Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi



Yüklə 406 Kb.
səhifə1/23
tarix02.01.2022
ölçüsü406 Kb.
#45088
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   23
tic mues teh qay


Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi

Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu qaydalar ticarət və ictimai iaşə müəssisələri, bazalar və anbarlar üçün yanğın təhlükəsizliyinin əsas tələblərini müəyyənləşdirir və bu qaydaların tələblərinə riayət edilməsi təşkilati hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün dövlət hakimiyyəti və yerli özünü idarəetmə orqanları, təşkilatlar, müəssisələr, birliklər, digər hüquqi və fiziki şəxslər, Azərbaycan Respublikası vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir.

1.2. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar (sonradan rəhbərləri) daşıyırlar.

1.3. Ticarət ictimai iaşə müəssisələrinin, bazaların və anbarların rəhbərləri borcludurlar:

1.3.1. Dövlət Yanğın Nəzarəti orqanının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;

1.3.2. Yanğına qarşı təbliğat aparmaq;

1.3.3. Dövlət Yanğın Nəzarət orqanının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin digər obyektlərinə daxil olmasını təmin etmək;

1.3.4. Tabeçiliyində olan obyektlərdə bütün mühəndis texniki işçilər, fəhlə və qulluqçular tərəfindən bu qaydaların öyrənilməsini və yerinə yetirilməsini təşkil etmək;

1.3.5. Ticarət, inzibati istehsalat, anbar və ya yardımçı otaqlarda yanğına qarşı ciddi rejim (işdən sonra otaqlara, binalara baxmaq və onları bağlamaq qaydası, qaynaq və od işlərinin aparılması şərtləri, elektrik qızdırıcı cihazlarından istifadə qaydaları, siqaret çəkilməsi üçün yerlərin müəyyənləşdirilməsi və s.) müəyyənləşdirmək və bütün işçilər, habelə ticarət və ictimai iaşə müəssisələrinə, bazalara və anbarlara gələnlər tərəfindən bu rejimə riayət olunmasına daima nəzarət etmək;

1.3.6. Obyektdə könüllü yanğın dəstəsini (KYD) təşkil etmək: işləyənlərin ümumi sayı 15 nəfərdən az olan obyektdə KYD yaradılmır. Lakin yanğının baş vermə ehtimalına qarşı müəssisə əməkdaşları arasında vəzifələr bölüşdürülür.

1.3.7. Obyektin yanğına qarşı vəziyyətini vaxtaşırı yoxlamaq, mühafizəçilər tərəfindən xidmətin aparılmasını və yanğın baş verən zaman onların öz vəzifə borclarını bilməsinə, Könüllü Yanğın Dəstəsinin işinə nəzarət etmək və onların fəaliyyətinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görmək;

1.3.8. Yanğının baş verməsi hallarında insanların təhlükəsizliyinin təmin edilməsi yönümündə tədbirlərin işlənib hazırlanmasını və vaxtında həyata keçirilməsini təşkil etmək;

1.3.9. Yanğından müdafiə sistemlərini (yanğına qarşı su kəmərlərinin xəbərverici siqnalizasiya qurğularının, avtomatik yanğın söndürmənin və s.) daima saz vəziyyətdə saxlanmasını təmin etmək. Bu sistemlər nasaz olduqda və ya sıradan çıxdıqda onların işlək vəziyyətə gətirilməsi üçün tədbirlər görmək;

1.3.10. Tabeçiliyində olan əməkdaşların yanğına qarşı hazırlıqlarını (yanğına qarşı təlimat) təşkil etmək;

1.3.11. Yanğına qarşı təlimatın keçirilmə qaydasını və yerini, habelə təlimatı keçən vəzifəli şəxslərin siyahısını müəyyənləşdirmək;

1.3.12. Yanğına qarşı təlimat keçməyən şəxsləri işə buraxmamaq;

1.3.13. Yanğının baş verməsi hallarında xidməti heyətin hərəkət planlarının işlənib hazırlanmasını təmin etmək və həmin planların tətbiqi üçün ildə bir dəfədən az olmayaraq təcrübi məşğələlər keçirmək.

1.4. Şöbələrin, bölmələrin, sexlərin, emalatxanaların, ticarət köşklərinin, çadırların, pavilyonların, bufetlərin, qəlyanaltıların ayrıca anbarların və sair binaların yanğın təhlükəsizliyinə cavabdehliyi onların sahibləri, icarəçiləri və ya ticarət, ictimai iaşə müəssisəsi, baza və anbarların rəhbərliyinin əmri ilə xüsusi olaraq təyin edilmiş vəzifəli şəxslər daşıyır. Yanğın təhlükəsizliyinə cavabdehlik daşıyan şəxslərin adları qeyd olunan lövhələr gözə çarpan yerlərdən asılır.

1.5. Yanğın təhlükəsizliyinə cavabdeh şəxslər borcludurlar:

1.5.1. Onlara həvalə edilmiş sahədə bu qaydaların tələblərinin yerinə yetirilməsini təmin etmək;

1.5.2. Həvalə edilmiş sahədə tətbiq olunan, yaxud saxlanılan malların yanğın təhlükəsini bilmək və onların saxlanılması qaydalarının pozulmasına yol verməmək;

1.5.3. Yanğın xəbərverici siqnalizasiyanın, telefon rabitəsinin, isitmə və havadəyişmə sistemlərinin, elektrik qurğularının sazlığına, köçürmə yollarının, keçidlərin, yanğına qarşı aralıqların, su təchizat mənbələrinin saxlanması vəziyyətinə nəzarət etmək və aşkara çıxarılmış nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirmək:

1.5.4. Mövcud yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını bilmək və onların daim işlək vəziyyətdə saxlanılmasını təmin etmək;

1.5.5. Obyektdə tətbiq olunan yanğın təhlükəsizliyi qaydalarını və yanğına qarşı təlimatları fəhlə və qulluqçulara izah etmək;

1.5.6. İşdən sonra iş yerində və binalarda təmizlik işlərinin aparılmasını, elektrik şəbəkəsinin cərəyandan ayrılmasını (piştaxta və növbətçi işığından, avtomatik yanğınsöndürmə və siqnalizasiya qurğularından, habelə istehsalatın texnoloji prosesi şərtləri üzrə gecə-gündüz işləməli olan elektrik qurğularından başqa) təmin etmək;

1.6. Bu qaydalara əsasən ticarət, ictimai iaşə müəssisələri, baza və anbarların ayrı-ayrı otaqları üçün, saxlanılan malların və texnoloji avadanlığın fiziki-kimyəvi və yanğın təhlükəli xassələri nəzərə alınmaqla yanğın təhlükəsizliyi tədbirləri haqqında konkret təlimatlar işlənib hazırlanmalıdır. Təlimatların işlənib hazırlanması zamanı malların və avadanlıqların texniki pasportlarında qeyd olunmuş məlumatlardan istifadə edilir.

1.7. Yanğın təhlükəsizliyi tədbirləri haqqında təlimatlar — anbar, şöbə, sex, ticarət və ictimai iaşə müəssisələri, baza rəhbərləri tərəfindən işlənib hazırlanır və obyektlərin rəhbərləri (yanğın-texniki komissiyaların sədrləri) tərəfindən təsdiq edilir, istehsal təhsil sistemində öyrənilir və gözə çarpan yerlərdən asılır.

1.8. Təlimatlarda aşağıdakı suallar öz əksini tapmalıdır:

1.8.1. Otaqların və ərazinin, o cümlədən köçürmə yollarının saxlanılması qaydaları;

1.8.2. Anbarlarda, bölmələrdə, şöbələrdə, sexlərdə və digər otaqlarda malların saxlanılma normaları və şərtləri;

1.8.3. Siqaret çəkilməsi, açıq odun tətbiq edilməsi və qaynaq işlərinin aparılması yerləri;

1.8.4. Ayrı-ayrı otaqlarda baş verə biləcək yanğın və alışma hallarının qarşısını almaq məqsədi ilə yanğın əleyhinə xüsusi tədbirlər;

1.8.5. Yanğın hadisəsi aşkar edilən zaman yanğınsöndürmə vasitələrinin tətbiq edilməsi və kömək çağırılması qaydası;

1.8.6. Yanar tullantıların toplanması, saxlanması və kənar edilməsi, xüsusi geyimlərin tətbiq edilməsi və saxlanması qaydaları;

1.8.7. Yanğın hadisəsi baş verdikdə fəhlə və qulluqçuların vəzifələri və hərəkətləri.

1.9. Ticarət, ictimai iaşə müəssisəsində, baza və anbarlarda işləyən hər bir şəxs (tutduğu vəzifədən asılı olmayaraq) yanğın təhlükəsizliyinin müəyyənləşdirilmiş qaydalarını dəqiq bilməli və ciddi yerinə yetirməli, yanğın və alışma törədə bilən hərəkətlərə yol verməməlidir.

1.10. Yanğın təhlükəsizliyi tədbirlərinə riayət edilməsi haqqında ilkin (giriş) yanğına qarşı təlimatı bütün yeni işə qəbul edilənlər keçməlidirlər.

1.11. Müəssisədə yanğına qarşı ilkin təlimatın aparılması üçün müəssisənin ərazisində, binalarda, tikintilərdə, iş yerlərində yanğına qarşı rejimə riayət edilməsi sualları üzrə lazımi əyani vasitələrlə (plakatlar, sxemlər, maketlər və s.) avadanlıqlaşdırılmış otaq (guşə) ayrılmalı, habelə ilkin yanğınsöndürmə vasitələri və yanğın rabitəsi nümunələri ilə təmin edilməlidir. Əməkdaşlarla yanğına qarşı ilkin təlimat təhlükəsizlik texnikası üzrə giriş təlimatı ilə bir vaxtda aparıla bilər. Təlimat qurtardıqdan sonra təlimatçılar tərəfindən kəsb edilən biliklər və bacarıqlar yoxlanılmalıdır. Kifayət qədər biliyə malik olmayan şəxslər təkrar təlimatlandırılır və sonradan mütləq onların biliyi bir daha yoxlanılır;

1.12. Təkrar təlimat mağaza, şöbə, bölmə, anbar və istehsal sahəsinin yanğın təhlükəsizliyinə məsuliyyət daşıyan şəxs tərəfindən iş yerində aparılır. Əməkdaşın bir iş sahəsindən digər iş sahəsinə keçirildiyi hallarda da yeni iş sahəsinin yanğın təhlükəsi xüsusiyyətlərinə uyğun tərzdə mütləq bir daha belə təlimat aparılmalıdır.


Yüklə 406 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin