Azərbaycan Coğrafiyası Fənni Üzrə Kollokvium Suallarının Cavabları



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix02.01.2022
ölçüsü0,54 Mb.
#45708
  1   2   3   4   5   6   7   8   9   ...   25
Azerbaycan-cografiyasi-cavabAZ (2)



Azərbaycan Coğrafiyası Fənni Üzrə 

 Kollokvium Suallarının Cavabları 

MÖVZU 1.  Azərbaycan Respublikası ərazisinin formalaşmasının tarixi-           

                     -  coğrafi aspektləri. 

Sual 1 : Azərbaycan Respublikası ərazisinin formalaşmasının ilkin mərhələləri 

          Azərbaycan özünün ərazi formalaşmasında qədim tarixi-coğrafi yol 

keçmişdir.Azərbaycan sözünün mənası haqda müxtəlif fərziyyələr , fikirlər, 

deyimlər mövcuddur. Onun 3 söz birləşməsindən yaranmış olduğu daha real 

görünür.Onun, "Azər" oda sitayişi, "bay"  uca və ya hündür yeri, "can" sözü isə 

hörmətli,şöhrətli mənalarını andırır. 

          Azərbaycanın ərazisi qədimdən 410 min kv.km  sahəni əhatə edərək şimal-

şərqdə Dərbənd də daxil olmaqla onun cənub sərhəddi Urmiya gölünün cənub və 

cənub şərq hissələrinə qədər uzanmışdır. 

          Azərbaycanın  ərazisi  insan  həyatı  üçün  əlverişli  təbii-coğrafi  şəraitə  malik 

olduğundan dünyanın ən qədim yaşayış məskənlərindən biri  sayılmışdır.Azərbay -

can  ərazisində ilk insan 350-400 min il bundan əvvəl yaşamış Azıxantrop hesab 

edilir.Onun qalıqları Fizuli şəhərinin 14 kilometrliyində , Quruşayın sol sahilində _ 

Tuğ  çökəkliyində  yerləşən  və  1960-cı  ildə  açılmış  Azıx  mağarasında 

tapılmışdır.Dəniz  səviyyəsindən  900  m  yüksəklikdə  yerləşən  Azıx  mağarasında 

təqribən 18-19 yaşlarında olan qadının üstündə 3 dişi olan çənə sümüyü, "Çaydaşı 

mədəniyyəti"nə  aid  olan  qazıyıcı  və  deşici  daş  alətlər,ocaq  yerləri    1967-ci  ildə 

arxeoloq    M.Hüseynov  tərəfindən  tədqiq  edilmişdir.  Mağaradan  tapılan  45  növ 

heyvan  sümükləri  isə  mağarada  yaşayanların  ovçuluqla  məşğul  olduqlarından 

xəbər verir. O zaman insanlar tayfa halında təbii mağaralarda yaşayır, birlikdə ov 

edir və qidalanmışlar. 

          Hələ  çox qədimdən  Azərbaycan  ərazisi  monqolların,tatarların,makedoniya  -

lıların,  ərəblərin  istilalarına  məruz  qalmışdır.  Nə  edək  ki,  tarix  boyu  Azərbaycan 



xalqının bəxtinə güclü işğalçı dövlətlərin məhrli planlarına məruz qalmaq "qismət" 

olmuşdur. 

          Tarixin keşməkeşli illərində  Azərbaycan ərazisində milli azadlıq hərəkatları 

yüksəlmiş,  dövlətçilik  prinsipləri  meydana  gəlmiş,  dövlətlər  yaranmış  və  bu 

dövlətlər  Yaxın  və  Orta  Şərq  tarixində  çox  böyük  rol  oynamışlar.Əsas 

məşğuliyyəti əkinçilik və heyvandarlıq sayılan, yerli xalqların adı ilə adlandırılan 

Manna dövləti yeni eranın IX-VII əsrlərində mövcud olmuşdur.Yeni eradan əvvəl 

VII əsrin sonu ( 672-ci il) VI əsrin ortaları Midiya, yeni eradan əvvəl 321-ci ildə  

Atropatena,  yeni  eradan  əvvəl  IV  əsrin  sonu  -  III  əsrin  başlabğıcı  Albaniya, 

girdman  dövlətləri  mövcudlaşmışlar.Manna,Midiya,Atropatena  cənubda,  paytaxtı 

Qəbələ  olan  Albaniya  və  paytaxtı  Bərdə  sayılan  Girdman  dövlətləri  isə 

Azərbaycanın şimalında fəaliyyət göstərmişlər. 

          1501-1524-cü  illərdə  hakimiyyətdə  olan  Şah  İsmayıl    mövcud  dövlətləri 

birləşdirərək  dilləri azərbaycan dili olan vahid Azərbaycan dövlətini yaratmışdır. 

Sonrakı  illərdə  vahid  Azərbaycan  yenidən  quberniyalara,  xanlıqlara 

parçalanmışdır. 

          Ərazi  üstündə  baş  verən  1804-1813-cü  il,  1826-1828-ci  illər  Rus-İran 

müharibələrinin  1813-cü  il  12  oktyabr  "Gülüstan"  və  1828-ci  il  10  fevral  tarixli 

"Türkmənçay" sülh müqavilələri zor gücünə Azərbaycanın vahidliyini pozaraq onu 

Şimali və Cənubi Azərbaycana ayırmış,bununla da onun taleyini həll etmiş oldu. 

Cənubda 280 min kv.km-ə qədər ərazi, 30 mln. nəfərə qədər azərbaycanlı yaşayan 

hissə  İran  imperiyasının  tabeliyinə  verilmiş  olur.  Gülüstan  müqaviləsindən  fərqli 

olaraq  Araz  çayı  sərhəd  olmaqla  Türkmənçay  müqaviləsinə  əsasən  Naxçıvan  və 

İrəvan  xanlıqları  da  Rusiyaya  qatılmışdır.Zor  gücünə  bağlanan  "Türkmənçay" 

müqaviləsi  vaxtı  ermənilər  deyirdilər  ki  :"  Rus  otunu  yemək  İran  çörəyini 

yeməkdən yaxşıdır". 

 

 



 

 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin