Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix05.05.2017
ölçüsü2,76 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

Fəxrəddin m.: – Sağ olun, mən də Sizə və qəzetinizə uğurlar 

diləyirəm. 



Azərbaycanda xarici dillər jurnalı. Bakı, 2010, №4. 

 

II. 18. Dövlət Proqramı dilimizə dövlət qayğısının 



təzahürüdür  

 

Bugünkü müsahibimiz AMEA Nəsimi adına Dilçilik 

İnstitutunun direktoru filol. elmləri doktoru, prof. Fəxrəddin 

Yadigar oğlu Veysəllidir 

 

Müxbir: Fəxrəddin müəllim, bu 2014-cü il aprelin 9-da Azər-

baycan Respublikasının Prezidenti cənab  İlham  Əliyev “Azərbay-

can dilinin qloballaşma  şəraitində zamanın tələblərinə uyğun 

istifadəsinə  və ölkədə dilçiliyin inkişafına dair Dövlət Peroqramı” 

(DP) haqqında sərəncamı imzlamışdır və artıq bütün respublka 

ictimaiyyəti və KİV-ləri bu proqramın ayrı-ayrı maddələrinin şərhi 

və açılışı ilə  məşğuldur.  İlk öncə bu Proqram haqqında təssürat-

larınızı bizimlə bölüşməyinizi xahiş edərdim. 



Fəxrəddin m.: Qeyd edim ki, bu sənəd çox ciddi bir sənəddir. 

Onun imzalanması və ictimaiyyətə bu şəkildə çatdırılması dövlətin, 

xüsusilə  də  cənab Prezidentin dilimizə  və dilçiliyimizə göstərdiyi 

qayğının bariz nümunəsidir, ötən ilin mayında dalbadal verilən iki 

Prezident sərəncamının reallaşması yolunda irəli atılan ciddi 

addımlardır. 



Müxbir: Xahiş edirik bir qədər Dövlət Proqramının özəllik-

ləri barədə danışardınız. 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

272


Fəxrəddin m.: Öz quruluşuna görə Proqram 6 bölmədən 

ibarətdir. Proqramın 5 bənddən ibarət preamblua hissəsində dilimiz 

və dilçiliyimiz səviyyəsində son illər görülmüş  işlər və  həyata 

keçirilmiş tədbirlər sadalanır. Burada çox haqlı olaraq vurğulanır ki, 

müstəqillik illərində, xüsusilə 1995-ci ildə müstəqil Azərbaycanın 

qəbul etdiyi Konstitusiyada ayrıca maddə ilə dilimizin dövlət dili 

kimi təsbit edilməsindən cəmi 18 il keçsə  də, Azərbaycan dilinin 

tətbiqinin təkmilləşdirilməsi (18 iyun 2001-ci il), Azərbaycan 

əlifbası və Azərbaycan dili gününün təsis edilməsi (8 avqust 2001-

ci il), akademik nəşrlər haqqında (2 yanvar 2004-cü il), Azərbaycan 

dilinin qloballaşma  şəraitində zamanın tələblərinə uyğun 

işlənməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı (23 

may 2012-ci il ), AMEA Nəsimi adına Dilçilik İnstitutunun maddi – 

texniki bazasının gücləndirilməsi (29 may 2012) və, nəhayət, 

hazırkı Dövlət Proqramı dövlətimizin dilimizə, onun gələcək 

perspektivinə göstərdiyi qayğının aydın göstəricisidir. Doğrudan da

bu sərəncamlar və onların yerinə yetirilməsi üçün görülən tədbirlər 

xalqın bütün təbəqələrinə dilimizin və dilçiliyimizin problemlərini 

açıb göstərmək və geniş ictimaiyyətin diqqətini onların həllinə 

yönəltmək, dilin keşiyində duran qurumlara konkret köməklik 

göstərmək qayğısından irəli gələn çabalardır. Təkcə onu qeyd etmək 

kifayətdir ki, hazırkı Dövlət Proqramını  işləyib hazırlamaq üçün 

görkəmli dilçi alim, yazıçı, elmin və təhsilin inkişafı yolunda bütün 

bacarıq və səylərini yorulmadan sərf edən AMEA-nın müxbir üzvü, 

(hazırda həqiqi üzvü) filologiya elmləri doktoru, professor 

K.Abdullayevin rəhbərliyi altında Respublikanın elm, təhsil, 

ədliyyə, mədəniyyət, tele-radio verilişləri, KİV-lərin nümayən-

dələrni, habelə idarəetmə srukturlarını və parlament üzvlərini əhatə 

edən işçi qrupu isti yay günlərinə baxmayaraq 4 ay ərzində mütə-

madi olaraq yığışıb şiddətli mübahisələr və diskussiyalar şəraitində 

geniş tədbirlər planı hazırlamış və onu müzakirə üçün AR Nazirlər 

Kabinetinə təqdim etmişdir. Nazirlər Kabineti isə təkliflər paketini 

müzakirə edərək süzgəcdən keçirmiş  və indiki variantda imzalan-

ması üçün Prezident Administrasiyasına təqdim etdikdən sonra o, 



ЫI HİSSƏ 

273 


Prezident tərəfindən imzalanaraq icra üçün müfaviq qurumlara 

ünvanlanmışdır. 



Müxbir:  Fəxrəddin müəllim, hazırda belə bir Proqramın 

meydana gəlməsinə ehtiyac nədən yarandı? Sənədin digər bölmələ-

rində konkret olaraq nədən danışılır? 

Fəxrəddin m.: Dövlət Proqramı dilimizin və dilçiliyimizin bu 

günü və  gələcəyilə bağlı problemləri qabartmaq, hazırkı qloballaş-

ma  şəraitində Azərbaycan dilinin yerini və rolunu müəyyənləş-

dirməkdən ibarətdir. Məlumdur ki, bütün sahələrdə olduğu kimi, 

milli-mənəvi kimliyimizin ən vacib rəmzi olan dilimiz sahəsində də 

qloballaşmanın təsirini hər an hiss edirik. Hər gün yüzlərlə söz 

alırıq, onların hamısına qarşılıq tapmaq o qədər də asan deyil. 

Baxın, deyək ki, kommunikasiya və informasiya texnologiyaları 

sahəsində dilimizə  nə  qədər keçib gələn söz var. Hələ  mən yad 

vurğu, yad intonasiya modellərini demirəm. Biz nə  qədər çalışsaq 

da bu axının qabağını ala bilmərik. Deməli, güclü prosesdə öz 

yerimizi qoruyub saxlamaq üçün dilimizin qayğısına qalmalıyıq, 

dilçiliyimizi inkişaf etdirməliyik ki, dövrün tələbləri səviyyəsində 

duruş gətirə bilək. Bax, sənədin yaranmasının pərdəarxası həmin bu 

dediyimiz amillərdir. Bu gün dünyada 6500 dil var, onlardan 200-i 

hər il ölmək üzrədir. Azərbaycan dili bu dildə danışanların sayına 

görə dünya dilləri içərisində yuxarıdan aşağı 20-22-ci yeri tutur. O 

ki qaldı sənədin digər bəndlərinə, onlarda da son dərəcə maraqlı və 

aktual məsələlər qaldırılır. Məsələn, sənədin ikinci və üçüncü 

bölmələrində Dövlət Proqramının (DP) qarşısında duran məqsəd və 

vəzifələr göstərilir. Aydın məsələdir məqsəd dilinmizin müasir 

dövrdə  işlənməsinə  və onun perspektivlərinə dövlətin, müvafiq 

qurumların və ictimaiyyətin qayğılarını artırmaqdan ibarətdir. 

Proqramda bu məqsədə çatmaq üçün 11 bənddən ibarət vəzifələr 

müəyyənləşdirilir. Burada dilin maneəsiz işlənməsi və dilçilyin əsas 

istiqamətlərinin müəyyənləşdirilməsi, dünya dilçiliyinin zəngin 

irsini mənimsəmək və gələcək inkişaf istiqamətlərini müəyyənləşd-

irmək, daxili və xarici dilçilik mərkəzlərilə  əlaqələndirilmiş  işlər 

həyata keçirmək, müasir kompüter metodları ilə dilin tədqiqini və 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

274


tədrisini təmin etmək, yüksək ixtisaslı kadr hazırlığı, informasiya və 

kommunikasiya texnologiyalarının tətbiqilə dil təhlili və sintezi, 

habelə maşınla tərcümə, ədəbi dil normalarının pozulmasının qarşı-

sının alınması, dilimizin internet və virtual məkanda işlənməsi üçün 

konkret tədbirlərin görülməsi göstərilir. 

Müxbir:  Fəxrəddin müəllim, Siz kifayət qədər məqsəd və 

vəzifələr haqqında danışdınız. Bəs, Dövlət Proqramı bu vəzifələri 

həyata keçirtməklə nəyə nail olmağı hədəfə götürür? 

Fəxrəddin m.: Doğrudan da, bu vəzifələri həyata keçirməklə 

biz nəyə nail ola bilərik? Bu və bu kimi suallara DP-nin 4-cü bəndi 

kifayət qədər dolğun və aydın cavab verir. Bunlardan bir neçəsini 

bir daha nəzərdən keçirək. 

1. Dil fəlsəfəsi və dilçilik fəlsəfəsi istiqamətində araşdırmaları 

hər vəchlə  həvəsləndirmək, dilin semiotik sistem olmasını Azər-

baycan dilinin materialına rəğmən  əsaslandırmaq, dilimizdə olan 

yazılı abidələrin mətnlərinin semiolinqvistik və avtomatik təhlilini 

həyata keçirmək, dilin tədqiqində müasir semantik nəzəriyyələri 

tətbiq etmək; 

2. Respublikanın tanınmış alimlərinin cəlb olunması ilə dili-

mizin monoqrafik və fundamental qrammatikasının müasir metod-

ların tətbiqilə yazılıb çap edilməsi; 

3. Müasir tələblərə cavab verən orfoqrafik və orfofonik 

lüğətlərin hazırlanması, onların elektron versiyasının çapı, sərbəst 

və internet yolu ilə dilimizin öyrənilməsinin təşkili; 

4. Dünya dilçilik irsinin dərindən öyrənilməsi və Azərbaycana 

gətirilməsi üçün onların  ən yaxşılarının yüksək səviyyədə  tərcümə 

edilib yayılması, bununla da gənclərimizin onları öz ana dillərində 

oxuyub təhlil edə bilməsi üçün real imkanların yaradılması; 

5. Azərbaycan dilçiliyinin zəngin irsini toplayıb müntəxabat 

şəklində çap etdirmək və onlardan ən yaxşılarını başqa dillərə 

tərcümə edib dünyada yayılmasına nail olmaq

6. Azərbaycan dilçiliyi tarixinin yazılması və dünyanın qabaq-

cıl dillərinə tərcümə edilməsi,  


ЫI HİSSƏ 

275 


7. Azərbaycan xüsusi adlarının (şəxs, yer, şəhər, çay, dağ və 

s.) bir neçə dilə  və eyni zamanda dünya ölkələrinin  şəxs, yer və 

media adlarının aparıcı dillərdən dilimizə transliterasiyası  və 

terminoloji ensiklopediyaların hazırlanması  və orfoqrafik və orfo-

fonik lüğətlərin eksperimental tədqiqat metodu vasitəsilə 

hazırlanması; 

8. Qədim dillərin və respublikada dil situasiyasının 

öyrənilməsi, bu sahələr üzrə yüksək ixtisaslı kadrların hazırlanması, 

beynəlxalq əlaqələrin inkişaf etdirilməsi; 

9. Dilimizin təmizliyini qorumaq, alınmaların mənimsənil-

məsini öyrənmək, Azərbaycan dilinin bütün sahələrdə (radio dalğa-

larında, teleməkanda, KİV-də, dublyajda, reklamlarda, idarəetmədə, 

kargüzarlıq sahələrində normaya uyğun işlənməsinə  nəzarətin 

güclənməsi və s.) kimi tədbirlərin həyata keçirilməsi DP-dən 

gözlənilən nəticələr kimi dəyərləndirilə bilər. 

DP-nin maliyyələşdirilməsi də onda xüsusi bənd kimi göstə-

rilmişdir. 

Bundan sonra DP-də ayrı-ayrı  bəndlər üzrə  tədbirlər planı 

sadalanır və onların icrası üçün müvafiq qurumlar göstərilir. 

Müxbir:  Fəxrəddin müəllim, Siz lüğətlərdən danışdınız. 

Ancaq geniş ictimaiyyət üçün yeni bir terminlər işlətdiniz. Orfo-

fonik lüğət və ya lüğətlərin eksperimental yolla tərtibi. Bəlkə, 

bunlara aydınlıq gətirəsiniz. 



Fəxrəddin m.:  Məmnuniyyətlə.  Əvvəla ondan başlayaq ki, 

bizim hazırda işlətdiyimiz lüğətlər avtoritar lüğətlərdir. Onlar 

tərtibçinin subyektiv mülahizə və qənaətlərinin məhsuludur. Dünya 

indi belə lüğətlərə köhnəlmiş mənbə kimi yanaşır. İndi lüğətlərimiz 

ümumxalq dilinin eksperiment yolu ilə öyrənilib tərtib olunmalıdır. 

Lüğətlərdə xalqın işlətdiyi və danışdığı dil öz əksini tapmalıdır. 

Odur ki, bir nəfərin yaradıcılığından yaranan lüğət bu gün bizi 

təmin edə bilməz. Həm dilin şifahi, həm də yazılı forması xalqın 

dilinə adekvat olaraq tərtib olunmalıdır. Bir misalla fikrimi 

aydınlaşdırım. Dilimizdə “saat” sözü var. Bunun yazılışı “saat” 

şəklində  qəbul olunub və orfoqrafik lüğətdə  də bu cür verilir. Bu 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

276


heç bir etiraz doğurmur. Hərçənd ki, geniş xalq kütlələri sorğuya 

cəlb olunmalı, yalnız bundan sonra ortaq məxrəcə gəlinməlidir. Onu 

bir “a” ilə yazmaq olmaz, onda “satmaq” felinin əmr forması ilə üst-

üstə düşər. Ancaq “saat” sözünün tələffüzü bir uzun /a:/ ilə 

deyilməz, yəni biz bu sözü /sa:t/ və ya /saat/ kimi tələffüz etmirik. 

Deməli, yenə  də  tədqiqat aparılmalı, mütləq çoxluğun rəyi nəzərə 

alınmalı, yalnız bundan sonra lüğətdə transkripsiyası verilməldir. 

Belə lüğətlərə bugünkü dilçilikdə orfofonik lüğətlər deyilir. Təəssüf 

ki, biz köhnə vaxtlarda olduğu kimi, bu cür lüğətləri yanlış olaraq 

orfoepik lüğətlər adlandırırq, çünki orfoepiya sözərin sait və samit 

tərkibini müəyyənləşdirməklə məşğul olur. Onların normaya uyğun 

tələffüzü isə orfofoniyanın tədqiqat sahəsidir. 



Müxbir:  Fəxrəddin müəllim,  ətraflı  şərhinizə görə  təşəkkür 

edirik. DP-də konkret olaraq Sizin hazırda rəhbərlik etdiyiniz 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun qarşısında hansı 

vəzifələr müəyyən edilib? 



Fəxrəddin m.: Dövlət Proqramında bizim Dilçilik İnstitutunun 

srukturca təkmilləşdirilməsi və onun maddi – texniki bazasının 

müasirləşdirilməsi ayrıca maddə ilə göstərilmişdir. Doğrudan da, 

qloballaşma şəraitində dillə bağlı işləri günün tələbləri səviyyəsində 

həyata keçirmək üçün müvafiq struktur və müasirləşdirilmiş maddi-

texniki baza yaradılmalıdır. Artıq bu işlərin böyük bir qismi 

reallaşmışdır. Respublika Prezidentinin 23 may 2012-ci il tarixli 

Sərəncamı ilə  İnstituta ayrılan vəsait hesabına son informasiya və 

kommunikasiya texnologiyaları alınmış, bütün şöbələr yeni 

avadanlıqlarla təmin olunmuş, yuxarıda sadaladığımız tədbirlərin 

əksəriyyəti planlaşdırılmış  və onların həyata keçirilməsi 

reallaşmaqdadır (fundamental monoqrafik əsərin yazılması, Azərbay-

can dilçiliyi müntəxabatı, dünya dilçilik irsindən tərcümələr, 

orfofonik lüğətin hazırlanması, Azərbaycan dilçiliyi tarixinin 

yazılması və s. bu qəbldən olan işlərdəndir). 

AMEA Nəsimi adına Dilçilk İntitutunda yeni struktur 

dəyişikliyini  əhatə edən  əsaslandırılmış model hazırlanmış  və o, 

İnstitutun Elmi Şurasında müzakirə edilərək AMEA-nın Humanitar 



ЫI HİSSƏ 

277 


və Sosial elmlər bölməsinə  təqdim olunmuşdur. Bölmədə 

müzakirədən sonra yeni struktur dəyişikliyinin modeli AMEA-nın 

Rəyasət Heyətində müzakirə ediləcəkdir. 

Müxbir:  Fəxrəddin müəllim, DP-də göstərilən vəzifələri 

həyata keçirtmək üçün Respublikanın dillə bağlı qurumları ilə 

əlaqələr barədə nə deyə bilərsiniz? 

Fəxrəddin m.: Hazırda Dilçilik İnstitutunda DP-də göstərilən 

qurumlarla birlikdə qaynar xətt deyilən nəzarət mexanizmi üzərində 

iş gedir. Həmçinin bizim struktur dəyişikliyimizdə  İnstitutda 

dilimizin təbliği və  işlənməsilə bağlı monitorinq qrupunun yara-

dılması da nəzərdə tutulur. Biz 11 aprel 2013-cü il tarixli Elmi Şura 

iclasında DP-nin bu şəkildə təsdiq olunmasını təqdir edən qərar qəbul 

etmiş və bütün şöbələrə bir vəzifə olaraq tapşırmışıq ki, onlar Dövlət 

Proqtramını diqqətlə oxuyub öyrənsinlər,  şöbələrin tədqiqat 

istiamətlərinə və mövzularına uyğun olaraq tədbirlər planı hazırlayıb 

Elmi  Şuraya təqdim etsinlər. Bundan sonra bütün İnstitut 

kollektivinin iştirakı və DP-də göstərilən əlaqədar qurumlarla birlikdə 

konkret fəaliyyət planı tərtib edərək bu Proqramın reallaşmasına nail 

olacağıq. 

Dövlət Proqramında dilimizin təbliği, tətbiqi və tədqiqilə bağlı 

konkret vəzifələr müəyyənləşib və onların yerinə yetirilməsi üçün 

müvafiq qurumlar göstərilib. Göstərilən qurumlarla birlikdə konkret 

iş görmək üçün bu Dövlət Proqramını ciddi şəkildə öyrənmək və 

sonra konkret işlər planını işləyib hazırlamaq lazımdır. 

Proqramın icrası üçün xeyli vaxt ayrılıb (2013-2020-ci illər). 

İndi bizim hər birimzin qarşısında duran əsas vəzifə ondan ibarətdir 

ki, bütün qüvvələrimizi səfərbər edib bu mühüm tarixi dövlət 

sənədinin ayrı-ayrı  bəndlər üzrə layiqincə yerinə yetirilməsinə 

yönəldək. 

Müxbir:  Fəxrəddin müəllim, Dövlət Proqramının reallaş-

masında üzərinizə düşən vəzifələri yerinə yetirmək üçün Sizə uğurlar 

arzulayırıq və geniş müsahibənizə görə Sizə təşəkkür edirəm. 

Fəxrəddin m.: Mən də Sizə müsahibə üçün təşəkkür edirəm. 

Müsahibəni apardı: 


Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

278


 

II. 19. Filol.e.d.prof. Fəxrəddin Yadigar oğlu Veysəlli ilə 

ilayrıcında müsahibə 

 

Müxbir: Siz Azərbaycanda, həmçinin dünyada tanınmış çox 

az alimlərimizdən birisiniz. Bunu bilənlər bilir, bilməyənlər də qoy 

bilsin ki, Cənubi Qafqaz bölgəsində german dilləri üzrə ilk elmlər 

doktoru olmusunuz. Özü də müdafiələrinizi dünyanın tanınmış 

universitetində – Sankt-Peterburq (Leninqrad) universitetində 

etmisiniz. Çox dəyərli  əsərlərin müəllifisiniz. Hazırda hansısa bir 

əsərin üzərində işləyrsinizmi? 

Fəxrəddin m.:  Mən işsiz dayana bilmərəm. Bu həyat tərzi 

mənim canımda – qanımdadır. Bir də mən kitabların və məqalələrin 

çoxluğu ilə öyünməyi xoşlamıram. Mənim üçün hər hansı bir 

problemi qoyub onun həlli ilə  məşğul olmaq daha önəmlidir. 

Məsələn, mən namizədlik dissertasiyamda alman dilində intonasiya 

kimi çətin problemi fonoloji yanaşma baxımından həll etməyə 

çalışmışam. Doktorluq dissertasiyamda isə alman dili sait fonem-

lərinin variativliyilə  məşğul olmuşam. Hər iki problem bu gün də 

aktuallığını itirməyib. Bir də  əlavə edim ki, alimin xoşbəxtliyi 

problemin düzgün formulunu tapıb verməkdədir, həlli isə onun 

şagirdlərinin işi ola bilər. Konkret sualınıza cavab olaraq deyim ki, 

mən hazırda Azərbaycan dilində  həmahənglik (sinharmonizm) 

üzərində işləyirəm. Bunun əsas məğzi ondan ibarətdir ki, dilimizin 

fonoloji sisteminin təhlilində avrosentrizmdən əl çəkməli, onu özgür 

sistem və struktur xüsusiyyətləri baxımından tədqiq etməliyik. 

Belədə biz söz vurğusu və fonemdən imtina edir və dilimizin ən 

kiçik vahidi kimi prosodemi götürürük. Bütün bu və digər dilçilik 

problemlərini 700 səhifəlik ikicildliyimdə açmağa çalışmışam. 

İkicildliyin birinci cildi “Ümumi və xüsusi dilçiliyin elementləri” 

adı ilə bu günlərdə çapdan çıxacaq.  İkinci cild üzərində  iş davam 

edir. İnşallah, onu yay tətilinə qədər tamamlamaq fikrindəyəm. 

Müxbir: Siz 4 elmlər doktoru və 30-dan çox fəlsəfə doktoru 

hazırlamısınız. Bilirik ki, bu sahədə fəaliyətinizi davam etdirirsiniz. 



ЫI HİSSƏ 

279 


Necə fikirləşirsiniz, çağdaş  gəncliyin elmə marağı azalıb, yoxsa 

əvvəlkilərdən yüksəkdir? 



Fəxrəddin m.: Çox maraqlı məsələyə toxundunuz. Sözsüz ki, 

hər dövrün gəncliyi, o cümlədən bizim bugünkü gəncliyimiz 

özündən  əvvəlkilərdən yüksəkdə durmalıdır, çünki dövr dəyişir, 

cəmiyyət dəyişir. Hər bir cəmiyyət özünə layiq kadrlarını yetiş-

dirməlidir. Bizim gəncliyimiz dövründə insanlar kosmosa yol 

axtarırdı, yeni texniki və texnoloji kəşflər edirdi. Əsas o idi ki, 

gənclik özünü təsdiq edə bilirdi. Yaşlılarla gənclər arasında bir har-

moniya vardı, yaşlı nəsil öz gələcəyini istedadlı gənclərə verməkdə 

söz sahibi idi. İndi heç bir alimin özünə ardıcıllar seçməsinə imkan 

verilmir. Faktiki olaraq yaşlı nəsil seçim edə bilmir. Nə bakalavr, nə 

də magistr səviyyəsində alim öz namizədini təklif edə bilmir. 

Deyirlər ki, doktoranturaya qəbul da test yolu ilə olacaq. Test 

dünyada sınanılmış metoddur. Təsəvvür edin ki, testlə  qəbul olan 

mütəxəssin fonologiyadan xəbəri yoxdur. Formal qəbul qurtarandan 

sonra deyirlər ki, gəl bu gəncə rəhbərlik et. Vaxtilə gələcək alimlər 

kafedralar vasitəsilə seçilib təklif olunurdular. Axı alim yetişdirmək 

hazır inşaat materialından bina tikmək deyildir. Burada insan amili 

var, insanların yetişdiyi mühit amili var. Mənim elmi rəhbərim 

L.R.Zinder mənə  rəhbər olmağa razılıq vermək üçün bir ay məni 

sınaqdan keçirtdi, referat yazdırdı, yalnız bundan sonra mənə 

rəhbərlik etməyə razılıq verdi. 

Müxbir: Son iki ildir ki, universitetimizdə “Linqvstik 

seminar” təşkil etmisiniz. Seminardan nə gözləyirsiniz? Gənclər o 

seminara maraq göstərirmi? 

Fəxrəddin m.: Seminar bir növ maarifləndirmə  məqsədi 

güdür. Biz dilçiyik. Dilçilik son dövrlərdə elə sürətlə inkişaf edir ki, 

onun ayrı-ayrı sahələri üzrə yazılmış  əsərləri oxuyub çatdırmaq 

olmur. Sadəcə olaraq buna fiziki imkan çatmır. Ancaq son 

tədqiqatlardan xəbərdar olmaq, yeni fikir və ideyaları öyrənmək 

gərəyi yaranır. Seminarımız bu baxımdan çox böyük səmərə verir. 

O ki qaldı gənclərə, biz oraya hamını dəvət edirik. İmkanı və vaxtı 

olanlar seminarın işində yaxından iştirak edirlər. 



Фяхряддин Вейсялли. СЕЧИЛМИШ ЯСЯРЛЯР. 3-cü cild 

280


Müxbir: Xalq arasında alimlər məşhurdur, yoxsa 

müğənnilər? 



Fəxrəddin m.:  Mən sualı belə qoymazdım.  Əgər bir cəmiy-

yətdə müğənni və ya şou proqramlarının aparıcıları daha 

məşhurdurlarsa, deməli, cəmiyyət çox aşılanıb. Müğənninin də öz 

yeri var. Məsələn, bizim Alim Qasımov kimi baş ucaldan müğən-

nimiz var. Amma eləsi də var ki, yarışmaların jürisində iştirak edir, 

öz fikrini əsaslandıra bilmir. Özü də konservatoriyanın profes-

sorudur. Daha bunun harası professor oldu. Cəmiyyətdə  hər ixti-

sasın öz yeri, öz dəyəri olmalıdır. Yoxsa cəmiyyət tamam məhv ola 

bilər. 

Müxbir: Siz həm də ana dilimizin saflığı  uğrunda yorul-

madan çalışan bir insansınız.  Əlifbamızın qaytarılmasında mühüm 

rol oynamısnız. Eşitmişik ki, təzə bir proyekt üzərində çalışırsınız. 

Bu sahədə vəziyyət nə yerdədir? 



Fəxrəddin m.: Düz deyirsiniz. Mən  əlifbamızın bərpasında 

xeyli çalışmışam. Ancaq açığını deyək ki, son variant mənimkindən 

xeyli fərqlənir. Ona görə  də hesab edirəm bizim əlifbada bəzi 

dəqiqləşmələr olmalıdır. Məsələn, “ə”-nin artıq olduğunu bu gün 

hamı hiss edir. Onu başqa yolla vermək olardı. Eləcə də “q”, “ç” və 

“ğ” şriftləri təkmilləşdirilməlidir. Mən, doğrudan da, dilimizlə bağlı 

xeyli iş görmüşəm. Belə ki, Azərbaycan radiosunda 3 il “Ana dili” 

verilişinin müəllifi və aparıcısı olmuşam. O verilişdə yüzlərlə ünlü 

ziyalımız iştirak edib. Mən onların çıxışlarını saxlamışam. Onları 

toplayıb çap etmək istəyirəm*. 



Müxbir: Boş vaxtlarınızı necə keçirirsiniz? Hobbiniz varmı? 

Fəxrəddin m.:  Mənim hobbim kitabdır. Mən kitab 

xəstəsiyəm. Boş vaxtım olan kimi kitab oxuyuram, kitab axtarıram. 

İndi də internet boş vaxta aman vermir. 

Müxbir: Respublikamızda “Azərbaycanda Xarici Dillər” 

adında jurnal çap etdirirsiniz. Jurnalın maliyyə problemlərini necə 

həll edirsiniz? 

Fəxrəddin m.: Bu jurnal xarici linqvistik fikrin Azərbycanda 

və Azərbaycan dilçilik elminin xaricdə tanıtmaq üçün təsis olunub. 



ЫI HİSSƏ 

281 


Jurnalımızın uğurları yaxşıdır. Onda Gürcüstandan, Qazaxstandan, 

Almaniyadan və b. ölkələrdən məqalələr çap olunur. Jurnalımızın 

ayrı-ayrı saylarında tələbə, müəllim, aspirant və dissertantlar öz 

elmi  əsərlərin çap etdirirlər. Bundan başqa jurnalda dünya dilçilik 

elminin korifeylərinin portreti yaradılır və onların  əsərlərindən 

tərcümələr verilir. Açıq danışaq, jurnalın maliyyə problemləri var 

və bizə sponsorluq eləyən elə bir cəmiyyət, təşkilat yoxdur. Kömək 

etmək istəyənlər də elə  şərtlər irəli sürürlər ki, o şərtlərə biz 

getmirik. 



Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə