Azərbaycan Respublikas Təhsil Nazirliyi



Yüklə 92,98 Kb.
səhifə1/15
tarix03.06.2023
ölçüsü92,98 Kb.
#124503
  1   2   3   4   5   6   7   8   9   ...   15
referat 405


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


KURS İŞİ
1.FAKULTƏ: Maliyyə-kredit
2.TƏLƏBƏ: Məmmədova Sevda
3.KURS: II
4.QRUP: 606
5.KAFEDRA: Bank işi
6.MÖVZU: Pulun mahiyyəti, funksiyaları, növləri və iqtisadiyyatda rolu
7.RƏHBƏR: Əliyeva Təhminə


BAKI- 2009


PLAN

  1. Giriş................................................................................................3

  2. Pulun və onun tarixi inkişafı..........................................................4

  3. Pul sistemləri, pul miqdarı, və qiymət arasindakı münasıbətlərin təhlili..............................................................................................12

  4. Pul siyasətinin məqsəd və vəzifələri..............................................16

  5. Azərbaycanda elektron-pul sisteminin əhəmiyyəti........................21

6. Nəticə.............................................................................................24
7.Təklif..............................................................................................................25
8.Ədəbiyyat........................................................................................26


Giriş.
Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməmişdir. Bəşər cəmiyyətində pul təxminən 6-8 min ildir ki, yaranıb təşəkkül tapmış və uzun təkamül yolu keçmişdir. Pul heç bir şəxs tərəfindən ixtira edilməmişdir. Pul məhsuldar qüvvələrin və əmtəə münasibətlərinin daha yüksək inkişafının nəticəsi kimi meydana çıxmışdır. İnsanların hamısının eyni əmtəəyə malik olmaması onların bir-birində olan əmtəəyə ehtiyac yaradırdı və bu da insanlar arasında mübadilənin yaranıb inkişaf etməsinə səbəb oldu. İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlmişdir. Pul alqı-satqı əməliyyatlarının reallaşdırılmasında bir vasitədir. Pul uzun tarixi təkamül yolu keçmişdir. Əvvəllər ümumi ekvivalent forması kimi duzdan, xəz dəridən, fil sümüyündən, mal-qaradan, çörəkdən, zeytun yağından, düyüdən, taxıldan, dəridən və.s istifadə edilirdi. Ekvivalentin təkminləşdirilməsi və tarixi inkişafı nəticəsində pulun funksiyasını sikkələr, gümüş və qızıl pullar oynamağa başladı. Kapitalist istehsalı bərqərar olduqdan sonra pul daha da təkminləşməyə məruz qaldı. Daha sonra kağız və elektron pullar meydana gəlməyə başladı. İqtisadi kateqoriya kimi pulun mahiyyəti onun funksiyalarında təzahür edir. Pul dəyər ölçüsü,tədavül vasitəsi,yığım,tədiyə vasitəsi, dünya pulu, gəlirlərin yenidən bölgüsü, nüfuz aləti kimi, iqtisadi fəaliyyətləri stimullaşdıran və ya zəiflədən funksiyaları yerinə yetirir. Ümumi ekvivalent rolunu oynayan pulun mahiyyəti həmçinin onunla xarakterizə olunur ki, o bütün əmtəələrə mübadilə olunma qabiliyyətinə malikdir. Pulun mahiyyəti həm də dəyərin mühafizəsinin yaxşılaşdırılması ilə xarakterizə olunur. Müasir bazar iqtisadiyyatında pul keyfiyyət və yeni məzmun kəsb edir və onun rolu əhəmiyyətli dərəcədə artmışdır. Pul müasir iqtisadiyyatda təsərrüfat subyektlərinin fəaliyyətinin yaxşılaşmasına, məhsul istehsalına çəkilən xərclərin ixtisar olunmasına stimul yaradır. Pul sənayecə İEÖ-də pul-kredit tənzimlənməsində bir vasitədir. Bazar münasibətləri şəraitində pul iqtisadiyyatın dinamik inkişaf etdirilməsinin, zəhmətkeşlərin maddi və mənəvi həyat səviyyəsinin yüksəldilməsinin mühüm iqtisadi alətidir.


I SUAL: Pul və onun tarixi inkişafı.
Pul tarixi iqtisadi kateqoriyadır. Onun yaranması tarixi təxminən 6-8 min ildir. Tarixçilər ilk pulların Çində buraxılmasını söyləyirlər. Qədim dövrdə insanların öz təlabatlarını ödəmək üçün müəyyən növ əmtəəyə ehtiyac duyulurdu. İnsanların öz tələbatlarını ödədikdən sonra qalan əmtəənin digər növ əmtəəyə uyğun mübadiləsinə ehtiyac yaranırdı. Tədricən insanlar müəyyən növ məhsulların hazırlanmasında ixtisaslaşırlar ki, bu da məhsul istehsalının çoxalmasına səbəb olur,mübadiləyə olan meyl bütün əmtəə kütləsindən ümumi ekvivalentin ayrılmasında marağı gücləndirir. İlk mübadilə təsadüfü xarakter daşımış və bir növ məhsulun başqa növ məhsul dəyişdirilməsi olmuşdur. Dəyərin belə formasına sadə və ya təsadüfü dəyər forması deyilir. Birinci ictimai əmək bölgüsünün yaranaması ilə mübadilə müntəzəm şəkil alır və dəyərin ikinci mübadilə forması tam və ya dolğun dəyər forması yaranır. İkinci böyük ictimai əmək bölgüsü-sənətkarlığın əkinçilikdən ayrılıb müstəqil sahəyə çevrilməsi mübadilənin inkişafında yeni pillə oldu və ümumi ekvivalentin təkmilləşməsinə gətirib çıxartdı. Əvvəllər ümumi ekvivalent kimi duz, xəz dəri, mal-qara, çörək, fil sümüyü, zeytun yağı, düyü, taxıl, gil, atlar, qoyunlar, yun, qətran, şərab, donuz, çay, tütün, pivə, keçi, bıçaqlar və s. rol oynayırdı. İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlmişdir. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan “pekuniya”-pul “pekus”-mal-qara sözündən yaranmışdır. Bu zaman pul kimi, əvvəlcə mis, tunc, qurğuşun və s. daha sonralar isə gümüş xüsusən də qızıldan istifadə edilməyə başlanıldı. Digər metallardan fərqli olaraq qızıl gümüş öz təbiətinə görə yekcinsdir və karroziyaya uğrayıb xarab olmur.
Beləliklə, tarixən pul tərəflərin razılığı ilə deyil, əmtəə mübadiləsinin kortəbii inkişafı prosesində meydana gəlmişdir. Əksər qərb iqtisadçılarının baxışlarında pulun meydana gəlməsinə subyektiv-psixoloji yanaşmaya rast gəlinir.Onların fikrincə guya pul insanlar arasında şüurlu surətdə razılaşdırılmış, kəşv edilən məhsuldur. Məsələn: Məşhur amerikalı iqtisadçı Paul Samuelson pulu-sosial şərtlilik kimi müəyyənləşdirir. Başqa bir amerikan iqtisadçısı C.K.Qelbreyt belə hesab edir ki, nəcib metallara və digər əşyalara pul funksiyalarının şamil edilməsi insanlar arasında razılaşmanın məhsuludur. Pulun bir-birilə sıx bağlı daxili və mübadilə dəyəri nisbətən müstəqildirlər, sərbəstdirlər. Onların hər ikisinə bazar şəraiti, bundan əlavə, pulun mübadilə dəyərinədövlət təsir göstərir. Əmtəələr əmtəəsi olan-pul-ümumi ekvivalent əmtəə kimi çıxış edir. Pul əmtəə dəyərinin inkişaf etmiş formasıdır və yaxud elə bir əmtəədir ki, onda qalan bütün əmtəələrin dəyəri ifadə olunur. Bütün digər əmtəələrə qarşı duran-pul ümumi istehlak dəyərinəmalikdir, dəyərinə ümumi bilavasitə təcəssümüdür, ifadəsidir. İctimai əmək vasitəsi olan-pul-ictimai zəruri iş vaxtını bilavasitə özündə ifadə edir. Pul-əmtəə istehsalının hər mərhələsində inkişaf edən, yeni məzmunla zənginləşən, istehsal şəraitinin dəyişməsi ilə əlaqədar mürəkkəbləşən tarixi kateqoriyadır. Pul-əmtəə istehsalının ziddiyətini istehlak dəyəri ilə dəyər arasındakı ziddiyyətin həlli kimi meydana çıxmışdır. Beləliklə, pul-ümumi funksiyasını yerinə yetirən natural formaya malik olan spesifik əmtəədir. Deməli, pul-ümumi əmtəə ekvivalentidir, cəmiyyətin zəruri ünsürü və tərkib hissəsidir. Pulun meydana gəlməsi ilə əmtəə aləmi 2 (iki) qütbə-əmtəə-pul bir qütbə və bütün əmtəələr isə başqa bir qütbə bölünmüşdür. Pul vasitəsilə mübadilədə iştirak edən əmtəələr istehlak dəyəri kimi çıxış edir. Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Bu Ə-P-Ə formulu ilə ifadə olunur.Pulun mahiyyəti aşağıdakı 3 (üç) xüsusiyyətin vəhdətində meydana çıxır:

  • bilavasitə ümumi mübadilədə.

  • mübadilə dəyərinin kristallaşmasında.

  • ümumi iş vaxtının maddiləşməsində.

  1. Pulun əmələ gəlməsindən müasir dövrə qədər uzun təkamül yolu keçmişdir. Əvvəldə qeyd etdiyimiz kimi qədimdə ümumi mübadilə forması kimi duzdan, xəz dəridən, fil sümüyündən və s.əşyalardan istifadə edilmişdir. Zaman keçdikcə pulun təkamülü nəticəsində bunları sikkələr əvəz etməyə başlamışdır. Pul öz inkişafında 2 (iki) növdə: həqiqi və dəyər nişanları (həqiqi pulların əvəzedicisi) çıxış etmişdir. Sikkənin meydana gəlməsi pulun formalaşmasında həlledici mərhələ oldu. Sikkə bir tərəfdən, əmtəə istehsalı və mübadilənin inkişafı, digər tərəfdən, quldarlıq dövlətlərinin iqtisadi və siyasi qüdrətinin güclənməsi, tacirlər sinfinin yaranması nəticəsində meydana çıxmışdır, sikkənin üz tərəfi avers, əks tərəfi isə revers, kənarı isə qurt adlanır. Sikkənin korlanmasının qarşısını almaq məqsədilə “qurt” kəsikli edilirdi. İlk sikkələr demək olar ki, XXVI əsr (e.ə.VII əsr) bundan əvvəl qədim Çində və qədim Lidiya dövlətində meydana gəlmişdir. Kiyev rusiyasında ilk sikkənin buraxılması IX-X əsrlərə gedib çıxır. İlk dövrlərdə tədavüldə eyni zamanda qızıldan və gümüşdən düzəldilmiş sikkələr olmuşdur. Ölkələr qızıl tədavülünə XX əsrin yarısında keçmişdilər. Bu ölkələrdən aparıcısı Böyük Britaniya idi ki, öz müstəmləkə və dominionları ilə birlikdə qızıl hasilatı üzrə dünyada birinci yeri tuturdu. Həqiqi pullar üçün sabitlik xarakterikdir.

Qızıl tədavülü I dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir.

  • Metal dəyər nişanələri, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr

  • Kağız dəyər nişanələri, bir qayda olaraq kağızdan hazırlanmışdır. Burada kağız və kredit pullar fərqləndirilir.


Yüklə 92,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin