“ətrafda hər şey, səhnə arxasından eşidilən nəğmə
kimi, Dianaya və seyrçilərə sevginin qalibiyyət
hünərini xatırlatmalıdır”.
75
Odur ki, hadisələr, bu
hadisələrin müəyyənləşdirdiyi münasibətlər xəfif bir
meh yüngüllüyü ilə səhnə planşeti üzərində təbəssüm
doğuracaq rəqs etməliydi. Əks təqdirdə, dinamizm
pozulacaq, tamaşanın tempo-ritmi öləcəkdi. Ona görə
də Mehdi rəssamdan yeni eskizlər tələb etdi. Növbəti
variantda artıq saray məsələsi aradan götürülmüşdü,
birinci aktın olayları bağa köçürülmüşdü: bunun
sayəsində səhnə önü daha funksional olmuşdu. Səhnə
önündə künc şirmaları tərtibat çərçivəsinə salınmışdı,
onların üstündən məxsusi pərdə asılmışdı: küçə fənəri
və skamya vasitəsilə bura bir yol, bir keçid kimi
təqdim olunmuşdu. Səhnə önünün aktivləşməsilə
personajlar seyrçilərə sanki bir qədər də
yaxınlaşdırılmışdı. Bu da, təbii ki, fəaliyyətin
______________Milli Kitabxana_______________
91
dinamizmini artırmışdı. Səhnənin mərkəzini
ikimərtəbəli şəbəkə qalereya tutmuşdu. Burada ən çox
Diana ilə Teodoro görünürdülər: tamaşada qalereya
onların bir-birinə heç cür etiraf edə bilmədikləri
sevgini sanki panoramlaşdırırdı. Qalereyanın hər iki
böyrü yan dekorlarla örtülmüşdü. Səhnəyə ağ hündür
sütunlar qoyulmuşdu ki, bu sütunlar da məkanda bir
dərinlik yaradırdılar.
Tamaşa qapalı pərdə qarşısında başlayırdı: Tofiq
Quliyevin bəstəsinin üvertürası çalınırdı, Diana
sevimli Teodoronu və Tristanı izləyirdi; elə ki görürdü
onları itirib, öz nökərlərini çağırırdı və pərdəni açırdı.
Bu effekt tamaşada mütəmadi təkrarlanırdı və
özünəməxsus estetik bir refrenə çevrilirdi.
C.Cəfərov bəyan eləyir ki, “Bağban iti” tamaşası
Mehdinin səhnədə hazırladığı ilk komediya əsəridir.
76
Bəs onda 1942-ci ildə Mehdinin rejissurasında
oynanılmış “Vasvası xəstə” (J.B.Molyer), “O olmasın,
bu olsun” (Ü.Hacıbəyli) komediyalarını kimin
ayağına yazaq? Yəqin bu səhvin səbəbi odur ki,
M.Məmmədovun “Vasvası xəstə”, “O olmasın, bu
olsun” kimi tamaşaları yadda qalan olmayıb və
möhtərəm Cəfər də bunları onun yaradıcılığı üçün
önəmli hadisələr hesab eləməyib. Amma “Nə yardan
doyur, nə əldən qoyur” tamaşası Mehdinin Gəncə
yaradıcılığında hadisədir. Onun Gəncə həyatının
hadisəsi isə, heç şübhəsiz ki, Barat xanım
Şəkinskayadır. Və məhz Barat xanım onun teatrının
ilk aktrisasıdır.
______________Milli Kitabxana_______________
92
Məhz “Nə yardan doyur, nə əldən qoyur” tamaşası
Mehdiylə Baratı bir-birinə qovuşdurur. Bəli,
qovuşdurur. Amma mən bilmədim ki, onlar havaxtdan
tanış olublar. Mənim belə bir gümanım var ki, bu
adamlar hələ Səyyar Kolxoz-Sovxoz Teatrında
çalışarkən bir-biriylə görüşmüşdülər və füsunkar
Barat arıq, nərmə-nazik və ucaboy Mehdinin xoşuna
gəlmişdi. Ola da bilsin ki, o zaman Barat heç Mehdiyə
sarı baxmamışdı da. Ola bilsin: bu, bir gümandır. Bir
güman da var ki, onlar 1935-ci ildə artıq Azərbaycan
Dövlət Dram Teatrında görüşə bilərdilər. Başqa
güman da budur ki, Mehdi Məmmədov 1936-cı ildə
Barat Şəkinskayanı Ledi Maqbet tamaşasında görə
bilərdi. Tamaşanı A.A.Tuqanov hazırlamışdı: bu işdə
ona assistentlik eləmişdi Şəmsi Bədəlbəyli. Yollar
kəsişəndə tale tapmacalar ortaya atır. Və həmin bu
tamaşaya, bayaq söylədiyim kimi, Mehdi resenziya
yazmışdı. Orada Baratın adı, bir dəfə də olsun belə,
çəkilmir: təkcə Mərziyə xanımın Ledi Maqbetindən
danışılır. Mümkün ki, Mehdi Baratı heç bu rolda
görməmişdi də. Mərziyə xanıma səhnədə dublyor
olmaq və özü də Abbas Mirzə ilə səhnəni paylaşmaq
heç də asan məsələ deyildi. Maraqlıdır, görəsən, Barat
xanım bu rolda heç səhnəyə çıxmışdımı? Dəqiq cavab
verə bilməyəcəyəm. Hər halda İ.Rəhimli Barat
xanımın oynadığı rollar sırasında Ledi Maqbeti də
xatırladır. Ona görə az da olsa, ehtimal var ki, Mehdi
Baratı Gəncədən öncə tanıyıb, bəlkə də Gəncədən
öncə sevib Baratdan xəbərsiz. Mehdi Moskvaya
______________Milli Kitabxana_______________
93
gedib, Barat - ərə, “Maqbet” tamaşasının rejissor
assistenti Şəmsi Bədəlbəyliyə. Yollar görüşdü və
ayrıldı... amma hələliyə. Təkrar eləyirəm, bu, mənim
hadisələrə əsasən qurduğum tədqiqatçı versiyasıdır,
reallığı olmaya da bilir. Real olanı bu ki, Mehdi 1943-
cü ilin yazında Gəncəyə dönən Barat xanımı aktiv
şəkildə repertuardakı tamaşalara daxil edir, onunla
əlavə işləyir, məşqlər aparır və bir gün... Barata elçi
göndərir. Özü də bu elçiliyi kim eləyir, kim eləyir...
şair Səməd Vurğun, yazıçı Mehdi Hüseyn və bir də
teatrın baş rəssamı Bəhram Əfəndiyev... Deməli, artıq
bu məqamda Mehdinin S.Vurğun və M.Hüseyn kimi
dostları vardı. Bu elçilikdən bir il ötüşüncə, yəni
1944-cü ildə Mehdiylə Barat evlənəcəklər...
Bunlar qalsın hələliyə burda... Sizə kimdən deyim,
kimdən
danışım... Barat xanımın keçmiş ərindən, Musiqili
Komediya Teatrının baş rejissoru Şəmsi
Bədəlbəylidən. 1943-cü ildə o, da durur gəlir
Gəncəyə. Bilirsiniz niyə? “Nə yardan doyur, nə əldən
qoyur” tamaşasına baxmağa. Lope de Veqanın
aktuallığı: elə bil o, öz komediyasını Mehdi üçün,
Barat üçün, Şəmsi üçün yazıb. Və bu elə beləcə də
hələ uzun müddət davam edəcək. Tamaşa bu
insanların qəribə bir həyat paradiqmasına dönəcək.
Yardan doymaq nə demək? Onu əldən qoymaq nə
demək? Təbii ki, Şəmsi bir vətəndaş kimi, bir rejissor
kimi, bir dost kimi Mehdinin tamaşası ilə maraqlanıb
da Kirovabad teatrının tamaşasına təşrif buyura
______________Milli Kitabxana_______________
94
bilərdi. Amma arada Barat vardı və bu məqam
Şəmsinin gəlişinə müxtəlif məna donları geydirirdi:
Baratla barışmağa gəlib; Baratı geri qaytarmağa gəlib;
Barata sevgisini etiraf etməyə gəlib; Barata acıq
verməyə gəlib; Baratdan öc almağa gəlib; Baratdan
hayıf çıxmağa gəlib. Düzünü Allah bilir!
Hərçənd fakt budur ki, Şəmsi Bədəlbəyli Bakıya
dönər-dönməz «Ədəbiyyat qəzeti»ndə “Nə yardan
doyur, nə əldən qoyur” tamaşası barədə bir resenziya
dərc elətdirir. Elə bu məqamda kiçik bir arayış: sənət
dünyasında bir rejissorun o biri rejissoru tənqid etməsi
qeyri-etik bir şey sayılır, kəmərdən aşağı zərbə kimi
qiymətləndirilir. Və... Şəmsi Bədəlbəyli buna imza
atır. Nəyin naminə? Musiqili Komediya Teatrının baş
rejissoru kimi bu məqalə onun üçün nə qədər önəmli
idi və onun nəyinə lazım idi? Bəlkə Şəmsi Bədəlbəyli
Mehdiyə rejissura dərsi keçmək istəyirdi, özünü
göstərmək istəyirdi, Baratın qarşısında öyünmək,
axırıncı dəfə gedərkən qapını bir də çırpmaq istəyirdi?
Yoxsa dava, həqiqətən, Barat davası idi, “sən məni
kimə dəyişdin iddiası idi”? Bunların hamısı mənim
hadisələrin gedişatına ünvanladığım suallardır,
şübhələrimdən doğan suallardır. Və ayrı heç nə.
Düzünü yenə yalnız Allah bilir!
Mənimsə yüzfaizli əminliklə bildiyim Şəmsinin
Mehdi Məmmədovun tamaşası haqqında
yazdıqlarıdır: “Nə yardan doyur, nə əldən qoyur”
tamaşasında etiraz ediləsi əsas cəhət, istər rejissor
işində, istərsə də aktyor yaradıcılığında üslub
______________Milli Kitabxana_______________
95
vəhdətinin axıra qədər saxlanılmamasıdır. Bu, tamaşa
üçün böyük ittiham olsa da, belədir. Çünki bir səhnə
əsərinin həllində italyan komediyası üslubundan
(obrazların tamaşaçılara müraciəti və s.), bəzən
qrotesk (hersoqun tez-tez əmzikdən süd içməsi),
bəzən də melodram üslubundan (Teodoro, Diana və
Marsellanın monoloqları) istifadə edilməsini başqa
cür adlandırmaq olmaz” .
77
Qədərincə ciddi tənqidi
iraddır. O qədər ciddidir ki, hətta tamaşanın üstündən
xətt çəkir; bəyanat verir ki, bu, eklektikadır.
İ.Kərimovsa bunun əksini söyləyib deyir ki, tamaşada
üslub vəhdəti, teatrallıq, ansambl rejissor fikrinin
dəqiq ifadəsinə yardımçı olur.
78
Əgər hersoqun
əmzikdən tez-tez süd içməsi personajın mahiyyətini,
xarakterini orijinal bir biçimdə obraz-işarəyə
çevirirsə, bunun nəyi pisdir ki? Əgər bu obraz-işarə
tamaşanın bədii kontekstində dəqiq işləyirsə, seyrçiyə
ləzzət eləyirsə, üslub naminə rejissor niyə də ondan
faydalanmamalıdır? Bu, bir. İkinci: Mehdi
Məmmədov bu tamaşa ilə səhnədə Azərbaycan teatrı
üçün tamam yeni iş prinsipləri sərgiləyirdi. O,
Stanislavski sisteminin gerçəkçi teatr oyunundan ötrü
mühüm bildiyi “dördüncü divarı” dağıdırdı,
apartlardan (aktyorun səhnədən seyrçiyə birbaşa
müraciəti) istifadə edirdi. Fikrimcə, Mehdi bu
“Bağban iti”ni hazırlayarkən hələ də Y.B.Vaxtanqov
teatrının “Şahzadə Turandot” tamaşasının təsiri
altında olub və Kirovabad teatrının səhnəsində bir
arlekinada qurmağa çalışıb. Azərbaycan teatr
______________Milli Kitabxana_______________
96
mədəniyyəti rejissor Mehdi Məmmədovu həmişə milli
səhnə sənətində K.S.Stanisalvski sisteminin “qeyri-
rəsmi səfiri” statusunda qavrayıb. Amma faktlar başqa
məqamları da əlüstü aktuallaşdırır.
Şəmsi
Bədəlbəylidən oxuduqlarım zəminində mənə bəlli olur
ki, Mehdi Məmmədov asanca Stanislavskidən
uzaqlaşıb İtalyan komediyasından, klounadadan (yekə
əmzik klounada atributu kimi), oyunbazlıqdan,
şişirtmədən bəhrələnə bilərdi. Yəni hələ keçən əsrin
40-cı illərində Mehdinin teatr təcrübəsindən aydınlaşır
ki, o, “sistem”ə heç vədə doqma kimi yanaşmayıb;
lakin bu “sistem”in ali ideyalarına və gündəlik
tələblərinə böyük sayğı göstərib, “sistem”i dəyərli bir
təlim toplusu kimi qavrayıb. Amma tələsməyə nə
hacət: bir az gözləyək; hələ ki, biz Mehdi Məmmədov
yaradıcılığının başlanğıc mərhələsindəyik, “ikinci
institut dövrü”ndəyik, sınaqlar müddətindəyik,
rejissorun öz şəxsi imzasına doğru getdiyi yolun
əvvəlindəyik: yəni ümumiləşdirmələrə, nəticələrə bir
filan qədər qalır.
Odur ki, bir də qayıdıram Ş.Bədəlbəylinin
məqaləsinə. Onun “Nə yardan doyur, nə əldən qoyur”
tamaşası ilə bağlı tənqidi qeydlərinin sayı çoxdur.
Həmin qeydlərdən birisi: “Bütün bunlardan başqa
teatrda nəzərə çarpan bir nöqsan cəhət də vardır ki,
onu da göstərmək faydasız olmazdı. Bəzi səhnə
parçaları, məsələn, Diananın Teodoronu döyəndən
sonra onu altında gizlətməsi, Diananın ilk qısqanclıq
səhnələri yüngül və ucuz təsir xatirinə qurulmuşdur və
______________Milli Kitabxana_______________
97
bunların səhnə həlli obrazın xasiyyətinə və daxili
varlığına uyğun deyildir”.
79
Hərçənd Ş.Bədəlbəyli
sonucda bu tamaşanı teatrın uğuru sayır, aktyorlar
S.Tağızadə və S.Orlinskaya barədə tərifli sözlər
söyləyir. Ancaq bu, onu bir sənətçi kimi bağışlamırdı.
Çünki obyektivlik naminə demək lazımdır ki, Mehdi
Məmmədov “Nə yardan doyur, nə əldən qoyur”
tamaşası ilə Kirovabad teatrının özündən və
imkanlarından daha böyük bir iş görmüşdü, teatrın
fərdi reklam simasını “imzalamışdı”, teatrı öz sənət
düşüncələrinin “avtoportret”inə çevirmişdi:
göstərmişdi ki, bədii rəhbər kimi çalışdığı müddətdə
teatrın repertuarını yeniləşdirib, tamaşaların üslub və
janr müxtəlifliyini təmin edib, teatrlar sırasında onu
fərqli mövqelərə yüksəldib.
1944-cü ildə Mehdinin quruluşunda “Partizan
Kostya” tamaşası da Gəncə teatr mühitində “alınır”,
pozitiv səslənir və baxılır. Bunun səbəblərindən biri o
olur ki, Kostya rolunda Barat xanım Şəkinskaya
səhnəyə çıxır və öz qardaşının verdiyi eskizlərə əsasən
qurulmuş dekorlar arasından sanki dəcəl bir dalğa
kimi keçib gedir. Bundan savayı 1944-cü ildə “Toy”
(Sabit Rəhman) olacaq, “Oqtay el oğlu” (Cəfər
Cabbarlı) olacaq, bir də “İntizar” (İlyas Əfəndiyev).
Bu da eləyəcək 1944-cü il üçün dörd tamaşa. Düzdür,
İ.Rəhimli “Barat Şəkinskaya” monoqrafiyasında
Mehdi Məmmədovun “Timur və onun komandası”
(A.Qayday) adlı bir tamaşanın da rejissoru olduğunu,
Barat xanımın isə səhnədə Timuru oynadığını qeyd
______________Milli Kitabxana_______________
98
edir.
80
Deməli, Mehdinin Gəncə teatrında qoyduğu
tamaşaların sayı bir dənə də artır. Di gəl ki, bu
informasiya nə C.Cəfərovda var, nə İ.Kərimovda.
Mən Gəncə teatrının arxivində də bununla əlaqədar
müəyyən bir informasiyaya rast gəlmədim. Ancaq
Solmaz xanım Həmzəyeva, Barat xanımın qızı, mənə
dedi ki, o, vaxtilə bu tamaşada Nyurka rolunda
səhnəyə çıxıb, aktyorlar Səməd Tağızadə, Rəmziyyə
Veysəlova ilə birgə oynayıb. Hətta Solmaz xanım bir-
iki mizan haqqında danışdı da. Bununla belə mən bu
faktı təsdiqləyəcək bir sənəd tapmadım. O da ola
bilsin ki, Mehdi bu tamaşanı öz studiyasında
hazırlayıb. Amma tamaşa repertuarda uzun müddət
qalmayıb. Nədən ki, Barat xanımı yenidən
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram
Teatrına dəvət eləyiblər. Hərçənd mən inanmıram ki,
Sovetlər Birliyində uşaqların ən sevimli yazıçısı
Arkadi Qaydarın Azərbaycan teatr məkanında məşhur
bir əsəri səhnəyə qoyulaydı, özü də Mehdi tərəfindən,
və Cəfər Cəfərov kimi bir ziyalı bunu öz kitabında
qeyd eləməyəydi; “Partizan Kostya”dan danışaydı,
“Timur və onun komandası”na gəldikdə susaydı. Özü
də İ.Rəhimlinin yazdığına görə guya “Partizan
Kostya” ilə “Timur və onun komandası” eyni ildə
Gəncə teatrının səhnəsində göstərilib. 1943-cü ildə
teatrın gələcək planları barədə “Kirovabad bolşeviki”
qəzetinə hesabat verən rejissor Mehdi Məmmədzadə
(yəni Mehdinin özü) yoldaş da deyirdi ki, teatr yeni
mövsümdə “On ikinci gecə”ni, “Kukla evi”ni,
______________Milli Kitabxana_______________
99
“Müsibəti-Fəxrəddin”i, “Qafqazlılar”ı öz repertuarına
daxil etmişdir.
81
Göründüyü kimi bu siyahıda da
“Timur və onun komandası”nın adı yoxdur. Bəs
“Müsibəti-Fəxrəddin”, “Qafqazlılar”, “Kukla evi”
kimi tamaşaların aqibəti necə olub, tarix
səhifələrindən hara buxarlanıb gediblər; hansı
rejissorlar tərəfindən hazırlanmışdılar? Bilmirəm.
Mən onu bilirəm ki, Gəncə teatrında Mehdiylə yanaşı
Ağəli Dadaşov da, Həsən Ağayev də rejissor kimi
çalışıblar. Lakin hansı kimin tamaşasıdır? Çox təəssüf
ki, Gəncə teatrının tarixilə bağlı düz-əməlli bir
araşdırma əlimə keçmədi: hamı məlum faktları
təkrarlayır; arxiv materialları da qırıq-qırıqdır, epizod-
epizoddur. Mən Gəncə teatrının tarixini araşdırmaq
işinə girişsəydim, onda gərək monoqrafiyanı bir
kənara qoyaydım. Odur ki, sadəcə olaraq faktlar
panoramını görükdürməklə kifayətləndim.
1945-ci ildə Mehdi Gəncədə özünün son “Qatır
Məmməd” (Zeynal Xəlil) adlı tamaşasını təhvil verir
və Moskvada aspiranturaya daxil olmağı planlaşdırır.
Ona görə hətta öz müəllimi N.M.Qorçakovla
məktublaşır da. Amma çərxi-fələk necə fırlanırsa,
Mehdi, C.Cəfərova istinadən mən bunu deyirəm,
“əzizbəyovçular”dan dəvət alır; dəvət alır ki, bəs, gəl,
bizimlə işlə. Yaxşı təklifdir, sözsüz. Elə buradaca
yenidən suallar peyda olur: bu dəvət konkret olaraq
kimə məxsus idi, daha doğrusu, kim tərəfindən
göndərilmişdi? Teatrda, həqiqətən, Mehdi üçün
susamışdılarmı? Onun Rza Təhmasibə məktublarını
______________Milli Kitabxana_______________
100
xatırlayın!!! Barat xanıma nə düşmüşdü ki, Gəncədə
heç iki il də yaşamamış, Kirovabad teatrını
özünküləşdirməmiş, Mehdiylə münasibətlərin dadını
çıxarmamış çaparaq Bakıya dönəydi? Niyə məhz
1945-ci ildə aspirantura məsələsi Mehdi üçün birdən-
birə bu qədər aktuallaşmalıydı?
Əgər
aktuallaşmışdısa, onda nədən Mehdi aspiranturaya
getmək fikrindən daşınmışdı? Nələr yaşandı ki,
“əzizbəyovçular” Mehdiyə dəvət göndərdilər?
Bu vəziyyətə “əməli təhlil metodu”nu tətbiq
eləməsən, heç nə aydınlaşmayacaq və fakt
tapılmayacaq. Məsələ bu ki, Gəncə teatrında 1944-ci
ilin sonunda Mehdi və Baratın rəftar məntiqini
Bakının diktəsi müəyyənləşdirmişdi; hadisə paytaxtda
baş vermişdi: “əzizbəyovçular”ın səhnə fəaliyyətinə
canlı maraq göstərən və teatrdakı prosesləri öz
nəzarətində saxlayan Azərbaycan Kommunist
Partiyasının birinci katibi Mir Cəfər Bağırov növbəti
tamaşalardan birinə baxarkən soruşmuşdu ki, bəs
Barat Şəkinskaya çoxdandır gözümə dəymir? Axı
Barat xanım Gəncəyə gedənə qədər Əzizbəyov adına
teatrın səhnəsində Cülyettanı, Kordeliyanı, Aidanı,
Sonanı və digər rolları oynamışdı və şübhəsiz ki, Mir
Cəfər Bağırovun diqqətini özünə çəkmişdi. 1940-cı
ildə “əməkdar artist” fəxri adı almaq üçün teatrın
təqdim etdiyi siyahıya Barat xanımın adını Bağırovun
özü saldırmışdı. Ona görə də M.C.Bağırov
B.Şəkinskayanın Gəncəyə köçdüyünü eşidəndə
demişdi ki, aktrisanı tez Bakıya qaytarın. Teatrın
______________Milli Kitabxana_______________
101
kollektivi, və yəqin ki birinci növbədə Ə.İskəndərov,
bu təpkidən şaşırmışdılar, ləngimədən Baratı Bakıya
dəvət eləmişdilər. Barat tərslik eləyib gəlməyə də
bilərdi, əgər burada şəxsən M.C.Bağırovun özünün
sözü olmasaydı. Deməli, onun Gəncədən qayıtmasının
əsas səbəbi budur: Barat Şəkinskayanı M.C.Bağırovun
özü çağırtdırır. Bu, əmrə bərabər bir istəkdir və
müzakirəsi mümkünsüzdür; yəni Baratın tərsliyi,
ərköyünlüyü fövqündədir..
Artıq 1944-cü ilin dekabrında B.Şəkinskaya
Bakıda idi və Əzizbəyov teatrının truppasına işə
götürülmüşdü. Bu qayıdış, əbəttə ki, Barata şərəf
gətirirdi, onun renomesini artırırdı (Barat xanım
Bağırov yoldaşın özünün yadındadır!!!); amma həm
də Baratı Mehdidən ayırırdı. Görünür, elə bu
məqamda Mehdi qərara alıb ki, oxumağa getsin,
praktiki fəaliyyətdən uzaqlaşın. Niyə? Olsun ki,
Moskvadan sonra Gəncə ona darısqal balaca şəhər
kimi görünürdü, Mehdini sıxırdı. Bir yandan da
Baratdan sonrakı tənhalıq. O biri yandan da
“əzizbəyovçular” Gəncədə işləyən Mehdini qəsdən
“görməyib” bu istedadlı insanı öz teatrlarına dəvət
etmirdilər. Yenə də Rza Təhmasibə Mehdinin yazdığı
məktubları xatırlayın!!! Bu zaman Mehdi həyatdan
küsə bilərdi, depressiyon vəziyyət yaşaya bilərdi. Bəs
əlac nə idi? Təbii ki, Moskvaya getmək... Amma tarix
göstərir ki, Mehdi bu qərardan qaçır: çünki
“əzizbəyovçular”dan dəvət alır. Əslində, Əzizbəyov
adına teatrın bədii rəhbəri Ə.İskəndərov Mehdinin
______________Milli Kitabxana_______________
102
onunla birgə eyni bir teatrda çalışmasını arzulamırdı.
Amma buna baxmayaraq o, Mehdiyə dəvət
göndərmək məcburiyyətində idi. Çünki bu vaxt
məsələyə Barat qarışmışdı. Demişdi ki, ya Mehdi
Bakıya gələcək, ya da o, Gəncəyə gedəcək. Təbii ki,
vəziyyəti gərginləşdirməyinə, heç nədən hay-küy
qoparmağına dəyməzdi: Mir Cəfər Bağırovun
qulağına nəsə çata bilərdi; busa heç kəsin xeyrinə
olmayacaqdı: nə Baratın, nə Ədilin, nə də Mehdinin.
Yəqin ki, bunu çox gözəl başa düşən Ədil İskəndərov
rəngləri qatılaşdırmamaq naminə Mehdi Məmmədovu
M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram
Teatrına dəvət edir.
Və... Mehdi bununla razılaşır, aspiranturaya
getmək, Moskvada təhsilini davam etdirmək fikrindən
daşınır; hesab edir ki, “əzizbəyovçular”ın dəvəti onun
taleyinin bu konkret məqamı üçün ən optimal
variantdır. Bu zaman Mehdi yeganə düzgün qərar
qəbul etmişdi. Vaxt onun xeyrinə işləyirdi. O,
Əzizbəyov teatrının dəvətinə “hə” deməklə üç
problemi birdən həll etmişdi. Birinci: Mehdi Bakya
gəlirdi, teatr elitasının sıralarına qatılırdı, özünün
sənətçi perspektivini görürdü, karyerasının təqribi
mərhələlərini planlaşdırırdı; ikinci: o, Baratdan
ayrılmırdı, sevdiyi qadının yanında qalırdı, ailə
səadətinə qovuşurdu; üçüncü: Mehdi anasına və
qardaşlarına yardım etmək imkanını itirmirdi. Təbii
ki, bunun müqabilində Moskvadan, aspiranturadan,
elmi fəaliyyətdən imtina etməyinə dəyərdi. Beləcə,
______________Milli Kitabxana_______________
103
Mehdi öz “ikinci institut”unu bitirirdi; və onu
da deyim ki, şəxsi həyatının, Azərbaycan teatr
mədəniyyətinin kontekstinə görə uğurla
bitirirdi.
Uğur bu idi ki, Mehdi Moskvada rejissor
diplomu almışdı, Stanislavski sistemini,
gerçəkçi teatrın prinsiplərini Moskvanın kübar
teatr elitasının nümayəndələrindən öyrənmişdi.
Uğur bu idi ki, Mehdi öz teatr təcrübəsində
Stanislavski sisteminin çərçivələrində qapanıb
qalmamışdı; göstərmişdi ki, italyan
komediyasının
şərtiliyi də, klounada
qroteskvariliyi də, qədim yunan xorunun teatral
effektivliyi də onun sənət qavrayışına yad
deyil. Uğur bu idi ki, o, Gəncədə öz fərdi
rejissor üslubunun təqribi “əlifba”sını tapmışdı:
bu üslub söz, pauza və ritm üzərində özünü
təsdiqləyəməyə meyllənirdi. Uğur bu idi ki,
Mehdi Məmmədov tamaşalarının məfkurə
mündəricəsinin qütblərini müəyyənləşdirmişdi:
müasirlik, millilik və mənəvi saflıq. Uğur bu
idi ki, Gəncə rejissoru öz tamaşa estetikasında
səhnə realizmiylə teatrallığı, romantik pafosla
gerçək aktyor yaşantılarını bir araya gətirmək
iqtidarında olduğunu teatr ictimaiyyətinə bəyan
eləmişdi. Uğur bu idi ki, Barat Şəkinskaya
______________Milli Kitabxana_______________
104
maneələr fövqündə dayanıb Mehdinin
“əzizbəyovçular” teatrına dəvət almasında
mühüm rol oynamışdı. Həqiqətən, bu gündən
tarixə boylananda Barat xanımın bu rolu bir
missiya kimi oxuna bilər: sanki o, Gəncə
şəhərinə Mehdiyə görə gedibmiş. Əgər Barat
olmasaydı, Mehdi Məmmədovun Əzizbəyov
adına teatra gəlişi baş tutacaqdımı? İnanmıram.
Buna yol verməyəcəkdilər. Mehdi əyalət
teatrında qalacaqdı, ya da uzağı bəxtini
soraqlaya-soraqlaya Moskvaya üz tutacaqdı.
Yəni Mehdinin Gəncədə keçdiyi həyat və sənət
yolunun dan ulduzu Baratdır.
Baratdır?!
Lakin… bir dəqiqə.
Ola bilərdimi ki, Mehdi Kirovabaddan heç
hayana tərpənməsin və qədim Gəncədə qalıb
Pribaltika ölkələrinin əyalət şəhərlərində
olduğu kimi unikal bir teatr yaratsın və bununla
da Gəncəni Azərbaycanın ikinci teatr
mərkəzinə çevirsin? Əminəm ki, ola bilərdi və
bu, milli teatr mədəniyyətinin yalnız pozitivi
sayılacaqdı...
Onun Ədilin teatrında nə işi vardı ki?
Var axı, elə əyalət teatrları ki, onları
dünyanın sənət elitası tanıyır!
______________Milli Kitabxana_______________
105
Buna da Mehdinin, və bəlkə də Azərbaycan
teatrının mümkün bir tale variantı kimi
yanaşın!!!
Mənsə monoqrafiyanın ardını yazım...
______________Milli Kitabxana_______________
106
______________Milli Kitabxana_______________
107
Dostları ilə paylaş: |