İRƏvan türkləRİNİN ƏDƏBİ MƏtbuat abiDƏSİ


Lək-lək        NƏ YAZIM, NƏ YAZMAYIM



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix01.05.2017
ölçüsü0,65 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Lək-lək 

 

 



 

NƏ YAZIM, NƏ YAZMAYIM 

 

          Neçə gündü ki, baharın havası burnuma dolmuşdu, idarəyə-zada getmirdim, 



deyirdim cəhənnəm! Dünya beş gündür, beşi də qara, dünyada insana keyf-güzəran 

qalacaq. Ona görə mən də başı açıb, bir neçə nəfər də boynuna ağ  kətandan varatnik 

keçirən millətpərəstlər ilə güzərana məşğulidum. Habelə aşxananı boşxanaya, boşxananı 

doluxanaya vurub, alagöz madamlariylə eyş-işrətə vururdu. Amma birdən-birə 

pulsuzluq məni ayıltdı, baxdım, düxançılara tapşırdığım  əmanətlərdən mənə bir şaha 

tənbəki pulu da olmayacaq, gördüm, daha doğrudan-doğrusu durmaq zamanı deyil. 

Dirilik zamanıdır, cibdə 3 qəpik cız-bız pulu da qalmayıb. Labüd özümü yenə idarəyə 

verib, müdirin qorxusundan pilləkənləri qatır kimi dırnağım üstə  dırmaşdım. Yavaşca 

idarənin qapısının deşiyindən gözümü cilaladım ki, görüm içəridə kim var.  

      Gördüm ki, müdir cənabları ayaq üstə gah dodaqlarını çeynəyir, gah bir də bığlarını 

baş yuxarı  eşə-eşə vargəl eləyir; təvəkkül tanrıya deyib içəriyə daxil oldum. Cənab 

müdir bir az üstümə çığırdı, bağırdı ki, ədə, bəs dörd gün harada batıbsan, de gətir görək 

şəhər hadisətindən-zaddan, yainki müsəlman qardaşların gözəl işlərindən nəyin var? Və 

əlavə dedi, əgər bu saat bir şey yazmasan, daha bir qəpik də olsun məvacibindən 

verməyəcəyəm. Baxdım, xeyir əgər qazı sevdiyi oğlanın elindən olub öz oğlundan ötrü 

üç girvənkə  şəkər və bir çərt çaya yalan kəbin kəsdirən (Molla Hüseyni) yazıb bütün 



 25

məxluq içində rüsvay eləməsəm olmaz, çünki yazıq qazı  əvvəl atası seyyidə  nəzər 

eləyir. Sonra habelə  şəri qabarub qızın paltarını verir, qazı aparır Hacı  İlyas kəndinə, 

arada da seyyidin cəddi qənim olur. Qız dədəsinin sevmədiyi dayısı oğlu Cəfərə gedir. 

Odur ki, qız gedir, atası düşür əl yandıma, bəs nə eləsin. Haman saat bir mollaya rüşvət 

verib saxtamı?... bir kəbin kəsdirir ki, bunun qızı anadan olandan üç il də qabaq Molla 

Həsənin oğlu Cabbara gedib. Haman saat qızı gətirdirlər, Cəfərin də əli qalır qoynunda. 

Odur ki, Cəfər də qarğış tökür, qız  Əkbər ilə qaçır, Cabbarın  əli qalır qoynunda. Bəs 

necə qaytarmaq gərək, yenə belə işlərdə haman kəbin kağızı iş görür. Əgər belə işlərin 

üstünü açsam onda qorxuram ki, bu da bir biyabırçılıq ola. Molla da, qızın babası da işə 

düşə. Dedim bunu yazmağa dəyməz. 

          Sonra istədim götürüm İrəvan tiryakilərinin “Statistiğa”sını düzlədim ki, İrəvanda 

bir əldə neçə-neçə kaşad olunan ibtidai və adi tiryəkxanalarda nə qədər adam tiryakidir, 

tiryaki nə qədər bol gedir. Neçəsi hammal, neçəsi ağalar, neçəsi əsnaflardandır. Yəqin 

əgər əsnaflar olmasa qumarbaz qəhvələrində adam da tapılmaz 

Dedim bundan fayda yoxdur, boşboğazları yazım. Baxdım, xeyrə ay yazıq artsınlar ki, 

Batumdan gəliblər, heç nə artisğanın, nə artistlərın  boğazları boş qalmadı.  İntəhası 

bunların dövrəsini elə aldığ daha nə düzüm şərab alan kim, pablet satan kim. Amma bir 

benifisit vardı, mən ha dedim ədə ay olasan bir artaqa tap, tapmadı, odur ki, əli qaldı 

qoynunda.  

         Amma vağzal məsələsi lap qəribə və yazmalı şey idi. Nə etməli, yazıqların balaları 

gedib,  əlləri də bir-birinin başında bənd aldı. Ürəkləri çox yanğılı idi. Qərəz bir də 

gəlsələr bəd olmaz. Amma onlar da daha tövbə elədilər, necə ki mən tövbə eləmişəm ki 

(Nasir) İrəvaninin (millətpərəstlikmi ki, şərabxorluğuni ) nam kitabını tənqid etməyim. 

Çünki onun vizitni kartı çuxasında yazılıb, çığğasında yazilib həza səda qəzətəsinin 

müxbiri.  

                Dedim Allah nə yazım, nə yazmayım. Aşpaz Məşədi Əskərin üstünə erməni 

arvadının yalan şikayətini yazım ki, hamı öz uşağını bədnam eləyir, hamı bunu rüsvay.  

    Qərəz ki, beynim çatlamağa gəldi, nə yazım, nə yazmayım. Axırda bu şeiri yazıb 

stolun üstünə qoyub çıxdım eşiyə ki, çünki gecədən gəlmişdim. Xumarlıq  əziyyət 

verirdi.  

..... 


İrəvan bir şəhərdir çox gökçək, 

Hər yanı dilguşədi ruh afza, 

Nə yazım, ay müdir, gəl əl çək, 

Madmazel bulvarə dolub haməca 



“Lək-lək”in mühərriri 

 

BALACA FELYETON 



Molla 

Mən mollayam camaatı tovlaram, 

Qırxmaq üçün ülgücümü sovlaram, 

Şikarimdir tamamisi ovlaram, 

Qıllı qulaq çox çaqqalım var mənim. 

 

İcarə namazı qılan 

Möminəm şahları tərif elərəm, 


 26

Öli namazını artıq istərəm, 

Adildir deyirəm xalqa söylərəm, 

Doğruçuyam al saqqalım var mənim! 

 

Müqəddəs hacı 

Mən hacıyam, yaxşı namaz qılaram, 

Təzvir ilə camaatı tovlaram. 

Yüz manat verərəm bir mələk alaram, 

Mötəbərəm, pulum, malım var mənim. 

 

Qoçu, yaxud ayaqçı 

Mən qoçuyam, alış-veriş edəndə 

Kəsərəm kəndlinin pulun verəndə 

Dinə bilməz puti batman çəkəndə 

On beş dəri yağım, balım var mənim. 

 

Ruzəpaz 

Ruzəpazam, gedirəm haqq yolunu, 

Əmməni ağladıb allam pulunu, 

Arvadların siğə qıllam dulunu, 

Dörd nəfər də üzü anım var mənim. 

Artist 

Mən artistəm səhnələrdə oynaram, 

Nə rol billəm, nə hərəkət qanaram, 

Yalnızca mən ad qeydinə qalaram, 

Utanmaram, əcəb halım var mənim. 

 

Student 

Studentəm oxşuyuram urusa, 

Gərək olsun mənə arvad Marusa! 

Müsəlmanın qızı Huri də olsa, 

Mən almanam, qıraxmalım var mənim. 

 

Jurnalçıyam 

Jurnalçıyam, mənə bu olmuş sənət 

Hər nə xəlq olsa mən qutum diqqət 

Siz ki belə dutubsunuz camaat! 

Yazmağa çox matriyalım var mənim! 

 

Müsürman 



 

Müsürmanam, gözüm qəzetə baxmaz, 

Hər nə haqq söz ola, beynimə batmaz. 

Hələ gözüm intizardan qayıtmaz 

Xaric edir, xırdacalım var mənim. 

Naqqal 


 27

 

İRƏVAN XƏBƏRLƏRİ 



 

      Bu  günlərdə (Sabir)in kitabının təbii mənfəətinə  İrəvan həvəskarları  cəlallı bir 

müsamirə  tərtib vermək istəyirlər.  İmdi məktəb balaları (Sabir)in təsniflərindən 

oxumağa hazırlanmışlar. 

... 

Mərə Kavut kəndində  nənə  Məryəm ziyarətinə  məhəllələrdən gələn ziyarətçi 



ermənilərin istirahəti üçün kilsə  həyətində adam tovlamaq yarmarkası açılmışdı. 

Maşallah cibkəsən, adam aldadan,  ğumaraçanlar öz məhərətlərini zor işə keçirtdilər. 

Hətı papağında(  Şir Xurşid) olan bir iranlı balasının qızıl saətını elə silədilər ki, heç 

ruhu da incimədi.  

... 

İrəvana qar yağıb və dondurma elədi ki, bütün məhsulat əldən gedib. Bağbanlar ağlayır 



və ...... gənclər gülür. Güman var ki, bu il üzüm tapılmadığı üçün şərab birəbir üstünə 

gətirilsin. Amma piyansayılar da bağbanların günündədir.  

 

... 


 

Nənə Məryəm ziyarətində 

          Dəllal (Məşədi Abbasəli) öz ağır olan dəstəsilə bir dəstə sazəndələrin təfnisində 

zorbaca keyf eləyib. Ziyarətini etməmə bitirməkdə xhunaxalardan əskik deyildi. Belə ki, 

şərabı butulka ilə içirdilər.  

... 

İdarədən 

 

          Allah  ziyarətlərini qəbul eləsin. Nə insafdır ki, hər ziyarətin savabından binəsib 



olaydılar. Həm də kəlbən xeyri görmeyeydi.  

... 


        Aprelin 20-sində “zəya məni qəryətdətəin” obşçistuynni  Sabir anyasında gələcək 

illik qazancının 10 prosyenitni qomşular cəmiyyəti verilməsini paylamasını lazım 

bilmişdilər. Amma ki, bizim natiq min bir kəlməni tamam etməkdən ötrü təval verib 

deyirmiş: gərək bu pula bir milli məktəb bina edilsin ki, orada hər iki millətin balaları 

tərbiyə tapsınlar. Qomşular isə bu məsələdə bir az naz ediblər. Lakin natiq nitqinə 

davam edri ki, ciddən bunu məsləhət görür. 

... 

 

İdarə 



         Yarım qandıqmara görə  cənab natiq haman min bir kəlməni tamam etmək üçün 

suala məşvəla bunu özü də bilir ki, müsürman balası ilə erməni balası ikisi bir məktəbdə 

milli tərbiyə tapa bilməz. Ya gərək o müsürmanlaşsın və yainki bu erməniləşsin.  İki 

qarpız bir əlilə tutulmaz, hazır cəmiyyəti xeyriyyə gözünü döyür. 

 

KAMAL PAŞANIN RUHUNA İTHAF 

 

Ha dinirəm? Ay itlaf firqəsinin qamandanı! 



 28

Bircə qutardımı dəxi türklərin yazıq canı?! 

Varmı yenə de bir görüm, səndə rəyasət imkanı?! 

Ya satasan (çürük nara) bu vətənin şərafətin, 

Yadına düşmür demi məhkəməsi qiyamətin? 

 

Balkan o gözlərilə sən sahə yuvarlanan zaman, 

Aləmi basdı şəhvətin, qeyrətin oldu lap əyan, 

(Rus sözü, novremyalar) məddahın açdılar zəban, 

Raç da bağırdı Kamalın yaxşı kamallı vaxtıdır! 

Hər nə ki, istəsən verir danın duvəlli vaxtıdır!. 

 

(Taimas )ın həp stunları yazmadı mədhin nələr? 

(Pulitka) baş sütunda yazdı sənə ki, sərbəsər 

(Mir)də Kamal əqlinə elədi etiraflar. 

Qoltuğuna cəridələr verdilər çoxlu qarpızı 

Noxdalayıb, palanlayıb qurşadılar sözün düzü 

 

Qeyrətə gəldin onda sən hökm elədin dayı oğlular; 

(Milli müşavirə) yapaq xalq da bilməsin nə var? 

Sən vətən müqəddəsi satmağa elədin qərar, 

Nail məqsəd olmadın bircə kağız uzatdilər, 

Qobruğuna ilişdirib dişrə hamandı atdılar. 

 

Heyf bilinmədi sənin qiymət qədr əztin; 

Yanmadı axıra kimi şəmi misalı qeyrətin, 

Axırı qəbrə yolladı dərdiğmi bu millətin, 

Qorxma qiyamətə kimi baği qalar gözəl adın, 

Qalmadısa əgərçi bir xeyirlə yad olan zadın... 

Yetim Cücə

 

 

TELEQRAF XƏBƏRİ 

 

          Parij—Məmmədəli şah naxoş olan zaman böyük bir nəzir eləmişdi ki, hərgah bu 



mərəzdən  şəfa tapsa Ənzəlidən Tehrana qədər olan ocaqlara, pirlərə öz əlilə yüz min 

ponza ingilis şamı yapışdırsın. Imdi şəfa tapıb və öz əhdini yerinə yetirməkdən ötrü 

Tehrana hökumət yanına bir nəfər vasitəçi göndərib. Onlar təvəqqə etsinlər ki, 

Məmmədəlinin İrana gəlməsinə maneə olmasınlar. 

         Belə  şayiət var ki, məşariliyə yardım etməkdən ötrü Hacı  Səməd xanın baş 

hərmənin taxt qamandasında bir çuğ cavana övrətlər və maladoy oğlanlar təqdim 

ediləcək. Ələxsus təbrizlilər şahın vətənə qayıtmasın intizarını çox çəkirlər.  

 

TAQQILTI 



        Bir çəkim qəlyan üçün minnət edən adamlarının qəbahətli görüb də arifən töhmət 

edir. Vaqiyə həqdirsə bəs tiryakinin vay halına. Kim bircə qeyrət hələ tiryaki də minnət 

edir. Şeytan 

Tayfun xəzi millidən 

Milli – Kəndlərindən “Göxət” adlı bir qadın “Bəmirşik” kəndinə bir qız əırə verir: 

şayətə görə qızın yüzünə  ağ gül cəhd etdiyinə görə indi şikayət başlayıb, deyir  bu fsağ 

qızın yengəsi belə, şikayət etməzdi:  



 29

Ay ağa, heç bir məzhəbdə  bu qədər ki, rusğiyət olan  halda , o kimi bir itkinə  

cəmdə  genə  çaluşsunlar, bir istab  bu sözü  eşidincə    məbut  ğalacağ deməgə, bəs , 

qızım, dayısı o maladoy necə oldu? O yazığ da mənim günümə düşmüş  və yorğun 

olmişdi. Baxdı ki, daha özünün içinə gedə bilməyəcək. Papağı qarnına soxub qəbristana 

getdi. 


... 

 

Müdir və naşirlər: Mirməhəmməd  Mirfətullayev və Cabbar Əsgərzadə (Aciz) 

 

 Elan 

 

              Mirfətullayev bəradərlərinin  “ Fruktovusu” mağazasına tazə konfetlər,  şağalad, çay 

peçenyələri, qoğal, qəhvə, ğeyri mallar gətirilib və meyvəcat konservilərini  təb edənlər, alan hər 

cüründən göndərmək mümkündür. Xahiş edənlərə preyisğurantmaz məccani göndərilir. 

Adres: İrəvan, meyvə anbarı. Mirfətullayevin konservləri 

Elan 

“Lək-lək” idarəsində məcmuə dərc etməkdən ötrü  hər dildə ucuz qiymətlə elanlar qəbul 

olunur və ondan əlavə blanğ sçot vizitini ğartuçğaların paketlərin və toy ğartuşğalarının peçat 

edilməsi hər halda ğəbul olunur. Xahiş edənlər idarəyə buyursunlar. 

Axtar 

Idarəyə  göndərilən yazılar, pullar Mirməhəmməd Mirfətullayofun adına 

olmalıdır.Типография «Луйсь» Эривань .  

Axtar 

Sair  şəhərlərdə  əldə satdırməğdən ötrü jurnal göndərdiyimiz  cənablardan təvəğğə  olunir ki, 

satılan jurnalların pulini tezliklə idarəyə göndərsinlər. 

 Mətbəə “Luys”, İrəvan. 

.

5  MAY 1914-cü il, ŞƏNBƏ N o  5.

 

Lək-lək türk dilində həftəlik məzhəkəli məcmuədir. 



Hər nüsxəsi 7 qəpikdir. 

Mündəricat 

 

Ədəbiyyat.Şeytan. 



Təzələşmək.Yaltağçı.  

Ay Leylək. Cini. 

İrəvan xəbərləri   . 

Taqqıltı.Şeytan.  

Dil məsələsi.Dul toyuq.  

Qəzəl ( tənğu).Hərif

Bitməz sütunlar.Bayğuş. 

Qudurğan çay. Naqqal.  

Elanlar.  

 

 



 

 

 



 

 30

 

Ədəbiyyat 



 

Bir pərdə söhbət 

-  Məşədi, gör bu nə deyir, getdi, başı şapqalıdır?! 

-  Ay Hacı, xırdacadır bu hələ, oynatmalıdır! 

-  Yoğsəm ol xırdaca adəmdı,  kişi dərsə gedir? Yainki bir kişidir, ya!..  

Necə oynatmalıdır? Bəs eylə isə nə edək? 

       -Gör hələ kimlərdəndir; 

Atası yoxsa, yetim isə tanış olmalıdır. 

Bunə tədbir görək! 

-Çox çətin işdir, nə edək? 

-Ay Hacı, anlağı çoxdur, deyəsən aynəlidir. 

Çox çətin!..Söhbətə yol tapmağ ola.. 

-Onda nə var?.. 

Xud mənim qardaşımın oğlunə oxşatmalidir. 

Anladın? 

-Hə ! .. A cocuq, bir bura bax! Bir bura bax. 

 Məktəbli – Kimi deyirsən , ay əmi? Kimlə sözün olmalıdır? 

-

 

Sən kimin oğlusan, oğlum? 



-

 

Atam ölmüş, əmican, 



     Hacı Qənbər vardı ha!.. Tanıyardın? 

         -Tanıram, cəfalıdır, tanrı rəhmət eyləsin, o ki mənim dostum imiş, 

Bir də yaxşı tanışı bax , bu Hacı    Fərzalıdır.(Hacıya) 

Ay Hacı, nəsiyəti varmış bizə bisahibkən, 

Xırda bir tifil bunun halına kim baxmalıdır? 

Bizə övlad kimiymiş ki bu... 

-

 

Əlbət! Əlbət, nə gər gedərsə bu kaimdi xəbər almalıdır. 



      (Hacı məktəbliyə) 

      -   Cocuğum, pul-paradan korluğun var deyəsən? 

      -   Yetimin halı, əmi, elə-belə olmalıdır. 

      -    Cocuğum, nurdoğinim, balacan, eylə deyil! 

Atan ölmuş? Səngə bu Hacı ata olmalıdır; 

      Pul, para hər nə gərək olsa, oğul, gəl yanıma, 

      Məktəbi boşla! Səngə özgə bir iş bolmalıdır. 

-Razıyam, çox sağolun, əf ediniz, çoxdur işim. 

      Get, oğul! Ha , Məşədi , tanıyıbdır, dadmalıdır? 

               -Sormuşsan,  ay  Hacı! Mən nə deyim, vallahi 

           Yüzünə baxmalıdır, həm qadasın almalıdır. 

           Məşədi söhbətə bir özgə məhəl bulmalıdır, 

           Dadına baxmalıdır, xırdadır, aldatmalıdır. 

Şeytan 

 

Təzələşmək 

 

 

Bə, bə, bə,.. 



Allahım, ələrin zğına xalq nə deyir. Bu nə deyir. İndi bütün dünya tərəqqiyə üz 

qoyub. Bütün aləm mədəniyyətə çalışur, işlər dəyişilir, zaman tazələşir. Hər gündə bir forma, hər 

gündə bir əcayib meydanə atılur. Ama mən başa düşmürəm ki, bu yeni nəşr olan  (Sədayi Türküstan) 

adlı ğəzetədir, nədir, bu nə istəyir? Bu gün bunun yenə 3-müncü nömrəsi idarəmizə yetişdi. (8) yandan 

tökülüb bu qəzeti qapış-qapış saldıq. Hər tikəsi bir mühərriri əlində;  ğaçub özini bir xatirə  çəkdi ki, 

oxusun, necə ki, bir parçası da mənim əlimdə qalmışdı. Başladım oxumağa... Ama nə edim ki,  mən 

(Sədayi Türküstan) eşidib deyirdim, bəs bu nəğdi dili bizimki kimi türk diliymiş. Qərəz, hıqqına-

hıqqına bir xeyli oxudum və təzəcə də istəyirdim götürüm, bir az məqalədən-zaddan yazım ki... Axı, 



 31

bu qəzetçilər niyə dillərini yerlərinə  yığışdırmırlar?! Türklərin adını daşıyan milyon nənuslar bir-

birinin yazısını görəndə gözləri ha belə bərələ qalır?! Baxdım ki, paha yazılıb. 

 

CÜMƏ GÜNİ  BAYRAM QALMAĞIMIZ GƏRƏK 



 

 

Başladim altdakı  sətirləri



 

 oxumağa. Nə gördüm, havar-dad qalxub, cümə günü bayram 

qalmağumuz gərək başlayub əhadiş əxbarilə dəlil gətirir ki, cümə güni bayram eyləyək. Əcaba, cümə 

güni  nəyə görə bayram olsun.  Məgər Türküstançı cənab bunu  özü bilmirmi ki, imdi hər şey tazələşir. 

İnsanlar mədəniyyətə və tərəqqiyə çalışırlar. Habelə müsəlmanlar da gərək tərəqqi eyləsinlər.  Hazır 

görürük ki, formallar  ködəkləşdi,  saqqallar qırxıldı, baş uzandı, bığlar germanski oldi, ildə bir cift 

çarığ geyən kişilərin uşaqları isti aylarda bir rəng ayaqqabı geyir, qavalerlik   məşğinə düşüb , adlarına 

uxajur deyirlər. Gündən-günə çoxalır siflis, sanqır süzənək, mərzinə giriftar olub, rəngi solanlar artır, 

gecə-gündüz doxanlarin da, məst olub yatanların da sayı hesabdan çıxır; bunlar tazələşmək degilmi? 

 

Bax, gör bunlar hara, bunların ata-babaları hara?  Heç bir-birinə oxşamazlar, bunların ataları da 



rusca bir söz demək bacarmadıığıqları halda, öyladları heç türikcə bilmirlər.  Bunların  hamısçı 

tazələşməkdir, dədə-babaları madamların hacıleylək qanadından yekə açılan  şlyapalarından ülküb, 

özlərini deşikdən-deşigə soxurdular. Ama bunların arvadı da gərək madmazel olsun. Bu özü də 

tərəğğidir. 

 

Həqqina (Əli) yerinə (Alyoşa) , (Züleyxa) yerinə (Zuliçka) deyiləndə  əlbəttə cümə yerinə  də 



gərək bazar günləri bağlansın. Bilirəm, indi cümə günü  bayram qalməğimiz    krak    deyən cənab 

deyəcək, biz heç bazarı da bağlamırıq. Ancaq həftədə bir bayram xoşumuza gəlir. Hələ (idarədə) 

köməkçilərin (çox)göpluğuni  axtarır kı, cümə günü bayram eləməgi ağılnan eyləsin ki, əmallı cümə 

günü bayram eyləsinlər. Ama mənə qalsa ağır oturub, batman gəlməli və belə ki, bir (proşina) varıb 

bazar günü bağlamağı xahiş etməliyiz. Çünki, hər şey tazələnib. Gərək o da tazələşsin. Cümə gününü 

bağlamaq gərək degil. Az da keçməz hamı musurmanlara dögə-dögə bazar günlərini bağladarlar, necə 

ki, bu iki ildir (İrəvanda) moda düşüb, bu il də hökmən bağladılar və bu da tabeh olduğumuz 

hökumətin böyük bir pədəranə himayətidir ki, yazığ müsurmanlar da bazar günləri bağluyub getsünlər. 

Bunlar da madmazelləri, gimnazistləri ülkütsünlər və bilsinlər ki, dünyada nələr varmış.  Əgər 

həğiğətdə (Sədayi Türkistan) cümə günü ibadət etmək istəyir, hər gün olar, ama dini bayram istəyirsə, 

bunu yaxşı fikir etsin. Zaman tazələşdikcə formalarımız ilə bərabər mali-mali (yavaş-yavaş) dinimiz də 

tazələşir. Bir azdan sonqra baxarıq kı, həddicə rus olmuşuğ. Onda bazar günü  də bizə milli bayram 

olar. Sözün qurtaranı ki, tazələşək, gərək tazələşək, vallah heç məsləhət degil. Bazar günləri alagöz 

madamların tamaşasını ğoyub, cümələr bağlayıb, cümə yığıncağlarında özümüzü çürüdək. 



Yaltağçı 

 

Ay  Leylək! 

 

 

Nə xoşdu, söylə, bu tər ziban, ay leylək! 

 Açıbdu qalar əcəb kastanın, ay leylək! 

Şükür eyləmə hər bir ələmdən behş et. 

Yazığ degilmi? Keçə boş zamanın, ay leylək! 

Birə birik, ola bilməz həzər dəstanlar 

Nə həddi babal ola həmin banın, ay leylək! 

Həzin-həzin söyləmə, atəşinə fəryad et, 

Lisan, həqdi sənin bu lisanın, ay leylək! 

Sənin təranələrin nəfx əysuyi kimidir, 

Həyat cani bulur mərdə, qanan ay leylək! 

Yəqin zəval müsəlmanə nale eylərsən, 

Budurmu? Söylə o dərdi nihanın, ay leylək! 

Qurutdu ğaşin eselami sərsər ğəfat, 

Bu isə mətləbin, artır təfanın, ay leylək! 

Gərək vura xıs xaşak millətə atəş 

Sənin o atəşə bənzər zəbanın, ay leylək! 



 32

Həmişə həğdir, şağğıldə, ehtiram etmə, 

Tökülsə rah ədalətdə ğanın, ay leylək! 

Nə inan ... nə filan, filandan etmə həzər  

Olubdi (cini)  sənin tərcümanın, ay leylək! 

Cini 

İrəvan xəbərləri 

 

Bizim  şəhərdə  də  əlhəmdulla, ajar tərəqqi və  təməddin görünməgə başladı, 



müxbirimizin  rəvayətinə görə bu günlərdə (Salayutğa) küçəsində bir müsəlmanda doxan işinə 

baxmış, şayətə görə köhnə şərabxorlara yüzə on faiş güzəşt olunub. Hədiyyə olacaq, bir misqal 

da qeyrət  əta olunacaqdır. 

-- 


(Du göz gən) naməd olur idin, yenidən birimi bir restoran qulluqçuyla yuxuda görüb, 

ona bir balaca məhəbbət etmək istəyirmiş ki, birdən ayılıb özünü həmişə  səfasını sürdügü 

həbsxanada gördü. Hərif dübarə yuxulayıb ki,  qara-qura basmasun. Ama bu dəfə ayılanda  

qorxuram  katorqa  mədənlərini  görüb həmişəlik  yata.  

 

Gimnaziya mətəllimləri bu ilki imtahanlarda ərəb, fars, türk lisanlarından kamança 



imtahanı verib şəhadətnamələrindən əlavə ğızıl medal almalarına toya amid olunmaqdadır. 

 

İdarə. 



 

Müəllim  Şəfibəyovun  şəfayi batinindən gimnaziya mətəllimlərinə  ərəb, fars, türk 

lisanları bilgə üsul fəğə, məan bilən  əmilərində  də artıq məharətləri ola bilər, çünki biz bu 

həzrəti yaxşı tanıyırığ. Hamısı necə ola, bir nüsxə tərcuman ver oxusun, gör nə görürsən, allah  

tofiğ versin inşallah. 

... 


Dəmirbulaq qəhrəmanlarından bir neçəsi həmin cümə günü həftə bayramı saxlamaq 

üçün mənə bab xali nabudən ərizə bir ziba pəmrən əjbat vücud etməsini lazım görürlər. Ancaq 

bayram bədmistliğindən  şikayət olursa da, abat batub  rəxmarə qaldığından cümə bayramı 

xatirinə apravdat olunur. 

 

Taqqıltı. 

 

Çalış xalğın gözəlləşsin, səninlə aşiği olsun, 



Gedib hər bir gözəl sahib cəmalın aşiği olma! 

Çalış ki naməyə, əmma ləna şəbit olmasın təğsir, 

Həzşur sər məddiyyətdən amid məffərət ğalma. 

Şeytan 

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə