Səlahəddin Xəlilov



Yüklə 2,76 Mb.
səhifə2/51
tarix26.12.2023
ölçüsü2,76 Mb.
#197525
1   2   3   4   5   6   7   8   9   ...   51
242 jmw0lzyycp.....

Akademik Arif Mehdiyev
Giriş

Hər bir insan həm öz ölkəsinin vətəndaşı, həm də bütövlükdə yer planetinin sakinidir. Amma adi insanların çoxu ölkə və planet miqyasında deyil, öz şəxsi həyatı, ailəsi və işlədiyi müəssisə miqyasında düşünür və fəaliyyət göstərir. Elm adamını isə nəinki təkcə özü, ölkəsi və ya yaşadığı planet, bütövlükdə kainat və onun bü­tün problemləri – ha­mı­sı maraq­lan­dırır. Daha doğrusu, bütün bunlar el­min maraq dairəsinə aiddir. Ayrıca götürülmüş bir alim təbii ki, dünya haqqındakı bütün bilikləri eh­tiva edə bilməz və ona görə də elmdə ixtisaslaşma ge­dir və alimin təd­qiqat dairəsi getdikcə daralır. Buna elmdə dife­ren­siasiya deyilir. Tədqiqat sa­hə­si kiçildikcə, prob­lem lokallaşdıqca təfərrüatlara get­mək imkanı və prob­lemi daha dəqiq araşdır­maq şansı da artır. San­ki bir qanunauyğunluq yara­nır: tədqiqat sahə­si­nin ge­niş­liyi ilə tədqiqatın dərinliyi arasında tərs mü­tə­nasiblik qanunu. Amma, əlbəttə, bu, şərti və təx­­mini bir qanunauyğunluqdur və onu mütləqləşdir­mək ol­maz. Ən əsası da odur ki, elm adamı lap əv­vəl­­dən dar bir sahədə tədqiqat aparmağa başlasa və daha ge­niş miqyaslı problemlərə biganəlik gös­tər­sə, onun də­­rinə getmək imkanları da məhdud­laş­mış ola­caq­dır. Deməli, elmdə proses hər iki istiqa­mət­də get­mə­lidir. Əvvəla, hər bir elm adamı hansı isə dar bir sahədə uğur qazana bilmək üçün ilkin ola­raq geniş bi­lik ba­za­sına və böyük dünyagörüşünə ma­lik olma­lı­dır. İkin­cisi, ixtisas bilikləri ilə qeyri-ixtisas bi­lik­ləri ara­sında analogiyalar olmadan, başqa sahələrdəki uğur­ların transformasiyası da, elmi tədqiqat metodların uni­versallaşması da mümkün ola bilməz. Bir sözlə, elmi axtarışların dərinliyi ilə əhatə dairəsi ara­sında ilk baxışda nəzərə çarpan tərs mütə­na­sibliyin ar­xasında daha ciddi qanunauyğunluqlar olduğu aş­ka­ra çıxır.


Elmdə diferensiallaşma ancaq o halda səmərəli ola bilər ki, ayrı-ayrı ixtisas sahiblərinin əldə etdiyi biliklər hansı yolla isə bir ortaq məxrəcə gətirilsin və onların əsasında təbiətin daha fundamental qanunla­rı­nın üzə çıxarılması mümkün olsun. Deməli, əsas və­zifələrdən biri fərdi elmi tədqiqatların funda­men­tal ideyalar ətrafında birləşməsi və vahid sistem ha­lı­na gətirilməsidir. Bunun üçün isə elmi tədqiqatların təşkilatlanması işinin özü elmi əsaslarla həyata keçi­ril­məlidir və mövcud şəraitdə ən optimal formalar tət­biq edilməlidir. Məhz bu səbəbdən də elmi tərəqqi estafetində irəli çıxmaq istəyən ölkələr ilk növbədə elmşünaslığı inkişaf etdirməkdən başlayırlar. Həm də bu iş bütün qabaqcıl ölkələrdə dövlət strategiyası səviy­yə­sin­də həyata keçirilir.
Bəli, elm dövlət əhəmiyyətli məsələdir və döv­lət səviyyəsində də tənzimlənməlidir. Ən azı ona gö­rə ki, onun idarə olunması və təşkilati optimallığının təmin edilməsi elm adamlarının özü tərəfindən ger­çək­­ləşdirilə bilməz. Elmin sosial sistemi təkcə elmi təd­­qiqatlarla bağlı olmayıb, ölkənin demoqrafik və­ziy­yətindən tutmuş ümumi iqtisadi inkişaf sə­viy­yə­si­nə və maliyyə imkanlarına qədər, əhalinin elementar sa­vadlılıq səviyyəsindən tutmuş xüsusi istedad sa­hib­lə­rinin elmi fəaliyyətə cəlb olunması probleminə qədər çox­lu sayda sosial-iqtisadi, mədəni-mənəvi və hətta si­ya­si problemlərdən asılıdır. Məsələn, Yapo­ni­ya­nın keç­miş baş naziri Y.Nakasone öz ölkəsində elmin in­kişaf perspektivlərindən danışarkən, əsas prob­lem­lər­dən biri kimi əhali artımında yaranmış lən­gimələri gös­tərir və bu baxımdan Çin və Hin­dis­tanın imkan­la­rını daha yüksək qiymətləndirir: “ÇXR və Hindis­tan­da el­mi-texniki inkişaf səviyyəsi bü­töv­lük­də gö­tür­dük­də bizdən aşağıdır, amma bu ölkə­lər­də bir mil­yarddan yuxarı əhali olduğu üçün elmə is­te­dadlı adam­lar tapıb cəlb etmək imkanına görə Ya­po­niyanı üs­tələyirlər”.0 Bu problem təkcə Yaponi­ya­da yox, daha çox ABŞ-da və Qərb ölkələrinin əksə­riy­yətində özünü göstərir. Ona görə də elmi ya­ra­dı­cılıq potensialı olan istedadlı gənclərin elmə cəlb edil­məsi üçün elm sahəsində maddi təminat, yük­sək maaş tarifləri və digər stimullaşdırıcı amillər tətbiq olunur. Digər tərəfdən də, elmin inkişaf stra­te­giyası ha­zır­lanarkən elmi kadr­ların seçilməsi işi bey­nəlxalq miq­yasda həll edi­lir. Nakasone belə bir faktı mi­sal gə­tirir ki, “artıq 1995-ci ildə ABŞ-da təbiət elm­ləri sahəsində doktor­luq dərəcəsi alanların yarı­dan ço­xu­nu xaricilər təşkil et­mişdir və onların da bö­yük əksə­riy­yəti həmi­şə­lik Amerikada yaşamaq yolu­nu seç­miş­dir... Yapo­ni­yada doğum səviyyəsinin aşa­ğı düş­dü­yünü nəzərə ala­raq bütün dünya ölkə­lə­rin­dən yük­sək ağıl sahib­lə­ri­ni ölkəmizə toplamaq üçün bö­yük səylər göstər­mə­liyik”.0
Məlum olduğu kimi, elmin dərininə və eninə in­kişafı fərqli qanunauyğunluqlar əsasında hə­­yata keçir. Kiçik və zəif postament üzərində böyük abidə qərar tuta bilmədiyi halda, geniş və bö­­yük postament üzərində lap kiçik bir heykəl də qoymaq olar. Və ya hey­kəlsiz-filansız sadəcə pos­tament qurmaq olar. İs­tə­nilən halda əvvəlcə təməl olmalıdır və təməl nə qə­dər möhkəm və böyük olsa, onun üzərində görülə bilə­cək işlər üçün də o qədər böyük meydan açıla­caqdır.
Təxəyyülün pər­vaz­lan­ma­sı və sonrakı realiza­si­yası üçün ilkin olaraq məntiqi təməl tələb olunur. Elm­də belə təməl və ya postament rolunu cəmiy­yə­tin intellektual potensialı, ümumi savadlılıq də­rə­cə­si, maarifçilik işi, elmi-kütləvi təbliğat oynayır.
Başqa sahələrdə də belədir. Məsələn, futbolu gö­türək. Burada biznes və milli dövlətçilik təfəkkü­rü­nün fərqi özünü daha aydın büruzə verir. Müvafiq olaraq, ölkədə futbolun inkişafı üçün iki üsuldan isti­fadə olunur. Birincilər böyük investisiya qo­yu­luşu he­­­sabına xaricdən hazır futbolçular alırlar. İkincilər öl­­­kədə futbol məktəbləri açmaq he­sa­bı­na uşaqlar və gənclər arasından istedadlı futbolçular seçib-yetiş­dir­­­məyə çalışırlar. Birinci yolun milli futbol üçün fay­dası ol­mur. O, zəif təməl üzərində ağır heykəl qur­maq cəh­di­ni xatırladır. İkinci yol isə geniş miq­yas­lı və uzun müd­­dətli iş tələb edir. Bu iş görülsə, istedadların da yetişəcəyi şübhəsizdir.
Elmdə də belədir. Biri var, tək-tək böyük alim­lər hansı isə qabaqcıl ölkələrin hazır elmi mühitində ye­tişərək ölkəyə gəlir və burada müvafiq elmi mühit, möhkəm təməl olmadığından, özünün bütün ağırlığı ilə iş görə bilmir. Onlar həmişə yetişdikləri mühitə qayıtmağa ehtiyac hiss edirlər. Bir də var, biz hələ or­­ta mək­təb­lər­dən başlayaraq, istedadlı şagirdlər üçün intellektual mühit formalaşdırmaqla, onları el­mə cəlb edir və neçə-neçə belə gəncin hesabına möh­­­­­kəm elmi tədqiqat atmosferi yaradırıq. Və bu at­mosferdə yetişənlərin məhz bu mühitdə yazıb-ya­rat­ma­sı da rahat olur.

Sual yaranır ki, inkişaf etmiş böyük dövlətlər in­tellektual potensialı beynəlxalq insan resursları he­sabına artırırsa, bəs nisbətən geri qalmış ölkələr bu problemi necə həll edir? Əlbəttə, neft hesabına bö­yük maliyyə resursları olan bəzi ərəb ölkələri, hət­ta av­­ropalı alimləri də daha yüksək maaşla öz öl­kə­sinə sövq edə bilərdi. Amma həqiqi alim gəlib bu öl­kə­lər­də nə edəcək? Elmi potensial yaratmaq üçün təkcə alim­ləri toplamaq azdır, gərək müvafiq elmi mühit və təhsil sistemi də yaradılsın. Belə şərait isə həmin öl­kələrdə yoxdur. Bir ərəb şeyxi məşhur bir mü­ğən­ni və ya manikeni ölkəsinə dəvət edə bi­lər, amma bö­yük alim ən yüksək məvacib müqa­bi­lin­də də elmi mü­hit olmayan yerə getməz. Elmi mü­hit yaratmaq isə sa­dəcə bir neçə böyük alimi muzey eks­ponatı ki­mi nü­­mayiş etdirməklə olmur. Bunun üçün təməl ola­raq küt­ləvi maarifçilik və yüksək sə­viy­yəli intel­lek­tual mü­­hit, kitabxanalar, laboratoriya­lar və s. tə­ləb olu­nur.


Hər kiçik ölkə, çalışsa belə, bütün elm sahələri üzrə mühit yarada bilməz. Amma hər ölkənin miq­ya­­sını və iqtisadiyytını profilini nəzərə almaqla prio­ri­tet sahələr müəyyənləşdirilə bilər. Və yalnız həmin sa­hələrdə qabaqcıl mövqelər tutmaq olar. Bunun üçün isə ilk növbədə elmi-tədqiqat istiqamətlərinin in­kişaf tendensiyaları öyrənilməli, elmlərin təsnifatı kontekstində ümumi elmi maarifçilik işi aparılmalı və ancaq bundan sonra preroqativlər müəyyənləşdi­ril­məlidir.
Müasir dövrdə beynəlxalq miqyasda və qabaq­cıl ölkələrdə qəbul olunmuş elmlərin təsnifat siste­min­də demək olar ki, bütün elmi-nəzəri tədqiqat as­pekt­lərinin həm fundamental, həm də tətbiqi və tex­ni­ki as­­pekt­ləri qeyd edi­lir. Yəni indi sadəcə “elm üçün elm” tipli tədqi­qat­lara rast gəlmək çox çətindir. Əs­lin­də elmi təd­qi­qat­ların ictimai praktikanın tələb­lə­ri­nə uyğunlaşdırıl­ması prosesi xeyli əvvəl başla­mış­dır və müasir elmi səciyyələndirən əsas əlamət­lər­dən bi­ri kimi çıxış edir. Məsələn, hələ C. Maks­vell döv­rün­də bu tələbat mü­hüm amil kimi nəzərə alınırdı: “El­min inkişafı üçün hər bir konkret dövrdə təkcə in­san­ların ümu­miy­yətlə düşünməsi deyil, həm də onların öz düşün­cə­lərini geniş elm sahələri içəri­sindən məhz həmin dövrdə işlənməsi zəruri olan mə­sə­lələrə yönəltməsi tə­ləb olunur”.0 Təsadüfi deyil ki, F.En­gels də praktik ehtiyacların rolunu xüsusi vur­ğu­­­la­­ya­raq deyirdi: “İc­ti­mai tələbat elmi onlarca uni­ver­­si­tet­dən daha çox irəli aparır”.
Müəyyən bir elmi tədqiqat istiqaməti öncədən onun nə kimi texnoloji perspektivlər aça bilməsi ba­xı­mından da səciyyələndirilir: elmi proqnozlarla pa­ra­­lel surətdə texnoloji proqnozlar da verilir. Hətta ilk baxışda texnologiyadan uzaq olan bir elm sa­­həsində – biologiyada indi çox geniş texnoloji sis­tem­­lər şə­bə­kəsi yaradılmışdır. Hələ ötən əsrin 70-80-ci illə­rin­­də biotexnologiyalar elə geniş vüsət tap­mış­dır ki, bu sahədəki tədqiqatları toplayıb sis­temə sal­maq, ümu­miləşdirmələr aparmaq zərurəti ortaya çıx­mış­dır.0
Real praktik şəraiti və ictimai tələbatı nəzərə al­­madan, sadəcə elmlə məşğul olmaq, elmin dəyir­ma­nına su tökmək, amma bu dəyirmanın kimin üçün üyüt­düyünü və hazır məhsullardan kimin fayda­lan­dı­ğı­nı bil­mə­mək müasir dövrdə yolverilməz haldır. Əlbəttə, alim düşünə bilər ki, bu daha mənim işim de­yil, bu­nu da qoy bir başqası dü­şünsün. Amma bu «baş­qa­ları» kimdir və onlardan bizdə varmı? Bax bu mə­qamda texnokrat alimlərin ya­dı­na salmaq istə­yi­rik ki, bu «başqa məsələlər» məhz icti­mai elmlərin pred­­­­metinə daxildir. Təhsil – Elm – Tex­nika – Tex­no­­­logiya – Sənaye – İstehlak zəncirində hər bir mər­hələ tam müstəqil bir dəyər olmayıb, həmin bö­yük zən­­cirin tərkib hissəsi olmaqla, müəyyən ideo­loji yö­nə ma­likdir. Bu ideoloji yönü müəyyən­ləş­dirən, cə­miy­yətin makrostrukturunu, daxili proses­lərin qar­şı­lıqlı nisbətini təhlil edən, onların müvafiq bey­nəl­xalq proseslərlə qar­şılıqlı əlaqəsini öyrənən və döv­lət üçün təkliflər paketi hazırlayan da məhz ic­timai elm­lər olmalıdır.
Bu sahədə nisbətən uzunmüddətli tədqiqat tə­ləb edən mə­sələlər aşağıdakılardan ibarətdir:

Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin