Microsoft Word Materiallar Full Mənim gənclərə xüsusi


POLİXLORBİFENİLLİ  YAĞLARIN UTİLİZASİYASININ RADİASİYA



Yüklə 10,69 Mb.
Pdf görüntüsü
səhifə30/144
tarix06.03.2017
ölçüsü10,69 Mb.
#10325
1   ...   26   27   28   29   30   31   32   33   ...   144

POLİXLORBİFENİLLİ  YAĞLARIN UTİLİZASİYASININ RADİASİYA 

TEXNOLOGİYASI 

 

Gəray ƏŞİROV, Pünhan CAMALOV, E.T. ABDULLAYEV 

QafqazUniversiteti, AMEARadiasiyaProblemləriİnstitutu 



geshirov@std.qu.edu.az 

 

Polixlorbifenillər (PXBlər) bir birinə birləşmiş iki aromatik hidrogen atomlarının xlor atomları ilə qismən və ya 

tamamilə əvəz olunmasından alınan sintetik kimyəvi birləşmələrdirlər. 

 

Onlarınümumiformulu C



12

H

10-n



Cl

n

-dir. Homoloqlarınınsayı 10, izomerlərininsayıisə 209-a bərabərdir.PXB-lər bir 



qayda olaraq anti oksidant və soyuducu maddə kimi təmiz halda, yaxud yağlara qarışdırılmaqla elektrik transfor-

matorlarında və kondensatorlarda, istilikkeçiricimaye, hidravlikmayekimi, vakkumnasoslarında, elektrik açarlarında və s. 

istifadə olunur.  

İlk dəfə PXB-lər 1929-cu ildə ABŞ-ın Monsanto kompaniyasıtərəfindənistehsalolunmuşdur.SSRİ-dəisə PXB-

lərinistehsalına 1939-cu ildənbaşlanılmışdır.İstifadəolunan PXB-ləronlarınizomerləriqarışığından (50 – 70 fərdi PXB) 

ibarətolur.Dünyada 2 mln.tondançox, keçmiş SSRİ-dəisə 180 min ton PXB-li birləşmələristehsalolunub, onların 40%-i 

müvafiqrespublikalara, o cümlədənAzərbaycanaistifadəüçünverilmişdir. . 

23 may 2001-ci ildə bu maddələrin istifadəsinin məhdudlaşdırılmasının zəruriliyi məsələsi qaldırılmış, 17 may 2004-cü 

ildə isə DavamlıÜzvi Çirkləndiricilər haqqında Stokholm Konvensiyası adı ilə qüvvəyə minmişdir. Konvensiyada PXB-li 

avadanlıqların və tullantıların (tərkibində 0,05%-dən çox PXB olan) 2025-ci ilə kimi istifadəsinin aradan qaldırılması tələbi 

qoyulur. Azərbaycan Respublikası Davamlı Üzvi Çirkləndiricilər haqqında Stokholm konvensiyasına Azərbaycan Respub-

likası Prezidentinin 2004-cü il 29 iyul tarixli 329 saylı  Sərəncamına  əsasən qoşulmuşdur.Bu konvensiyaya qədər PXB-li 

yağların uçotu və inventarlaşması aparılmamış  və onların istifadəsinin aradan qaldırılması üçün məqsədli işlər görülmə-

mişdir. Hazırda tərkibində PXB-lər olan transformator yağlarının miqdarının təyini və onların utilizasiya edilməsi aktual 

problemlərdəndir. 


 Qafqaz Uni

PXB-lər


yüksək temp

lərdən daha t

olan PXB-lər

olan PXB-lər

lizin tətbiqi p

proseslər üçü

həmçinin pr

məhdudlaşdı

geniş miqya

molekulda o

polimerləşmə

iştirakında et

Lakin  əvəzo

atomlarının ə

PXB-li t

davamlılığını

öyrənilmişdir

PXB-lər


10 ug/ml in

Technologies

verilmişdir.  

Şəkil 2-d

Hz

300


400

500


600

700


II INTER

versity           

r stabildirlər v

peraturda yand

toksiki olan d

r parçalanır və

r mikroorqani

perespektiv üs

ün xammal rol

roses nəticəs

ırır. Bu üsul üç

asda  tətbiqini 

lan xlor atom

ə  və polikon

tanol və kaliu

olunma zaman

əvəz olunması

transformator 

ın öyrənilməs

r. 

rin heksanda m



n heptane, S

s 7820A) ilə



Ş

də PXB-lərin 

5

 ECD2 B, Back Signal (EC



RNATIONA

              

və təbii şəraitd

dırılmadır [1].

dioksinlər ayrı

ə son məhsul 

izmlərin təsiri

sullardan sayı

lunu oynayan 

sində korrozi

çün ən effekti

  məhdudlaşd

mlarını əvəz et

ndensləşmə  p

um-hidroksid i

nı molekulda

ına nail olmaq

yağlarının təm

si mühüm akt

məhlulunun h

upelco) və  h

ə aparılmışdır

əkil 1. Qaz X

qarı


ümumi qatılığ

10

CDSTD\ECDSTD000075.D)



L SCIENTIF

də çox çətin p

.Lakin bu zam

ılır. Mikroorq

kimi su, karbo

nə qarşı davam

ılır [3]. Çünki

məhsullara çe

iyanı sürətlən

iv katalizator p

dırır. PXB-lər

tməklə onları 

prosesləri üçü

ilə reaksiyalar

a xlor atomla

q olmur. 

mizlənməsinə

tuallıq  kəsb  e

hazırlanması ü

heksandan ist

r.  Şəkil 1-də

Xromatoqrafı (A

ışığının (100 m

ğının udulma d

15

)

 13



.167

 15.2


89

 16


.935

17

321



FIC CONFER

125 


parçalanırlar. 

man tam yanm

qanizmlərin işt

on qazı və xlo

mlıdırlar. PXB

i bu proses nə

evrilə bilər. L

ndirən hidrog

palladium hes

rin utilizasiya

hidroksi- və

ün xammal k

rı nəticəsində

arının sayı  az

 radiolitik üsu

edir. Tədqiqat

üçün tərkibind

tifadə olunm

ə PXB-lərin 

Agilent Techn

mkq/l)  standa

dozasından as

20

 17


.321

 17.9


06

 21.0


56

RENCE OF Y

 

PXB-lərin uti

ma getmir və n

tirakında (bio

or alınır [2]. L

B-lərin zərərs

əticəsində hal

akin kifayət q

gen-xloridin 

sab olunur, lak

ası üçün istif

ya alkoksi-tö

kimi istifadə

 əvvəlcə etok

zaldıqca  əvəz

ulların tətbiqin

t  işində PXB

də 12 PXB ola

muşdur.Nümun

bu xromatoq

nologies 7820

art xromatoqra

sılılıq qrafiki v

25

 23



.9

90

 24



.778

 25


.060

 26.3


45

YOUNG RES

        18-19 A

ilizasiyası üçü

natamam oksi

oloji üsul) mo

Lakin molekul

izləşdirilməsi 

ogenüzvi birl

qədər aktiv və

alınması  bu

kin qiymətili m

fadə olunan 

örəmələrə çevi

etməkdir [4

ksi-, daha sonr

etmə  də  çəti

ni araşdırmaq 

B-lərin heksan

an standartdan

nələrin analiz

qrafda çəkilm

0A) ilə çəkilm

amması. 


verilmişdir. 

30

3



 29.1

77

 31



.564

SEARCHER

April 2014, B

ün istifadə olu

idləşmə məhsu

lekulunda az 

lunda 5 və dah

məqsədilə ka

əşmələr toksi

stabil kataliza

u üsulun pra

metal olması o

kimyəvi met

irmək, alınan 

4]. PXB-lərin

ra isə hidroks

nləşir və  nət

məqsədilə PX

nda  məhlulunu

n (CEN PCB 

i Qaz Xrom

miş standart x

miş 12 PXB 

 

35



40

RS 

aku, Azerbai

unan ənənəvi 

ulları, hətta P

sayda xlor at

ha çox xlor at

atalitik hidrog

ki olmayan b

atorların alınm

aktiki istifadə

onun bu məqs

todlardan biri

məhsullardan

n dimetilsulfo

i-törəmələr al

ticədə  bütün 

XB-lərin radia

unradioliz pro

Congener Mi

matoqrafı (Ag

xromatoqramm

 

min


ijan 

üsul 


PXB-

omu 


omu 

eno-


aşqa 

ması, 


əsini 

sədlə 


i  də 

n isə 


oksid 

lınır. 


xlor 

asiya 


osesi 

ix 1, 


ilent 

ması 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

126 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Göründüyü kimi, 16,5 Mrad udulma dozasında PXB-lərin ümumi miqdarının təxminən90%-i parçalanır. 



 

ƏDƏBIYYAT 

1.   Н.П. Аршинов, А.В. Васин, А.И. Папуша и др. // Электрика, 2006, №3, с. 28 – 32. Oпыт обеззараживания ПХБ из 

крупногабаритных силовых трансформаторов. 

2.  K. Kimbara et al. Japan Railway & Transport Review, 1998, N 17, p. 17 – 19 

3.  А.В.  Мехаев,  М.Г.  Первова,  О.П.  Таран  и  др.,  Химия  в  интересах  устойчивого  развития 19, 2011, с. 179 – 

186.Жидкофазное  дехлорирование  токсичных  техногенных  продуктов  с  использованием  нанодисперсных 

палладиевых катализаторов на основе  “Сибунита”. 

4.   Забелина  О.Н.,  Кириченко  В.Е.,  Первова  М.Г.  и  др.,  Журнал  прикладной  химии, 2006, т. 79, №5,  с. 801-

808.Иследование продуктов взаимодействия полихлорированных бифенилов с этaнолом и гидроксидом калия в 

диметилсульфоксиде. 

 

 

 



 

 

 



NİKEL TƏRKİBLİ KATALİZATORLAR ÜZƏRİNDƏ 

HEKSANINHİDROİZOMERLƏŞMƏSİ 

 

Elşən ZEYNALOV 

ADNA, “Neftin, qazın geotexnoloji problemləri və kimya” ETİ 



zeto@box.az

 

 

Mövcud tədqiqat işində nikel tərkibli katalizatorlar üzərində heksanın hidroizomerləşməsi prosesi öyrənilmişdir. 

Müqayisəli təhlil aparmaq məqsədilə müxtəlif temperatur və hidrogen : xammal nisbəti götürülmüşdür. Aparılmış 

tədqiqatlar  əsasında müəyyən edilmişdir ki, heksanın hidrozomerləşməsi üçün nisbətən aşağı temperatur və az miqdarda 

hidrogenin xammala nisbəti tələb olunur.  

Neftin dərin emal proseslərinin  əsas istiqamətlərindən biri mühərrik yanacağı kimi istifadə olunan neft xammalının 

tərkibində izoquruluşlu karbohidrogenlərin miqdarının artırılması hesab olunur. Bunun üçün normal parafin 

karbohidrogenlərinin katalitik izomerləşməsi prosesindən istifadə olunur [1,2]. 

Metal tərkibli katalizatorlar üzərində izomerləşmə reaksiyalarının müntəzəm getməsi üçün onu hidrogen mühitində 

aparmaq lazımdır. Bu onunla əlaqədardır ki, hidrogenin metalda adsorbsiya və dissosiasiyasının yaranması  və metaldan 

hidrogen hissəciklərinin daşıyıcıya keçidi baş verir [3]. 

Mövcud tədqiqat işində müxtəlif nikeltərkibli sənaye katalizatorlarının – Ni/kizelqur və NiCr

2

O

3



 üzərində müxtəlif 

temperatur və H

2

 : xammal nisbətində n-heksanın hidroizomerləşməsi prosesi aparılmışdır. 



NiCr

2

O



 əsasən hidrogentərkibli qazın oksigen, dəm qazı və karbon qazından zərif təmizlənməsi prosesində, aromatik 

karbohidrogenlərin hidrogenləşmə, metanın karbon qazı ilə konversiyası reaksiyasında, alçaq molekullu spirtlərin 

dehidrogenləşmə reaksiyasında, oksigen tərkibli (benzol, fenol, anilin) birləşmələrin hidrogenləşməsində, həmçinin təbii 

qazın tərkibinin stabilləşdirilməsində istifadə olunur. 

Ni/kizelqur neft-kimya və kimya sənayesində asetilen birləşmələri qarışığının izopren və 1,3-butadienə hidrogenləşməsi 

üçün, karbonilli birləşmələr qarışığının butanol və s. çevrilməsi üçün, həmçinin qida sənayesində bitki yağlarının, heyvan 

yağlarının və yağlı turşuların hidrogenləşməsi üçün istifadə olunur. 

N-heksanın hidroizomerləşməsi 5 sm

3

 katalizator iştirakı ilə  axarlı reaktorda, 200-250



o

C temperaturda,  H

2

 : n-C


6

H

14



 = 

(2 ÷ 3) : 1 nisbətində tədqiq edilmişdir.Katalizator kimi Ni/kizelqur və NiCr

2

O

3



/C katalizatorlarından istifadə olunmuşdur. 

Prosesə lazım olan hidrogen generator vasitəsilə sistemə verilir. Hidroizomerləşmə reaksiyasının maye məhsullarını 

içərisində inzen kərpici (İNZ-600) üzərinə hopdurulmuş vazelin yağı hopdurulmuş sorbentlə doldurulmuş 1 m uzunluğu 

olan şüşə kalonka ilə təchiz edilmiş “CHROM–5” xromatoqrafının köməyi ilə analiz edilmişdir.  

Aparılmış  tədqiqatlar nəticəsində  hər iki katalizator üzərində hidroizomerləşmə prosesinin göstəriciləri(izomerlərin 

çıxımı və konversiya) hesablanmışdır. Alınmış nəticələrə əsasən Ni/kizelqur (şəkil 1,a) və NiCr

2

O

3



/C (şəkil 1,b) üzərində n-

heksanın hidroizomerləşmə prosesinin göstəricilərinin asılılıq qrafiki verilmişdir. 

 

 

 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

127 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Ni/kizelqur və NiCr

2

O

3



/C katalizatorları iştirakı ilə n-heksanın hidroizomerləşməsi prosesinin  

göstəricilərinin zamandan asılılığı 

 

 

 



a)                                                                                   b) 

Şəkil 1.  1 – 2-metilpentan və 3-metilpentan; 2 – 2, 2-dimetilbutan və 2,3-dimetilbutan; 3 – konversiya 

 

Şəkil 1,a-dan göründüyü kimi  Ni/kizelqur katalizatoru üzərində 250 



o

C-də 1 saat ərzində izomerlərin yekun çıxımı 35,8 

%-dən 4 saat ərzində 38,6 %-ə  qədər artmışdır. Konversiya isə uyğun olaraq 67,9 %-dən 71,8 %-ə  qədər artmışdır. 

İzomerlərin maksimal çıxımı (38,6 %) və ən yüksək konversiya (71,8 %) 4-cü saatda müşahidə olunur.  

Şəkil 1,b-dən görünür ki, NiCr

2

O



3

/C katalizatoru üzərində 250 

o

C-də 1 saat ərzində izomerlərin yekun çıxımı 37,0 %-



dən 4 saat ərzində 36,8 %-ə  qədər azalmışdır. Konversiya isə uyğun olaraq 69,0 %-dən 69,3 %-ə  qədər artmışdır. 

İzomerlərin maksimal çıxımı 3-cü saatda (38,4 %), ən yüksək konversiya isə 2-ci saatda (75,7 %) müşahidə olunur. Buradan 

belə bir nəticəyə  gəlmək olar ki, Ni/kizelqur katalizatoru üzərində izomerlərin çıxımı NiCr

2

O



3

/C katalizatoruna nisbətən 

daha yüksəkdir.  

Nikel tərkibli katalizatorlar üzərində n-heksanın hidroizomerləşmə prosesini daha dəqiq təyin etmək üçün müqayisəli 

tədqiqat aparılmışdır. Müqayisə üçün eyni temperaturda (200 

0

C-də) müxtəlif H



2

: n-C


6

H

14 



nisbəti (2 : 1 və 3 : 1) 

götürülmüşdür. Yuxarıda göstərilən qaydada hər iki katalizator üzərində  tədqiqatlar aparılmışdır. Alınmış  nəticələr 

aşağıdakı cədvəldə göstərilmişdir

 



Cədvəl 1. Nikel tərkibli katalizatorlar üzərində n-heksanın hidroizomerləşməsinin müqayisəli təhlili  

Göstəricilər Katalizator 

 

Ni/kizelqur NiCr



2

O

3



/C 

H

2



 : n-C

6

H



14

 

2 : 1 



3 : 1 

2 : 1 


3 : 1 

İzomerlərin çıxımı, % küt. 

34,6 

37,0 


34,0 

36,7 


Konversiya  

60,6 


68,7 

59,1 


67,5 

 

Cədvəldən göründüyü kimi, hər iki katalizator üzərində H



2

 : n-C


6

H

14 



= 3 : 1 olduqda izomerlərin çıxımı və konversiya 

yüksəkdir. Əksinə H

2

 : n-C


6

H

14 



= 2 : 1 olduqda isə izomerlərin çıxımı və konversiya aşağıdır. 

Beləliklə, aparılmış tədqiqatlar göstərir ki, n-heksanın hidroizomerləşməsi prosesi üçün optimal şərait T = 200 

o



olduqda H



2

 : n-C


6

H

14 



= 3 : 1 hesab olunur. Bu zaman izomerlərin çıxımı və xammalın konversiyası hər iki katalizator üçün 

məqsədəuyğun hesab edilə bilər. 

 

ƏDƏBİYYAT 

1.  E.T.Zeynalov. Nikel tərkibli katalizatorlar üzərində heksanın izomerləşməsi. H.Əliyevin anadan olmasının 90 

illiyinə həsr olunmuş “Azərbaycan 2020: neft-qaz sənayesinin inkişaf perspektivləri” adlı elmi-praktiki konfrans

2-7 may 2013, Bakı. 

2.  Н.А.Закарина, Л.Д.Волкова, А.М.Аутанов, Н.А.Корнаухова. Изомеризация н-гексана на никельсодержащих 

цеолитных катализаторах. Нефтехимия, №3, 2005. 

3. В.Г.Степанов,  Л.П.Пословина,  Ю.В.Малоземов.  Гидроизомеризация  н-гексана  на Pd-содержащих  цеолитах 

различных типов. Нефтехимия, Т.42, № 6, 2002. 

 

 

 



0

10

20



30

40

50



60

70

80



1

2

3



4

T, saat

Ç

ıx

ın,

 k

onv

er

si

ya

 %

0

10



20

30

40



50

60

70



80

1

2



3

4

T, saat



Ç

ıx

ım

, ko

n

ver

si

ya

 %

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

128 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

METAL SAXLAYAN KARBON NANOLİFLERİNİN ETİLBENZOLUN   OKSİDLƏŞMƏ 

PROSESİNDƏ KATALİTİK AKTİVLİYİNİN TƏYİNİ 

 

Nərminə ABDULLAYEVA, Eldar ZEYNALOV, Vaqif ABBASOV 

AMEA, Y.H.Məmmədəliyev adına  Neft-Kimya Prosesləri İnstitutu 



ab.narmina@gmail.com 

 

Neft karbohidrogenlərinin oksidləşmə prosesləri kimya elmində və mühəndisliyində mühüm yer tutur.Xüsusilə belə bir 



proseslərinin işlənib hazırlanması nefti və qazı hasil edən ölkələr üçün daha vacib və əhəmiyyətlidir.  Bu sahədə  Azərb. 

Milli Elmlər Akademiyasın Neft-Kimya Prosesləri  İnstitutunda geniş  tədqiqat işləri aparılır. Neftin  dizel fraksiyasının 

tərkibində olan karbohidrogenlər  əsas tədqiqat hədəfidir ki, onların havanın oksigeni ilə oksidləşməsi nəticəsində neft-

kimya sənayesi üçün çox qiymətli olan sintetik neft turşuları və oksiturşular alınır.  Karbohidrogenlərinin C-H rabitəsinin 

dissosiya enerjisindən asılı olaraq parafin, naften və aromatik birləşməlirinin oksidləşmə prosesləri fərqlidir. Prosesləri 

öyrənərkən aromatik karbohidrogenlərin inhibitor rolunun oynaması birmənalı müəyyən olunmuşdur.  Bu səbəbdən, 

tədqiqatçılar  əsas səylərini parafin və naften karbohidrigenlərinin -  parafin distillyatının, naften - parafin , naften - 

izoparafin qarışığının və naften konsentratının - müxtəlif katalizatorların iştiraki ilə oksidləşmə proseslərinə yönəldmişlər. 

Beləliklə, aromatik karbohidrogenlər bu proseslərdə kənar qalmış və praktiki olaraq tədqiq olunmamışdır, halbuki fərdi alkil 

aromatik karbohidrogenlərin oksidləşməsi gözəl, fundamental və praktiki əhəmiyyətli bir sahədir. 

Təqdim olunan işdə  dəmir və nikel saxlayan iki karbon nanoliflərinin (FutureCarbon GmbH, Germany) iştiraki ilə 

etilbenzolun oksidləşmə prosesinin formal kinetik qanunauyğunluqları öyrənilmişdir. Etilbenzol model karbohidrogen, 

metal saxlayan nanoborular isə yeni nəsil oksidləşmə nanokatalizatorlarının nümunələri simasında reaksiyaya cəlb 

olunmuşdur. Oksidləşmənin kinetikası oksigenin udulması yolu ilə qazometrik gurğunun vasitəsi ilə həyata keçirilmişdir. 

Eksperimentlər nəticəsində müəyyən olunmuşdur ki, etilbenzolun aerobik oksidləşmə prosesində (100

o

C) metalın 



miqdarına görə eyni götürülmüş katalizatorların aktivliyi fərqlidir: – Ni saxlayan yolka quruluşlu CNF-HF karbon nanolifin 

aktivliyi, təxminən, 4-5 dəfə  Fe saxlayan lövhəcik quruluşlu CNF-PL karbon nanolifinin aktivliyindən artıqdır. 

Oksidləşmənin kinetik əyriləri reaksiyanın avtokatalitik yolla gedilməsini və müəyyən müddətdən sonra reaksiyanın 

məhsulları arasında alkilfenolların əmələgəlməsini göstərir.  

Alınmış nəticələr karbon nanoliflərininmetalın təbiətindən asılı olaraq alkil aromatik karbohidrohgenlərinin oksidləşmə 

proseslərində katalizator kimi tətbiqinin şərtlərini müəyyən edir.

 

 

 



SEOLİTTƏRKİBLİ KATALİZATORLAR ÜZƏRİNDƏ HEKSANIN 

HİDROİZOMERLƏŞMƏSİ 

 

Elşən ZEYNALOV 

ADNA, “Neftin, qazın geotexnoloji problemləri və kimya” ETİ 



zeto@box.az 

 

Normal parafin karbohidrogenlərinin hidroizomerləşməsi neft fraksiyalarının yüksəkoktanlı benzin yanacağına 



çevrilməsinin  ən  əlverişli yollarından biri hesab olunur. Hal-hazırda pentan-heksan fraksiyasının hidroizomerləşməsi 

prosesləri sənayedə geniş yayılmışdır. Ona görə də bu proses üçün yeni səmərli katalizatorların axtarışı daha aktual hesab 

olunur [1-2]. 

Mövcud tədqiqat işində  sənaye OMNİCAT-210P və H-OMNİCAT seolit katalizatoru üzərində heksanın 

hidroizomerləşməsi prosesi tədqiq edilmişdir [3]. 

N-heksanın hidroizomerləşməsi 5 sm

3

 katalizator iştirakı ilə  axarlı reaktorda, 200-350



o

C temperatur intervalında, H

2

 : 


n-C

6

H



14

 = 2 : 1 nisbətində  tədqiq edilmişdir. Katalizator kimi OMNİCAT-210P və H-OMNİCAT seolitdən istifadə 

olunmuşdur. H-OMNİCAT katalizatorunu hazırlamaq üçün sənaye OMNİCAT-210P katalizatoru ilə 2N NH

4

NO



3

 məhlulu 

ilə emal edilir. Götürülən seolit və ammonium nitrat məhlulu nisbəti (3 ÷ 5) intervalında olmalıdır. Proses daimi qarışma 

yolu ilə 50-60 

o

C temperaturda 1 saat müddətində aparılır. Proses bitdikdən sonra qarışıq soyudulur, süzülür və distillə suyu 



ilə yuyulur. Yuyulduqdan sonra qarışıq süzgəcdə süzülür, 1 sutka atmosfer havasında, 3-5 saat quruducu şkafda 120 

o



temperaturda qurudulur. Quruduqdan sonra mufel sobasında 500 

o

C-də 5 saat müddətində közərdilir, sonra həbləşdirilir və 



istifadə olunur. Reaksiya məhsulları alovlu-ionlaşdırıcı detetktoru olan, 1 m uzunluqlu şüşə kalonka ilə  təchiz edilmiş 

“CHROM–5” xromatoqrafının köməyi ilə analiz edilmişdir. Sorbent kimi inzen kərpici (İNZ-600) üzərinə hopdurulmuş 

vazelin yağından istifadə olunmuşdur. Prosesə lazım olan hidrogen generator vasitəsilə sistemə verilir. 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

129 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Aparılmış  tədqiqatlar nəticəsində  hər iki katalizator üzərində hidroizomerləşmə prosesinin göstəriciləri (izomerlərin 

çıxımı  və konversiya) hesablanmışdır. Sənaye OMNİCAT-210P və H-OMNİCAT katalizatorları üzərində n-heksanın 

hidroizomerləşmə prosesinin göstəricilərinin alınmış qiymətləri aşağıdakı cədvəldə göstərilmişdir. 

 

Cədvəl 1. Seolittərkibli katalizatorlar üzərində heksanın hidroizomerləşmə prosesinin göstəriciləri 



 

Göstəricilər Katalizator 

OMNİCAT-210P H-OMNİCAT 

Temperatur, 

o



200 250 300 350 200 250 300 350 



İzomerlərin 

çıxımı, % küt. 

 

33,8 


 

34,8 


 

35,0 


 

34,8 


 

34,6 


 

33,7 


 

34,3 


 

35,2 


Konversiya 

58,6 60,1 62,9 62,4 63,0 62,1 62,6 65,1 

 

Cədvəldən göründüyü kimi, OMNİCAT-210P katalizatoru üzərində heksanın hidoizomerləşməsi zamanı prosesin 



temperaturu artdıqca izomerlərin çıxımı azalır, konversiya isə  əksinə artır. Bu katalizator üzərində 300 

o

C temperaturda 



maksimal çıxım (35,0 %) və maksimal konversiya (62,9 %) müşahidə olunur.  

H-OMNİCAT katalizatoru üzərində hidroizomerləşmə zamanı temperatur artdıqca izomerlərin çıxımı  və konversiya 

minimumdan keçərək artır,. Bu katalizator üzərində maksimal çıxım (35,2 %) və maksimal konversiya (65,1 %) 350 

o

C-də 



müşahidə olunur.  

Beləliklə, aparılmış tədqiqatlar göstərir ki, heksanın hidroizomerləşməsi üçün nisbətən yüksək temperatur daha əlverişli 

hesab olunur. Bu zaman hər iki katalizator üzərində izomerlərin çıxımı daha yüksək olur. Gələcəkdə H-OMNİCAT 

katalizatorunu nikel duzları ilə modifikasiya edərək yeni katalizatorların sintezi və onlar üzərində mövcud istiqamətdə 

tədqiqatların aparılması nəzərdə tutulmuşdur. 

 


Yüklə 10,69 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin