тянгиди мятни). С-Pетерсбоурэ, 1851, с.612-
643. (Bу ясяря эюря Мирзя Казымбяй икинъи дяфя императорун Демидов
мцкафатыны алмышдыр).
487
ġ
eyx Səfiəddin... buyurdı ki, Ġskəndər səyahət edərkən bir gün
məĢriq tərəfündə bir dəŋиz kənaruna gəldi. Və Ġskəndərlə mübaliğə
ləĢgər var idi və dörd yüz həkim var idi yanunda. Dilədi kim, bu
dəŋiz
tərəfindən xəbər bilə və ol dəŋizin miqdarın bilə. Bir gəmi rast
t ədbiri-t ərtib etdil ər v ə ol g əmin üŋ i çin ə adam qoyd ılar. D əxi d əŋиz
yüzinə göndərdilər, ta ki ol dəŋиzdən xəbər bilələr. Bir neçə müddət
getdikdən sonra bir gəmi gördilər və bir-birisin dillərin
anlamazdılar. Ol gəmiyi aldılar, Ġskəndər qatuna götürdilər.
Ġ
skəndər çün ol qövmi gördi və xəbər sordı, heç vəchlə nə anlar
bunlaruŋ və
nə bunlar anlaruŋ dillərin anlamadılar. Və ol dört yüz
h əkim ki, Ġsk ənd ər m üsahibl əri idi, c əmi l üğat ı bil ürl ərdi. Amma
anlaruŋ lüğətün fəhm edəmədilər; Artıq ittifaq etdilər ki, anlardan
birisinə bir övrət verələr. Ol övrətdən oğlan doğa. Dəxi atasınuŋ və
anasınuŋ dillərün ögrənə, dəxi bunlara ol gəmi xalqından əhvalun
deyə» (Azərb. Əİ, M. —268, s. 165-17a).
Göründüyü kimi, elmi nəsrin hətta xəlqi dil təzahüründə də
türk mənşəli arxaizmlərə – milliyəqədərki dövrün lüğət nümunələ-
rinə rast gəlinir. Bu numunələrin dili arasındakı fərqlər əsrə görə
deyil, müəlliflərin fərdi üslubu ilə bağlıdır.
Maraqlıdır ki, bədii dildə olduğu kimi, elmi üslubda da
cağataycanı işlədənlər var. Dövrün böyük alimi Sadıq bəy Əfşar
məşhur təzkirəsini cağatayca yazmışdır. Dilindən bir nümunəyə
diqqət yetirək - Füzuli haqqında yazır:
«Bayatdır. Ġbrahim xan
xidmatina Bağdadğə barub xani-mərhum Sultan Süleyman
Xondqardin həzimət qılub Ġraqğə gilanda Mövlana müĢarileyh
Hillədə mütəvəttin bolurlar. Ülumi-zahiri iktisabğə məĢğul bolub
az gündə köb təhsil qılur. Filvaqiə hiç kiĢiqa bu iste‘dad il
bermayibdur kim, türki və farsi və ərəbi kəlamiğə bu yanqlığ qadir
bolğay. Türkcə Divani-qəzəl və qəsidə, «ġahü gəda», «Leyli və
Məcnun», «Münazireyi-bəngü badə» və «Rövzə» itmamgə
yetürübdir. Farsicə «Divani-qəzəl və qəsaid» və «Rindü Zahid» və
«Səhhət və Mərəz» mərqum qılubdır. Ərəbcə Divani-qəzəl və
qəsaid bitürübdir. Təxminən otuz min beyt əĢ‘ari bar kim, bu həqir
ö
z xətti birlə mütaliə qıldum. Əgərçi Mövlaneyi-müĢarileyhün
binəzir və biədəd əĢ‘ari köb bar, bu müxtəsər mütəhəmmil
bolmadığdin bir neçə məĢhur-naməĢhur əbyati birlə ixtisa qılır,
türki mətlələrdin bir divan tərtib qılunur».
488
Məsihinin «Vərqa və Gülşa»sından gətirilən nümunələrdə də
cağataycaya rast gəlinir. Ancaq orada cağataycadan ayrı-ayrı
ünsürlər əxz olunur, Sadıq bəyin dili isə, göründüyü kimi, tamam
cağataycadan ibarətdir.
489
RƏSMİ-EPİSTOLYAR ÜSLUB
XVII – XVIII əsrlərdə Azərbaycan dilində xeyli rəsmi
yazılı nümunələr var. Bunlar ayrı-ayrı sərkərdələrin, dövlət
başçılarının
məktublarından,
rəsmi
inzibati-dövlət
sənədlərindən və müxtəlif şəxslərin hakimiyyət orqanlarına
şəxsi ərizə-məktublarından ibarətdir. 1635-ci ilə aid bir qəbz
həm
forması, həm də lüğət tərkibi ilə diqqəti çəkir. I Şah
Abbas (1587-1629) zamanı Venesiyada satılmış bir neçə
xalvar ipəyin pulunun ödənilməsi haqqında I Şah Səfinin
(1629-1642) Venesiya kralına məktubundan sonra tərəflər
razılığa gəlir və bu qəbz həmin pulun təhvil alınması
barədədir:
«Vəçhi-təhriri-in hüruf budur ki, iĢbu bin qırq üç
tarixində ġah Səfi həzrətlərinün nameyi-Ģəriflərilə Venedik
divanına gəlüb səadətlü və izzətlü Doj həzrətlərinün hüzuri-
Ģə
riflərinə sinüb, zərrabxanədə Mirzə Əli Təbrizi və Baba Əli
Ə
rdəbili əmanət qoyduği aqça igirmi toquz bin toquz yüz
riyal-quruĢ tələb eylədigimizdə məzkur vükəlayı Doj
müĢarünileyh qanunlar və məhəbbət üzrə məbləqi igirmi toquz
bin toquz yüz riyal-quruĢ verilsün deyüb buyurdılar.
Zərrabxanədə olan bəgləri itaət edüb, biqüsur və biküsur,
məbləği-məzkuri bizə təslim eylədilər. Biz dəxi qəbz etdük və
bu iki quruĢdan qeyri çuxa bəhasın eyni hesab ilə elədük.
Bənguda üç bin iki yüz qırq toqat, on altı soti, on bir qəbatı
bizə vasil oldı və dəxi bir sandıq müqəvva ayna, çeĢkmək və
toquz tüfənk... və bir gön sandıq xürdə bittəmam bizə vasil
oldı və üzərində bir aqça və xırdavat bir həbbə qalmadı. Əcələ
iĢbu təzkirə təhrir qılınub və yedlərinə təməssük üçün
verilmiĢdir. Təhrirən fi 10 Ģəhri rəcəbül-mürəccəb sənə 1045».
Adresat italiyalı olduğundan qəbzdə Avropa mənşəli sözlər
işlənib:
bənku (bank), riyal, soti. Maraqlıdır ki, hər iki tərəfə
aid pul vahidi paralel göstərilir:
riyal-quruĢ. Bu üsul rus-
Avropa sözlərinin müntəzəm işləndiyi XIX əsrdə və XX əsrin
əvvəllərində eynən davam edir.
Həmin yüzilliklərdə bütün üslublarda özünü göstərən ikili
dil təzahürü bu rəsmi-epistolyar yazılarda da müşahidə
olunur.
490
Üslubun klassik dil təzahürünə nümunə:
«Alicənab vala-
nəsab, gərdun-ğübab, səltənət və cəlalətməab, Ģövkət və
ə
zəmətmənab və ədalətayab, ümdətüs-səlatin əl-Məsihiyyə,
zübdətül-xəvanin əl-Ġsəviyyə, Sekəndər solət, NuĢirəvan
ə
dalət, Rüstəm Ģücaət və qəzənfər məhabət, Urus və
HəĢtərxan vilayətinin böyük hökmdarı, Moskav və Qazan
məmalikinin uluğ xanı, padiĢahi-əzimüĢ-Ģə‘n və xaqani-
məniülməkan, nizamən lilsəltənə vəl cəlaləti vəl Ģövkəti vəl
ə
zəməti vəl həĢəməti vəl ədaləti vəl izzü vəl imtinan Mixail
Fiodoroviç yaraq
xan cəələllahü təala əvaqibə məqruni
bilxeyr var-rizvan h üzuri-m övfur üs-s ürurl ərin ə t üh əfi-
midhati-məhəbbət ayat ki, müəkküdi-ərkani-ülfət vidadi-
qədim və müĢəyyidi-bünyadi-məvəddət və ittihadi-cədid ola,
ittihaf qılındıqdan sonra ənhayi-rəyi-müsadiqatara oldur kim,
qədimül-əyyamdan bu iki silsileyi-rəfiə arasında məhəbbət və
dostluq mərasim nəhayət mərtəbədə istehkam bulubdur və
cənnətməkan, əliyyin-aĢiyan Ģah babam ənarüllahü bürhanə
həzrətlərinin zəmani səadət iqtiranlarında məhəbbət qaidəsi
təcdid olub, ol canibdən Malik suyunun qırağında və sair
mə'bərlərdə bir qaç nəfər tüfəngçi tə'yin olunurdu və
mə'bərləri qəzaq cəmaətin üburundan mühafizət edüb, Yengər
ü
zərində tərəddüd edən tüccar və mütərəddədin minnətlərinə
asib və nöqsan və darülmərz dərya kənarında sakin olan rüaya
və füqaraya xəsərdən iriĢməzdi və cəmiyyət xatir ilə tərəddüd
edərlərdi. Cilusi-meymənəti mə'nusumuzdan bu anə dəgən bir
ə
mr ki, məhəbbət və dostluğa mənafi ola, zühura gəlmiĢdür.
ġ
imdi səbəb nədir kim, qəzaq cəmaəti naĢayist hərəkətlərə
irtikab edərlər? Dostluq və ittihad laziməsi oldur kim,
vükalayi-ali-miqdarunizi ol cəmi-bədkirdarun ki, bu iki
silsileyi-əzimənün məhəbbət və ülfətlərünə baisi-xələldürlər,
dəf‘ və rəf‘lərinə əmr edəsüz ki, dostluq maddəsi izdiyad bulıb,
həmiĢə məhəbbət Ģahrahı gəlüb-getməkdən xali olmayub,
inqirari-zəmanədək sədaqət ərkanı nöqsanməsun qalub,
tüccar və mütərəddidin fariğülbal tərəddüd edüb, tərəfinün
duasına bais ola...» (I Şah Səfinin Mixail Romanova
məktubundan).
491
Üslubun xəlqi dil təzahürünə nümunə:
«Ġxlas təriqində
rasixül-əqidə, Ģücaət və mübarizət yolunda pəsəndidə Hacı
Manuçöhr xan! Təvəccöh və inayətim tərəfinə nəhayətsiz
bilüb, özüni əksər xatirimdə biləsən. Xüsus bəzi feyzlü
məclislərdə inĢallah yaxĢı vəchlə hüzurinizə yetmək müəyəsər
ola.
Aineyi-zəmiri-əimeyi-mə‘sumin
ə
leyhüməssəllam
mehrində DərviĢ Mustafa yoldaĢilə ġirvan səmtindən öz
vilayətünə getmək iradəsi var. Mehribanlıq lazıməsin yerə
gətirüb rəvanə edəsən. Əlhəq» (II Şah Abbasın Şirvan bəylər-
bəyisi Mənuçöhr xana məktubu).
Örnəklərdən göründüyü kimi, müraciət olunan şəxsin
rütbəsi məktubun lüğət tərkibinə ciddi təsir göstərir. Adresat
nə qədər yüksək rütbə sahibi olsa, tə'yinlər-təşbehlər o qədər
çox olur, ərəb-fars sözləri daha sıx olur. Eyni vəziyyət aşağı
qatdan adamların dövlət başçılarına məktublarında da qalır.
Dərbənddən və Bakıdan I Pyotra göndərilən məktublarda da
belədir. Bir nümunə:
«ƏrzədaĢt kəmtərin bəndəgan Ġmamqulu
yüzbaĢı, naibi-Dərbənd. Bezirveyi – ərzi - bəndəgan nəvvabi –
məmaliki - Bəhreyn vəlĢimaleyin mirəsanəd ki, bundan ilərü
qəl'ələr babında ərzi-padĢah, valacaygahın xidmətində mərsul
etmiĢdük. O kim Dərbənd kənarındakı qəl'ə idi. Üsmuyi-
namüxalif və Sultan Mahmudi-nabikar cəm'i-qoĢun edüb
gəlmiĢlər. Qəl'əyə zor edüb pozmuĢlar və padĢahın qullarını
qətlə yetirmiĢlər...»
1
Maraqlıdır ki, I Pyotrun Kantemir
tərəfindən azərbaycancaya tərcümə olunmuş manifesti də
rəsmi üslubun Azərbaycan dilindəki ölçülərinə uyğundur:
«Petri-əvvəl ibn – Aleksey padĢahi – Rusi. Be-oni-rəbbani və
qüdrəti-cəhandani ilə biz Petrosi-əvvəlki imperatori-təvayifi-
Rus xuddar-ərzeyni-məmaliki-Ģimaleyn tolu vəl-zəval vəl
nisfül-nəhreyn padĢahül-bərreyn və xaqanül-bəhreyn dəxi sair
və neçə sair padĢahlıqların və hökumətgahların hakimi və
malikanə buyruxçusı.
ġö
vkətlü və əzəmətlü, səadətlü və məhəbbətlü ulu hübbümüz və
qədimi dostumuz Ģahi-alicah həzrətlərinün hökumətündə və
1
Бах: Дялили Щ. Я. Азярбайъан-Русийа мцнасибятляри фарс вя Азярбайъан
дилли сянядлярдя. Бакы, 1976, с. 95.
492
xidm ət ünd ə olan izz ətl ü v ə h örm ətl ü s üp əsalariyan v ə xaniyan v ə
qorçibaĢıyan və ağayi-qul və tüfəngçiyan və topçibaĢiyan və bəglər
bəgiqyani-qul və soltaniyan və vüzəra və sair zabitan və nəfəratın
bin və yüzbaĢıyan və...»
2
Maraqlı cəhətlərdəndir ki, azərbaycandilli
terminlərin rəsmiləşib dövlətlərarası ünsiyyətdə qanuniləşməsi
sənəddə əks olunur: qorçubaşı, tüfəngçibaşı, topçubaşı, yüzbaşı,
minbaşı, bəglərbəgi və s. (mətn uzundur, çoxlu və maraqlı terminlər
işlənir).
Dili və terminologiyası ilə bir sənəd xüsusi maraq doğurur – II
Yekaterina zamanında Rusiya imperiyasındakı əyalətlər üçün yeni
qanunlar məcəlləsi tərtib və çap olunur. İmperiyadakı türk xalqları
nəzərə alınaraq həmin sənədlər toplusu türkcəyə də tərcümə edilir
və kitab halında buraxılır.
1
Sənədin dili haqqında təsəvvür almaq
üçün nümunələrə baxaq:
Dostları ilə paylaş: |