C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi



Yüklə 3,21 Mb.
səhifə10/43
tarix10.04.2017
ölçüsü3,21 Mb.
#13756
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

bacarıqlar










qavrama


ünsiyyət

qaydalara uyğun fəaliyyət


təhlil


təsviretmə

sərbəst fəaliyyət



dəyərləndirmə



təqdimetmə

yaradıcılıq

Sxemdən göründüyü kimi, idraki, informativ-kommunikativ və psixomotor bacarıqların hər biri də əlaqəli bacarıqlar şəbə­kə­sin­dən ibarət olmaqla bütöv bir komplekt təşkil edir. Dərsliklər hazırla­nar­kən bu cəhətlər nəzərə alınmalı, şəxsiyyətin idraki, informativ- kom­munikativ və psixomotor bacarıqlarının inkişafını təmin edən ma­teriallar o cümlədən çalışma və tapşırıqlar dərsliyə daxil edil­mə­lidir. Bu zaman hər bir növdən olan bacarıqların özünəməxsusluğu, onun daxilində olan mərhələlərin ardıcıllığı nəzərə alınmalıdır.

İş dəftərləri şagirdlər üçün nəzərdə tutulur. Onun hazırlan­ma­sında başlıca olaraq iki mühüm tələb diqqət mərkəzində saxlanılır:

1. Dərslikdəki təlim materialları ilə əlaqəlilik. Məlum ol­du­ğu kimi, dərslik məzmununda öyrənilməsi nəzərdə tutulan anla­yış­lara, qaydalara, qanunauyğunluqlara, təsnifatlara və sairə aid məlu­mat­ları, ən zəruri çalışma və tapşırıqları əhatə edir. İş dəftərində hə­min materiallara aid müxtəlif suallar, çalışma və tapşırıqlar sistemi ve­rilir. Həmin materiallarda dərsliklərdəki şərhlərin nümunələrlə əsas­­landırılması, yaxud qrafiklər, cədvəllər, şəkil və illüstrasiya ma­te­rialları üzərində fəaliyyətlərin təşkil olunması nəzərdə tutulur.

2. Şagirdlərin praktik fəaliyyətinin təmin olunması. İş dəf­tə­rində dərslikdəki məlumatları anlamaq, təhlil və tətbiq etmək, də­yər­ləndirmək üçün praktik materiallar verilir. Əsasən aşağıdakı tip­dən olan praktik materiallara üstün yer ayrılması məqsədəmüvafiq he­sab edilir:

- çalışma və tapşırıqlar;

- istiqamətləndirici suallar;

- ev tapşırıqları.

Yuxarıda sadalanan praktik materiallar dərslikdə özünə yer alan təlim mate­ri­al­larına uyğun tərtib olunmaqla yanaşı, həm də şagirdlərin psi­xo­lo­gi­yasına uyğun qurulur. Onların meyl və maraqları, ən başlıcası, tələbatları nəzərə alınır.

Məlum olduğu kimi, dərsliklərdə biliklərin mənimsədilməsi, mü­vafiq anlayışların formalaşdırılması və tətbiqolunma mənimsə­mə­nin məntiqində başlıca mərhələlər hesab edilir. Bu təlim prose­si­nin informasiya ilə başlayan və qavrama mərhələsində tamamlanan mən­tiqindən irəli gəlir.

Dərslikləri tamamlayan iş dəftərlərindəki çalışma və tapşırıq­lar müvafiq anlayışların mənimsənilməsinə xidmət göstərməklə ya­na­şı, həm də şagirdlərdə məntiqi təfəkkürün, yaradıcı təfəkkürün, elə­cə də dəyərlərin (səriştələrin) formalaşmasına imkan yaradır. Bu iş dəftərində işləməklə şagirdlər həm sinif şəraitində, həm də evdə müs­təqil olaraq fəaliyyət göstərə, qazandıqları bacarıqları inkişaf etd­irə, daha da möhkəmləndirə bilərlər.

Dərsliklərdə əks olunan sistemin reallaşdırılması müəyyən olun­muş strategiyalardan çox asılıdır. Adətən, müəllimlər bu stra­te­gi­yalara əsasən fəaliyyət göstərirlər. Ona görə də uzun illər ya­ra­dılmış məzmun üzrə məqsədyönlü iş qurmaq üçün müəllimlərə mü­va­fiq metodik istiqamətin verilməsi zəruri hesab olunaraq müxtəlif mən­bələr hazırlanmışdır. Həmin mənbələrin yaradılmasında peda­qo­ji, psixoloji, fizioloji araşdırmalara istinad olunmuşdur.

Dərslik komplektinin hazırlanmasında təlim nəticələrinə nail olun­ması üçün potensial imkanların yaradılması xüsusi strateji xətt ki­mi nəzərdə tutulur. Bunun üçün ilk növbədə, ayrıca müəllim üçün me­todik vəsait hazırlanaraq istifadəyə verilir (7).

Metodik vəsaitin hazırlanması zamanı başlıca olaraq aşa­ğı­da­kı funksiyaların reallaşdırılması vacib tələblər kimi qarşıya qoyulur:

- qabaqlayıcı materialların olması;

- mövzuların tədrisi texnologiyalarının əhatə edilməsi;

- yardımçı materialların verilməsi.

Metodik vəsaitin ilk hissəsində qabaqlayıcı materiallar verilir.

Bu zaman aşağıdakıların əhatə olunması zəruri hesab edilir:

- fənn üzrə məzmun strategiyalarının reallaşma cədvəli;

- illik və gündəlik planlaşdırma nümunələri;

- inteqrasiyaya aid tövsiyələr.

Məzmun standartları mahiyyət etibarı ilə fənnin təlimi məz­mu­nunu ifadə edir. Orada minimum hədd, səviyyə öz əksini tapır. Dərs­lik hazırlanarkən həmin standartların onun vahidlərində-bölmə və paraqraflarda reallaşdırılmasına diqqət yetirilir. Dərsliyin peda­qoji sirrinə çevrilən bu xüsusiyyəti müəllimin diqqətinə daha qaba­rıq çatdırmaq üçün metodik vəsaitdə xüsusi cədvəl verilir.

Metodik vəsaitdə illik və gündəlik planların nümunələrinin ve­ril­məsi də qabaqlayıcı material kimi əhəmiyyət daşıyır, müəllimin məq­sədyönlü fəaliyyətini təmin edir, onun düzgün strateji xətt üzrə irə­liləyişlərə nail olmasına imkan yaradır. Metodik vəsaitə daxil edi­lən dərs planı nümunəsi də müəllim və şagird fəaliyyətini daha kons­t­ruktiv və modern formada təmsil edə bilmək baxımından əhə­miyyət daşıyır. Şagirdlərdə fəallığın, həyati bacarıqların formalaş­ma­sına imkan yarada bilməsinə və qeyri-standart məzmuna, struk­tura malik olmasına görə ənənəvi nümunələrdən seçilir. Mövzu, məq­səd, gözlənilən təlim nəticəsi, inteqrasiya, inklüzivlik, stra­tegiyalar və resusların əvvəlcədən müəyyən olunması mühüm şərt kimi qarşıya qoyulur.

Kitabda inteqrasiya cədvəlinin verilməsi də vacib bilinmişdir. Bu, ilk növbədə, müəyyən olunmuş məzmun standartlarının hansı pa­ra­metrlərlə və necə reallaşdırıldığını göstərir. İnteqrasiya cədvəli möv­zu, fəndaxili və fənlərarası əlaqə inkanını əks etdirir. Orada hər bir mövzuya aid tədris vahidi, dərs, konkret səhifə göstərilməklə fən­daxili, uyğun fənn, ona aid standart qeyd olunmaqla fənlərarası in­teq­rasiya üçün potensial şərait daha qabarıq formada ifadə olunur. Təd­ris vahidləri, eləcə də dərsliyin ayrı-ayrı hissələri arasında olan sıx əlaqə konkret və aydın şəkildə verilir.

Mövzuların tədrisi texnologiyası müəllimlər üçün vəsaitin əsas hissəsini təşkil edir. Orada tədris vahidlərinə daxil olan hər bir pa­raq­rafın öyrədilməsi texnologiyasının təsviri verilir. Mövzuların təd­risi texnologiyası dedikdə, görüləcək işin istiqamətləri, mərhə­lə­lə­ri, istifadə olunacaq üsul və vasitələr, gözlənilən nəticələr başa dü­şü­lür. Bu elementlərdən uyğun gələnlərinin əlaqələndirilməsi xüsusi tex­noloji kompleks əmələ gətirir və ondan dərsin məqsəd və məz­mu­nuna uyğun olaraq istifadə edilir. Həmin texnologiyaların mü­əy­yən olunmasında şagirdlərin yaş xüsusiyyətləri, meyl və maraqları, möv­cud resurslar nəzərə alınır.

Metodik vasitə müəllim və şagirdlər üçün əlavə oxu mən­bə­lə­ri­nin siyahısı daxil edilir. Hər tədris vahidindən sonra mövzu ilə bağ­lı uyğun mənbələr verilir. Müəllimlər üçün metodik vəsaitlərin, prob­lemlə bağlı son tədqiqat əsərlərinin, KİV-dən məqsədəmüvafiq mə­qalələrin, uyğun multimedya materiallarının, internet saytlarının adı, ünvanı göstərilir. Şagirdlər üçün isə müvafiq uşaq ədəbiyyatının si­ya­hısı, uşaq qəzet və jurnalları, internet materiallarının dəqiq ko­or­dinatları verilir.

Metodik vasitə fənlərin xüsusiyyətlərindən asılı olaraq müx­təlif lüğət, cədvəl, şəkil və sairin daxil edilməsi də faydalı bilinir. Bu zaman onların didaktik əhəmiyyəti əsas götürülür, istifadə im­kan­ları nəzərə alınır. Müəllimə yardımçı olması, onların tədqi­qat­çı­lıq fəaliyyətini düzgün məcraya istiqamətləndirə bilməsi diqqət mər­kəzində saxlanılır.

* * *
Müstəqillik illərində dərslik hazırlığı sahəsindəki fəaliyyəti şər­ti olaraq üç mərhələyə ayırmaq olar.

1992-1998-ci illəri əhatə edən I mərhələ daha çox latın qra­fi­kalı əlifbaya keçid,dövrün siyasi ab-havasına uyğun çətinliklər və bun­dan irəli gələn sistemsizliyin aradan qaldırılması ilə müşayiət olu­nur. Bu mərhələdə respublikada siyasi-iqtisadi sabitlik formalaş­dıq­ca ümumtəhsil məktəb dərsliklərinin məzmunca yeniləşdirilməsi is­tiq­amətində müəyyən işlər görülmüşdür. Lakin ölkənin mövcud iqti­sadi-maliyyə vəziyyəti nəzərə alınaraq, müstəqilliyin ilk illə­rin­də- 1991-1992-ci tədris ilində 37 adda 3.154.000 nüxsə, 1992-1993-cü tədris ilində isə 43 adda 4.020.000 nüsxə dərslik çap edilmişdi ki, bun­ların da əksiriyyəti Sovet dövründə hazırlanmışdı. Bununla belə, hə­min illərdə hazırlanmış tarix və ədəbiyyat dərsliklərində sovet döv­rün­dəkindən fərqli olaraq milli və ümumbəşəri dəyərlərə üs­tün­lük verilir, köhnə siyasi ideologiyadan imtina edilirdi. Çünki sovet döv­ründə yazılan tarix dərsliklərindən Azərbaycan və ümumtürk ta­ri­xi, eləcə də ədəbiyyatı obyektiv işıqlandırılmır, türk-islam mə­də­niyyəti ilə bağlı verilən məlumatlar tarixi reallıqları düzgün əks et­dir­mirdi.

Ümummilli Lider Heydər Əliyevin xalqın tələbilə ha­ki­miy­yə­tə qayıdışı dərslik islahatı sahəsində də, yeni mərhələnin əsasını qoy­muşdur. Belə ki, ölkədə dərsliklərlə təminatda yaranmış vəziyyəti nə­zərə alan, dərsliyin məktəb üçün strateji əhəmiyyətini dərindən bi­lən və yüksək qiymətləndirilən ümummilli Lider Heydər Əliyevin tə­şəbbüsü və göstərişi ilə Nazirlər Kabinetinin 25 avqust 1994-cü il ta­rixli 318 nömrəli qərarı ilə 1995-1996-cı tədris ilindən etibarən hər il ibtidai sinif dərslikləri dövlət vəsaiti hesabına çap edilib şa­gird­lərə pulsuz verilməyə başladı. Bu da təhsilə dövlət başçısının qay­ğısının bir daha bariz nümunəsi idi. 1993-1994-cü tədris ilindən ümu­mi təhsilin məzmununda aparılan dəyişikliklərə uyğun olaraq, mil­li dərsliklərin tamamilə yenidənhazırlanması işinə başlanıldı. Be­lə ki, I-XI siniflər üzrə 63 adda yeni dərslik çap edildi. Bununla pa­ralel olaraq ibtidai siniflər üzrə dərsliklərin yeniləşdirilməsi isti­qa­mətində də müəyyən işlər görüldü. 1994-1995-ci dərs ilində I-XI si­niflər üçün 77 adda dərslik çap edilmişdi. Lakin yeni hazırlanan bu dərs­liklər əvvəlkilərə nisbətən xeyli təkmilləşdirilsə də, hələ də tə­ləb­lə­rə tam cavab vermirdi: uzun illər müştərək yaşanmış sovet təsi­rin­dən təmizlənmirdi, müstəqilliyin kövrək illərinin hələ çətinliklə for­malaşan və möhkəmlənən ideoloji istiqamətləri az-az görünürdü, po­liq­rafik keyfiyyət aşağı idi. Buna görə də, əvvəlki illərdə çap olun­muş dərsliklər istifadə edilməklə yanaşı, bu işin keyfiyyətinin yaxşı­laş­dırılması sahəsində axtarişlar davam etdirilirdi.

Dərslik və dərs vəsaitlərinin hazırlanması işində ümummilli Li­der Heydər Əliyevin söylədiyi belə bir konseptual fikir, əslində bu işlərə müəyyən istiqamət verdi: “Dövlət müstəqilliyinin xalqı­mı­za bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq öz təhsil siste­mi­mizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənə­lə­rinə uyğun qururuq. Burada dərsliklərin dəyişilməsi, yeni dərs­lik­lərin yaradılması xüsusi əhəmiyyət kəsb edir... İndi dərs alan uşaq­lar, gənclər gərək mütləq bizim yeni dərsliklər əsasında oxusun­lar....”. Ümummilli Liderin bu konseptual göstərişi əsasında yeni mil­li dərsliklərin yaradılması istiqamətində ciddi addımlar atılmağa baş­landı.

Dərslik islahatının I mərhələsində ümumtəhsil məktəblərinin I-IV sinifləri üzrə dərsliklərin 90 faizi, V-XI siniflər üzrə 75 faizdən ço­xu məzmunca yeniləşdirilmişdir.

Hökumətin 26 aprel 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Azər­baycan Respublikasında ümumi orta təhsilin dövlət stan­dartları”nın və Azərbaycan Respublikası Prezidentinin 15 iyun 1999-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Res­pub­likasının təhsil sahəsində İslahat Proqramı”nın icrası ilə baş­lanan II mərhələ tədris planları və proqramlarının, dərs vəsaitləri və di­gər tədris – metodik ədəbiyyatların məzmunca yeniləşdirilməsi, müa­sir standartlara cavab verən yeni nəsil dərsliklərin hazırlanması, nə­ş­ri və ümumtəhsil məktəblərinin bu dərsliklərlə dövlət vəsaiti he-sa­bına fasiləsiz təmin edilməsi məqsədilə geniş miqyaslı tədbirlərə baş­lanılması ilə səciyyələnir.

Dövlət başçısı Heydər Əliyevin tapşırığına əsasən, Nazirlər Ka­binetinin 11 sentyabr 2000-ci il tarixli 180 nömrəli Sərəncamı ilə res­publikanın ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün milli təh­silin tələblərinə cavab verən yeni dərsliklərin çap olunması məq­sədilə 2000-ci və 2001-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Eh­tiyat Fondundan Təhsil Nazirliyinə 2 il müddətinə qaytarılması şər­ti ilə güzəştli kredit ayrıldı.

Heydər Əliyev hələ 1997-ci ildə Azərbaycan Milli Elmlər Aka­demiyasında görüşü zamanı milli tariximizin yazılması və tədrisi sahəsində qarşıda duran vəzifələrdən danışarkən, “İlk növbə­də Azərbaycanın XIX-XX əsrlər tarixi yazılmalıdır” tapşırığını ver­miş­di. Bunu həyata keçirmək məqsədilə Təhsil Nazirliyində aparıcı tarix­çi alimlər və təcrübəli müəllimlərdən ibarət işçi qrupu yara­dıl-mış, milli ideologiya və müstəqil dövlətçilik prinsiplərinə cavab ve­rən, XIX-XX əsrlər tariximizi əhatə edən “Azərbaycan tarixi” (X və XI sinif) dərslikləri hazırlanaraq Azərbaycan və rus dillərində nəşr edildi. 2001-ci ildə VI-IX siniflər üçün “Qədim dünya tarixi”, “Orta əsrlər tarixi” və “Yeni tarix” kimi orijinal dərsliklər hazırlanaraq çap olundu. Bu dərsliklərdə ümumdünya tarixi, xüsusən türk-islam dün­yası xalqlarının tarixi və mədəniyyəti müasir tələblər və milli döv­lətçilik prinsipləri əsasında işıqlandırılmışdır.

Dərslik islahatının II mərhələsindəki ən mühüm yeniliklərdən biri fizika, riyaziyyat, kimya, biologiya fənləri üzrə yeni nəsil milli dərs­liklərin hazırlanması və nəşri idi. 2001-ci ildə ümumtəhsil mək­təb­lərinin V sinfi üçün “Riyaziyyat”, VIII-XI sinifləri üçün “Kim­ya” (təkmilləşdirilmiş) proqramları çap olundu. Həmçinin inkişaf etmiş xarici ölkələrin təcrübəsi öyrənilərək təhlil olundu və müasir tələ­blərə cavab verən dərsliklərin tərtibi prinsipləri müəyyənləş­di­ril­di. Həmin prinsiplər əsasında V-XI siniflər üçün humanitar fənlər üz­rə dərsliklər də yeniləşdirildi. V-XI siniflər üçün “Azərbaycan ta­ri­xi” (7 kitabda), VI-IX sinif üçün “Azərbaycan coğrafiyası” ( 2 ki­tab­da), həmçinin IX, X,XI siniflər üçün “Ədəbiyyat müntəxabatı” çap edildi. Bu dərsliklərin əksəriyyəti, o cümlədən “Azərbaycan ta­rixi” (V-XI siniflər) və “Ümumi tarix” (VI-IX siniflər) dərslikləri rus dilinə tərcümə edildi. 2002-ci ildə ümumtəhsil məktəblərinin I-IV sinif proqramları, V-XI siniflər üçün “Coğrafiya”, VI-XI siniflər üçün “Biologiya”, VII-XI siniflər üçün “Fizika” və “Astronomiya”, VIII-XI siniflər üçün “Kimya” proqramları əsaslı şəkildə tək­mil­ləş­di­rilərək çap olundu.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işi­nin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il və “Azər­bay­can Əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 av­qust 2002-ci il tarixli fərmanları “Azərbaycan dili” və “Ədə­biyyat” dərsliklərinə yenidən baxılması zərurətini doğurdu. Çünki bu dərsliklər 1993-cü ildə tərtib edilmiş və 1999-cu ildə tək­mil­ləş­dirilmiş proqramlar əsasında yazılmışdı və təbii ki, bir sıra çatış­maz­lıq və nöqsanları vardı. İlk növbədə, görkəmli alimlər və qabaq­cıl orta məktəb müəllimlərinin iştirakı ilə “Azərbaycan dili” və “Ədə­biyyat” proqramları (2002-ci il) və bunun əsasında yeni dərs­lik­lərin hazırlanmasına başlanıldı. Həmin il yeni “Riyaziyyat” proq­ra­mı da hazırlandı.

Dərslik nəşrində inhisarçılığı aradan qaldırmaq və dərsliklərin çap keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respubli­ka­sı Prezidentinin 29 yanvar 2002-ci il tarixli 668 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət standartları haqqında Azərbaycan Res­pub­li­kasının Qanunu”na uyğun olaraq ümumtəhsil məktəblərinin Azər­baycan bölməsi üçün 2002-ci ildə 20 adda I-IV sinif dərsliyi açıq tender yolu ilə çap olunub məktəblərə pulsuz paylanılmışdır.

Azərbaycan Respublikasının təhsil siyasətinə uyğun olaraq 2003-cü ildən başlayaraq mərhələlərlə ümumtəhsil məktəblərinin V-XI sinif dərsliklərinin də dövlət vəsaiti hesabına nəşr edilməsinə baş­lanılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2004-cü il tarixli, 56 saylı Sərəncamı ilə “2003-2005-ci illər üçün Azər­bay­can Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə 2004-2005-ci tədris ilində 35 adda dərslik çap edilmiş, respublikanın I-VII sinif şagirdləri və eləcə də I-XI siniflərdə oxuyan qaçqın və məc­buri köçkün uşaqları dərsliklərlə pulsuz təmin olunmuşdur. 2005-ci ildə ümumtəhsil məktəblərinin VIII-XI sinifləri üçün “İnsan və cəmiyyət” proqramı çap olunmuşdur. Həmin il V-XI siniflər üzrə seç­mə fənlər də nəzərə alınmaqla proqramlar müvafiq olaraq iki va­ri­antda hazırlanmışdır ki, bu da müəllimlərin işini xeyli asan­laşdır­mışdı. 2005-2006-cı tədris ilində Dövlət Proqramına uyğun olaraq ümum­təhsil məktəblərinin I-XI sinifləri üçün dövlət vəsaiti he­sa­bı­na 117 adda dərslik çap olunmuşdur.

Beləliklə, “2003-2005-ci illər üçün Azərbaycan Respub­lika­sında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proq­ra­mı”na müvafiq olaraq 2005-2006-cı tədris ilində ümumtəhsil mək­təb­lərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı uğur­la başa çatdırılmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra post­sovet məkanında orta məktəb şagirdlərinin dərsliklərlə pulsuz tə­mi­natını reallaşdıran yeganə ölkə olmuşdur. 2006-2007-ci tədris ili üçün 108 adda I-XI sinif dərsliyi çap edilmişdir.

Ümumtəhsil sistemində dərslik siyasəti Təhsil Nazirliyinin, onun müvafiq strukturlarının, elmi qrumların, özəl təşkilatların və ic­ti­mai orqanların vasitəsilə həyata keçirilir. Əsas məqsəd isə mək­təbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyə­lə­nən, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümum­bəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cə­hət­dən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli və­tən­daşlar kimi yetişdirməkdir. Məhz bu baxımdan şagirdlərin yalnız dərs­liklər deyil, digər əlavə vəsaitlərlə təminatı istiqamətində res­pub­likamızda uğurlu addımlar atılmaqdadır.

Ədalət naminə söyləyək ki, Təhsil Nazirliyi bütün bu illər ərzin­də ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərin hazır­lan­ması işinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görərək irə­liləyişlər əldə etsə də bununla kifayətlənməmiş, eyni zamanda pa­ra­lel olaraq bu sahədə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsini öy­rənmiş, təhlil etmiş, nəticədə düşünülmüş bir siyasət hazırlanmışdır. Əl­bət­tə, bu siyasətin həyata keçirilməsi üçün kompleks tədbirlərin re­al­laş­dırılması, müəyyən normativ sənədlərin yaradılması vacib idi ki, bu istiqamətdə də zəruri addımlar atılmışdır.

2005-ci ildə qeyri-hökumət təşkilatlarının nümayəndələri də cəlb olunmaqla “Ümumi təhsil sistemində dərslik siyasəti” sənədi ha­­zır­lanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaş­dı­rıldıqdan sonra 23.01.2006-cı il tarixli, 22 nömrəli əmrlə təsdiq edil­di.

“Ümumtəhsil sistemində dərslik siyasəti” sənədinin əsas müd­dəa­larından biri ondan ibarətdir ki, dərsliklər əvvəlki kimi subyektiv mü­lahizələrə əsasən formal deyil, təsdiq olunmuş konkret meyarlara əsa­sən qiymətləndirilir. Bu mexanizm dərslik müəllifliyi sahəsində in­­hisarçılığın aradan qaldırılmasına, müsabiqəyə təqdim olunan dərs­­liklərin seçiminin obyektiv aparılmasına imkan yaradır.

Digər mühüm məsələ yeni dərsliklərin komplekt şəklində nəşr edil­məsi idi. Bunun əhəmiyyəti ondan ibarətdir ki, müəllim üçün və­­sait (bu, komplektə daxil edilmişdir) şagirdlərin təlim marağını güc­­ləndirir, onları axtarışlara, yeni məlumatlar əldə etməyə sövq edir, məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirir, tətbiqi xarakter da­­şı­maqla zəruri həyati bacarıqların formalaşdırılmasına zəmin ya­ra­dır, fəndaxili və fənlərarası inteqrasiya imkanlarını genişləndirir, fə­al təlim şəraitinin yaradılmasını tələb edir, şagirdlərin fərqli idrakı im­kanlarının nəzərə alınmasına şərait yaradır. Dərslik komplekt­lə­ri­nin müsabiqə qaydasında hazırlanması təqdirəlayiq iş formasıdır. Dün­ya təcrübəsində tətbiq olunan mexanizmlərin dərslik yaradıcı­lı­ğı sahəsində fəaliyyətin əsasına qoyulması uğurlu nəticələri şərtlən­di­rən amillərdən hesab edilməlidir. İnanmaq olar ki, yeni kuriku­lum­lar əsasında yazılan, müəyyən edilmiş məzmun standartlarının re­al­laşdırılmasını ehtiva edən ilk təcrübələr getdikcə cilalanacaq və zən­ginləşəcək, ümumi işə daha dəyirli fayda gətirəcəkdir.

4. Şagird nailiyyətlərinin qiymətləndirilməsi

konsepsiyası barədə


Ümumi təhsilin məzmununun yeniləşdirilməsi, şagird nailiy­yət­­lərinin qiymətləndirilməsi sahəsində də yeni mexanizmlərin tət­bi­qini zəruri etmişdir.

Azərbaycanda “qiymətləndirmə” dedikdə, bəziləri bunu təh­sil­alanın təlim nəticələrinə aid olan məsələ kimi qəbul edirlər. Lakin dün­ya təcrübəsində təhsilalanın biliyinə verilən qiymət həm də mü­əl­lim­lərin və məktəbin fəaliyyətinə, valideynin təhsilə münasi­bə­ti­nə, məktəb rəhbərlərinin peşəkarlıq səviyyəsinə verilən qiymət kimi qə­bul edilir. Belə düşüncə sovet dövründən qalmış qiymətləndirmə qay­dalarından və Azərbaycanda qiymətləndirmə üzrə yeni kon­sep­si­yanın olmamasından irəli gəlir. Ənənəvi qiymətləndirmə məz­mu­nun tərkib hissəsi sayılmadığından, həmişə müəllimin subyektiv mü­lahizələrinə əsaslanırdı, şagirdlərdə təlimə marağı artırmaq əvə­zinə, əksinə azaldır, onların inkişafını sistemli şəkildə izləməyə im­kan vermirdi və bu da, bir qayda olaraq, şagirdləri qiymət almaq xa­t­irinə oxumağa sövq edirdi.

Azərbaycanda 5 ballıq qiymətləndirmə şkalasından 9 ballıq şk­a­laya keçidlə əlaqədar bəzi regionlarda eksperimentlər apa­rıl­mışdır. Nəticə göstərmişdir ki, bal sistemindən asılı olmayaraq, tət­biq edilən qiymətləndirmə sistemi şagirdlərin inkişafını sistemli şə­kil­d­ə izləməyə imkan vermir, şagirdin nailiyyəti keyfiyyət baxı­mın­dan deyil, kəmiyyət baxımından qiymətləndirilir. Nəticədə şagirddə özü­nün səviyyəsi barədə dolğun fikir formalaşmır. Eyni zamanda qiy­mətləndirmənin yalnız məktəbdaxili formasının həyata keçiril­mə­si, milli və beynəlxalq qiymətləndirmənin tətbiq edilməməsi, mək­təb­lərarası müqayisəyə, milli səviyyədə təhlillərə imkan ver­mir­di və respublikada təhsilin keyfiyyəti barədə etibarlı informasiyanın əl­də olunması mümkün olmurdu.

“Şagird nailiyyətlərinin qiymətləndirilməsi” pedaqoji anlayış ki­mi təhsil leksikonuna yaxın illərdə daxil olmuşdur. Uzun müddət pe­daqoji aləmdə “şagirdlərin bilik, bacarıq və vərdişlərinin qiy­mət­lən­dirilməsi” anlayışı işlədilmişdir. Bununla belə, qiymətləndirmə d­e­dikdə, bir qayda olaraq, şagirdlərin gündəlik (cari) qiymətləndiril­mə­si başa düşülmüşdür. Belə qiymətləndirmə növü isə mahiyyət eti­barı ilə heç bir əhəmiyyət kəsb etmir. Şagird, məsələn, kimya fən­nin­dən dərs ilinin yarısında iki dəfə qiymət almış və onun yarımillik qiy­məti həmin iki qiymətin əsasında çıxarılmışdır. Halbuki yarım il ər­z­ində kimyadan xeyli mövzu keçilir. Belə çıxır ki, bütövlükdə ya­rım­illik mövzuların şagird tərəfindən öyrənilib mənimsənilməsi və­ziy­yəti müəyyən olunmamış qalır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox geniş və əhatəli pro­sesdir. Bu proses, sadəcə, şagirdin nail olduğu təlim nəticələrinin sə­viyyəsini müəyyənləşdirməyə deyil, bütövlükdə təhsilin keyfiy­yə­tinin yüksəldilməsinə xidmət edir. Başqa sözlə, qiymətləndirmə key­fiyyəti idarə edən mühüm bir amil kimi meydana çıxır.

Davamlı və dinamik xarakter daşıyan şagird nailiyyətlərinin qiy­­mətləndirilməsi prosesində şagirdlərin fəaliyyətlərinin daim nə­za­­rətdə saxlanması, onların irəliləyişlərinin, yaxud geriləmələri­nin iz­lənilməsi və bu məqsədlə monitorinqlərin aparılması ciddi tə­ləb ki­mi qarşıya qoyulur. Məhz həmin monitorinqlərin nəticələri tə­lim pro­sesinin optimal qurulması, müəllimlərin işinin təkmilləş­diril­mə­si, habelə kurikulumlarda və dərsliklərdə zəruri dəyişikliklərin ol­ma­sı haqqında müvafiq qərarlar qəbul etməyə imkan verir.

Yeni fənn kurikulumlarında məzmun standartları ilə yanaşı, qiy­­mətləndirmə standartları da öz əksini tapmışdır. Həmin stan­dart­lar məzmun standartlarında ifadə edilmiş təlim nəticələrinə şa­gird­lə­rin hansı səviyyədə nail olmalarını qiymətləndirməyə xidmət edir. Bu­nunla əlaqədar dünya təcrübəsinə uyğun surətdə qiymətlən­dir­­mə­nin 4 səviyyədə aparılması təklif edilmişdir. 1 və 2-ci sə­viy­yələr ək­sər şagirdlər, 3 və 4-cü səviyyələr isə müvafiq olaraq iste­dad­lı və da­ha istedadlı şagirdlər üçün nəzərdə tutulur.

Bununla belə, etiraf etmək lzımdır ki, məzmun standartlarının re­al­laşdırılma səviyyəsini əks etdirən bu cür qiymətləndirmə stan­dart­larının hazırlanması və tətbiqi sahəsində kifayət qədər səriştəyə ma­lik olmaq üçün daha ciddi çalışmaq , toplanmış təcrübəni daha da ar­­tır­maq tələb olunur. Ona görə də ayrı-ayrı fənlər üzrə bu gün üçün mü­­əyyən edilmiş qiymətləndirmə standartlarının növbəti illərdə qis­mən dəyişdirilməsi, onların üzərində dəqiqləşdirmələr aparılması tə­bii qəbul olunmalıdır. Eyni zamanda standartlarda təsbit olunmuş bi­lik­lər daşıdıqları mahiyyətə görə 3 kateqoriyaya (deklorativ, pro­se­dural, kontekstual) bölündüyündən onların reallaşdırılması üzrə tə­ləb edilən bacarıqlar da fərqli müəyyən edilir. Məsələn, deklarativ bilik­lər bilavasitə yaddaşa əsaslanır, zəruri informasiyaların, təriflə­rin, terminlərin mənimsənilməsini nəzərdə tutur. Ona görə də bu pro­ses “bilmə” və “anlama” fəaliyyətləri ilə əlaqədar olur. Pro­se­dural biliklər tətbiq, kontekstual biliklər isə tədqiqatçılıq, yaradıcılıq fəa­liyyəti ilə bağlıdır. Göründüyü kimi, biliklərə görə fəaliyyətin, ne­cə deyərlər, xüsusi çəkisi müxtəlif olduğundan onların hamısını 4 sə­viyyə ilə qiymətləndirməyə , bəlkə də ehtiyac yoxdur. Bu mənada axtarış­ların və tədqiqatların genişləndirilməsi çox vacibdir. Həm də fənlər üzrə məktəbdaxili qiymətləndirmə ilə standartların mənimsə­nil­məsi səviyyəsinin qiymətləndirilməsi arasında məntiqi əlaqəni eh­­t­iva edən sxem- cədvəlin müəyyən olunmasına, yəqin ki, ehtiyac var­­dır. Belə olan halda şagirdlərin təlim nəticələrinin məzmun stan­dart­­larının tələblərinə cavab verməsi vəziyyəti daha aydın görünər.

Qeyd edilən məqsədlərin mütəşəkkil həllinə başlamaq üçün Təh­sil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının ümumi təh­­sil sistemində Qiymətləndirmə Konsepsiyası” hazırlanmış və Na­zir­­lər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təs­­diq edilmişdir.

Konsepsiyada müasir dövrdə qiymətləndirmə fəaliyyətinə qo­yu­lan tələblər, şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin və­zifələri, əsas xüsusiyyətləri, əsas qiy­mətləndirmə növləri, qiymətləndirmə standartlarının və qiy­mət­lən­dirmə vasitələrinin hazırlanması, məktəbdaxili qiymətləndirmə­nin mahiyyəti və məzmunu, şagird nailiyyətlərinin və irəliləyişlə­ri­nin monitorinqi sistemi, kurikulum üzrə qiymətləndirmə (şagird fəa­liy­yətinin təlim standartlarına uyğunluğunun müəyyənləşdirilməsi), bu­ra­xılış imtahanları (ümumtəhsil pillələri üzrə yekun qiymətləndir­mə), milli qiymətləndirmənin məqsədləri, milli qiymətləndirmə üzrə təli­matların məqsədi və strukturu, beynəlxalq qiymətləndirmə proq­ra­mı üzrə həyata keçiriləcək əsas tədbirlər öz əksini tapmışdır.

Konsepsiyanın və bu sənəd əsasında hazırlanacaq mərhələli İn­k­işaf Proqramının həyata keçirilməsi nəticəsində aşağıdakı nailiy­yət­lərin əldə edilməsi gözlənilir:


  • təhsildə qiymətləndirmə, imtahanların keçirilməsi sistemin­də islahat aparılması üçün uzunmüddətli strategiya işlənib hazırla­na­caq, bu sahədə yeni mexanizmlər yaradılacaq, fəaliyyət vahid möv­qedən koordinasiya olunacaq;

  • təhsil sistemində məktəbdaxili və milli qiymətləndirmələrin keçi­ril­məsi metodologiyası, qiymətləndirmə standartları və vasitəl­ə­r­inin yaradılması və tətbiqi üçün müvafiq təlimatlar hazırlanacaq , bu fəaliyyət kurikulum islahatı ilə əlaqələndiriləcək.

  • şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni sistemi ya­ra­dılacaq, təhsil sistemində yeni monitorinq xidməti təşkil edi­ləcək, ümumtəhsil pilləsindən professional pilləyə keçiddə mər­kəz­ləşdirilmiş buraxılış imtahanının keçirilməsi təmin olunacaq;

  • milli qiymətləndirmə üçün təhsil pillələrinə müvafiq vahid nor­mativ tələbləri, attestasiya proseduralarını nəzərdə tutan təli­mat­lar hazırlanacaq;

  • milli qiymətləndirmə vasitəsilə şagirdlərin nail olduğu təlim nə­ti­cələri dəyərləndirməklə təhsilin dövlət standartlarının moni­to­rin­qi aparılacaq;

  • təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyö­nüm­lü yeni kurikulumun hazırlanması üçün təlim nəticələri təyin olu­na­caq, kompetensiyalara əsaslanan yanaşmanın məqsədəuyğunluğu is­ti­­qamətində tədqiqatlar aparılacaq;

  • milli qiymətləndirmənin həyata keçirilməsi və idarə olun­ma­sı­nın monitorinqi aparılacaq, nəticələr təhlil olunacaq və məntiqi əsas­landırılacaq, hesabatvermə proseduraları əsasında nümunəvi he­sa­batlar, əks-əlaqə sistemləri hazırlanacaq;

  • qiymətləndirməni həyata keçirmək məqsədilə müəllimlərin ix­ti­sasartırma və maarifləndirilməsi işləri təşkil ediləcək və müvafiq he­sabatlar hazırlanacaq;

  • beynəlxalq qiymətləndirmə üzrə normativ tələblər, at­tes­ta­si­ya prosedurları, təlimatlar əsasında ölkədə şagirdlərin beynəlxalq qiy­mətləndirilməsi proqramı və digər proqramlar həyata keçiriləcək, qiy­mətləndirmə sahəsində fəaliyyət göstərən ölkədaxili və beynəl­xalq qurumlarla əlaqələr yaradılacaq və məlumat mübadiləsi təmin edi­ləcəkdir.

Konsepsiyaya əsasən dünyada qəbul olunmuş və tətbiq etdi­yi­miz qiymətləndirmə sistemi indikindən fərqli olaraq 3 komponenti-mək­­­təbdaxili, milli və beynəlxalq qiymətləndirməni əhatə etməlidir. Ye­ni sistemdə şagird nailiyyətlərinə kompleks şəkildə yanaşılır, şa­gir­din əvvəlki illərdə və buraxılış sinfində nəticələri nəzərə alınır.

İlk növbədə, məktəbdaxili qiymətləndirmənin mühüm tərkib his­səsi olan buraxılş imtahanlarının forma və məzmunca təkmilləş­di­ril­məsi, yeni mexanizmlərin tətbiqi istiqamətində əhəmiyyətli ad­dım­lar atıldı. İnkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınaraq mər­hə­lələrlə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada apa­rıl­ma­sına başlandı.

Təcrübə göstərmişdir ki, mərkəzləşdirilmiş imtahan for­ma­sı­nın tətbiqi, ənənəvi sistemdən fərqli olaraq bir sıra üstünlüklərə ma­likdir. Belə ki, imtahanlar, bir qayda olaraq, bir gündə neytral mər­kəzlərdə keçirilir, nəticələr texniki vasitələrlə yoxlanılır və qısa za­manda elan edilməklə subyektivlik minimuma endirilir, təhsil or­qan­larının, məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və vali­deyn­lərin məsuliyyətini artıran vacib amilə çevrilir, keyfiyyətin ida­rə olunması sahəsində etibarlı mənbə kimi çıxış edir, təhsil orqan­ları, məktəbin və müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinə, şa­girdlərin ali məktəblərə daha sistemli hazırlığına xidmət edir.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin