ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix31.01.2017
ölçüsü2,55 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   23


 
 
ġƏMĠSTAN NƏZĠRLĠ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TOPOQRAF – GENERAL 
ĠBRAHĠM AĞA 
VƏKĠLOV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – “ZAMAN” – 2002 
 
 


 
 
Elmi redaktoru:   Qərib Şamil oğlu Məmmədov  
                            Azərbaycan Milli Elmlər  
                            Akademiyasının müxbir üzvü,  
                            biologiya elmləri doktoru, professor. 
 
Üz qabığında Ġ.Vəkilovun tərtib etdiyi milli xəritədən istifadə olunmuĢdur. 
 
ġəmistan Nəzirli. Topoqraf-general Ġbrahim ağa Vəkilov. Bakı, 
“Zaman” nəĢriyyatı, - 2002. 296 səh. və 32 səh. Ģəkillər. 
 
Azərbaycanda elə nəsillər var ki, həkim, maarifçi, mühəndis, elm xadimi yetiĢdirməklə  yanaĢı, 
onların  hərbçi  oğulları  da  olmuĢdur.  Hələ  imperiya  və  Cümhuriyyət  dövründə  Qacarlar  nəslindən 
səkkiz, Naxçıvan Kəngərlilərindən beĢ, Bakıxanovlardan üç, CavanĢirlərdən dörd, Yadigarovlardan üç, 
ġıxlinskilərdən  iki,  TalıĢxanovlardan  dörd  nəfər  general  yetiĢmiĢdir.  Bunlar  bir  nəslindən  sayca  çox 
olanlardır. 
Nüfuzlu  Vəkilovlar  nəsli  isə  Azərbaycan  hərb  tarixinə  topoqraf-general  Ġbrahim  ağa  Vəkilovu 
(1853-1934) bəxĢ etmiĢdir. 
Hərb  tariximizdə  müstəsna  xidmətləri  olmuĢ  topoqraf-general  Zaqafqaziyada  yeganədir  -  nə 
özündən  əvvəl  və  sonra,  nə  də  müasirləri  arasında  bu  sahə  üzrə  belə  ali  hərbi  rütbəli  mütəxəssis 
olmayıb. 
Tədqiqatçı,  polkovnik-leytenant  ġəmistan Nəzirlinin  yeni  kitabında general-mayor  Ġbrahim ağa 
Usubovun (1872-1920), general-leytenant Fərəc bəy Ağayevin (1811-1891), general-mayor Həbib bəy 
Səlimovun  (1881-1920),  Həsən  ağa  Bakıxanovun  (1833-1898),  Ağası  bəy  AvĢarovun  (təx.1830-?), 
Ģahzadə  Rzaqulu  Mirzə  Qacarın  (1837-?),  Tərlan  bəy  Əliyarbəyovun  (1892-1956),  Əsəd  bəy 
TalıĢxanovun  (1857-1919),  polkovnik  Bəhram  bəy  Nəbibəyovun  (1884-1930),  Qalib  bəy  Vəkilovun 
(1888-1937),  Gəray  bəy  Vəkilovun  (1884-1952),  kapitan  Bahadır  bəy  Vəkilovun  (1889-1920)  və 
baĢqa görkəmli hərb xadimlərinin ömür yolu zəngin faktlar əsasında qələmə alınmıĢdır. 
Kitabda həm də ötən yüz illiklərdə indiyədək açılmayan səhifələr barədə (Hərb tariximizdə nələr 
olmuĢdur?) oxuculara ilk dəfə məlumat verilir. 
 
ġ        4702060106               qrifli nəĢr 
    AB № 022039 – 45   
 
© Ş.Nəzirli - 2002 
 
 


 
KĠTABIN ĠÇĠNDƏKĠLƏR 
 
TOPOQRAF-GENERAL ĠBRAHĠMAĞA VƏKĠLOV
 
ALĠM SÖZÜ
 
AĠLƏNĠN BƏXT ULDUZU
 
LEV TOLSTOYA MƏKTUB
 
GECĠKMĠġ CAVAB
 
QÜRBƏTDƏN GƏLƏN MƏKTUB
 
TĠFLĠSDƏKĠ ĠZĠMĠZ
 
HƏRBÇĠ VƏKĠLOVLAR
 
POLKOVNĠK GƏRAY BƏY VƏKĠLOV
 
UZUN ÖMRÜN SƏHĠFƏLƏRĠ
 
GENERAL-MAYOR ĠBRAHĠM AĞA USUBOV
 
YARALI SÖHBƏT
 
ƏZABKEġ ĠNSANIN XATĠRƏLƏRĠ
 
GENERAL HƏBĠB BƏY SƏLĠMOV
 
DANIġAN SƏNƏDLƏR
 
ĠYĠRMĠNCĠ ĠLDƏ QARABAĞ DÖYÜġLƏRĠ
 
POLKOVNĠK BƏHRAM BƏYĠN ĠGĠDLĠYĠ
 
QƏHRƏMAN ALAY
 
DÜġMƏN TƏSLĠM OLMAYANDA
 
GENERAL SƏMƏD BƏY NARAHATDIR
 
30-CU ĠL ġƏKĠ ÜSYANI
 
HƏRB TARĠXĠMĠZDƏ NƏLƏR OLMUġDUR?
  
ġAHZADƏ-GENERAL RZAQULU QACAR
 
GENERAL-MAYOR AĞASI BƏY AVġAROV
 
GENERAL-MAYOR HƏSƏN AĞA BAKIXANOV
 
GENERAL ƏSƏD BƏY TALIġXANOV
 
GENERAL-LEYTENANT FƏRƏC BƏY AĞAYEV
 
GENERAL-MAYOR TƏRLAN BƏY ƏLĠYARBƏYOV
 
POLKOVNĠK ƏBÜLFƏT AĞA ġAXTAXTĠNSKĠ
 
PODPOLKOVNĠK XASAY XAN USMĠYEV
 
PORT-ARTURUN AZƏRBAYCANLl QƏHRƏMANLARI
 
"DĠKAYA DĠVĠZĠYA", YOXSA
 
TÜRK ĠRSĠNĠ ÖYRƏDƏN GENERAL
 
ALĠM-GENERAL
 
ĠLK HƏRBĠ MEMUARIMIZ
 
GENERAL ƏLĠAĞA ġIXLĠNSKĠ
 
MÜƏLLĠFDƏN
 
 
 
 
 


 
TOPOQRAF-GENERAL ĠBRAHĠM AĞA VƏKĠLOV 
 
Xalqımızın yetirdiyi elə Ģəxsiyyətlər var ki, onların adına ancaq müxtəlif mənbələrdə, arxiv sənədlərində 
rast  gəlmək  olar.  YaĢadığı  dövrdə,  illərdə  bunların  fəaliyyəti  geniĢ  iĢıqlandırılsa  da,  zaman  keçdikcə  onlar 
məlum səbəbdən unudulub. Xalqımız üçün gördükləri əvəzsiz iĢlər ört-basdır edilib. Totalitar rejimin “müsavat 
generalı”  damğası  vurduğu  onlarca  belə  qeyrətli  sərkərdəmiz  yaddaĢlardan  qeyb  olub.  Böyüməkdə  olan  gənc 
nəslin, demək olar ki, adı ara-sıra çəkilən bu Ģəxsiyyətlərdən xəbəri yoxdur. Halbuki, onların keçdiyi mübariz 
həyat yolu bu gün bizim üçün böyük məktəbdir. 
Topoqraf-general Ġbrahim ağa PaĢa ağa oğlu Vəkilov da belə unudulmuĢ Ģəxsiyyətlərdən biridir. 
1853-cü il mayın 7-də keçmiĢ Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan 
olan Ġbrahim ağa Vəkilov on bir yaĢında atadan yetim qalıb. Atası PaĢa ağa 1864-cü ildə vəfat edib. On nəfərlik 
ailəni güc-bəla ilə saxlayan anası Tükəzban xanım Yusif ağa qızı Ġbrahimin fəhmi, fərasəti ilə daha çox öyünür, 
qürrələnirdi. 
General Ġbrahim ağa Vəkilovun ata və babaları barədə arxiv sənədi: 
1900-cü  mart  ayının  15-ci  günü!  Qazax  Qəza  Rəisi  cənablarının  7  yanvar  1900-cü  il  tarixli  80  nömrəli 
yazılı müraciəti əsasında mən Qazax Qəzası II sahəsinin Pristavı vəzifəsinin icraçısı Poruçik Kolomeytsev bu 
tarixdə  gizir  PaĢa  Xəlil  ağa,  mayor  Əli  Vəkil  Qazaxlı  və  Pənah  Bəy  Vəkilov  Qazaxlının  nə  vaxt  və  hansı 
valideynlərdən  doğulduqlarını  aydınlaĢdırmaq  məqsədilə  dindirilmə  aparmaqla  Salahlı  kəndinin  uzunömürlü 
sakinləri  Molla  Nəsib  Oruc  oğlunu,  Mustafa  Hacı  oğlunu,  Molla  Əli  Malik  oğlunu,  Ġbrahim  Əfəndi  oğlunu, 
Məmməd  Panbıq  BəĢi  oğlunu,  Əmirxan  Hacı  oğlunu,  Yaqub  Hacı  Vəli  oğlunu,  Vəli  Umud  oğlunu,  yerli 
ruhanilər  Molla  Usub  Əfəndini,  Məmməd  Əfəndi  oğlunu  və  Molla  Məmməd  Zərif  oğlunu  dəvət  etmiĢəm. 
Onların Ģəhadətləri inandırıcıdır və qabaqcadan Ģəhadətlə gətirilərək dindirmiĢəm və yuxarıda ərz olunan məsələ 
ilə əlaqədar onlar bunları demiĢlər: bizə dürüst məlum olduğu kimi gizir PaĢa Ağa qanuni  valideynləri - atası 
Xəlil  Ağadan  və  anası  Fatma  Xanım  Əlibəy  qızından  doğulmuĢdur;  gizir  Xəlil  Ağa,  mayor  Əli  Ağadan  və 
ġəhriyar  Xanım  Hacı  Qasım  Ağa  qızından  doğulmuĢdur;  mayor  Əli  Ağa  Pənah  Ağadan  və  Zöhrə  xanım 
Abdulla  Ağa  qızından,  Pənah  bəy  isə  Məmməd  ġərif  Ağadan  və  anası  Yetər  Xanım  Yolçu  qızından 
doğulmuĢlar.  Fəqət  onların  məhz  nə  vaxt  anadan  olmalarını  doğulduqları  dövrdən  xeyli  ötüĢdüyünə  görə 
bilmirik. Yuxarıda ərz olunanlarla əlaqədar mən, Pristavın vəzifələrinin icraçısı qərara aldım: Hazırkı protokolu 
tərtibləyərək siz Qazax Qəza Rəisi cənablarına təqdim etmək. 
II Sahənin Pristavı Kolomeytsev
1
 
Hazırkı surəti əsli ilə düzdür, dövlət rüsumu ödənilmiĢ və hərbi topoqraflar Korpusunun Kapitanı Ġbrahim 
bəy  Vəkilova  onun  xahiĢi  əsasında  təhvil  verilmiĢdir.  Bunu  da  Zaqafqaziya  Sünnü  Ruhani  Ġdarəsi  imza  və 
dövlət möhürü ilə təsdiq edir. Dekabr ayının 12-ci günü 1901-ci il Tiflis Ģəhəri. 
İdarənin rəisi Zaqafqaziya Müftisi:  
Mirzə Hüseyn əfəndi Qayıbzadə 
Möhür 
katib: imza, 
katibin köməkçisi: imza. 
 
Azərbaycan  Dövlət  Tarix  Muzeyinin  elmi  arxivində  saxlanılan  əlli  altı  nömrəli  qovluqda  Ġbrahim  ağa 
Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi Gimnaziyasına daxil olduğu göstərilir. 
Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn Əfəndi 
Qayıbzadənin məsləhətilə Ġbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur. 
1879-cu  ildə  Ġbrahim  ağa  Vəkilov  həmin  məktəbi  müvəffəqiyyətlə  bitirib,  praporĢik  rütbəsi  alır.  Qulluq 
üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı Ģöbəsində çalıĢır. 
Xidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkiliĢlərlə məĢğul olan Ġbrahim ağa Vəkilov 1883-cü ildə 
Rus-Ġran  komissiyasının  tərkibində  Xəzər  dənizindən  Əfqanıstana  qədər  olan  sərhədlərin  dəqiqləĢdirilməsində 
iĢtirak  edir.  Belə  bir  ciddi  iĢi  vaxtından  əvvəl  -  iki  ilə  müvəffəqiyyətlə  yerinə  yetirdiyinə  görə,  Ġbrahim  ağa 
Vəkilovun  xidməti  Ġran  hökumətinin  ən  yüksək  “ġire-XorĢid”  ordeninə  layiq  görülür.  BeĢ  il  Qafqaz  hərbi 
dairəsinin  topoqrafiya  Ģöbəsinə  rəhbərlik  edən  Ġbrahim  ağa  Qafqazın  və  Krımın  müxtəlif  rayonlarında 
topoqrafik  çəkiliĢlərlə  məĢğul  olur.  1891-ci  ildə  Türkiyəyə  ezam  olunan  Ġbrahim  ağa  Vəkilov  dörd  il  rus 
səfirliyində yaĢayaraq xüsusi tapĢırığı yerinə yetirir. Mayor rütbəsində yenidən Qafqaz hərbi dairəsində mühüm 
iĢlər icraçısı iĢləyir. 
1901-ci  ildən  Ģöbə  rəisi  podpolkovnik  Ġbrahim  ağa  Vəkilov  Qars  vilayətinin  Rus-Türk  sərhədlərində 
topoqrafik çəkiliĢə rəhbərlik edir və Bosforun hərbi xəritəsini hazırlayır. 
                                                           
1
 Sənədin əsli ġöhrət Vəkilovda saxlanılır. – ġ.N. 


 
1912-13-cü illərdə Rus-Ġran hökumətinin danıĢıqlarına əsasən polkovnik Ġ.Vəkilov Cənubi Azərbaycanın 
Təbriz, Urmiya və Xoy Ģəhərlərində keçirilən topoqrafik çəkiliĢlərə də baĢçılıq edir. Birinci Dünya müharibəsi 
illərində döyüĢən ordu qərargahında fəaliyyət göstərən polkovnik Ġbrahim ağa Vəkilov 1917-ci il inqilabından 
sonra Tiflisə qayıdır. Onun xidmətləri Stanislav, Anna və dördüncü dərəcəli Vladimir ordenlərinə layiq görülür. 
Ġbrahim  ağa  Vəkilov  Qafqazda  hərbi  topoqrafiya  üzrə  general-mayor  rütbəsinə  layiq  görülmüĢ  yeganə 
Ģəxsiyyətdir. 
Bir  müddət  Tiflisdə  Zaqafqaziya  Federasiyasında  yə  Zaqafqaziya  Xeyriyyə  Cəmiyyətinin  sədri 
vəzifəsində çalıĢan Ġbrahim ağa sonralar Bakıda və Gəncədə fəaliyyət göstərir. 
1918-ci  ildə  o,  Azərbaycan  Milli  Ordusunun  təĢkilində  fəal  çalıĢanlardan  olmuĢdur.  Bundan  əvvəl 
Azərbaycan hökuməti onu Qazax qəzasına kənd və Ģəhər sovetlərinin seçkilərinə rəhbərlik etməyə göndərmiĢdi. 
Vəkilovun nüfuzu yeni yaranan Azərbaycan Demokratik Cümhuriyyətinin bölgədə dərinləĢməsinə güclü təkan 
vermiĢdi. 
1918-ci il iyunun 23-də Respublika daxili iĢlər nazirinin əmrilə polkovnik Ġbrahim ağa Vəkilov Gəncənin 
qubernatoru  təyin  olunur.  Goran  mahalında  və  ayrı-ayrı  kəndlərdə  sığınacaq  tapmıĢ  daĢnak  tör-töküntülərinə 
divan tutan qubernator onları tərksilah etmiĢdi. Onun daxili iĢlər nazirinə göndərdiyi 1919-cu il 23 mart tarixli 
məlumatında bildirilirdi ki, Gəncə qəzasında daĢnak irticasının və xarici müdaxiləçilərin törətdiyi fitnə-fəsadlar 
aĢkar  edilmiĢdir.  Yerli  bolĢeviklərlə  birləĢən  ermənilər  müsəlmanlar  arasında  qırğın  törətmək  istərkən 
yaxalanmıĢlar. Onların baĢçısı qolçomaq CümĢüd Voskanov həbs edilmiĢdir. 
1919-cu ilin martında Novruz bayramı münasibətilə milli ordunun paradı keçirilirdi. Respublika Hərbiyyə 
naziri  Səməd  bəy  Mehmandarov  və  bir  qrup  parlament  üzvü  parad-nümayiĢdə  iĢtirak  etmək  üçün  Gəncəyə 
gəlmiĢdi. Gəncə qarnizonundakı səliqə-sahmana və nümunəvi qayda-qanuna görə hərbiyyə naziri Ġbrahim ağa 
Vəkilova səmimi təĢəkkürünü bildirmiĢdi. 
Azərbaycan  hökumətinin  1919-cu  il  30  mart  tarixli  qərarı  ilə  uzun  illər  ordudakı  nümunəvi  xidmətinə 
görə Ġbrahim ağa PaĢa ağa oğlu Vəkilova general-mayor rütbəsi verilmiĢdi. 
Ay yarım sonra (1919-cu il martın 14-də) general Ġbrahim ağa Vəkilov hökumətin 248 nömrəli əmri ilə 
BaĢ Qərargahda hərbi topoqrafiya Ģöbəsinin rəisi təyin olunmuĢdu. O, rusların aprel iĢğalına qədər bu vəzifədə 
qeyrət və vicdanla çalıĢmıĢdı. 
1919-cu ilin dekabr ayında ilk hərbi bayrağımızın təsdiq olunması haqqında BaĢ Qərargah Ġdarəsi qərar 
verdi. Bayrağın yaradıcısı hərbi topoqrafiya Ģöbəsinin rəisi general-mayor Ġbrahim ağa Vəkilov idi. Ġpək sapla 
iĢlənmiĢ bayrağın bir üzündə əski əlifba ilə “Azərbaycan”, o biri üzündə isə Müqəddəs Qurandan: “Allahdan 
kömək və qələbə yaxındadır” ayəsi yazılmıĢdı. BaĢ Qərargah Ġdarəsinin verdiyi beĢ saylı qərarda göstərilir ki, 
süvari,  piyada  alaylarında,  əlahiddə  tabor  və  hərbi  məktəblər  üçün  vahid  formada  bayrağın  yaradıldığı  elan 
olunur. 
Hələ  əsrin  əvvəllərində  Tiflis  ədəbi  mühitində  yaxından  iĢtirak  edən  Ġbrahim  ağa  Vəkilov  böyük 
dramaturqumuz Cəlil Məmmədquluzadə ilə dostlaĢmıĢdı. Onların ikisi də xalqımızın nicatı üçün birgə çalıĢırdı. 
Bu  fakta  Mirzə  Cəlilin  həyat  yoldaĢı  Həmidə  xanımın  “Mirzə  Cəlil  haqqında  xatirələrim”  kitabında  da  rast 
gəlmək olar. Həmidə xanım yazır: 1907-ci ildə Qarabağda çəyirtkə və aclıq gözlənilirdi... Tiflisdə Müsəlman 
Xeyriyyə  Cəmiyyətinin  sədri  Ġbrahim  ağa  Vəkilov,  katibi  Mirzə  Cəlil  bizim  rayonun  qaldığı  çıxılmaz 
vəziyyətdən  xəbər  tutduqda  zərərçəkənlərə  paylamaq  üçün  poçt  ilə  mənim  adıma  altı  yüz  manat  pul 
göndərmiĢdi. 
Polkovnik  Ġbrahim  ağa  Vəkilov  1906-cı  ilin  yanvarın  səkkizində  Qafqaz  kənd  təsərrüfatı  cəmiyyətinin 
zalında Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk sədri seçilir. Azərbaycanın qabaqcıl ziyalıları polkovnik Ġbrahim 
ağa Vəkilovu səsə qoyulmadan xeyriyyə cəmiyyətinin idarə heyətinə sədr təyin edirlər. 
Cəmiyyətin katibi Cəlil Məmmədquluzadə, üzvlüyə  namizədlər isə Əlimərdan bəy TopçubaĢov, Səməd 
ağa  Qayıbov,  Osman  bəy  Müftizadə,  RəĢidbəy  Ġsmayılov,  Ġmadəddin  Sübhanqulov,  Kamal  Əfəndi  Ünsizadə, 
Məmmədhəsən Ġmanov, Adil-Girey Daidbəyov, Əbdürrəhman bəy Əfəndiyev və baĢqaları seçilir. 
Bizdə Mirzə Cəlillə general Ġbrahim ağa Vəkilovun birgə fəaliyyətini təsdiq edən daha bir etibarlı sənəd 
var. O da 1909-cu il martın 22-də çap olunan “Molla Nəsrəddin” jurnalının on ikinci sayındandır. Həmin sayda 
Ġbrahim ağa haqda iki dostluq Ģarjı verilib. Birinci Ģarjda küçədə Ġbrahim ağaya rast gələn ziyalı müsəlmanların 
hamısı ona baĢ əyir, xoĢ təbəssümlə təzim edirlər. Onlar deyirlər ki, sən Xeyriyyə Cəmiyyətini təĢkil et, biz sənə 
maddi  cəhətdən  kömək  göstərəcəyik.  Ġzof  Rotterin  məharətlə  çəkdiyi  bu  Ģəklin  altında  belə  yazılıb:  “Ġbrahim 
ağa Vəkilov Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri seçilməmiĢdən əvvəl”. 
Ġkinci  Ģarjda  isə  Ġbrahim  ağa  küçənin  ortasında  tək  dayanıb.  Ondan  baĢ  götürüb  qaçan  ziyalı 
müsəlmanlara baxıb, acı-acı gülümsəyərək “Bunlara nə oldu?” - deyir. Bu “ziyalı” müsəlmanların kimisi qaçır, 
kimisi də gizlincə tindən, dalandan qorxa-qorxa Ġbrahim ağaya baxır. Hərbi formalı Ġbrahim ağanın indi küçədə 
əlləri təəccüblə açıq qalıb. ġəklin altında oxuyuruq: “Xeyriyyə Cəmiyyətinin sədri seçiləndən sonra”. 
Əsrin  əvvələrində  Ġbrahim  ağa  bir  topoqraf  kimi  çox  məĢhur  olub.  Qırx  ilə  yaxın  hərbi  topoqraf  kimi 
fəaliyyət  göstərən  Ġbrahim  ağa  Vəkilovun  xidmətləri  Müqəddəs  Anna  ordeninin  üçüncü  dərəcəsilə  (1886), 


 
Ġranın “ġire-XorĢid” ordenilə (1888), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna 
ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib. 
1902-ci  ildə  Tiflisdə  nəĢr  olunmuĢ  “Rus  imperatorluğunun  coğrafi  birliyinin  Qafqaz  Ģöbəsi  xəbərləri” 
kitabının  (XV  cild)  iki  yüz  əlli  səkkizinci  səhifəsindəki  xəbər  eloğlumuzun  fəaliyyəti  barədə  xoĢ  təsəvvür 
yaradır: “Podpolkovnik İbrahim ağa Vəkilovun rəhbərlik etdiyi dördüncü bölmə Qars qalası rayonunun yarım 
verstlik miqyası (məsafədən) çəkilişini davam etdirmək tapşırığını almışdı. İndiyə kimi çəkiliş şöbə tərəfindən 
əla  aparılmışdı.  Podpolkovnik  İ.Vəkilovun  coğrafi  çəkiliş  şöbəsində  kollej  assesoru  Baqdanov,  podyesaul 
Borisenko, podporuçik Bekleşov və üç torpaq ölçən iştirak etmişdir”. 
1920-ci  ildə  Azərbaycanın  ilk  coğrafi  xəritəsinin  müəllifi  və  respublikamızda  topoqrafiya  məktəbinin 
yaradıcısı da general-mayor Ġbrahim ağa Vəkilov olmuĢdur. O, 1918-ci il mayın 28-də Azərbaycanın istiqlalını 
bəyan etmiĢ Milli ġuranın üzvü idi. 
1922-ci il dekabrın 3-də Xalq Komissarlığının və Hərbi Dəniz Donanmasının əmrində oxuyuruq: 
“Hərbi  topoqrafiya  Ģöbəsinin  rəisi  Ġbrahim  ağa  Vəkilov  yoldaĢ  hərbi  topoqrafiya  kurslarının  təĢkili  və 
rəhbərliyi  sayəsində  misilsiz  xidmətlərinə,  eləcə  də  yeni  topoqrafların  yetiĢdirilməsinə  səmimi  və  vicdanla 
yanaĢmasına  görə,  topoqrafçıların  birinci  buraxılıĢının  təntənəsi  günü,  ümumi  iclasın  qərarlarına  əsasən  hərbi 
topoqrafiya kurslarının fəxri kursantı seçilmiĢdir. 
Hərbi Dəniz Donanmasının Xalq komissarı 
Qərargah rəisi”. 
 
Yeni gələn Ģura hökuməti onu “müsavat generalı” kimi gözümçıxdıya salsa da, Ġbrahim ağa hərbi-elmi, 
pedaqoji fəaliyyətini dayandırmayıb. Ehtiyac içində yaĢayan general ömrünün son günlərində hökumətə yazdığı 
ərizəsində  bildirirdi:  “Dulam.  Bir  çarpayıdan,  bir  mizdən  və  bir  arakəsmədən  savayı  heç  nəyim  yoxdur. 
Oğlumun darısqal evinin kiçik bir küncündə yaĢayıram...” 
Ədalətsizliyə  bax  ki,  arxivdə  saxlanan  “Hərbi  xidmət  kitabçası”nın  “rütbəsi”  yazılan  qrafasında  Sovet 
hökumətinin hansısa xəbis ürəkli bir nümayəndəsi general-mayor sözlərinin üstündən tuĢla qara xətt çəkib. 
Onun çox böyük topoqraf təcrübəsi inqilabdan sonra yalnız milli diviziyalarda deyil, həm də Respublika 
Xalq  Torpaq  Komissarlığı  Topoqrafiya-Geodeziya  Ġdarəsinin  rəisi  vəzifəsində,  Azərbaycanın  Qədim  Dövr 
Ġncəsənət Abidələrini və Təbiəti Mühafizə Komitəsində iĢləyəndə karına gəlmiĢdi. 
General  Ġbrahim  ağa  Vəkilovun  zəngin  arxivi  ilə  tanıĢ  olduqca  Ģəkil  və  sənədlərdə  fədakar,  vicdanlı, 
xalqını, millətini sevən bir insanın dolğun obrazını açıq-aydın görmək olur. 
Ġstər  hərbi  topoqrafiya,  istərsə  də  tariximizin  ayrı-ayrı  ziddiyyətli,  mürəkkəb  dövrünü  öyrənmək  üçün 
generalın məqalələri kifayət qədər material verir. Onun Azərbaycan Dövlət Tarix Muzeyinin arxivində mühafizə 
olunan  əlyazmasında  sovet  dövründəki  məqalə  və  məruzələri  qeydə  alınıb.  Əlbəttə,  bu,  general  Ġbrahim  ağa 
Vəkilovun inqilabdan əvvəlki, həmçinin 1918-20-ci illərdə Milli Azərbaycan ordusundakı misilsiz xidmətinin 
yalnız bir hissəsidir. Hətta, onun sovetlər dövründəki elmi-tədqiqi xidmətinin də tam əksi deyil: 
1)
 
Hərbi  idarə  üzrə  3  dekabr  1922-ci  il  373-a  nömrəli  əmrin  surəti,  4-cü  § 
təsdiq edir ki, mən doğrudan da topoqrafiya kurslarının fəxri kursantı seçilmiĢdim. 
2)
 
Azərbaycan  SSR  Xalq  Torpaq  Komissarlığının  Mərkəzi  Ġcra  Komitəsinə  8  may  1929-cu  il  2406 
nömrəli məlumatını hazırlamıĢam. 
3)
 
Azərbaycan  Mərkəzi  Ġcraiyyə  Komitəsinin  23/XI-1922-ci  il  tarixli  jurnal  qərarının  çıxarıĢını 
yazmıĢam. 
4)
 
Azərbaycan Hərbi Komissarlığının 8 may 1923-cü il tarixli 1347 nömrəli  vəsiqəsini tərtib etmiĢəm. 
5)
 
Azərbaycan  SSR  Mərkəzi  Ġcraiyyə  Komitəsinin  1  aprel  1922-ci  il  tarixli  qətnaməsinin  çıxarıĢını 
yazmıĢam. 
6)
 
Köçərilər 
haqqında 
məqaləm 
“Azərbaycanı 
Tədqiq 
Edən 
və 
Öyrənən 
Cəmiyyətin Xəbərləri” jurnalının 3-cü nömrəsində dərc edilib. 
7)
 
“Yeni 
kənd” 
jurnalında 
Ağamalı 
oğlu 
adına 
Torpaq 
Ölçmə 
Texnikumunun yaradıcısı kimi mənim fotoĢəklim verilib. 
8)
 
T.Q.Sultanovun “Naxçıvan Diyarı və onun iqtisadiyyatı” kitabı mənim tərtib etdiyim xəritə ilə birlikdə 
nəĢr olunub. 
9)
 
a) 
Azərbaycanın, 
b) 
Bütün 
Qafqazın, 
v) 
Avropanın, 
q) 
Asiyanın, 
d) 
Amerikanın 
(ġimali 
və 
Cənubi), 
i) 
türk 
xalqlarının 
Asiya 
və 
Avropada 
məskunlaĢmasının xəritələrini tərtib etmiĢəm. 
 
ALĠM SÖZÜ 
 


 
General  Ġbrahim  ağa  Vəkilovun  sərkərdəlik  fəaliyyətindən  baĢqa  ayrı-ayrı  sahələrdə  də  xalqımız 
qarĢısında  xidmətləri  çox  olmuĢdur.  Azərbaycan  Respublikasının  siyasi  və  təbii  xəritəsinin  ilk  tərtibçisi  də 
Ġbrahim ağadır. 
Bu dəyərli xəritənin taleyi necə olmuĢdur? Bu milli xəritə nə az, nə də çox, yetmiĢ ildən artıq xalqımızdan 
gizlədilmiĢ, sovet dövründə ondan istifadə olunmamıĢdır. YaddaĢlardan qeyb olunan xəritənin yeganə nüsxəni 
qeyrətli  alim,  coğrafiya  elmləri  namizədi,  dosent  Malik  Mirzəyev  qoruyub  bu  günümüzə  qədər  saxlaya 
bilmiĢdir. 
-  Malik  müəllim,  general  Ġbrahim  ağa  Vəkilovun  kartoqrafik  xəritəsi  sovet  xəritələrindən  hansı 
keyfiyyətlərinə görə fərqlənir? 
- Generalın tərtib etdiyi “Azərbaycan Respublikasının siyasi və təbii xəritəsi” kartoqrafik bir əsərdir. O, 
məĢhur dünya alimlərinin və kartoqraflarının tərtib etdikləri xəritələrlə müqayisədə nəinki onlardan geri qalmır, 
hətta onlardan çox-çox üstündür. Adətən, xəritə tərtibçiləri bir sahəni (relyef, siyasi, iqtisadi, fiziki və s.) əks 
etdirınəklə  kifayətlənirlər.  Bir  xəritədə  iki  sahəni  birləĢdirmək  ideyası  ilk  dəfə  general  Ġbrahim  ağa  Vəkilova 
müyəssər  olmuĢdur.  O,  bir  xəritədə  həm  siyasi,  həm  də  təbii  məkanları  birləĢdirmiĢ  və  nəticədə  dərin 
məzmunlu, zəngin təfsilatlı, asan oxuna bilən orijinal kartoqrafik əsər yaratmıĢdır. Xəritənin təhlilindən aydın 
olur ki, müəllif onu tərtib etmək üçün gərgin elmi axtarıĢlar aparmıĢ, topoqrafiya, toponimika, tarix, onamistika, 
eləcə də coğrafiya elmlərinin öyrənilməsinə xüsusi diqqət yetirmiĢdir. Xəritə qırmızı rəng çaları ilə iĢlənmiĢ, ay-
ulduz bayrağı ilə birgə çap olunmuĢdur. Onun üçün l:420000 miqyas seçilmiĢdir. O dövr üçün hər yerdə-ölkədə 
ondan  asanlıqla  istifadə  etmək  üçün  ingilislərin  iĢlətdiyi  miqyasın  da  (verst)  verilməsi  onun  praktiki 
əhəmiyyətini  xeyli  artırmıĢdır.  Xəritədə  verilən  marĢrut  iĢarələrinin  yığcamlığı  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Bunların sayı indiki xəritələrlə müqayisədə xeyli azdır. ĠnĢa olunmuĢ, inĢa olunan, ensiz dəmir yolları, araba, 
Ģosse yolları və axan çay aydın nəzərə çarpan Ģəkildə çəkilmiĢdir. Onun təhlili göstərir ki, müəllif topoqrafiyanı 
əla  bildiyindən  iri  yaĢayıĢ  məntəqələri  ətrafında,  ayrı-ayrı  sahələrdə  bağları,  Ģorluqları,  bataqlıqları  da 
göstərmiĢdir.  Xüsusilə,  Xocavənd,  Lənbəran,  Kvartaboyəhmədli  ərazilərində  bağlıq  sahələr  daha  çox  qeyd 
olunmuĢdur. 
-
 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə