Elmи мяъмуяси


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT



Yüklə 3,55 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix05.05.2017
ölçüsü3,55 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

Cebecioğlu Ethem. Tasavvuf terminləri və deyimləri sözlüğü. “Anka” 



yayınları, Ankara, 2004 

Cəfərzadə Əhməd, Qəniyev Seyfəddin. Şamaxı. Bakı, 1994 

Hüseynov Sadıq, Seyid Əzim Şirvani. Bakı, 1987 

Hüseynov Sadıq. S.Ə. Şirvaninin yaradıcılıq yolu. Bakı, 1977 

Köçərli Firudin. Azərbaycan ədəbiyyatı. Bakı, 1981 

Qasımzadə Feyzulla, XIX əsr Azərbaycan  ədəbiyyatı tarixi. Bakı, 1966. 

Qurani Kərim, (Azərbaycan dilində  tərcümə, tərcüməçilər: Bünyadov, 

Z.M, Məmmədəliyev, V.M) Qismət. Bakı, 2004 

Şirvani Seyid Əzim, Əsərləri. 3 cilddə. Bakı, 1974 

 

 



 Ruslan AĞAYEV 

190 


 

РЕЗЮМЕ 

 

Сейид  Азим  Ширвани,  является  одним  из  выдающихся 

Азербайджанских  поэтов,  который  жил  и  творил  в  ХIХ-ом  веке. 

Многие его произведения имеют религиозное содержание. Именно эти 

произведения  С.  А.  Ширвани  нуждаются  в  серьезном  научном 

исследовании.  В  этой  статье  читатель  сможет  найти  информацию  о 

религиозных  произведениях  С.  А.  Ширвани,  который  несмотря  на  то 

что  был  настоящим  мусульманским  поэтом,  в  советское  время 

пропагандировался как поэт – атеист. 

 

 



RESUME 

 

Seyid Azim Shirvani was one of the Azerbaijan poets who lived in XIX 

century and left a rich literary heritage after him. His Works ore enriched 

with religious motives. Having various creations the religious motivies in 

S.A. Shirvari’s Works ought to be especially investigated. In his article, 

characterising as the atheist poet in Soviet literature, the religious motivated 

Works by S.A. Shirvani, were slightly lighed up. It is also considered that he 

was a true mosleum and the didn’t have any attention with atheism. 



 

Dini epistemologiya 

191 


 

 

DİNİ EPİSTEMOLOGİYA 

 

Nəbi MEHDİYEV 

 

 

1. MÜQƏDDİMƏ: DİNİ EPİSTEMOLOGİYANIN MAHİYYƏTİ 

Yahudilik, Xristianlıq və İslam kimi dinlər, hər şeyi yaradan mükəmməl 

bir varlıq (Tanrı) iddiasında olublar. Bu təkcə bir iddia deyil, eyni zamanda 

bütün inancların yenə eyni iddia üzərinə inşa edildiyi bir təməldir. Tanrı 

inancının epistemik dəyəri, inanandan başqa qarşısındakını  hərəkətə 

keçirmiş və bu hərəkət dini ifadəsini “inancsızlıqda” tapmışdır. İnancsızların 

fərqli inanışları ya da birbaşa Tanrının varlığının isbat edilməsinin 

lazımlığını iddia etdiklərinə görə teist dinlər Tanrının varlığını isbat etməyə 

çalışıblar. İsbat mövzusunda ateistik münaqişələrin tarixi gedişi və bugünkü 

nəticələri son dövrlərdə müxtəlif cəhətləri ilə incələnərək ortaya qoyulub.

1

 

Lakin bizi burada maraqlandıran ateistik meydan oxuma və bununla əlaqəli 



teist cavabların tarixi gedişi və şəkillənməsindən başqa müasir din fəlsəfəsi 

disiplini çərçivəsində epistemolojik yöndən Tanrının varlığını isbatlama 

cəhdləri və metodlarıdır. 

Son bir necə on il içərisində inkişaf edən və din fəlsəfəsi münaqişələrində 

mühüm bir yer tutan dini epistemologiyanın mövzusu, əsasən Tanrı inancı 

                                                 

1

  Qədim dövrdən bugünə  qədər inancsızlığın müxtəlif  şəkilləri haqqında birbaşa 



filosofların mətnlərini əsas alaraq geniş bir tarixi prispektiv təqdim eden tədqiqat 

üçün bxn: J. C. A. Gaskin, Varieties of Unbelief:From Epicurus to Sartre, (New 

York, Macmillan Publishing Company, 1989) yenə eyni tərzdə hazırlanan və 

xüsusilə  Tərəqqi dövrü filosofları  mərkəzə alınaraq müasir ateizmin təməllərini 

yaratmağı hədəfləyən əhatəli bir əsər üçün bxn: Michael J. Buckley, At the Origins  

of modern Atheism, (New Haven: Yale University Press, 1987) müasir ateizmin  

epistemolojik, teolojik, əxlaqi və s. sahələrini mövzu olaraq ələ alan əsərlər üçün 

bxn.: Peter A. Angeles, Critiques of GodMaking the Case againist Belief in God 

(New York: Prometheus book, 1997) və Michael Martin, Atheism: A 



Philosophical Justification, (Philadelphia: Temple University Press, 1990). 

 Nəbi MEHDİYEV 

192 


olmaqla dini inancların rasional olub-olmadığı sualıdır.

2

 Bu müstəvidə 



rasionalizmin imkanları xaricində Tanrının var olub olmadığı epistemik bir 

məna ifadə etməz; başqa bir sözlə Tanrının varlığı epistemik iddialarımızla 

mütənasibdir. Digər tərəfdən, din fəlsəfəsindəki epistemolojik yanaşmalar 

epistemolojidəki münaqişələrdən qaynaqlansa da elmin ifadəsi (tərifi), doğruluq 

və əsaslandırma kimi spesifik mövzulara girməməsi ilə birgə Plantinganın ifadə 

etdiyi kimi, epistemik ön qəbullardan hərəkətlə dini inanclarla bağlı biliyin 

mümkün olub olmadığı kimi mühüm bir sual üzərinə yönəlir.

3

 Bundan hərəkətlə 



dini epistemologiyanın ,din fəlsəfəsinin  əsas müvzularının epistemik bir 

dəyərləndirilməsini təqdim edən epistemologiyanın deyil, din fəlsəfəsinin bir alt 

başlığı olduğunu deyə bilərik. Ümumi olaraq dini epistemologiya ,birbaşa dini 

inancların rasional olduğunun göstərilməsindən əlavə bu inancın rasional olaraq 

müzakirə edilə biləcəyi bir sahədir.

4

 



 

2. ƏSAS EPİSTEMOLOJİK MÖVQELƏR 

Dini Epistemologiya içərisində, dini inancların rasionallığını müzakirə 

edən bir çox epistemolojik yanaşma mövcuddur. R.D.Geivett və 

B.Sweetman,  Contemporary Perspectives on Religious Epistemology (Dini 

epistemologiya haqqında müasir görüşlər) adlı  əsərində altı  təməl 

epistemolojik yanaşmadan söz edilir. (1) Ateizm, (2) Wittgensteinçi 

Fideizm, (3) Reformçu Epistemologiya, (4) Təbii Teologiya, (5) Dini 

                                                 

2

 Douglas Geivett, Brendan Sweetman, “Introduction”, Contemporary Perspectives 



on Religious Epistemology, ed. R. Douglas Geivett, Brendan Sweetman, (New 

York: Oxford University Press, 1992), s. 3. Din fəlsəfəsi, dini inanclar arasındaki 

uygunluq və ya müəyyən bir dinin digər din ya da dünya görüşləri ilə təsirlənməsi 

kimi öz xüsusi problemləri ilə birgə metafizik, epistemologiya və əxlaq kimi fərqli 

disiplinlərdən də istifadə edir. Buna görə dini biliklərin qaynağı  və ya 

əsaslandırılması ilə  əlaqəli problemlər, epistemolojik münaqişələrdən bəsləndiyi 

üçün D. Geivett və B. Sweetman tərəfindən “dini epistemologiya” ya da M. 

Peterson və dostlarının ifadəsiylə “dini inancların epistemologiyası” olaraq 

adlandırılır. (bxn.: Michael Peterson, William Hasker, Bruce Reichenbach, David 

Basinger,  An Introduction to the Philosophy of Religion: Reason and Religious 



Belief, (New York: Oxford University Press, 1991), s. 7-8). 

3

 Alvin Plantinga,”Religion and Epistemology”, Routledge Encyclopedia of 



Philosophy, ed. Edward Craig (London and New York: Routledge, 1998), s.209. 

4

 M.W.F. Stone , “Philosophy of Religion”, Philosophy 2 :Further Through the 



Subject, ed. A. C. Grayling, (Oxford: Oxford University Press, 1998). s.331. 

Dini epistemologiya 

193 


inanclara ehtiyatlı yanaşma və (6) Dini təcrübə.

5

 Burada ilk əvvəl ateizmin 



ələ alınması diqqətə laiqdir: belə ki, dini epistemologiyanın təkcə dini 

inancların rasionallığının müzakirə olunduğu bir sahə kimi göstərilməsində 

epistemolojik yanaşmaların ateizm və teizm kimi bir-birindən fərqli 

münasibətlər olaraq dəyərləndirilməsi mövcud deyil. Bu məsələ, eyni 

zamanda dini epistemologiyanı  fəlsəfi teologiyadan fərqləndirən  ən  əasa 

xüsusiyətdir.

6

 Geivett və Sweetman, bir-birinə zid münasibətlər olaraq 



varlığını davam etdirən bu iki təməl baxış tərzindən yola çıxaraq, ilk əvvəl 

ateizmi, daha sonar da bu epistemolojik yanaşmaya bir cavab mahiyəti 

daşıyacaq  şəkildə digər teistik yanaşmaları mütaliə edirlər. Dini 

epistemologiyanın sistemliliyi yönündən görüşlərini diqqətə aldığımız digər 

yazıçı M.W. F.Stone, ”Philosophy of Religion” (Din Fəlsəfəsi) adlı yazısının 

dini epistemologiya hissəsində Geivett və Sweetmanin istifadə etdiyi 

sinifləndirməyə yaxın bir yol tutması ilə birgə ateizmi, ayrı bir başlıq olaraq 

deyil, teistik yanaşmaların bir qarşı arqumentı olaraq mütaliə edilir.

7

 Bu 


yazıçıların istifadə etdikləri sinifləndirmə, xüsusilə A.Plantinganın məşhur 

“Reason and Belief in God” (Ağıl və Tanrı inancı ) adlı yazısında dəlilçi 

meydan oxumanı mərkəzə alaraq buna qarşı ola biləcək teistik cavabları ələ 

aldıqdan sonar daha da yayılmışdır.

8

 Dini epistemologiyanın son dövrdə 



yaranan bu təməl çizgisindən yola çıxaraq, biz də burada dini epistemologiya 

modelini ateistik meydan oxuma və bu meydan oxumaya qarşı verilən teistik 

cavablar  şəklində sistemləşdirməyə çalışacayıq. Lakin Geivett və 

                                                 

5

 Douglas Geivett, Brendan Sweetman (ed.), Contemporary Perspectives on 



Religious Epistemology, (New York: Oxford University Press, 1992). 

6

 Douglas Geivett ,Brendan Sweetman ,”Introduction “,Contemporary Perspectives 



on Religious Epistemology,s. 5. 

7

 M. W.F. Stone , “Philosophy of Religion”, Philosophy 2: Further Through the 



Subject, s. 331. 

8

 Alvin Plantinga , “Reason and Belief in God “, Faith and RationalityReason and 



Belief in God ,s. 16-93 . Ateistik və ya dəlilçi meydan oxumanı əsas alaraq əlaqəli 

teistik iddiaların bu meydan oxumaya bir cavab şəklində  dəyərləndirən din 

fəlsəfəsi sahəsindəki nümunə  mətnlər üçün bxn.: Wlliam J. Wainwright, 

Philosophy of Religion, (California: Wadsworth Publishing Company, 1988) 

Ronald H. Nash, Faith and Reason:  Searching for a Rational  Faith, (Grand 

Rapids: Zondervan, 1988) və Kelly James Clark ,Return to Reason: A Critique of 

Enlightenment Evidentialism and a Defense of Reason and Belief in God (Grand 

Rapids: William B. Eerdmans Publishing company,2001). 



 Nəbi MEHDİYEV 

194 


Sweetmanin modelindən fərqli olaraq teistik cavabları üç hissədə  ələ 

alacayıq (1) Təbii Teologiya (2) Fideizm (3) Reformçu Epistemologiya. 

 

2.1. Ateistik Meydan Oxuma 

Bir yaşam və ya düşüncə  tərzi olaraq ateizmin bir çox ictimai və  fərdi 

səbəblərindən və buna bağlı olaraq müxtəlif  şəkillərindən bəhs edilə bilər; 

lakin epistemolojik dəyərləndirməyə bağlı olaraq ateizmin daha çox müxalif 

və ya meydan oxuyucu təbiəti önə çıxır. Bu cəhətdən ateizmin dini inanclara 

qarşı bir meydan oxuma olduğunu deyə bilərik. Dəlilçi bir üsuldan istifadə 

etdiyi üçün bu yanaşma bəzən ateistik dəlilçilik və ya müntəzəm dəlilçi 

meydan oxuma olaraq da adlandırılır. 

9

 

Din fəlsəfəsi ətrafında ateistik meydan oxumanı hərəkətə keçirən mühüm 



hadisələrdən biri, William K.Cliffordun (1845-1879) ”The Ethics of Belief” 

(İnanma əxlaqı) adlı yazısı olmuşdur. Bu yazısında bir dəlilə əsaslanmadan 

hər hansı bir şeyə inanmağın  əxlaq problemi olduğunu iddia edən Clifforda 

görə, bütün cavabdehliklərimiz bir bütünlük ərz edir, qanunun hamısını 

qəbul edən kəs bir yerdə  səhv etdiyi zaman bütünlüklə günahkar vəziyətə 

düşər. Qisaca, hər nə zaman və harada olursa olsun bir kəsin məhdud dəlilə 

əsaslanaraq hər hansı bir şeyə inanması səhvdir. 

10

 



Bu iddianın diqqət çəkən yanı, mənfəətsəl olmayan inancları  təcrid 

etməsi və ya məhdud dəlillərə dayanan inancları  əsaslandırıla bilməyən 

deyil, səhv inanclar olaraq adlandırmasıdır; çünki əks halda mənfəətsəl 

                                                 

9

 Yeri gəlmişkən, Ronald H.Nash, ateistik meydan oxumanı “dəlilçi meydan oxuma” 



olaraq adlandırılır. (bxn: Faith and Reason: Searching for a Rational Faith, s.69); 

dəlilçiliyin sadəcə ateizmə aid bir yanaşma olmadıgından və meydan oxumanın 

keyfiyyətindən  başqa işlətdiyi usual işarət etdiyi üçün bu tərif əksik qalır.Beləki, 

dəlilçılik bir-birindən çox uzaq nəticələr dilə  gətirən fərqli mövqelərin 

üzərindəittifaq etdiyi bir üsuldur. Konyndykın “Oxford dəlilçiləri” olaraq 

adlandırdığı  fəlsəfəçilərdən bəziləri teizmin kifayət qədər dəlillərlə 

dəstəklənmədiyini bəziləri teizmin rasional olaraq isbatlana biləcəyini ,bəziləri də 

teizm və ya ateizmin lehində uyğun bir gərəkçə olmadıgını söyləmişlər. 

(bxn:Kenneth Konyndyk,”Evidentialist Agnosticism”, Religious Studies

(Cambridge: Cambridge University Press, 1991)cild27, say 3, s. 319.)Bu halda 

daha  əhatıli olduğu keyfiyyəti önə  çıxdığı üçün bundan sonar bu yanaşmaları 

“ateistik meydan oxuma”olaraq adlandıracayıq. 

10

 William K,Clifford, “The Ethics of Belief”, The Rationality of Belief in God, ed. 



George I. Mavrodes, (Englewood Cliffs, N.J.: Prentice-Hall,1970), s.159. 

Dini epistemologiya 

195 


inancların məhdud dəllillərə dayanaraq əsaslandırıla bilməyəcəyi hərkəs 

tərəfindən qəbul edilən bir məsələdir. Cliffordun bu iddiasını dini inanclara 

tətbiq etdiyimizdə,

11

 eyni zamanda ateistik meydan oxumanı  tərif etmiş 



olarıq: ”Dini bir inanc, təkcə inananın o inanc üçün kifayət edəcək bir dəlil

arqument və ya səbəb təqdim etdiyi təqdirdə rasional bir inanc ola bilər.”

12

 

Lakin ateistik meydan oxuma dəlilçiliyin digər növlərindən daha çox 



qarışıqdır. Ateistlər tərəfindən Tanrının varlığının isbatı mövzusunda, isbat 

məsuliyətinin teizmə aid olduğunu, teistik dəlillərin məhdud qaldığı  və bu 

vəziyyətdə  məcburi olaraq ateizmin keçərli olduğu və  hətta Tanrının var 

olmadığını isbatlayacaq bir çox dəlillərin olduğu  şəklində iddialar ortaya 

atılıb. Ateistik meydan oxumanın bu qarışıq tərkibini başa düşməkdə  pozitiv 

ateizm və neqativ ateizm fərqləndirilməsinin mühüm bir yeri var.

13

  Neqativ 



ateizm, özü hec bir müsbət iddiada olmadan isbat etmə cavabdehliyinin 

teizmə aid olduğunu söyləyir. Pozitiv ateizm isə teizmin var olduğunu iddia 

etdiyi Tanrının var olmadığını isbatlamağa çalışır. Ateizmin bu iki şəklini 

birləşdirən və neqativ ateizmdən pozitiv ateizmə keçişi təmin edən mühim 

bir məsələ isə  hər ikisinin də Tanrı inancına aid təqdim olunmuş teistik 

arqumentların keçərsiz olduğunu iddia etmələri və  bəzən bu arqumentları 

yox etmə sahəsində göstərdikləri cəhdlərdir. 

 

2.2 Təbii Teologiya 

Təbii teologiya, ümumi mənasıyla rasional izahlarla aləmdən Tanrıya və 

ya Tanrının təsirlərindən Tanrıya getməyi, xüsusi mənasıyla isə müəyyən bir 

                                                 

11

 Cliffordın özü inanma əxlaqı  məqələsini(tezi) dini inanclara tətbiq etməmişdir. 



Peter Van Inwagenə görə çoxu din fəlsəfəçiləri tərəfindən bu məqalənin sadəcə 

dini inanclara tətbiq etmə  cəhdləri səhvdir.Yeri gəlmişkən,Marksizm vəya 

Freudianizm kimi daha çox əsaslandırmağa möhtac doktrinlər üçün eyni təqidlər 

edilmir.(bxn:Peter var Inwagen ,”Clifford”sPrinciple “,Faith and Reason,ed. Paul 

Helm,(Oxford:Oxford University Press,1999).s.370-372).Lakin ,Cliffordun dini 

inanclara işarət etməməsi “inanma əxlaqı “tezinin dini inanclara tətbiq 

olunmayacağı  mənasına gəlməz,bi tezin “din fəlsəfəsi başlıgı altında 

işıqlandırılmasının təməl səbəblərindən biri də “hər hansı bir şeyə inanma “ 

ibarəsinin dini inanclar daxil bütün inanclarımızı əhatə etməsidir. 

12

 Kelly James Clark, Return to Reason, s.3 



13

 Pozitiv/neqativ ateizm ayrımı mövzusunda təfərrüatlı məlumat üçün bxn: Michael 

Martin Atheism: A Philosophical Jistification, (Philadelphia: Temple University 

press, 1990). 



 Nəbi MEHDİYEV 

196 


cəmiyyətin inancının bir təzahürü olan vəhy və ya hər hansı bir avtoritetə əl 

atmadan təbii yollardan Tanrının biliyinə (elminə) çatmağı ifadə edir.

14

 Təbii 


teologiyanı müdafiə edənlər, bir mənada “isbat iddiaçıya aiddir”qaydasına 

görə iddiaçı olduqları üçün Tanrının varlığının rasional olaraq əsaslandırıla 

biləcəyini iddia ediblər.

15

  Epistemolojik bir ifadə ilə desək, təbii teologiya 



cəhətindən Tanrı inancı özlüyündən açıq (self-evident) bir inanc və bu 

səbəblə  təməl bir inanc deyil. Özlüyündən açıq olmayan bir inancın biliyə 

çevrilməsi üçün hər hansı bir əsasa dayanması məcburiyyətini nəzərə alsaq, 

tanrı inancının da əsaslandırılması lazım olduğu nəticəsinə çatmağımız çətin 

olmayacaq. Bu səbəblə, təbii teologiya tərəfdarlarının Tanrı inancının 

epistemik statusunu müəyyən etməkdə davamlı bir dəlil axdarışı içində 

olduqları bir ideal olaraq qəbul edilir.

16

 



Fəlsəfə tarixində klassik mənada “təbii teologiya” tərifi ilə birgə “fəlsəfi 

teologiya”

17

 olaraq adlandırılan və  Tərəqqi dövrünə  qədər təsirli olan bu 



yanaşma D. Hume və I. Kantın tənqidləri nəticəsində mühüm ölçüdə güc 

itirib. Dinə yönəldilən tərəqqiçi tənqidlərin təbii nəticəsi olaraq XIX 

yüzilliyin ikinci yarısı və XX yüzilliyin ilk yarısında təsirli olan şübhəçi və  

                                                 

14

 Eugene Thomas Long , “Introduction: Prospects for Natural Theology”, Prospects 



for Natural Theology, ed. Eugene Thomas Long, (Washington D. C.:The Catholic 

University of America Press,1992), s. 2. 

15

  Təbii teologiyanın təqdim etdiyi bu dəlilçi mövqenin kökləri,əsaslandırma 



teoriaları arasında mühüm bir yer tutan klassik təməlçilikdə yer alır. (bxn.: Ronald 

H. Nash, Faith and Reason: Searching for a Rational Faith, s.93-94) 

  “Reformçu  Epistemologiya”  bəhsində xüsusilə A. Plantinga və  W P. Alstonun 

tənqidlərindən hərəkətləklassik təməlçiliklə  əlaqəli münaqişələr üzərində 

təfərrüatlı bir şəkildə duracağımız üçün burada sadəcə bu məsələni bildirməklə 

kifayətlənirik. 

16

 M.W.F. Stone , “Philosophy of Religion”, Philosophy  2: further Through the 



Subject, s.332. 

17

 Fəlsəfi teologiya və ya fəlsəfi teizm ,bəzən din fəlsəfəsinin  alt bölməsi olan təbii 



teologiya mənasında mütaliə edilsə də (bxn.: D. Z. Phillips, Timothy Tessin (ed.) 

Philosophy of Religion inthe 21st Century (Hampshire, Palgrave, 2001) ibarənin 

linqvistik izahları  və Tanrının varlığı ,sifətləri yaradılış,müəyyən teologilərin 

xüsusi mövzuları kimi münaqişələrə baxdıqda ,bu sahəni din fəlsəfəsindən başqa 

teologiyanın alt sahəsi olaraq görmək lazım olduğunu söyləyə bilərik.bu sahədə 

fəlsəfi teologiya ilə əlaqəli giriş mahiyyəti daşıyan bir tədqiqat üçün bxn.:Thomas 

V.Morris,Our Idea of god :An Introduction to Philosophical Theology

(Vancouver: Regent College Publishing, 2002). 


Dini epistemologiya 

197 


pozitiv qənaətlər, dini inancların rasional ola biləcəyi düşüncəsinin tamamilə 

əhəmiyyətini itirməsinə yol açıb. Ateistik meydan oxumanın belə bir 

zəmində ortaya çıxdığını  və elmi sahədəki yüksək inkişafdan güc alaraq 

sadəcə Tanrının varlığının klassik deduktiv arqumentların zəif olduğunu 

iddia etməklə qalmayıb eyni zamanda Onun var olmadığını da isbatlamağa 

çalışdıqlarını daha əvvəlki hissədə mütaliə etməyə çalışdıq. Lakin 1960-ıncı 

ildən etibarən elmiliyin özünün müzakirəyə başlanmasına paralel olaraq artıq 

pozitivist axımların rəğbət görməməsilə dini düşüncənin qarşısındakı 

maneələrin qalxdığı və hətta fəlsəfi teoloji münaqişələrində bir canlanmanın 

yaşandığı görülür.

18

 Bu zaman içində elm qarşısında dinin də yumşalması və 



ya dini inancların da elmiləşməyə başlaması James Ross tərəfindən fəlsəfi 

teologiyaının geri dönüşü olaraq keyfiyyətləndirilir.

19

  

Fəlsəfi teologiya və ya təbii teologiyanın geri dönməsi, bir tərəfdən Tanrı 



inancının rasionallığını  təmin edən bir çox keçərli arqumentın olduğu, digər 

tərəfdən isə pozitiv ateizmin, Tanrının varlığının əleyhinə irəli sürdüyü pislik 

problemi arqumqnının keçərsiz olduğu şəklindəki epistemolojik iddiaları özü 

ilə  gətirmişdir. Təbii teologiya müdafiəçiləri arasında Richard Sinburne, 

William Lane Craig, Dallas Willard, Robert M.Adams kimi adlar göstərilir.

20

 



Bu və burada adı keçməyən filosofları birləşdirən xüsusiyyət teistik arqumen-

tın tərəqqi ilə birlikdə sona çatdığı şəklindəki iddianı rədd etmələrindən başqa 

Tanrının varlığının klassik arqumentlarını yenidən  şəkilləndirmiş  və yeni 

istidlali arqumentlər inkişaf etdirmiş  və ya bu arqumentlərin cəminin bizi 

müəyyən bir nəticəyə götürəcəyini söyləmiş olmalarıdır.

21

 



                                                 

18

 WIlliam J. Wainwright, “Philosophical Theology at the End ofof the Century”, 



Philosophy of Religion in the 21st Century, s.21.  Bu yazısında Wainwright,eyni 

zamanda Basil Mitchell və  John  Hickin  başda Antony Flew  olmaqla dini 

inancların mənasızlığını iddia edən filosoflara yönəltdikləri teistik cavablar və 

hətta, Hume və Kantın tənqidin ciddi incələmələrə qarşı çıxa bilməyəcəyinin yeni 

bir olmasına baxmayaraq səbəb olduğunu irəli sürmüş  və bunu Swinburne 

misalında əsaslandırmağa çalışmışdır. 

19

 James Ross , “Reason and Reliance: Adjusted Prospects for Natural Theology” 



Prospects for Natural Theology, s.58. 

20

 R. Douglas Geivett, Brendan Sweetman, “Introduction”, Contemporary 



Prespectives on Religious Epistemology, s. 11 

21

  Bəzən fərqli epistemolojik mövqelərə sahib olmalarına baxmayaraq təbii 



teologiyaya  əlavələr edən filosoflara rast gəlmək də mümkündür. Bu filosoflar 

arasında xüsusilə Norman Malcolm və Alvin Plantinganı zikr etmək lazımdır. 

 

1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə