Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti


III. 8. Orta əsrlərdə Azərbaycan alimlərinin



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

 

III. 8. Orta əsrlərdə Azərbaycan alimlərinin  

dilçilik görüşləri 

 

Qeyd edək ki, islamaqədərki dilçilik əsərləri və traktatları it-



bata düşmüşdür və bu gün dilçiliklə bağlı müəyyən fikirləri və 

ideyaları tapıb bərpa etmək üçün konkret vaxt lazımdır. Yəqin ki, 

müstəqilliyimiz bu işlərin səmərəli  şəkildə aparılması üçün şərait 

yaradacaqdır. Amma indilikdə deməliyik ki, qərb mənbələri 

İskəndəriyyə  və Bağdad dilçilik məktəblərindən ötəri  şəkildə 

danışırlar və bir qayda olaraq ümumi fəlsəfi-məntiqi kontekstdə 

yalnız İbn Sinanın adını çəkirlər. Halbuki son dövrlərdə Azərbaycan 

tədqiqatçılarının yazdığı monoqrafiya, dərslik, dissertasiya və 

məqalələrdə  mənşəcə azərbaycanlı dilçilərinin  ərəb, fars və rus 

dilçiliyinə verdikləri töhfələrdən söhbət açılır və konkret faktlar 

göstərilir. 

Dilçiliyimizin tarixinə  dəyərli  əsərlər həsr etmiş Azərbaycan 

alimlərindən V.Məmmədəliyev (1942), Ə.Rəcəbli (1939), 

A.Babayev (1939)

10

  və başqaları dilçiliyimizin orta əsrlər tarixini 



təhlil edərkən belə  qənaətə  gəlirlər ki, ərəb və fars dilində yazıb-

yaratmış alimlərimiz öz türkcəmizlə bağlı bir sıra maraqlı fikirlər 

söyləmişlər. V.Məmmədəliyev o dövrü xarakterizə edərkən belə 

yazır: “Orta əsr Azərbaycan alimləri  ərəb filologiyasının, o 

cümlədən  ərəb dilçiliyinin inkişafında mühüm rol oynamışdır.” 

Bundan sonra V.Məmmədəliyev xeyli tədqiqatçıların adlarını 

sadalayır. Onların içərisində X.Təbrizini (1030-1109), Səfiəddin 

Urməvini (1249-1323), Şəbüstəri Bürhanəddini (-1509), Səadəddin 

əl Bərdəini və başqalarını xüsusi qeyd edir. 

Mənbələrin göstərdiyinə görə,  ərəbcə yazan dilçi alimlərdən 

ən məşhuru X.Təbrizi (1030-1109) olmuşdur. Bağdad dilçilik 

məktəbinin nümayəndəsi olan bu təbrizli alim dilçiliyə dair bir neçə 

kitabın müəllifidir. O ”Məntiqin islahına düzəliş“  əsərində bir sıra 

dilçilik məsələlərinə toxunmuşdur (omonimlər, sinonimlər, 

etimologiya, sözlərdə fonem əvəzlənmələri və s.). Ərəb leksikoqrafı 


ЫII HİSSƏ 

313 


Firuzabad 60 cildlik “Qamus” lüğətini tərtib edərkən X.Təbrizinin 

əsərlərindən gen – bol yararlanmışdır. 

Orta  əsrlərdə Azərbaycan alimləri  ərəb dilinə dair orijinal 

əsərlər yazmaqla yanaşı öz türkcəmizə  də biganə qalmamışlar. 

Ə.Rəcəbliyə görə, Cəmaləddin  əl-Ərdəbillinin və  Səadəddin  əl-

Bərdəinin yazdıqları  şərhlər (Zəməxşərinin «Ummurəc»  əsərinə) 

XX  əsrin  əvvəllərinə  qədər Azərbaycanda və Yaxın  Şərqdə  ərəb 

dilinə aid əsas tədris vəsaitlərindən olmuşdur. Hətta onların özlərinə 

də 

şərhlər yazılmışdır. 



İndi onlar dünyanın müxtəlif 

kitabxanalarında saxlanılır. 

Elmi-nəzəri  ədəbiyyatda Qətran Təbrizi fars leksikologi-

yasının banisi hesab edilir. Kaşğari Mahmudun «Divani-lüğət-it-

türk» divanı türkologiyada nədirsə, Q.Təbrizinin də (1012-1088) 

«Təvasir»i İran dilçiliyində və iranşünaslıqda o mövqeyə malikdir. 

A.Nikitinin azəri ləhcəsinin öyrənilməsində xidmətlərini qeyd 

edən  Ə.Cəfəroğlu yazır ki, ondan sonrakı 200 ildə bu ləhcə ilə 

maraqlanan olmamışdır. Bundan sonrakı dövrlərdə Qafqaz 

Azərbaycanı ərazisində Şirvan bölgəsi müstəqilliyini elan edir. VII 

əsərdə Qafqaz Azərbaycanı ərazilərinin mühüm qismini hakimiyyəti 

altında birləşdirən Şirvanşahlar dövlətinin kargüzarlığı azəri dilində 

həyata keçirilir. 1633-34-cü illərdə alman səyyahı  və diplomatı 

Adam Oleari yerli xalqın türk dilində danışdığını qeyd edir, 

ünsiyyətdə olduğu türklərin bayram, mərasim, hərbi sahədəki söz və 

ifadələrini qələmə alır. XVII əsərdə italiyalı  səyyah D.F.M.Maqqo 

Qafqaza səyahətdə yerli dillərlə bağlı  ləhcələri qələmə almış  və 

onları  təhlil etmişdir. 1643-cü ildə ilk dəfə azəri türklərinin 

ləhcəsinə dair qrammatika «De propoqanda fide» adı ilə çap 

olunmuşdur. 1670-ci ildə «Syntagma linguarum orientalium, quae 

on Georgiae regionbus auidiuntur auctore D.F.M.Maggio» 

sərlövhəsi ilə  işıq üzü görür, birinci hissəsi gürcü dilindən, ikinci 

hissəsi isə ərəb dilindən və Qafqaz türkcəsindən bəhs edir. 

Yalnız Klaprothun «Asia poliqlotta»sında 23 ləhcədən biri də 

«Qızılbaş» ləhcəsi adı altında Azərbaycan türklərinin dilini nəzərdə 

tutmuşdur. Eyni ifadəyə biz onun 1832-ci ildə çap etdirdiyi 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

314


«Voyage an Caucase et en Geargie» əsərində rast gəlirik. Bu kitaba 

əlavədə o «azəri» (onun ifadəsincə – «qızılbaş») ləhcəsinin də adı 

çəkilir. Düzdür, burada çoxsaylı  təhriflər və yanlışlıqlar vardır. 

Məsələn, («sevirmək») verilib, halbuki bu «sevdirmək» ola bilər. 

Buna baxmayaraq, bu əsər XIX əsrin başlanğıcında Avropada azəri 

ləhcəsi haqqında ilk araşdırma kimi götürülə bilər. 

Ə. Cəfəroğlu «N.D.» inisiallı naməlum  şəxsin 1834-cü ildə 

çapdan çıxan «Nağıl və hekayət» kitabını xüsusi qeyd edir. 

Müqəddimədə tatar (Azərbaycan dililə) bağlı xeyli mülahizələrə rast 

gəlmək olur. Orada azəri ləhcəsinin gözəl və asan dil olması etiraf 

edilir.  Ə.Cəfəroğlu onun müəllifinin milliyyətcə türk olmadığını 

onunla sübut edir ki, kitabçada əsasən rus müəllifi A.Boldıryevin 

fars ədəbiyyatı nümunələri əsasında verdiyi misallar yer alır, yalnız 

bir-iki Azərbaycan nümunələrinə rast gəlmək olur.

11

 

Orijinala olan onun əlavəsidir ki, burada da 1-ci hissədə azəri-



rus-erməni, 2-ci hissədə isə azəri-rus-gürcü lüğətinin verilməsidir. 

Ərəb hərfləri ilə yazılmış nümunələrin tələffüzü aydın verilmişdir. 

Bu da onun müsbət cəhəti ola bilər, bir də ruscaya yaxşı  tərcümə 

edilib. 


Farsca və fars dili haqqında ciddi tədqiqatlar aparmış 

müəllflərdən ikinci nüfuzlu şəxs Hinduşah Naxçivani olmuşdur. Bu 

müəllifin fars lüğətşünaslığında “Əs-Sihahu-l-əcəmiyyə”  əsərinin 

farsca-azərbaycanca ikidilli lüğət olması müəyyənləşmişdir. 

Mütəxəssislərin fikrincə, o, ilk-farsca-türkcə lüğət kimi göstərilə 

bilər.


12

 

Yeri gəlmişkən, qeyd edək ki, Hinduşah Naxçıvanının oğlu 



Məhəmməd ibn Hinduşah Naxçıvani də (1285 və ya 86 – 1374 və 

ya 1375) “Sihahu-l furs” həm həcminə, həm də  əhəmiyyəinə görə 

özünəqədərki lüğətləri arxada qoyur. Mütəxəssislərin qənaətinə 

görə, Məhəmməd ibn Hinduşah Naxçıvanini lüğəti orta əsrlərdə 

yazılmış  ən mükəmməl  əsər hesab edilə bilər. Burada fonetika, 

qrammatik kateqoriyalar, alınma sözlərin işlənməsi xüsusiyyətəri, 

habelə fars sözlərinin başqa dillərlə müqayisəsi verilir (s.390). 


ЫII HİSSƏ 

315 


Ümumiyyətlə, XVII-XVIII əsrlərdə lüğətçilik geniş yayılır, 

xalqların qarşılıqlı ünsiyyətinə kömək məqsədilə yazılan bu lüğətlər 

tezliklə yayılmağa başlayır. Fars dilçisi M.Moiniyə görə, o zaman 

yazılmış 250 lüğətin yalnız 40-nı farslar yazmışdır, qalanı 

azərbaycanlı alimlər tərəfindən tərtib olunmuşdur (s.395). 

 

Ədəbiyyatı və qeydlər 

A.Axundov. Ümumi dilçilik. Bakı, 2006 



M.Kaşğarlı. "Divani-lüğət-it-türk". "Azərbaycan Dilçiliyi 

Müntəxabatı". Bakı, 2013, s.6-15. 

3

  Ə.Dəmirçizadə. Türk dillərinin divanı. APİ-nin "Elmi əsərləri", 



1966, XI seriya, №1, s.101-103. 

4

 Агаева Н. Азербайджансkие языkоведы  средневеkовья. Баkу, 



1990; Mahmudov M.; Sadıqova C., Ələsgərova T. Fars dilini tədqiq edən 

Azərbaycan alimləri. Bakı, 1977; Məmmədov N. Moskva Şərq Dilləri 

İnstitutunun azərbaycanlı alimləri. Bakı, 1993. 

5

 Veysəlli F. Semiotika. Bakı, 2010. 



Rəcəbli  Ə. Dilçilik tarixi. Bakı, 2006; Babayev A. Azərbaycan 

dilçiliyinin tarixi. Bakı, 1996; 

7

 S.Ə.Cəmaləddin  İbn Mühənna. Hilyətül-insan və  həlbətül-lisan. 



Bakı, 2008. Lüğəti tərcümə edən, nəşrə hazırlayan, qeyd və  şərhlərin 

müəllifi akad. T.İ.Hacıyevdir. 

8

Rəcəbli Ə. Göstərilən əsəri, s.368. 



Məmmədəliyev V. Ərəb dilçiliyi. Bakı, 1985. 

10

  Məmmədəliyev V. Göstərilən  əsəri; Rəcəbli  Ə. Azərbaycan 



dilçiliyi. Bakı, «Nurlan», 2007; A.Babayev. Göstərilən əsəri. 

11

 M.Ə.Cəfəroğlu. Göstərilən əsəri. 



12 

Hinduşah Naxçıvaninin bu əsəri haqqında fikirlər müxtəlifdir. 

Hətta onda verilmiş sözlər və onların mənasının açılması  də 

mübahisəlidir. Əsərin köçürmə variantlarında müxtəlif rəqəmlər göstərilir. 

C.Sadıxova XVI əsr nüsxəsində adlar hissəsində 3727, feil bölməsində isə 

649 sözün qeydə alındığını iddia edir. A.Babayeva görə isə lüğətdə cəmi 

5117 söz və mənası verilir. Bax: Rəcəbli Ə. Dilçilik tarixi. II hissə, s.385. 

 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

316


 

III. 9. Azərbaycan dilçiliyinin M.Kazımbəy dövrü 

 

Dilçilik elmi Avropada iri addımlarla irəliləməyə başladığı 



XVII-XVIII  əsrlər tarixdə elmi düşüncənin, dilin və  təfəkkürün 

qarşılıqlı  əlaqəsi, Rusiyanın  Şərqi fəth etmək siyasəti dillərin 

öyrənilməsinə diqqəti durmadan artırırdı. Avropada tarixi-

müqayisəli dilçilik inkişaf edirdi, dünya dillərinin qohumluq 

əlaqələrinə görə elmi bölgüsü gündəmə gəldiyi bir vaxtda Rusiyanın 

Azərbaycanı parçalamaq siyasəti, imperiyanın ucqarlarında kölə 

halında məskunlaşmış  xırda xalqların dilini praktik cəhətdən 

öyrənməklə onları daha asan yolla istismar etmək, xırda xalqların 

içindən çıxmış dönüklərə rus dilini öyrətmək və yerlərdə rus 

məmurlarının xırda xalqların dillərini tez bir zamanda öyrənməsi 

üçün yeni təhsil və təlim siyasəti işlənib hazırlanmalı idi. Buraya ilk 

növbədə kiçik dərsliklərin yazılması, lüğətlərin tərtibi, habelə 

dillərin qarşılıqlı  təsirini elmi zəmində öyrənmək daxil idi. Elə bu 

siyasətin nəticəsi idi ki, M.A.Kazımbəy (1802-1870) kimi adamlara 

böyük ehtiyac duyulurdu.

1

 



M.Ə.Kazımbəyin ümumdilçilik, o cümlədən türkoloji dilçilik 

məsələlərindən bəhs edən ayrıca kitabı olmayıb. Ancaq onun türk-

tatar (Azərbaycan – F.V.) dilinin ümumi qrammatikasında 

ümumdilçilik məsələlərinə kifayət qədər toxunurlar. Alimin filoloji 

görüşlərini təhlil edən bir çox görkəmli dilçilər onun nəzəri 

dilçiliyin incəliklərinə baş vurduğunu xüsusi vurğulayırlar.

2

 

Ancaq birmənalı şəkildə demək olar ki, M.Kazımbəyin elmi-



fəlsəfi fəaliyyəti haqqında xeyli əsər meydana gəlibsə də

3

, bu alimin 



dilçilik görüşləri hələ kifayət qədər öyrənilməyib. Söhbət 

M.Kazımbəyin öz qramatikasında inkişaf etdirdiyi elmi-nəzəri 

ideyaların haradan qaynaqlandığını  və alimə dünya səviyyəsində 

şöhrət qazandıran “Qrammatika”nın yazılmasına dayaq olan fikir və 

mülahizələrin nədən ibarət olduğunu müəyyənləşdirməkdən və 

onun dilin mahiyyəti, strukturu və funksiyaları ilə bağlı məsələlərə 

necə yanaşmasından gedir. Eyni zamanda onun vətən dilçiliyində 


ЫII HİSSƏ 

317 


yeri və  çəkisi, dilçilikdə  sələflərinə  və  xələflərinə münasibəti 

aydınlaşmamış qalır. Elə bu səbəbdəndir ki, F.Veysəllinin 

D.Şabanqızı ilə birgə yazdığı yuxarıda adını  çəkdiyimiz məqalə 

ciddi elmi maraq doğurduğu üçün onun qısa məzmununu burada 

vermək yerinə düşərdi. “Qrammatikanın I və II nəşrinə girişdə, – 

deyə müəlliflər yazırlar, – M.Ə.Kazımbəy bir sıra Avropa 

alimlərinin elmi əsaslarını və nəticələrini ciddi şəkildə tənqid edir

onların səhvini göstərir, bunları isə o, təbii ki, dil nəzəriyyəsi 

sahəsində  dərin bilikləri olmasaydı edə bilməzdi. Daha sonra 

M.Ə.Kazımbəy fonetika və fonologiyanın, leksikologiya və 

morfologiyanın, sintaksis və qohum dillərin tarixi-müqayisəli 

şəkildə öyrənilməsi və dilin ünsiyyət vasitəsi kimi tədrisi 

məsələlərinə  nə kimi yeniliklər gətirmişdir? Fikrimizcə, bu 

məsələlərin hər birinə aydınlıq gətirmək yalnız onun linqvistik irsini 

dərindən təhlil edəndən sonra mümkün ola billər.

4

 



Daha sonra müəlliflər yazırlar ki, M.Ə.Kazımbəy kitabını 

praktik məqsədlər üçün yazsa da, onda bir çox nəzəri 

ümumiləşmələr vardır ki, bunlar dilə sistem kimi yanaşma 

olmasaydı mümkün ola bilməzdi. Yuxarıda adını  çəkdiyimiz 

məqaləsində Ə.Dəmirçizadə haqlı olaraq yazırdı ki, bu qrammatika 

həm elmi sistemliliyinə, həm də strukturuna görə yeni tipli 

qrammatika idi.

5

 O, müəllifin türk dilləri sahəsində  dərin 



tədqiqatlarının nəticəsi kimi meydana gəlmişdi. M.Ə.Kazımbəy 

kitabın ikinci nəşrinin girişində Xristian D.Frenə belə yazmışdı: 

“İndi mən öz qrammatikamın ikinci nəşri üzərində  işləməyə 

başlayarkən, onun üzərində  təzədən yazacağım qədər işləmişəm, 

mən onun bütün hissələrini yenidən işləmişəm, birinci iki hissəni 

yeni filoloji tədqiqlərlə  zənginləşdirmişəm, üçüncünü isə 

genişləndirmişəm və tam yeni sistemə keçirmişəm”

6



“Qrammatika”nın həm I, həm də II nəşrinə girişdə M.Ə. 

Kazımbəy yazır ki, qrammatikanın mübahisəli problemləri və 

struktur xüsusiyyətləri nəzərə alınmalıdır. Ancaq müəllifin 

metodoloji cəhətdən mövqeyilə onun “Sovremennik” jurnalının 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

318


redaktoruna ünvanladığı  “Şərq dillərilə oxşar olan rus sözlərinin 

şərhləri” məqaləsindən tanış olmaq olar.

7

 

Ümumiyyətlə, onun dilə metodoloji yanaşmasının mahiy-



yətini başa düşmək üçün 1852-ci ildə yazmış olduğu iki məqaləsini 

təhlil etmək kifayətdir. O aydın şəkildə başa düşürdü ki, dil bilmək 

və dil haqqında bilik başqa-başqa  şeylərdir. Məhz buna görə 

M.Ə.Kazımbəy özgənin dediyindən çıxış edərək naməlum dilin 

qrammatikasını yazmağı  məqbul saymır və ya kabinetdə oturub 

başqasının əsərini tənqid etməyi düzgün hesab etmir. Filoloqun heç 

birisini bilmədiyi canlı dillərin müxtəlif qrupunun tam sistemini aça 

bilərmi sualına M.Ə.Kazımbəy belə cavab verir:“ Avropada 

meydana gəlmiş bəzi əsərlər belə işin həqiqi imkanın olmadığını və 

uğurun olduğunu tam sübut etməsələr də, onlar bizi inandırdı ki, 

insan hər  şeyə girişə bilər. Bu mənə 1828-ci ildə Krauzenin heç 

əlifbasını belə bilmədiyi fars dilinin qrammatikasını yazmağını 

yadıma saldı. O bununla yanlış fikri sübut etmək istəyirdi ki, həqiqi 

filoloq bütün dillərin açarından agahdır, ona dilçiliyin sirrli 

qanunları aydındır və bunun nəticəsi olaraq başqasının sözündən 

çıxış edərək qəti işlənməmiş və ona qəti bəlli olmayan dilin qram-

matikasını yaza bilər. Bu məqsədlə o, ser Vilyam Jonsun qram-

matikasını götürüb. Bu indiyə qədər məlum olan ən mükəmməl əsər 

idi və onun əsasında öz qrammatikasını, ancaq Viqyenin timsalında 

tərtib etməyə başlayıb. Lakin uzun zəhmətdən sonra filoloq azdığını 

başa düşdü.”

8

 



Öz  əsərini yazmamışdan qabaq M.Ə.Kazımbəy mövcud 

qrammatikaların sistem və struktur cəhətlərini dərindən öyrənir. 

Məsələn, O.Bötlingin “Yakut dilinin qrammatikası”nı yüksək 

qiymətləndirərək onun müəllifinin böyük təcrübəsini və  nəzəri 

savadını dəyərləndirir. Ondan çuvaş dilinin qrammatikasını gözləyir 

və qeyd edir ki, o qrammatikanı O.Bötlingdən başqa heç kim yaza 

bilməz.

9

 



Birinci nəşrə yazdığı ön sözdə M.Ə.Kazımbəy türk dili üzrə 

mövcud  əsərlərin yaramazlığını göstərir və vurğulayır ki, indi elə 

bir qrammatika yazmaq lazımdır ki, o, yazılma müddətində dilin 


ЫII HİSSƏ 

319 


real vəziyyətini  əks etdirsin. İlk növbədə o, təsvir olunan obyektə 

adekvat olmalıdır. Bu da o zaman mümkündür ki, müəllif təsvir 

olunan dili yaxşı bilsin. Bununla bağlı M.Ə.Kazımbəy T.Joberin 

əsərindən başqa heç bir əsəri qəbul etmədiyini xüsusi qeyd edir, 

hətta Joberin də əsərində çatışmazlıqlar olduğunu bildirir. O, bildirir 

ki, T.Joberin qrammatikası türk dilinin qrammatikası olduğu üçün 

ondan Azərbaycan dilinin tədrisində istifadə etmək olmaz, öz prin-

sipinə sadiq qalaraq bildiyi dilin qrammatikasını yazmaq düz-

gündür. Elə buna görə  də M.Ə.Kazımbəy qrammatika yazır, adını 

da qoyur “Общая  грамматиkа  турецkо-татарсkого  языkа”(tatar 

deyəndə müəllif bugünkü Azərbaycan dilinin nəzərdə tuturdu). 

Dilin funksional və sinxron təsvirindəM.Ə. Kazımbəy avro-

palılardan və ruslardan fərqli olaraq akustik-perseptiv əlamətlərdən 

çıxış edirdi. Qeyd edək ki, dünyada ilk fonetika kitabının müəllifi 

alman alimi E.Sivers

10

 fizioloji təsviri  əsas götürürdüsə, 



M.Ə.Kazımbəy real səslənmədən çıxış edir və heç vaxt səslərin 

fiziloji incəliklərinə varmırdı. 

“Qrammatikada gətirdiyim türk sözlərinin və nümunələrinin 

tələffüzündə  mən məktəb tələffüzünü  əsas götürən T.Joberin 

arxasınca getmədim,  ən yeni Konstantinopol (İstanbul-F.V., D.Ş.) 

tələffüzünü seçdim, yalnız elm adamlarının işlətdiyi çoxlu miqdarda 

ərəb sözlərini və ərəb mənşəli sözləri kənara qoydum: o sözləri və 

ifadələri bütün məktəblərə xas olan tələffüzdə verdim.”

11

 

Aydındır ki, XİX  əsrin ortalarında canlı dillərin öyrənilməsi 



hər  şeydən öncə  Şərq ölkələrində iqtisadi və  mədəni səviyyələrdə 

Rusiyanın təsirinin genişlənməsilə bağlı idi. Ona görə  də dillərin 

tədrisi türk dillərindəki real danışıq normasına maksimum yaxın 

olmalı idi.

12 

Türk tələffüz normasının xüsusiyyətlərindən danışarkən 



M.Ə.Kazımbəy yazır: “Türklərin tələffüzü ümumilikdə xoşagələn 

və ahəngdardır, xüsusilə Persiya, Yunanıstanla qonşuluqda və 

adalarda. Türklərdə  ərəblərdəki kimi tələffüzə kobudluq və  ağırlıq 

verən sərt nəfəslilik və  sərt başlanğıc yoxdur.”

 

Öz dövrü üçün bu 



çox dəyərli fikir hesab edilməlidir, çünki o zaman hələ çoxlarının 

Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

320


türk dili haqqında heç təsəvvürü yox idi. Bilmirdilər ki, bu dil 

tamam başqa bir dildir, o nə genetik, nə tipoloji cəhətdən fars və 

yunan dillərilə əlaqəli deyildir. 

M.Ə.Kazımbəyin xidmətlərindən  ən böyüyü onun səslə  hərfi 

fərqləndirməsi idi. Bu da XIX əsrin ortalarında onun olduqca 

yüksək nəzəri biliklərə malik olduğunu göstərirdi. Kazan dilçilik 

məktəbinin fərqli xüsusiyyətini qeyd edərkən bu məktəbin yara-

dıcısı  İ.A.Boduen de Kurtene yazırdı ki, səslə  hərfi fərqləndirmək 

çox vacibdir. “Bu, bəzilərinə elementar bir şey kimi görünə bilər, 

hətta bu barədə danışmaq gülməli ola bilər. Ancaq nəzərə alsaq ki, 

bəzi adlı-sanlı dilçilər bu fərqi lazımınca ayıra bilmirlər, onda 

məlum olar ki, bu heç də az əhəmiyyətli şey deyildir. Ancaq bu cür 

fərqləndirmə aparmadan dil faktlarını elmi və obyektiv şəkildə 

qarşılaşdırmaq və tədqiq etmək olmaz”.

13

 

M.Ə.Kazımbəyin öz qrammatikasında verdiyi fonetik 



qaydalar bir daha əminlik yaradır ki, o, Kazan məktəbindən xeyli 

əvvəl bu ideyanın fərqləndirilməsinin beşiyində durub.

14 

“Qrammatika”nın iki fəsli fonetikaya həsr olunub. Orada oxu 



texnikası  ətraflı  təsvir olunur, qrafemlərin birləşməsi qaydaları  və 

diakritik işarələr verilir. Onun kitabda gətirdiyi Azərbaycan və 

kipçaq nümunələri aydın göstərir ki, M.Ə.Kazımbəy real türk 

tələffüzündən çıxış edir. Misallar göstərir ki, söhbət fonetik 

alternantlardan gedir, “...onlar bir-birilərindən fonetik cəhətdən 

fərqlənir, ümumi tarixi kökləri eynidir və etimoloji cəhətdən 

qohumdurlar”

15 


(s.274). Bu cür korrespondesiyadan, yəni dillərarası 

əvəzlənmədən başqa, M.Ə. Kazımbəy həm də dildaxili əvəzlənməni 

fərqləndirir ki, bunlar da mövqe və birləşmə ilə şərtlənir. Məsələn, 

/b/ və /p/ söz sonunda və /t/ samitilə qonşuluqda /olub-olup/, 

/ibtidai-iptidai/ və s.

 

(s.7). 



Ərəb qrafikasından danışan M.Ə.Kazımbəy onların fonetik 

özəlliklərini türk dillərinin tələffüzü nümunəsində açıb göstərməyə 

çalışır, özü də bir qayda olaraq onları bir tərəfdən Avropa dilləri, 

digər tərəfdən isə türk dilləri, monqol, çuvaş  və rus dillərilə 

müqayisə edir. Axırıncılar şəxsən onun öz araşdırmalarına əsaslanır. 


ЫII HİSSƏ 

321 


Yuxarıda göstərdiyimiz birinci nəşrin girişində (s.3) alim qeyd edir 

ki, tam yeni filoloji tədqiqatların sayı 40-a qədərdir. Türk dillərinin 

rus dililə qarşılaşdırılması M.Ə.Kazımbəyin qrammatikasında 

xüsusi yer tutur. Türk dillərində udlaq samiti /h/-nın rus dilində 

qarşılığı yoxdur, ancaq ingilis dilində onun oxşarı vardır.  Şərq-

şünaslar onu ya “x”, ya da “г

ˮ qrafemilə verirlər. Halbuki onların 

heç biri farinqal samit kimi özünü göstərmir, onun aşağıdakı 

fikirlərini (s.23) cəsarətlə fonoloji mülahizə kimi dəyərləndirmək 

olar. “Rus dilində “e”, “ъ

ˮ, “юˮ və “яˮ hərflərini türk dilində /je, jer, 

ja, ju/ ilə ifadə etmək olar, onlar ikisəslidir, ancaq onları türk dilində 

/j/ kimi qəbul etməyə heç nə mane olmur. Əgər biz bu ikisəsli 

birləşməni tərkib hissələrinə bölsək, görərik ki, onların birinci 

hissəsi samitdir. Məsələn, “есть

ˮ latın şriftlərilə yazsaq olacaq /jest/, 

ingiliscə yazsaq, olacaq /yest/. Hər iki dildə /j/ və /y/ samitdir və o 

səsin /j/ ilə analogiyası deyilənin doğru olduğunu göstərəcəkdir.” 

M.Ə.Kazımbəy ingilis orfoepist Vakerdən misal gətirərək 

yazır ki, ingilis “w” və “y” qrafemləri şərq dillərindəki “ و “ və “s “ 

–  ə uyğun gəlir. Müasir dilçilik terminlərilə desək, burada söhbət 

eyni qrafemin mövqe ilə bağlı sözdə və hecada variantlardan və ya 

alloqrafemlərdən gedir. İngilis mənbəinə istinadla M.Ə. Kazımbəy 

diftonqların mahiyyətini açaraq göstərmək istəyir ki, türk dillərində 

qrafem variantlığını və eyni zamanda diftonqların Avropa dillərində 

geniş yayıldığını oxucusuna çatdıra bilsin. 

Bununla bağlı demək lazımdır ki, M.Ə. Kazımbəy qra-

femlərin fonetik şərhində dövrünün alimlərini xeyli qabaqlamış, 

yazı ilə  şifahi danışıq arasındakı  əlaqələri nəzəri cəhətdən tam 

aydınlığı ilə başa düşmüş, canlı danışığa əsasılanaraq praktik olaraq 

onların hər birinin əhatə dairəsini düzgün izah etmişdir. 

M.Ə. Kazımbəy müasir fonologiyanın  ən mübahisəli 

problemlərindən olan akustik və artikulyator baxımdan bir-birindən 

fərqlənən səslərin dil baxımından bütövlük təşkil etməsi 

məsələsinin həllinə çox yaxın olub. O deyəndə ki, nisbətən uzun və 

qısa saitlər bütün dillərdə olmasa da, dünyanın bəzi dillərində 

istisnasız olaraq işlənmə yerindən, bugünkü terminlə desək 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

322


mövqedən asılıdır haqlıdır. Doğrudan da, Azərbaycan dilində uzun 

saitlər bir qayda olaraq alınma sözlərdə vurğudan  əvvəlki hecada, 

rus dilində vurğulu hecada, alman dilində isə açıq və şərti qapalı və 

vurğulu hecalarda işlənir. Saitlərin uzun və  qısalığını onların 

işlənməsindən asılı olduğunu vurğulayan alim onları bir fonoloji 

vahidin variantları adlandırmır, heç belə terminlər də işlətmir Ancaq 

mahiyyət etibarı ilə bu izahat çox doğru  şərhdir. Bunun belə 

olmasını onun s. 30 – da verdiyi fikir təsdiq edir: “Hansı rus bilmir 

ki, “o” və “e” rus dlində müxtəlif cür deyilir: /знаk`ом,  зн`аkом, 

топ`ор, больш`ой, б`ольше, од`ин , от тог`о, eсть, ледь, в нем/. 

Onların müxtəlif vəziyyətlərdə deyilməsi üçün qaydaları kim 

müəyyənləşdirir? Yalnız işlənmələrindən onların düzgün 

tələffüzünü öyrənmək olar. ”Deməli, eyni qrafem müxtəlif dəyər 

(fonem ola bilər) kəsb edə bilər.“ Digər tərəfdən, fonem eyniliyi 

qrafem eyniliyilə müəyyən edilmir. Bunu müəyyənləşdirmək üçün

mütləq real tələffüzə müraciət etmək lazımdır. 

M.Ə.Kazımbəyin linqvistik konsepsiyasında müqayisəli-

qarşılaşdırma dilçiliyinin aşağıdakı məsələlərinə mühüm yer ayrılır: 

1. Genetik qohum və struktur baxımdan oxşar dillərin 

müqayisəsi. Buraya bütün türk dilləri, monqol və çuvaş dilləri 

aiddir. Birinci nəşrə girişin 10-cu səhifəsində o yazır: “İstər filoloji, 

istərsə  də etimoloji müqayisəli qeydlərimdə  mən müvafiq olaraq 

monqol və çuvaş dillərindən nümunələr gətirmişəm. Onlar həmin 

dillərin, xüsusilə  də birincinin türk dillərinə yaxın və uzaq 

qohumluğunu sübut üçün yetərli deyil, ancaq onlar dilçinin 

diqqətini aralarındakı mövcud çox yaxın oxşarlığa cəlb edə bilər.” 

Öz qrammatikasının müqayisəli xarakterdə olmasını o, ikinci nəşrdə 

girişdə (s.7) belə şərh edir: “Bu qrammatikada demək olar ki, bütün 

əlavələr məlum türk ləhcələrinin müqayisəli qaydalarına aiddir. 

Mənim hər hansı bir əsas qaydanı yaddan çıxarmağım çətin ki, 

olsun, ona görə  də ikinci nəşri “Общая  грамматиkа  турецkо – 

тaтaрсkого языkа“ adlandırmağım daha düzgün olardı.” 

2. Öz aralarında qohumluq əlaqələri olmayan konkret dil 

faktlarının müqayisəsi, daha konkret desək, qarşılaşdırılması. 



ЫII HİSSƏ 

323 


Burada təhlilə rus, ərəb, alman, fransız, ingilis, fars və s. dillər cəlb 

olunur. Qohum və qohum olmayan dillərə müraciət etmək türk və 

qarşılaşdırılan digər dillər arasındakı oxşarlıqları  və  fərqləri 

göstərmək məqsədi güdür. Özü də oxşarlıq və  fərq fonetik, mor-

foloji və sintaktik səviyyədə aşkarlanır. 

M.Ə. Kazımbəyin Azərbaycan, türk və başqa türk dillərinin 

qrammatik quruluşunun konkret məsələlərilə bağlı söylədiyi fikirlər 

böyük nəzəri  əhəmiyyətə malikdir. Onun nitq hissələri (9 nitq 

hissəsi fərqləndirir: isim, sifət, say əvəzlik, feil, qoşma, zərf, 

bağlayıcı  və nida), konkret qrammatik kateqoriyalarla (cins, 

kəmiyyət, hal, feilin təsrifi və şəkilləri), habelə sintaktik qaydalarla 

bağlı ümumiləşdirmələri son dərəcə  dəqiqdir. M.Ə. Kazımbəyin 

qrammatik görüşlərinin sistemi orijinaldır və  dərin elmi 

səciyyəlidir. Onu biz türk dillərinin qrammatik nəzəriyyəsinin 

işlənib hazırlanmasında cəsarətlə pioner adlandıra bilərik. 

M.Ə. Kazımbəy dilin mahiyyəti, funksiyası  və strukturu ilə 

bağlı çox dəyəli fikirlər söyləyir. Onun əsərlərinin təhlili göstərir ki, 

alim dilə sosial hadisə kimi yanaşır. “Xalqın dili, onunla onun 

anlayışları ilə birlikdə inkişaf edir, onun həyatının xarici və daxili 

şərtlərilə  zənginləşir, onun maarifçilik yolunda öz uğurları ilə 

təkmilləşir”

(s.120). O yazır ki, dilin iki elementi var: biri zahiri 



təsəvvürlərin ifadəsi, o birisi daxili mənəvi həyat ideyalarının 

ifadəsi, özü də birinci dilin zənginliyini, ikincisi isə xalqın 

maariflənməsini bildirir (yenə orada). Bu, dilin materialist təlimilə 

səsləşir, yəni dil forma ilə məzmunun vəhdətidir. 

M.Ə.Kazımbəyin əsərində “dilin özgürlüyü, dil qanunu, xalq 

ruhu” anlayışlarına tez-tez rast gəlmək olur. “Öz ruhuna, dil 

strukturunun xüsusi formal qanunlarına hər şeyi, dilin hansı əlaqədə 

olursa-olsun başqa dildən götürdüyünü özünə tabe etdirmək 

zəruriliyinin dərk olunması dilin özgürlüyü kimi başa düşülməlidir. 

Bu zaman dilçilik sistemində mübarizələr və çevrilişlər olur, ancaq 

dilin özgürlüyü onda tanınır ki, xalq ruhu bütün çətinlikləri dəf edir 

və yalnız öz daxili qanununa söykənir.”

(s.120). Onun dillərin 



özgürlü və qeyri-özgürlü bölgüsü çox maraqlıdır. Birinciyə daxili 

Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

324


güc xasdır, o, qohumluq xüsusiyyətlərinə, onların sərhədlərinə daxil 

olan hər  şeyi öz iradəsinə tabe edir. Misal olaraq M.Ə.Kazımbəy 

yunan məktəblərində latın, latın məktəblərində alman və Avropa 

məktəblərində rus dilini daxil edir. Qeyri-özgür dillər isə ruhun 

zəifliyilə səciyyələnir. O, əcnəbi dilin təsiri altına düşərək, “nəinki 

onun sözlərini, söyləmlərini, danışıq tərzini qəbul etməyə  məcbur 

olur, həm də böyük anlamda həvəslə onun təsiri altına düşür, 

xarakterinə uyğunlaşır, hətta öz xarakterini əcnəbi dilə təslim edir” 

(s.120). Bunlar ilk vaxtlarda Avropada alman, Asiyada çin dilləri 

istisna olunmaqla canlı xarici dillər olur. 

M.Ə. Kazımbəy rus dilini özgür və  zəngin dil hesab edir. 

“Rus dilinin tərkibinə daxil olan bütün əcnəbi sözlər ümumiyyətlə 

az və ya çox dərcədə müstəqil dillərdə olduğu kimi tamamilə onun 

öz qaydalarına və qanunlarına tabe olur: isimlər rus şəkilçiləri qəbul 

etməklə hallanır,  şəkilçi hansı cinsə aiddirsə, isim də o cinsə aid 

olur, kişi cinsi qadın və orta cinsli və əksinə olur. 

Hallanmayan xarici adlar (“e”, “y”, “o”, “ю

ˮ  şəkilçiləri) 

hələki mənimsənilməyib, necə deyərlər, rus xalqına xas olan 

dözümlülük qanununa görə qonaq kimi qalırlar. Xarici dillərin 

feilləri isə rus xarakterini tam qəbul edirlər, hətta bəzən onların 

mənşəinə şübhə etmək olmur”

(s.2). 


M.Ə. Kazımbəy mənbə və informasiyanı saxlayan dilə böyük 

əhəmiyyət verir. “Çoxdan sübut olunmuşdur ki, xalqın qədimliyini 

öyrənərkən həqiqəti əldə etmək üçün dillərin tədqiqindən yaxşı heç 

nə ola bilməz: bu, nadanlıq labirintində gizlənmiş biliklər 

xəzinəsinə çatmaq üçün yeganə yoldur

9

 (s.246) . 



Dilin leksik layın öyrənilməsi üzrə M.Ə.Kazımbəyin irəli sür-

düyü tələblər bu gün də aktual və müasirdir. İmperator Aka-

demiyasının Etnoqrafiya bölməsinin sədri N.İ.Nadejdinə yazdığı 

“Rusiyada yerli türk ləhcələri tərəfindən alınmış rus sözlərinin 

etnoqrafik tədqiqi” adlı məqaləsində həmin bölmədə qəbul edilmiş 

dil leksikonunun öyrənilməsi üçün bir sıra  şərtlər irəli sürürdü. 

M.Ə. Kazımbəy Rusiyada yerli türk dillərinin öyrənilməsini təklif 

edərək türklərin ruslardan və qonşulardan  əxz etdiyi sözlərin 



ЫII HİSSƏ 

325 


toplusunu tərtib etməyi təklif edirdi. Bu işlə  məşğul olanın tatar 

dillərini yaxşı bilməsini lazım bilir və  məsləhət görürdü ki, tatar 

dilini yaxşı bilən müəllim bu işə cəlb olunsun. Bu zaman o İrkutsk, 

Omsk, Orenburq, Həştərxan, Kazan və Simbirski nəzərdə tuturdu. 

Sözlüyün tərtibi rus dilində əlifba sırası ilə transkripsiyada düzgün 

tatar tələffüzündə olmalı idi. Mübahisəli məsələlər və etimologiyası 

məlum olmayan sözlər qeyd olunmalıdır. Sonra etnoqrafik bölmə 

sözlüyü bir-iki nəfər üzvünə verməlidir ki, onları işləsinlər. Danışıq 

dilinə daxil olmayan sözlərdən imtina etməyi məsləhət görürdü. 

Nəzəri cəhətdən o burada 3 məsələni xüsusi qeyd edirdi: 

1. Bütün türk dillərinin hamısında rast gəlinməsi; 

2. Heç də bütün ləhcələrdə deyil, yalnız bir neçə quberniyada 

işlənən sözlər; 

3. Dəqiq etimologiyası təyin olunmamış şübhəli sözlər. 

Axırıncı punktla bağlı etnoqrafik bölmənin üzvləri fikirlərini 

səhifəaltı qeydlərdə bildirə bilərlər. 

M.Ə.Kazımbəy dildə real mövcud olmayan şeyləri nəzərə 

alan tədqiqatçıları, o cümlədən Joberi və Vigyeni tənqid edirdi. 

“Alim-müəllif (söhbət T.Joberdən gedir – F.V., D.Ş.) həqiqətən türk 

dilinin qrammatikasının əsaslarında çox şeyi nəzərdən qaçırır, ancaq 

bu dilin qramatikasına aid olmayan şeylərdən danışır. Türk dilini 

bilən bu layiqli alimin dərin biliklərinə məndə tam əminlik olmaqla 

bərabər, onun qrammatikasında çox tez-tez rast gəlinən səhvləri əsər 

üzərində işləyərkən tələsməsilə izah edirəm.”

10 

(s.6). 


Vigye türk dilində ismin 12, feilin isə 10 şəklindən danışır, 

“bu zaman o yalnız bütün canlı dillərdə sıx-sıx müşahidə olunan və 

həmişə  səslərin harmoniyasının nəticələri olan ən xırda  şəkilçi 

dəyişikliklərinə əsaslanır. Cənab Vigye belə çoxsaylı bölgüdən qaça 

bilməzdi, çünki o, türk dilinin səslərinin qrammatikasını yazıb, o 

səsləri yad dilin qrafemlərilə verib. Bu yolla o, rus dilində 10-dan 

çox hal və 12-dən çox feil şəkli tapa bilərdi”

11

 (s.153). 



Belə geniş diapazonlu alim olan M.Ə.Kazımbəyin tarixi yerini 

dünya dilçilik elmi işığında araşdırmaq lazımdır. Onun linqvistik 

görüşlərinin nəzəri  əsaslarının müvafiq şərhlərlə  işlənib hazır-


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

326


lanması, həmçinin onun dilçilik əsərlərini Azərbaycan dilinə  tər-

cümə edilib çap olunması bu, gözəl insanın, Rusiya, İngiltərə  və 

Danimarka akademiyalarının üzvü olmuş ilk azərbaycanlının 

xatirəsinin əbədiləşdirilməsi üçün böyük xidmət olardı. 

Burada F.Veysəllinin və D.Şabanqızının məqaləsi bitir. Qeyd 

edək ki, M.Ə.Kazımbəyin “Qrammatika”sının Azərbaycanda 

linqvistik fikrinin inkişafında rolu böyük olmuşdur. Azərbaycanın 

görkəmli dilçisi Y.M.Seyidov Azərbaycan qrammatikasında sin-

taksisin, o cümlədən söz birləşmələrinin öyrənilməsində M.Ə.Ka-

zımbəy qrammatikasının rolunu xüsusi qeyd edir.

12



K.Abdullanın rəhbərliyi altında bu yaxınlarda çapdan çıxmış 



“Mürəkkəb sintaktik bütövlər”  əsərində  mətn dilçiliyindən danı-

şanda o, M.Ə.Kazımbəyin bu sahədəki  əvəzsiz roluna toxunaraq 

yazır ki, o öz fundamental qrammatikasında bu ideyaya lap yaxın 

olub. “Türk dilində başqa şərq dillərindən fərqli olaraq geniş işlənən 

nahamarlığı aradan qaldırmaq üçün (vergül işarələrinin və baş 

hərflərin olmaması nəzərdə tutulur – K.A.) türklər kitab dilində çox 

uzun bütövlər yaradan cümlə  və söyləm birləşmələri üçün tez-tez 

bağlayıcılardan, feil bağlamalardan, feili sifətlərdən və digər nitq 

hissələrindən istifadə edirlər” (s.505-506). Bunu şərh edərək 

K.Abdulla yazır: “Göründüyü kimi, M.Kazımbəy müxtəlif qram-

matik vasitələrlə yaranan bütövdən danışır, bu bütövün kitab 

dilində, yəni  ədəbi dildə tez-tez işlənməsinin  əhəmiyyətini 

vurğulayır. Böyük dilçinin danışdığı bu bütöv fraza fövqü vahiddir, 

mürəkkəb sintaktik bütövdür. M.Kazımbəy  ən azından intuitiv 

olaraq belə bir vahidin olmasını qeyd edib. Əslində biz türkolo-

giyada, o cümlədən Azərbaycan dilçiliyində  mətn dilçiliyinin 

öyrənilməsini bu fikirdən başlaya bilərik”. 

 



Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə